İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » November » 27 » İmam Hüseynin (ə) əxlaqi görüşləri
    2:43 PM
    İmam Hüseynin (ə) əxlaqi görüşləri
    Ardı...
    "Həqiqətən, Allah möminlərə sağlıqlarında haram buyurduqlarını öləndən sonra da haram buyurmuşdur.” (Burada ona əziyyət verən, şəxsiyyətini (vücudunu) yaralayan, alçaldıcı, təhqiredici, söyüş və hər cür əməllər nəzərdə tutulur. Amma sağlığında caiz olmayan və ya razılıq vermədiyi malının, evinin satın alınması və ya həyat yoldaşı ilə evlənmək məsələsi bu rəvayətin mənasını təşkil etmir).("Töhəfül-üqul”, səh.240) (Babasından rəvayət edir.)
    "Pərvərdigar Öz bəndələrinə şərafətli yerləri, onların sabitqədəmliyi və narhatlıqlara dözdüklərinə görə bəxş edir.”(Bəlağətül-Hüseyn”, səh.78)
    (Bu sözləri Kərbəlada beyət zamanı öz vəfalı dostlarına buyurmuşdur.)
    "Həqiqətən qardaşım (İmam Həsən) insanların arasında Allah və Onun Peyğmbərini ən yaxşı tanıyan və onların arasında Quran həqiqətlərini və təfsirlərini ən yaxşı bilənidir.”("Üsuli-kafi”, 1-ci cild, səh.203)
    "Həqiqətən, biz (Peyğəmbər xanədanı) elə bir nəsilik ki, sizinlə (Bəni Üməyyə ilə) Allah yolunda düşmənçilik edirik, sizinlə dünya xatirinə əsla sazişə gəlməyəcəyik: Qohumluq və əsl-nəsəb də bu işdə aciz qalmışdır, o ki, ola hər hansı bir səbəb.”("Mənaqib” 4-cü cild, səh.39)
    (Bu sözləri o zaman buyurdu ki, Müaviyə Zeynəbi-Kübranın qızını Yəzidin oğluna almaq və kəbin zamanı bəni Haşim ilə Bəni Üməyyə arasında sülh bağlanmasını şərt olaraq irəli sürmək istəyirdi, lakin İmam Hüseyn (ə) bu bəyanla buyurdu: Bizim düşmənçiliyimiz Allah yolunda olan düşmənçilikdir, haqq və batilin düşmənçiliyidir, maddi və təbii vasitələr onu aradan apara bilməz. Bu haqda kitabın müqəddiməsində qeyd olunmuşdur.)
    "Həqiqətən yaxşılıqların daha üstünü odur ki, bir şəxs Allah yolunda şəhid olsun; Hər bir itaətsizlikdən və günahdan daha alçaq pislik odur ki, bir kəs valideynlərindən birini öldürsün.(Əşəsiyyat”, səh.186)
    "Həqiqətən mən bu ümmət üçün sənin (Müaviyənin) hökmranlığından və hökumətindən daha böyük bəla və fəlakət görmürəm; Özüm üçün Məhəmmədin dini və ümməti üçün səninlə müharibəyə qalxmaqdan üstün bir fikir (yol) tanımıram və yoxumdur.”("Biharul-ənvar”, 44-cü cild, səh.216)
    (Həzrət bu sözləri, onu çətinliklərlə qorxudan Müaviyəyə cavab olaraq yazmışdı.)
    "Rəsuli Əkrəm yanında iki övladı olan bir kişi gördü. Uşaqlardan birini öpdü, o birinin yanından keçdi. Həzrət buyurdu: "Nə üçün onları bərabər tutmadın?”("Əşəsiyyat”, səh.154.) (Babasından rəvayət edir.)
    "Həqiqətən insanın əxlaqi ləyaqətlərindən və dəyərli cəhətlərindən biri, onun qonaqpərvərliyidir.”("Qurbul-əsnad”, səh.90)
    "Sizinlə bir səviyyədə və bir şəndə olanlara qız verin və onlardan da qız alın və öz nəsliniz üçün seçin.”("Əşəsiyyat”, səh.90)(Babasından rəvayət edir.)
    "Həqiqətən Allahın yanında adamların ən pisi, şərlərinin qorxusundan (amanda qalmaq üçün) ehtiram olunan adamlardır.”("Cəfəriyyat”, səh.148) (Babasından rəvayət edir.)
    "Həqiqətən xəsis o adamdır ki, mənim adım onun yanında çəkilir, o isə mənə salavat (salam) göndərmir.”("Kənzül-ümmal” altıncı hədis, səh.214. İmam Həsən (ə)-dan rəvayət olunur.`) (Babasından rəvayət edir.)
    "Mən (zamanın iblisi) Yezid ibni Müaviyəyə qarşı qürur, xudpəsəndilik, fəsad törətmək və zülmkarlıq etmək üçün çıxıb qiyam etmədim; əksinə, bu hərəkatda əsas məqsəd yalnız bu idi ki, babamın ümməti arasında və atam Əliyyibni Əbi Talibin ardıcılları içində islahat aparıb onların işini (Bəni Üməyyənin əlaltıları tərəfindən icad olunmuş) puçluqdan və xarablıqdan çıxarıb inkişaf və islah yoluna çəkim.”("Biharul-ənvar”, 44-cü cild, səh.329)
    (Bu sözləri qardaşı Məhəmməd Hənifiyyəyə etdiyi vəsiyyətində yazmışdı.)
    "Həqiqətən sizi Allahın kitabına və Onun Peyğəmbrinin sünnətinə doğru çağırıram; Çünki xalqın arasında İslam sünnəti öldürülmüş və bidət dirçəldilmişdir. Əgər mənim sözlərimi eşitsəniz və əmrimə itaət etsəniz, doğru yolu sizə göstərərəm.”("Tarixi-Təbəri”, 6-cı cild, səh.200)
    (Bu sözləri Bəsrə camaatına yazmışdır.)
    "Həqiqətən Rəsuli Əkrəm əgər düşmənlə qarşılaşsaydı, əvvəl piyadaları, süvariləri və dəvə üstəki əsgərlərini döyüşə hazırlayırdı və bundan sonra belə dua edirdi:
    İlahi, Sən özün mənim pənahım, köməyim və müdafiəçimsən, Sənin qüvvən və qüdrətinlə hərəkət edir və döyüşürəm.”(Əşəsiyyat”, səh.217)(Atasından rəvayət edir.)
    "Əgər Allahın elçisinə onu sevindirən bir xəbər çatırdısa, deyirdi: "Allaha şükürlər olsun ki, yaxşılıqlar və xeyir işlər Onun nemətləri ilə tamamlanır.” Əgər onu kədərləndirən bir iş baş verirdisə, deyirdi: "Hər halda Allaha şükr olsun.”("Cəfəriyyat”) (Atasından rəvayət edir.)
    "Həqiqətən Rəsuli Əkrəm məscidə daxil olanda deyirdi: "İlahi, Öz rəhmət qapılarını mənim üzümə aç!” Məsciddən çıxanda deyirdi: "İlahi, Öz ruzi qapılarını mənim üzümə aç.”("Cəfəriyyat”)(Atasından rəvayət edir.)
    "Həqiqətən Rəsuli Əkrəm həm ərli, həm də ərsiz qadınlara bəzənmək (həna qoymaq, sürmə çəkmək) göstərişi verdi.”("Cəfəriyyat”)
    "Allaha tamah üzündən bəndəlik edən insanların ibadəti tacir ibadətidir; qorxudan Allaha ibadət edənlərin ibadəti qul ibadətidir; minətdarlıq və təşəkkür üçün Allaha ibadət edənlərin ibadəti azad insanların ibadətidir. Bu sonuncusu ən gözəl, ən yaxşı ibadətdir.”("Biharul-ənvar”, 75-ci cild, səh.111)
    "Həqiqətən Əli (əleyhissalam) İslami cəhətdən birinci şəxs, elmi cəhətdən insanların ən biliklisi, helm və dözüm cəhətdən onların ən böyüyüdür.”("Ədəbul-Hüseyn”, 1-ci çap, səh.147 ("Lühuf”dan nəqlən))
    "Mən öldürüləcəyim günü, saatı və yeri bilirəm; Məni öldürəcək şəxsi, dəfn olunacağım məkanı da tanıyıram.”(İsbatul-vəsiyyə”, səh.162)
    "Mən ölümü ancaq xoşbəxtlik, zülmkarlarla bir yerdə yaşamağı isə ancaq kədər və sıxıntı sayıram.”("Ehqaqul-həqq”, 11-ci cild, səh.606)
    "Həqiqətən mənim şəxsiyyətim, himmətim və iradəm ölümün qorxusundan zülmü və sitəmi qəbul etməkdən və zalimin iradəsini boynuna götürməkdən çox-çox uzaqdır.”(Yenə orada, səh.601)
    "Mən öz əshabımdan daha vəfalı və daha yaxşı dostlar, öz Əhli-beytimdən daha çox bir-birinə bağlı Əhli-beyt tanımıram.”("Kamilüt-təvarix”, 3-cü cild, səh.284; "Elamul-vərə,” səh.234)
    (Bu sözləri Aşura gecəsi öz dostlarını və qohum-əqrəbasını sınadığı və onlardan beyət aldığı zaman buyurmuşdu.)
    "Əgər sizin dininiz yoxdursa və qiyamət günündən də qorxmursunuzsa, heç olmasa öz dünya həyatınızda azadə olun.”("Məqtəl” (Xarəzmi), səh.33 və "Kəşfül-ğəmmə”, 2-ci cild, səh.262)
    (Bu sözləri Aşura günü Yezidin qoşunları İmam Hüseyn (əleyhissalam)-ın xeymətlərinə hücum etdikləri zaman Əbu Süfyanın tərəfdarlarına buyurdu.)
    "Ey ümmət, əgər siz, biz Peyğəmbər Əhli-beytinə kömək etməsəniz və bizimlə insafla, ədalətlə rəftar etməsəniz, zülmkarlar sizə qalib gələcəklər və İslam nurunu, sizin Peyğəmbərinizin Quranının nurunu söndürmək üçün çalışacaqlar.”("Töhəfül-üqul”, səh.237: İmam (ə)-ın xütbəsindən)
    "Dünya həyatının şirinliyi və acılığı röya və yuxu kimidir. Ayıqlıq yalnız axirət aləmindədir.”("İrşad” (Deyləmi), səh.212)
    "Həqiqətən sənin varlığın günlərdir. Əgər onlardan bir gün keçirsə, demək, sənin varlığının bir hissəsi yox olmuşdur.”(Yenə orada, səh.30 ("İslamiyyə” çapı))
    Şəhidlərin sərvərinin bu sözlərindən başa düşmək olur ki, zaman da varlıq kateqoriyalarından (ölçülərindən) biridir.
    "Həqiqətən ləyaqətli işlər tərifə və axırda isə mükafata layiqdir.”
    "Başqalarına itaət yalnız bəyənilmiş və halal işlərdə olar, məxluqatdan kiməsə itaət etməkdə Allaha asi olmaq, iataətsizlik etmək olmaz.”("Kəşful-ğəmmə”, 2-ci cild, səh.31) (Babasından rəvayət edir.)
    "Həqiqətən cahillikdəndir ki, insan gecə də yatsın, gündüz də yuxulasın. Yenə cahillikdəndir ki, təəccüb doğurmayan bir işə gülsün.”("Biharul-ənvar”, 75-ci cild, səh.121) (Babasından rəvayət edir.)
    "Əgər sizlərdən biri öz din qardaşını sevirsə, bunu ona desin: Çünki, bu iş o iki nəfərin aralarının yaxşılaşması üçünən münasib işdir.”("Mənaqib”, 4-ci cild, səh.3-73; "Cəfəriyyat”) (Babasından nəql edir.)
    "Həqiqətən sizin öz övladınıza birinci hədiyyəniz-onun gözəl adıdır: Ona görə (övladlarınıza) yaxşı adlar seçin.”(Cəfəriyyat” (tərcüməsi), səh.57) (Babasından rəvayət edir.)
    "Sonra üzr istəyəcəyin hər bir əməli eləməkdən çəkin. Çünki mömin şəxs pislik etmir və üzr də istəmir. Amma münafiq şəxs hər gün pislik edir və üzr istəyir.”("Töhəfül-üqul”,səh.248)
    "Atanın nifrinindən (qarğışından) uzaq olun ki, o, qılıncdan da itidir.”("Əşəsiyyat”, səh.186)
    "Sənə qarşı Allahdan başqa heç bir köməkçisi olmayan bir kimsəyə zülm etməkdən çəkin.”("Biharul-ənvar”, 75-ci cild, səh.118)
    "Cənnətə birinci daxil olacaq kəslər-xeyir və xeyir işlər görənlərdirlər.”("Əşəsiyyat”, səh.152) (Babasından rəvayət edir.)
    "Axirətdə ilk ədalət qəbirlərdədir, çünki, onlarda (insanların) şərafətlisi ilə şərafətsizi seçilmir.”(Yenə orada, səh.205) (Peyğəmbərdən rəvayət edilir.)
    "Elmin əvvəli-susmaq, ikincisi-dərsə (deyilənlərə) qulaq asmaq, üçüncüsü-elmi yaymaq, dördüncüsü-öz öyrəndiklərinə əməl etməkdir; susmaq-qızıl, danışmaq gümüş kimidir.”("Töhəfül-üqul”, səh.248) (Atasından rəvayət edir.).
    Səbirsizlik göstərərək sözə başlama,
    Yaxşı söz de, əgər gec deyirsənsə, nə qəm.
    Susmaq və danışmaq arasında olan müqayisə o mənadadır ki, onlardan heç biri üstünlük və zərurət tələb etməsin. Əks halda ya danışmaq və ya susmaq üstünlüyə malik olacaqdır; Yersiz danışmaq pis olduğu kimi, yersiz susmaq da məzəmmətə layiqdir.
    İki şey əqlin kütlüyündəndir;
    Danışmaq lazım olanda susmaq, susmaq lazım olanda danışmaq.
    "İnsanların ən yaxşı əlaqə yaradanı o kəsdir ki, onunla üzülüşən (əlaqəni kəsən) adamla da əlaqəsi olsun.”("Töhəfül-üqul”)
    "Ey oğlum, acı olsa da, haqq sözə döz.”("Töhəfül-üqul”, səh.240)
    (Haqq axtarmağın səni vadar etdiyi yerdə xoşagəlməz hadisələrə səbr et, xoşagələn şeylər səni havayi-həvəsə (şəhvətə) çağırdığı yerdə o xoşagələn şeyləri itirməyinə də döz.)
    "Ləyaqətli və ləyaqətsiz adamlar üçün yaxşı işlər gör; Əgər yaxşılıq etdiyin şəxs ləyaqətli və bu işlərə layiqdirsə, demək onun ləyaqətinə yaxşılıq edilib; əgər o, buna layiq deyilsə, sən özün yaxşı işlərə layiqsən.”
    "Siz Kufə əhli, düşmənlərin sizin aranızda ədalətin nə olduğunu aydınlaşdırmadığı və ya sizin tamah saldığınız alçaq həyatdan dünyadan sizə verdikləri haramdan başqa sizin üçün heç bir düzgün şey arzulamadığı halda, siz öz övliyanızın əleyhinə qalxaraq, dostların müqabilində dayanan düşmən qüvvəsinə çevrilərək sabaha çıxdınız.”(Yenə orada)
    (İmam Hüseyn bu sözləri Aşura günü Kufə əhlinə söylədi.)
    "Camaatın İmamı namaz qılanların Allah qarşısında nümayəndəsidir; ona görə öz namazınızı qılarkən ən yaxşılarınızı qabağa verin.”("Məqtəl” (Xarəzmi), səh.6 (Nəcəf çapı)) (Babasından rəvayət edir.)
    "Həqiqətən bu ümmətin birinci mənafeyi və xeyri zöhd və inam idi, onun sonrakı məhvi isə tamah, xəsislik və bihudə arzuları olacaqdır.("Əşəsiyyat”, səh.39)(Babasından rəvayət edir.)
    "Mən Allaha və qiyamət gününə inamı olmayan hər azğının və təkəbbür sahibinin fərmanına tabe olmaqdan Allaha pənah aparıram!”("Xisal” (Şeyx Səduq), səh.89)
    "Həqiqətən Allah yaxşı işləri sevir, pis işlərdən ikrah edir.”("Tarixi-Yəqubi”, 2-ci cild, səh.246)
    "Vücudunuz sağlam ikən xeyir işlər görməyə tələsin.”("Töhəfül-üqul”, səh.139)
    "Gözlərin yaşarması (ağlaması) və ürəklərin müti olması Allahın mərhəmətlərindəndir.”("Bəlağətül-Hüseyn”, səh.135)
    "Allah xovfundan ağlamaq-cəhənnəm odundan xilas olmaqdır.”(Yenə orada)
    "Xəsis o adamdır ki, salam verməyə xəsislik edir.”("Töhəfül-üqul”, səh.248)
    "Yaxşı iş odur ki, o işi görüb qurtaranda insanın nəfsi, qəlbi aram və sakit olur. Lakin günahın və pisliyin nişanəsi odur ki, onu edib qurtaranda ürək tərəddüd edir, dayanır.”(Cəfəriyyat”)(Babasından rəvayət edir.)
    "Behiştin qiyməti-təkallahlıqdır (tovhiddir).”("Məcalis” (Şeyx Mufid), səh.15)
    "İnsanlarla dostluq etmək ağlın, onlarla xoş rəftar-həyatın yarısıdır.”("Əşəsiyyat”, səh.149) (Babasından rəvayət edir.)
    "Təqva-kəramət, helm-arzu-yumşaqlıq, səbr isə-ən yaxşı nicat gəmisidir.”(Yenə orada, səh.149)(Babasından rəvayət edir.)
    "Mavi gözlü qadınlarla evlənin, çünki onlarda bərəkət və xoşbəxtlik vardır.”(Yenə orada, səh.93)(Babasından rəvayət edir.)
    Cahiliyyət dövrü ərəbləri üçün ən pis rəng mavi rəng idi və onlar mavi gözlü qadınlarla evlənmirdilər. İslamın böyük Peyğəmbəri bu qısa və mənalı sözləri ilə o cahilanə adəti aradan götürdü və adamların mavi gözlü qadınlarla izdivac etməsinə rəğbət yaratdı.
    "Bakirə qızlarla izdivac edin, çünki, onların ağzı və danışığı daha pakdır, onlar hamilə olmağa, tez tərbiyə olunmağa daha çox hazırdırlar, vəfada və məhəbbətdə daha möhkəmdirlər.”("Cəfəriyyat”, səh.91) (Babasından rəvayət edir.)
    Cahiliyyət dövrü ərəblərinin bəziləri ailə qurarkən həyat təcrübəsi görmüş dul qadınlarla evlənməyi qızlarla evlənməkdən üstün tuturdular. Lakin Allahın elçisinin nəvəsi Hüseyn ibni Əli (əleyhissalam)-ın rəvayət etdiyi bu bəyan onların (ərəblərin) məntiqini və təfəkkür tərzini dəyşdi.
    "Yemək yeyəndən sonra dişlərinizi təmizləyin, çünki bu sizin qabaq və dal dişlərinizin salamat qalmasını təmin edir.”(Cəfəriyyat”, səh.28) (Babasından rəvayət edir.)
    "Bir-birinizlə əl verib görüşün ki, bu dostluğu və məhəbbəti artırr.”(Yenə orada, səh.153) (Babasından rəvayət edir.)
    "İnsanların şərindən qorxduğunuz zamana Allahın itaətinə pənah apar.”(Yenə orada, səh.245) (Babasından rəvayət edir.)
    "Üç şey var ki, onlara əməl etsəniz, sizə bəla üz verməz:
    1-İslamın və müsəlmanların düşmənlərinə qarşı cihad etmək; 2-Sizin rəhbərləriniz İslamın hüdudları barədə mühakimə və qəzavət zamanı ədalətli hökmlər versinlər; 3-Cihada hazırlığı tərk etməməlisiniz.”("Əşəsiyyat”, səh.223)
    "Üç şey vardır ki, mömin bəndənin qəlbi onlara münasibətdə xəyanət etməməli və küdurət saxlamamalıdır; birincisi, yalnız Allah üçün dəvət və təbliğ; ikincisi, harada olur-olsun, islami işlər övliyasına haqq əməllərdə nəsihət: üçüncüsü, öz dualarında və arzularında bütün möminləri və müsəlmanları özünə şərik etmək, çünki dua möminləri əhatə edir.”(Yenə orada, səh.231)(Atasından rəvayət edir.).
    "Üç şeydə mömin şəxs üçün ləzzət və rahatlıq vardır: qardaşlarla görüşmək, oruc tutanlara iftar vermək, gecənin axırınadək ibadət üçün oyaq qalmaq və dua etmək.”(Yenə orada)(Atasından rəvayət edir.).
    "Üç şey yaxşılıq qapılarındandır: birincisi, nəfsinin səxavəti və bəxşiş vermək; ikincisi, təmiz (mərdanə) söz söyləmək; üçüncüsü, əziyyətlər və narahatlıqlar müqabilində səbirli və dözümlü olmaq.”("Cəfəriyyat”, səh.187) (Babasından rəvayət edir.)
    "Üç qrup adam var ki, Allah onlara mərhəmət nəzəri ilə baxmır: 1-elədiyi yaxşılıqlar müqabilində minnət qoyan şəxs; 2-ata-anasının üzünə ağ olan şəxs; 3-içkini tərk etməyən kəs.”(Əşəsiyyat”, səh.239)(Babasından rəvayət edir.)
    "Üç qism adam insanların ən pisi sayılır: 1-nadan və cahil qoca, 2-varlı zalim, 3-xudpəsənd və təkəbbürlü kasıb.” (Atasından rəvayət edir.).
    "Üç şey var ki, hər kəs özünü ondan qorusa, hər çətinlikdə şeytanın şərindən xilas olacaqdır: 1-ixtiyarı çatmadığı yad qadınla xəlvət yerdə olmayan adam, 2-padşah yanına getməyən və 3-bidət sahibinin bidətinə kömək etməyən adam.”("Töhəful-üqul”, səh.243)(Atasından rəvayət edir.)
    "İnsanın, onu Allaha asi olmaqdan saxlayan nəfsinə qarşı cihadı-cihadların ən böyüyüdür.”("Töhəful-üqul”, səh.243)
    "Qonşuluq-yaxınlıq və qohumluqdur.”("Tarixi-Yəqubi” 2-ci cild səh.219 (Nəcəf çapı))
    "Bir yerdə çörək yemək bərəkətə bais olur: bir nəfərin yeməyi iki nəfərə, iki nəfərin yeməyi dörd nəfərə kifayət edir.”(Əşəsiyyat” səh.159) (Atasından rəvayət edir.)
    "Allaha həmd etmək, hər nemətə şükr etməkdir.”(Məcalis” (Şeyx Mufid) səh.15) (Atasından rəvayət edir.)
    "Hikmət və bilik mömin bir şəxsin itirdiyidir, hətta müşrikin yanında olsa da onu axtarın ki, hikmət əhli olasınız və ona daha çox layiq olasınız.” (Atasından rəvayət edir.).
    "Elm və bilikdən sənə Allahın əzəmətindən qorxacağın qədər bəsdir, nadanlıqdan da öz elminlə məğrur və xudpəsənd olmağın qədər kifayətdir.”(Əmali” (Şeyx Tusi), səh.35)
    "Quran daşıyıcıları behişt əhlinin arifləridirlər.”("Əşəsiyyat” səh.76)(Babasından rəvayət edir.)
    "Həcc hər bir zəif şəxsin cihadıdır, qadının cihadı isə gözəl ər saxlamaqdır.”
    "Hər kəsin ailəvi şəxsiyyəti-onun dinidir, alicənablığı (mürüvvəti)-əqlidir, dözümü-şadlığının vasitəsi və böyüklüyü (kərəmi)-təqvasıdır.” (Babasından rəvayət edir.)
    "Sənin ən yaxşı sərvətin odur ki, onun vasitəsi ilə öz abrını və şərəfini qoruyursan.”("Cəfəriyyat” (tərcüməsi), səh.150)
    "Xoş xasiyyət-ibadətdir, sükut (susmaq) zinətdir.”("Biharul-ənvar”, 44-cü cild, səh.189)
    "Boyunbağı cavan qadınların boynu üçün (yaraşıq) olduğu kimi, ölüm də Adəm övladlarının (alnına) yazılmışdır.”("Tarixi-Yəqubi”, 2-ci cild, səh.246 (Beyrut çapı))
    "İnsanlar-Pərvərdigarın ailəsidir; Allahın yanında insanların ən sevimlisi odur ki, Allahın ailəsinə, çörək yeyəninə bir xeyir versin və bir ailəni şad etsin.”("Biharul-ənvar”, 44-cü cild, səh.366)
    "Allah qorxusu hər hikmətin açarıdır.”
    "Beş şey var ki, onlardan istifadə etməyin qarşısını almaq caiz və halal deyildir: su, od, duz, otlaq, elm.”("Əşəsiyyat”, səh.172) (Babasından rəvayət edir.)
    "Ən yaxşı əmniyyət, Allah amanıdır.”(Məcalisi-Şeyx”, səh.15)
    (Bu cümləni: Məkkədə qal, əmniyyətdə olarsan”-deyə yazan Məkkə hakiminin məktubuna cavab olaraq yazmışdı.)
    "Ən yaxşı ibadət-”Tovhid–la ilahə illəllah” kəlməsini demək, ən yaxşı söz "istiğfar”dır.”("Əşəsiyyat” səh.172) (Babasından rəvayət edir.)
    "Dünyanın ən yaxşı mətahı-pak və əməlisaleh həyat yoldaşıdır.”("Ədəbul-Hüseyn”, səh.194 (Birinci çapı)) (Babasından rəvayət edir.)
    "Dua etmək-mömin bəndənin silahı, dinin sütunu, yerlə asiman arasının zinətidir.”("Cəfəriyyat”, səh.128, "Tovhidi-Səduq”, səh.6) (Babasından rəvayət edir.)
    "Din qardaşı üçün o, yanında olmadıqda edilən dua, qəbul olar”(Cəfəriyyat”, səh.91) (Babasından rəvayət edir.)
    "İşsiz və əməlsiz dua edən adam, kamansız ox atan kimidir.”(Yenə orada, səh.222)(Babasından rəvayət edir.)
    "Dua edənlə "amin” deyən əcrdə şərikdirlər.”("Cəfəriyyat”, səh.195) (Babasından rəvayət edir.)
    "Səni şübhəyə və tərəddüdə salan hər şeyi bir kənara qoy, səni şübhəyə salmayan işdən tut. Həqiqətən yalan şəkk-şübhəyə səbəb, düzlük və doğruluq isə qəlbin arxayınlığına baisdir.”(Cəfəriyyat”, səh.224)
    "Elmi bəhs və müzakirələr mərifət toxumudur, uzun və çoxlu təcrübələr əqlin çoxalmasına səbəb olur.”("Biharul-ənvar”, 44-cü cild, səh.129)
    "Dünyada zahid o adamdır ki, başqalarına moizə etsin və başqalarının da moizəsini qəbul etsin (və ya moizə olunan zaman qəbul etsin), öyrənsin və öyrəndiyinə əməl eləsin; O adamdır ki, (əvvəl) yəqin etsin, sonra Allaha itaətsizlikdən qorxsun, gününü çətinlik içində başa vurursa, Allaha şükr və minnətdarlıq etsin və sabaha (salamat) çıxırsa, rahatlıq və xoşluq üçün şükr eləsin.”("Cəfəriyyat”, səh.233 (tərcüməsi))
    (Atasından rəvayət edir.)
    "Evləndiyiniz günü qadınlarınızla gecə cinsi əlaqədə olun, gündüz də təam verin.”(Cəfəriyyat”, səh.110) (Babasından rəvayət edir.)
    "Allahın rizası biz Əhli-beytin razı olmasıdır. Çünki Pərvərdigarın bəlasına səbir, nemətlərinə də şükr edirik.”("Kəşfül-ğəmmə”, 2-ci cild, səh.241)
    "Haqq söz danışan, ancaq onun haqq sözlərinə eyb tutulmuş adamlar çox olmuşdur.”("Biharul-ənvar”, 75-ci cild, səh.127)
    "Üzr istəməkdən daha yaxşı olan nə çox günahlar vardır.”(Yenə orada, səh.138) (Məsəldir: Üzrü günahdan betərdir.)
    "Allah o ata-analara rəhmət eləsin ki, övladlarının onlara yaxşılıq etməsinə kömək ediblər.”(Cəfəriyyat”, səh.187, (tərcüməsi))


    Category: İmam Hüseynin (ə) əxlaqi görüşləri | Views: 788 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024