İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 21 » İbrət güzgüsü
    10:23 PM
    İbrət güzgüsü
    HÖRMƏTSİZLİYİN AQİBƏTİ
    "Pərvazi-ruh” kitabının müəllifi belə nəql edir: Bir neçə il bundan əvvəl Kərbəlaya ziyarətə getmişdim. Kərbəlada olduğum vaxt bir axşam yenə Həzrət Əbülfəzlin hərəmində ziyarət etməyə məşğul idim. Zərihin önündə iki cavanın mübahisə etdiyini gördüm. Onlardan biri nəsə demək istəyirdi ki, huşunu itirib yerə yıxıldı. Ziyarətə gələnlər yerə yıxılan cavan oğlanın başına toplaşdılar. Onun kimlərdən olduğunu biləndən sonra tayfa başçısına xəbər verdilər.
    Tayfa başçısı dünyagörmüş ağsaqqal bir kişi idi. O cavan oğlanın huşunu itirməzdən əvvəl nə etdiyini soruşdu. Baş verənləri yaxından müşahidə etdiyim üçün dedim: "Nə isə (Həzrət Əbülfəzlə) demək istəyirdi ki, yerə yıxıldı.”
    Tayfa başçısı dedi: "Bu cavan oğlan Həzrət Əbülfəzlin qəzəibnə düçar olub. Çünki onun bədəni göyərmiş və sümükləri sınmışdır.
    Həmin cavan oğlanı İmam Hüseynin (ə) hərəminə apardıq ki, bəlkə Allahın lütfü ilə şəfa tapa. O, iki gecə huşsuz halda İmam Hüseynin (ə) hərəmində qaldı. Əgər üçüncü gecəni də bu vəziyyətdə qalsaydı yəqin ki, ölümü qəti olacaqdır. Amma Allah-təalanın lütfü ilə birdən hərəkətə gəldi və uzandığı yerdən qalxıb oturdu. O yanındakılara dedi:
    "Mənim ayaqlarımı kəndirlə bağlayın və Həzrət Əbülfəzlin hərəminə tərəf çəkib aparın.” Onlar oğlanın dediyi kimi də etdilər. Həzrət Əbülfəzlin hərəminə yaxınlaşanda dedi: "Filan məbləği dostuma və həmin miqdarda da kasıblara sədəqə verin.”
    Dostları onun bu xahişinə əməl edəcəklərinə söz verdilər. Sonra o çox üzgün və qəlbi sınmış halda Həzrət Əbülfəzlin hərəminə daxil olub ərəb dilində o həzrətə belə xitab etdi: "Camaat içində bu cür abrımı aparacağını heç gözləməzdim.”
    Elə bu vaxt tayfa başçısı şəfa tapmış bu cavanı qucaqlayıb öpdü.
    Ara sakitləşəndən sonra həmin oğlanın yanına gedib soruşdum: Əvvəldən bu vaxta qədər baş verənlərin yaxından şahidi oldum. Amma bütün bunların nəyə görə baş verdiyinin səbəbini bilmək istərdim.
    Cavan oğlan dedi: "Mənimlə birlikdə hərəmə daxil olan oğlana bir qədər borcum var idi. O həmin gün borcumu qaytarmağımı istəyirdi. Onun sözləri mənim xətrimə dəydi. Buna görə də dedim: "İndi ki belədir, mənim sənə heç bir qəpik də borcum yoxdur.” Dostum əsəbiləşib dedi: "Əgər düz deyirsənsə Həzrət Əbülfəzlə and iç.” Mən də utanmadan and içmək istəyirdim ki, nə baş verdiyini bilmədim. Bu axşama qədər bütün bədənim çox pis ağrıyırdı. Huşsuz halda olduğum vaxt İmam Hüseynin (ə) gəlişi üçün xüsusi mərasimə hazırlıq aparıldığını gördüm.
    Nə baş verdiyini soruşanda, kimsə dedi: "Həzrət Əbülfəzl qardaşının görüşünə gəlir. Mən üzr istəmək üçün sürünə-sürünə oraya yaxınlaşanda Həzrət Əbülfəzlin başım üstə durduğunu gördüm. O həzrət ayağının ucu ilə mənə vurub dedi: "Qalx ayağa. Elə bir evə gəlmisən ki, ona təvəssül edən şəxs naümid qayıtmaz. Həmin vaxt artıq bədənimdə heç bir ağrının olmadığını hiss etdim.”
    TAMAHKAR TACİR (1)
    Əvvəllər telefon və digər texniki vasitələr olmadığından camaat başqa ölkə və şəhərlərdən çox gec-gec xəbər tutardılar. Adətən tacirlər özləri ticarət məqsədilə bir şəhərdən digər şəhərə səfər edərdilər. Bəzən ticarət malları gecikir və yaxud birdən-birə eyni maldan çoxlu miqdarda bazara gəlirdi ki, bu da qiymətlərin tez bir zamanda artıb-azalmasına səbəb olurdu.
    Günlərin birində bir şəhərdə yaşayan iki tacir gəmi ilə ticarətə gedirlər. Alış-veriş edəndən sonra aldıqları malları gəmilərə yükləyib vətənə qayıdırlar. Söhbət əsnasında məlum olur ki, tacirlərdən biri yağ, digəri isə mis qablar almışdır. Hər iki tacir Allaha təvəkkül edərək aldıqları malları yaxşı qiymətə satmaq haqqında düşünürdülər.
    Gəmiçilər arasında belə bir adət var idi ki, iki gəmi dənizdə bir-birilə rastlaşanda lövbər salıb gəlib-getdikləri yerlərdən hal-əhval tutardılar.
    Bir neçə həftə yol gəldikdən sonra tacirlərin olduğu gəmi başqa bir gəmi ilə rastlaşır. Hər iki gəmi lövbər salıb dayanır. Yükü ancaq yağ olan tacir kapitanların söhbət etdiyini görüb qonşu gəmiyə keçmək üçün icazə alır. Bu tacir çox zirək adam idi. Hər bir fürsətdən istifadə etməyi gözəl bacarırdı. Amma mis qablar almış tacir bütün bunlara məhəl qoymazdı. O, həmişə deyərdi: Bizim vəzifəmiz ticarət etmək, qismət isə Allahdandır. Səndən hərəkət, Allahdan bərəkət.
    Çoxbilmiş tacir öz səfər yoldaşının yatdığını görüb qonşu gəmiyə keçir. Apardığı sorğu-sual nəticəsində məlum olur ki, yağ bazarı çox kasaddır. Əksinə, misin qiyməti isə birdən-birə qalxmışdır. Bunu eşidəndə səfər yoldaşı üçün plan çəkməyə başlayır. O, aldıqları malları bir-biri ilə dəyişməyi tacir yoldaşına təklif edir.
    Mis qablar almış tacir deyir: Əgər sən razısansa mənim də heç bir sözüm yoxdur. Nədənsə ürəyimə gəldi ki, sənin bu təklifini qəbul edəm.
    Xülasə, oturub mübadiləni birlikdə başa vurdular. Mis taciri bu işin əsil səbəbini bilmirdi. Əksinə yağ taciri misi satmaqla çoxlu mənfəət əldə edəcəyinə əmin idi. Amma adi bir hadisə hiyləgər tacirin bütün hesab-kitabını dəyişdi. Sahilə bir neçə fərsəx qalırdı. Zülmət bir gecədə güclü tufan başladı. Hündür dalğalar gəminin bir tərəfini söküb apardı. Artıq su gəmiyə dolurdu. Vəziyyəti belə görən kapitan nigaran halda sərnişinlərə dedi: Dostlar, hamımızın canı təhlükə qarşısındadır. Əgər gəminin yükünü boşaltmasaq gəmi batacaq. Gəmidəki bütün yükləri dənizə boşaltmaqdan başqa çıxış yolumuz yoxdur.
    Tacirlər kapitana öz etirazlarını bildirdilər: Əgər biz bütün sərmayəmizi dənizə töksək müflis olacağıq.
    "Mən sizi başa düşürəm. Amma indi hər şeydən mühüm insanları xilas etməkdir. Əgər tez bir zamanda gəminin yükü boşalmazsa, hamılıqla dənizdə batacağıq. Gəminin kapitanı mənəm və burada olan insanların məsuliyyəti mənim üzərimdədir. Dediklərimə əməl etməyən şəxsin özünü də dənizə atacağıq– deyə kapitan cavab verdi.
    Gəmi artıq sahilə çatırdı. Hər iki tacir çox narahat halda gəmini tərk etdilər. Amma onların ticarətlərinin nəticəsi tam əksinə olmuşdu. Yağ alveri edən tacirin səfər yoldaşından aldığı mis qablar dənizin dibinə batmış, mis alveri edən tacirin aldığı yağ qabları suyun üzündə qalmışdı. Dalğalar yağ çəlləklərini sahilə tərəf itələyirdilər. Tufan sakitləşəndən sonra qayıqların köməyilə yağ çəlləklərini suyun üzündən çəkib qayıqlara yığdılar.
    Çox zirək və hiyləgər olmasına baxmayaraq yağ alveri edən tacirin hiylə ilə aldığı mis qablar əlindən çıxdı. Amma sadə və sədaqətli mis tacirinin mis qablarla dəyişdirdiyi bütün yağ qabları heç bir zərər toxunmadan sahilə gətirildi.
    Bəli, hiyləgərliyin sonu yoxdur.("Qessehayi-xub”, c. 6, səh. 57.)
    TAMAHKAR TACİR (2)
    Mahmud Əfqan İsfəhan şəhərini işğal edəndən sonra Şirazı da ələ keçirmək istəyir. Buna görə də Zibərdəstxanın rəhbərlik etdiyi böyük bir qoşunu Şiraz şəhərinə göndərir. Qoşun şəhərə çatanda qala divarlarının basılmaz olduğuna əmin olur. Buna baxmayaraq bir-neçə dəfə şəhərə hücum edən əfqan qoşunu məğlubiyyətə uğrayır.
    Nəticədə çarəsiz qalıb həmişəki döyüş metodlarından istifadə etməli olurlar. Əfqan qoşunu şəhəri bütünlüklə mühasirəyə alır. Zibərdəstxanın fikrincə bu mühasirə çox uzun çəkməyəcəkdi. Şəhər əhalisinin azuqəsi bitəndən sonra aclığa dözməyəcək və məcburiyyətdən təslim olacaqdır. Amma şəhərin mühasirəsi səkkiz ay çəkdi. Uzun müddət mühasirədə qalmış şəhər əhalisi artıq qıtlıqdan əziyyət çəkirdilər. Hətta onlarla adam acından ölmüşdü. Mühasirədə qalmaqdan cana yığılmış camaat əfqan qoşununu birdəfəlik məğlub etmək istəyirdilər. Bunun üçün də səngərləri buraxıb şəhərdən kənara çıxırlar. Amma aclıqdan zəifləmiş Şiraz əsgərləri qızğın döyüşdə məğlub oldular. Beləliklə, 1137-ci ildə (h.) Şiraz şəhəri əfqanlıların işğalı altına keçir. Döyüşdə qələbə çalmış əfqan əsgərləri şəhəri təftiş edərkən küçələrdə və evlərdə aclıqdan ölmüş cəsədlərə rast gəlirdilər.
    Əfqanlılar şəhərin başqa bir tərəfində buğda ilə dolu anbar kəşf etdilər. Bu tamahkar bir tacirin anbarı idi. Anbarda bütün Şiraz əhalisinə yetəcək üç aylıq azuqə toplanmışdı. Öz həmvətənləri aclıqdan əziyyət çəkdiyi bir halda bu tamahkar tacir, buğdaları münasib vaxtında daha baha qiymətə satmaq məqsədilə anbarda yığıb saxlamışdı. Əfqanlı əsgərlər acgöz taciri tutub zindana apardılar. Bir tərəfdən həris tacirin bu əməlinə sevinən Zibərdəstxan digər tərəfdən də çox narahat olurdu. Sevinirdi ona görə ki, buğdanı anbarda yığıb saxlaması şirazlıların üç ay daha tez məğlub olmasına səbəb olmuşdu. Onu narahat edən məsələ isə bu tacirin dünya malına olan hədsiz hərisliyi idi. Çünki bu hərislik təkcə Şiraz camaatının deyil, onun özünün də ölümünə səbəb olmuşdur.
    Beləliklə, dünya malına olan tamah tacirə canı bahasına başa gəldi. Onun yığıb saxladığı buğda Zibərdəstxanın qan içən qoşununa nəsib oldu. Zibərdəstxanın əmrilə tamahkar taciri dar ağacından asdılar.("Nadir şahın həyatı”, səh. 89.)
    ƏMƏLLƏRİN CƏZASI
    Nasirəddin şahın belə bir adəti vardı ki, qabaqcadan təyin olunmuş bir gündə zindanlara baş çəkərdi. O, məhbuslardan hansına işarə etsəydi bu həmin adamın edam olunması demək idi.
    Zindandakılar arasında bir nəfər adam öldürdüyünə görə həbs edilmişdi. Həmin adam zindan rəisinin yaxın qohumu idi. Buna görə də bəzən ailəsini görmək üçün ona evə getməyə icazə verilərdi. Zindanban bir axşam yenə həmin məhbusu evə buraxmışdı. Məhbus evinə gedəndən sonra zindanbanın yadına düşür ki, şah sabah zindana gələcək. Zindanban nə edəcəyini bilməyib lap çaş-baş qalmışdı. Çünki, şah və onun yanındakılar zindandakı məhbusların nömrələrini bilirdilər. Bir nəfərin əskik olduğunu bilsəydilər, zindanbanın özünü edam edəcəkdilər. Qorxu onu bu çıxılmaz vəziyyətdən qurtarmaq üçün çarə düşünməyə vadar etdi. Belə qərara gəldi ki, evə gedən məhbusun yerinə bir nəfəri tapıb qoysun.
    Zindan rəisinin çox səmimi dostu olan qəssab bir qonşusu var idi. Fürsəti əldən vermədən qəssab qonşusunun yanına gedib əhvalatı ona danışdı. "Əziz dostum, gəl mənə bu çıxılmaz vəziyyətdən qurtarmağa kömək et. Bir neçə dəqiqəliyə məhbus paltarı geyinib zindanda otur. Şah zindana gəlib-gedəndən sonra sən də öz işinin dalınca gedərsən”– deyə zindanban ondan xahiş etdi. Qəssab dostunun xahişini qəbul edib zindana getdi. Səhər açılanda şahın gəlişi üçün məhbusları cərgəyə düzdülər. Məhbusların nömrələri bir-bir oxunandan sonra, birdən şahın gözü qəssaba sataşdı. Onun firavan həyat keçirməsi piy bağlamış bədənindən məlum idi. Nasirəddin şah qəssaba işarə edib oradan keçdi.
    Cəllad qəssabın yoğun boğazından tutub edam ediləcək yerə gətirdi. Əvvəlcə bütün baş verənləri zarafat kimi qəbul edən qəssab birdən məsələnin ciddi olduğunu anladı. Bir anlıq ölüm mələyi gözləri önündə canlandı. Yalvar-yaxar edib özünü cəlladın ayaqları altına atdı. Məsələnin nə yerdə olduğunu ona danışdı. Amma çox yazıq ki, bunların heç bir faydası yox idi. Çünki, şahın fərmanı sorğu-sualsız icra olunmalı idi.
    Cəllad üzünü qəssaba tutub dedi:
    "Bəlkə nə vaxtsa bir cinayət etmisən ki, indi bu bəlaya düçar olmusan. Əgər doğrudan da belə bir iş tutmusansa, danış. Ola bilsin səni işgəncə ilə deyil, daha rahat öldürüm.
    Qəssab çox fikirləşdi. Axı bu müsibət onun hansı günahının cəzası idi. Amma birdən neçə il bundan əvvəl bir uşağın başına açdığı cinayəti xatırlayıb dedi: "Bir dəfə cavan vaxtlarımda öz həmyaşıdlarımla birlikdə üzməyə getmişdik. Dostlarım bir az üzəndən sonra sudan çıxıb getdilər. Mən isə hovuzun içində üzməyə məşğul idim. Elə bu vaxt hovuzda azyaşlı bir uşağın da üzdüyünü gördüm. Bir az sonra həmin uşaq çox yorğun halda özünü hovuzun kənarına çatdırıb sudan çıxmaq istədi. O, balaca əllərilə hovuzun divarlarından tutub sudan çıxmaq istəyirdi. Mən isə onu ayaqlarımla geri itələyib suya atırdım. Uşaq yalvarıb məndən kömək istəyirdi. Amma mən onun həyatla-ölüm arasında çarpışmasından ləzzət alırdım. Mənim inadım üzündən zavallı uşaq axır ki, suda boğuldu. Uşağın bədəninin suyun üzündə hərəkətsiz qaldığını görəndə qorxub aradan çıxdım.
    Qəssabın danışdıqlarına diqqətlə qulaq asan cəlladın gözləri birdən qanla doldu. O bağıraraq qəssaba dedi:
    "Vay olsun sənə! O uşaq mənim kiçik qardaşım idi. Deməli uzun müddət axtardığım qatil sənmişsən. Mən bu təsadüfdən çox şadam. Çünki, qardaşımın qatilini bu gün öz əllərimlə öldürəcəyəm.”
    Bu hadisədən sonra uzun müddət zindandakı məhbuslar arasında günahların cəzasından söz düşəndə həmin əhvalatı bir-biri üçün nəql edərdilər.
    MÜTƏKƏBBİRİN AQİBƏTİ
    İsa peyğəmbərin (ə) dini təbliğ etmək üsullarından biri də səyahətə çıxmaq idi. Günlərin birində peyğəmbərin yaxın dostu olan cırtdan adam da onunla səyahətə gedir. Bir müddət yol gedəndən sonra dəniz sahilinə yetişirlər. İsa (ə) tam yəqinliklə "Bismillah” deyib dənizin üzərində yeriməyə başlayır. Bunu görən cırtdan adam da sidq ürəkdən "Bismillah” deyib özünü İsaya (ə) çatdırır. Elə bu vaxt onun ürəyində təkəbbür və xudpəsəndlik hissi yaranır. Bir anlıq öz-özünə fikirləşir: "Ay Allah, suyun üzərində batmadan yeriyən şəxs sənin peyğəmbərin İsadır (ə). Adi bir insan olduğum halda mən də bu işi bacarıram. Bəs elə isə peyğəmbərlə mənim aramda nə fərq var?”
    Elə həmin an ayağının altı birdən boşalır və o suya batır. O, qışqırıb İsadan (ə) kömək istəyirdi: "Ey Ruhullah! Mənə yardım et.” İsa (ə) cırtdan adamın əlindən tutub sudan çıxardı. Sonra ona dedi:
    "Məgər sən nə dedin ki, suyun üzərində yeridiyin vaxt birdən-birə batdın.”
    Cırtdan adam dedi: "Öz-özümə dedim ki, həm Allahın peyğəmbəri və həm də mən suyun üzərində yeriyə bilirik. Belə bir halda peyğəmbərlə (ə) mənim aramda nə fərq oldu. Bir anlıq məndə xudibnlik hissi yarandı. Nəticədə mən öz əməlimin cəzasını çəkdim.”
    İsa (ə) cırtdan adama dedi: "Özünü Allah-təalanın sənə məsləhət bilmədiyi məqama layiq gördün. Qəlbindəki xudibnliyə görə Allah-təalanın sənə qəzəbi tutmuşdur. İndi isə dediklərindən tövbə et.”
    Cırtdan adam öz əməlindən peşman olub tövbə edir. Beləliklə, Allah-təala onu əvvəlki məqamına qaytarır.
    İmam Sadiq (ə) bu əhvalatı nəql edəndən sonra buyurdu: "Elə isə Allahdan qorxun və pərhizkar olun. Bir-birinizə həsəd aparmayın.”("Üsuli-kafi”, c. 2, səh, 306.)
    KƏKLİKLƏRİN ŞƏHADƏTİ
    Bir neçə quldur qərb rayonlarından birində yol kəsib, adam soymaqla məşğul idilər. Günlərin birində həmin quldurlar bir nəfərin yolunu kəsib bütün pul-parasını soyurlar. Sonra həmin adamı ağaca bağlayıb öldürmək istəyirlər. Zavallı adam quldurlara yalvarıb deyir:
    "Siz ki, mənim bütün olan-qalan pulumu soyub götürmüsünüz. Məni öldürməklə siz nə qazanacaqsınız? Mən gündəlik gəlirlə dolanan birisiyəm. Ona görə də körpə uşaqlarımın mənsiz dolanışığı çox çətin olar. And olsun Allaha, götürdüyünüz bütün pul-paramı da sizə halal edirəm.”
    Quldurlar gülüb dedi:
    "Əgər biz halal ruzi qazanmaq istəsəydik, o zaman yol kəsib adam soymağı özümüz üçün gəlir mənbəyi seçməzdik.”
    Bəs qiyamət günü Allah qarşısında nə cavab verəcəksiniz?–deyə yazıq kişi dilləndi.
    Quldurlar dedilər: "Bu vaxta qədər kim qiyamətdən xəbər gətirib? Çünki, qiyamət yoxdur.” Quldurlar onu öldürmək istəyəndə zavallı kişi üzünü daşın üstündə oturub oxuyan iki kəkliyə tutub deyir:
    "Ey quşlar, siz şahid olun ki, bu insafsızlar məni amansızcasına öldürdülər.”
    Quldurlar kişinin bu sözlərinə gülə-gülə onun başını bədənindən ayırırlar.
    Artıq bu əhvalatdan bir-neçə il keçmişdi. Bir gün əmirlərdən biri öz qulluqçuları ilə həmin ərazidə ova çıxmışdı. Təsadüfən əmir burada həmin quldurlarla rastlaşır və onlardan ov haqqında soruşur. Quldurların kimliyindən xəbəri olmayan əmir onlara deyir: "Əgər bizə bələdçilik etsəniz, sizə zəhmət haqqı verəcəyəm.”
    Quldurlar axşam çağına qədər əmir və onu müşayiət edənlərə ov ovlamaqda yardımçı olurlar. Ovlardan kabab bişirib əmir üçün gözəl bir süfrə açırlar. Ovlanmış heyvanlar arasında bir-neçə kəkliyi də kabab edib süfrəyə gətirirlər. Kəklikləri quldurlar özləri ovlamışdılar. Əmir onlara öz ovladıqları kəkliklərdən yeməyi təklif etdi. Kabab olmuş kəklikləri görən quldurlar bir-birinə göz vurub güldülər. Onlar getdikcə daha ucadan gülməyə başladılar. Artıq onlar gülməkdən özlərini saxlaya bilmirdilər.
    Qudlurların ədəbsizliyini görən əmir bərk əsəbiləşdi. Onları ağaca bağlayıb çoxlu qamçı vurmağı və yersiz gülməklərinin səbəbini soruşmağı əmr etdi.
    Quldurlar dedilər: "Ey əmir, bizim gülüşümüzün səbəbi sən deyilsən.”
    "Bəs niyə gülürsünüz?”–deyə əmir onlardan soruşdu.
    Onlar bir neçə il bundan əvvəl yazıq kişinin başına açdıqları müsibəti əmir üçün nəql etdilər. Quldurlar bunu fəxrlə əmirə danışıb dedilər:
    "Əmir sağ olsun! Bizim gülməyimizin səbəbi kabab olmuş kəkliklərin qiyamət günü necə şəhadət verəcəyi idi.”
    Əmir onlara dedi: "Kəkliklər sizin dilinizlə şəhadət verdilər. Bu gün isə sizin üçün qiyamət günüdür.” Sonra quldurlara öldürdükləri zavallı kişidən oğurladıqları əşyaların yerini deməyənə qədər qamçı vurmağı əmr etdi.
    Əmir quldurlar tərəfindən öldürülmüş kişinin uşaqlarını çağıtdırıb atalarının oğurlanmış əşyalarını və həmçinin quldurlardan aldığı qan bahasını onlara verdi. Sonra uşaqların gözü önündə quldurların başlarını bədənlərindən üzməyi əmr etdi.("Xoşbəxtlik xəzinəsinin açarı”, səh. 90.)
    NANƏCİBİN AQİBƏTİ
    İbn Abbas deyir: "Mədinə şəhərində yaşayan bir kişinin həyətində xurma ağacı var idi ki, bu ağacın bir neçə budağı kasıb qonşusunun həyətinə sallanırdı. Xurma ağacının sahibi hər gün evinə gələndə ağacın başına çıxıb bir neçə salxım xurma dərərdi. Bəzən qonşu uşaqları öz həyətlərinə tökülən xurmaları yerdən yığıb yeyərdilər. Ağac sahibi utanmadan xurmaları qonşu uşaqlarının əlindən alar, hətta çeynəmiş olsaydılar belə barmağını salıb ağızlarından çıxarardı. Bununla da öz nanəcibliyini onlara göstərərdi.
    Kasıb qonşu Peyğəmbərin (s) yanına gedib nanəcib qonşusundan şikayətlənir. Peyğəmbər (s) ona buyurur: "Sən get, mən özüm bir çıxış yolu fikirləşib taparam.”
    Bir gün xurma ağacının sahibi ilə Peyğəmbər (s) görüşürlər. Peyğəmbər (s) ona buyurur: "Budaqları filan qonşunun həyətinə sallanan xurma ağacını cənnətdəki xurma ağacıyla dəyişərsənmi?”
    "Mənim çoxlu xurma ağacım var. Amma onların içərisində ən yaxşı məhsul verən sizin dediyiniz həmin ağacdır”– bunu deyib oradan uzaqlaşır.
    Əbu Dəhdah adlı çox nəcib bir şəxs Peyğəmbərin (s) o şəxslə danışdıqlarını eşidəndə o Həzrətin yanına gəlib deyir: "Əgər mən həmin xurma ağacını o şəxsdən alıb sizə bağışlasam, cənnət bağlarındakı xurma ağacından mənə də qismət olacaqmı?"
    Əlbəttə”–deyə Peyğəmbər (s) cavab verdi. Əbu Dəhdah ağac sahibinin yanına gedib dedi: "Bu xurma ağacını mənə neçəyə satarsan?”
    "Peyğəmbər (s) bu ağacın əvəzində mənə cənnətdəki xurma ağacını vəd etdi. Amma mən razılaşmadım. Çünki, bu ağacın xurması başqa ağacların meyvəsindən daha lətif və ləzizdir”–deyə ağac sahibi dilləndi. Əbu Dəhdah ondan soruşdu: "Düzünü de görüm, bu ağacı satmaq fikrin varmı?”
    Ağac sahibi dedi: Əgər onun əvəzində çoxlu mal verən olsa, sataram.
    "Nə qədər istəyirsən?–Deyə Əbu Dəhdah ondan soruşdu.
    Həmin şəxs dedi: "Bir xurma ağacının əvəzində 40 xurma ağacı.”
    "Çox baha deyirsən”– deyə Əbu Dəhdah narazı halda cavab verdi. Amma sonra nə isə fikirləşib onun şərtilə razılaşdığını bildirdi.
    Ağac sahibi ona dedi: "Əgər dediklərin doğrudursa bir-neçə şahid gətir.” Əbu Dəhdah onun dediyi kimi də etdi. Sonra Əbu Dəhdah Peyğəmbərin (s) hüzuruna gedib dedi: "İndi həmin xurma ağacı mənim ixtiyarımdadır. Mən onu sizə bağışlayıram.” Peyğəmbər (s) bunu eşidəndə kasıb kişinin mənzilinə yollandı. "İndi bu xurma ağacı sənə və ailə üzvlərinə məxsusdur”–deyə Peyğəmbər (s) ona müjdə verdi.
    Əbu Dəhdah, ağac sahibinin əksinə olaraq comərdlik edib, nəciblik göstərdiyinə görə onun haqqında bu ayələr nazil oldu:
    "Kim malını Allah yolunda versə, Allahdan qorxsa və ən gözəl sözü (La ilahə illəllah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü (La ilahə illəllah kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik. (Onu Cəhənnəm üçün hazırlayacağıq). (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.”("Dastanhaye sahibdelan”, c. 1, səh. 217.)
    Category: İbrət güzgüsü | Views: 942 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024