İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » November » 30 » İlahi nəsihətlər
    10:38 AM
    İlahi nəsihətlər
    Səkkizinci məclis
    Allah qorxusunun məfhumu və zərurəti
    "Ya Musa! Məni xof, qorxu, vahimə ilə çağır. Hüzurumda üzünü torpağa qoy, ən şərəfli vücudunla səcdə qıl. Mənimlə qorxmuş qəlblə minacat et. Bütün ömrünü Tövratla diri saxla. Mənim yaxşılıqlarımı və mədh olmuş sifətlərimi cahillərə öyrət, nemətlərimi onlara xatırlat. Onlara de ki, azğınlığa düçar olsalar ondan çəkinsinlər. Çünki mənim cəzam həqiqətən ağırdır.”
    Qorxu nədir?
    Bu nəsihətin başlanğıcında Allah-taala həzrət Musaya əmr edir ki, qorxu dolu qəlblə onu çağırsın. Bu hissədə hər üçü qorxu mənasını bildirən "xovf”, "işfaq”, "vəcl” sözləri işlədilmişdir. Bu sözlər demək olar ki, sinonimdir və eyni mənanı bildirir. Onların təkrarlanması mənanın vurğulanması məqsədi daşıyır. Hazırkı qüdsi hədisdə və bir çox ayə və rəvayətlərdə Allah qorxusu məsələsi önə çəkildiyindən bu barədə bir qədər danışmaq yaxşı olar. Amma öncə qorxu məfhumunu araşdıraq.
    Qorxu insanın təhlükə və ya zərər qarşısında özünü göstərən psixoloji durumudur. Qorxu təbii və qeyri-iradi bir reaksiyadır. Bu reaksiya əxlaqi baxımdan dəyərləndirilmir, yaxşı və ya pis sifət sayılmır. Qorxu da şadlıq kimi bir refleksdir. Əgər bir insanın ayağına iynə batarsa o dərhal reaksiya göstərir. Təhlükə ilə üzləşən insan özündən asılı olmayaraq qorxur, rəngi dəyişir. Belə bir hal istənilən bir adamda təbiidir, hətta şücaətli fərdlərdə də müşahidə olunur. Qurani-kərim həzrət Musanın sehrbazların sehrləri müqabilində reaksiyasına işarə ilə buyurur: "Musa bir qorxu keçirdi. Dedik ki, sən üstünsən, qorxma.” (Taha”, 67, 68)
    Əlbəttə ki, qorxudan öncəki müqəddimələr insanın iradəsindən asılı ola bilər. Onların mənfi və ya müsbət səciyyələndirilməsi mümkündür. Bəzən insan ondakı qorxu hissini gücləndirən hərəkət və rəftarlara yol verir. Məsələn, qorxaq insanlar xüsusi ilə gecə vaxtı tək qaldıqda uydurma təsəvvürlərlə qorxu hissini gücləndirirlər. Nəticədə bu qorxu ciddi ruhi sarsıntıya çevrilir. Bəzən isə insan xüsusi məşğələlərlə özündəki qorxunu azalda bilir. Məsələn, gecə gəzintiləri ilə qaranlıq qorxusunu canından çıxarır. Bu müqəddimələr insanın özündən asılı olduğu üçün yaxşı və ya pis sayıla bilər. Əgər insan qorxduğu üçün qınanırsa, əslində bu qorxunu yaradan müqəddimələr nəzərdə tutulur. Qorxu və qorxaqlıq ayrı-ayrı məfhumlardır. Qorxu qeyri-iradidir və yalnız təhlükə ilə rastlaşarkən yaranır. Qorxaqlıq isə insanın xarakterində möhkəmlənmiş bir sifətdir. Qorxaqlığın rahattələblik kimi mənşələri var. Bu baxımdan qorxaqlıq bəyənilmir. Qorxaq insanda çətinliklərə müqavimət cürəti yoxdur. Belələri müxtəlif çətinliklərlə müşayiət olunan ictimai vəzifələrdən boyun qaçırırlar. Qorxaq insan kiçik təhlükələrdən uzaq olmaq üçün böyük mənfəətlərdən məhrum qala bilər.
    Ərəb dilində qorxaq insan "cəban” adlanır. Bu söz "cübn” sözündən götürülmüşdür. Bu sözün antonimi "şüca” sözüdür. Əgər qorxaqlıq bəyənilməyən sifətdirsə, şücaət müsbət səciyyə sayılır. Ərəb dilində "cübn” sözü "xovf” sözündən fərqləndiyi üçün "xaif” mənası da "cəban” mənası ilə eyni deyil. Cəban dedikdə qorxaq, xaif dedikdə qorxmuş mənaları nəzərdə tutulur. Qorxaqlıq xasiyyətdirsə, qorxu ötüb keçən bir haldır. Amma hər iki sözün kökü qorxudan olduğu üçün onlar bir-birinə qarışdırılır və yanlış anlaşılır.
    Hazırkı müqəddimənin ardınca insanın iradəsindən asılı olan, insan tərəfindən zəiflədə və ya gücləndirilə bilən qorxu ilə bağlı üç sualı cavablandıracağıq.
    Nə üçün dini təlimlərdə Allah qorxusu zəruri sayılır?
    Sual 1: Nəzərə alsaq ki, qorxu mənfi bir sifətdir və psixoloqlar onu məzəmmət edib, psixoloji tarazlığın pozulması səbəbi sayır, Quran və rəvayətlərdə Allah qorxusunun mədh olunması sual doğurur. Qorxu prinsipcə bəyənilmiş sifətdirmi ki, Allah və Onun əzabından qorxu da müsbət sayılsın?
    Cavab: Qeyd etdik ki, qorxu öz-özlüyündə təbii bir hal olduğundan mənfi və ya müsbət dəyərləndirilmir. Bəyənilən və ya məzəmmət olunan isə qorxu yox, onun müqəddiməsidir. Yəni qorxu yox, qorxunu yaradan müqəddimə araşdırılmalıdır. Qorxunun güclənməsi və davamı onun səbəb və nəticələrindən asılıdır. Bəzən qorxu bəyənilir. İnsan onun həyatını hədələyən təhlükələrdən çəkinməlidir və ehtiyatlı olmalıdır. Qorxub-çəkinmədən istənilən bir təhlükəyə doğru hərəkət bəyənilməyə də bilər. Macəra axtaran, özünü oda-suya atan, istənilən bir təhlükəyə qucaq açan insanlar yetərincə sağlam və ağıllı sayılmır. Əgər qorxunun səbəb və nəticəsi müsbətdirsə, bu qorxunu gücləndirmək mədh olunur. Heç şübhəsiz, Allah qorxusu müsbət nəticələr verdiyi üçün zəruri sayılmışdır.
    Allah qorxusunun məfhumu
    Sual 2: "Allah qorxusu dedikdə nə nəzərdə tutulur? Adətən, təhlükəli mövcudlar müqabilində qorxu yaranır. Əgər Allah sonsuz məhəbbət və rəhmət sahibidirsə nə üçün ondan qorxmalıyıq?
    Cavab: Qorxunun qaynağı insanın üzləşə biləcəyi təhlükədir. Bəzən də hər hansı mənfəəti əldən çıxarmaq düşüncəsi qorxuya səbəb olur. Amma səbəblə nəticə arasında əlaqə olduğundan bəzən insan təkcə təhlükədən yox, təhlükəni yaradan səbəbdən də qorxur. Məsələn, kimi qarşısına çıxmış canavardan, kimi də qaranlıqdan qorxur. Çünki canavar və qaranlıq insanın həyatını hədələyən vasitələrdir. Tövhid prinsiplərinə əsaslanan İslam təlimlərində, eləcə də ayə və rəvayətlərdə insanın diqqəti "səbəblər səbəbinə” yönəldilir. Bu təlimə əsasən insan canavardan qorxduğu kimi canavarı yaratmış və canavarın ixtiyarı əlində olan Allahdan, "səbəblər səbəbindən” qorxmalıdır. Məsələn, yağışdan sonra torpaqdakı toxum cücərib inkişaf edir. Amma toxumun cücərib inkişaf etməsi üçün zəruri olan bütün vasitələr Allahın ixtiyarındadır və onun iradəsi ilə təsir göstərir. Bu səbəbdən Qurani-kərim toxumun cücərməsi və inkişafını Allaha aid edərək buyurur: "Həqiqətən, Allahdır toxumu və çərdəyi çatladıb cücərdən!” (Ən’am”, 95)
    Məsələn, yerdən buxarlanan su havada soyuduqdan sonra yağış şəklində torpağa qayıdır. Amma yağışın əsas səbəbi buludlar yox, Allahdır. Günəşi yaradıb, onun istisini su hövzələrinə çatdıran, bu prosesin həyata keçməsi üçün qanunlar tənzimləyən Allah-taaladır. Buxarlanma da, kondensasiya da Allah tərəfindən tənzimlənmiş ilahi qanunlardır. Suyun buxarlanması, onun havada buludlar şəklinə düşməsi, yerin cazibəsi vasitəsi ilə yağış şəklində torpağa qayıtması dəqiq qanunlar əsasında həyata keçir. Yağış da, qar da Allahın tədbir və iradəsi ilə yerə enir. Bütün bunları nəzərə alaraq Qurani-kərimdə buyurulur: "Ümidlər üzüldükdən sonra yağışı endirən, rəhmətini genişləndirən Odur. Odur həmd olmuş hami.” ("Şura”, 28)
    Aydın olur ki, insanların diqqətinin səbəb salana yönəldilməsi Quranın tərbiyə üsuludur. Bizi hədələyən zərərdən, mənafeləri əldən çıxarmaq ehtimalından qorxsaq da, bu qorxular ikinci dərəcəlidir. İnsan onun həyatı üçün təhlükə törədən seldən qorxur. Əslində isə bu sel Allahın ixtiyarındadır və Allahdan qorxmaq lazımdır. Bəli, bütün təhlükələr səbəblər səbəbi olan Allahın ixtiyarındadır.
    Amma əxlaqi baxımdan dəyərləndirilən rəftarlar sırasında Allah qorxusu əslində insanın öz çirkin əməllərindən qorxusudur. Nəzərdə tutulmuş qanunları pozan insan ilahi şəriət qanunları əsasında əzaba düçar olur. Bağışlanmağımız da, cəzalandırılmağımız da Allahın ixtiyarındadır. Qurani-kərimdə oxuyuruq: "İnsanların öz pis əməlləri səbəbindən quruda və suda fəsad görünər. Allah bəzi günahların cəzasını onlara daddırar ki, bəlkə tövbə qıldılar.”("Rum”, 41) Başqa bir ayədə oxuyuruq: "Rastlaşdığınız hər bir müsibət öz qazancınızdır və Allah onların çoxunu bağışlayır.” (Şura”, 30)
    Aydın oldu ki, Allah qorxusu dedikdə əsasən öz pis əməllərimizdən qorxu mənası nəzərdə tutulur? Bu əməllər bizi ilahi nemətlərdən məhrum edir, bir çox ağrılar yaşadır. Unutmamalıyıq ki, günahkarların Allah tərəfindən cəzalandırılması Allahın mərhəmət sifətinə zidd deyil. Allah mərhəmətlilər mərhəmətlisi olmaqla yanaşı ədalətlidir və bu ədalət tələb edir ki, başqalarına sitəm qılanlar cəzalandırılsın. Əgər yaxşı baxsaq, Allahın cəzasında da mərhəmət var. İnsanlar dünyada cəzalandırılmaqla təmizlənir, onların bir sıra günahları bağışlanır. Bağışlanmayan günahlara görə axirət cəzası nəzərdə tutulur. Əgər Allah bütün günahların cəzasını bu dünyada versəydi, yer üzündə bir nəfər olsun sağ qalmazdı. Quranda oxuyuruq: "Allah insanları gördükləri işə görə cəzalandırsaydı, yer üzündə bir canlı da saxlamazdı. Amma müəyyən müddətədək onlara möhlət verilir, əcəlləri çatdıqda, Allah bəndələrini görəndir.” (Fatir”, 45)
    Allah qorxusunun insanın rəftarına tərbiyəvi təsiri
    Sual 3: Allah qorxusu məfhumu aydınlaşdıqdan sonra belə bir sual yaranır ki, Allah öz bəndələrini qorxutmaq əvəzinə başqa bir tərbiyəvi üsul seçə bilməzdimi? Olmazdımı ki, bəndələr mükafat vədi ilə doğru yola dəvət edilsin, günahdan çəkindirilsin?
    Cavab: Qısaca belə cavab vermək olar, Allah-taala bizi daha yaxşı tanıdığından hansı üsulun daha təsirli olacağını bilir. Əzab vədi daha təsirli üsuldur və Allah öz peyğəmbərlərini qorxudan ünvanında göndərir. Quranda oxuyuruq: "Biz səni haqq olaraq müjdə verən və qorxudan ünvanında göndərdik. Aralarında qorxudan peyğəmbər olmayan heç bir ümmət olmadı.” ("Fatir”, 24)
    Peyğəmbərlər həm müjdə, həm də əzab vədi ilə dəvət etsələr də, onlar daha çox qorxudan ünvanı ilə təqdim olunmuşlar.
    Uyğun sualı psixoloji baxımdan da cavablandırmaq olar. Elmi və təcrübi üsullarla sübuta yetirilmişdir ki, qorxu hissi insanları işə daha çox təşviq edir. Demək olar ki, insanı təlaşa təhrik edən 90 faiz qorxudur. Təlaşa təşviq baxımından müjdə yalnız 10 faiz təsirə malikdir. İnsanlar adətən uğursuzluq qorxusundan çalışırlar. Tənbehdən, ata-ananın məzəmmətindən, ətrafdakıların qınağından qorxmayan insan adətən bir çox işlərdən, eləcə də təhsildən yayınır. Çox az tələbəni elmə sövq edən eşqdir. Bu səbəbdən də ata-ana öz övladlarını təhsilə təşviq etmək üçün onu uğursuzluğun pis aqibəti ilə qorxudurlar.
    Əksərimiz həm cəhənnəm əzabına, həm də behişt nemətlərinə etiqadlı olsaq da, çox vaxt vəzifələrimizi əzab qorxusundan yerinə yetiririk. İnsanların çox az qismi savab və mükafat ümidi ilə öz vəzifəsini yerinə yetirir. Əlbəttə ki, bəzi işlərdə insanı fəaliyyətə təşviq edən təkcə ümiddir. Axı müəyyən işlərin yerinə yetirilməməsi müqabilində cəza nəzərdə tutulmamışdır. Bəli, müstəhəb işlər müqabilində savab nəzərdə tutulur və bu işləri tərk edənlər cəzalandırılmır. Əlbəttə ki, bu məqamda da mükafatı əldən çıxarmaq qorxusu olur.
    Aydın olur ki, fərdi və ictimai həyatda bir çox rəftar və əməllərin hərəkətvericisi qorxudur. Çətinlik, nemətləri itirmək, hörmətdən düşmək qorxusu bu qəbil qorxulardandır. Amma axirət dünyasına inananlar üçün birinci gecə qəbir qorxusu, cəhənnəm qorxusu daha təsirlidir. Mənəvi baxımdan ali mərifət dərəcəsinə çatanlar üçün ən böyük və ən üzücü qorxu Allahın diqqətindən məhrumluq qorxusudur. Bəli, belə bir məhrumluq böyük əzabdır. Bu səbəbdən də Allah-taala əhd-peymanı pozanları məzəmmət edərkən onların diqqətdən məhrum edilməsini böyük əzab sayır və buyurur: "Allahın əhdini və öz andlarını ucuz qiymətə satanlar üçün axirət bəhrəsi yoxdur. Allah qiyamət günü onlarla danışmaz, onlara baxmaz, onları paklamaz. Onlar üçün ağrılı əzab olacaq.” (Ali-İmran”, 77)
    Uşaqlar üçün aclıq ana nəvazişindən məhrumluqdan daha asan olduğu kimi, Allahla ünsiyyət şirinliyini dadanlar üçün cəhənnəm əzabından da ağır Allahın diqqətindən məhrumluqdur. Beləcə, Allahın lütf və diqqətindən məhrumluq qorxusu aşiqlər üçün bəndəlik vəzifələrinin yerinə yetirilməsində ən güclü mühərrikdir.
    Allah qorxusunun işdə tövhidlə rabitəsi
    Allah qorxusunun əhəmiyyət və zəruriliyini göstərən digər bir nöqtə budur ki, insan özündə güc və qüdrət gördükdə qarşılaşacağı hadisələrdən qorxmur. Bu baxımdan yetkin və güclü fərdlərlə müqayisədə uşaqlar daha çox qorxur. Çünki onlar zəifdirlər və başqalarının təzyiqi qarşısında özləri üçün təhlükə hiss edirlər. Uşaqlarda müdafiə gücü olmadığından daha çox qorxur, müqavimət göstərə bilmirlər. Amma yetkin insanlar, xüsusi ilə öz həmyaşıdlarından daha güclü olanlar bir çox təhlükələrlə üzləşməkdən qorxmurlar. Çünki onlar özlərində təhlükəni aradan qaldırmaq üçün yetərincə güc görürlər. Demək, zəiflik çoxaldıqca qorxu da çoxalır. Daha zəifin qorxusu da daha çoxdur. Digər bir tərəfdən insanın kamilliyi Allaha tam bəndə olmaqdadır. Kamil insan özünü Allahın mülkü bilir, zəifliyi öz zati səciyyəsi sayır. O əmindir ki, başdan ayağa qadir Allaha ehtiyaclıdır və sonsuz qüdrət sahibi olan Allah qarşısında özünü tam aciz sayır.
    İmanı daha kamil olanlar, tövhidə daha çox inananlar Allahdan daha çox qorxur. Onlar bilirlər ki, qarşıya çıxan təhlükələri Allahdan savayı kimsə aradan qaldıra bilməz. Eyni zamanda Allahdan başqası onlar üçün təhlükə yarada bilməz. Quranda oxuyuruq: "Əgər Allah sənə bir zərər yetirsə ondan savayı bu zərəri aradan qaldıracaq kəs yoxdur. Əgər Allah sənə xeyir istəsə, Onun bəxşişinin qarşısını alacaq alacaq bir şəxs yoxdur. Allah bəndələrindən istədiyinə yetirər. O bağışlayan və mehribandır.” ("Yunis”, 107)
    Ali işdə (əfali) tövhid mərtəbəsinə çatanlar, xeyir və zərəri Allah tərəfindən bilənlər heç bir təhlükəyə qarşı özlərində qüdrət görmürlər. Onlar əmindirlər ki, yalnız Allah təhlükəni aradan qaldıra bilər. Beləcə Allahdan qorxur, Onun sonsuz qüdrətinə məftun qalırlar. Allah-taala bu sayağı tövhidə işarə ilə buyurur: "Göylərin və yerin hökmü əlində olan, özünə heç bir övlad götürməmiş Allahın şəriki yoxdur. O hər şeyi yaratmış və əvvəlcədən müəyyənləşdirmişdir”; "Müşriklər isə Onu yox, heç nə yaratmamış, özləri yaradılmış, özlərinə nə bir xeyir, nə də zərər verə bilən, diriltməyə, öldürməyə, yenidən ayağa qaldırmağa gücü olmayan bütləri özlərinə məbud götürmüşlər.”(Fürqan”, 2, 3)
    Şübhəsiz ki, belə bir tövhid dərəcəsinə çatmış şəxs özünə güvənmir, Allahdan qorxduğu üçün yalnız Onun sonsuz qüdrətinə arxalanır. Onu Allahdan savayı heç nə qorxutmur. Çünki Allahdan başqa hər nə varsa onu özü kimi zəif və aciz görür. Allahın xalis bəndəsi olan imam Rahil ali mənəvi və tövhidi mərtəbəyə çatmışdır. İmam şəmsi 1342-ci il xordad ayının 15-də sitəmkar şah rejiminin ciddi təhlükələri ilə qarşılaşdığı vaxt buyurmuşdur: "And olsun Allaha, bir an belə qorxmadım.” İmamda bu sayağı arxayınçılığı yaradan yalnız sonsuz ilahi qüdrətə inamı və güvənməsi idi. İmam əmin idi ki, Allahın istək və iradəsi qarşısında bütün iradələr və güclər zəifdir. O əmin idi ki, yalnız Allah qarşısında əyilib, Allahdan qorxan kəs başqa heç nədən qorxmayasıdır və Allah belə şəxsin qorxusunu düşmənlərin qəlbinə salasıdır. İmam Sadiq (ə) bu barədə buyurur: "Bir şəxs Allahdan qorxarsa, Allah hər kəs və hər şeyi onunla qorxudar. Bir şəxs Allahdan qorxmazsa, Allah onu hər kəs və hər nədən qorxudar.”(Biharul-ənvar”, c. 69, bab 38, s. 406, h. 114)
    Yer üzündə fəsad törətməyin aqibəti
    Allah-taalanın həzrət Musaya öyüdlərinin sonunda Allah qorxusu məsələsinə nəzər saldıq. Allah-taala həzrət Musadan tələb edir ki, Bəni-İsrailə belə desin: "Onlara de ki, azğınlığa düçar olsalar ondan çəkinsinlər. Çünki mənim cəzam həqiqətən ağırdır.”
    Allah-taala həddini aşıb yer üzündə fəsad törədənləri cəzalandırır. İlahi əzablar növbənövdür. Bu əzab fərdi, ictimai, dünyəvi, mənəvi və üxrəvi ola bilər. Allahla minacat ləzzətini duymamaq da bir növ əzabdır. Amma bu dünyada ən ağır əzab istidrac qanununa düçar olmaqdır. Bu qanun ilahi göstərişlərə əməl etməyən, tövsiyələrdən təsirlənməyib gücü çatdıqca fəsad törədənlərə tətbiq edilir. Belələrinin qəlbində hidayət nuru sönür. Allah belələrinə daha artıq nemət əta etməklə onların qarşıdakı əzablarını artırır. Onlar elə təsəvvür edirlər ki, ixtiyarlarına verilmiş nemət Allahın razılığını göstərir. Onlar nəinki peşiman olmur, arxayınlıqla öz günah yüklərini ağırlaşdırırlar. Belələri qəflətə düçar olduqlarından Allah tərəfindən ağır əzab hazırlandığını anlamırlar. Hansı ki zaman ötdükcə onların geriyə qayıdışı və tövbəsi mümkünsüz olur. Allah-taala istidrac əzabı haqqında buyurur: "Kafir olanlar təsəvvür etməməlidirlər ki, onlara verdiyimiz möhlət xeyirlidir. Bu möhlət günahlarını daha artırmaları üçündür. Onları zəliledici bir əzab gözləyir.”("Ali-İmran”, 178)Digər bir ayədə oxuyuruq: "Verilmiş nəsihətləri unutduqlarından bütün qapıları onların üzünə açdıq. Verilmiş nemətlərə görə sevindikləri vaxt onları qəfil yaxaladıq və həmin vaxt ümidlərini itirdilər.”(Ən’am”, 44)


    Category: İlahi nəsihətlər | Views: 1020 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024