İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 21 » İbrət güzgüsü
    10:32 PM
    İbrət güzgüsü
    İTİ DƏ ALLAH YARATMIŞDIR
    Əsrimizin böyük ariflərindən olmuş Cəfər Ağa Müctəhidi (Təbrizi) belə nəql edir:
    Günlərin bir günü, sübh azanından bir qədər keçmiş Həzrət İmam Rza (ə) tərəfindən inayət olunmuş bir cazibə məni evdən çölə doğru çəkdi. Çölə çıxıb məni çəkən cazibənin istiqamətində hərəkət etməyə başladım. Xiyabanı keçib "Həzrəti” adlanan meydana çatanda hiss etdim ki, artıq hərəkət etməyə qadir deyiləm. Sanki ayaqlarımı yerə mıxlamışdılar, irəliyə addım ata bilmirdim! Batinimdə bir səs mənə deyirdi ki, burada durub bir səhnəni müşahidə etməlisən.
    Gördüm qoca bir it hərəmin günbəzinə tərəf boylanıb nalə edir.
    Bu hadisədən yarım saat keçmiş gördüm ki, bahalı bir maşın meydanın kənarında dayandı. Maşının arxa qapısından əyin-başından varlı təbəqədən olduğu bəlli olan bir şəxs düşüb itə tərəf getdi. İtin gözü həmin şəxsə sataşar-sataşmaz quyruğunu bulamağa başladı.
    Bu səhnəni görüb riqqətə gəldim. Hiss etdim ki, əvvəlki halətim dəyişildi və artıq hərəkət edə bilirəm. Həmin şəxsə tərəf gedib salam verdim. Pərişan və narahat olduğu qiyafəsindən aydın gözə çarpırdı.
    Soruşdum:–Bu itin əhvalatı nədir belə? Deyəsən sizi tanıyır.
    Kişi dərin bir ah çəkib dedi: Bu iti küçük ikən arvadımın təklifi ilə evə gətirdim. Yaxşı bəslədiyimiz üçün az bir vaxtda böyüdü. Tədricən həyət-baxçanın, qapı-bacanın gözətçisinə çevrildi. İllər keçdi, o qocaldı. Qocaldığı üçün artıq keşik çəkməyə halı qalmamışdı. Axırı, dünən gecə arvadım iki ayağını bir başmağa dirəyib dedi: Artıq bu it işimizə yaramır, apar onu bir yerdə azdır, qayıt! Gərək başqa bir it tapıb gətirək. Bu boyda həyət-bacanı itsiz qoymaq olmaz!
    Sürücümə dedim iti özü ilə aparıb Məşhədin ətrafında bir yerdə azdırsın.
    Sürücü iti maşına oturdub getdi. Bir saatdan sonra qayıdıb dedi: Yaman vəfalı heyvan imiş. İti Vəkilabadın ətrafında maşından düşürəndə yalvarıcı baxışlarını mənə zilləmişdi. Sanki mənim belə bir iş görəcəyimi gözləmirdi. Yola düşüb qayıdanda bir qədər maşının ardınca yüyürdü, amma sonra yorulub dayandı.
    –Təqribən gecə yarısı yuxuya getdim... Yuxuda qiyafəsindən cah-cəlal yağan bir seyyidi gördüm. Onun heybətli görkəmini görəndə bir anlığa duruxdum. Seyyid amiranə bir səslə mənə dedi: Sizin insanlığınız harada qaldı?! Niyə bu dilsiz ağızsız heyvana rəhm etmədiniz. Məgər siz qocal-mayacaqsınız?! Sizi qoca vaxtınızda ev eşiyinizdən məhrum edib çölə atsalar xoşunuz gələrmi? Gəlin onu aparın, onun gözü hələ də yoldadır!
    ...Bu anda hövlanak yuxudan qalxdım.
    Ürəyim şiddətlə döyünür, ağır-ağır nəfəs alırdım. Dilim-dodağım qurumuşdu. Başımda küt bir ağrı hiss etdim. Qalxıb bir az gəzişdim; su içib yenidən yatağa uzandım. Yavaş-yavaş təbii halım özümə qayıtdı. Amma yuxuda gördüyüm səhnə hələ də məni narahat edirdi. Əsəblərimi tam ələ alandan sonra ürəyimdə dedim: Narahat olmağına dəyməz, bütün bunlar bir xəyaldır, adi bir yuxudur, başını at, yat! Qoca bir itin nə dəyəri var ki, bu qədər onun üstündə baş sındırırsan.
    Elə ki, yuxuya daldım, yenidən həmin səhnə təkrarlandı. Bu dəfə həmin seyyid məni danlayaraq dedi: Daha niyə məəttəlsən, niyə özünə gəlmirsən?!
    ...Yuxudan dik atıldım. Lənət şeytana - deyib öz-özümə dedim: Niyə bu fikirlər mənim başımdın çıxmır. Bu gecə niyə bu qədər uğursuz və uzundur belə, elə bil səhər açılmaq istəmir.
    Yuxu dərmanı atıb yenidən yerimə uzandım. Yuxuya dalar-dalmaz, üçüncü dəfə yenə həmin səhnə təkrar oldu. Amma bu dəfə həmin seyyid acıqlı bir ifadə ilə mənə dediklərini təkrarladı. Özümü itirmiş halda soruşdum: Axı mən bu böyüklükdə şəhərdə iti harada axtarım? Dedi: Şəhərin yuxarı meydanına gedin, it orada sizi gözləyir!
    Yuxudan qalxanda artıq əvvəlki iztirabım çəkilib getmişdi. Tez libasımı geyinib sürücünü səslədim. Ürəyimdə dedim: Gedib yoxlamağına dəyər. Axırı it ya orada olacaq, ya da olmayacaq. Əgər it orada olsa özümlə evə gətirəcəm, yox, əgər olmadı, ən azı fikrim rahat olar. Bilərəm ki, yuxuda gördüklərim qarabasmadan başqa bir şey deyilmiş.
    İndi budur, gəlmişəm, görürəm ki, bu vəfalı it burada dayanıb mənə quyruq bulayır. Sanki mənə demək istəyir ki, bizim də Allahımız var! Siz bizi yaddan çıxarsanız da Allah bizi yaddan çıxarmır. Hər nə olsaq da Onun yaratdıqlarıyıq!
    Həzrət Ağa Müctəhidi bu xatirəni danışandan sonra buyurdu: İmamın işlək əli bu aləmdə iş görür, bu əli görən göz lazımdır.(Mücahidi Məhəmmədəli, "Dər məhzəre lahutiyan”, c. 1, səh. 151.)
    Bu aləmdə hər bir varlıq Allahın yaratdığı olmaqdan əlavə, həm də yaradılış sistemində ifa etdiyi rola görə ehtirama layiqdir. Heç bir varlığa həqarət gözü ilə baxmamalıyıq.
    Rəhmətlik Ayətulllahul-Üzma Seyyid Məhəmməd Hadi Milani bu məsələnin təsdiqində deyirdi: Qurani-kərimin kəlmələrinə dəstəmazsız toxunmağa haqqımız yoxdur. Fərqi yoxdur, istər "insan” kəlməsi olsun, ya "kəlb” (it) və ya "nəml” (qarışqa). Allahın yaratdığı olduqları üçün hər biri hörmətə layiqdirlər. Onların hər birinin hörmətinə tələb olunan həddə riayət edilməlidir.
    Sədi Şirazi həmin məsələyə işarə edərək deyir:
    Bir qarışqa olsa belə incitmə sən düşün bir
    Canı vardır onun da, can hər kəsə şirindir.
    Hərdən biz insanlar bir problemlə üzləşdiyimiz zaman, vəziyyyəti çıxılmaz görəndə hər qapıya üz tuturuq. Amma Allah dərgahına üz tutmaq, məsumlara təvəssül etmək yadımızdan çıxır. Sanki qəflətə düçar oluruq. Bu qəbildən olan hekayələrin yad edilməsi bizi canımıza çökmüş qəflətdən ayılda bilər.
    Əgər biz Allahın yaratdıqlarının xidmətlərindən bəhrələniriksə, bu xidmətləri dəyərləndirib qarşılığını ödəməliyik.
    CƏZASI ÇOX ÇƏKMƏDİ
    "Bəhlul” Əfqanıstanda olarkən şahidi olduğu bir hadisəni belə nəql edir:
    "Əfqanıstanda belə bir adət var idi ki, cümələr və əlamətdar günlərdə camaat bir yerə yığışıb xoruz və kəkliklərin döyüşməsinə tamaşa edərdilər. (Əlbəttə bu qadağan olunmuş bir iş idi. Əgər polis onları görsəydi camaatı oradan uzaqlaşdırar və xoruz döyüşdürənləri də tutub aparardı.)
    Deyir: Bir gün küçədən keçərkən polisin cavan bir oğlanla kəklik üstündə mübahisə etdiyini gördüm. Polis oğlana deyirdi:
    "Sən bu kəkliyi döyüşdürmək üçün saxlayırsan. Mənə rüşvət verməsən kəkliyi səndən alacağam.
    Cavan oğlan isə deyirdi: "Mən bu quşu döyüşdürmək üçün deyil, oxuduğuna görə saxlayıram. Nə vaxt bu quşu döyüşdürdüyümü görsən, onda mane ola bilərsən.
    Polis əsəbiləşib oğlanın əlindəki kəkliyin başını bədənindən ayırıb küçənin ortasına atır. Sonra polis üzünü cavan oğlana tutub deyir:
    "İndi hara və kimə istəsən gedib məndən şikayət edə bilərsən.”
    O, bədbəxt hələ əlli addım oradan uzaqlaşmamışdı ki, böyük bir maşın arxadan onu vurub asfalta döşədi və üstündən keçib getdi. Polisin bədəni həmin kəkliyin bədəni kimi iki yerə bölündü. Başı ilə əlləri bir tərəfə, bədəni ilə ayaqları isə başqa bir tərəfə düşdü.(Bəhlulun siyasi xatirələrindən götürülmüşdür, səh. 265.)
    AYAĞI KƏSİLDİ
    Əmr ibn Əbduvəd dövrünün qorxmaz və şücaətli döyüşçülərindən biri idi. O, Peyğəmbəri (s) öldürmək və İslam dinini aradan aparmaq üçün Məkkə və ətraf şəhərlərdən minlərlə silahlı döyüşçü toplayıb Mədinəyə hücum etdi. Amma müsəlmanların Mədinə şəhərinin ətrafında qazdıqları dərin xəndəklər onların şəhərə girişlərinə mane oldu. Əbu Süfyanın qoşunu şəhər kənarında çadır qurmağa məcbur oldu və onlar bir aya yaxın orada qaldılar.
    Bir gün Əmr atına minib, müsəlman qoşununun önündə rəcəz oxuyaraq döyüşə hərif çağırırdı. Peyğəmbər (s) üç dəfə öz səhabələrinə buyurdu: "Sizlərdən biri gedib onun cavabını versin.” Əlidən (ə) başqa heç kim dillənmədi.
    Peyğəmbər (s) Əlini (ə) Əmr ilə döyüşməyə göndərdi. Həzrət Əli (ə) onunla üz-üzə dayanıb dedi: "Sənə üç təklifim var: Onlardan birini qəbul edə bilərsən.
    1-Birinci təklifim budur ki, bütpərəstlikdən əl çəkib İslam dinini qəbul edəsən.
    Əmr dedi: Mən İslamı qəbul edən idimsə bu gün sizinlə döyüşə gəlməzdim.
    2-İkinci təklifim budur ki, döyüşdən vaz keçib Məkkəyə qayıdasan və müsəlmanları rahat buraxasan.
    Dedi: Bu təklif deyil, amma nəticəsi bu olacaq ki, hətta qoca qarılar belə bir-birinə deyəcək: Əmr Peyğəmbər (s) və Əli (ə) ilə döyüşməkdən qorxub, zillət içində Məkkəyə qayıtdı.
    3-Əli (ə) buyurdu: "Bu şücaətinlə sən atlısan, mən isə piyada. Atdan yerə en və gəl döyüşək.
    İmamın sözü Əmrə çox pis təsir etdiyindən dərhal atdan endi. Təkəbbüründən vurub atın ayaqlarını qılınc ilə kəsdi. Amma bu əməlinə görə bir neçə dəqiqə sonra cəzalanacağını heç ağlına belə gətirməzdi.
    Əli (ə) ikinci dəfə ona hücum edəndə qılıncla vurub Əmrin ayağını kəsdi. Əmr ağır daş parçası kimi yerə yıxıldı.
    Bəzən zalım şəxs neçə ay və ya neçə il sonra öz pis əməlinin cəzasını alır. Amma Əmr bir-neçə dəqiqə ərzində öz cəzasına çatdı. Əgər o atının əl-ayağını kəsməsəydi, bəlkə də Həzrət Əli (ə) onun ayağını kəsməzdi.
    Amma Allah-təalanın hökmünə əsasən hər əməlin cəzası həmin miqdarda olmalıdır.(Biharül-ənvardan götürülmüşdür, c. 1, səh. 226. ibn Əbil Hədid, Nəhcül-Bəlağənin şərhi, c. 19, səh. 64.)
    Category: İbrət güzgüsü | Views: 993 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024