İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 5 » Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    8:50 AM
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    İkinci fəsil: Layiqlik
    Vilayətin şərtləri mərcəi-təqlid şərtlərindən olduqca artıq və ağırdır. Rəhbər fəqih olmaqdan əlavə müdiriyyətli, şücaətli, dünyanın və müsəlmanların vəziyyətindən məlumatlı və zamanı tanıyan olmalıdır. Böyük Rəhbər bütün bu şərtlərə malikdir.
    Ayətullah Hüseyn Nuri Həmədani
    Nümunə rəhbər
    Böyük İran İslam Respublikasının əzəmətli rəhbəri həzrət Ayətullah Böyük Xamenei ağa rəhbər, hakim, vəfalı, bayraqdar, siyasətçi və Quran ayəsinin real nümunəsidir. Zamanın bu ideal rəhbərinin izzət və əzəmətinin günbəgün artmasını daim həqiqətlər həqiqətindən istəyirəm və ümidvaram ki, aləm və adəmin sahibi həmişə bu rəhbər və sərvərimi sağ və şad saxlayacaq.
    Ayətullah Həsən Həsənzadə Amuli
    Rəhbərin xüsusiyyətləri
    Mən əgər onun barəsində, Allah–taalanın ona bəxş etdiyi xüsusiyyətlər və ona lütf etdiyi səciyyələr barəsində danışmaq istəsəm, lazimi surətdə danışa bilmərəm. Amma bir neçə qısa cümlə ilə demək istəyirəm ki, o, fəqihliyi təqva ilə, qeyri-adi istedad və zirəngliyi səbir və dözümlə, idarəçiliyi bəndəliklə, İslami əsaslara və prinsiplərə tabe olmaqla, daxilinin aydın və parlaq fikrini uzaqgörənliklə və İslamın strateji mənafelərini təyin etməklə, ehtiyatı şücaətlə, müxtəlif İslam elmlərindən faydalanmağı əsl məharət meyilləri ilə, özünə etimadı Allah–taalaya təvəkkül etməklə, səy, ciddilik, nizam-intizam və proqramlı hərəkəti İmam Mehdiyə (əc.) və digər pak imamlara təvəssül etməklə və bir sözlə, idarəçiliyin bütün şərtlərini və məziyyətlərini ibadət və ixlasla toplamışdır.
    Ayətullah Misbah Yəzdi
    ِ
    Dini ekspertlərin seçimi
    ِDini ekspertlər məclisi səfa və səmimiyyətli bir fəzada səs çoxluğu ilə və dəlil əsasında parlaq elmi, fiqhi, siyasi və inqilabi keçmişə malik olan bir şəxsi İslam İnqilabinın Rəhbəri vəzifəsinə seçdi. Bu məsələ İslam və İnqilabın qatı düşmənlərinin və bədxahlarının üzünə möhkəm bir sillə idi. Müctəhid, alim və dini ekspertlər məclisinin parlaq üzvlərindən bir qrupu, həzrət Əlinin (ə) rəhbər haqqında dediyi xüsusiyyətlərə əsasən, Ayətullah Xameneini ən münasib namizəd bildilər. Mən onda bu ləyaqəti görürəm. O, bu məqama layiqdir.
    Ayətullah Cənnəti
    Nurani sima
    Ayətullah Xameneinin rəhbər seçilməsindən sonra bir gün onun görüşünə getdim. Böyük rəhbərin üzündə qeyri-adi nuranilik gördüm. Görüşdən sonra Höccətül-İslam Musəvi Kaşaniya dedim: "Əgər mümkünsə, icazə verin mən ağanı bir də görüm”. Cənab Musəvi bunun səbəbini soruşduqda belə cavab verdim: "Bu ağa mənim, Məşhədin Nəvvab mədrəsəsində birgə dərs oxuduğum ağa deyil. Mən onda, təsəvvürolunmaz dərəcədə böyük dəyişiklik hiss edirəm”.
    Məncə Ayətullah Xamenei bu inqilaba və İranın müsəlman xalqına rəhbərlik etmək üçün Allah tərəfindən məmur olunmuşdur. Bu əzəmət həmin gün Böyük Rəhbərin simasında aydın görünürdü.
    Ayətullah Məhəmmədi Gilani
    Ağaya səs
    Allah-taalanın İran xalqına lütf etdiyi işlərdən biri o idi ki, İmam Xomeyninin vəfatından dərhal sonra İslam ümmətinin rəhbəri məlum oldu. Allahın digər lütflərindən biri də bu idi ki, Ayətullah Xamenei kimi bir şəxs bu məqama seçildi. Mən ilk məclisdə cənab Müntəziriyə səs vermədim. Amma cənab Xameneinin seçilməsində arxayınlıqla və könül xoşluğu ilə ona səs verdim.
    Ayətullah Əhmədi Miyanəci
    Onu görməyə ehtiyacım var
    Mən Qumda mərhum Ayətullah Damadın dərsinə gedirdim. Bu dərsdə iştirak edənlərin hamısı yaşca məndən böyük idilər. O illərdə Əzəmətli Rəhbər Məşhəddən Quma gəldi və həmin dərsdə iştirak etdi. O, yaşca məndən cavan idi. Mən orada Böyük Rəhbərlə tanış oldum və o mənə çox yaxşı təsir bağışladı. Sonra birgə Kərbəlayə səfər etdik, bizim dostluğumuz daha da dərinləşdi və sonra mübarizə dövründə bir-birimizə qardaş və dayaq olduq. Qırx ildən artıqdır ki, mən onunla səmimi dostam. İndi də əgər bir həftə Böyük Rəhbəri görməsəm, çatışmazlıq hiss edirəm. Hiss edirəm ki, mənim onu görməyə ehtiyacım var. Böyük Rəhbərdən yaşca böyük olmağıma baxmayaraq, mən həmişə ondan bəhrələnirəm.
    Ayətullah Haşimi Rəfsəncani
    Cənab Xamenei!
    İmam Xomeyninin vəfatından sonra dini ekspertlər məclisinin üzvləri dərhal bir yerə toplaşıb gələcək rəhbəri müəyyən etdilər.
    Öncə mərhum İmamın vəsiyyətnaməsi oxundu. İmam öz vəsiyyətində bu mühüm məqam üçün heç kimi təyin etməmişdi. Vəsiyyətnamə oxunduqdan sonra dini ekspertlər məclisi Rəhbər seçmək üçün müzakirəyə başladı. Müzakirə əsasən bundan ibarət idi ki, rəhbər bir nəfər olsun, yoxsa rəhbərlik şurası yaradılsın. Üzvlərin əksəriyyəti rəhbərlik şurasının tərəfdarı idilər və sonra şura üzvlərinin sayında - üç nəfər, beş nəfər, yaxud yeddi nəfər olmasında müzakirələr başlandı.
    Dini ekspertlər məclisinin sədri Ayətullah Meşkini idi. Lakin iclasları çox vaxt onun müavini olan cənab Haşimi Rəfsəncani idarə edirdi. Rəhbərlik şurası haqqında müzakirələrdən sonra cənab Haşimi dedi: "Müzakirələr kifayətdir. İndi səsə qoyaq. Görək ölkənin bir rəhbəri olsun, yoxsa rəhbərlik şurası onu idarə etsin". Qeyd etdiyim kimi, müzakirələr artıq rəhbərlik şurası ətrafında, onun üzvlərinin sayı və kimliyi barəsində idi. Buna görə də, üzvlərin rəhbərlik şurasına səs vermələri gözlənilirdi. Lakin bütün bunlara rəğmən, vahid rəhbərliyin olması səs çoxluğu ilə qəbul olundu. Sonra kimin rəhbər olması məsələsi müzakirə olunmağa başladı. Bu məsələnin müzakirəsi ilə, məclisin sağ və solundan səslər ucaldı ki, bu məsələnin müzakirəyə ehtiyacı yoxdur, məlumdur ki, cənab Xamenei! Sonra məclisdə təkbir sədaları ucaldı...
    Həmin gün dini ekspertlər məclisinin bütün üzvləri hiss etdilər ki, bu, Allahın işi idi. Sonra səsvermə başlandı və Böyük Rəhbər dini ekspertlər məclisinin üzvlərinin böyük səs çoxluğu ilə seçildi.
    Ayətullah Məhəmmədəli Müvəhhidi Kermani
    Xomeyninin qardaşı
    İmam Xomeyni ilə mənim aram çox açıq idi. Mən problemləri heç bir müqəddiməsiz onunla müzakirə edirdim. Bir gün xüsusi olaraq onun yanına getdim və yenə də birbaşa rəhbərliyin namizədi və bəzi problemlər haqqında söhbət etdim. Həzrət İmam orada mənə buyurdu: "Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei sizin aranızdadır. Niyə özünüz bilmirsiniz?".
    Bu söhbət həzrət İmamın ömrünün sonlarına aiddir. O günlər İmam Əzəmətli Rəhbər üçün qardaş sözünü işlədirdi. Qətiyyətlə deyə bilərəm ki, bu təbir əbəs deyildi. Biz o günlər bu təbirlərdən Ayətullah Xameneinin rəhbərlik məsələsini başa düşürdük. İmam Xomeyninin sözləri göstərirdi ki, o, Böyük Rəhbəri bu işə layiq bilir. Necə ki, Hacı Əhmədağaya da buyurmuşdu: "Doğrudan da o, rəhbərliyə layiqdir”.
    Ayətullah Haşimi Rəfsəncani
    İmamın yerində
    İmamın vəfatından sonra rəhbər təyin edilməsi çox əsaslı və həlledici məsələlərdən idi. Bu məsələ Allah-taalanın xüsusi lütfu ilə çox gözəl şəkildə həyata keçdi. Dini ekspertlər məclisi çox diqqətlə şəraitin həssas olduğunu nəzərə alıb, düşmənlərə möhlət vermədi və çox tez bir zamanda bu barədə qərar qəbul etdi. Bu məclis Ayətullah Xameneiyə - İmamın mənəvi övladı və o Böyük Rəhbərin bütün təfəkkür tərzinə və düşüncələrinə kamil surətdə bələd olan bir şəxsə səs verdi, İslam və İnqilabın düşmənlərini məyus etdi.
    İnsafla deməliyik ki, dini ekspertlər məclisi tərəfindən çox yerində və münasib bir qərar qəbul olundu. Böyük Rəhbər, İnqilabın rəhbərliyi kürsüsünə oturduğu zamandan bu günə qədər İmamın qoyduğu yolu çox böyük şücaət və rəşadətlə davam etdirir. Allahın fəzli ilə o, ağır rəhbərlik məsuliyyətinin öhdəsindən gəldi və İran millətinin qəlbini İmamın dövründəki kimi arxayın etdi.
    Höccətül-İslam Məhəmmədtəqi Fəlsəfi
    Mələklərin mesajı
    Gözlənilmədən bir tərəfdən səs ucaldı ki, İmam rəhbərlik haqqında xüsusi bir şəxsə diqqət yetirib. Düzdü o, özünə canişin təyin etməyib, amma rəhbərliyin namizədi məsələsinə aid hadisələrdə, rəhbərliyin boşluğunda yaranan problemlər zamanı və məlum təəssüfedici hadisədə İmamla danışıldı. İmam belə buyurdu: "Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei rəhbərlik üçün yaxşıdır".
    İmamın bu buyuruğuna əsasən, iki-üç ədalətli şahid şəhadət verirlər. Məsələ bitmişdir. Sanki İmam dini ekspertlər məclisindədir və deyir: "Nə oturmusunuz? Nə gözləyirsiniz? Cənab Xameneini seçin”. Amma ... yox ... bu mələklər idilər. Onlar İmamın mesajını mələkut aləmindən dini ekspertlərin qulağına çatdırırdılar...
    Höccətül-İslam Məhəmmədcavad Höccəti Kermani
    Günəş bir neçə dəqiqə bura saçdı və getdi
    Böyük Rəhbərin Qum şəhərinə etdiyi səfərlərin birində, o, Ayətullah Bəhauddininin evinə gəldi və onunla görüşdü. Ertəsi gün mən bir neçə dostumla birgə o pak arifin yanına getdim və ondan soruşdum: "Dünən Əzəmətli Rəhbər bura gəlmişdi?” Həzrət Ayətullah Bəhauddini cavabda buyurdu: "Bəli, Günəş bir neçə dəqiqə bura saçdı və getdi. O, günəş kimi xeyir və bərəkətlər sahibidir".
    Bu, o parlaq arif və abidin Əzəmətli Rəhbərə baxışı idi. O, bir məclisdə belə buyurmuşdu: "Cənab Xameneiyə kömək etmək lazımdır. Ona kömək edin. Bizim baxışmız və sözümüz budur".
    Höccətül-İslam Hüseyn Heydəri Kaşani
    Hikmət röyası
    Həzrət İmamın vəfatından sonra dini ekspertlər məclisi Ayətullah Xameneini rəhbər seçdi. Bu məsələ mənim üçün çox ağır idi. O gecə yuxuda gördüm ki, Cəmarana oxşar bir yerdəyəm, bütün alimlər və ölkənin adlı-sanlı şəxsləri camaat namazına düzülüblər və İmamın gəlişini gözləyirlər. Həzrət İmam içəri daxil oldu və Böyük Rəhbərə çatdıqda əlini onun kürəyinə vurub buyurdu: "Siz dayanın və namaz qılın”. Sonra üzünü topluma çevirib dedi: "Bundan sonra mən və digərləri ona iqtida etməliyik".
    Bu yuxu ilə mənə aydın oldu ki, dini ekspertlər məclisinin işi çox mühüm idi və ağa təsdiq olunur. Növbəti dəfə yuxuya getdim və eyni yuxunu yenə də gördüm. Ayıldıqda tövbə etdim və sevindim ki, bu məsələ mənim üçün aydınlaşdı. Üçüncü dəfə yatdım. Yenə də həmin yuxunu gördüm. Gözlərimi açdıqda gözlərimdən yaş axdı, yanaqlarım islandı, göz yaşımın yağış suyu ilə yuyuldu.
    Höccətül-İslam Mirhüseyni
    Layiq Rəhbər
    Ayətullah Xameneinin prezidentlik dövründə o, Şimali Koreyaya səfər etdi. Bu səfər çox əhəmiyyətli səfər idi. Həzrət İmam bu səfərin təfərrüatını televiziyadan izləyirdi. Koreya xalqının prezidentmizi qarşılaması, onun çıxışları və Şimali Koreya böyükləri ilə söhbətləri Həzrət İmam üçün çox maraqlı idi. Belə ki, o, bu səfərin televiziya görüntülərini izləyərkən buyurdu: "Doğrudan da o, (Ayətullah Xamenei) rəhbərliyə layiqdir”.
    Ümmət imamının bu sözü Allah-taalanın İlahi və qeybi ilhamlarından qaynaqlanırdı. Bu gün o doğrudan da ləyaqətli rəhbərdir.
    Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni
    İmamın Rəhbərə münasibəti
    Həzrət İmamın Ayətullah Xameneiyə çox böyük etimadı və məhəbbəti vardı, onu çox sevirdi. İmam çox dil-ağız edən deyildi, sözlərini açıq deyərdi. Yadımdadır, cənab Xamenei səfərdən qayıtmışdı. Mən onunla birgə həzrət İmamın yanına getdim. İmam orada buyurdu: "Sizin təyyarənizin aeroportda endiyini eşidəndə rahat oldum". Çünki o zaman qarışıqlıq dövrü idi və İmam bundan nigaran idi. İmamın bu təbiri mənim üçün çox əhəmiyyətli idi. Bu, həzrət İmamın Əzəmətli Rəhbərə olan münasibətni göstərirdi.
    Ayətullah Haşimi Rəfsəncani
    Qəbul olunan və sevilən
    Mələklərin hidayəti və dini ekspertlərin seçimi elə bir şəxsiyyətə sarı idi ki, hamının ona çox səmimi məhəbbəti var. Onu təqva, irfan, ədəb, incəsənət, fikir, qələm və qılınc əhli kimi tanıyırlar. Ruhani, məzhəbi və siyasi məclislərlə tanışlığı olanlar bilirlər ki, siyasətçi ruhanilər və ruhani siyasətçilər arasında heç kim Ayətullah Xamenei qədər qəbul olunub sevilmir. O özünün fəzilət və üstünlüyü ilə nəinki təkcə ümumi camaat arasında, hətta yüksək elm, ədəbiyyat və incəsənət məclislərində də nəzər sahibləri və siyasət adamları tərəfindən dərin istedadı, zərif zövqü, ifratçı və təfritçilikdən uzaq düşüncəsi, gözəl niyyəti və uzaqgörənliyi ilə məşhurdur. Onun həmyaşıd ruhaniləri onu Məşhəd, Nəcəf və Qumdakı tələbəlik dövründən dərs oxuyan, dindar, zövqlü, gözəl nitqli, xoşrəftar, istiqanlı və səmimi bir tələbə kimi tanıyırlar. Danışıqda və rəftarda onun istiqanlılığı elədir ki, dostları və tanışları bu ürək oxşayan və gözəl səmimiyyətinə görə, onunla birgə olanda aram olurlar və uzaq olanda ondan ləzzət alırlar.
    Höccətül-İslam Məhəmmədcavad Höccəti Kermani
    Elə bu Xamenei!
    Mən, cənab Ərdəbili, mühəndis Musəvi, Hacı Əhməd ağa və cənab Xamenei adətən həftədə bir dəfə birgə iclas keçirirdik. Hacı Əhməd ağanın növbəsi çatanda imamla da görüşürdük. İmamın yanında keçirilən iclaslardan biri rəhbərlik canişinliyinin ləğv edilməsindən sonraya təsadüf edirdi. Çox çətin bir iclas idi. Biz gələcək üçün nigaran idik. Buna görə də, istəyimizi imama bildirib dedik: "Bizim mühüm problemimiz budur ki, siz qocalmısınız və gələcək mərhələlər üçün bizim hazır olmağımız lazımdır. Sizin canişinliyiniz üçün heç bir kimsəmiz yoxdur”.
    İmam bir an fikrə getdi və sonra buyurdu: "Necə yoxumuzdur?! Elə bu Xamenei!" Bizim təsəvvürümüzdən əsla belə bir şey keçmirdi. Doğrudan da təzə bir xəbər idi. Bu sözdən sonra iclas bitdi. Amma elə oradaca Böyük Rəhbər həzrət İmama dedi: "Mən sizdən xahiş edirəm buradakılara deyəsiniz və vacib edəsiniz ki, bu iclasın sözlərini gizli saxlasınlar”. İmam da buyurdu: "Cənablar bu məsələni saxlasınlar və heç bir yerdə danışmasınlar". Bu, mənim İmamdan Böyük Rəhbər haqqında eşitdiyim ən dərin cümlə idi.
    Ayətullah Haşimi Rəfsəncani
    Qeyri-adi istedad
    Mən cənab Mühəqiq Damad, Mömin, Təqdiri və Vafi ilə birgə Ayətullah Mürtəza Hairinin dərsində iştirak edirdim. O, dərsə bəzən iyirmi dəqiqə, bəzən də yarım saat gec başlayırdı. Ağanın dərsə gec başlaması bizim üçün qaranlıq idi. Sonralar bildik ki, cənab Hairinin öz evində başqa bir elm məclisi var və o dərs təkcə bir nəfər üçündür. Ustada yaxın olanlar axtarıb öyrəndilər ki, o şəxs Ayətullah Xameneidir. Cənab Hairi evində ona xaric (ali ixtisas) dərsi verirdi. Cənab Təqdiri mənə dedi: "Bir gün ustada dedim: "Siz bir nəfərdən ötrü bu qədər tələbənizi gecikdirirsiniz”. Cənab Hairi mənə dedi: "Seyid (yəni Ayətullah Xamenei) çox düşüncəlidir”.
    Höccətül-İslam Seyid Məhəmmədtəqi Mühəssil Həmədani
    Rəhbərin əzəməti
    Fələstin Müqavimət Hərəkatını himayə məqsədilə ilk beynəlxalq konfrans keçirilirdi. 2001–ci ildə keçirilən bu konfrans İnqilabın böyük rəhbəri Ayətullah Xameneinin bəyanatı ilə açıldı. Çıxışını bitirib kofrans zalından keçərkən Livan Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah yerindən qalıxdı, özünü inqilabın rəhbərinə çatdırıb onun əlini öpdü. Seyid Həsən Nəsrullahın ardınca Fələstin İslami Cihad Təşkilatının baş katibi Doktor Ramazan Abdullah da belə etdi və sonra Həmasın Siyasi Şöbəsinin sədri Xalid Məşəl və digərləri də onlara qoşuldular. Onların hər biri inqilab rəhbərinə öz məhəbbətlərini bildirir və ona təşəkkür edirdilər.
    İki gün sora Seyid Həsən Nəsrullahın görüşünə getdim. Onunla söhbət edərkən bu rəsmi iclasda inqilab rəhbərinin qarşısında əyilib, onun əlini öpməsinin səbəbini soruşdum. O dedi: "Mən bu işi bilərəkdən və eyni zamanda çox səmimiyyətlə yerinə yetirdim. Səbəbi bu idi ki, bu il beynəlxalq informasiya vasitələri məni ilin adamı adlandırmışdı və ərəb ölkələrində də ərəb dünyasının ən uğurlu rəhbəri statusunu vermişdilər. Mən bu ləqəblərdən və adlardan sevinmirdim. Ona görə də bu mühüm iclasda, İslam hərəkatlarının başcılarının və İslam ölkələrinin siyasi şəxsiyyətlərinin iştirak etdiyi və səhnələrin bütün dünyada birbaşa yayımlandığı bir məclisdə bu işi etdim ki, məni tanıyan bütün insanlara deyim: "Mən inqilab rəhbərinin əsgəriyəm!”
    Seyid Həsən Nəsrullahın bu işi Böyük Rəhbərin əzəmətini göstərir: Livan Hizbullahı rəhbərinin bütün ərəb ölkələrinin başcılarının gözü qarşısında onun əlini ixlasla öpməyə vadar edən bir əzəmət.
    Höccətül-İslam Məsih Mühaciri
    Hərbi məsələlərə diqqət
    Ayətullah Xameneinin hərbi məsələlərə diqqəti olduqca yüksəkdir. O hərbin bütün sahələrində - hətta taktiki və kəşfiyyat məsələlərində də çox dərin biliyə malikdir. Onun bir dini hökümət rəhbərinə lazım olan bütün sahələrdə yetkin idarəçiliyi var. Hərbi idarəçilik sahəsində də belədir. O, bu işdə böyük İslam Peyğəmbəri (s) və həzrət Əlinin (ə) ardıcılıdır. Bir çox məsələlər hərbi sahəyə aid olduğundan deyiləsi deyil. Yalnız mətləbin aydınlaşması üçün yalnız bunu deyə bilərəm: Həzrət İmamın ömrünün sonlarında cənab Haşimi Rəfsəncani Ali Baş Komandanın canişini idi. O, bir gün ümmət imamının yanına gedir. İmam ona deyir: "Biz hərbi məsələləri cənab Xameneiyə tapşırmalıyıq”. Bu söz Böyük Rəhbərin hərbi sahədəki məharətinin və diqqətinin göstəricisidir.
    Cənab Seyid Əli Ələmül–hüda
    Category: Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar | Views: 1155 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024