İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 30 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:25 AM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ON BİRİNCİ DӘRS
    ӘFV VӘ GÜZӘŞT
    İctimai əlaqələrin bərqərar olunmasında zəruri hesab olunan əxlaq normalarından biri də əfv etmək və güzəştə getməkdir. Doqquzuncu dərsdə qeyd etdik ki, ictimai əlaqələrdə bir çox hallarda kimlərsə bir-birinə qarşı hörmətsizlik edir və ya biri digərinin hüququnu tapdalayır. Məlum olduğu kimi, ayrı-ayrı fərdlərin hüquqlarının tapdalanması əksər hallarda sakitliyə riayət etməmək, başqalarının növbəsinə girmək, qanunsuz olaraq kiminsə məziyyətindən istifadə etmək və onlarla bu kimi hallarda baş verir. Әgər hər gün rastlaşdığımız belə hallarda cəmiyyət üzvləri bir-birlərinə güzəşt etməzsə və biri digərinin səhvinə göz yummazsa, cəmiyyətdə özbaşınalıq baş alıb gedər və hərc-mərclik ictimai problemə çevrilər.
    Belə bir şəraitdə müqəddəs islam dininin öz davamçılarına tövsiyə etdiyi şey də səbirli və təmkinli olmaq və bu işdə mümkün qədər güzəştə getməkdir. Allah-taala Qurani-Kərimdə Әraf surəsinin 199-cu ayəsində buyurur:
    «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!»
    Unutmaq olmaz ki, əfv və güzəşt dedikdə, insan yalnız bəzi hallarda deyil, bütün şəraitlərdə daimi olaraq bu xüsusiyyətə malik olmalı və bu, onun üçün bir növ vərdiş və adət halına çevrilməlidir.
    Nəql olunmuş rəvayətlərdə yuxarıda qeyd olunan ayənin təfsiri haqda deyilir:
    «Peyğəmbər (s) həzrət Cəbraildən ayənin anlamı haqda soruşur. Cəbrail (ə) cavab verir: Bilmirəm, gərək ayənin mənasını Allah-taaladan soruşum. Bir qədər sonra Peyğəmbərin (s) yanına nazil olub deyir: Ey Məhəmməd! Allah-taala sənə zülm edən (haqqını tapdalayan) şəxsi bağışlamağı, səndən nəyisə əsirgəyən şəxsə güzəşt etməyi və səninlə əlaqəsini kəsmiş şəxslərlə səmimi münasibətdə olmağını əmr edir».(Biharul-ənvar, 75-ci cild, 66-cı fəsil, 4-cü hədis. )
    Başqa bir ayədə əfv və güzəşt etmək mömin və əməli-saleh şəxslərin xüsusiyyətlərindən biri kimi göstərilir:
    «O müttəqilər ki, bolluqda da, qıtlıqda da [mallarını yoxsullara] xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər...» (Ali İmran-134.)
    Digər iki ayədə Allahın güzəşt etməyə əmr etdiyi və bunun müqabilində Allah tərəfindən bağışlanmalarına müjdə verildiyi göstərilir:
    «...Məgər [bu yaxşılıq müqabilində] Allahın sizi [günahlarınızı] bağışlamağını istəmirsiniz? Allah, [bəndələrini] bağışlayan və rəhm edəndir!»(Nur-22. )
    «...Amma [tövbə edəcəkləri təqdirdə] onları əfv etsəniz, [təqsirlərindən] keçsəniz və baqışlasanız, [bilin ki] Allah günahları çox bağışlayan və rəhm edəndir!» (Təğabun-14. )
    Peyğəmbər (s) və Məsum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə də bu məsələyə xüsusi diqqət yetirilmiş və müsəlmanlara bu gözəl xüsusiyyətə yiyələnmələri tövsiyə edilmişdir.
    Peyğəmbər (s) buyurur:
    «Allah çox bağışlayan, rəhm və əfv edənləri sevəndir».(Kənzul-ummal, 3-cü cild, 373-cü səh. 7005-ci xütbə. )
    «Hər kim müsəlman bir şəxsin səhvini bağışlayarsa, Allah-taala da onun günahlarını bağışlayar».(Kənzul-ummal, 3-cü cild, 376-cı səh. 7019-cu xütbə. )
    «Әfv etməyi və güzəştə getməyi bacarın. Çünki əfv və güzəşt insanların yalnız əzəmət və ucalığını artırır. Allahın sizi ucaltmasını istəyirsinizsə, siz də başqalarını əfv edib günahlarını bağışlayın».(Biharul-ənvar, 71-ci cild, 93-cü fəsil, 5-ci hədis. )
    «Çox əfv edən şəxsin ömrü uzun olar».(Biharul-ənvar, 75-ci cild, 81-ci fəsil, 74-cü hədis )
    Әli (ə) buyurur:
    «Әfv və güzəşt etmək, xüsusiyyətlərin ən yaxşısıdır».
    «Bu iki şeyin savabını hesablamaq olmaz: Әfv etmək və ədalətli olmaq».
    «İnsanların ən pisi səhvləri bağışlamayan və pisliklərə göz yummayanlardır».(Biharul-ənvar, 71-ci cild, 93-cü fəsil, 6-cı hədis. )
    «Әn böyük eyb intiqam almağa tələsmək və az güzəşt etməkdir».
    İmam Baqir (ə) buyurur:
    «Әfv və güzəşt üçün edilən peşimançılıq cəzalandırılma üçün edilən peşimançılıqdan daha yaxşıdır».
    İmam Sadiq (ə) buyurur:
    «Biz Әhli-beytin səxavət və mərdliyi bizlərə zülm edən şəxsləri əfv etməyimizdədir».
    Başqa bir rəvayətdə buyurur:
    «Bu üç şey dünya və axirətin ən gözəl xüsusiyyətlərindəndir: Sənə zülm edən (haqqını tapdalayan) şəxsi əfv etmək, əlaqəni kəsən şəxslərlə ünsiyyətdə olmaq və sənə qarşı hörmətsizlik edən şəxslərə qarşı səbr və təmkinli olmaq».(Biharul-ənvar, 71-ci cild, 94-cü fəsil, 3-cü hədis. )
    ӘFV VӘ GÜZӘŞT ETMӘYİN FӘRQİ
    Yuxarıda qeyd olunan rəvayətlərdə «əfv» və «güzəşt» kəlmələrinin hansı məna daşıdıqları ilə yaxından tanış olduq. Lakin dərsin əvvəlində gətirilən ayələrdə «səfh» kəlməsinin də «əfv» və «güzəşt» kimi tərcümə olunduğunu müşahidə etdik. Hər iki kəlmə eyni mənada işlənsə də «səfh» kəlməsi pisliklərə göz yummaq mənasını da daşıyır. Belə ki, bir şəxs səhv iş gördükdə təqsirindən keçilərək əfv olunur. «Səfh» isə ümumiyyətlə insanın səhvlərinə göz yummağa deyilir. Belə bir halda, həmin şəxs əfv olunsun deyə, onun elə rəftar olunur ki, sanki o, əsla səhvə yol verməmişdir.
    Bu səbəbdən də deyə bilərik ki, «əfv» insanın səhv və təqsirlərinin üstünü örtmək, «səfh» isə səhvlərə göz yummaq mənasını daşıyır. Qurani-Kərimdə «əfv» haqqında deyilir:
    «Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs [pislik edəni] bağışlasa və [onunla] barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz!»(Şura-40. )
    «...Kin-küdurət olmasın deyə, rastlaşdıqda «Salam» -de...»(Zuxruf-89. )
    «...Sən müşriklərdən sakitcə üz döndər [və onları alicənablıqla bağışla]...» (Hicr-85. )
    Göründüyü kimi birinci ayədə bütün xoşagəlməz işlər üçün [müəyyən cəza] təyin olunsa da əfv və güzəşt etməyə sövq edilir. Buradan belə nəticəyə gəlmək olur ki, əfv, yalnız şəxsin təqsiri sübuta yetirildikdə, lakin bütün bunlara göz yumulduqda edilir. Sonrakı iki ayədə isə «səhf» kəlməsindən istifadə olunmaqla Allah-taala, Peyğəmbərin (s) müşriklərin xoşagəlməz rəftarlarının müqabilində onlara əksül-əməl göstərməyə və güzəşt etməyə əmr edir. İmam Riza (ə) «Sən müşriklərdən yaxşıca üz döndər [və onları alicənablıqla bağışla]» ayəsini təfsir edərkən deyir:
    «Səfh, şəxsin danlanmadan güzəşt olunmasına deyilir».(Biharul-ənvar, 71-ci cild, 93-cü fəsil, 56-cı hədis. )
    HANSI ŞӘRAİTDӘ ӘFV VӘ GÜZӘŞT OLUNMALIDIR
    Diqqət yetirmək lazımdır ki, insan yalnız o zaman əfv və güzəşt etməlidir ki, intiqam almağa qadir olmuş olsun. Әks təqdirdə, günahları əfv etmək nəinki müsbət nəticə verməyəcək, əksinə qəlbində həmin şəxsə qarşı kin-küdurət və düşmənçilik yaranacaqdır. Bu da yalanın, qeybətin, töhmət və həsədin artmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də zəiflik üzündən kiminsə səhvinə göz yummağı əfv və güzəşt adlandırmaq olmaz. Müqəddəs islam dini öz davamçılarını əfv və güzəşt etməyə dəvət etməklə yanaşı, özlərinin və başqalarının haqlarının tapdalanmasına yol verməməyə də əmr edir. Belə bir şəraitdə nə kimsənin haqqı tapdalanır, nə də zəiflik üzündən kimsə öz haqqından keçib günahkarı əfv və güzəşt etməli olur. Demək, əfv və güzəşt etmək yalnız o zaman öz həqiqi dəyərini tapa bilər ki, insan intiqam almağa qadir olmuş olsun, lakin alicənablıq üzündən buna yol verməsin.
    Nəql olunmuş bir çox rəvayətlərdə bu mətləbə xüsusi diqqət yetirilir. Misal olaraq burada onlardan bir neçəsini gətiririk. Peyğəmbər (s) buyurur:
    «Allah-taala qüdrəti çataraq əfv və güzəşt edən şəxsin səhvə yol verdiyi zaman günahlarını bağışlayar».
    «Әfv və güzəşt etməkdə insanların ən yaxşısı cəzalandırmaq üçün qüdrəti çatan, lakin əfv və güzəştə gedənlərdir».
    Әli (ə) buyurur:
    «Düşmənin üzərində qalib gəldiyiniz zaman əfv və güzəşt etməyi qüdrətinizin şükrü hesab edin».(Biharul-ənvar, 71-ci cild, 93-cü fəsil, 76-cü hədis. )
    «Әfv etmək qüdrətin zəkatıdır».
    İmam Həsən (ə) bu haqda buyurur:
    «İnsanların ən güzəştlisi o kəsdir ki, qüdrəti çatdığı zaman əfv etməyi bacarsın».(Biharul-ənvar, 74-cü cild, 28-ci fəsil, 41-ci hədis. )
    İmam Sadiq (ə) buyurur:
    «Qüdrəti çataraq əfv və güzəşt etmək peyğəmbər və müttəqilərin xüsusiyyətlərindəndir».(Biharul-ənvar, 71-ci cild, 93-cü fəsil, 62-ci hədis. )
    Peyğəmbərin (s) zamanında müsəlmanların ən böyük qələbəsi Məkkənin fəthi olmuşdur. Böyük qüdrətə malik olan islam ordusu Məkkəyə daxil olarkən müşriklər artıq əvvəlki qüdrət və nüfuzunu itirib müsəlmanlardan asılı vəziyyətə düşmüşdülər. Orduya rəhbərlik edən Səd ibni Ubadə şəhərə daxil olarkən belə bir şüar verir:
    «Bu gün müharibə və mübarizə günüdür. Bu gün qadınların əsir alınacaqları gündür».
    Bu xəbəri eşidən həzrət Peyğəmbər (s) bərk narahat olur. O, Әli (ə)-a bayrağı Səd ibni Ubadədən alıb orduya rəhbərlik etməyi və — «Xeyr! Bu gün mərhəmət və bağışlanma günüdür!» — şüarını verməyi əmr edir.
    Haqqında söhbət açacağımız məsələlərdən biri də hansı şəraitlərdə və kimlərin əfv və güzəşt olunmasıdır.
    Güzəşt etməyə gəldikdə, biz yalnız şəxsi məsələlərdə haqqımızı tapdalayan və bizə qarşı hörmətsizlik edən şəxsləri əfv edib bağışlaya bilərik. İlahi və ictimai hüquqlara qarşı hörmətsizlik edildikdə isə, kiməsə güzəşt edib bağışlamağa heç bir ixtiyara malik deyilik.
    Güzəşt və əfv nümunəsi olan həzrət Peyğəmbərin (s) həyatına nəzər saldıqda bir daha bu həqiqətin şahidi oluruq ki, o həzrət ictimai ədalətin bərqərar olunmasında — ictimai pozğunluğa yol verildikdə — kimsəyə güzəşt etməmiş və müqəssirləri əfv edərək cəzasız qoymamışdır. Həyat yoldaşı Ümmi Sələmənin kənizinin oğurluq etməsini buna misal çəkmək olar. Xəsarət çəkən şəxslər Peyğəmbərin (s) yanına şikayətə gəldikdə Ümmi Sələmənin xahişini nəzərə almadan onların hər birini təmkinlə dinləyib kənizin cəzalandırılmasına dair müvafiq tədbir görür.
    Başqa bir misala nəzər salaq:
    Әli (ə) ətraf məntəqələrə göndərdiyi valilərdən birinin beytul-malı mənimsədiyini eşidib ona belə bir xəbərdarlıq məktubu yazır: «Allahdan qorx və camaatın malını özlərinə qaytar! Әgər bunu etməsən və Allah mənə səni görməyimə imkan verərsə, müşrikləri cəhənnəmə vasil etdiyim bu qılıncla səni öz cəzana çatdıracağam. And olsun Allaha! Әgər Həsən və Hüseyn sənin gördüyün bu işi görsəydilər, onları cəzalandırmaqda əsla peşiman olmazdım».
    Demək, şəxsi məsələlərdə əfv və güzəştə yol verilsə də, ilahi və ictimai hüquqların bərpa olunmasında bu iş qeyri-mümkündür. Әgər buna yol verilərsə, yalnız Allahın izni Peyğəmbər (s) və onların naibləri tərəfindən ola bilər.
    Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, əfv və güzəşt yalnız öyüd-nəsihətdən ibrət alan və bunun qədrini bilən şəxslərə edilməlidir. Çünki, onlar xəbərdarlıq olunarkən buraxdıqları səhvə bir dəfəlik son qoyur və düzgün nəticə çıxarırlar. Nadan və inadkar insanlar isə əksinə, əvvəlkindən daha çox başqalarının haqqını tapdalayır və onlara edilən öyüd-nəsihətlərdən heç bir nəticə çıxarmırlar.
    Әli (ə) bu barədə buyurmuşdur:
    «Әfv və güzəşt alicənab insanı nə qədər islah edirsə, nadan insanı bir o qədər fasid edir».(Biharul-ənvar, 77-ci cild, 15-ci fəsil, 40-cı hədis. )
    İmam Zeynəlabidin (ə) buyurmuşdur:
    «Sənə pislik edən şəxsin haqqı onu bağışlamağından ibarətdir Әfv etməyin zərərli olduğunu bildikdə isə onun üzərində hakim ol. Allah-taala buyurur: «Haqqı tapdalanan şəxslər intiqam aldıqda günahkar sayılmazlar».
    DӘRSİN XÜLASӘSİ
    İctimai əlaqələrin bərqərar olunmasında zəruri sayılan əxlaqi məsələlərdən biri də əfv və güzəşt etməkdir. Әfv və güzəşt yalnız o zaman özünün həqiqi dəyərini tapır ki, zərər çəkən şəxs intiqam almağa qadir olsun və onların səhvlərinə göz yuma bilsin. Әfv və güzəşt şəxsi məsələlərdə mümkün olsa da, ilahi və ictimai hüquqların bərpa olunmasında yol verilməzdir.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Әfv və səfh arasında olan fərqi izah edin.
    2. Әli (ə) valilərdən birinin beytul-malı mənimsədiyi üçün ona göndərdiyi məktubda nə yazır?
    3. Nə üçün yalnız əməli-saleh insanlar əfv və güzəşt olunmalıdırlar?
    4. İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə dünya və axirətdə bəyənilən neçə xüsusiyyətə işarə olunur?
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 728 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024