İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 5 » Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    8:47 AM
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    Altıncı fəsil: Şəhid ailələrinə qayğı
    Şəhid ailələri ilə görüş
    Böyük Rəhbərin sabit proqramlarından biri şəhid ailələri ilə görüşdür. Bu görüşlər o qədər dəqiq nizamlanır ki, evə daxil olacaq ana kimi kimin gələcəyini bilmirlər. Böyük Rəhbər adətən, görüş gecələrində 3-5 ailəyə baş çəkir. Şəhid ailələri adətən, şəhərin uzaq yerlərində və kiçik küçələrdə yaşayanlardan seçilir. Hər bir evdə ən azı yarım saat oturur. Bu görüş məclisinin tərkibi görməlidir. O oturduqdan sonra şəhidin şəklini istəyir, şəklə baxır və onun yaxınlarından harada və necə şəhid olmasını soruşur. Şəhidin valideynləri hər biri ayrı-ayrılıqda qayğı və məhəbbət görürlər. Əgər şəhidin kiçik övladı olsa, onu dizi üstündə oturdur, üzünə və başına nəvaziş əlini çəkir.
    Höccətül-İslam Məhəmmədi Gülpayiqani
    Zirzəmidə
    Bir gecə Böyük Rəhbərin camaat namazında idim. Qoca bir arvadın iki əsa ilə sıranın axırında divara söykəndiyini gördüm. Qoca qarı namaz bitdikdən sonra əsaları ilə yavaş-yavaş irəlilədi və Ayətullah Xameneinin qarşısında dayandı. O, öz övladı ilə danışırmış kimi, ağa ilə danışmağa başladı və söhbətində dedi: "Sizə bir qədər hədiyyə gətirmişəm”. Sonra o, əlini kisənin içinə apardı və hədiyyələri bir-bir Böyük Rəhbərə göstərib dedi: "Bu sizin, bu uşaqların...”
    O, ağa ilə çox səmimi söhbət edirdi, mən şahid oldum ki, Böyük Rəhbər də bu ana ilə çox isti söhbət edir. Söhbətdən sonra Rəhbər bizə buyurdu: "Bu xanım iki şəhid anasıdır”. Sonra öyrəndik ki, şəhid ailəsi olduğu üçün, bir dəfə ağa onun evinə görüşə gedib və beləcə o, Ayətullah Xamenei ilə tanış olub.
    Böyük Rəhbərin daimi proqramlarından biri şəhid evlərinə baş çəkməkdir. Bu, heç zaman tərk olunmur. Bir dəfə Böyük Rəhbər bu iki şəhid anası olan qadının evinə gedir. O, hamamda işləyirmiş, evi də hamamın zirzəmsində imiş. Ağa bu qarını görməyə gedir və ona buyurur: "Qarşınıza problem çıxsa, mənim dəftərxanama müraciət edin”.
    Dünyanın hansı bir yerində belə bir şey görünər. Mən bəzi ölkələrdə görmüşəm ki, prezident yoldan keçərkən 60-70 maşın onu muşayiət edir, amma İslam dini səbəbindən, bizim ölkəmizdə Rəhbər şəhid anasının görüşü üçün hamamın zirzəmisinə də gedir və beləcə onunla səmimi söhbətləşir.
    Höccətül-İslam Seyid Əbülhəsən Nəvvab
    Şəhid atasına qayğı
    2000-ci ildə Bürucerd şəhərindən olan iki şəhid və iki müharibə əlili atası cənab Hüseyninəsəblə birgə Böyük Rəhbərin görüşünə getdik. O, şəhidlər atası ilə çox isti söhbət etdi, namaz vaxtı çatdıqda namazı camaatla qıldıq, sonra cənab Huseyninəsəb təqribən bir saat ağa ilə görüşdü. Görüş çox səmimi keçdi.
    Mənim üçün maraqlı olan bu di ki, vaxtının hər biri anı dəyərli və İslam dünyasının problemlərinin həllinə sərf olunmalı olan bir Rəhbər belə bir lütf göstərir və qoca bir kişi ilə söhbət edir. Bu, minlərdən yalnız biridir. Onun şəhid ailələri ilə rəftarı ölkəmizin bütün vəzifəli şəxsləri üçün dərs və örnəkdir.
    Doktor Əlaüddin Bürucerdi
    Xristian ailəsi ilə görüş
    Ayətullah Xamenei, prezidentlik dövründə bir gün şəhid ailələrilə görüşmək və onların eivinə baş çəkmək üçün Tehranın Məcidiyyə məntəqəsinə getdi. O, bir neçə evə baş çəkdikdən sonra soruşdu: "Görüş üçün başqa bir mənzil qalıbmı?” Dostlar dedilər: "Bir xristian ailəsi qalıb, onların övladı döyüşdə şəhid olub. Onların evinə getmək istəyirsinizmi?” Rəhbər müsbət cavabı verdi.
    Şəhid ailəsi sevincdən özünə sığmırdı. Onların biri bu xəbəri eşidərkən özündən gedib yıxıldı, onu xəstəxanaya apardılar. Xanımlar dərhal hicab örtmək üçün örpək dalınca getdilər. Ayətullah Xamenei evin sakinləri ilə çox isti rəftar etdi. Özünün fətvasına uyğun olaraq, məsihiləri nəcis bilmədiyindən onlar üçün gətirilən meyvələrdən yedi və yanındakılara da işarə edərək buyurdu ki, siz də yeyin, qoy onlar bilsinlər ki, biz onları özümüzdən hesab edirik.
    Höccətül-İslam Musəvi Kaşani
    Nə üçün tez demədin?
    Mənim Rəhman adlı bir qardaşım vardı. O, 1982-ci ildə döyüşdə şəhid oldu. Onun Mustafa adlı bir oğlu qalmışdı, atasının şəhid olduğu zaman o, dördaylıq idi. Bir gün Böyük Rəhbərlə iclasımız olanda onu da özümlə apardım. Mustafa həyətdə oturdu. İclas iki saat çəkdi, iclasdan sonra Ayətullah Xameneinin gözü Mustafaya sataşdı. Mən onu ağaya təqdim etdim. Onun şəhid övladı olduğunu biləndən sonra mübarək gözləri yaşardı, Mustafanı qucaqladı və öpdü, sonra gileylənib mənə buyurdu: "Nə üçün mənə tez demədin?” O öz otağına qayıtdı, bir saat və bir qələm gətirib Mustafaya hədiyyə verdi.
    General Əli Fəzli
    Qəfil görüşlər
    Böyük Rəhbərin sabit proqramlarından biri dəyərli şəhid ailələri ilə qəfil görüşləridir. O, bu daimi proqram zamanı gecələr şəhidlərin evinə gedir və bu işi ilə onlara ürək-dirək verir.
    Prezidentlik dövründə bir gün camaat namazını onunla qıldıqdan sonra Ayətullah Xamenei mənə buyurdu: "Biz bir yerə getmək istəyirik, siz də bzimlə gəlmək istəyirsinizmi?” Mən dedim: "Sizin yanınızda olmaqdan böyük şərəf nə ola bilər?!” Allahın lütfü ilə mən ağa ilə birgə bir peykan maşınında hərəkət etdik, başqa bir nəfər də bizimlə idi. Bir maşının arxasında üç nəfər oturduq. Nəhayət bir neçə küçə və xiyaban keçdikdən sonra şəhid Müqəddəsinin evinə çatdıq. Ayətullah Xameneinin şəhid evinə gəlişilə, ev sakinləri çox sevincək, olduqca səfalı bir səhnənin tamaşasına oturdular; elə bir səhnə ki, mənim üçün unudulmazdır. Mən o mənəvi fəzanı heç zaman vəsf edə bilmərəm.
    Höccətül-İslam Məhəmmədi İraqi
    Altı şəhid atasə ilə görüş
    Ayətullah Xamenei prezidentlik dövründə Qərbi Azərbaycana və Kürdüstana səfər etdi. Mən o vaxt 28-ci diviziyanın komandiri idim. O bizim diviziyaya gəldi. Mərasimdən və onun çıxışından sonra dəftərxanaya getdik.
    Qardaşlar proqramı elə tənzim etmişdilər ki, 28-ci diviziyada və bizim dəftərxanada altı şəhid və bir müharibə əlili atası olan cənab Məcid Qadirxanzadə Böyük Rəhbərlə görüşsün. Onu ağaya təqdim etdik, Böyük Rəhbər onu çox səmimi qucaqladı, öpdü və buyurdu: "Sizin bizim boynumuzda haqqınız var”. Şəhid atası ona dedi: "Biz borcumuzu yerinə yetirmişik”. Ayətullah Xamenei buyurdu: "Yaxşı, danışın görək uşaqlarınız necə şəhid olublar”.
    Şəhid atası danışdı, ağanın onun söhbətlərindən xoşu gəldi. Sonra o, şəhid, şəhidlik və Kürdüstan xalqının fədakarlıqları haqda söhbət etdi. Söhbətdən sonra Böyük Rəhbər buyurdu: "Bir Quran gətirin mən ona hədiyə etmək istəyirəm”. Sonra buyurdu ki, onun xanımına da bir qızıl sikkəsi hədiyyə verin. Mən ağaya dedim: "Cənab Məcid Qadirxanzadənin iki xanımı var”. Ağa buyurdu: "Onda iki qızıl sikkəsi gətirin”.
    O görüşdən sonra altı şəhid atası hər dəfə Tehrana getdikdə Böyük Rəhbər onu öz evinə dəvət edir və onunla çox səmimi davranırdı.
    General Əhməd Dadbin
    Səmimi söhbət, yoxsa əqd mərasimi
    Allahın lütfü ilə Böyük Rəhbərlə birgə şəhid ailələrinin görüşünə getdik. Orada bir neçə şəhid ailəsi toplaşmışdı, onlar ağanı görərkən sevincdən göz yaşı tökdülər, sonra dostcasına səmimi söhbətə başladılar. Əziz rəhbərimiz uşaqların yaşayışından və dərslərindən soruşdu. Məclisdəki dörd şəhid atası olan qoca kişilərdən biri ağaya dedi: "Əgər icazə versəniz, mən sizinlə xüsusi söhbət etmək istəyirəm”. İcazə aldıqdan sonra səmimi söhbət başlandı. Bir şəhid xanımı da icazə aldı və bir müddət onunla təkbətək danışdı, sonra ümumi söhbət başlandı. Onların hamısı öz sevimli rəhbərləri ilə səmimi söhbət etdilər.
    Böyük Rəhbər buyurdu: "Bir Quran gətirin”. O, Quranı bir şəhid anasına hədiyyə etdi. Şəhid anası dedi: "Lütfən, ona öz imzanızı da yazın”. Ağa qəbul etdi və öz imzasını qoydu. Sonra digərləri də Böyük Rəhbərdən öz imzası olan bir Quran istədilər. Rəhbər onların istəyini də yerinə yetirdi. Qalxmaq istəyəndə bir nəfər dedi: "İndi aramızda iki şəhid övladı var, onlar bir-birləri ilə məhrəm olmaq əqdi oxuyublar, istəyirlər daimi əqdlərini siz oxuyasınız”. Böyük Rəhbər buyurdu: "Eybi yoxdur, deyərəm bir vaxt ayırsınlar və dəftərxanada mərasimi icra edərik”. Dedilər biz istəyirik elə buradaca oxuyasınız. Ağa buyurdu: "Heç eybi yoxdur, amma bu şərtlə ki, mehriyyə 14 qızıldan artıq olmasın”. Dedilər mehriyyə 100 qızıldır. Gəlin dedi: "Mən qalanını bağışlayıram, mehriyyə yalnız 14 qızıl olsun”. Böyük Rəhbər orada olan cənab Məhəmmədi Gülpayiqaniyə buyurdu: "Onda əqd mərasimini icra edək”. Əqd oxunduqdan sonra ağa buyurdu: "Mən belə mərasimlərdə əqd oxunduqdan sonra əziz şəhid ailələrindən olan bəy və gəlinin hər birinə bir qızıl hədiyyə edirəm”. Sonra onun əmri ilə iki qızıl gətirdilər, ağa onları öz əli ilə bəy və gəlinə hədiyyə etdi”. Böyük Rəhbərin bu görüşü və ata kimi səmimi rəftarı mənim üçün çox gözəl və maraqlı idi.
    General Məhəmməd Şirazi
    Heç nigaran olma!
    Böyük Rəhbər həftənin bir gününü şəhid ailələri ilə görüşə ayırıb. Bu görüşlərdə insan Əmirəl-mömininin və Peyğəmbər əhli-beytinin (ə) kəramət və məhəbbətini xatırlayır. Böyük Rəhbər şəhid övladlarını dizi üstə oturtduqda və yaxud sinəsinə sıxdıqda, oradakıların gözlərindən yaş axır. Mən dəfələrlə bu gözəl məhəbbətin şahidi olmuşam, bəzən bayıra çıxıb təklikdə çoxlu ağladıqdan sonra yenidən görüş yerinə qayıtmışam.
    Çox səmimi və səfalı idi. Elə bil, ata öz övladlarının görüşünə gəlmişdi. Bir gün bir şəhid xanımı ağanın dəftərxanasına gəldi və ağaya dedi: "Mənim bu dünyada bircə övladdan başqa heç bir kəsim yoxdur”. Sonra o, problemlərini deməyə başladı. Böyük Rəhbər cənab Müqəddəmə buyurdu ki, onun problemlərini həll etsin və sonra şəhid xanımına dedi: "Qızım, heç nigaran olma, mən sənin hər kəsinəm, nə vaxt işin olsa, cənab Müqəddəmə (dəftərxanın xalqla əlaqələr bölməsinin sədri) müraciət et”.
    Şəhid xanımı bu sözləri eşitdikdən sonra elə bil, bütün problemləri həll olunmuşdu. Ürəyindən bütün qəm-qüssəsi çıxmışdı, üzü gülürdü, o, beləcə Böyük Rəhbərlə sağollaşıb, evinə qayıtdı.
    Höccətül-İslam Musəvi Kaşani
    Əziz qonaq
    Böyük Rəhbər daimi olaraq şəhid ailələrinə baş çəkir. Bir gün mən də onunla birlikdə bir şəhid ailəsinin evinə getdik. Həmişəkinin əksinə olaraq, ağanı qarşılamaq üçün oraya çoxlu adam toplaşmışdı. Ayətullah Xamenei buyurdu: "Bizim gəlişimizi onlara kim xəbər verib? Biz heç kimə zəhmət vermək istəmirik”.
    O, otağa daxil oldu və oturdu, onun üçün çay gətirdilər, amma içmədi. Narahat olduğu üzündən bilinirdi. Ağa çox fikir verirdi ki, bu görüçlər heç kimin əziyyətə düşməsinə səbəb olmasın. Şəhid atası ağaya dedi: "Nigaran olmayın, bunu bizə sizin dəftərxananızdan xəbər verməyiblər. Mən gecə həzrət İmamı və şəhid övladım Əlirzanı yuxuda gördüm, sizin gəlişinizi mənə onlar dedilər. İmam mənə buyurdu ki, sabah axşam əziz qonağın olacaq, onu yaxşı qarşılayarsan. Mən dedim o qonaq kimdir? İmam buyurdu: "Sizin rəhbəriniz”.
    Höccətül-İslam Rəsuli Məhəllati
    Şəhid ailələrinə məhəbbət
    Bir gün ağa zabit şəhidlərin ailələri ilə görüşdü. Bu görüş iki saatdan artıq çəkdi. Ailələr bir-bir gəlir və yaxından ağa ilə dərdləşirdilər. Çox gözəl bir görüş idi. Böyük Rəhbər o görüşdə gördüyü hər bir ailədə özünün o şəhidlə keçmiş xatirələrini yada salır və o haqda danışırdı. Ağanın şəhid övladları ilə olan rəftarı öz övladları kimi idi. Bəzən biri öz problemlərini ağaya deyirdi və sonra yenidən gəlib deyirdi ki, bir məsələni yaddan çıxarmışam. Ağa da çox səbirli və mətanətli şəkildə onun sözlərinə qulaq asırdı. Bütün bu müddətdə Ayətullah Xamenei ayaq üstı dayanmışdı, şəhid ailələrinə olan məhəbbəti onu yorulmağa qoymurdu; heç elə bil ayaq üstə dayanmayıb.
    Höccətül-İslam Həqqani
    Görüşün şövqü
    Bir gün gəlib dedilər ki, bir film hazırlamaq üçün teleşirkətdən gələcəklər. Söz verdikləri gün bir maşınla üç-dörd nəfər gəldi: "Hacı ağa, özünü hazırla, əziz bir qonağın var”. Onlardan qonağın kimliyini soruşduqda, belə eşitdim: "İnqilabın böyük rəhbəri”. Bu zaman qapının səsi gəldi, ağa içəri daxil oldu, görüşün şövqü məni çaşdırmışdı. Ağa məni qucaqladı, üzümü öpdü, mən də Böyük Rəhbərin əlini öpdüm. Sonra gedib xanımıma dedim ki, o da gəlsin. Ağa otağa daxil oldu və yerdə oturdu, öncə halımızı soruşdu, problemlərimizi xəbər aldı, sonra buyurdu: "Şəhidlərin şəklini gətirin”. Üç şəhid övladımın şəklini gətirdim. O, şəkilləri bir-bir öpdü, öz qarşısına qoydu və buyurdu: "Əgər bu şəhidlər olmasaydı, biz də yox idik, nəyimiz varsa, bu şəhidlərdəndir”.
    O, təxminə yarım saat bizimlə qaldı, getmək istədiyi zaman mənə üz tutdu və buyurdu: "İcazə versəniz gedək”. Mən dedim ağa, bizim icazəmiz sizin əlinizdədir. O vaxt birdən yadıma düşdü ki, qonağımızın qabağına heç nə qoymadıq. Böyük Rəhbərlə görüşdən şoka düşmüşdük, yadımızdan çıxmışdı ki, ağa bizim qonağımızdır. Utana-utana ondan üzr istədim. O da gözəl bir gülüşlə buyurdu: "Nə eybi var?!”
    Məcid Şücaipur
    İslam döyüşçüləri ilə birgə
    Ayətullah Xamenei müharibə zamanı (özü prezident olarkən) Mərivana səfər etdi və xalqla görüşdü. Görüşdən sonra onunla birgə bir salona getdik. Müdafə nazirliyinin və İnqilab Keşikçiləri Korpusunun bütün uşaqları, könüllü və mücahidlər toplaşmışdı. Salonun koridorunda böyük bir süfrə açıldı, biz ağaya dedik: "Bura çox qarışıqdır, sizin xörəyinizi başqa bir salona aparırıq, orada yeyərsiniz”. O buyurdu: "Yox, uşaqların yanında yeyəcəyəm”. Orada adam əlindən yer yox idi, Böyük Rəhbər o dar yerdə və İslam döyüşçülərinin arasında oturdu və uşaqlar ağa ilə birgə xörək yedilər.
    O günün xatirəsi mənim üçün çox yaddaqalandır; elə bir xatirə ki, heç zaman unudulmayacaq.
    General Əhməd Dadbin
    Category: Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar | Views: 941 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024