İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 21 » İbrət güzgüsü
    10:30 PM
    İbrət güzgüsü
    ÜÇÜNCÜ FƏSİL
    ZÜLM VƏ ƏMƏLLƏRİN CƏZASI HAQQINDA
    BAŞQASINA QUYU QAZDI, AMMA ÖZÜ DÜŞDÜ
    Bəhlul ləqəbi ilə şöhrət tapmış Şeyx Məhəmməd Təqi əsrimizin nadir şəxsiyyətlərindən biri olmuşdur. Uzun ömür sürmüş Bəhlulun macəra ilə dolu məşəqqətli, eyni zamanda bərəkətli həyatına nəzər salanda insan təəccübünü gizlədə bilmir.
    Böyük alim, ədib, kəramət sahibi olmuş Bəhlul eyni zamanda haqq uğrunda mübarizə aparan bir mücahid idi. Həyatını bütünlüklə İslamın tərəqqisi uğrunda mübarizəyə həsr edən Bəhlul zalım şah rejiminə qarşı apardığı mübarizələrə görə təqiblərə məruz qalmış, ömrünün müəyyən hissəsini mühacirətdə keçirmişdir. Əfqanıstanda dövlət məmurları tərəfindən yaxalanan Bəhlul otuz bir il müddətinə Əfqanıstanın müxtəlif zindanlarında məhbus həyatı yaşamış, zindandan çıxdıqdan sonra isə Əfqanıstanın ucqar kəndlərindən birinə sürgün edilmişdir. Zahidanə həyat sürmüş Bəhlul 2005-ci ilin yayında, 114 yaşında vəfat etmişdir. (Allah rəhmət eləsin.)
    31 illik zindan həyatını xatırlayan Bəhlul başına gəlmiş qəribə əhvalatlardan birini belə nəql edir:
    Əfqanıstanda zindanda olduğum illərdə xəstə məhbuslara, uşaqlara baxmağı öz öhdəmə götürmüşdüm. Bu işdən əlavə şəhərin icra hakimiyyətinin razılığı ilə zindanda dərs də verirdim. (Bəhlul ictihad dərəcəsi kəsb etmiş alim idi.) Otuz qırx nəfərə yaxın məhbus günün müxtəlif saatlarında yanıma yığışıb dərs oxuyurdular. Cəlalabad (Əfqanıstanın böyük şəhərlərindən biridir) şəhərinin yuxarı təbəqədən olan bəzi şəxsləri icra hakimi və ya zindanın rəisi ilə tanışlıqları olduğu üçün danışıb icazə almışdılar ki, öz uşaqlarını dərs oxumaq üçün zindana mənim yanıma göndərsinlər.
    Zindana gəldiyim ilk günlərdən zindanın bəzi təəssübkeş məmurları şiə olduğum üçün məni incidirdilər. Onların məni görməyə gözləri yox idi. Bu səbəbdən də icra hakiminin mənə olan ehtiramını, böyüklərin öz uşaqlarını mənim yanıma dərs oxumağa göndərmələrini görəndə çox narahat olurdular. Bir yolla məni aradan götürmək istəyirdilər.
    Məhbuslardan biri zindanda balaca dükan kimi bir yer götürüb zəruri ərzaq məhsulları satmaqla məşğul olurdu. Bu adam dövlət yanında etibarlı zəmanət qoyaraq hərdən əsgərlərlə birlikdə çölə çıxış icazəsi almışdı. O , bir-iki əsgərin müşayiəti ilə çölə, bazara çıxıb məhbuslara lazım olan ərzaq məhsulları və xırda-para şeylər alıb zindanda məhbuslara satırdı. Bu iş Əfqanıstan zindanlarında adi bir hal sayılırdı. Əlbəttə bu işlə məşğul olan məhbuslar icarə haqqından əlavə zindanın məmurlarına aylıq haqq da ödəyirdilər.
    Mən hər gün zindanın dükanından qatıq alırdım. (Bəhlul ömrünün doxsan ilə yaxın bir müddətini ancaq qatıq çörəklə keçinmişdi.) Mənimlə düşmənçilik edən zabitlər dükanı işlədən məhbusa təzyiqlər göstərib məcbur edirlər ki, məni bir vasitə ilə zəhərləyib öldürsün. Bu işə görə ona çoxlu pul mükafatı da vəd etmişdilər.
    Bir gün mən yenə adəti üzrə dükana qatıq almağa getdim. Dükan sahibi hər gün mənə qatıq çəkib verdiyi küpədən qatığı götürmədi və dedi: Hər gün sizə satdığım bu qatıqların üzü, qaymağı alınır, bunları yeməklə canın qüvvət tapmaz. Bu gün sizə xüsusi bir kasada elə qatıq tutmuşam ki, yesən dadı damağından getməz. Qatıq deyil, əsil qaymaqdır. Bunu sizin üçün hazırlamışam ki, yeyib mənə dua edəsiniz.
    Bunu deyib keçdi dükanın arxa tərəfindən bir kasa üzü qaymaqlı qatıq gətirdi. Mən qatığı götürüb öz hücrəmə qayıtdım. Çox acdığım üçün qatığı bütöv bir fətirlə bir oturuma yeyib, kasanın diibni də barmaqlarımla təmizlədim. Bir dəqiqədən sonra mədəmdə sancı, ürək bulanması hiss etdim.
    Dostlarım və şagirdlərim halımı belə görüb dükançının üstünə cumdular ki, dükanını dağıdıb özünü də əzişdirsinlər. Mən mane olub dedim: Tələsməyin, ola bilsin dükançı xəyanət etməsin. Bəlkə də vəbaya tutulmuşam. O vaxtlar Əfqanıstanda vəba xəstəliyi yayılmışdı. Dükançı da xəyanəti hazırlayanda hiyləsi bu olmuşdu ki, əgər, birdən ölsəm, desin vəbadan ölmüşdür.
    Mən ara vermədən öyüyüb qusurdum. Xülasə, dostlarım dükançıya toxunmadılar, gedib mənim üçün həkim çağırılmasını tələb etdilər. Həkim gəlib qaytardığım qatığı yoxlayıb, qatığın zəhərli olduğunu təsdiq etdi. Zindanın rəisi mənə dedi ki, dükançını qanuni cəzalandırmaq üçün şikayət ərizəsi ilə rəsmi olaraq ona müraciət edim. Amma mən dedim: Bizim imamlarımız bizə bu cür göstəriş verməmişlər. İmam Həsəni (ə) yeddi dəfə zəhərləyib öldürməyə çalışmışlar, amma imam zəhər verənlərdən heç birini mühakiməyə çəkmədi. Dedim: Tutaq ki, mən ondan şikayət etdim, siz ona neyləyəcəksiniz?
    Allaha şükür ki, mənə bir şey olmayıb, ölməmişəm. Əgər ölmüş olsaydım belə, indi artıq İslam ölkələrində də Quranın hökmləri yox, Avropa qanunları icra edilir; bu qanuna görə də qatili öldürmürlər. Bir də mənim qisas tələb edəcək varisim yoxdur. Görəcəyiniz iş bu olacaq ki, onun həbs müddətini uzadacaqsınız. Onun üstündə indi on bir il iş var. Həbsinə əlavə bir-neçə il də əlavə edilsə bu daha çox onun ailəsinin zərərinə qurtaracaq. Mən bu işə razı deyiləm. Xülasə, mənim ondan şikayətim yoxdur.
    Zindanın məmurları dükançıdan böyük məbləğdə rüşvət aldılar. Məni qətlə yetirəcəyi müqabilində ona pul boyun olmuş məmur da demişdi: Mənim şərtim bu olmuşdur ki, sən o kafir axundu öldürəsən. İndi ki, ölməyib, sənə heç qara qəpik də verən deyiləm.
    Çox keçmədi dükançı vərəm xəstəliyinə mübtəla oldu. Bütün varını-yoxunu xəstəliyin müalicəsinə sərf etsə də sağalmadı və həmin xəstəlikdən də öldü.
    O öləndən sonra arvadı və dörd kiçik qızı o qədər kasıblayıb zəiflədilər ki, imkan düşəndə mən zindandan onlara pul, çörək və paltar göndərirdim.(Seyyid Abbas Musəvi Mütləq, "Əcubeyi Əsr”, səh. 113-116.)
    ZİNDAN XATİRƏSİ
    Bəhlulun zindan həyatında maraqlı əhvala-tlardan biri də belə olmuşdur:
    Mənim əlimdən yanıqlı olan həbsxana rəisinin müavini hər nə yolla olursa-olsun, məni öldürmək istəyirdi.
    Məhbusların əksəriyyəti və bəzi məmurlar məni tərəfimi müdafiə etdikləri üçün bu işi zindanda görmək bir o qədər də asan deyildi. Bunun başqa bir səbəbi də zindanın ətrafında bəzi dövlət idarələrinin yerləşməsi, ikinci səbəbi isə yuxarıda oturanların işə qarışa biləcəkləri qorxusu idi.
    Həmin şəxs belə qərara gəlir ki, yeni bir zindan tikdirsin və məni oraya köçürməklə işimi orada bitirsin. Buna görə də şahla şəxsən görüşüb belə bir təklif verir ki, bizim bu zindanda səksənə yaxın siyasi məhbusumuz var. Bu zindan şəhərin ortasında yerləşdiyi üçün onların ətrafla əlaqələrinə lazımınca nəzarət etmək olmur. Bu məhbusların şəhərin içində saxlanılması məsləhətə uyğun deyil. Yaxşı olardı ki, onları şəhərdən kənar bir yerə köçürərdik.
    Şah təkliflə razılaşandan sonra yeni zindanın tikilməsi üçün lazımi büdcəni ödəyir və şəhərdən qıraqda yeni zindanın tikintisinə başlayırlar.
    Bir il üç aydan sonra yeni zindan tikilib hazır olur.
    Mənə düşmən kəsilmiş məmur öz yaxın adamları ilə belə bir plan çəkirlər ki, məni yeni tikilmiş zindanda rütubətli, tək nəfərlik bir hücrəyə salsınlar və tədrici ölümümü gözləsinlər.
    Yaxın əlaqəmiz olan zindan məmurlarından biri məni məsələdən agah edir. Amma çıxış yolu yox idi. Mən nə edə bilərdim ki?... Bütün işləri Allaha tapşırıb oturub hadisənin nə ilə qurtaracağını gözləyirdim.
    Zindan hazır oldu. Siyasi məhbusları iyirmi gün sonra yeni zindana köçürməli idilər.
    Bu arada Kabul şəhərində böyük bir oğurluq hadisəsi baş verdi. Şahın xalası oğlunun evindən külli miqdarda pul, cəvahirat oğurlanmışdı. Kabul şəhərinin baş polis idarəsi uzun axtarışlardan sonra oğruları tapır. İstintaq zamanı məlum olur ki, bu dəstənin başında məni öldürmək istəyən zindan rəisinin müavini dururmuş. Sən demə, bunlar on beş il imiş ki, oğurluqla məşğul olurmuşlar, amma dəstənin başçısının kim olduğu bilinmirmiş. Oğruların etirafına görə oğurlanmış mal üç yerə bölünürmüş. Bir hissəni həmin məmur götürürmüş, qalan iki hissə isə dəstə arasında bölüşdürülürmüş.
    Məmurun evində təftiş apararkən çoxlu miqdarda ləl-cəvahirat aşkarlanıb götürülür. Eyni zamanda bəzi dövlət əhəmiyyətli sənədlər və başqalarına məxsus əşyalar tapılıb üzə çıxır. Nəticədə yeni tikilmiş zindana düşən ilk şəxs, elə həmin məmurun özü olur. O, zindana salınandan sonra məni və digər siyasi məhbusları da yeni zindana köçürdülər.
    Yeni zindanın rəisi şiə məzhəbli bir zabit idi. Mənə olduqca böyük hörmət göstərirdi. Evindən mənim üçün qatıq-çörək gətizdirər, öz otağına dəvət edib süfrəni orada açardı.
    Yeni rəis, həmin kemiş məmurun başına oyun açırdı. Onu tək nəfərlik hücrəyə salıb gəzintiyə icazə vermirdilər. Hücrəsində bir vedrədən başqa heç bir şey yox idi. Ayaqyolu kimi istifadə etdiyi bu vedrəni hər gün səhər tezdən aparıb boşaldanda işıq üzü görürdü. Ona yeddi il həbs cəzası kəsəndən sonra ümumi zindana köçürdülər. Cəzasını çəkib azadlığa çıxandan sonra da həmişəlik dövlət işlərindən məhrum edildi. Sonradan onu görənlər deyirdilər ki, bədbəxt məmur Kabul bazarında kömür satırmış.(Həmin, səh. 85-87.)
    ZALIMA TƏBRİK
    İmam Baqirin (ə) tanınmış şagirdlərindən olan Məhəmməd ibn Müslüm belə nəql edir:
    "Günlərin birində şiələrdən bir qrupu İmam Baqirin (ə) mənzili önündə toplaşmışdılar. İmam Baqir (ə) dəstə-dəstə harasa tələsən camaatı görəndə ətrafındakılardan soruşdu:
    "Mədinə şəhərində nə hadisə baş verib?”
    "Zalım Abbasi xəlifəsi tərəfindən Mədinə şəhərinə yeni hakim təyin edilib. Bu camaat da təzə gələn hakimi təbrik etmək üçün onun hüzuruna gedirlər”–deyə mən cavab verdim.
    İmam Baqir (ə) buyurdu: "Camaatın təbrik demək üçün zalım hakimin hüzuruna getməsi, düzəx (cəhənnəm) qapılarının birindən içəri girmək misalındadır.”(Vəsailüş-şiə", c. 12, səh. 135.)
    İmam Baqirdən (ə) Abbasi sarayına getmək və orada xidmət etmək barədə soruşanda, belə cavab verdi:
    "Heç vaxt, hətta bir xətt çəkmək miqdarında belə onlara kömək etmək lazım deyil.”("Dastanhai sahibdilan”, c. 2, səh. 56.)
    ƏDƏBSİZ CAVANIN ÖLÜMÜ
    Səid ibn Səhl Bəsəri belə nəql edir: "Bizim dövrdəki xəlifənin uşaqlarından birinin şərəfinə böyük qonaqlıq təşkil olunmuşdu. Bu məclisə çoxlu qonaq, o cümlədən İmam Hadi (ə) də dəvət olunmuşdu. İmam Hadi (ə) bu məclisdə iştirak etməyə məcbur idi.
    İmam (ə) məclisə daxil olanda qonaqlar hörmət əlaməti olaraq sükut etdilər. Amma qonaqlar arasında cavan bir oğlan İmam Hadiyə (ə) məhəl qoymadan boşboğazlıq edir, ucadan gülürdü.
    İmam Hadi (ə) üzünü həmin cavana tutub dedi: "Bu nə gülüşdür ki, sənin bütün vücudunu bürüyüb və Allahı tamamilə yaddan çıxarmısan. Halbuki üç gün sonra qəbir əhli ilə birgə olacaqsan.”
    Cavan oğlan İmamın (ə) bu sözlərinə lap mat qalmışdı. O, artıq dinib danışmırdı. İmam Hadinin (ə) dediyi kimi, üç gün sonra həmin cavan oğlan öldü.”("Mənaqib ibn Şəhraşub”, c. 4, səh. 414.)
    ƏHLİ-BEYT DÜŞMƏNİNİN AQİBƏTİ
    Hişam ibn Əbdülməlik (onuncu Əməvi xəlifəsi) çox zalım və xudpəsəndin birisi idi. O, bütün müsəlmanların haqqı olan Beytül-malı özü üçün və lazımsız yerlərə xərcləyərdi. İmam Hadini (ə) onun əmrilə Mədinə şəhərində zəhərləyərək şəhid etdilər.
    Bir sözlə Hişam ibn Əbdülməlik Əhli-beytin (ə) qatı düşmənlərindən idi. O, Həzrət Əli (ə) və sair İmamlar haqqında çəkinmədən nalayiq sözlər deyərdi.
    Zeyd ibn Əlinin başçılıq etdiyi qiyam zamanı minlərlə adamı onun əmrilə qətlə yetirdilər. O, Zeydin başını bədənindən ayırmağı, sonra isə başsız bədəni çılpaq vəziyyətdə dar ağacından asmağı əmr etmişdi. Sonra aylarla dar ağacından asılı qalan Zeydin qurumuş bədənini Hişam ibn Əbdülməlikin əmrilə yandıraraq külünü göyə sovurdular.
    Hişam ibn Əbdülməlikin törətdiyi cinayətlər saysız hesabsızdır. Amma burada qeyd olunması zəruri olan məsələ budur ki, onun ölümündən sonra Vəlid ibn Yəzid hakimiyyətə gəlir. Qohum olmaqlarına baxmayaraq, Vəlid öz doğma əmisi olan Hişam ibn Əbdülməlikə hədsiz nifrət edirdi.
    O, Hişam ibn Əbdülməlikin cəsədini qüsülsüz və kəfənsiz o qədər saxladı ki, meyyit artıq iylənməyə başladı. Axırda onun iylənmiş cəsədini ölü it kimi bir çalaya atıb üstünü torpaqla basdırdılar.
    Category: İbrət güzgüsü | Views: 881 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024