İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 30 » İlahi nəsihətlər
    10:41 AM
    İlahi nəsihətlər
    Dünya malını puç sayıb ona görə həsrət çəkməmək
    Allah-taalanın həzrət Musaya üçüncü öyüdü bu idi ki, dünya və dünya nemətləri ona böyük görünməsin. Dünya malını böyük sayan insan adətən yoxsulları saya salmır, varlılara həsəd aparır. İnsan bilməlidir ki, dünya nemətləri nə qədər böyük görünsə də, Allahın nəzərində heçdir: "De ki, dünya matahı cüzi bir şeydir və axirət dünyası təqvalılar üçün daha da üstündür.” (Nisa”, 77)
    Əgər mömin qəbul etsə ki, hətta milyardlarla ölçülən dünya malı heçdir, var-dövlətə görə narahat olmaz, varlılara həsəd aparmaz. Belələrini yalnız axirət nemətləri düşündürür. Onlar yalnız Allahın razılığını qazanan möminlərə qibtə edirlər. Bəli, dünya malını heç sayan insan nə varlılara qibtə edir, nə də yoxsulları əskik sayır. O başa düşür ki, hamının yoxsul saydığı bir kəs Allahın nəzərində daha əziz ola bilər.
    Ayə və rəvayətlərdən belə görünür ki, başqalarının var-dövlətinə həsəd aparmamaq üçün dünya nemətlərinin hikmət əsasında əta olunduğuna inanmaq lazımdır. Birinə dünya malı verib, birini dünya malından məhrum etmək Allahın təqdiri və hikmətidir. İlahi hikmət tələb edir ki, bir zümrə varlı olsun, digər bir zümrə yoxsulluq içində yaşasın. Hamı Allahın istək və iradəsinə təslim olmalıdır. Varlılar qürrələnməməli, yoxsullar pərişan olmamalıdırlar. Çünki hər iki halda insanlar sınağa çəkilir. Sadəcə bu sınaqlardan uğurla çıxmağa çalışmaq lazımdır.
    Bəzilərinə elə gəlir ki, Allah sevdiyi insana bol dünya neməti verir. Onların nəzərincə, əgər Allah birinə qəzəblənirsə, onu yoxsulluğa düçar edir. Amma Qurani-kərimdə bu barədə belə buyurulur: "Rəbbi insanı sınağa çəkib onu əzizləyəndə və nemət verəndə deyər ki, Rəbbim məni əziz tutdu. Elə ki, Rəbbi onu sınağa çəkib ruzisini əskildər, belə deyər: "Rəbbim məni alçaltdı.” (Fəcr”, 15, 16)
    Əslində isə həqiqi və əbədi nemət axirət nemətləridir. Yalnız axirət nemətləri Allahın sevgisini göstərir. Bu nemətlərdən məhrumluq Allahın qəzəb göstəricisidir. Dünya nemətləri isə sınaq vasitəsidir. Dünya nemətinə çatanlarla dünya nemətindən məhrum olanlar arasında möminlik baxımından heç bir fərq yoxdur. Hər iki zümrə sınağa çəkilir. Var-dövlət sevgi, yoxsulluq qəzəb nişanəsi deyil.
    Var-dövlətin sevgi nişanəsi olmadığına inanmaq üçün tarixə nəzər salaq. Bir çox peyğəmbərlər yoxsulluq içində yaşamışlar. Onların həyatı şəhadətlə başa çatmışdır. Əksinə, bir çox kafirlər və Allah düşmənləri var-dövlət və asayiş içində yaşamış, dünya nemətlərindən daha çox bəhrələnmişlər. Qarunu misal göstərmək olar. Allah-taala Qarunun var-dövləti haqqında buyurur: "Qarun Musanın dövründən idi. Onlara sitəm qıldı. Ona o qədər xəzinə verdik ki, yalnız açarları güclü bir dəstəyə ağır gəldi. Qövmü ona dedi: "Fərəhlənmə, Allah fərəhlənənləri sevməz.” (Qəsəs”, 76)
    Bəni-İsrailin dünyaya aldanmış bir qrupu Qarunun var-dövlətini görüb həsrət çəkirdilər. Onlar deyirdilər: "Ey kaş Qaruna veriləndən bizim də olaydı. Həqiqətən o, böyük bəhrəyə malikdir.” (Qəsəs”, 79)
    Amma sonda hamı gördü ki, Qarunun saysız-hesabsız dövləti ona fayda vermədi. Qarun ilahi sınaqda uğursuzluğa düçar olub əzaba düşdü; özü də, sərvəti də məhv oldu.
    Sərvət istəyi və «istidrac» qanunu
    Bir halda ki, həm var-dövlət həm də yoxsulluq sınaq vasitəsidir, sərvət sahibi olanlar vəzifəsinə əməl edib həmin sərvəti düzgün yolda xərcləməli, yoxsulluğa düşənlər səbr edib şikayətlənməməlidir. Yoxsul insan şəri hökmlərə riayət edib başqalarının sərvətinə göz dikməməklə yoxsulluq ağrısına çarə qılmalıdır. Bilməliyik ki, bəzən var-dövlət özü də bir cəza olur. Günaha batıb Allahla düşmənçiliyini artıran kəsə "istidrac” qanunu tətbiq olunur. Bu qanuna əsasən Allah yolunu azmış kəsin var-dövlətini artırır ki, o dünya ləzzətlərinə daha çox məşğul olsun və cəhənnəmə doğru daha sürətlə hərəkət etsin. Allah-taala Onun nemətlərindən sui-istifadə edib göstərişinə müxalif çıxanlar haqqında buyurur: "Onların var-dövləti və övladları səni təəccübləndirməsin. Allah bu yolla onlara dünya həyatında yalnız əzab vermək istəyir. Qoy kafir olduqları halda canları çıxsın.” ("Tövbə”, 55)
    Allah-taala azğınlıq yolunu tutub istidrac qanununa tuş gələnlər haqqında, eləcə də hidayət yolunda xoşbəxtlik üçün daha çox çalışanlar barəsində buyurur: "Hər kəs ötəri dünyanı istəsə, tezliklə istədiyimizə dilədiyini verərik. Sonra cəhənnəmi ona məskən edərik. O məzəmmət olunmuş və zəlil halda oraya daxil olar. Hər kəs axirəti istəsə, onun yolunda çalışsa və mömin olsa, zəhmətini mükafatlandıracağıq. Bunlara və onlara Rəbbinin ətası ilə əl tutarıq. Rəbbinin ətası (kimsəyə) qadağa olunmayıb.” (İsra”, 18-20)
    İstidrac qanununa məhkum olan kəs islah olmayan şagird və ya övlada bənzəyir. Müəllim, ya da ata onun islahından ümidini üzdükdən sonra özbaşına buraxır. Demək, Allah-taala həm doğru yolu tutana, həm də azğınlıq yolunu seçənə yardım göstərir. Hər kəs öz istək və iradəsi ilə nəzərdə tutduğu məqsədə çatır.
    Allah-taala birinci qrup haqqında buyurur: "Doğru yola üz tutanları (Allah) mümküncə hidayət etdi, onlara təqva verdi.”(Muhəmməd”, 17) İkinci qrup haqqında buyurulur: "(Haqdan) Dönən kimi Allah onların qəlblərini döndərdi.”(Səff”, 5)
    Allah-taala azğınlığa layiq olanların qəlbini döndərir. Həmin vaxtdan bütün hidayət yolları onun üzünə bağlanır, daha çox azğınlıq vasitəsi önə çıxır. Yol açılır ki, belə bir şəxs Allahın əbədi cəzasına daha sürətlə çatsın.
    Deyilənlərə əsasən var-dövlət və yoxsulluq insan üçün sınaq vasitəsidir. Dünya nemətlərinə çatmış insan qürrələnməməlidir. Əksinə, sərvət əldə etdikdə diqqətli olmaq, bu sınaqdan uğurla çıxmaq lazımdır. Eləcə də sərvət və neməti əldən çıxarmış insan sınağa çəkildiyini unutmamalı, ümidsizliyə qapılmamalıdır. Belə bir məqamda məyus olmuş insan uğursuzluğa düçar olmuşdur: "Əlinizdən çıxan şeyə görə qəmlənməyin, sizə verilənə görə sevinməyin. Allah fəxr edən xudpəsəndi sevmir.” ("Hədid”, 23)
    Allahın mütilik zikri və onun rəhmətinə ümid
    Dördüncü nəsihətdə Allah-taala həzrət Musaya tövsiyə edir ki, Onu mütiliklə yad etsin. Şübhəsiz ki, Allah zikrinin mərtəbələri var. İnsanlar Allahı eyni dərəcədə diqqətlə zikr etmir. Bəziləri üçün zikr sadəcə dil hərəkətidir. Belələri zikr gedişində səmimiyyət və diqqətdən məhrumdurlar. Əgər zikr riyadan uzaq olsa öz həddində dəyərlidir. Amma belə bir zikrin də insan ruhuna bir o qədər təsiri yoxdur. Yalnız mütiliklə müşayiət olunan zikr həqiqi təkamülə səbəb olur, insanı rəzalətdən fəzilətə yüksəldir.
    Allah-taala beşinci öyüddə buyurur: "Bəla və müsibətə düçar olanda rəhmətimə görə ümidvar ol.” Yəni rəhmətimə ümid edib bu bəlanın uzaqlaşacağını gözlə. Dünya həyatı çətinliklərsiz ötüşmür. Həyatda çətinlik çəkməyən insan yoxdur. Allah-taala bu barədə buyurur: "Həqiqətən, insanı məşəqqətdə yaratdıq.” (Bələd”, 4)
    İnsanlar qarşılaşdıqları problemlərə müxtəlif cür reaksiya verirlər. Bəziləri tamamilə ümidini üzüb Allahı yaddan çıxarır. Onlar pərişanlığa düçar olub qurtulmaq üçün hətta cəhd göstərmirlər. Allah-taala çətinliklər qarşısında ümidini itirən, bütün işlərin Allahın əlində olduğunu unudan insanlar haqqında buyurur: "İnsana nemət verdikdə üz döndərib uzaqlaşır, ona pislik üz verdikdə ümidini itirir.” (İsra”, 83)
    İnsan hətta kiçik çətinliklərlə üzləşdiyi vaxt dərhal Allahın sorağınca getməyə hazırlaşmalıdır. Adi baş ağrısına görə də Allahdan şəfa istəmək lazımdır. Aclıq üz verdikdə insan öncə Allahdan nemət istəməli, sonra vasitələr ardınca getməlidir. İstənilən bir halda Allahı unutmaq olmaz. Əgər insan heç vaxt Allahı unutmasa və onun rəhmətindən ümidini üzməsə, heç bir çətinlik onu narahat etməz. O istənilən bir ehtiyacının təmini üçün Allaha əl açar. Axı Allah özü buyurub ki, ehtiyac duyulan vaxt Ondan yardım istənilsin: "Allahın fəzlindən diləyin, Allah hər şeyi biləndir.” (Nisa”, 32)
    Allah-taala həzrət Musaya altıncı öyüdündə buyurur: "Müti və qəmli səslə Tövratın şirinliyini mənə göstər.” Bu gün həqiqi Tövrat əlimizdə deyil. Amma həmin Tövratdan da üstün olan Quran ixtiyarımızdadır. Quranı mütiliklə və həzin səslə oxuyaq. Çalışaq ki, Quran qəlbimizə və ruhumuza hopsun. Quran qiraət edərkən Allahla danışdığımızı hiss edək. Əgər belə bir mərifət dərəcəsinə çatsaq, Allah kəlamını həzin, qəmli səslə, mütiliklə oxusaq, Allah bizim səsimizdən razı qalar və lütfünə çatarıq.


    Category: İlahi nəsihətlər | Views: 882 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024