İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 30 » Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    8:22 AM
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ON BEŞİNCİ DӘRS
    MÖMİNLӘR ARASINDA SÜLH VӘ ӘMİN-AMANLIĞIN BӘRQӘRAR OLUNMASI
    Ötən dərsdə yüksək əxlaqi xüsüsiyyətlərdən biri olan möminlərə yardım və onların maddi vəziyyətlərinin yaxşılaşdırılması haqda söhbət açdıq. Qeyd etdik ki, mömin bir şəxsin öz mömin qardaşına miqdarından asılı olmayaraq, maddi yardım etməsi onun rifahının yaxşılaşması ilə yanaşı, qəlbinə də sevinc gətirməsinə səbəb olur.
    Bu xüsusiyyətə hər bir müsəlman malik olmalı və bunu üzərinə düşən ən ümdə dini və insani vəzifələrdən biri hesab etməlidir. Bu dərsdə digər əxlaqi xüsusiyyətlərdən biri, yəni möminlər arasında sülh və əmin-amanlığın bərqərar olunması haqda söhbət açacaq və bu məzmunda nəql olunmuş bir neçə hədis və rəvayət gətirəcəyik.
    Peyğəmbərdən (s) soruşurlar:
    Allah yanında ən sevimli iş nədən ibarətdir?
    Buyurdu: Müsəlmanları sevindirməyə çalışmaq.
    Soruşdular: Müsəlmanları necə sevindirməli?
    Buyurdu: Ac olduğu zaman doydurmaq, kədərli olduğu zaman qəm-qüssəsini dağıtmaq və borclu olduğu zaman borcunu ödəmək.(Biharul-ənvar 74-cü cild, 20-ci fəsil, 2-ci hədis. )
    Әli (ə) səhabələrindən biri olan Kumeylə tövsiyə edərək buyurur:
    Ey Kumeyl! Ailə üzvlərini gündüzlər fəzilət (savab) qazanmağa və gecələr yuxuda olan camaatın ehtiyaclarını ödəməyə vadar et. And olsun hər şeyi eşidən Allaha! Yad bir dəvə sürüdən ayrıldığı kimi, Allah-taala qəlblərə sevinc gətirən şəxslərin qəlblərindən qəm-qüssə ilə qarşılaşdıqları zaman dərdi uzaqlaşdırar.(Biharul-ənvar 74-cü cild, 20-ci fəsil, 82-ci səh. )
    İmam Baqir (ə) buyurur: Müsəlman qardaşınızın üzünə gülüb onun dərd- qəmini dağıtmaq ən xeyirxah işlərdəndir. Və Allah yanında ən xeyirxah (sevimli) iş mömin bir şəxsi sevindirməkdir.(Biharul-ənvar 74-cü cild, 20-ci fəsil, 15-ci səh. )
    İmam Sadiq (ə) buyurur:
    Sizlərdən heç biriniz belə güman etməsin ki, mömin bir şəxsi sevindirməklə yalnız onu sevindirmiş olursunuz. And olsun Allaha, həmən şəxs həm biz Әhli-beyti, həm də Peyğəmbəri (s) sevindirmiş olur.(Biharul-ənvar 74-cü cild, 20-ci fəsil, 19-ci səh. )
    Peyğəmbər (s) buyurur:
    Mömin bir şəxsi sevindirən bir şəxs məni sevindirmişdir və məni sevindirən şəxs Allahı sevindirmişdir.
    İmam Sadiq (ə) buyurur:
    Allah-taala Davud (ə)-a belə bir vəhy nazil etdi:
    Bəndələrimdən xeyirxah iş görənin hər birini cənnətə daxil edəcəyəm.
    Davud (ə) soruşdu:
    İlahi! Həmən xeyirxah iş nədən ibarətdir?
    Buyurdu:
    Bir xurma ilə olsa belə, mömin bəndələrimin qəlblərinə sevinc bəxş edib onları razı salmaq.
    Davud (ə) sonra dedi:
    İlahi! Səni tanıyan bəndələrin Sənin üzərində olan haqları da bundan ibarətdir ki, bəslədikləri ümidi onlardan kəsməyəsən.
    Peyğəmbər (s) buyurur:
    Könül açan sözlərlə müsəlman qardaşının qəlbinə sevinc gətirən və qəm-qüssəsini dağıdan şəxs bu müddət ərzində Allahın rəhmət kölgəsində olar.(Biharul-ənvar 74-cü cild, 20-ci fəsil, 34-ci səh. )
    Nəql olunmuş rəvayətlərdən möminlərin qəlblərinə sevinc gətirməyin nə qədər fəzilətli və Allah yanında sevimli bir iş olduğu artıq bizə məlum oldu.
    Bu gözəl xüsusiyyətə hər bir müsəlman adət etməli və hansı şəraitdə olursa-olsun ona əməl etməyə cəhd göstərməlidir.
    Maddi vəziyyəti imkan verməyən şəxslər bunu bəhanə gətirərək öz mömin qardaşlarına sevinc bəxş etməkdən boyun qaçırmamalıdırlar. Belə ki, bir qədər əvvəl nəql olunmuş rəvayətlərdə bu mətləbə işarə olundu ki, maddi vəziyyəti imkan verməyən şəxslər öz mömin qardaşlarını hətta ürəyə yatan bir xoş söz demək və ya bir xurma verməklə sevindirə bilər.
    Axırda belə bir nəticəyə gəldik ki, öz müsəlman qardaşının çətinliklərinin aradan qaldırılmasında əlindən gələn köməkliyi edən, onların qəlblərinə sevinc və şadlıq gətirən şəxslər Allahın, Peyğəmbərin (s) və onun Әhli-beytinin məhəbbət və razılığını qazanmış olur.
    MÖMİNLӘR ARASINDA SÜLH VӘ ӘMİN-AMANLIĞIN BӘRQӘRAR OLUNMASI
    İctimai çatışmazlıqların aradan qaldırılmasında hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biri də onun möminlər arasında sülh və əmin-amanlıq, asayiş və səmimiyyətin bərqərar olunmasında əlindən gələn köməkliyi göstərməsidir. Bu məzmunda nəql olunmuş rəvayət və Quran ayələri haqda söhbət açmazdan əvvəl qeyd etmək lazımdır ki, möminlərin bir-birləri ilə əlaqələrini kəsmələri və yaranmış cüzi ixtilaflar nəticəsində bir-birlərinə düşmən kəsilərək soyuq münasibət bəsləmələri heç də müsəlmana xas olan xüsusiyyətlərdən deyildir.
    Peyğəmbər (s) bu barədə buyurur:
    İki nəfər müsəlman şəxs üç gündən artıq bir-birindən küsülü qalsalar dindən xaric olmuş olarlar. Onlardan biri digəri ilə barışmayınca aralarında dini münasibətlər bərqərar olunmayacaq. Axirətdə isə həmin şəxs cənnətə daha tez daxil olar.(Biharul-ənvar 75-ci cild, 60-cı fəsil, 5-ci hədis.)
    İmam Sadiq (ə) buyurur:
    Bir-birindən küsən iki nəfər müsəlman şəxs (xüsusilə müqəssir olanı) qəzəb və nifrətdən savayı bir şey əldə etməz.(Biharul-ənvar 75-ci cild, 60-cı fəsil, 1-ci hədis. )
    Nəql olunmuş rəvayətlərdə müsəlmanlar arasında kin-küdurət və düşmənçiliklərin şeytani vəsvəsələrdən meydana gəldiyi göstərilir. Bu rəvayətlərdə müsəlmanlara Şeytanın vəsvəsələrinə uymamaq tövsiyə olunur və bunun verdiyi ağır nəticələr haqda ciddi xəbərdarlıqlar edilir.
    Maidə surəsinin 91-ci ayəsində deyilir:
    «Şübhəsiz ki, Şeytan aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər...»
    İmam Baqir (ə) buyurur:
    Dinindən çıxmayınca Şeytan müsəlmanlar arasında düşmənçilik yaratmağa çalışar. İstəyinə nail olduqda arxası üstə uzanıb dərindən nəfəs alıb deyər: Qalib gəldim.
    İmam Baqir (ə) sonra əlavə edərək buyurur:
    Allahın rəhmət və mərhəməti şamil olsun o kəslərə ki, bizim dostlar arasında səmimiyyətin artmasına səbəb olur. Ey möminlər! Bir-birinizlə mehribanlıqla rəftar edin və aranızdakı səmimiyyətin güclənməsinə çalışın.(Biharul-ənvar, 75-ci cild, 60-cı fəsil, 6-cı hədis. )
    İmam Sadiq (ə) buyurur:
    İki nəfər müsəlman bir-biri ilə küslü olduğu zaman İblis sevinc hissi keçirər. Barışdıqda isə dizləri titrəyib yerə yıxılaraq fəryad edər: Vay halıma, artıq həlak oldum!(Biharul-ənvar, 75-ci cild, 60-cı fəsil, 7-ci hədis. )
    Yuxarıda qeyd olunan rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, müsəlmanlar arasında kin-küdurətin yaranmasına səbəb olan ən başlıca amil onların bir-birləri ilə əlaqələrini kəsmələri və qəlblərində şeytani vəsvəslərin güclənməsidir. Onlar dostluq və səmimiyyətin güclənməsinə nə qədər çalışırlarsa, şeytani vəsvəsələrin və kin-küdurətin aradan qaldırılması üçün də bir o qədər cəhd göstərməlidirlər.
    Qurani-Kərimdə buyurulur:
    «Həqiqətən, möminlər [dində] qardaşdırlar. Buna görə də [aralarında bir mübahisə düşsə] iki qardaşınızın arasını düzəldin...»(Hucurat-10.)
    «...Buna görə də əgər [həqiqi] möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin...»(Әnfal-1. )
    «Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə [axirətdə] böyük mükafat verəcəyik!» (Nisa-114.)
    Peyğəmbər (s) buyurur:
    Allahın və Onun peyğəmbərinin sevdiyi sədəqənin nədən ibarət olduğundan sizi agah etməyimi istəyirsinizmi? Bu möminlər arasında soyuq münasibətlərin aradan qaldırılması və yenidən səmimiyyətin bərpa olunmasına cəhd göstərməkdir.(Kənzul-ummal, 3-cü cild, 59-cu səh.)
    Şeybə həmin hədisi imam Sadiq (ə)-dan nəql edir:
    Allah-taalanın sevdiyi sədəqə möminlər arasında soyuq münasibətlər yarandığı zaman yenidən onların dostluq və səmimiyyətlərin artması üçün çalışmaqdan ibarətdir.(Biharul-ənvar, 76-cı cild, 101-ci fəsil, 6-cı hədis. )
    Әli (ə) vəfat etməzdən əvvəl oğlanları Həsən və Hüseyn (ə)-a bu vəsiyyəti edir:
    Sizləri, övladlarınızı, bütün qohum-əqrəbalarımı və mənim vəsiyyətnaməmi oxuyan bütün şəxsləri işlərində nizam-intizama hidayət etməyə, pəhrizkar olmağa və bir-birinizə səmimi münasibət bəsləməyə tövsiyə edirəm. Babanız Peyğəmbər (s) buyurardı:
    [Dost və qohum-əqrəbanın bir-birləri ilə] gözəl münasibətdə olmaları bir illik qılınan namaz və tutulan orucdan daha yaxşıdır.(Biharul-ənvar, 42-ci cild, 127-ci fəsil, 51-ci hədis. )
    Qeyd olunan ayə və rəvayətlərdən müsəlmanlar arasında kin-küdurətin aradan qaldırılmasının, dostluq və səmimiyyətin yenidən bərpa olunmasının əhəmiyyəti açıq-aşkar bəlli olsa da, bu xeyirxah işin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi haqda iki mühüm mətləbə işarə etmək lazımdır:
    1. Məsum imamlar bu məsələyə o qədər böyük əhəmiyyət vermişlər ki, hətta müsəlmanlar arasında yaranmış ixtilafların aradan qaldırılması üçün müəyyən büdcə də ayırmışlar. Belə ki, imam Sadiq (ə) Məfzəm adlı səhabəsinə belə bir göstəriş verir:«Müsəlmanlar arasında ixtilaf və qarşıdurmanın yarandığını gördüyün zaman onların xəsarətini mənim pulumdan ödə.(Biharul-ənvar, 76-cı cild, 101-ci fəsil, 8-ci hədis. )
    Bu məzmunda nəql olunmuş rəvayətlərdən birində deyilir:
    İmam Sadiq (ə)-ın tərəfdarlarından olan Әbu Hənifə Həcc ziyarətinə gələn zəvvarların karvanlarına baxar və onlara xidmət edərdi. O deyir: Bir gün kürəkənimlə mənim aramda irs barədə mübahisə meydana gəldi. Elə bu zaman Məfzəl bizə tərəf gəlib işin nə yerdə olduğu haqda maraqlanmağa başladı. O bizimlə bir qədər söhbət etdikdən sonra hər ikimizi evinə dəvət etdi. Evinə getdikdə dörd yüz dirhəm gətirib aramızdakı narazılığı həll etdi və razı qaldığımızı soruşduqda biz də tam razı qaldığımızı iqrar etdik. Məfzəl üzünü bizə tutub dedi: Sizə verdiyim pullar mənim öz pullarım deyildir. Onları mənə imam Sadiq (ə) həvalə edib ki, möminlər arasında narazılıq yarandığı zaman bu pullardan məsələni həll etmək üçün istifadə edim.
    2. Bildiyimiz kimi yalan ən böyük günahlardan biri hesab olunmuş və Qurani-Kərimin bir çox ayə və nəql olunmuş onlarla hədis və rəvayətlərdə müsəlmanlara bu çirkin işdən çəkinmələrinə əmr edilmişdir.
    Lakin bəzi hallarda yalan danışmaqla müsəlmanlar arasında yaranmış ixtilaf və qarşıdurmaları həll etmək və bu kimi hallarda yalan danışmaq zəruri hala çevrilir. İmam Sadiq (ə) bu barədə buyurur:
    İki nəfər müsəlman şəxsin arasını düzəldən şəxs heç də yalançı deyildir. (Yəni onların arasını düzəldərkən yalan danışmış olarsa, onu yalançı hesab etmək olmaz).(Biharul-ənvar, 76-cı cild, 101-ci fəsil, 12-ci hədis. )
    İmam Sadiq (ə) bu sözləri öz səhabələrindən birinə tövsiyə etmiş və onu digər iki nəfər şəxsin arasını düzəltməyə göndərmişdir. Həmin şəxs imam Sadiq (ə) özündən də bəzi şeyləri əlavə etdikdə, bunun yalan olub-olmadığını soruşur. İmam Sadiq (ə) cavabında buyurur: Xeyr! Sənin niyyətin onların arasını düzəltmək olduğu üçün söyləyəcəyiniz şeylər heç də yalan deyildir.
    DӘRSİN XÜLASӘSİ
    Әxlaqi xüsusiyyətlərdən biri də möminlərin qəlbinə sevinc gətirmək və qarşılaşdıqları çətinlikləri imkan daxilində aradan qaldırmaqdır.
    Kin-küdurətin aradan qaldırılıb möminlər arasında sülh və əmin-amanlığın bərqərar olunması da digər əxlaqi xüsusiyyətlərdən biri hesab olunur. İstər Quran, istərsə də nəql olunmuş hədis və rəvayətlərdə bu mətləbə xüsusi diqqət yetirilmiş və bu xeyirxah işlərin dünya və axirət savabı haqda tövsiyələr olunmuşdur.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Peyğəmbər (s) Allah-taalanın ən sevdiyi işin nədən ibarət olduğu haqda nə buyurur?
    2. Möminlərin qəlblərinə sevinc bəxş etmək yalnız onların maddi çətinliklərini aradan qaldırmaqla mümkündürmü?
    3. Nəql olunmuş rəvayətlərə nəzər salmaqla, deyin görək nə üçün möminlərin arasında yaranmış ixtilafı həll etmək Şeytanın qəm-qüssəsinə səbəb olur?
    4. Nə üçün imam Sadiq (ə) möminlərin çətinliklərini aradan qaldırılmasında xüsusi büdcə ayırmışdır?
    5. Möminlər arasında sülh və əmin-amanlığın bərpa olunması üçün nəyə görə yalan danışmağa icazə verilir?
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 741 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024