İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 5 » Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    8:46 AM
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar
    Yeddinci fəsil: Xalqla və cavanlarla əlaqə
    Peşman düşmənlə rəftar
    Dünyanın çoxlu ölkələrində məmləkətin birinci adamı mənasız insanlardırlar. İranda isə belə deyil. Allaha şükürlər olsun, bizim ölkəmizin başçısı elə bir şəxsdir ki, arxayınlıqla onun arxasında namaz qılırıq. O, həzrət Zəhra (s) övladlarındandır, uzun illər çoxlu imtahan verib və onların hamısından başıuca çıxıb. Bir gün o, mənə buyurdu: "İnqilabdan sonra həbsxanaya baş çəkməyə getdim, orada namaz qılmağa məşğul olan birini gördüm. Onu tanıdım. O, şah zamanında mənə işgəncə verən şəxs idi, saqqalımdan tutub başımı divara vururdu və deyirdi: "Sən əlahəzrət Hümayuniyə qarşı hörmətsizlik etmisən”. Gözü mənə sataşdıqda namazını uzatdı, mən bir tərəfə getdim ki, namazını bitirsin, namazdan sonra onun yanına gəldim və yanında oturdum.
    Böyük Rəhbər daha bir söz demədi, amma mən deyirəm: "(Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Ali-İmran/26).
    Bizim ölkəmizin başçısı belə bir şəxsdir, biz müsəlmanların belə rəhbəri ilə fəxr edirik, biz dünya ölkələrinə deyirik: Bizim mövlamız var, amma sizin mövlanız yoxdur, bizim rəhbərimiz var, amma sizin rəhbəriniz yoxdur.
    Ayətullah Meşkini
    Cavanlara hörmət
    Hələ İslam inqilabının qələbəsindən qabaq Ayətullah Xameneinin cavanlara xüsusi hörməti vardı, cəmiyyətin bu önəmli təbəqəsinin tərbiyəsinə böyk diqqət yetirirdi. O, cavan nəsil üzərində işləməyi çox bəyənir və belə düşünür ki, bu mühüm vəzifəni heç nə ilə əvəz etmək olmaz. Bu səbəbdən, ağanın bəzi proqramları cavanlarla söhbət etməkdir. O, cavanlarla görüşündə onlara qarşı məhəbbətini bildirir, onlarla danışır, suallarına cavab verir və problemlərini həll edir. Bu porqram təkcə bu günə aid deyil, onun tələbəlik dövründın başlamışdır. O, inqilabdan öncə də cavanlar üçün dini məclislər təşkil edir və siyasi məsələləri təhlil edirdi.
    Ayətullah Misbah Yəzdi
    Vaxtdan səmərəli istifadə
    Ayətullah Xameneinin vilayətlərə və şəhərlərə səfərləri xüsusi əzəmətli olur. Səfərlərin mənəviyyatı, onu qarşılayarkən və digər proqramlar zamanı xalqın kütləvi iştirakı, səfərin özəlliklərindən və xalqla rəhbər arasında olan dərin əlaqənin göstəricilərindəndir. Bu əlaqə Böyük Rəhbərin səfər zamanı geniş fəaliyyətinin mühüm amilidir.
    Görüş yerlərindəki proqramların sıxlığına görə, bu səfərlər xüsusi təşkilatçılığa ehtiyaclıdır. Onun dəftərxanasınn üzvləri səfərlə bağlı gecə-gündüz fəaliyyətdədirlər. Amma bununla yanaşı, bu səfərlərdə Böyük Rəhbərin fəaliyyəti onunla gedən heyətin bütün fəaliyyəti qədərdir. Səfərlər zamanı onun görüşlərinin və söhbətlərinin özünə məxsus özəlliyi var, söhbətlərin rəngarəngliyi, əhəmiyyətli və önəmli məsələlərə diqqət yönəltməsi, xalqla səmimi rəftarı, məsələlərə kompleks yanaşması və vaxtdan səmərəli istifadə etməsi, Böyük Rəhbərin viləyətlərə və şəhərlərə etdiyi səfərlərin xüsusiyyətlərindən sayılır.
    General Məhəmməd Şirazi
    "Cəfər və Kərbəla batalyonlarından nə xəbər?”
    Ayətullah Xamenei rəhbərlik dövrünün əvvəllərində Xuzistan vilayətinə etdiyi səfərdə, bir gününü xalqla ümumi görüş üçün ayırdı. O gün camaat bir-bir gəlir və öz problemlərinin rəhbərlərinə deyirdilər. Bu proqram axşama qədər uzandı, şam namazını ağa ilə birgə qıldıq, namazdan sonra mən camaatın arasında oturmuşdum. Bir nəfər mənim yanıma gəlib dedi: "Rəhbər səni istəyir”. Özümü ağaya çatdırdım, hal-əhval soruşduqdan sonra buyurdu: "Döyüşçülər heyətindən nə xəbər? Cəfər və Kərbəla batalyonları nə edirlər?” Sonra məclislərin natiqlərini soruşdu. Mən batalyonların vəziyyətindən və döyüşçülər barəsində ətraflı məlumat verdim. O, gülərək buyurdu: "Eşitmişəm kinoteatrı hüseyniyyə etmisiz”. Dedim: "Bəli, çünki bomba düşdüyündən, dağılmışdı”.
    Mənim üçün çox maraqlı idi ki, o, hətta xırda məsələlərdən də xəbərdardır, batalyonları adı ilə tanıyır və həmişə könüllülərin və döyüşçülərin vəziyyətilə maraqlanır. Bir dəfə Ağa buyurdu: "Əhvazda bir yaxşı kitabxana açın ki, könüllülər kitab oxusunlar”. O, öz sözlərində və proqramlarında həddən artıq diqqətlidir. Könüllülərin və cavanların mədəni məsələlərilə maraqlanır və onlara ürək yandırır.
    Hacı Sadiq Ahəngəran
    Başqaları ilə rəftar
    Böyük Rəhbərin başqaları ilə rəftarı olduqca alicənab, mehriban və səmimidir. Onun dəftərxana üzvləri ilə rəftarının təsiri həftələrlə istirahət etməkdən artıqdır. Camaatla rəftarı da belədir, Quran qariləri ilə də rəftarı çox hörmətli və sayğılıdır. Alimlər, ədəbiyyatçılar, elm və incəsənət xadimləri ilə rəftarı da tərifə layiqdir. O, öz övladları ilə rəftarında da bizim üçün örnəkdir. Onların təhsilinə xüsusi əhəmiyyət göstərir, hətta təhsil cədvəllərini özü imzalayır.
    Höccətül-İslam Musəvi Kaşani
    Məhəbbətli rəftar
    Bir gün ailəm və övladlarımla birgə Ayətullah Xameneinin görüşünə getdik. Kiçik qızım Quranın bir neçə surəsini əzbərləmişdi, onu Böyük Rəhbər üçün oxudu, Ağa da ona bir rəngli karandaş qutusu verdi. Sonra başqa övladlarım Böyük Rəhbərə sual verdilər, o, onların suallarını eşidib çox soyuqqanlılıqla cavab verməyə başladı. O görüş və ağanın belə səmimi rəftarı övladlarımın çoxlu təəccübünə səbəb oldu. Mən bu münasibəti dəfələrlə ondan görmüşdüm, cavanların arasında rəhbərin öz övladları ilə çox səmimi və məhəbbətli söhbətinin şahidi olmuşdum. Bu münasibətlər Ayətullah Xameneinin cavanlara olan eşqini göstərir. O, bütün tələbə və şagirdləri öz övladı hesab edir, onun qəlbi cavan və tələbə təbəqəsinə qarşı məhəbbətlə doludur.
    Ordu generalı Seyid Yəhya Səfəvi
    Səmimi rəftar
    Müharibə zamanı bir gün Böyük Rəhbərlə birgə əl-Qədir briqadasına getdik. O, bütünlüklə silahlı olan bir briqadaya çox adi və təmtəraqsız daxil oldu, döyüşçülərin arasına girdi. Uşaqlar onun ətrafını sarıdılar, sağ-soldan əl verir və ağanın mübarək üzünü öpürdülər.
    Salamlaşdıqdan sonra briqadanın döyüşçüləri ilə bir məclis təşkil olundu. Bu sual-cavab məclisi təqribən üç saat yarım çəkdi. Bu məclisdə müxtəlif suallar verildi, bəzi suallar təkrar idi, amma o, etiraz etmədən, mətanət, səbir və hövsələ ilə, özü də çoxlu məhəbbət və mehribanlıqla onlara cavab verirdi. O məclisdə, sonradan şəhid olan əsgərlərdən biri öz sualının cavabı barədə Rəhbərə dedi: "Mən sizin verdiyiniz cavabla qane olmadım”. Mən o qardaşımızın rəftarından xəcalət çəkib, başımı aşağı saldım. Böyük Rəhbər ona buyurdu: "Mən belə düşünürəm ki, bu barədə başqa suallardan daha çox məlumat verdim və məsələni incələdim, amma əgər yenə də qane olmamısınızsa, sizinlə ayrıca söhbət edərəm”.
    Ağanın bu istiqanlı və səmimi rəftarı oradakıların ruhiyyəsinə çox böyük təsir qoydu; həmişəlik qalacaq bir təsir.
    General Şuştəri
    İşin nəticəsi ilə maraqlanmaq
    27-ci "Muhəmməd rəsulullah” diviziyasından yaşlı birinin maliyyə problemi vardı. O, Böyük Rəhbərin dəftərxanasına məktub, yazıb öz probleminin həll ollunmasını istədi. Ayətullah Xamenei məktubu oxudu və dərhal onun altından yazdı: "Diviziyanın komandirinə deyin bu cənabın poblemini mütləq həll etsin”.
    Ali Baş Komandanın əmri bizə çatdı və gücümüz çatan həddə problemi həll etdik, sonra bildik ki, ağa bu məsələ haqda maraqlanıb və soruşub ki, o könüllünün problemi necə və hansı yolla həll olundu. Böyük Rəhbərin bir könüllünün məktubu haqqındakı belə rəftarı və işin nəticəsi ilə maraqlanması bizim üçün çox ibrətli və eyni zamanda təəccüblü idi. O, işinin çoxluğuna rəğmən, müxtəlif yollarla soruşmuşdu ki, o Allah bəndəsinin işi necə oldu. Bu rəftarı onun döyüşçülərə və könüllülərə olan dərin məhəbbətindən xəbər verir və bu məhəbbəti onun bütün rəftarlarında daima görünür.
    General Məhəmməd Kövsəri
    Sözün təsiri
    Bəni-Sədrin prezident olduğu dövrdə Ayətullah Xamenei Yəzdə gəldi. O zaman xalqın bir hissəsi Bəni-Sədrin tərəfdarı idi. Bafiqdə də Bəni-Sədrin tərəfdarı olan bir qrup insan inqilabın bəzi məsələlərinə irad tuturdular və bir növ quruluşa qarşı müxalifətçilik edirdilər. Ağa Bafiqə gəldi və bu adamlarla bir neçə iclas keçirdi. Bu toplantılar bəzən gecənin yarısına qədər uzanırdı və ağa səbir və hösələ ilə onlarla danışırdı. Böyük Rəhbərin kəsərli sözləri onların ürəklərində çox güclü təsir buraxdı. Onlar sevinirdilər ki, Allah-taala hidayət nemətini onalara əta etmişdir.
    Höccətül-İslam Seyid Məhəmmədtəqi Mühəssil Həmədani
    "Hacıağa haradadır?”
    Əzəmətli Rəhbərin görüş otağına daxil oldum, otağın bir küncündə oturub ağanın mübarək qədəmlərini gözləməyə başladım. Bu zaman köhnə paltar, qısa və qalın bir şalvar geyinmiş kəndli bir qoca kişi də otağa girdi və mənim yanımda oturdu. O, özünün Xorasan ləhcəsi ilə dedi: "Hacıağa haradadır?” Mən onu duymadım, o təkrar etdi, dedim: "Böyük Rəhbəri deyirsiniz?” Dedi: "Bəli, o nə vaxt gələcək?” Dedim burada əyləş, indi gələr.
    İntizar sona çatdı. Böyük Rəhbər otağa daxil oldu, qoca kişi dərhal ona tərəf getdi, söhbət başlandı, Xorasan günləri yad olundu. Görüşdə qərq olmuşdum, inqilabın ən böyük şəxsiyyəti sadə bir kəndli kişi ilə nə qədər səmimi danışırdı.
    Əli Şirazi
    Qonşularla görüş
    Böyük Rəhbərin səfər proqramları onun nəzarəti altında həyata keçirilir. Onun dəqiq baxışlarından heç bir şey yayınmır. Böyük Rəhbər 1995-ci ildə Qum vilayətinə səfər etdi. O, özünün Qumdakı dəftərxanasında qalırdı. Təbiidir ki, bölgənin mühafizəsi üçün get-gəllər məhdudlaşdırılmışdı. Dəftərxananın ətrafında yaşayanlar üçün bəzi çətinliklər yaranmışdı. O bununla bağlı qonşularla məclis geçirtdi və orada yaranmış məhdudiyyətlərə və nəzarətlərə görə onlardan üzr istədi.
    "Kaş bizim də evimiz Ayətullah Xameneinin dəftərxanasının yanında olaydı!” Bu cümlə o görüşdən sonra minlərlə qumlunun ürək sözü idi. Sözügedən məclisdən sonra görüş yerini tərk edənlərin hamısı gülər üzlə əllərini göyə qaldırıb, rəhbərləri ilə görüşə görə Allaha şükür edirdilər.
    General Məhəmməd Şirazi
    Xalqla görüşlər
    Böyük Rəhbərin proqramlarından bir onun müxtəlif bölgələrə, ən çox da məhrum məntəqələrə etdiyi səfərlərdir. Bu səfərlər və onu qarşılayan xalqın izdihamı olduqca görməlidir. Səfər proqramlarından biri xalqla ümumi görüşdür. Bu zaman insanlar kilometrlərlə uzanan sıraya düzülürlər. O bir yerdə əyləşir, kişi və qadınlar müəyyən vaxtlarda onun görüşünə gəlirlər. Bu səmimi görüşlər xalq tərəfindən olduqca rəğbətlə qarşılanır.
    Ayətullah Xamenei vaxtın icazə verdiyi həddə camaatın hal-əhvalını soruşur, problemi olanlar məktub verirlər, dəftərxananın işçiləri məktubları toplayıb oxuyur və onların problemlərini həll edirlər. Böyük Rəhbərin səfəri bitdikdən sonra dəftərxananın işçiləri bəzən iki həftə orada qalır və camaatın problemlərini həll edirlər. Böyük Rəhbərin bu işi həm xalq üçün maraqlı, gözəl və ümidvericidir, həm də xalqın rəhbərlə, vilayət məqamının da ümmətlə olan səmimi rabitəsini göstərir.
    Höccətül-İslam Məhəmməd Gülpayiqani
    Xalqla böyük görüş
    Müharibə zamanı Böyük Rəhbər Kürdüstana səfər etdi. O, ön cəbhədəki bölgələrə baxış keçirəcəkdi, mən ona dedim: "Siz Banə camaatı ilə görüşdünüz, yaxşı olar ki, Mərivan camaatı da sizi ziyarət etsin, onlar sizin görüşünüzə çox müştaqdırlar”. Ağa buyurdu: "Bəs ön xəttə getmək və uşaqlarla görüşmək necə olsun?” Dedim: "Əgər siz mərivanlılarla söhbət etsənis, döyüşçülər daha artıq sevinərlər. Camaat da sizi görməkdən məmnun olar”. Böyük Rəhbər buyurdu: "Yaxşı, mühafizəçilərlə söhbət edin, mənim tərəfimdən heç bir problem yoxdur”.
    Mən bu barədə ağanın mühafizə xidmətinin rəisi ilə danışdım. O dedi: "Bunu əvvəldən demək lazım idi, indi mümkün deyil”. Dedim ki, ağa razıdır. O dedi: "Ağanı elə-belə apara bilmərik”.
    Xülasə, biz Mərivana çatdıq, Rəhbər diviziyanın qərargahında yerləşən döyüşçülərlə görüşdü. Biz uşaqları Mərivan şəhərinin içinə göndərdik camaata elan etsinlər ki, Ayətullah Xamenei ilə görüşmək üşün şəhərin stadionuna yığışsınlar. On dəqiqə çəkmədi ki, hər şey hazır oldu, mikrofonlar quruldu, yanğınsöndürən maşını hazırlandı, camaat tez-tələsik görüş yerinə toplandı. Ağa stadiona girdikdə hamı ona sarı yüyürdü. Böyük Rəhbər zəhmətlə nərdibandan yuxarı qalxdı və yanğınsöndürən maşınının üstündə çıxışına başladı.
    Mərivan xalqı vəsfəgəlməz şövq və sevinclə şüar verirdilər, fədailər qrupu əlllərindəki Kalaşnikov avtomatlarını göyə qaldırıb, təkbir deyirdilər. Ağa bir neçə dəfə buyurdu: "Mən xalqın bu səmimi hisslərindən və sədaqətindən vəcdə gəlmişəm”. Ağanın mühafizəçiləri ağanın mühafizəsi üçün nigaran idilər. Onların haqqı da vardı, çünki bölgə təhlükəsizlik baxımından münasib deyildi. Bu görüş əziz Mərivan xalqının yaddaşından heç zaman silinməyəcək.
    General Əhməd Dadbin
    Sürgündə xalqa xidmət
    Böyük Rəhbər 1975-ci ildə İranşəhr rayonunda sürgündə idi. O zaman bu şəhərə sel gəlir. O, 10 il qabaq Təbəs zəlzələsində aldığı təcrübə ilə tələbə və ruhanilərdən bir qrup toplayıb, yüksək təşkilatçılıqla bölgənin zərər çəkmiş camaatına kömək edir. Bu köməkdə və xalqa xidmətdə onun rolu o qədər aydın idi ki, SAVAK-ın təəccübünə və qorxuya düşməsinə səbəb oldu. SAVAK-ın rəisi Ayətullah Xameneiyə dedi: "Dünən Polis İdarəsinin təhlükəsizlik kommissiyasında SAVAK-a dedim: "Siz nə qədər bacarıqsızsınız ki, heç bir iş görə bilmədiniz, görün sürgündə olan bir nəfər burada nələr etmişdir”.
    Höccətül-İslam Məhəmməd Məhəmmədi İştihardi
    "Biz buradayıq!”
    Böyük Rəhbər sürgündə olan zaman Ayətullah Bəhaüddininin kürəkəni cənab Tohidi öz maşını ilə Qumdan İranşəhrə gəldi. Cənab Tohidi İranşəhrin xiyabanlarından birində avtomobil qəzasına uğrayır, ağır yaralanır və xəstəxanada yatır.
    Cənab Tohidinin xəstəxanada yatması xəbəri Ayətullah Xameneiyə çatdıqda, öz qonaqlarına buyurdu: "Yaxşı olar ki, hamılıqla cənab Tohidinin görüşünə gedək”. O, bir prezident sayağı xəstəxanaya baş çəkdi, bir-bir otaqlara getdi və bütün xəstələri ziyarət etdi. Daha sonra xəstəxananın məsul şəxslərinə buyurdu: "Bütün xəstələrə baxın, heç kimin ciddi problemi qalmasın, büdcə cəhətindən çatışmazlığınız olsa, bir buradayıq”.
    Höccətül-İslam Seyid Əliəsğər Baqizadə
    Xüsusi görüş
    Ayətullah Xamenei cəbhəyə baxış keçirdi, saat 16:30-da bitən uzun baxışdan sonra öz səngərinə qayıdı. Mən Böyük Rəhbərlə bir saat xüsusi görüş istədim, o razılıqla istəyimi qəbul etdi. Mən ağa ilə təqribən 45 dəqiqə müharibə və digər məsələlər haqda söhbət etdim. O mənim sözlərimi hövsələ və diqqətlə dinləyir və sonra danışırdı. Ölkə prezidentinin mənim kimi adi korpus zabiti ilə rəftarı olduqca təqdirəlayiq idi.
    General Əsğər Səburi
    Xalq üçün iş
    Xalqa xidmət Böyük Rəhbərin fikrindən və əməlindən bir an belə uzaqlaşmayan bir məqamdır. O, özünün Urmiya səfərində rəsmi bir iclasda bu barədə xüsusi bir məqamı vurğuladı, bu söz mənim üçün çox gözəl və maraqlı idi. O, Urmiyanın vəzifəli şəxslərinin iclasında buyurdu: "Xalq inqilab üçün çoxlu zəhmət çəkmiş, mal və şəhid vermişdir. Onlar imkanları çatan hər bir şeyi Allah üçün vermişlər. Bu xalq üçün yorğunluq göstərmək düzgün deyil”. Bu, Böyük Rəhbərin xalqa baxışıdır, mən bunu Ağanın xalqa olan məhəbbətindən irəli gələn bir baxış bilirəm.
    Cənab Nasir Ərəbha
    Mənim mətubumun cavabı
    1995-ci ildə kilinikama bir xanım müraciət etdi. Özünün körpə uşağını da gətirmişdi, hər ikisi vərəm idi. Xanımın xəstəliyi o qədər ağır idi ki, boğazından qan gəlirdi. Mən onları müayinə edib dərman resept yazdim. Resepti xanıma verdikdə o, məyus halda dedi: "Sizin qabaqkı reseptiniz də məndədir, mən əvvəllər də sizə müraciət etmişəm, amma maddi imkanım olmadığından, dərmanları ala bilməmişəm. Mənim dörd övladım var, 10 yaşlı qızımdan başqa hamımız bu xəstəliyə düçar olmuşuq. Həyat yoldaşım iflicdir, işləyə bilmir, bizim işləyənimiz təkcə 10 yaşlı qızımdır. O, xalça toxumaqla evimizə çox cüzi midarda pul gətirir, o da heç çörək almağımıza bəs eləmir”. Mən ona dedim: "Bu məsələ barəsində mən dostlarımla söhbət edərəm, bəlkə sizin və ailənizin probleminə çarə tapa bildik”.
    O xanım klinikadan çıxdı. Mən çarə haqqında düşünməyə başladım. Bir saat keçdikdən sonra o xanım yenidən müraciət etdi, amma bu dəfə qabaqkından çox fərqlənirdi, sevincindən özünə sığmırdı. O mənə dedi: "Daha sizin çarə axtarmağınıza ehtiyac yoxdur”. Səbəbini soruşduqda dedi: "Evə çatdıqdan sonra bir qrup insan bizim evimizə gəldi. Onlar bizim vəziyyətimizi araşdırdılar və qərara gəldilər ki, sabah hamımızı müalicə üçün xəstəxanaya aparsınlar”. Bu heyətin kimin tərəfindən gəldiyini soruşdum. Dedi: "Böyük Rəhbər tərəfindən”. Dedim ki, onlar bu məsələdən necə xəbərdar olmuşlar? Cavab verdi: "Bu günlərdə Ağa Quma gəlib, mən bir məktub yazıb hadisəni ona çatdırdım. Məktubum onun dəftərinə tapşırıldı. Təcili yardıma ehtiyacı olanların işini birinci araşdırmışlar, odur ki, bizim məsələmiz tez həll olundu”.
    Belə rəftar mənim üçün çox şirin idi. İnsan bu rəftarları gördükdə Allah öliyalarını xatırlayır.
    Doktor Vəhidi
    Həmişə yüksək əhval-ruhiyyə
    Ağa İranşəhrdə sürgündə olarkən dostlardan bir qrupla onun və onunla birgə sürgündə olan ruhanilərin görüşünə getdik. Böyük Rəhbərin sürgündə ruhiyyəsi çox yüksək idi, onda yorğunluqdan və qürbətin çətinliyindən heç bir əsər-əlamət görünmürdü. O, həmin bölgənin camaatı və görüşünə gedən insanlar üçün inqilabın məqsədini və dini məsələləri açıqlayırdı.
    General Hicazi
    Category: Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar | Views: 873 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024