İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 15 » Ey ata, ey ana, biz müttəhimik
    7:40 AM
    Ey ata, ey ana, biz müttəhimik
    «QADAĞALAR» DİNİ!
    Ey ata, ey ana! Sən mənə qadağalar dini verdin. Mənə göstərdiyin yol, verdiyin məsləhətlər, öyrətdiyin əxlaqi dəyərlərin məğzi bu oldu: getmə, baxma, demə, anlama, hiss etmə, yazma, oxuma! Bunların ki, hamısı «yox» oldu. Amma mən işıqlı bir yol göstərən din istəyirəm. Yazıçılardan biri deyir: «Vay o dinin halına ki, onda «yox» «hə»dən çox olsun». Mən isə səndən bir dənə də olsun «hə» eşitmədim!
    Ey ata, ey ana! Sən müqəddəs hesab etdiyin Qurandan bu gün nə anlaya bilərsən? Sən o kitaba etiqadlı olduğun halda, mənim qədər xəbərsizsən. Amma daim onu gözünə, sinənə, körpənin beşiyinə, xəstənin balışına sürtürsən. Evdən çıxanda bir neçə ayə oxuyub, qıfıla üfürürsən. Məgər Allah öz kitabını bunun üçünmü göndərib? Amma elə bir qıfıl almaq olar ki, üfürülməmiş də onu kimsə aça bilməz! Əgər Quran bir neçə ayəni boyundan asmaqla sağlamlığı qorumaq üçündürsə, belə çıxır ki, xəstəliyə qarşı peyvənd (vaksin) vurduranların sənin «Quran»ına ehtiyacları yoxdur!
    Sən düşünüb ağıl yolu ilə doğru yolu seçmək əvəzinə, yeri gəldi-gəlmədi istixarə edirsən. Amma mən sənin verdiyin tərbiyə sayəsində dindar olmadığım halda, Qurana bu qədər ucuz yanaşılmasına tərəfdar deyiləm. Mən elm və biliyin köməyi ilə əqlimi işə salıram və qarşıma çıxan suallara məntiqi cavab axtarıram. Mən Quranı istixarə üçün yox, həqiqəti tapmaq üçün oxuya bilərəm. Əgər sən gözlərini yumub Quranı açırsansa, mən gözlərimi açıb Quranı oxumaq istəyirəm! Atacan, əgər bir kimsə mənim dərsliklərimlə bu sayaq qeyri-ciddi rəftar etsə, mənim qanım qaralar. Sənin bu kitablara münasibətin məndə belə bir təsəvvür yaratdı ki, bu kitab oxumaq üçün deyil və mən başqa kitablara üz tutdum.
    Ey ata, ey ana! Mən sizin namazınızda heç bir əxlaqi təsir görmürəm. Nə dediyiniz sözlərin mənasını anlayırsınız, nə də ibadətin fəlsəfəsindən xəbəriniz var! Sizin namazınız idman hərəkətlərini xatırladır. Əgər namaz təkcə idman xarakterində olacaqsa, daha əhatəli fiziki hərəkətlər kompleksi tapmaq olar! Mən isə hər sübh təsirli musiqi sədaları altında düşüncəmdə əsər qoyan şerlər oxuyuram.
    Gəlin həqiqəti birlikdə araşdıraq. Hamıya məlumdur ki, namaz qılan şəxs Allahla danışır. Necə ola bilər ki, Allahla danışan insan dediyi sözlərin mənasını və nə istədiyini başa düşməsin?! Sizin diqqətiniz yalnız hərflərin düzgün tələffüzünə yönəlib! Görəsən, bu dünyada sizdən başqa bu qədər yalvardığı halda nə istədiyini bilməyənlər varmı?! Qarşınızda dayanıb sizə yalvaran və nə istədiyini bilməyən adama necə baxarsınız? Siz ona nə verərsiniz? Həmin adamın yalvarmağa adət etdiyinə və yalnız qorxudan yalvardığına əmin olsanız, onun sözlərini qulaqardına vurmazsınızmı?!
    Əgər Allah bir insanı onun diqqətsizliyinə görə xoşlamasa, elə namazın ilk rəkətində dərgahından çıxarar, elə bir yerə atar ki, dünya cəhənnəmində axirət behişti arzulasın! Belə kişi cəhalətdə «Əbu Ləhəb», arvadı isə «Həmmalətəl-hətəb» olar. Əgər Allah rəhm etsə, onu həmin yerdən buraxar və həmin şəxs ömrü boyu dəyirman atı tək yerində fırlanar. Bir ömür qaranlıqda yol getdikdən sonra görər ki, çıxış nöqtəsinə çatıb. Budurmu möminlik?!
    Ey ata, ey ana! Alıcı gözlü qərb qarətçilərinin cövlan etdiyi üçüncü dünyada övladından nə gözləyirsən?! Vay olsun o namaz qılanların halına ki, qəflətdədirlər. Onlar Allaha ibadət etdiklərini güman etsələr də, əslində, bütpərəstlərə oxşayırlar. Bu bütlər nə İbrahim, nə də Məhəmməd (s) əsrindəki bütlərdir.
    Məgər oruc şam ilə naharın vaxtını dəyişməkdən ibarətdir?! Əgər orucun mahiyyəti təkcə bundan ibarətdirsə, mən həkimlə məsləhətləşib, daha münasib rejim tutaram! Sən isə mədə yarasından əziyyət çəkdiyin halda oruc tutur, özünü təhlükəyə atırdın. Müqəddəs saydığın ramazan ayında səndə aclıqdan başqa bir dəyişiklik görmədim. Tutduğun oruc sənin əqidə və rəftarındakı nöqsanları aradan qaldıra bilmədi.
    HƏCC
    Ey ata, ey ana! Sizinlə Həccə getdim və o müqəddəs məkanda hər bir hərəkətinizə şahid oldum. Sizin işiniz Həcc proqramına kəlmə-kəlmə əməl etməkdən ibarət oldu. Qiyamət səhnəsini xatırladan bu misilsiz anlarda səni yalnız bir şey narahat edirdi: Birinci hansı ayağımı atmalıyam?.
    Məsum Əhli-beyt övliyalarının uyuduğu Mədinəyə getdik. Sən pərəstiş edib, ziyarətnamə oxuduğun, bu insanların müqəddəs amallarından xəbərdarsanmı?!
    Sonra Peyğəmbər məscidindən azan sədaları ucaldı. Elə düşündüm ki, bu azan səsi sənin qəlbində ilkin İslam xatirələrini oyadacaq və dünya müsəlmanları ilə çiyin-çiyinə dayanıb namaz qılmağa həvəslənəcəksən. Kasıb, varlı, ağ, qara, ərəb, türk, hind, əfqan, yuqoslav, bir sözlə - azan səsini eşitmiş hər bir müsəlman məscidə axışıb sıralara düzülürlər. Sanki əlvan bir dərya dalğalanırdı. Bu dərya məscidi doldurub Mədinə küçələrini bürüdü. Bu zaman nə gördüm? Mənim ata-anam və onlar kimi bir neçə müsəlman bu cərgələrin arasından sürətlə bayıra qaçır! Səbəbini soruşuram. Deyirlər ki, bizim hoteldə məxsus pişnamazımız var, ona iqtida edəcəyik!
    İndi bu cərgədə düzülənlər sizə hansı gözlə baxmalıdırlar?! Sizin Həccə hansı məqsədlə gəldiyiniz onlarda şübhə doğurur. Çünki sizin hərəkətlərinizdə ixtilaf əlamətləri var!…
    Həcc əməllərinin ruhunu bir kənara qoyub əməllərdə vasvasılıq göstərmək hansı məntiqə sığır?! Amandır, təvaf zamanı sol çiynin Kəbədən dönməsin! Əgər bir barmaq səhv olsa, hər şey batil olacaq! Hətta bəzi kişilər öz xanımlarının çiynindən tutub, Kəbəyə tərəf istiqamətləndirirlər. O qədər xırdaçılığa varırsınız ki, sanki Həcc protexniki bir məsələdir və kiçik bir səhv partlayışa səbəb ola bilər. Allaha yönələsi diqqət gör nələrə yönəlir!
    Daim sualım bu oldu ki, «necə?» Bir dəfə də olsun «nə üçün?» soruşmadın.
    Ey Həcc zamanı fikri çiynində qalan ata! Xəbərin varmı ki, səndən azca aralı bir məmləkətdə yəhudilər sənin əqidə qardaşlarının evlərinə girir, namuslarına təcavüz edir, evlərini partladırlar. Sən isə heç «son xəbərlər»lə də maraqlanmırsan!
    Sənin bəhanələrin budur: Biz nə edək axı? Hər kəs özünü xilas etməlidir! Özünü islah et! Biz nə bilirik beynəlxalq siyasət nədir? Kim bilir ki, sünni fələstinlilər pisdir, yoxsa yəhudilər? Gör, ərəb filmlərində hansı əxlaqsızlıqlar var! Cəzalarıdır, qoy çəksinlər! Onlar şiə deyil!
    Həcc karvanındakılardan birinin adyalı yoxa çıxmışdı. Bu şəxs Ərəfatda itirdiyi adyalı bir nəfərin əlində görüb tanıyır. Həmin şəxs adyalın haşiyəsindəki tikişləri sökürmüş. Bəli, şəri cəhətdən ehram, yəni Həccə məxsus paltarda tikiş olmamalıdır. Belə bir etiqad insanı dəhşətə gətirir. Bir tərəfdən başqasının malını götürür («oğurlayır» deməyə dilim gəlmir), digər tərəfdən isə şəri vəzifəsinə əməl edir! Bu insan qiyamət səhnəsini xatırladan Ərəfat çölündə də öz əyriliyindən qalmır!
    Deyə bilərsən ki, bu istisna haldır. Amma mən başqa səhnələrə də şahid olmuşam. Məsələn, Səfa və Mərvə dağları arasında səy, yəni şütüyən zaman iki nəfərin Hacərin xatirəsini yad etmək əvəzinə, söhbət etdiyini gördüm:
    - Hacı filan kəs, bu gün təzə bir şey öyrəndim.
    - Nə öyrəndin?
    - Bəzi müsəlmanlar nisa təvafı (Həccdə bir dini ayin) etmirmiş. Axı nisa təvafı etməyənin Həcci naqisdir və Həccdən sonra öz xanımı ona haramdır. Başa düşdün nə demək istəyirəm hacı?
    - Hacı, başa düşdüm. Əhsən sənin diqqətinə! Yəni ki, bu adamların hamısı…
    Amma bir müddət yoldaşlıq etdiyim həkim zəvvar deyirdi: «İlk dəfə hiss etdim ki, Həccdə necə böyük hikmət varmış. İslam dəyərlərində belə bir dərin fəlsəfə olduğu ağlıma gəlməzdi».
    Bəli, bu diqqətli insan hər bir əməlin mahiyyəti ilə maraqlanır və mənəvi qida alırdı. O, mənimlə yanaşı gedir, dərin hisslərə qapılaraq Həccə aid kitab oxuyurdu. Qəfildən təəccüb içində məndən soruşdu: «Burada bir şey yazılıb, anlamadım. Yazılıb ki, dördüncü səy (gediş) zamanı Səfanın dördüncü pilləsində dayanıb bu duanı oxuyan varlı olar!».
    Ruhi gözəllikləri dəyərləndirən, ilahi eşq haqqında düşünən gənc ziyalının belə bir məsələ ilə rastlaşması məni narahat etdi. Zəvvar yoldaşıma dedim ki, bu dinin yox, kitabı tərtib edənlərin fikridir və sürətlə ondan uzaqlaşdım.
    Mən demirəm ki, bu qəbil göstərişlər düzgün deyil. Amma məhz Həccdə, insan ruhunun İbrahim dinindən, İsmayıl qurbanlığından, Hacər səyindən şövqə gəldiyi bir vaxt uyğun hissləri həyəcanlandırmağın yeridirmi?!
    Ey müəllif, sən gördüyün işə görə pul almırsan? Məgər pul qazanmaq üçün başqa yol yoxdur?! Pullu olmaq üçün hökmən Səfa dağının dördüncü pilləsində dayanıb dua oxumaq lazımdır?! Xəbərin varmı ki, Səfa və Mərvə arası yol artıq qumluq səhra yox, müasir dəbli, kondisionerlə soyudulan bir dəhlizdir? Bilirsənmi ki, İbrahim dövründəki dördüncü pilləni tapmaq bu gün müşkülə çevrilib? Sən insanlara vəd edirsən ki, dua oxumaqla düşməni susdurmaq, varlanmaq, şəfa tapmaq olar. Camaat da elə zənn edir ki, sənin dediklərin dinin buyuruqlarıdır. Ona görə də duaları qəbul olmayanda səndən yox, dindən, Kəbədən, Qurandan üz döndərirlər!
    Ey ata, ey ana! Siz gah «Peyğəmbər (s) buyurub ki, fəqirlik fəxrdir» deyərək fəqirliyə üz tutursunuz, gah da dua və ziyarətnamə oxuyub Allahdan və imamlardan var-dövlət istəyirsiniz. Sizin gözünüzün qabağında məmləkətinizin var-dövləti qərbə daşınır. Siz isə öz sərvətinizi qorumaq əvəzinə deyirsiniz: «Dünya neməti axirətdən binəsib kafirlərindir. Bir vaxt bizə həsrətlə baxar və yediklərini qaytararlar. Qoy aparsınlar!»
    Amma dindar olmadığım halda, milli sərvətimizin düşmən tərəfindən dağıdılmasının əleyhinəyəm. Çünki xalqımın varlanma yolunu bu sərvətin qorunmasında görürəm. İqtisadiyyatı inkişaf etdirmək üçün elmi-texniki tərəqqiyə, düzgün iqtisadi siyasətə ehtiyac var. Vaxtını dua oxumaqla keçirən siz cahil müsəlmanların hesabına kafirlər inkişaf edərək, planetin nemətlərinə sahib durub!
    Ey ata, ey ana! Sən hər zaman Kərbəla vaqiəsini xatırlayaraq ağlayırsan. Mən səndən bu hadisə haqqında soruşduqda suallarım cavabsız qalır və məlum olur ki, sən həmin hadisənin mahiyyətindən xəbərsizsən.
    Mən Hüseynin (ə) qətlə yetirilməsinin səbəbini soruşuram. Sən cavab verirsən ki, Hüseyn (ə) özünü ümmətə fəda etdi. Axı bu sözlər xaçpərəstlərin İsa (ə) haqqında dediyi sözlərdir. Onlar bu əqidədədirlər ki, İsa özünü qurban verməklə Adəm övladının günahları səbəbindən bağlanmış Behişt qapısını açdı. Sənin sözlərin bu deyilənlərə çox oxşayır!
    Belə çıxır ki, həyatını, ailəsini zülm qılıncının altına verib, şəhadətə yetən Hüseyn (ə) sənin və mənim dünyamı xoşbəxt etmək niyyətində olmayıb?! Məgər Hüseynin (ə) məqsədi insanları məcbur beyətə və zülmə qarşı qiyama qaldırmaq deyildi? Yoxsa Hüseynin (ə) azadlıq və ictimai ədalətin bərpası kimi niyyətləri olmayıb? Sizin dediklərinizdən belə çıxır ki, Kərbəla vaqiəsinin məqsədi bizə ağlamaqla bağışlanma yolu açmaqdır və bu hadisənin dünya işlərinə heç bir dəxli yoxdur.
    Sizin bu baxışınız dünya işlərində dini təsirsiz tanıtdırır. Mən isə öz idealları ilə dünyanı bu günkü ağır problemlərdən xilas edə biləcək qəhrəman sorağındayam.
    Sizin mənə verdiyiniz Kərbəla faciəsindən danışan qalın kitabı oxudum. Mən dünyada baş vermiş əksər inqilablar, eləcə də böyük Fransa inqilabı haqqında oxumuşam. Amma siz verdiyiniz kitabın Kərbəla vaqiəsinin nəticələri haqqında izahatları məni qane etmədi. Guya, bu hadisənin mənəvi nəticəsi odur ki, Hüseynə əzadarlıq edənlərin sayı milyonlara çatır. Hadisənin ikinci, iqtisadi nəticəsi isə bütün qərb iqtisadçılarını heyrətə gətirə bilər. Sizin kitabın müəllifi yazır: «Dünyanın müxtəlif yerlərindən Kərbəlaya axışan zəvvarlar özləri ilə bir qədər yerli istehsal məhsulu götürüb, orada satır və bir miqdar sovqat alıb vətənlərinə gətirirlər. Bu gedişlə Kərbəla ilə ölkəmiz arasında ticari mübadilə yaranır və bu mübadilə ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərir».
    İlahi, necə də dar baxış! Əslində, bu iqtisadi dövriyyə pulsuz iranlıların özü ilə pul əvəzi götürdüyü az sayda xalçalardan və bu xalçaların puluna Kərbəla və Nəcəfdən alınan möhür və təsbehdən ibarətdir. Uyğun mübadilənin miqdarı kiçik bir yapon şirkətinin göstəricilərindən çox-çox aşağıdır. Müəllifin hansı iqtisadi nailiyyətdən danışdığı müəmma olaraq qalır.
    Müəllifin araşdırmalarından belə çıxır ki, ölkəmizin möhür və təsbeh sarıdan qərbi geridə qoyması Kərbəla hadisəsinin uğurlu nəticəsidir. Dəhşət!
    Bəşər tarixinin ən əhəmiyyətli hadisəsi haqqında oxuduğum son kitabın səviyyəsi məlum oldu. Bu əsərləri oxumaqla Hüseyn haqqında ciddi düşünmək olarmı?! Mən din alimi deyiləm ki, dini həqiqətləri araşdırıb üzə çıxara biləm. Mühəndisin, həkimin, iqtisadiyyatçının, müəllimin öz işi var və onlar dini bu sayaq səviyyəsiz kitablardan öyrənirlər. Bu kitabları yazanlar rəsmi din təbliğatçılarıdırlar. Onların yazdığı kitablar qətiyyən tənqid olunmur. Bəs, bədbəxt ziyalı həqiqi İslamı hansı mənbələrdən öyrənsin?! Əgər sizin etimad etdiyiniz bir kitabdakı əsassız iddialara cavab verən tapılmırsa, kimə üz tutaq?!
    Ey mənim təbliğatçı atam! Sizin üçün Peyğəmbərdən (s) və Əlidən (ə) böyük bir şəxsiyyət varmı? Bu iki şəxs o qədər əzəmətlidir ki, hətta İslama əqidəsi olmayanlar da bu əzəməti etiraf edirlər. Amma sizin həmin insanlara təqdim etdiyiniz rəvayətə baxın:
    «Peyğəmbər (s) ömrünün son günlərində hamıdan xəlvət Əlinin evinə daxil oldu. O, bu son saatlarında Əliyə böyük bir sirr açmalı idi (bu sözləri oxuyanları, iki əzəmətli şəxs arasındakı sirrə münasibətdə maraq bürüyür; amma görün bu sirr nədən ibarət imiş). Peyğəmbər (s) Əliyə (ə) iki sifariş etdi: «Ya Əli, mən can verərkən canım ağzımdan çıxanda onu tut və üzünə çək..». (ikinci sifarişi xatırlamasaq daha yaxşı olar).
    Bəli, bu imiş böyük sirr! Qərb öz dəyərsiz adamından şəxsiyyət düzəldir, siz isə Peyğəmbər (s) şəxsiyyətini bu qədər kiçildirsiniz. Axı niyə məni elm, fəlsəfə, ədəbiyyat, sənət ardınca getməyə qoymursan?!
    Mən böyük Fransa inqilabı haqqında «Eşq və ölüm oyunu» kitabını və digər inqilablar haqqında əsaslı elmi əsərlər oxumuşam. Bu mütaliələrdən sonra əzəmətli Kərbəla hadisəsini, əslində, kiçildən kitablarla maraqlana bilmirəm. Sən deyirsən ki, filan azdırıcı kitabı oxuma, filan azğın şəxsin sözünə qulaq asma, filan azdırıcı yerə getmə. Mən sənə «baş üstə» deyə bilmirəm. Birdəfəlik bil ki, sənin bugünkü səviyyədə təqdim olunan dinin mənim ehtiyaclarımı ödəmir!
    Sən təvəssülə, yəni Əhli-beytə üz tutmaqla onları Allah yanında şəfaətçi etməyə çox əhəmiyyət verirsən. Bir dəfə mənə dedin ki, mənimlə filan məclisə gedək, ziyalı bir şəxs şöhbət edəcək. Mən də razılaşdım. Həmin şəxs öz söhbəti zamanı dedi: «Fəsadcıl bir adam bir neçəsini öldürmüşdü. Bir alimdən soruşur ki, mən öz günahlarımı hər hansı bir yolla yuya bilərəmmi? Alim deyir ki, yox, olmaz. Qatil dərhal həmin alimi də öldürür. Sonra başqa bir alimin yanına gedir. Müsbət bir cavab ala bilməyib, onu da öldürür. Bu qayda ilə 99 alim öldürən qatil 100-cü alimə üz tutur. Əvvəlki alimlərin taleyindən xəbərdar olan alim çarəsizlikdən qatilə deyir: «Yuxarı kənddə saleh insanlar yaşayır. Get o kəndə və onlar dua edəndə sən də onlara qatıl. Allah onlara mərhəmətini nazil edərkən, sən də öz-özünə bağışlanacaqsan».
    Doxsan doqquz nəfəri qətlə yetirən yüzüncünü buraxıb, üz tutur həmin kəndə. Amma yolun ortasında qatili əcəl yaxalayır… Axşam bu qatili yuxuda görən olur. Soruşur ki, «necə oldu Behiştə düşdün? Qatil deyir: «Əzab və rəhmət mələkləri gəldilər və mənim barəmdə mübahisəyə başladılar. Axır qərara gəldilər ki, mənim öldüyüm yerdən yuxarı və aşağı kəndlərə qədər olan məsafəni ölçsünlər. Əgər öldüyüm yer yuxarı kəndə yaxın olsa Behiştə, aşağı kəndə yaxın olsa Cəhənnəmə aparılım. Ölçdülər və gördülər ki, öldüyüm yer salehlərin kəndinə iki barmaq yaxındır. Buna görə də bütün günahlarımı və doxsan doqquz alimin qanını bağışladılar!».
    Ey ana! Sən öz gənc qızını dini bir məclisə aparmışdın. Bu məclisdəki natiq Kərbəla hadisəsinin azadlıq məktəbi olduğunu sübut etməyə çalışır və bu məktəbdən faydalanmağımız üçün nə etməli olduğumuz barədə söhbət edirdi:
    Bir aşura günü kibrit tapa bilməyən çox əxlaqsız bir qadın qonşudan kibrit almağa gedir. Həmin evdə rövzə deyilirmiş. Əxlaqsız qadın sönməkdə olan ocağı üfürməyə başlayır. Ocağın külü gözünə dolduğu üçün gözləri yaşarır.
    Bir vaxt bu qadın dünyasını dəyişir. Onu yuxuda görən başqa bir şəxs təəccüblənir ki, necə olub bu qadın Behiştə düşüb? Qadın başına gələnləri danışır və nəhayət, məlum olur ki, ocaq üfürdüyü zaman gözündən gələn yaş damcısına görə həmin evdə şəninə rövzə oxunan Hüseyn (ə) ona şəfaət verib!
    Ey ata, ey ana! Belə cəfəngiyatlar mənim dindən uzaqlaşmağıma səbəb oldu. Həmin gecə natiqin əxlaqsız qadın haqqında danışdığı hekayət qəlbimdəki son sevgi bağlarını qırdı. Mən o natiqin dinindən qaçdım. İndi də hürkmüş at kimi dayanmıram, siz də asta-asta dalımca gəlirsiniz. Siz bu atı zorla yüyənləmək fikrindəsiniz. Sizin bu fikrinizi duyduğumdan, sürətimi artırıram.
    Ey ata, ey ana! Sən öz qızına geyinmək, bəzənmək və digər işlərdə o qədər «olmaz»lar yüklədin ki, onun təsəvvüründə qadına azadlıq vermiş bir dini qadağalar kompleksinə çevirdin. Dini məclislərdə hətta natiqi görməyi də ona qadağan etdin. Savadsız kişilər istədiyini etdiyi halda, elmli və təhsilli qadınlar öz fikrini deməyə imkan tapmadı. Onlar hicablı olduqları halda, ikinci bir hicaba salınırlar. Bu gün İslama maraq göstərib hər hansı bir həqiqəti öyrənmək istəyən modern xanım sizin məclisə yaxınlaşa bilmir. Əgər təsadüfən onun saçının bir neçə tükü görünsə, onun ünvanına nələr deməzsiniz?!
    Siz dininizin adı ilə bəzən ən kiçik səhvi bağışlamır, bəzən isə dünya ağırlığında günahı olan əxlaqsız qadına mərhəmət göstərirsiniz. Bütün deyilənlərin zahirinə baxırsınız. Peyğəmbərə bir salavat göndərməklə bir ömür günah yükündən azad olmaq fikrindəsiniz!
    Ey ata, ey ana! Sən mənə Əlinin yalnız şücaətindən və Zülfüqarından danışdın. Amma bu gün bizi düşməndən qoruyacaq Zülfüqar yoxdur. Bu gün yəhudilər Xeybərdə yox, Fələstində tüğyan edir. Sən Əlinin (ə) arpa çörəyi yeməyindən danışır, bununla da xalqda fəqirliyə rəğbət oyadırsan. Sən Əlinin (ə) əjdahanı öldürməyindən danışırsan. Bir sözlə, sizin danışdıqlarınız Əlini (ə) yalnız bir pəhləvan kimi tanıtdırır. Sanki Əli (ə) bizim İran pəhləvanı Rüstəmin oxşarıdır. Bir dəfə olsun belə Əlinin (ə) elm və biliyindən bir söz eşitmədim. Axı sadə bir pəhləvanı özümə necə rəhbər seçəydim?! Mən əfsanəvi yox, həqiqi bir rəhbər istəyirəm. Sən onun ən təhlükəli bir vaxtda canından keçərək, Peyğəmbərin (s) yerində yatması ilə fəxr edirsən. Mən bilirəm ki, Əli (ə) ömür boyu ölümün istiqbalında olub. Elə bu gün də canını din yolunda fəda edənlər var! Sən mənə Əlinin (ə) başqa xüsusiyyətləri haqqında nə deyə bilərsən? Heç nə!
    Dediklərin məni qane etmir. Bəs Əlinin (ə) məktəbi? Bəs Əlinin (ə) dünyaya baxışı? Bəs Əlinin böyük ruhu? Əhli-beyt ardıcılları öz bilik və təqvaları ilə dünyanı rəğbətləndirməli olduqları halda, cəfəng xurafatlarla öz xalqını şiəlikdən bezdirirlər. Sən Fatiməni (ə) öz qızına daim ağlamaqla məşğul olan bir qadın kimi tanıdırsan. Guya Fatimə ümmətin yox, yalnız özünün və ərinin itirilmiş haqlarına görə qiyama qalxıbmış. Guya, Fatimənin (ə) Fədək bağını geri almaqdan başqa məqsədi yoxmuş. Sən Fatimə (ə) haqqında bundan başqa nə demisən?!
    Sən öz qızına təqdim etdiyin Zeynəb (ə) Aşura günü şəhidlər üstündə nalə çəkib ağlayan bir qadındır. Bəs aşuradan sonra xanım Zeynəbin (ə) başına nələr gəldi? Axı Zeynəbi (ə) ideala çevirən, əslində, onun Aşuradan sonrakı fəaliyyətidir. Bu barədə sən nə bilirsən? Sənin üçün Zeynəb (ə) yalnız öz qardaşının müsibətinə ağlayan bir bacıdır. Demək, sən Zeynəbi tanımırsan! Çünki sənin sevdiyin kitablarda Zeynəb (ə) şəxsiyyətindəki əsas çalarlar açıqlanmayıb. Yalnız sənin və mənim əlim çatmayan bəzi kitablarda bu barədə məlumat verilib. Sənin təbliğindəki Zeynəb isə bizim dünyamız üçün maraqlı ola bilməz. Sənin təbliğin dünyadan əl çəkib, yalnız axirət barədə düşünməyə çağırır!
    Sənin məzhəbində Əli (ə) vilayətindən danışılır. Siz Əlinin (ə) Allah ilə xüsusi əlaqələrindən, Əli (ə) məhəbbətinin günah yuyan kimyəvi təsirindən danışırsınız. Amma bu gün bəşəriyyətə, onu bugünkü ağır vəziyyətindən çıxaracaq gücdə olan bir ideal gərəkdir. Tarixə hakim olmuş ədalətsiz cari qanunları necə aradan qaldıraq? Sual budur!
    Ey ata, ey ana! Sən mənə imaməti öyrətdin və dedin ki, Peyğəmbərin (s) özündən sonra on iki canişini var. Sual verirəm: imamət əqidəsinin bugünkü bəşəriyyətə nə faydası var? Necə ola bilər ki, adi tarixi şəxsiyyətin düşüncələri bu günümüzə təsir etsin, amma ilahi şəxsiyyətə malik insanların əqidəsi tarixdə qapanıb qalsın?! Sən yalnız əzbərlədiyin bu sözü təkrarlayırsan ki, hakimiyyət onların yox, bunların idi.
    Sən imamları qeyri-adi varlıq kimi tanıtdırırsan: «Onlar ali insanlar yox, insandan ali varlıqlardır». Demək, bu şəxsiyyətlər, yalnız axirət əzabından qurtuluş üçün faydalıdır. Biz bu gün ədalətli rəhbər axtarır, öz insani haqlarımızı qorumaq istəyirik. Bu yolda gerçək ideallardan ehtiyacsız deyilik. Sənin isə imamətin sıra ilə düzülmüş on iki addan ibarətdir!
    Ey ata, ey ana! Sən mənə—öz taleyini qurmaq istəyən gənc nəslə öz əməllərinlə və mərasimlərinlə nə verə bilirsən? Heç nə! Elə ona görə də biz axtarışda olan gənclər sizdən uzaqlaşıb, diqqətimizi cəlb etmiş filosoflar və ideologiyalar arxasınca getdik.
    Ey ata, ey ana! Mən həqiqəti axtarmaqda davam edirəm. Mən öz dünyamı ədalətsizlik məngənəsindən xilas etmək istəyirəm. Sənin bugünkü həyatın və əqidən mənim istəklərimi doğrultmur. Sən kasıblığı üstün tutur və yalnız kasıbları Allaha yaxın hesab edirsən. Belə çıxır ki, dünya əhalisinin əksəriyyətini təşkil edən aclar onları bu günə qoymuş istismarçı təbəqəyə təşəkkür etməlidirlər! Demək, dünyanı bizə zindana döndərənlər olmasaydı, Behişt üzünə həsrət qalasıydıq!
    Ey ata, ey ana! Din adı ilə evdə həbs edib, təhsildən, dünya səadətindən məhrum etdiyin qız səni bağışlamayacaq! Sən o qızı məhbus etməklə, onun qəlbinin ovuna çıxmış düşmənə yol açmısan. Bu qız ya düşmənə pənah aparmalı, ya da sənin günəşsiz dünyanda ömrünü başa vurmalıdır.
    Category: Ey ata, ey ana, biz müttəhimik | Views: 1036 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024