İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » November » 14 » Günahşünaslıq
    11:42 AM
    Günahşünaslıq
    HƏYASIZLIQ
    Mühit pozğunluğuna səbəb olan amillərdən biri də insanların arasında həya pərdəsinin götürülməsidir. Deməli, mühiti sağlamlaşdırmaq üçün islamda tövsiyə olunan «həyanı» qorumalıyıq. İnsanın Allah qarşısında, sair insanlara qarşı və özü qarşısında həya etməsi mühitin sağlamlığına çoxlu kömək edəcəkdir. İslam Peyğəmbəri (s) buyurur:
    اِسْتَحْيُوا مِنَ اللهِ حَقَّ الْحَياء
    «Allah qarşısında tamamilə həyalı olun».(Ali-imran surəsi, ayə 189.)
    İmam Əli (ə) buyurur:
    اَحْسنُ الْحَياء اِسْتَحْيائُكَ مِنْ نَفْسِكَ
    "Ən yaxşı həya, sənin özündən həya etməyindir».
    QURAN AYƏLƏRİNDƏ «HƏYA» MÖVZUSU
    Quranda «həya» məfhumuna aid müxtəlif ayələr nazil olub, məsələn:
    1. Dil həyası; ("Ənam», 108).
    2. Danışıq həyası; ("Əhzab», 32).
    3. Yol gedəndə həyalı olmaq; («Qəsəs», 25).
    4. Qonaqlıqda həyalı olmaq; ("Əhzab»,53).
    5. Bir yerə baxanda həyalı olmaq; («Nur», 30-31).
    6. İqtisadi məsələlərdə həyalı olmaq. («Bəqərə», 273).
    7. Camaatın evinə daxil olan zaman həyalı olmaq, (Nur 58-59).
    Xülasə İslam dini buyurduğu kimi, «həyanın» bütün növlərinə riayət olunsa yaşadığımız mühit saflaşacaq, əksinə cəmiyyətdə həya sərhəddini pozmaq fəsad və pozğunluğa imkan yaradacaqdır.
    LAQEYD OLMAQ
    Camaatın yaşadıqları cəmiyyətdə törədilən cinayətlərə və edilən günahlara laqeyd olması mühit pozğunluğuna imkan yaradan daha bir amil hesab olunur. İnsanları yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək cihadı və bu kimi vacib olunan vəzifələr insanlara cinayət və günah qarşısında laqeyd qalmamağı Əmr edib. Yəni müsəlmanlar müxtəlif hadisələr qarşısında bir tamaşaçı yox, nəzarətçi olmalıdır. Onlardan hər biri başqasını pis yoldan çəkindirməli və cəmiyyətdə yaxşı işləri yaymağa çalışmalıdır. Lakin onların daha iki mühüm vəzifələri də vardır: «Təvəlli» və «təbərri».
    «Təvəlli» Allah dostları olan yaxşı insanları qəlbdən istəmək və onların cəmiyyətdə gördükləri yaxşı işləri təsdiq etməkdən ibarətdir.
    «Təbərri» isə Allahın düşmənləri, zalım və qəddar adamlarla düşmənçilik etməyə deyilir.
    İslam dinində mövcud olan bu böyük vəzifələr hər bir müsəlmanı yaşadığı mühitdə laqeyd olmaqdan çəkindirir və onları günahla mübarizə edib cəmiyyəti saflaşdırmağa dəvət edir.
    GÜNAH QARŞISINDA SÜKUT ETMƏK
    Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. Allah-təala İslam Peyğəmbəri (s) zamanında yaşayan yəhudilərə belə xitab edir: «Siz qatilsiniz». Çünki onlar öz əcdadlarının keçmişdə peyğəmbərləri qətlə yetirmələrinə razı idilər.(Vəsailüş-şiə, 11-ci cild 412, 509-cu səh.)(Onlar özləri qatil olmasalar da, qatil əcdadlarının çirkin işlərinə razı olduqları üçün qatil hesab olunurlar.)
    Hədislərin birində oxuyuruq: İmam Sadiq (ə) öz zamanında İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsinə razı olan adamlara qatil adı verdi.
    İmam Sadiq (ə) «Ali-İmran» surəsinin 183-cü ayəsinə istinad edərək buyurdu:
    «Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.»(Qisarül-cüməl, 1-ci cild, 44, 45-ci səh)
    Başqa bir misal:
    Saleh peyğəmbərin dəvəsini öldürən bir nəfər olsa da, Allah-təala bütün Saleh və Səmud qövmünü öz əzabına düçar edəcəyini bildirib və onların hamısını o dəvənin qatili hesab edir.
    İmam Əli (ə) bu mövzunu belə şərh edir:
    وَاِنَّما عَقَرَ ناقَةَ ثَمُودَ رَجْلٌ واحِدٌ فَعَمَّهُمْ اللهُ بِالْعَذابِ لَمّا عَمُّوهُ بِالرِّضا
    «Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».
    GÜNAHA RAZI OLMAQ BARƏDƏ HƏDİSLƏR
    Bu barədə çoxlu hədislər vardır. Onlardan ikisini burada nümunə gətiririk:
    1. İmam Əli (ə) buyurur:
    الرّاضِيُ بِفِعْلِ قَوْم كَالدَّاخِلِ فِيهِ مَعَهُمْ وَعَلى كُلِّ داخِل فِي باطِل اِثْمانِ، اِثْمُ الْعَمَلِ بِهِ، واِثْمُ الرّضِي بِهِ
    «Bir dəstə camaatın işinə razılıq verən bir şəxs onlarla şərik hesab olunur. Pis iş görən şəxsin isə iki günahı vardır:
    a). Pis iş görməyin günahı;
    b). Gördüyü pis işə razı olmasının günahı.»
    2. Ziyarətnamələrin bəzisində, o cümlədən İmam Hüseynin (ə) "Ərbəin» ziyarətində belə oxuyuruq:
    وَلَعَنَ اللهُ اُمَةً سَمِعَتْ بِذالِكَ فَرَضِيَتْ بِهِ
    «Allah lənət etsin o camaata ki, sənin qətl xəbərini eşitdilər və buna razılıq verdilər».
    GÜNAHIN VƏ ZÜLMÜN YAYILMASINA KÖMƏK ETMƏK
    Günaha şərait yaradan ictimai amillərdən biri də günaha və zülmə kömək etməkdir. Çünki günahkara və zalıma etdiyi işdə kömək etmək onu öz yolunda daha da qüdrətli və sırtıq edir. Bu isə cəmiyyətdə günahın və zülmün çoxalmasına səbəb olur.
    Məsələn: Hicabsızlıq ictimai bir günahdır. Başqalarının hicabsızlığa imkan yaratması bu günahın adi bir şəklə düşməsinə səbəb olacaqdır. İslam dinində zülm və günahın yayılmasına kömək etmək qadağan olunub və bu barədə çoxlu xəbərdarlıq verilmişdir. Bu haqda olan bir neçə ayəni nəzərinizə çatdırırıq:
    1. «Maidə» surəsinin 2-ci ayəsində oxuyuruq:
    تَعاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوى وَلا تَعاوَنُوا عَلَى الاِْثْمِ وَالْعِدْوانِ
    «Yaxşı işlər və təqva yolunda bir-birinizlə həmkaralıq edin. Günah və düşmənçilik yolunda heç vaxt bir-birinizlə həmkarlıq etməyin».
    Həqiqətdə də belədir. Yaxşı işlərdə həmkarlıq olunsa və pis işlərdə həmkarlıqdan çəkinilsə, cəmiyyətdəki çətinliklərin çox hissəsi həll olar və çoxlu günahların qarşısı alınar.
    2. «Hud» surəsinin 113-cü ayəsində oxuyuruq:
    وَلا تَرْكَنُوا اِلَى الَّذينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النّارُ
    «Zalımlara meylinizi salmayın, yoxsa od tutarsınız».
    Yəni zalımlarla həmkarlıq etmək, dost olmaq və onların işinə qarşı razı olmaq günahdır. Onlardan uzaq olun və onlarla bütün əlaqəni kəsin.
    3. "Ənam» surəsinin 68-ci ayəsində oxuyuruq:
    فَلا تَقْعُدْ بَعْدَ الذِّكْرى مَعَ الْقَوْمِ الظّالِمينَ
    «Diqqətli olduqdan sonra zalımlarla oturma».
    4. «İnsan» surəsinin 24-cü ayəsində oxuyuruq:
    وَلا تَطِعْ مِنْهُمْ آثِماً اَوْ كَفُوراً
    «Onlardan kafir və günahkar olan şəxsin sözünə baxmayasan.»
    Ümumiyyətlə, "sözünə baxma”, "sözünə baxmayın” və "tabeçilik etmə” kəlmələri gələn Quran ayələrində zalımlara və günahkarlara kömək etmək qadağan olunmuşdur.
    Bu barədə hədislərdə də geniş bəhs olunmuşdur. Burada bir neçə hədisə diqqət yetirək:
    1. İslam dinində bidət qoyan bir şəxsə ehtiram qoyan, onun üzünə gülən və yaxud ona sığınacaq verən hər hansı bir şəxs islam dininin məhv edilməsinə çalışır və belə bir adam Allahın rəhmətindən uzaqdır.(Vəsailüş-şiə, 12-ci cild, 133, 134-cü səh.
     )
    2. Hər kəs zalım bir şəxsin yaşamağını istəsə, onu tərifləsə və yaxud ona təzim etsə, onun (zalımın) zülmündə şərikdir. Cəhənnəmdə isə Hamanın (tarixdə cinayətkar bir şəxsdir) kənarında olacaqdır.(Biharül-ənvar, 75-ci cild, 374-cü səh.)
    3. Zalım padşahdan məvacib alan (yəni ona xidmət edən) şəxs qiyamət günü donuz sifətində məhşur olacaqdır.(Biharül-ənvar, 75-ci cild, 374-cü səh.)
    4. Zalım padşahın üzünə diqqətlə baxmaq böyük günahlardan hesab olunur.(Vəsailüş-şiə, 12-ci cild, 71-ci səh.)
    5. Zalım bir şəxsin padşah olmasına razı olmaq zülmə kömək etməkdir. Allahın lənəti də belə şəxsə şamildir.
    6. İslam düşmənlərinə silah satmağın günahı kafir olmaq həddindədir.(Vəsailüş-şiə, 12-ci cild, 131-ci səh.)
    7. Qiyamət günü zalımlara və onlara kömək edən şəxslərə, hətta zalımlara kağız-qələm hazırlayanlara belə xitab olunar: «Birlikdə cəhənnəmə daxil olun.»(Vasailüş-şiə, 12-ci cild, 130-cu səh.)
    8. Zalım padşahın əmrini yerinə yetirən insan ən çətin əzabla cəhənnəmə daxil edilər.(Vəsailüş-şiə, 12-ci cild, 165-ci səh.)
    9. İslam Peyğəmbəri (s) şərab ilə əlaqədar 10 dəstəni lənətləmişdi(Biharül-ənvar, 75-ci cild, 380-cı səh.) Bunlar aşağıdakılardır:
    1. Şərab düzəltmək məqsədilə üzüm əkən;
    2. Şərab düzəltmək məqsədilə əkilən üzümü qoruyan;
    3. Şərabı hazırlayan;
    4. Şərab içən;
    5. Başqalarına şərab verən;
    6. Şərab daşıyan;
    7. Şərab satan;
    8. Şərab alan;
    9. Şərab ticarəti ilə məşğul olan;
    10. Şərab alverində dəllallıq edənlər.
    10. İmam Riza (ə) uzaq yoldan gəlmiş iki qonaqdan birinə buyurdu: Sən namazını bütöv qıl! Çünki zalım padşahın görüşünə gəlmisən.» (Çünki günah işdən ötrü səfər etmiş şəxs namazını qəsr yox, bütöv qılmalıdır).
    11. Zalım padşahın sarayında Quran oxuyan şəxsə oxuduğu ayələrdəki hərfin hər birinə görə 10 dəfə lənət olunur. Eləcə də onun oxuduğu Qurana qulaq asan adama hər hərfinə görə 1 dəfə lənət olunur.(Nəhcül-bəlağə, 53-cü məktub.)
    Bu bəhsi tamamlamaq məqsədilə, İmam Sadiq (ə) və işindən peşman olmuş bir şəxs ilə bağlı əhvalata diqqət yetirək:
    Əli ibni Həmzə deyir:
    Yaxın dostlarımdan biri şiə olmağına baxmayaraq, Bəni-üməyyə xəlifələrindən birinin sarayında işləyirdi. Bir gün o, məni görüb dedi: «Mənə İmam Sadiqdən (ə) hüzuruna çatmaq üçün icazə al!» Mən onun üçün İmam Sadiqdən (ə) icazə istədim, həzrət də icazə verdi. Birlikdə İmamın hüzuruna çatdıq. Dostum salam verib, əyləşdikdən sonra İmama xitab edərək dedi: «Sənə qurban olum, mən Bəni-üməyyə xəlifələrindən birinin sarayında işçi idim. Bu işdən çoxlu sərvət yığdım. Lakin qiyamət gününün hesab-kitabından qafil idim. İndi nə edim?» (Peşman olmuşam.)
    İmam Sadiq buyurdu: "Əgər Bəni-üməyyə xəlifələrinin sarayında heç kim işləməsəydi, müsəlmanların xums və zəkatı onlara verilməsəydi, onları müdafiə etmək üçün vuruşan olmasaydı, onlar biz Əhli-beytin haqqını qəsb edə bilməzdilər. Bəni-üməyyənin belə sərvət yığması, camaatın onlara verdiyi mal-dövlətin nəticəsindədir».
    Dostum İmama ərz etdi:
    جُعِلْتُ فَداكَ فَهَلْ لِي مِنْ مُخورِجٌ مِنْهُ
    «Sənə qurban olum! Mənim üçün çıxış yolu varmı?»
    İmam buyurdu: «Sənin vəzifəni desəm, yerinə yetirərsənmi?»
    Dostum dedi: «Bəli».
    İmam (ə) buyurdu: «Bu yolla qazandığın bütün var-dövlətini araşdır. Sahibini tanıdığın malı sahibinə qaytar, tanımadığını isə Allah yolunda payla».
    İmam (ə) sonra buyurdu:
    وَاَنَا اَضْمُنُ لَكَ عَلَى اللهِ الْجَنَّةَ
    «Bunları etsən, sənin behşitə getməyinə zamin dururam».
    Dostum bir qədər fikirləşdikdən sonra İmama söz verdi ki, tapşırılan sözə əməl edəcək.
    Əli ibni Həmzə sözünün davamında deyir:
    Dostumla birlikdə Kufəyə qayıtdıq. O, Bəni-üməyyə sarayından yığdığı bütün sərvətini bir tərəfə topladı. Hətta geydiyi paltarını da əynindən çıxartdı. Biz onun bu sərvətini İmamın buyurduğu kimi xərclədik. Dostum özünə heç bir şey saxlamamışdı. Onun üçün bir dəst paltar alıb, evinə göndərdik. Bu hadisədən bir neçə ay keçmişdi ki, o xəstələndi, xəstəliyi çox ağır idi. Bir gün yanına gedib, onu can verən halda gördüm. Gözünü açıb mənə baxdı və dedi: «Ey Əli! Allaha and olsun! Sənin sərvərin (İmam Sadiq (ə)) öz vədəsinə (behişt) əməl etdi». Bu sözü dedi və dünyasını dəyişdi. Onun dəfn mərasimindən sonra İmam Sadiqin hüzuruna getdim. İmam məni görəndə bu cümləni buyurdu:
    يا عَلِيُّ وَفا لِي وَاللهُ صاحِبُكَ
    «Ey Əli! Allaha and olsun ki, sənin dostuna verdiyimiz vədəyə əməl etdik».
    Dedim: «Sənə qurban olum, düz buyurdun. Allaha and olsun dostum ölüm vaxtı bu xəbəri mənə vermişdi.»
    GÜNAHKARLA YAXŞI RƏFTAR ETMƏK
    İctimai mühiti pozan amillərdən biri də günahkar şəxsə yaxşı münasibət göstərib, (cəzasız buraxmaq) onu günah işlərə daha meyilli etməkdir. Çünki belə adamla yaxşı rəftar etmək ona qol-qanad verir, bundan əlavə, belə rəftar başqalarının da günaha meyilli olmasına rəvac verir. Bu barədə bir neçə hədisə diqqət yetirək:
    1. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubun bir hissəsində buyurur:
    وَلا يَكُونَنَّ الْمُحْسِنُ وَالْمُسِيئُ عِنْدَكَ بِمَنْزِلَة سَواء
    «Heç vaxt yaxşı adamla günahkar şəxsə eyni gözlə baxma. Çünki onların hər ikisi ilə bir münasibətdə olmaq, yaxşı adamı yaxşı işlərinə meylsiz, pis adamı isə pisliyinə qarşı daha meyilli edər. Bunların hər biri ilə əməllərinə görə qanun çərçivəsində rəftar et!»(Nəhcül-bəlağə, 374-cü hikmət.)
    2. Başqa bir hədisdə buyurur:
    اَلثَّناءُ بِاَكْثَرَ مِنَ الاْسْتِحْقاقِ مَلَقٌ، وَالتَّقْصِيرُ عَنِ الاْسْتِحْقاقِ عِيٌّ اَوْ حَسَدٌ
    «Bir şəxsi həddən artıq tərifləmək yaltaqlıq, həddindən az tərifləmək isə ya acizlikdən, ya da ona həsəd aparmaqdandır».(Səfinətül-bihar, 2-ci cild, 528-ci səh.)
    3. İslam Peyğəmbəri (s) buyurur:
    اِذا مُدِحَ الْفاجِرُ اِهْتَزَّ الْعَرْشُ وَغَضِبَ الرَّبُّ
    «Günahkar təriflənəndə Allahın ərşi titrəyir və Allah qəzəblənir».(Vəsailüş-şiə, 12-ci cild, 132-ci səh.)
    4. İslam Peyğəmbəri (s) başqa bir hədisdə buyurur:
    اُحْثُوا فِي وُجُوهِ الْمَدَّاحينَ التُّرابَ
    «Günahkar şəxsi tərifləyənlərin üzünə torpaq atın».(Vəsailüş-şiə, 11-ci cild, 413-cü səh.)
    5. İmam Əli (ə) buyurur:
    اَمَرَنا رَسُولُ اللهث اَنْ نُلْقِيَ اَهْلَ الْمَعاصِي بِوجُوه مُكْفَهِرَة
    «Peyğəmbər (s) bizə əmr etmişdir ki, günahkar adamlarla qaş-qabaqlı davranaq».
    6. İmam Sadiq (ə) buyurur:
    Allah-təala iki mələyi bir şəhəri alt-üst etmək üçün məmur etdi. Onlar şəhərə daxil olanda Allaha dua edən bir kişini gördülər. Onlardan biri Allaha ərz etdi: «İlahi mən bu şəhərdə bir nəfəri Sənə dua edən halda gördüm».
    Allah-təala buyurdu:
    اِمْضِ لِما اَمَرْتُكَ بهِ فَاِنَّ ذا رَجُلٌ لَمْ يَتَمَعَّرْ وَجْهُهُ غَيْظاً لِي قَطُّ
    «Sizə əmr etdiyim işi yerinə yetirin. Çünki bu kişi bir dəfə də olsun Mənə görə günahkarlara qarşı qəzəblənməyib».(Üsuli-kafi, 1-ci cild, 373-cü səh.)
    Deməli, Allaha ibadət və dua edən şəxs də bu ümumi bəlaya düçar olmalıdır. Çünki onun günahkarlarla mülayim davranışı, onların günaha daha da batmasına səbəb olurdu. Yeri gəlmişkən deyək ki, kitabın 4-cü hissəsində əmr be məruf və nəhy əz münkər bəhsində bu mövzu haqqında danışacağıq.
    Category: Günahşünaslıq | Views: 1005 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024