İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 14 » Günahşünaslıq
    11:49 AM
    Günahşünaslıq
    BÖYÜK GÜNAHLAR
    İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
    İmam Kazim (əleyhissalam) buyurur: Əmr ibni Übeyd İmam Sadiq (əleyhissalamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu:
    وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ
    «Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin?
    O dedi: Quranda bu günahların sayını bilmək istəyirəm.
    İmam buyurdu: Bəli, ey Əmr (eşit):
    1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-təala buyurmuşdur:
    وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّة َ
    «Hər kəs Allaha şərik qoşsa Allah behişti ona haram edər.»(72.,"Nisa”)
    2. Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır:
    Necə ki, Allah-təala buyurmuşdur:
    اِنَّهُ لا يَيْأَسُ مِنْ رَوْحِ اللهِ اِلاّ الْقَوْمُ الْكافِرُون َ
    «Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.»( 78,"Yusif”)
    3. Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-təala Quranda buyurur:
    فَلا يَأْمَنُ مِنْ مَكْرِ اللهِ اِلاّ الْقَوْمُ الْخاسِروُنَ
    «Yalnız ziyana uğrayanlar, Allahın məkrindən amanda qalacaqlarına inanarlar».(99.,"Əraf”)
    4. Böyük günahlardan biri də ata və ananın üzünə ağ olmaqdır: Elə bu səbəbdən Allah-təala ata-anasına əziyyət verən şəxsi güclü, lakin bədbəxt bir insan kimi tanıtdırır.((Allah mənə əmr edib ki,) Anama da yaxşı olum. Bədbəxt bir yekəpər yaratmış məni.)
    5. Adam öldürmək; (İstisna olunmuş hallardan başqa). Allah-təala buyurur:
    وَمَنْ يَقْتُلُ مُؤمِناً مُتَعَمِّداً فَجَزاؤُهُ جَهَنَّمُ خالِداً فِيها وَغَضِبَ اللهُ عَلَيهِ وَلَعَنَهُ وَاَعَدَّ لَهُ عَذاباً عَظِيماً
    «Hər kəs bir mömini qəsdən öldürsə, cəzası cəhənnəm olacaq və orada əbədi qalacaq. Allah ona qəzəb edəcək, lənətləyəcək və onun üçün ağır əzab hazırlayacaqdır.»( 93.,"Nisa”)
    6. İffətli bir qadını zinakar kimi qələmə vermək. Allah-təala buyurur:
    اِنَّ الَّذِينَ يَرْمُونَ الُْمحصَناتِ الْغافِلاتِ الْمؤْمِناتِ لُعِنُوا فِي الدُّنْيا وَالاْخِرَةِ وَلَهُمْ عَذابٌ عَظِيمٌ
    «Zinanı ağıla belə gətirməyən ismətli qadınları zinada ittiham edən kimsələr, dünyada və axirətdə lənətə gəlmişlər».(23.,"Nur”)
    7. Yetimlərin malını yemək: Quranda belə şəxslərin haqqında oxuyuruq:
    اِنَّما يَأْكُلُونَ فِي بُطُونِهِمْ ناراً وَسَيَصْلَوْنَ سَعِيراً ا
    «Yetimlərin malını haqsızlıqla yeyənlər yalnız qarınlarına od doldurar və tezliklə cəhənnəm atəşində yanacaqlar».(10.,"Nisa)
    8. Cihad (din yolunda müharibə) cəbhəsindən qaçmaq. Belə ki, Allah-təala buyurur:
    وَمَنْ يُوَلِّهِمْ يَوْمَئِذ دُبُرَهُ اِلاّ مُتَحَرِّفاً لِقِتال اَوْ مُتَحَيّزاً اِلى فِئَة باءً بَغَضَب مِنَ اللهِ وَمَأْواهُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ
    «Bir tərəfə çəkilib təkrar döyüşmək, yaxud (başqa bir) dəstəyə qoşulmaq məqsədilə yox, sadəcə qorxudan geriyə çəkilənlər (cəbhədən qaçanlar) Allahın qəzəbinə tutularlar. Cəhənnəmdir onların yerləri və ora necə də pis yerdir!»(16.,"Ənfal”)
    9. Faiz yemək. (sələmçi olmaq) Bu barədə Allah-təala buyurur:
    الَّذِينَ يَأْكُلُونَ الرِّبا لا يَقُومُونَ اِلاّ كَما يَقُومَ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطانُ مِنَ الْمَسّ
    «Faiz yeyənlər (sələmçilər) məhşər ayağında şeytanın toxunub yerə yıxdığı adamın qalxdığı kimi ayağa qalxarlar».( 277.,"Bəqərə”)
    10. Sehr və cadu etmək. Quranda sehr haqqında belə oxuyuruq:
    وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَراهُ مالَهُ فِي الاْخِرَةِ مِنْ خَلاق
    «Onlar bilirdilər ki, onu (cadunu) alan şəxsə Qiyamət günü heç bir mənfəət çatmayacaq.»(102.,"Bəqərə”)
    11. Zina. Belə ki, Allah-təala buyurmuşdur:
    وَمَنْ يَفْعَلْ ذلِكَ يَلْقَ آثاماً يُضاعَفْ لَهُ الْعَذابُ يَوْمَ الْقِيامَةِ وَيَخْلُدْ فِيهِ مُهاناً
    «Hər kəs bunu (zinanı) etsə, o, günaha batmış olur. Qiyamət günü bu cür şəxsin əzabı qat-qat artar və cəhənnəm içində alçalaraq əbədi olaraq qalar».(68-69.,"Furqan”)
    12. Günah üçün yalandan and içmək. Rəbbimiz buyurur:
    الَّذِينَ يَشْتَروُنَ بِعَهْدِ اللهِ وَاَيْمانِهِمْ ثَمَناً قَلِيلاً اُلئِكَ لا خَلاقَ لَهُمْ فِي الاْخِرَةِ
    «Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!»(Ali-imran, 77.)
    13. Müharibə zamanı müsəlmanların ələ keçirdiyi qənimətə xəyanət etmək. (Ona görə ki, bu qənimət orada iştirak edən müsəlmanların arasında bölüşdürülməlidir.) «Ali-imran» surəsinin 161-ci ayəsində oxuyuruq:
    وَمَنْ يَغْلُلْ يَأْتِ بِما غَلَّ يَوْمَ الْقِيامَةِ
    «Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!»
    14. Vacib olan zəkatı verməkdən boyun qaçırmaq. Allah-təala buyurur:
    يَوْمَ يُحْمى عَلَيْها فِي نارِ جَهَنَّمَ فَتُكْوى بِها جِباهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ
    «Cəhənnəm odunda qızaran bu qızıl-gümüş ilə onların alnı, böyrü, beli dağlanan gün onlara deyəcəklər: «Özünüzə yığdığınızdan dadın!»(35.,"Tövbə”)
    15. Yalandan şəhadət vermək və habelə özünün şahid olmasını inkar etmək (yəni əgər bir şəxs müəyyən bir hadisənin şahidi olubsa, məhkəmə zamanı özünün şahid olmasını inkar etmək). Bu barədə Quranda oxuyuruq:
    وَمَنْ يَكْتُمْها فَاِنَّهُ آثِمٌ قَلْبُهُ
    «Hər kəs gördüyünü (məhkəmə zamanı) gizlətsə onun qəlbi günahkardır».(283.,"Bəqərə”)
    16. «Ey iman gətirənlər! Şərab (içki), qumar, bütlər, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!» («Maidə» surəsinin 90-cı ayəsində bu mətləbə işarə olunmuşdur.)
    17. Bilərəkdən Allahın insanlara vacib etdiyi əməlləri, o cümlədən namazı tərk etmək. Çünki İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurur:
    مَنَْ تَرَكَ الصَّلاةً مُتَعَمِّداً فَقَدْ بَرِئَ مِنْ ذِمَّةِ اللهِ وَذِمَّةِ رَسُولِ الله:
    «Hər kəs bilərəkdən namazı tərk etsə, Allahın və Onun Peyğəmbərinin (s) əhd-peymanından bizar olmuşdur.»
    18-19. Əhdə vəfa qılmamaq və yaxın qohum-əqrəba ilə rabitəni kəsmək. Allah-təala «Furqan» surəsinin 25-ci ayəsində bu məsələlər haqqında buyurur:
    اُولئِكَ لَهُمُ الَّعْنَةُ وَلَهُمْ سُوءُ الدّارِ
    «Onlar (əhdə vəfa qılmayanlar və qohumluq rabitəsini pozanlar) üçün lənət olsun və onların axirətdə yeri çox pisdir».
    Bu hədisi rəvayət edən şəxs deyir: İmam Sadiq (ə) bura çatanda Əmr ibn Übeyd imamın sözlərinin təsirindən ağlayıb nalə çəkən halda oranı tərk etdi. Lakin gedərkən dilində bu cümləni təkrar edirdi:
    هَلَكَ مَنْ قالَ بِرَأْيِه وَنازَعَكُمْ فِي الْفَضْلِ وَالْعِلْمِ
    «Həlak olsun o şəxs ki elmi olmadan nəzər verə; və həlak olsun o şəxslər ki, siz imamlarla elm və fəzilətdə üzbəüz dura» (yəni həlak olsun sizin düşmənləriniz).
    BÖYÜK VƏ KİÇİK GÜNAHLARIN ƏLAMƏTLƏRİ
    Din alimləri arasında böyük və kiçik günahların əlamətləri haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Onlardan bəziləri aşağıda qeyd edilən beş meyarı günahların böyük olmasının təyin edilməsində əsas bilirlər:
    1. Hər bir günah ki, Quranda onun üçün əzab vədəsi verilmişdir.
    2. Hər bir günah ki, müqəddəs İslam dinində onun barəsində ciddi xəbərdarlıq edilib və cəza tədbirləri (hədd) təyin olunmuşdur. Məsələn şərab içməyin cəzası şallaqdır.
    3. İslam dininə etinasızlıq məqsədilə edilən günahlar.
    4. Qəti dəlillərlə böyük günah olması sübuta yetən günahlar.
    5. Hər bir günah ki, Quranda və yaxud 14 məsumun hədislərində onu edən şəxs şiddətli əzabla təhdid olunub.
    Böyük günahların sayına gəldikdə isə alimlərdən bəzisi onları 7 ədəd, bəzisi 10 ədəd, başqaları 20 ədəd, daha bir dəstə 34 ədəd və nəhayət bəzi alimlər onların sayını 40 ədəd hesab etmişlər. Alimlərimizin arasında olan bu müxtəlif nəzəriyyələr Quran və hədislərdən götürülmüşdür. Çünki böyük günahların hamısı da dərəcə cəhətindən eyni deyillər.
    Category: Günahşünaslıq | Views: 986 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024