İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 30 » İlahi nəsihətlər
    10:42 AM
    İlahi nəsihətlər
    Xalqla ünsiyyətin əsas şərtləri
    a) Zahiri və batini gözəlliyə riayət
    Aydın oldu ki, tənhalıq və guşənişinlik İslam baxımından məqbul deyil. Allah orta bir yol təqdim edir. Bu yolu seçən insan ilk addımda salehlərlə ünsiyyətə qatılır və ən zəruri hallarda saleh olmayan insanlarla ünsiyyət saxlayır. İkinci zümrə ilə rabitədə məqsəd onların hidayətidir. Təbii ki, saleh insanlarla rabitə qurmaq qərarına gəlmiş insan ilk növbədə onları tanıya bilməlidir. İkinci addımda salehlərin diqqətini cəlb edəcək zəmin hazırlanmalıdır. Sonda isə nəzərdə tutulmuş rabitələr qurulur. Allah-taala saleh insanlarla ünsiyyət üçün iki şərt bəyan edir: Birinci şərt budur: "Ey Musa! Özünü pakla, qüsl et, sonra mənim saleh bəndələrimə yaxınlaş.” Saleh insanlarla rabitənin birinci şərti insanın cismani təmizliyidir. Çünki insanlar libası çirkli və pinti fərdlərlə ünsiyyətdən qaçır. Amma təkcə yuyunmaqla kifayətlənmək olmaz. Yuyunmaqla yanaşı ibadi baxımdan, Allah xatirinə paklanmaq lazımdır. Bu səbəbdən də müraciətdə həm cismən təmizlənmək, həm də Allaha yaxınlaşmaq məqsədi ilə qüsl etmək tapşırılır. Qüsl vasitəsi ilə insanın batini təmizlənir, salehlərlə ünsiyyətə qatılmaq üçün ruhi hazırlıq yaranır.
    İslam təmiz geyinməyi, saçları qaydaya salmağı, dişləri yumağı, ətir vurmağı tapşırmaqla möminlərin xoş sima ilə cəmiyyətdə görünməsini nəzərdə tutur. Bu şərtlərə əməl olunduqda ətrafdakılar insanla rabitəyə maraq göstərir. Əziz İslam peyğəmbəri (s) zahiri səliqəsinə və təmizliyinə xüsusi diqqət yetirmiş, ətirlənmişdir. Evdən bayıra çıxanda libasını səliqəyə salmış, saçlarını daramışdır. Peyğəmbər (s) güzgü olmadıqda suya baxıb saçını və saqqalını qaydaya salmışdır.
    Ətrafdakılarla ünsiyyətdə zahirən səliqəli olmaq hamı üçün zəruridir və təkcə möminlərə aid deyil. Möminlər üçün mühüm və dəyərli sayılan budur ki, zahiri gözəlliklə yanaşı batini gözəlliyə nail olsunlar. Salehlərlə ünsiyyətə qatılmaq üçün ibadət məqsədi ilə yuyunmaq lazımdır ki, bu iş batinə təsir göstərsin və nəticədə saleh bəndələrlə rabitəyə qatılan insan daha çox nuraniyyət əldə etsin.
    b) Xalqın hidayəti və insanlar arasında mühakimə
    Həzrət Musanın cəmiyyət namazına imaməti, ixtilafların həllində hakim olması salehlərlə ünsiyyət üçün ikinci əsas şərt kimi bəyan olunur. Həzrət Musaya Allahın elçisi olaraq iki mühüm ictimai vəzifə tapşırılır. Birinci ictimai vəzifə insanların birlikdə ibadətə təşviqi və cəmiyyət namazında imamətin öhdəyə götürülməsidir. Bu yön ibadi və ictimai bir yöndür. İnsanların rabitələrində dünyəvi rabitələr mühüm yer tutduğundan və onlar dünyəvi ehtiyaclarını təmin etmək üçün cəmiyyətə qatılmağa məcbur olduqlarından istər-istəməz arada qarşıdurmalar yaranır. Bu səbəbdən də Allah-taala ikinci vəzifə olaraq Musaya imamət, hökumət və xalq arasında hakimlik vəzifəsini tapşırır. Ona əmr olunur ki, insanlar arasındakı ixtilafları həll etsin. Təbii ki, ailədə və cəmiyyətdə fərdlər arasında ixtilaflar yaranır və bu ixtilafların həllini kimsə öz öhdəsinə götürməlidir. Bu işi kimsə öz öhdəsinə götürməsə ictimai asayiş üçün təhlükə yaranar.
    Hökumət səlahiyyətlərindən olan mühakimə vəzifəsinin həzrət Musaya tapşırılması cəmiyyətin hakimiyyətə olan həyati ehtiyacından danışır. Cəmiyyət bütün yönümlərdə tədbir və idarəçiliyə möhtacdır. Bəli, Allah-taala xalq üzərində hakimiyyəti peyğəmbərlərin və ilahi rəhbərlərin vəzifəsi kimi təqdim edir. Xalq arasında mühakimə məsuliyyəti də Allah elçilərinin vəzifəsidir. Onlar tədbir görmək, normalar müəyyənləşdirməklə yanaşı insanlar arasında ixtilafların həlli ilə məşğul olmalıdırlar. Allah-taala həzrət Musaya xitabən buyurur ki, namazlarında onlara imam, ixtilaflarında hakim ol. Məlum olur ki, qədim şəriətlərdə də ibadi məsuliyyətlərlə yanaşı dövlətçilik məsuliyyətləri olmuşdur. Peyğəmbərlər insanların həm ibadi, həm də ictimai ehtiyaclarını təmin etməli idilər.
    Həzrət Musanın mühakimə və hökumət kitabı
    Təbii ki, insanlar arasında mühakimə hansısa qanun əsasında aparılmalıdır. Həzrət Musa Allahın elçisi olduğundan bu işdə ilahi göstərişlərə əsaslanmalı idi. O öz düşüncə və istəyi əsasında mühakimə apara bilməzdi. Buna görə də Allah-taala Musaya xitabən buyurur: "Aralarında sənə nazil etdiyim kitab əsasında mühakimə apar.” Musaya nazil olmuş kitab Tövrat idi. Həzrət Musa xalqı Tövrata dəvət etməli və bu kitab əsasında hökm verməli idi. Ona Tur dağında qırx günlük ibadətindən sonra Tövrat nazil oldu. Bu kitabda həzrət Musanın şəriət hökmləri bəyan olunmuşdu. Quran və rəvayətlərə əsasən bu kitab lövhələr şəklində bir başa nazil olmuşdu. Bu kitabda Bəni-İsrailin, həzrət Musa dövrünün və ondan sonrakı insanların həzrət İsanın besətinədək ehtiyac duyduğu qanunlar əks olunmuşdu. Qurani-kərimdə bu barədə buyurulur: "Onun üçün həmin lövhələrdə hər bir öyüdü və hər bir şərhi yazdıq. (Dedik ki,) ondan möhkəm tut və qövmünə də onun ən üstününü öyrənməyi tapşır. Tezliklə sizə fasiqlərin yerini göstərərəm.”(Ə’raf”, 145)
    İmam Sadiq (ə) həzrət Musaya nazil olmuş Tövrat və lövhələr haqqında buyurur: "Cəfr elmində müşahidə etmişəm ki, Allah-taala Musaya lövhələr nazil etdi və bu lövhələrdə olmuşlar və qiyamətədək olacaqlar bəyan olunmuşdu. Həzrət Musanın risaləti sona yaxınlaşanda Allah ona vəhy etdi ki, behişt zəbərcədindən hazırlanmış lövhələri Zinət dağında əmanət qoysun. Həzrət Musa həmin dağa gedəndə dağ yarıldı və o lövhələri dağdakı yarığa qoydu. İslam peyğəmbərinin (s) besətinədək lövhələr dağda qaldı. Peyğəmbərlə (s) görüş üçün Mədinəyə üz tutmuş Yəmən əhli həmin dağa çatanda qəfildən dağ yarıldı və həmin lövhələr göründü. Karvan əhli lövhələri götürüb yoluna davam etdi. Onlara ilham olunmuşdu ki lövhələrə baxmasınlar. Cəbrail də öz növbəsində əhvalatı Peyğəmbərə (s) xəbər vermişdi. Karvan əhli Peyğəmbərlə (s) görüşəndən sonra həzrət onlardan lövhə haqqında soruşdu. Onlar dedilər: "Bunu sizə kim xəbər verdi?” Həzrət buyurdu: "Allah-taala məni xəbərdar etdi.” Onlar dedilər: "Biz şəhadət veririk ki, sən Allahın rəsulusan.” Sonra lövhələri həzrətə təqdim etdilər. Həzrət Peyğəmbər (s) təbərani dilində yazılmış lövhələri oxuyub Əmirəl-möminini (ə) çağırdı və buyurdu: "Al bu lövhələri. Onlarda keçmişlərin və gələcəyin elmi var. Bunlar həzrət Musanın lövhələridir. Allah mənə əmr edib ki, onları sənə tapşırım. Əmirəl-möminin (ə) buyurdu: "Mən onları oxuya bilmirəm.” Həzrət (s) buyurdu: "Cəbrail buyurub ki, bu gecə onları başının altına qoyasan. Səhəri gün onlardan agah olacaqsan.” Əmirəl-möminin (ə) buyurur ki, mən gecə lövhələri başımın altına qoydum. Səhəri gün Allah-taala məni bu lövhələrdən agah etdi. Peyğəmbər (s) buyurdu ki, onlardan bir nüsxə hazırlayım. Mən ondan bir nüsxə hazırladım. Həmin nüsxə hazırkı cəfrdir. Orada keçmişlərin və gələcəyin elmi var. Həmin nüsxə, lövhələr və Musanın əsası bizdədir...”(Hüveyzi, "Təfsiri-nurus-səqəleyn”)
    Deyildiyi kimi Tövrat və lövhələr həzrət Musaya bir dəfəyə nazil oldu. Olsun ki, şəriət hökmləri və qanunları yalnız həzrət Musaya bütövlükdə nazil olmuşdur. İslamın zühurundan sonra Quran ayələri tədricən, müxtəlif məqamlarda, 23 il ərzində nazil oldu: "Quranı hissə-hissə nazil etdik ki, onları xalqa aram oxuyasan. Onu tədricən nazil etdik.”(İsra”, 106)
    Şəri hökmlərin dəyişməzliyi
    Bu qüdsi hədisdə Allah-taala həzrət Musanı həzrət İsa və həzrət Məhəmmədin (s) besəti ilə müjdələyir və onların bəzi xüsusiyyətlərini sadalayır. Bu müjdə və xəbərdarlıq həzrət İsanın zühurunadək həzrət Musa şəriətinin mötəbərliyini göstərir. Bəni-İsrail həzrət Musadan sonra həzrət İsaya iman gətirməli idi. Beləcə son Peyğəmbərin (s) besəti ilə həzrət İsanın şəriəti gücdən düşürdü. Son Peyğəmbərin (s) ayinlərinə tabeçilik hamının vəzifəsi idi. "(Tövratı) Olmuşları və olacaqları bəyan edən nur olaraq nazil etdim” cümləsi isə şəriət prinsiplərinin eyni olduğunu göstərən ayələri təsdiqləyir. Həzrət Nuh, İbrahim, Musa, İsa və son Peyğəmbərə (s) nazil olmuş şəriətlər prinsipcə fərqlənmir. Şəriətlər yalnız cüzi məsələlərdə fərqlidir. Şərait və zamanın tələbindən asılı olaraq müəyyən cüzi hökmlər dəyişilmişdir. Məsələn, Bəni-İsrail itaətsizlik göstərdiyindən Allah-taala onlara öncə halal sayılan bəzi şeyləri haram buyurmuşdur. Onlar bu yolla tənbeh olunmuşlar. Quranda oxuyuruq: "Yəhudilər yol verdikləri zülmə və çoxlarını Allah yolundan ayırdıqlarına görə onlara öncə halal olmuş bir çox pak şeyləri haram buyurduq.” ("Nisa”, 160)Həzrət İsa məbus edildikdən sonra Bəni-İsarilə haram edilmiş bəzi şeylər yenidən halal olundu:"Qarşımdakı Tövrata inanmışam və gəlmişəm ki, sizə haram buyurulmuş bəzi şeyləri yenidən halal edəm. Yanınıza Rəbbimdən nişanə ilə gəlmişəm, Allahdan qorxun və mənə itaət edin.” (Ali-İmran”, 50)
    Şəriətlər əqidə, əhkam və əxlaq prinsipləri baxımından müştərəkdir. Bu prinsiplər bütün mütəfəkkirlər tərəfindən qəbul olunur. Dinlərdə təsbit olunmuş əxlaqi dəyərlər ağıl tərəfindən təsdiqlənir. Əlbəttə ki, ayrı-ayrı fərdlərin nəfsi bu prinsiplərə etiraz edə bilər. Amma bu etiraz ağıl yox, nəfsə əsaslanır. Yeni şəriətdə ötən şəriətin prinsipləri təsdiqlənir və onun xırdalıqları zaman və məkan tələblərinə uyğun tənzimlənir. Məsələn, bütün şəriətlərdə namaz vacib sayılmışdır. Amma ayrı-ayrı dinlərdə namaz formaca fərqlənir. Belə bir şəriətin özündə də dəyişən hökmlər mövcuddur. Müsəlmanlar İslamın ilk illərində beytul-müqəddəsə üz tutub namaz qılırdılar. Peyğəmbərin (s) besətindən bir neçə il ötmüş uyğun hökm dəyişdi və müsəlmanlar üzü Kəbəyə namaz qılmalı oldu. Bəli, bir dində hökmlər dəyişdiyi kimi, ayrı-ayrı dinlərdə də uyğun dəyişikliklər baş verə bilər. Əlbəttə ki, dəyişikliklər yalnız cüzi məsələlərə aiddir.

    Category: İlahi nəsihətlər | Views: 845 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024