İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » November » 14 » Günahşünaslıq
    11:45 AM
    Günahşünaslıq
    ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ HAQQINDA
    Günahın cəmiyyətdə mədəni proseslərlə bağlı amillərindən biri də şəxsiyyətə pərəstişdir. Aydın məsələdir ki, hər bir insanın həyatında yüksək məqsədlərə nail olması üçün kamil bir nümunə insan, yəni ideal olmalıdır. Belə nümunə liderlər insanın tərbiyəsində mühüm rol oynayırlar. Çünki insanın təbiəti elədir ki, o, həyatının bütün sahələrində nümunə tapmaq istəyir, yəni kimdənsə örnək almaq istəyir. Bunun üçün çalışır. Lakin əgər cəmiyyət düzgün mədəniyyətə malik olmasa, yalan və məcazi nümunələr həqiqi və düzgün nümunələri (liderləri) əvəz edəcəkdir. Bunun nəticəsində isə insanların tərbiyəsində böyük bir faciə baş verəcəkdir. Quranda düzgün tabe olmaq mənasını verən (kamil nümunə) ifadəsi üç dəfə təkrar olunmuşdur: "Əhzab»-1, «Mümtəhinə» 4-5. Qeyd edilən ayələrin hər üçündə İslam Peyğəmbəri (s) və İbrahim peyğəmbər insanlara nümunəvi şəxsiyyətlər kimi tanıtdırılmışlar. Biz insanlar isə diqqətli olsaq, görərik ki, yalançı və qondarma şəxsiyyətə malik olan insanlar həmişə cəmiyyətdə böyük bəlalar, fəsadlar və günahlara səbəb olublar. Deməli, həyatımızda ideal nümunə seçməkdə ehtiyatlı olmalıyıq.
    HAQQI GİZLƏTMƏK
    Günahın mədəniyyətlə bağlı səbəblərindən biri də həqiqətin, yüksək səviyyəli elmi biliyin və yaxud hər hansı bir mənəvi dəyərin ört-basdır edilməsidir. Bunun nəticəsi isə cəmiyyətdə haqqın və ədalətin, yüksək əxlaqi keyfiyyətlərin aradan getməsi olacaqdır. Quran, Allah təbarək və təala tərəfindən gələn həqiqətləri gizlədənlərlə mübarizə aparmışdır. «Bəqərə» surəsinin 42-ci ayəsində oxuyuruq:
    وَلا تَلْبِسُوا الْحَقَّ بِالْباطِلِ وَتَكْتُمُوا الْحَقَّ وَاَنْتُمْ تَعْلَمُونَ
    «Haqqa nahaq (batil) don geyindirməyin, haqqı bilərəkdən gizlətməyin».
    Bu surənin 159-cu ayəsində isə haqqı gizlədən şəxslər, Allahın lənətinə düçar olanlar kimi qeyd olunmuşlar.(Məcməül-bəyan, 1-ci cild, 240-cı səh. Səfinətül-bihar, 2-ci cild, 470-ci səh..)
    İslam Peyğəmbəri (s) buyurur:
    مَنْ سُئِلَ عَنْ عِلْم يَعْلَمُهُ فَكَتَمَ لُجِمَ يَوْمَ الْقِيامَةِ بِلُجام مِنْ نار
    «Hər bir şəxsdən bildiyi bir mətləb soruşulduqda o, cavab verməkdən boyun qaçırsa, qiyamət günü atəşdən olan ip onun boynuna atılacaq».(Vəsailüş-şiə, 14-cü cild, 53 səh.)
    GÜNAHIN AİLƏ MÜHİTİ İLƏ BAĞLI AMİLLƏRİ
    İnsanı günaha tərəf yönəldən daha bir mühüm amil ailə və ətraf mühitin pis olmasıdır. Əksinə, yaxşı ailə insanı günahdan çəkindirməkdə böyük təsirə malikdir. İslam dini insanların tərbiyəsində çox diqqətli və hər tərəfli bir dindir. Bu dində ailənin düzgün bünövrə ilə qurulması və yaxşı nəticələrə çatması üçün çoxlu göstərişlər verilmişdir. Bu göstərişlərə düzgün və dəqiq riayət olunsa, ailənin parlaq gələcəyi olacaqdır. Bu göstərişlər aşağıdakılardır:
    1. İrsiyyət qanununa diqqət vermək.
    2. Düzgün və dini qayda-qanunlara əsasən ailə həyatı qurmaq.
    3. Uşaqların İslam qayda-qanunları ilə tərbiyəsi.
    4. Yeməyin halal və ya haram olmasına diqqət yetirmək.
    1. İRSİYYƏT QANUNUNA DİQQƏT YETİRMƏK
    Uşaqların zahiri görünüşdə olduğu kimi, ruhi və mənəvi xüsusiyyətləri də ata və anadan irs aparılır. Bu həm dini, həm də elmi baxımdan təsdiq olunmuş bir məsələdir. Misal üçün, şücaətli, iffətli, möhkəm iradəli və dindar ata-ananın övladlarının da bu sifətlərə malik olmasında irsiyyətin mühüm rolu vardır. Əksinə ata və ananın qorxaq, napak, süst iradəli və s. olması bu sifətlərin onların övladlarında da yaranmasına zəmin yaradır. Mətləbin daha da aydınlaşması üçün bir ayə və neçə hədisi nəzərdən keçiririk:
    1. Quranda Nuh peyğəmbərin öz qövmünə qarğış etməsi barədə belə oxuyuruq:
    «Ya Rəbb! Kafirlərdən heç birini yer üzündə saxlama. Çünki əgər onları diri saxlasan, Sənin bəndələrini haqq yolundan çıxaracaqlar. Onların özlərindən isə fəsad törədən və kafir nəsil yaranacaq».
    Bu ayədə ata-anadakı xüsusiyyətlərin irsən övlada keçməsinə işarə olunmuşdur. Yəni napak ata-anadan, napak övladlar dünyaya gələcəklər.
    2. İmam Hüseynin (ə) ziyarətnaməsində oxuyuruq:
    اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوراً فِي الاَْصْلابِ الشّامِخَةِ وَالاَْرْحامِ الْمُطَهَّرَةِ لَمْ تُنْجِّسْكَ الْجاهِلِيَّةُ بِاضنْجاسِها وَلَمْ تُلْبِسْكَ مِنْ مُدْلَهِمّاتِ ثِيابِها
    «Şəhadət verirəm ki, sən böyük mənzilətli kişilərin sülblərində və iffətli anaların pak bətnlərində bir nur idin. Cahiliyyət dövrü (İslam dininin zühurundan qabaqkı dövr ki, camaat mənəvi cəhətdən çox aşağı dərəcədə idilər) səni öz pislikləri ilə bulaşdırmadı. Və özünün (iyrənc) paltarını sənə geyindirmədi».
    Ziyarətnamələrdə bu məşhur cümlələr məsum imamların ata-analarının təmiz və təmiz nəsildən olmalarını göstərir. Məsum imamlar bu cəhətdən də pakdırlar. Onlara bu paklıq öz ata-analarından irsən keçmişdir.
    3. İslam Peyğəmbəri (s) buyurur:
    اَلشَّقِيُّ شَقِيٌّ فِي بَطْنِ اُمِّهِ، وَالسَّعِيدُ سَعِيدٌ فِي بَطْنِ اُمِّهِ
    «Bədbəxt insan öz anasının bətnində bədbəxtdir. Xoşbəxt insan isə öz anasının bətnində xoşbəxtdir».
    Bu hədisin mənası odur ki, ata-anadakı mənfi və ya müsbət keyfiyyətlər övlada irsən keçərək onların gələcəkdəki bədbəxtlik və ya xoşbəxtliyinə zəmin yaradır. (Yəni ata-ananın bədbəxt və ya xoşbəxt olması onların övladlarına da müəyyən dərəcədə təsir edir.)
    4. Şücaətli qadınla evlənmək
    İmam Əli (ə) öz həyat yoldaşı Həzrəti Fatimeyi Zəhranın (s) şəhid olmasından sonra yenidən ailə qurmaq qərarına gəldi. Qardaşı Əqil tayfa və qəbilələri yaxşı tanıdığından həzrət ona müraciət edib dedi: Şücaətli və qorxmaz tayfadan bir olan qadınla evlənmək istəyirəm.
    Əqil dedi: Nə üçün bu xüsusiyyətə malik olan bir qadınla evlənmək istəyirsən?
    İmam Əli (ə) buyurdu: Ona görə ki, ondan olan övlad da şücaətli olsun.
    Əqil dedi: Belə bir qadın Bəni-kilab qəbiləsindən olan Fatimə (Ümmül-bənin) Hizam ibni Xalid ibni Rəbiənin qızıdır. Həm də ərəblərin arasında səndən başqa bir şəxs bu tayfanın şücaətinə çatmaz.
    Əqil Ümmül-bəninə elçilik etdi və İmam Əli (ə) onunla ailə həyatı qurdu. Bu qadından olan bütün uşaqlar çox şücaətli və qəhrəman uşaqlar idilər. Sonralar onlardan bəziləri Kərbəlada şəhid oldular. Onlardan ən məşhuru isə Həzrət Əbbas (Qəməri Bəni-Haşim) idi. Deməli, bu övladlara şücaət həm ata, həm də analarından irsən keçmişdi.
    5. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubunda ona təmiz və pak nəsildən olan insanlarla əlaqə saxlamağını tapşırır.
    Məktubun bir hissəsində belə oxuyuruq:
    ثُمَّ الْصَقْ بِذَوي الْمُرؤُئاتِ وَالاَْحْسابِ وَاَهْلِ البُيُوتاتِ الصّالِحَةِ
    «Həmişə şəxsiyyətli, əsil nəcabətli və təmiz ailədən olan şəxslərlə əlaqə saxla».
    Məktubun başqa bir yerində isə oxuyuruq:
    وَتَوَخَّ مِنْهُمْ اَهْلَ التَّجْرِبَةِ وَالْحَياءِ مِنْ اَهْلِ الْبُيُوتاتِ الصّالِحَةِ وَالْقَدَمِ فِي الاِْسْلامِ
    «Sənin işçilərin ən təcrübəli və təmiz ailədən, həmçinin İslam dinində qabaqcıl şəxslərdən olmalıdır».
    İmam Əlinin (ə) bu sözündən belə nəticə çıxarmaq olar ki, mühüm vəzifələrə, bu xüsusiyyətlərə malik olan şəxslər yiyələnməlidirlər.
    6. İmam Əli (ə) buyurur:
    حُسْنُ الاَْخْلاقِ بُرْهانُ كَرَمِ الاْعْراقِ
    «Gözəl əxlaqlı olmaq insanın damarlarının (genlərinin) yaxşılığını göstərir».
    Damarların yaxşılığı isə ailənin paklığı və təmizliyinə işarədir ki, övlada bu təmizlik ata-anasından irsən keçir.
    «CƏMƏL» MÜHARİBƏSİNDƏN BİR XATİRƏ
    Cəməl müharibəsi hicri-qəməri tarixi ilə 36-cı ildə Bəsrə şəhərinin ətrafında İmam Əlinin qoşunu ilə Ayişə, Təlhə və Zübeyrin qoşunu arasında baş verdi. Müharibənin qızğın yerlərinin birində İmam Əli (ə) öz oğlu Məhəmməd Hənəfiyyəyə «hücum et!» fərmanını verdi. Düşmən tərəfindən atılan oxların sayı o qədər çox idi ki, Məhəmməd Hənəfiyyə hücum əmrini yerinə yetirmək üçün düşmən hücumunun dayanmasını gözləməli oldu. Lakin bu vaxt atasından yenidən hücum əmrini eşitdi. Məhəmməd Hənəfiyyə düşmən oxları altında əks-hücuma keçdi, lakin atılan oxlar onu irəli getməyə qoymadı. Həzrət Əli (ə) bunu gördükdə onun yanına gəlib dedi:
    اَدْرَكَكَ عِرْقٌ مِنْ اُمِّكَ
    «Bu (qorxaqlıq) anandan sənə irs keçib».
    HARAMDAN DOĞULAN UŞAĞIN ƏLAMƏTLƏRİ
    İmam Sadiq (ə) buyurdu:
    Haramdan doğulmuş uşağın bir neçə əlaməti var:
    1. Peyğəmbərin (s) nəsli olan biz Əhli-beytə düşmənçilik edər.
    2. Yad qadınlarla kəbinsiz əlaqədə olmağa (zinaya) meyilli olar.
    3. Dini yüngül sayar.
    4. Camaatla pis rəftar edər.
    Deməli, bünövrəsi qanunsuz işlə qoyulmuş şəxsdə, günaha və qanunsuz hərəkətlərə meyl daha çoxdur.
    Bu bəhsdən belə nəticəyə gəlirik ki, «irsiyyət qanunu» islam dinində və müasir elmdə isbata ehtiyacı olmayan bir məsələdir. Yəni insanın qanunsuz yolla dünyaya gəlməsi onda günaha meylli olmağa və günah işlər görməyə zəmin yaradır.
    2. DÜZGÜN AİLƏ HƏYATI QURMAQ
    İctimai həyatda ən zəruri məsələlərdən biri də ailə həyatı qurmaqdır. Ailə kiçik cəmiyyətdir. İslam dinində də bu məsələnin düzgün həlli həmişə diqqət mərkəzində olmuşdur. Dinimizdə bunun daha səmərəli nəticələr verməsi üçün bəzi məsələlərin də dürüst həlli vacibdir. Bunlardan birincisi yaxşı həyat yoldaşı tapmaqdır. Çünki seçilmiş ailədən çıxmış, yaxşı tərbiyə almış ana, övladının da düzgün tərbiyələnməsi yolunda çalışacaq, buna nail olmağa can atacaqdır. Eləcə də pis və əxlaqsız anadan tərbiyəli övlad yetişməsi gözlənilmir. Buna görə ki, cəmiyyətdə günaha şərait yaradan amillərdən biri də pis analardır. Çünki analıq hisslərindən məhrum olan, yalnız özü üçün yaşayan qadınlar cəmiyyətə tərbiyəsiz, əxlaqsız övlad təhvil verirlər. Bu da yeni günahların yaranmasına meydan açır. Bu barədə bir neçə hədisə diqqət yetirək:
    1. İslam Peyğəmbəri (s) camaatla söhbətlərinin birində buyurur:
    اَيُّها النّاسُ اِيّاكُمْ وَخَضْراءِ الدَّمَنِ، قِيلَ يا رَسُولَ اللهِ وَما خَضْراءُ الدَّمَنِ؟ قالَ: اَلْمَرْأَةُ الْحَسْناءِ فِي مَنْبَتِ السُّوء
    Ay camaat! Yerdən çıxan çirkin bitkilərdən yeməyin.
    Orada olanlardan biri soruşdu:
    «Ey Allahın Peyğəmbəri (s); o bitkilər hansılardır?» Peyğəmbər (s) buyurdu:
    «Pozğun ailədən çıxmış gözəl qadın».
    2. Bir şəxs İslam Peyğəmbərinin (s) yanına gəlib evlənmək barədə o həzrətlə məsləhətləşdi. Peyğəmbər (s) buyurdu:
    اَنْكِحْ وَعَلَيْكَ بِذاتِ الدِّينِ
    «Evlən! Lakin dindar qadınla evlən».
    3. İmam Əli (ə) buyurur:
    اِيّاكُمْ وَتَزْويجَ الْحَمْقاءِ فَاِنَّ صُحْبَتَها بَلاءٌ، وَوَلَدها ضِياعٌ
    «Ağılsız qadınla evlənməyin». Çünki onunla bir yerdə olmaq bəladır və onun övladları pis yolda olacaqlar».
    4. İslam Peyğəmbəri (s) buyurur:
    خَيْرُ نِسائكُمْ الْعَفِيفَةُ الْغُلْمَةُ
    «Sizin xanımlarınızın ən yaxşısı o xanımdır ki, cinsi istəkləri çox və ismətli olsun».
    5. İmam Sadiq (ə) buyurur:
    مَنْ زَوَّجَ كَرِيمَتَهُ مِنْ شارِبِ خَمْر قَطَعَ رَحِمَها
    «Qızını şərab içən şəxsə ərə verən adam o qızından nəslini kəsmiş bilsin».
    O Həzrət başqa bir hədisdə buyurdu: «Şərabın Allah tərəfindən haram buyurulmasından sonra və bunun mənim vasitəmlə xalqa çatdırılmasından sonra şərab içən şəxsə qız verməyin. Çünki o ləyaqətsiz bir insandır.»(Nurus-səqəleyn təfsiri, 4-cü cild, 184-cü səh.)
    6. İmam Sadiq (ə) buyurdu:
    طُوبى لِمَنْ كانَتْ اُمُّهُ عَفِيفَةً
    «İsmətli və iffətli anası olan şəxsin xoş halına!»
    3. ÖVLADIN İSLAM QAYDA-QANUNLARINA ƏSASƏN TƏRBİYƏSİ
    İslam dinində ən mühüm vəzifələrdən biri də övladın islami qayda və qanunlar əsasında tərbiyəsidir. Düzgün tərbiyə övladı insani dəyərlərə yönəldən mühüm amildir. Əksinə övladın ümumiyyətlə tərbiyə olunmaması və yaxud düzgün tərbiyə olmaması, onu günaha və pozğunluqlara tərəf çəkir. Bağında yeni ağac əkən bağbanın vəzifəsi ona vaxtlı-vaxtında qulluq edib, lazım olan şəraiti onun üçün yaratmaqdır. Ata-ana da öz övladlarının yaxşı tərbiyə alması üçün bütün vasitələrdən istifadə etməyə çalışmalıdır. Çünki bu işdə səhlənkarlıq və diqqətsizlik övladların pis yollara düşməsi ilə nəticələnə bilər.
    Qadının üç mühüm vəzifəsi vardır. "Ərini razı salmaq, evin işlərinə baxmaq, övladlarının tərbiyəsi ilə məşğul olmaq». Əgər o, bu üç mühüm vəzifəni düzgün şəkildə yerinə yetirsə, ailə həyatındakı bütün çətinliklər aradan qalxacaq və onlar xoşbəxt bir ailənin üzvü olacaqlar. Ananın bu üç vəzifəni layiqincə yerinə yetirməsi uşağın tərbiyəsinin bünövrəsini təşkil edir. Kişinin də vəzifəsi bu üç mühüm işi yerinə yetirmək üçün əlindən gələn qədər öz həyat yoldaşına kömək etməsidir.
    Övladın tərbiyəsində ata və ana hər ikisi məsul olsalar da ananın məsuliyyəti daha çoxdur. Çünki o, övladı ilə daha çox ünsiyyətdədir. Hətta övladı bətnində olarkən belə, onun tərbiyəsində təsirli rolu var. Hər halda həm atanın, həm də ananın övladların tərbiyəsindəki mühüm rolu danılmazdır.
    İslam Peyğəmbəri (s) bu barədə buyurur:
    كُلُّ مَوْلُود يُولَدُ عَلَ الْفِطْرَةِ حَتّى لِيَكُونَ اَبَواهُما اللَّذانِ يُهَوِّدانِهِ وَيُنَصِّرانِهِ
    «Hər bir uşaq doğulan zaman islam fitrətində doğulur. Lakin sonralar ata və anasının təsiri nəticəsində yəhudi və ya məsihi olur».[(Müstədrəkül-vəsail, 2-ci cild, 627-ci səh.)
    O Həzrət başqa bir hədisdə buyurur:
    رَحِمَ اللهُ عَبْداً اَعانَ وَلَدَهُ عَلى بِرِّهِ بِالاْحْسانِ اِلَيْهِ، وَالتَّألُّفِ لَهُ وَتَعْلِيمِهِ وَتَأْدِيبِهِ
    «Allah rəhmət etsin o şəxsə ki, övladı ilə ünsiyyət yaratmaqla və ona təlim-tərbiyə verməklə onun xoşbəxt olmasına kömək edir».(Fürui-kafi, 6-cı cild, 48-ci səh)
    Yenə o Həzrət buyurur:
    رَحِمَ اللهُ والِدَيْنِ اَعانا وَلَدَهُما عَلى بِرِّهُما
    «Allahın rəhməti olsun elə ata-anaya ki, övladlarına səadətə çatmaq yolunda kömək edərlər».(Nəhcül-bəlağə, hikmətli sözlər bölməsi 399-cu səh.)
    İmam Əli (ə) isə buyurur:
    وَحَقُّ الْوَلَدِ عَلَى الوالِدِ اَنْ يُحْسِّنَ اِسْمَهُ، وَيُحِسِّنَ اَدَبَهُ، وَيُعَلِّمهُ الْقُرْآنَ
    «Atanın övlada qarşı vəzifəsi budur ki, onun üçün yaxşı ad qoysun, ona yaxşı tərbiyə versin və ona Quran öyrətsin».(Töhəfül-üqul, 574-cü səh.)
    AİLƏDƏ MEHRİBANLIQ YARATMAQ
    Övladın düzgün tərbiyə olunmasında ailədə olan mehribanlıq və səmimiyyət qədər təsirli amil yoxdur. Ata və ana övladlarının tərbiyə aldığı mühiti öz mehribanlıqları ilə sağlam saxlamalıdırlar. Çünki uşağın tərbiyəsində birinci şərt, ailənin daxili sağlamlığıdır. Ailədə mehribanlığın yaranması üçün isə birinci şərt ata və ananın bir-birinə qarşılıqlı məhəbbət bəsləmələridir.
    İslam Peyğəmbəri (s) buyurur:
    خَيْرُكُمْ خَيْرُكُمْ لاَِهْلِهِ وَاَنا خَيْرُكُمْ لاَهْلِي
    «Öz ailəsi ilə mehribanlıqla davranan şəxs sizlərin ən yaxşısıdır. Mən özüm də beləyəm (ailəmlə mehriban davranıram).»
    Biharül-ənvar kitabında (103-cü cild, 223-226-cı səhifələr) insanın öz həyat yoldaşına məhəbbət bəsləməsi haqqında çoxlu hədislər vardır. Bu hədislərin birində İmam Sadiq (ə) buyurur:
    «Bizim dostlarımız o şəxslərdir ki, öz həyat yoldaşlarına daha çox məhəbbət bəsləyirlər».
    O həzrət başqa bir hədisdə buyurur:
    «Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri budur ki, onlar öz həyat yoldaşlarına məhəbbət göstərərdilər».
    Bir şəxs Peyğəmbərin (s) hüzurunda ikən dedi:
    «Ömrümdə heç vaxt uşaq öpməmişəm».
    O şəxs gedəndən sonra Peyğəmbər (s) buyurdu:
    هذا رَجُلٌ عِنْدي اِنَّهُ مِنْ أَهْلِ النّار
    «Mənim nəzərimcə, bu kişi cəhənnəm əhlidir.»
    Yunis ibni Ribat deyir: İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə bir hədis nəql etdi:
    رَحِمَ اللهُ مَنْ اَعانَ وَلَدَهُ عَلى بِرِّهِ
    «Allahın rəhməti olsun o şəxsə ki, övladına yaxşı işlər görməkdə kömək etsin.»
    Mən imam Sadiqə (ə) ərz etdim:
    «Yaxşı işlərdə ona nə cür kömək etsin?». Cavabımda buyurdu:
    يَقْبَلُ مَيْسُورَهُ وَيَتَجاوَزُ عَنْ مَعْسُورِهِ وَلا يَرْهَقُهُ وَلا يَخْرِقُ بِهِ
    «Övladının əlindən gələn qədər işini qəbul etsin, onu bir işə məcbur etməsin və ona axmaq və nadan deməsin».
    Qeyd edilənlərdən belə bir nəticə hasil olur ki, övladın düzgün tərbiyəsi onu mənəvi və insani dəyərlərə sövq edir. Əksinə onun tərbiyə olunmaması günahın və pozğunluğun qapısını onun üzünə açır.
    «TƏHQİR» – GÜNAHIN DAHA BİR AMİLİ
    Tərbiyənin ən mühüm şərtlərindən biri də insanların, ələl-xüsus uşaqların şəxsiyyətinə hörmət etməkdir, yəni onu bir şəxs kimi tanımaqdır. Bu əsasla uşağın təhqir edilməsi onun düzgün tərbiyəsinə mane olan səbəblərdəndir.
    Ata və ana öz övladları ilə müəyyən pərdə daxilində davranmalı, onların bütün yaş dövürlərini və xüsusiyyətlərini nəzərə almalıdırlar. Valideyn bir sözlə uşağın şəxsiyyətinə toxunan sözlərdən və işlərdən çəkinməli və həmişə övladlarına yaxşı nümunə olmalıdırlar. Eyni zamanda yaşlı adamların da qüruruna toxunan hərəkətlərdən qaçılmalıdır. Bütün insanların ehtiramı lazımi qədər saxlanmalıdır ki, onlar özlərində həqarət hissi keçirməsinlər. Çünki mənliyi tapdalanan, şəxsiyyəti təhqir olunan insanlarda qəzəb həddini aşır və kin güclənir. İnsanlarda yaranan bu hisslər isə çoxlu günahların törənməsinə gətirib çıxarır.
    İmam Hadi (ə) buyurur:
    مَنْ هانَتْ عَلَيْهِ نَفْسُهُ فَلا تَأْمَنْ شَرَّهُ
    «Özünü şəxsiyyətsiz hesab edən adamın şərrindən uzaq olun».(Biharul-ənvar, 72-ci cild)
    İmam Əli (ə) buyurur:
    مَنْ كَرُمَتْ عَلَيْهِ نَفْسُهُ لَمْ يُهِنْها بِالْمَعْصِيَة
    «Özünü şəxsiyyətli hesab edən adam heç vaxt öz şəxsiyyətini günahla məhv etməz».(Furuği-kafi, 6-cı cild, 44-cü səh.)
    İslam Peyğəmbəri (s) buyurur:
    لا يَكْذِبُ الْكاذِبُ اِلاّ مِنْ مِهانَةِ نَفْسِهِ
    «Yalançı adam özünə şəxsiyyət verməmək səbəbindən yalan danışır».
    Nəticə alırıq ki, heç bir insanı təhqir etmək olmaz. Çünki bu vaxt o öz şəxsiyyətini əskik bilir və bunun üçün çoxlu günahlara qurşanır.
    İslam Peyğəmbəri (s) və Məsum imamlar uşağı tərbiyə edərkən heç vaxt onun şəxsiyyətini təhqir etmirdilər. Əksinə onların ehtiramını saxlamaqla onlardan güclü şəxsiyyət formalaşmasına nail olurdular.
    İslam Peyğəmbəri (s) buyurur:
    اَكْرِمُوا اَوْلادَكُم وَاَحْسِنُوا اَدَبَهُمْ يَغْفِرْ لَكُمْ
    «Övladlarınıza ehtiram qoyun və onları gözəl tərbiyə edin ki, Allah sizin günahlarınızı bağışlasın».
    Bundan əlavə, islam dinində uşaqların tərbiyə prosesində bir neçə mərhələnin də yerinə yetirilməsi vacib sayılır. Məsələn: Onların arasında fərq qoymayın, onların arasında bərabərliyə riayət edin, onlara yaxşı sözlər danışın, pis ad qoymayın, pis ləqəblərlə çağırmayın və s. Sadalananların əksi də uşaqlarda mənfi hallar yaradar və nəticəsi həm ailə, həm də cəmiyyət üçün pis olar.
    MARAQLI BİR HADİSƏ
    İmam Sadiq (ə) buyurur:
    Peyğəmbər (s) günorta namazını camaatla birlikdə qıldı. Lakin gözlənilmədən namazın axırıncı iki rəkətində tələsdi. Namaz qurtarandan sonra camaat o Həzrətdən namazda tələsməsinin səbəbini soruşdular.
    Peyğəmbər (s) buyurdu:
    اَما سَمِعْتُمْ صُراخَ الصِّبِيُّ
    «Siz uşaq ağlaması səsini eşitmədinizmi?»
    Məlum oldu ki, o Həzrət uşağı sakitləşdirmək üçün namazı tələsik qıldı.
    ÖVLADIN İFFƏTİNİ QORUMAQ
    Ata və ananın vəzifələrindən biri övladlarının iffət və paklığını qorumaqdır. Peyğəmbərimiz (s) bu barədə buyurur:
    اِيّاكُمْ وَاَنْ يُجامِعَ الرَّجُلُ اِمْرئَتَهُ وَالصَّبِيُّ فِي الْمَهْدِ يَنْظُرُ اِلَيْهِما
    «Məbada bir kişi beşikdəki uşağının gözünün qabağında öz həyat yoldaşı ilə yaxınlıq etsin (cinsi əlaqədə olsun).»
    «Nur» surəsinin 58-ci ayəsində oxuyuruq:
    ... وَالَّذينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلاثَ مَرّات مِنْ قَبْلِ صَلوةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيابِكُمْ مِنَ الظَّهِيرَةِ وَمِنْ بَعْدِ صَلوةِ الْعِشاء ثَلاثُ عَوْراتِ لَكُمْ
    «Və sizin həddi-büluğa çatmamış uşaqlarınız sizdən üç dəfə icazə almalıdırlar: sübh namazından qabaq, günorta zamanı (adi) paltarınızı soyunan zaman, bir də axşam namazından sonra. Bu üç vaxt sizin üçün xüsusidir».
    Bu surənin 59-cu ayəsində isə həddi-büluğa çatmış uşaqlar haqqında belə oxuyuruq:
    وَاِذا بَلَغَ الاَْطْفالُ مِنْكُمْ الْحُلُمَ فَلْيَسْتَأذِنُوا كَما اسْتَأْذَنَ الَّذِينَ مِنْ قَبْلِهِمْ
    «Uşaqlarınız yetkinlik (həddi-büluğ) çağına yetəndə onlar da böyüklər kimi hər dəfə icazə istəsinlər». Bu ayələrdə olan göstərişlər valideynə xitabdır. Yəni valideynin vəzifəsidir ki, öz övladlarına (istər oğlan, istərsə də qız) öyrətsinlər ki, həddi-büluğa çatmayan uşaqlar üç dəfə ata və ananın otağına daxil olan zaman icazə almalıdırlar. Həddi-buluğa çatan uşaqlar isə bütün vaxtlarda icazə almalıdırlar.
    Bu barədə ata-ananın səhlənkarlığı isə bağışlanmazdır. Çünki bəzi hallarda uşaqlar elə bir səhnələrlə üzləşərlər ki, onların həyatında mənfi təsir qoyur.
    Category: Günahşünaslıq | Views: 874 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024