İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 11 » Günahşünaslıq
    9:01 AM
    Günahşünaslıq
    TÖVBƏ VƏ SAFLAŞMA
    Tövbə və onun Allah tərəfindən qəbul edilməsi Allahın insanlara verdiyi ən böyük qiymət və nemətlərdəndir. Demək olar ki, tövbə və onun qəbul olunması Allahın insana qarşı böyük rəhmət və mehribançılığının əlamətidir. Tövbə günahları tərk edib Allaha tərəf dönüş deməkdir. Tövbə insanın Allah qarşısında üzr istəməyinin ən yüksək mərhələsidir. Rağib özünün «Müfrədat» kitabında yazır: «Üzr istəmək üç yerə bölünür:
    1. Üzr istəyən şəxs üzr istəyən zaman deyir: «Mən filan işi görmüşəm.»
    2. Üzr istəyən şəxs gördüyü işi boynuna alır, lakin etdiyi günahın səbəbini göstərir.
    3. Üzr istəyən şəxs deyir: «Filan işi görmüşəm. Onun pis iş olmasını boynuma alıram. İndi isə gördüyüm pis işdən peşman olmuşam».
    Belə üzr istəməyin adı tövbədir.
    Rağib sonra yazır: İslam dinində tövbə etməyin dörd şərti var:
    1. Günahları tərk etmək.
    2. Günahdan peşman olmaq.
    3. Tövbə etdikdən sonra daha günah etməməyi qərara almaq.
    4. Günah etdiyi günlərin əvəzini ibadət etməklə çıxmaq».
    Tövbə çirkli paltarı bədəndən çıxarıb yerinə təmiz paltar geymək, yaxud çirkli və bulaşıq bədəni hamamda yumaq kimidir. «Hud» surəsinin əvvəlində Allah-təalanın insanları hidayət etməsi dörd mərhələdə xülasə olunmuşdur:
    1. Tövhid (Allahı yeganə bilmək).
    2. Müşrik adamlarla mübarizə aparmaq.
    3. Günahlardan təmizlənmək.
    4. Allah tərəfinə qayıtmaq.
    Yəni insan özünü ilahi sifətlərə malik etsin. «Hud» surəsinin 3-cü ayəsində üçüncü və dördüncü mərhələ haqqında belə oxuyuruq:
    وَاَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا اِلَيْهِ
    «Və belə ki, Allahdan bağışlanmaq istəyin (ki, sizin günahlarınızı bağışlasın), sonra Ona tərəf qayıdın.»
    Tövbə ilə Allahdan bağışlanmaq istəməyin bir ayədə yan-yana gətirilməsi onu bildirir ki, bunlar bir-birindən fərqlidirlər. Yəni birincisi özünü günahlardan təmizləmək, ikincisi (tövbə) isə ilahi xüsusiyyətlərə yiyələnmək deməkdir. Həmçinin, bu ayədə Allahdan bağışlanmaq istəməyin tövbədən qabaq qeyd olunması bizə öyrədir ki, insan əvvəlcə özünü günahlardan təmizləməli, sonra mənəvi dəyərlərə və ilahi xüsusiyyətlərə yiyələnməlidir. Əvvəlcə çirkli paltarı geyinməli və ya batil əqidələri qəlbindən yox etməli, sonra qəlbində həqiqi Allaha yer verməlidir.
    QURANDA TÖVBƏ HAQQINDA OLAN AYƏLƏR
    Quran ayələrində Allah-təalaya 91 dəfə «Ğəfur» (çox bağışlayan) və beş dəfə «Ğəffar» (ən çox bağışlayan) deyilmişdir. Çoxlu ayələr də camaatı Allaha tərəf qayıtmaq üçün çağırır və onların etdikləri günahlara görə Allahdan bağışlanmaq istəməyə dəvət edir. Bu ayələrdə 80 dəfədən çox tövbədən söz açılmışdır. Burada onlardan bir neçəsini nəzərdən keçirək:
    1. «Ali-İmran» surəsinin 135-ci ayəsində oxuyururq:
    وَالَّذِينَ اِذا فَعَلُوا فاحِشَةً اَوْ ظَلَمُوا اَنْفُسَهُمْ ذَكَرُوا اللهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ
    «(Pəhrizkar insanların əlamətlərindən biri də budur) Pis iş görən zaman və yaxud özlərinə zülm edəndə, Allahı yada salar, günahlarının bağışlanmasını diləyərlər».
    2. «Nisa» surəsinin 110-cu ayəsində oxuyuruq:
    وَمَنْ يَعْمَلْ سُوءً اَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللهَ يَجِدِ اللهَ غَفُوراً رَحِيماً
    «Hər kəs pislik edə və ya özünə zülm edə, sonra Allahdan bağışlanmaq istəyə, Allahı bağışlayan və rəhimli görəcək».
    3. «Maidə» surəsinin doqquzuncu ayəsində oxuyuruq:
    وَعَدَ اللهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصّالِحاتِ لَهُمْ مَغْفِرَةٌ وَاَجْرٌ عَظِيمٌ
    «Allah iman gətirənlərə və yaxşı işlər görənlərə bağışlanmaq və yaxşı əvəz vəd etmişdir.»
    4. «Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq:
    قُلْ يا عِبادِي الَّذِينَ اَسْرَفُوا عَلى اَنْفُسِهِمْ لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاً اِنَّهُ هُوَ الْغَفُورُ الرِّحِيمِ
    «De: Ey Mənim bəndələrim-özlərinin əleyhinə olaraq hədlərini aşanlar!Ümidinizi Allahın rəhmətindən üzməyin. Allah bütün günahları bağışlar. Günahlardan keçən və rəhimli olan təkcə Odur.»
    Bu ayədə gələn «Mənim bəndələrim, ümidinizi üzməyin», Allahın rəhməti, bütün günahları bağışlaması, Allahın rəhimli və bağışlayan olması kimi sözlər Allahın rəhmətinin böyüklüyünü və tövbə qapısının həmişə açıq olmasını bildirir. Xüsusən, "Mənim bəndələrim” kəlməsi, bəndələrin Allaha nisbət verilməsi onların Allah bəndəsi olmağına dəlalət edir. Allah-təala insanlara qarşı o qədər mehribandır ki, onları öz bəndələri deyə xitab edir. Deməli, Allah tərəfindən bağışlanmağa və Onun rəhmətinə ümid çox olmalıdır.
    5. «Bəqərə» surəsinin 186-cı ayəsində oxuyuruq:
    وَاِذا سَأَلَكَ عِبادِي عَنّي فَاِنِّي قَرِيبٌ اُجِيبُ دَعْوَةَ الدّاعِ اِذا دَعانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُزا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ
    "Əgər bəndələrim məni səndən soruşsalar, bilsinlər ki, onlara yaxınam. Dua eləyənlərin duasına məni çağırdıqları vaxt cavab verərəm. Onlar da gərək Mənim dediyimə səs verib Mənə iman gətirsinlər, bəlkə doğru yola hidayət olalar».
    Allahın insanlara yaxın və mehriban olması haqqında incə nöqtələrdən biri də budur ki, bu ayədə Allah-təala məsələni özünə nisbət verib: Mənim bəndələrim, Mənim haqqımda, Mən yaxınam, Məni çağırın, Mən cavab verirəm, Mənim dəvətimi qəbul etsin, Mənə iman gətirsin.
    6. «Nur» surəsinin 31-ci ayəsində belə oxuyuruq:
    ... وَتُوبُوا اِلَى اللهِ جَمِيعاً اَيُّها الْمُؤْمِنُونَ
    «Ey möminlər! Hamılıqla Allaha tərəf qayıdın».
    7. «Şura» surəsinin 25-ci ayəsində oxuyuruq:
    وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ مِنْ عِبادِهِ
    «Bəndələrinin tövbəsini qəbul eləyən Odur.»
    8. «Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq:
    ...اِنَّ اللهَ يُحِبُّ التَّوّابِينَ
    «Allah-təala tövbə edənləri sevir».
    9. «Təhrim» surəsinin 8-ci ayəsində oxuyuruq:
    يا اَيُّها الَّذِينَ آمَنُوا تُوبُوا اِلَى اللهِ تَوْبَةً نَصُوحاً
    «Ey İman gətirənlər! Sidqi-qəlbdən tövbə eləyib, üzünüzü Allaha tutun».
    10. «Şura» surəsinin 25-ci ayəsində oxuyuruq:
    وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبادِهِ وَيَعْفُوا عَنِ السَّيِّئاتِ
    «Bəndələrin tövbəsini qəbul edən və onların günahlarını bağışlayan Odur».
    11. «Maidə» surəsinin 74-cü ayəsində oxuyuruq:
    اَفَلا يَتُوبُونَ اِلَى اللهِ وَيَسْتَغْفِرُونَهُ وَاللهُ غَفُورٌ رَحِيمٌ
    «Allaha tövbə edib, Ondan əfv diləməzlərmi?! Günahlardan keçəndir, rəhimlidir Allah».
    Bu ayədə Allah-təala insanlardan soruşmaq yolu ilə onları tövbə etməyə dəvət edir. Bu ayədə Allahın iki sifəti- yəni bağışlayan və rəhim sifəti gəlibdir. Ola bisin insanlar Allahın bu iki sifətini bilib tövbə etsinlər və özlərinin bağışlanmalarına ümidli olsunlar.
    TÖVBƏ HAQQINDA HƏDİSLƏR
    Tövbə haqqında olan hədisləri araşdırdıqda bu mövzuda çoxlu maraqlı mətləblər görürük. İndi isə onlardan bəzilərini qısa şəkildə nəzərinizə çatdırırıq.
    1. TÖVBƏNİN MAHİYYƏTİ VƏ XALİS TÖVBƏ
    Xalis tövbənin beş şərti var:
    1. Günahı tərk etmək;
    2. Keçmiş günahlardan peşman olmaq;
    3. Günah etməyəcəyini qərara almaq;
    4. Etdiyi günahları ibadətlə əvəz etmək;
    5. Dillə tövbə etmək;
    Xalis tövbə nədir?
    Qabaqda dediyimiz kimi «Təhrim» surəsinin səkkizinci ayəsində buyurulur:
    تُوبُوا اِلَى الله تَوْبَةً نَصُوحاً
    «Allah dərgahına qayıdıb xalis tövbə edin».
    İmam Sadiq (ə) xalis tövbənin təfsirində buyurur:
    هُوَ الذَّنْبُ الَّذِي لا يَعُودُ فِيهِ اَبَداً
    «Xalis tövbə budur ki, insan günahı tərk etdikdən sonra bir daha günaha qayıtmasın».
    İmam Hadi (ə) xalis tövbəni belə şərh edir:
    اَنْ يَكُونَ الْباطِنَ كالظّاهِرِ وَاَفْضَلُ مِنْ ذلِكَ
    «Xalis tövbə odur ki, insan tövbə etdikdən sonra onun daxili, zahiri kimi hətta zahirindən də yaxşı olsun».
    İslam Peyğəmbəri (s) xalis tövbə haqqında buyurur:
    اَنْ يَتُوبَ التّائِبُ ثُمَّ لا يَرْجِعُ فِي ذَنْب كَما لا يَعُودُ اللَّبَنَ اِلَى الضَّرْعِ
    «Xalis tövbə odur ki, südün ana döşünə qayıtmadığı kimi, tövbə edən şəxs də günaha qayıtmasın».
    İmam Əli (ə) xalis tövbənin mənasında buyurur:
    نَدَمٌ بِالْقَلْبِ وَاِسْتِغْفارٌ بِاللِّسانِ وَالْقَصْدُ عَلى اَنْ لا يَعُودَ
    «Ürəkdən peşman olmaq, dillə üzr istəmək və günahı tərk etməyi qərara almaq».
    2. TÖVBƏNİN MƏRTƏBƏLƏRİ
    Bir şəxs İmam Əlinin (ə) hüzurunda özünü göstərmək üçün dedi:
    اَسْتَغْفِرُ الله
    (Allahdan bağışlanmaq istəyirəm.) Əli (ə) dedi: Anan matəminə otursun! Bilirsənmi, istiğfar təkcə dildə deməklə deyil. Onun yüksək mərhələsi var. (Sonra buyurdu:) Tövbə və istiğfarın altı şərti var:
    1. «Keçmiş günahlardan peşman olmaq».
    2. «Günahları tərk etməyi qərara almaq».
    3. «Camaatın haqqını yeyibsə onları qaytarmaq».
    4. «Allahın onun boynuna qoyduğu vəzifələri yerinə yetirmək». (Namaz qılmaq, oruc tutmaq kimi).
    5 «Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə əritmək».
    6. «İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi ibadətin çətinliyini də dadsın». Bu mərhələlərdən sonra "اَسْتَغْفِرُ الله” Allahdan bağışlanmaq istəyirəm deyə bilərsən».
    İmam Səccad (ə) buyurur:
    اِنَّمَا التَّوْبَةُ اَلْعَمَلُ وَالرُّجُوعُ عَنِ الاَْمْرِ وَلَيْسَتِ التَّوْبَةُ بِالْكَلامِ
    «Tövbə etmək təkcə dildə deyil; tövbə pis yollardan çəkilib yaxşı işlər görməkdən ibarətdir».
    Bununla da tövbənin qəbul olunmasının şərtlərini öyrəndik ki, günahı tərk etməkdən və günahlardan peşman olmaqdan əlavə, günahkar şəxs etdiyi günahların əvəzini də çıxmalıdır. Misal üçün: Quranda oxuyuruq: «İffətli qadına böhtan atan şəxsə 80 zərbə şallaq vurulmalıdır.» Sonra Quran buyurur:
    اِلاَّ الَّذِينَ تابُوا مِنْ بَعْدِ ذلِكَ وَاَصْلَحُوا
    «(Bu qanundan) o kəslər istisna olunurlar ki, bundan (böhtan atdıqdan) sonra tövbə edib işlərini düzəltsinlər».(«Bəqərə», surəsi, ayə 222.)
    Bu ayədə «وَاَصْلَحُوا» (işlərini düzəltsinlər) cümləsi onu bildirir ki, tövbənin qəbul olunmasının mühüm şərtlərindən biri də budur ki, insan tövbə etdikdən sonra keçmiş səhvlərini düzəltsin və yaxşı işlərlə məşğul olsun. Xalis tövbənin şərtlərindən biri də günahkar şəxsin etdiyi günahları etiraf etməsidir.
    İmam Baqir (ə) buyurur:
    وَاللهِ ما يَنْجُو مِنَ الذَّنْبِ اِلاّ مَنْ اَقَرَّ بِهِ
    «Allaha and olsun, günahı etiraf etmədən günahdan qurtuluş yoxdur».
    İmam Əli (ə) buyurur:
    اَلْمُقِرُّ بِالذَّنْبِ تائِبٌ
    «Günahını etiraf edən şəxs tövbə etmiş kimidir».
    3. TÖVBƏNİN NÖVLƏRİ
    İmam Sadiq (ə) buyurur:
    وَكُلُّ فِرْقَة مِنَ الْعِبادِ لَهُمْ تَوْبَةٌ... وَتَوْبَةُ الْخاصّ، مِنَ الاِْشْتِغالِ بِغَيْرِ اللهِ تَعالَى، وَتَوْبَة الْعامِّ مِنَ الذُّنُوبِ
    «Hər dəstənin özünə məxsus tövbəsi var. Allahın məxsus bəndələrinin tövbəsi Allahdan bir an da olsa, qafil olmaları üçün etdikləri tövbədir. Ümumi camaatın tövbəsi isə günahlardan tövbə etməkdir». Belə qənaətə gəlirik ki, keçmiş əməllərdən peşman olmaq və günahları tərk etmək tövbənin birinci mərhələsidir.
    Sonrakı mərhələlər isə tövbə edən şəxsin hər cəhətdən günahdan qabaqkı mənəvi halətinə qayıtmasıdır. Qızdırması olan xəstə dərman qəbul etdikdən sonra hərarəti kəsilir, lakin bundan sonra onun bədənini möhkəmlətmək üçün başqa bir dərmana ehtiyac var. Günahkar da belədir: Günahdan tövbə etdikdən sonra yaxşı işlər görməlidir ki, ruhu saflaşsın.
    İmam Baqir (ə) buyurur:
    التّائِبُ مِنَ الذَّنْبِ كَمَنْ لا ذَنْبَ لَهُ، وَالْمُقِيمُ عَلَى الذَّنْبِ وَهُوَ مُسْتَغْفِرٌ مِنْهُ كَالْمُسْتَهْزِءُ
    «Günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir. Günah etməkdə davam edən şəxsin tövbə etməsi isə istehza etməkdir.»
    4. TÖVBƏNİN QƏBUL OLUNMA ÇƏRÇİVƏSİNİN GENİŞLİYİ
    Yuxarıda qeyd etdiyimiz kimi «Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq:
    ... لا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ اِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاً
    «Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır». Bu ayədən məlum olur ki, tövbə qapısı hamının üzünə açıqdır. Belə nəql edirlər ki, Peyğəmbərin (s) sevimli əmisi Həmzənin qatili qara qul bu ayəni eşitdikdən sonra Peyğəmbərin (s) hüzuruna gəlib tövbə etdi. Peyğəmbər (s) onun tövbəsini qəbul etdi. Lakin ona buyurdu:
    «Mənim gözümə görünmə, çünki sənə baxa bilmirəm».
    Peyğəmbərdən (s) bu ayə haqqında soruşdular ki, təkcə Həmzənin qatilinə aiddir, ya hamı üçündür. Həzrət buyurdu: "Hamı üçündür”.
    Tövbənin qəbul dairəsi o qədər genişdir ki, bunu indi qeyd edəcəyimiz əhvalatdan da anlamaq olar. Nəql olunub ki, bir nəfər İmam Rizanın (ə) hüzurunda dedi: «Allah lənət etsin İmam Əliylə (ə) müharibə edənlərə!»
    İmam (ə) ona buyurdu:
    قُلْ اِلاّ مَنْ تابَ وَاَصْلَحَ
    «Tövbə edib yaxşı işlər görənlərdən başqa».
    Bu hədisdən Allahın günahkar bəndələrinə nə dərəcədə mehriban olmasını başa düşürük. Ümumiyyətlə, islam dini tövbə və Allaha tərəf dönüş qapısını heç kimin üzünə bağlamır.
    «Büruc» surəsinin 10-cu ayəsində buyurulur:
    اِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِناتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذابُ جَهَنَّم
    «O kəslər ki, iman gətirən kişi və qadınlara işgəncə verdilər və sonra tövbə etmədilər, onlar üçün cəhənnəm əzabı olacaqdır».
    Bu ayədə «sonra tövbə etmədilər» cümləsi bildirir ki, hətta işgəncə verənlər də tövbə etsələr, onların tövbəsi qəbuldur.
    5. ALLAH-TƏALANIN GÜNAHDAN TÖVBƏ EDƏNLƏRƏ QARŞI XÜSUSİ İSTƏYİ
    «Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq:
    اِنَّ الله يُحِبُّ التَّوابِينَ
    «Allah tövbə edənləri sevir».
    İmam Baqir (ə) buyurur: «Allah-təalanın tövbəkar şəxslərə qarşı sevinci gecə yarısı səhrada dəvəsini itirib sonradan tapan şəxsin sevincindən çoxdur».
    İmam Baqir (ə) başqa bir hədisdə buyurur:
    اللهُ اَفْرَحُ بتَوْبَةِ عَبْدِهِ مِنَ الْعَقِيمِ الْوالِ، وَمِنَ الضّالِ الْواجِدِ، وَمِنَ الظَّمْآنِ الْوارِدِ
    «Allah-təalanın bəndəsinin tövbəsinə sevinməsi, övladı olmayan adamın uşağı olandan sonrakı sevincindən, itirdiyi şeyi tapan şəxsin və həmçinin, susuz adamın su tapdıqdan sonrakı sevincindən çoxdur».
    İslam Peyğəmbəri (s) buyurur:
    «Heç bir məxluq Allah dərgahında tövbəkar qadından və ya kişidən sevimli deyil.»
    O Həzrət başqa bir kəlamında buyurmuşdur:
    التّائِبُ حَبِيبُ اللهُ
    «Tövbə edən şəxs Allahın sevimli bəndəsidir».
    6. TÖVBƏNİ TƏXİRƏ SALMAQ
    İnsana hər an Allah tərəfindən tövbə etmək əmr olunur. Allahın «Tövbə edin» fərmanı bu mühüm işə tələsməyə çağırır. Deməli, tövbəni təxirə salmaq Allahın fərmanının icrasını təxirə salmaq deməkdir. Belə bir şəxs Allahın əmrini tərk etmiş hesab olunur. İmam Cavad (ə) buyurur:
    تَأْخِيرُ التَّوْبَةِ اِغْتِرارٌ، وَطُولُ التَّسْوِيف حَيْرَةٌ
    «Tövbəni təxirə salmaq bir növ lovğalıqdır. Tövbənin təxir müddətini uzatmaq isə bir növ avaraçılıqdır».
    Bir şəxs İmam Əlidən (ə) ona nəsihət verməsini xahiş etdi. O Həzrət buyurdu:
    لا تَكُنْ مِمَّنْ يَرْجُوا الاْخِرَةِ بِغَيْرِ الْعَمَلِ وَيُرَجِّي التَّوْبَةَ بِطُولِ الاَْمَلِ
    «Yaxşı işlər görməmiş və ibadət etməmiş axirət və behişt ümidində olanlardan olma. Həmçinin uzun-uzadı arzularla tövbəni təxirə salan şəxslərdən olma».
    İmam Əli (ə) başqa hədisdə buyurur:
    لا دِينَ لِمُسَوِّف بِتَوْبَتِهِ
    «Tövbə etməyi bu gün-sabaha saxlayan şəxsin dini yoxdur».
    İmam Baqir (ə) buyurur:
    اِيّاكَ وَالتَّسْوِيفَ فَاِنَّهُ بَحْرٌ يُغْرَقُ فِيهِ الْهَلْكى
    «Tövbəni təxirə salmaqdan çəkin. Çünki tövbəni təxirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi təxirə salan şəxs onda boğulacaqdır».
    Diqqətli olmalıyıq ki, insanda ölüm əlamətləri görünəndən sonra daha onun tövbəsi qəbul olunmur.
    Firon suda boğulan zaman tövbə edib iman gətirdi. Lakin onun tövbəsi Allah dərgahında qəbul olunmadı. Bu mətləbi açmaq üçün «Nisa» surəsinin 18-ci ayəsindən istifadə edirik.
    Məhəmməd Həmdani deyir: İmam Rizadan (ə) soruşdum: Nə üçün Allah-təala Fironu suda batırdı? Halbuki, o iman gətirdi və Allahın birliyini etiraf etdi.
    İmam (ə) cavabında buyurdu:
    لاَِنَّهُ آمَنَ عِنْدَ رُؤْيَةِ الْبَأْسِ، وَالاِْيمانُ عِنْدَ رُؤْيَةِ الْبَأْسِ غَيْر مَقْبُول
    «Çünki o, Allahın əzabını gördükdən sonra iman gətirdi və Allahın əzabını gördükdən sonra iman gətirmək qəbul deyil».
    Hədislərin bəzisində belə oxuyuruq: Mömin şəxs günah edərsə, yeddi saata kimi ona möhlət verilir. Bu müddət ərzində etdiyi günahdan tövbə etsə, onun günahı yazılmır. Bəzi hədislərdə isə bu müddət səhərdən axşama kimi qeyd olunmuşdur.
    İmam Sadiq (ə) buyurur:
    اِنَّ الْعَبْدَ اِذا اَذْنَبَ ذَنْباً اُجِّلَ مِنْ غَدْوَة اِلَى اللَّيْلِ فَاِنْ اسْتَغْفَرَ اللهَ لَمْ يُكْتَبْ عَلَيْهِ
    «Bəndə günah edərsə ona səhərdən axşama kimi möhlət verilir. Bu müddətdə Allahdan bağışlanmaq istəsə onun günahı yazılmır».
    Category: Günahşünaslıq | Views: 830 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024