İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » October » 5 » Gəncliyin yeddi səması (zəruri dini biliklər)
    8:18 AM
    Gəncliyin yeddi səması (zəruri dini biliklər)
    İSTİFTAAT
    (ŞƏRİ SUALLAR)
    Sual: Zöhr və Əsr (günorta və ikindi) namazlarının vaxtı qürubadək, yoxsa məğrib (şam) azanınadəkdir?
    Cavab: Məğrib azanınadək.("Cameül-məsail”, c. 1, s. 232.)
    Sual: Əgər bir xəstə zərər qorxusu ilə namazı qiblənin əksinə qılarsa və namazı bitirdikdən sonra əbəs yerə qorxduğunu başa düşərsə, vəzifəsi nədir?
    Cavab: Namazı təzələməlidir.(Həmin mənbə c. 1, s. 238)
    Sual: Xüms verməyən və xüms ili təyin etməyən kəs həmin pulla aldığı paltarda namaz qıla bilərmi?
    Cavab: Xüms düşən və xümsü verilməmiş pul ilə alınan paltarla qılınan namaz batildir və bu libas qəsb olunmuş hökmündədir.(H .m. s. 242.)
    Sual: Bir şəxs dişlərini təmizləyərkən ağzı murdarlanarsa, namaz qılmaq üçün ağzını suya çəkməlidirmi?
    Cavab: Ağızın çölü pak olarsa, namaz düzgündür.(h. m. s. 246.)
    Sual: Əgər ana, bədəni murdarlanmış uşağı namaz vaxtı qucağına alsa, namazı batildirmi?
    Cavab: Əgər uşağın üstündə nəcasət və ya ayıb yeri örtə biləcək murdarlanmış (mütənəccis) libas olmasa, eybi yoxdur.(h. m. s. 259)
    Sual: Əgər ata xüms verməsə, onun evində və döşənəcəklərinin üstündə namaz qılmaq olarmı?
    Cavab: Əgər evin yerinə və döşənəcəklərə xüms düşdüyü bilinmirsə, namaz qılmağın eybi yoxdur.(h. m. s. 261.)
    Sual: Əgər namaz möhürünün bir tərəfi çirkli və bir tərəfi qeyri-hamarsa, çirkli tərəfə səcdə etmək düzgündürmü?
    Cavab: Saf səthə səcdə etmək vacib deyil, alın ikiriyallıq (pul sikkəsi) qədər möhürə toxunarsa və düzgün səcdə edilərsə, namaz düzgündür.(h. m. s. 261.)
    Sual: Bəziləri namazda qunut tutarkən əqiq üzüyün qaşını üzüyuxarı çevirirlər. Bu hərəkətin əsası varmı?
    Cavab: Bu barədə rəvayət məlum deyil. Amma həzrət Peyğəmbərin (s) buyuruğuna görə, əqiqə baxmaq bəyənilən işdir.("Müstədrəkul-вəsail”, c. 3, s. 297)
    Sual: Bir şəxs neçə illər namaz qıldıqdan sonra başa düşüb ki, namazları səhv qılıb. Namazlarının qəzasını qılmalıdırmı?
    Cavab: Əgər öyrənib düzgün qıla biləcəyi halda tənbəllik edib səhv qılmışsa, onları təzələməlidir.("Cameül-məsail”, s. 343.)
    Sual: Bir şəxs günortanın əvvəlində vətənində namazını qılmayıb, səfərə çıxmışdır. Hər hansı səbəbdən səfərdə olduğu vaxt da namazını qılmayıb qəzaya vermişdir. Vətənə qayıtdıqdan sonra həmin namazı tam, yoxsa şikəstə (yarı) qılmalıdır?
    Cavab: Namaz səfərdə qəzaya getdiyi üçün şikəstə qılınacaq.(h. m. s. 384)
    Sual: Meyit namazının qəzası üçün qadın əcir (muzdla qılan) edilə bilərmi?
    Cavab: Əgər qadın qiraət və namaz məsələrini (namazın nə vaxt batil olduğunu) bilsə, qadınlıq hüquq və vəzifələri ilə zidd olmasa, bu namazları qıla bilər.(h. m. s. 391)
    Sual: Məkkə və Mədinədə, xüsusi ilə Məscidül-həram və Məscidün-nəbidə sünnə əhlinə iqtida edərkən möhür qoymaq lazımdır, yoxsa yox?
    Cavab: Lazım deyil. Məsciddəki həsir və ya daş döşəmədən istifadə etmək olar.(h. m. s. 424.)
    Sual: Bir xanım vətənindən kənara ərə getmişdir və hazırda ərinin vətənində yaşayır. Bu xanım anadan olduğu yerə gəldikdə namaz və orucunun hökmü nədir?
    Cavab: Əgər bu xanım öz vətənindən çıxıb, həmişəlik ərinin vətənində yaşamaq qərarına gəlmişsə, ərinin vətəni ona vətən hesab olunar. Hər hansı bir məqsədlə müvəqqəti olaraq anadan olduğu yerə gəldikdə namazı şikəstədir və oruc tuta bilməz. Yalnız on gün qalmaq qərarına gəlsə, namazını tam qılar və oruc tuta bilər.(h. m. s. 470.)
    Sual: Tələbə bir yerdə on gün qalmaq qərarına gəlir. Amma dərs keçilmədiyi üçün on gün tamam olmamış səfərə çıxır. Belə bir müsafirətə icazə verilirmi?
    Cavab: Eybi yoxdur. (h. m. s. 484)
    Sual: "Böyük şəhər” ("bilade kəbirə”) dedikdə nə başa düşülür?
    Cavab: Şimalından cənubuna, şərqindən qərbinə hərəkət "səfər” sayılan fövqəladə böyük şəhərlər "böyük şəhər” adlandırılır.(h. m. s. 519)
    Sual: Dost-tanışların vəfat məclisində iştirak etmək üçün kitab əhli məscidə daxil ola bilərmi?
    Cavab: Əgər məscidə hörmətsizlik sayılmazsa, bu işin qarşısını almaq vacib deyil.(h. m. s. 285.)
    Sual: Bəzi məntəqələrdə yer çatışmadığından şagirdlərin imtahanları məsciddə keçirilir. İmtahanlarda iştirak edən əksər qızlar həddi-büluğ olduğundan, şübhəsiz ki, onlardan bəziləri aybaşı vəziyyətində olur. Bu halda qızların məsciddə imtahan verməsi düzgündürmü?
    Cavab: İmtahan keçirənlər bu məsələyə riayət etməli, imtahanları ən azı məsciddə yox, hüseyniyyədə keçirməlidirlər.
    Sual: Məscid və hüseyniyyələrdə dini bayramlar, imamların doğum günləri qeyd olunur, dini şerlər oxunur. Bu məclislərdə əl çalmaq olarmı?
    Cavab: Məscid, hüseyniyyə və digər müqəddəs məkanlarda istənilən bir məqsədlə əl çalmaq olmaz. İslam və şiəlik tarixi boyu müsəlmanların şüarı, alqışı salavat zikri olduğundan bütün yerlərdə, xüsusi ilə də imamların xatirəsi ilə bağlı yığıncaqlarda dini hisslərin salavatla bildirilməsi münasibdir.(h. m. s. 307)
    Sual: Ramazan ayında diş fırçalamağın eybi varmı?
    Cavab: Eybi yoxdur. Amma dişi fırçaladıqdan sonra ağız suyunu kamil şəkildə yığıb kənar etmək lazımdır ki, fırçanın suyu udulmasın.(h. m. s. 544)
    Sual: Boğazdakı bəlğəmi udmaq orucu batil edirmi?
    Cavab: Bəlğəm ağıza daxil olmamış udularsa, orucu batil etməz.(h. m. s. 545.)
    Sual: Bir şəxs ramazan ayında sübh azanına 15 dəqiqə qalmış cənabətli halda yuxudan oyanır. 15 dəqiqə ərzində həm obaşdanlıq yemək, həm də yuyunmaq olmur. Vəzifə nədir?
    Cavab: Obaşdanlıq yemədən oruc tuta bilərsə, əvvəlcə qüsl etsin. Amma yemədən oruc tuta bilmirsə, zərərdən qorxursa, yeməyini yesin, sübh azanından qabaq təyəmmüm etsin.(h. m.s. 546)
    Sual: Qəməri təqvimlə həddi-büluğ olmuş şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, miladi (şəmsi) təqvimlə həddi-büluğ olacağını düşünür. Bu səbəbdən də həmin ilin orucunu tutmur. Bu şəxsin vəzifəsi nədir?
    Cavab: Əgər dini vəzifəsini araşdırmaqda səhlənkarlıq, etinasızlıq etmişsə, qəzadan əlavə kəffarə də vacibdir.(h. m. s. 597.)
    Sual: Bir xanım dörd il oruc tutmayıb. Eləcə də özünə cehiz almalıdır. Oruca görə kəffarə vermək vacibdir, yoxsa cehiz almaq? Əgər hər gün üçün altmış fəqiri doyursa, cəmi nə qədər edir?
    Cavab: Bu xanım tutmadığı orucların qəzasını tutmalı, hər gün üçün kəffarə olaraq 45 kq buğda və ya onun qiymətini nəzərdə tutub fəqirlərə çörək üçün ödəməlidir. Kəffarənin təxirə salınmasının səbəbi etinasızlıq deyilsə, eybi yoxdur.(h. m. s. 601)
    Sual: Bir miqdar pul borc vermişəm. Xüms ilindən (günündən) qabaq almalı olsam da, pul yubanıb və xüms ilindən sonra əlimə gəlib. Bu pula xüms düşürmü?
    Cavab: Əgər ilin qazancından olmuşsa, xüms düşür.(h. m. s. 661.)
    Sual: Həddi-büluğ olmamış uşağın qazandığı pula xüms düşürmü?
    Cavab: Bəli, vacibdir ki, uşağın böyüyü bu pulun xümsünü versin.(h. m. s. 661.)
    Sual: Minik maşını, motosiklet və velosipedə xüms düşürmü?
    Cavab: Sayılanların hər biri qazanc üçün olmasa, insana gərək olsa, onun şəninə uyğun gəlsə, ilin qazancından alınsa da xümsü yoxdur.(h. m. s. 698.)
    Sual: Ata evində yaşayan qız işləyir və aylıq qazancından cehiz və digər yaşayış ləvazimatı almaq üçün bir miqdar pul toplayır. Bu pula xüms düşürmü?
    Cavab: Əgər bu xanımın ehtiyaclı olduğu, şəninə uyğun cehizi almaq üçün başqa heç bir yolu yoxdursa və bir dəfəyə cehiz ala bilmirsə, yığdığı pula xüms düşməz.(h. m. s. 745.)
    Sual: Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?
    Cavab: Hamıya vacibdir(h. m. s. 910.)
    Sual: Əmr be məruf və nəhy əz münkərin şərən vacib olduğunu nəzərə alsaq, eyş-işrət məclislərinə münasibətdə insanın vəzifəsi nədir?
    Cavab: Öz nəsihətinizin təsir edəcəyini ehtimal etsəniz, pis işin qarşısını almalısınız; bəli, mülayim şəkildə nəsihət etmək lazımdır.(h. m. s. 946.)
    Sual: Əgər mindiyimiz maşında haram musiqi oxudulursa və nəhy əz münkərin təsiri ehtimal olunmursa, vəzifəmiz nədir?
    Cavab: İmkan varsa, maşından düşmək lazımdır. Əgər mümkün deyilsə, diqqətinizi başqa işlərə yönəldin. ((h. m.s. 948))
    Sual: Hazırda bəzi toy mərasimlərində haram musiqilər səsləndirilir. Bu məclislərdə iştirak etməmək qohumluq əlaqələrinin zəifləməsinə səbəb olur. Əgər nəhy əz münkər faydasızdırsa, bu məclisdə iştirak etmək olarmı?
    Cavab: Əlaqələr zəifləsə də iştirak etmək olmaz.((h. m.s. 949.))
    Sual: Batil lent yazıları və filmlərlə məşğul olan adamlarla təmas olarmı? Nəsihət məsxərə ilə qarşılansa necə?
    Cavab: Belə adamlarla təmas işə təşviq və etinasızlığa səbəb olursa, caiz deyil.(h. m.s. 949.)
    Sual: Bir qadın naməhrəmlə münasibətdə, öz geyimində qorunmursa və bu barədə ərinin sözlərinə etina etmirsə, ərin vəzifəsi nədir?
    Cavab: Nəsihət və mümkün bir yolla qadın şəri hökmlərə dəvət olunmalı və günahın qarşısı alınmalıdır.(h. m.s. 934.)
    Sual: Həddi-büluğa çatmış övladlar dini vəzifələrinə əməl etməyib, atalarını incidirlər. Övladların dini vəzifələrinə biganəliyinə görə ata müqəssirdirmi?
    Cavab: Ata, moizə və nəsihət, bəzən hədə, bəzən də başqa yollarla övladlarını vaciblərə əməl etməyə və haramlardan çəkinməyə sövq etməlidir. Əgər ata öz şəri vəzifəsinə əməl etsə, övladlara təsir etməsə də ata günahkar deyil.(h. m. s.935.)
    Sual: Atam xoşxasiyyət deyil, özünü bəyənəndir və ailəyə zülm edir. Mən həddi-büluğ olan gündən onunla mübarizədəyəm. Başqalarının yanında cavabını verməklə pis iş görürəm. Təklikdə isə heç bir sözümü qəbul etməyib deyir ki, atanla kobudluq etmə. Vəzifəm nədir?
    Cavab: Valideynə ehtiram və onlarla ədəbli danışmaq lazımdır. Əgər əmr be məruf və nəhy əz münkərin təsirinə ümidiniz yoxdursa, daha vəzifəli deyilsiniz.(h. m. s. 937.)
    Sual: Bəzi yaxın adamlarımız namaza, oruca və digər dini vəzifələrə tamam biganədirlər. Heç bir moizə və nəsihət təsir etmir. Bu halda sileyi-rəhm, onlarla get-gəl necə olsun?
    Cavab: Əgər get-gəli kəsməklə onları günahdan uzaqlaşdıra bilsəniz, get-gəli kəsin. Əgər yaxınlıq etməklə onları günahdan uzaqlaşdırmağa ümid varsa, yaxınlıq edin, onları Allaha itaətə vadar etməyə çalışın.(h.m.s.940.)
    Sual: Əgər iş yerində dinə zidd hallar varsa və nəsihət fayda vermirsə (ya mümkün deyilsə) vəzifə nədir?
    Cavab: İş yerindəki pis hallar barədə aidiyyəti məqamlara məlumat verilməlidir. Şəri xilaflara qarşı əmr be məruf və nəhy əz münkər edilməlidir. Şəriətə zidd göstərişlərə itaət etmək olmaz.(h. m. s. 944.)
    Sual: Kart və şahmat oynamaq olarmı?
    Cavab: Əgər qumar aləti sayılmasa, udub-uduzmadan (uduşsuz) oynamağın eybi yoxdur.(h. m. s. 951.)
    Sual: Futbol, valeybol kimi idman oyunlarını uduş şərti ilə oynamaq olarmı?
    Cavab: Şərt kəsmək, udub-uduzmaq haramdır. Şərt kəsilmədən, qaliblərə hədiyyə verilərsə, oynamaq olar.(h. m. s. 953)
    Sual: Saqqalı, üzü ülgüclə qırxmaq olarmı?
    Cavab: Vacib ehtiyata görə, saqqalı qırxmaq haramdır. Amma yanaqdakı tükləri qırxmaq olar.
    Sual: Saqqalın yaxşı inkişafı üçün onu ülgüclə qırxmaq olarmı? Üzü qırxılmadığı üçün qaşınan adamların vəzifəsi nədir?
    Cavab: Vacib ehtiyata görə, hər iki halda üzü qırxmaq olmaz.(h. m. s. 958.)
    Sual: Tiryəkdən istifadə, onun alqı-satqısı, əkini caizdirmi?
    Cavab: Tiryəkə adət etmək caiz deyil. Zərər olmasa, tiryəkə adətkar şəxs bu adəti tərk etməlidir. Tiryəkin alqı-satqısı, əkini dövlətin ixtiyarındadır və qanunlara qarşı çıxmaq olmaz.(h. m. s. 963)
    Sual: Narkotik maddələr və tütünün istehsal və istifadəsi caizdirmi?
    Cavab: Narkotik maddələrin istifadəsi və alqı-satqısı haramdır. Tütündən istifadə vərdişi üçün şərait yaradırsa, haramdır.(h. m. s.964.)
    Sual: Bakirə qızın ərə getməsi üçün atanın razılığına (icazəsinə) ehtiyac varmı? Daimi və müvəqqəti evlənmədə bu məsələyə münasibət necədir?
    Cavab: Vacib ehtiyata görə, bakirə qızın ərə getməsi üçün atanın icazəsi şərtdir. Bu məsələdə daimi və müvəqqəti evlənmə arasında fərq yoxdur.(h. m. s. 1436)
    Sual: Həddi-büluğ olmamış qızın kəbinini atası bir şəxsə oxutdurur. Qız büluğ həddinə çatdıqdan sonra həmin şəxslə ailə qurmaq istəmir. Bu şəxs şiələri kafir saydığından can qorxusu yaranır. Qızın vəzifəsi nədir?
    Cavab: Bu izdivacın məsləhət olmadığını, bundan əlavə, fitnə yarada biləcəyini nəzərə alsaq, bu nikah batildir və qız izdivac etməyə bilər.(h. m. s. 1443)
    Sual: Ata öz büluğ və yetkinlik yaşına çatmış qızını zorla ərə verə bilərmi?
    Cavab: Bu izdivac batildir. Nə ata, nə də başqaları qızı zorla ərə verə bilməzlər.(h. m. s. 1445.)
    Sual: Müəyyən səbəblə bağlı məhrəm olmuş şəxs (məsələn, qaynana) bu səbəb aradan qalxdıqdan sonra da məhrəm qalırmı?
    Cavab: Məhrəmlik əbədidir.(h. m. s. 1441.)
    Sual: Bir kişinin iki arvadı varsa, bu arvadlardan birinin kürəkəni o biri arvada məhrəm olurmu? Kürəkənin övladları necə?
    Cavab: Kürəkənlər yalnız öz qaynanalarına məhrəmdirlər. Amma övladlar istər dolayı, istər bilavasitə hər iki arvada məhrəm olurlar.(h. m. s. 1458.)
    Sual: Bir oğlan və bir qız, çox ehtimal ki, bir müddət əvvəl bir-birlərinin anasının südünü içib, süd bacı-qardaşı olmuşlar. Həmin oğlan süd bacısının bacısı ilə evlənə bilərmi?
    Cavab: Süd vasitəsi ilə məhrəmliyə yəqinlik olmalıdır. Yəqinlik yoxdursa, izdivac olar. Yəqinlik olduğu halda, oğlan öz süd anasının övladları ilə evlənə bilməz(h. m. s. 1456)
    Sual: Bir şəxs toydan qabaq, evləndiyi xanımın əvvəllər ərdə olub boşandığını bilsə, nikahı ləğv edə bilərmi?
    Cavab: Əvvəlki izdivac nikahın ləğvinə səbəb olmaz.(h. m.s. 1539)
    Sual: Ata öz qızına verdiyi cehizi geri ala bilərmi?
    Cavab: Ata cehizi öz qızına mülk etsə və ya bağışlasa, geri ala bilməz.(h. m. s. 1643.)
    Sual: Ərinin icazəsi ilə işləyən qadın öz qazancını ərindən icazəsiz xərcləyə, sədəqə və ya hədiyyə verə bilərmi?
    Cavab: Qadın öz malını əri qadağan etsə də, sərf edə bilər. Amma ərdən icazəsiz nəzir batildir və qadın ərdən icazə almalıdır.(h. m. s. 1644.)
    Sual:Bir evdə bir neçə qardaş öz ailəsi ilə birlikdə yaşıyır. Belə hallar olur ki, bir qardaq o biri qardaşın arvadına baxır, onunla zarafat edir. Bu münasibətlərin hökmü nədir?
    Cavab: Qardaşın arvadı da olsa, naməhrəm qadına baxmaq caiz deyil, Ləzzət məqsədi ilə naməhrəm qadına baxmaq, onunla zarafat etmək olmaz.(h. m. s. 1721)
    Sual: Məsum imamlara, dini hökmlərə, Quran və Nəhcül-bəlağəyə həsr olunmuş elmi müsabiqələr keçirmək olarmı?
    Cavab: İslam maarifini və şiəliyi yaymaq məqsədi ilə müsabiqə keçirməyin eybi yoxdur, hətta bu iş yaxşı işdir. Amma hədiyyə vermək məqsədi ilə iştirakçılardan pul almaq olmaz.(h. m. s. 1341.)
    Sual: Məscid və elmi mərkəzin büdcəsini yaratmaq üçün elmi müsabiqə keçirib, iştirakçıların hədiyyəsinin bir hissəsini büdcəyə, o biri hissəsini iştirakçılara hədiyyə üçün sərf etmək olarmı?
    Cavab: Olmaz(h. m. s. 1344)
    Category: Gəncliyin yeddi səması (zəruri dini biliklər) | Views: 924 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024