İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:32 AM
    Əbədi öyüd (ikinci cild)
    OTUZ IKINCI DƏRS
    XƏTƏR VƏ HƏZƏR (TƏHLÜKƏ VƏ ONDAN QORUNMA)
    «Səni əmin, etibarlı bilən şəxsə hətta o xəyanət etsə də, sən xəyanət etmə! O sənin sirrini faş etsə də, səni onun sirrini açma! Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma! Ruzi üçün çalış, həqiqətən, təyin olunmuş ruzi sənə çatasıdır. (Qazanc ardınca qaçan) Tacir özünü təhlükəyə atmışdır».(«Nəhcül-bəlağə».)
    Həzrət Əlinin (ə) imam Həsənə (ə) vəsiyyətnaməsinin təfsirində çatdıq ki, bu hissədə Həzrət (ə) islami dəyərlər məcmuəsində ən ümumi əxlaqi dəyərlərdən birinə toxunur. Bütün bəyənilmiş bu dəyərli əməllər üçün şərtlər mövcuddur. Yalnız həmin şərtlər ödəndikdə uyğun əməl öz dəyərini qoruyur. Əksər yaxşı işlər mütləq şəkildə dəyərli bildirilsə də, onların hər biri üçün istisna hallar mövcuddur. Məsələn, hamımız bilirik ki, İslam baxımından doğru danışmaq yaxşı işdir. Amma elə şərait yarana bilər ki, doğru danışmaq yox, yalan danışmaq zəruri olar. Əgər bir möminin həyatı təhlükədədirsə və onu yalan danışmaqla xilas etmək mümkündürsə, belə bir vəziyyətdə yalan danışmaq vacibdir. Doğru danışmaq dinimizdə ümumi şəkildə yaxşı sayılsa da, istisna hallar mövcuddur. Bəzən də əksinə olur. Pislənilmiş bir əməl müəyyən bir şəraitdə mümkün sayılır. Məsələn, insanla pis rəftar, onun döyülməsi ümumi şəkildə pislənilmiş bir işdir. Amma söhbət qisasdan getdikdə bu rəftarlar mahiyyətini dəyişir. Məsələn, müqəddəs İslamda savaşın haram bildirildiyi aylar var. Amma düşmən hücum etdiyi təqdirdə artıq müharibə labüddür və günah sayılmır. Məsələn, Məscidül-həramda (Kəbədə) vuruşmaq olmaz. Amma əgər düşmən hücum etmişsə, vuruşmaqdan savayı çıxış yolu yoxdur və müdafiə olunmağa məcburuq.
    ƏMANƏTDARLIQ
    Bəzi dəyərlər üçün isə müsbət və mənfi olmasına baxmayaraq istisna halları yoxdur. Bu dəyərlərə hər şəxs, hər yerdə, hər zaman riayət etməlidir. Bu dəyərlərdən biri əmanətdarlıq, əmanətə vəfadır. Bu dəyər üçün heç bir istisna hal yoxdur. Əgər bir şəxs sizə əmanət tapşırmışsa, istənilən bir halda bu əmanəti qorumaq lazımdır. Əgər tapşırılan əmanəti qəbul etmisinizsə, onu qorumağa borclusunuz. Əmanət tapşıranın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Heç bir istisna halda əmanətdarlıqdan imtina etmək olmaz. Zamanın, məkanın, əmanət tapşıranın və onu qəbul edənin əmanətdarlığının mahiyyətinə və dəyərinə heç bir təsiri yoxdur. Əmanət bütün hallarda qorunmalıdır. Ona görə də hətta kafir bir şəxs sizə əmanət tapşırmışdırsa, onu qoruyub, vaxtında sahibinə qaytarmalısınız. Hətta əgər düşməndən əmanət qəbul etmişsinizsə, bu əmanətə xəyanət etmək olmaz.
    Olduqca maraqlı bir rəvayətdə İmam Səccad (ə) buyurur: «Əgər atamın qatili öz qılıncını mənə əmanət tapşırsa, onun əmanətini qoruyub, özünə qaytararam». Unutmayın ki, bu sözü deyən imam Səccaddır (ə) və o, atasının qatilinin əmanəti haqqında danışır. Olsun ki, varlıq aləmində bundan yetərli misal çəkmək mümkünsüzdür. Uyğun rəvayətdən göründüyü kimi əmanətə münasibətdə heç bir istisna hal yoxdur. Ona görə də imam (ə) qəti şəkildə əmanətin toxunulmazlığına öz münasibətini bəyan edir.
    Məlum məsələdir ki, insan əmanəti qəbul etməyə də bilər. Əmanəti qəbul etməmək ona xəyanət etməkdən fərqli bir hərəkətdir. Amma elə ki əmanət qəbul olundu artıq onu qorumaq vacib olur. Əmanətə vəfalı olmaq, ona xəyanət etməmək heç bir mübahisə doğurmayan prinsiplərdir.
    ƏMANƏTDARLIQ BÜTÜN HALLARDA YAXŞIDIR
    Adətən, əmanət və əmanətdarlıqdan danışarkən insan ixtiyarsız olaraq, hansısa maddi bir şey haqqında düşünür. Hansı ki, əmanətin əhatə dairəsi daha genişdir. İnsanın gördüyü, eşitdiyi bir şey də əmanət ola bilər. Məsələn, bir şəxs öz sirrini sizə açmışsa və siz də bu sirri saxlayacağınıza söz vermisinizsə, sözünüzə əməl etməli, onun əmanətini qorumalısınız. Heç bir halda bu sözü açmağa icazə verilmir. Çünki bu sözün faş olunması üçün öhdəlik götürülmüşdür. Əlbəttə ki, əvvəlcədən bu sirri açmayacağınıza söz verməmiş olsaydınız, məsələ başqa cür olardı. Məsələn, bir şəxs deyir ki, sizə deyəcəyim sözü kimsəyə bildirməyin. Əgər siz öz növbənizdə bu sirri açmayacağınıza söz versəniz, vədinizə əməl etməlisiniz. Əgər həmin sirri açsanız, əmanətə xəyanət etmiş olursunuz. Bu sirr sizə tapşırılmış əmanət kimidir və onu qorumaq vacibdir.
    Buna görə də bəzi əməllər sabit əxlaqi dəyərə malikdir və heç vaxt bu dəyərdən məhrum olmur. Bəzi əməllərin isə dəyəri mövcud şəraitdən asılıdır və şəraitdən asılı olaraq dəyişir. Məsələn, bir şəraitdə pis sayılır, digər bir şəraitdə isə yaxşı. Bu hal Quran və rəvayətlərdə də nəzərdə tutulmuşdur.(«Nəhl» surəsi, ayə 126.)Bəyənilməyən bir iş bir şəraitdə caiz olur, digər bir şəraitdə pislənilir. Şəraitə görə dəyəri dəyişən həqiqətlərdən biri müharibə, savaşdır. Əmanətdarlıq isə belə deyil. Məsələn, heç bir şəraitdə əmanətə xəyanət etmək məqbul sayılmır. Hətta bir şəxs sizin əmanətinizə xəyanət etmişsə, sizin onun verdiyi əmanətə xəyanət etməyə haqqınız yoxdur. Yəni əmanətə xəyanət etmək hər zaman pislənilmişdir. Biri sizə xəyanət edib deyə sizin ona xəyanət etməyiniz yol verilməz bir işdir. Əgər bir şəxs sizin sirrinizi açmışsa, sizin onun sirrini açmağa haqqınız yoxdur. Bu işdə həmin şəxsin sizin sirrinizi açması bəhanə ola bilməz. Yəni pisliyə pisliklə cavab verilməsi əmanətə münasibətdə özünü doğrultmayan bir qaydadır. Əmanətdarlıq və əmanətin qaytarılması məsələsində heç bir istisna yoxdur. Hansı ki, doğru danışmaq kimi dəyərlər şəraitdən asılı olaraq məqbul və qeyri-məqbul sayıla bilir. Əgər müəyyən şəraitlərdə yalan danışmağa icazə verilirsə də, əmanətə münasibətdə heç bir istisna yoxdur.
    ƏHDƏ VƏFA
    Ümumi əxlaqi dəyərlərdən biri də əhdə vəfa edilməsidir. Əgər bir şəxslə əhd edib, peyman bağladınızsa, öhdənizə nə isə götürdünüzsə, öz əhdinizə vəfa etməlisiniz. Allah-təala Qurani-kərimdə buyurur ki, əgər müşriklərlə müqavilə bağlasanız, bu müqaviləyə sədaqətli olmalısınız. Bu halda bir istisna hal nəzərdə tutulur. Əgər əhd bağladığınız düşmən hansısa şərti pozursa, artıq bağlanılan müqavilə gücdən düşür. Əslində bu iş də əhdi pozmaq kimi başa düşülməməlidir. Çünki müqavilə ikitərəfli bir işdir və əgər tərəflərdən biri müqaviləni pozmuşsa, ikinci tərəfin həmin müqaviləyə əməl etməməsi vəfasızlıq sayılmamalıdır. Əmanətdarlıqda isə məsələ tamam başqa cürdür. Hətta sizin sirrinizi açmış adamın da sirrini açmağa haqqınız yoxdur. Bir şəxs sizin əmanətinizə xəyanət etmişsə, siz heç vəchlə onun əmanətinə xəyanət edə bilməzsiniz. Ona görə də islami dəyərlər arasında ən ümumi dəyərlərdən biri əmanətdarlıqdır deyiriksə, sözlərimiz tam əsaslıdır. Necə ki Həzrət (ə) buyurur: «Səni əmin, etibarlı bilən şəxsə, hətta o xəyanət etsə də, sən xəyanət etmə! O sənin sirrini faş etsə də, sən onun sirrini açma!» Demək, əmanətdarlıq məsələsində qarşı tərəfin necəliyini nəzərə alaraq hərəkət etmək düzgün deyil.
    TAMAHKARLIQ DÜŞÜNCƏSİZ ƏMƏLDİR
    İstər möminlərə, istərsə də qeyri-möminlərə ünvanlanmış digər bir əxlaqi göstəriş tamahkarlıqdan çəkinməkdir. Bir çox hallarda insan daha böyük faydalara çatmaq üçün əlindəki xeyir işi boşlayır. Hansı ki, bu iş ağıla müvafiq deyil. Hər birimiz ətrafda uyğun halları müşahidə etməklə yanaşı, bəzən özümüz də belə bir səhvə yol veririk. Bir də görürsən şəhərdə hay düşür ki, filan mal bahalaşacaq. Əksəriyyət əlində olan malı satıb, həmin maldan alıb yığmaq, sonra satıb varlanmaq fikrinə düşür. Heç şübhəsiz, belə bir əməl xoşagəlməzdir. Əslində belə bir münasibət Allaha etimadsızlığın nümunəsidir. Bu hərəkətə tamahkarlıqdan başqa nə ad vermək olar?! Bu əməl əxlaqi və dini cəhətdən bəyənilməməklə yanaşı, əqli cəhətdən də qəbul edilməzdir. Bəzən insan ağlını işə salıb, yaxşı götür-qoy etdikdən sonra alış-veriş edib, mənfəət götürür. Belə bir işin heç bir eybi yoxdur, çünki bütün insanlar öz maddi ehtiyaclarını təmin etmək üçün çalışırlar. Məsələn, əkinçi əkdiyi hər toxumdan qat-qat artıq sayda toxum əldə etməklə öz ehtiyaclarını təmin edir. Yəni əlində olanı torpaqda yatırdır ki, bir müddət sonra məhsul götürsün. Sözsüz ki, belə bir iş ağıla müvafiqdir. İnsan faydalanmaq ümidi ilə zəhmət çəkir. O bir müddət sonra qazanc əldə etmək üçün əlində olanı bir növ dövriyəyə buraxır. Bəzən isə tamah insana elə güc gəlir ki, o əlində olan sərmayəni düşüncəsiz bir məqsədlə əlindən çıxarır və ümid edir ki, on il sonra çox böyük qazanc götürəcək. Bu həm ağıl, həm də din nöqteyi-nəzərdən məqbul deyil və məzəmmət olunur. Həzrət Əli (ə) vəsiyyətinin bu yerində buyurur: «Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma!» Belə bir iş görən insan əlindəki nağd sərmayədən də məhrum qala bilər. Belə vəziyyətlərdə əldə olan sərmayəni qorumaq, onu qənimət bilmək daha ağlabatandır. Belə bir işi yalnız iki şərt daxilində görmək olar: 1. Bu arzunu ağılın mühakiməsi təsdiq etsin, yəni görüləcək işin mənfəətinə şübhə qalmasın. 2. Bu faydaya çatmaq yolu düzgün olmalıdır.
    Həzrət Əlinin (ə) bu öyüdləri insanı hərislik və tamahkarlıqdan çəkindirir. Belə ki insan bəzən tamahkarlıq ucbatından əlində olan sərmayəni ağılsız bir iş yolunda əldən çıxarır. Belə bir iş əqli baxımdan düzgün deyil və İslam baxımından da məzəmmət olunmuşdur. Çünki Allaha ümidvar olan, etimad göstərən insan heç vaxt belə hərəkət etmir.
    İNSAN HƏYATINDA SINAĞIN ZƏRURİLİYİ
    İnsan ruzi ardınca getməlidir. Bu dünyada insanın öz ruzisini çalışaraq əldə etməsi Allahın qərar verdiyi bir qanundur. Allah-təala istəməmişdir ki, insan oturub, ruzisinin göydən düşməsini gözləsin. Əlbəttə, belə hallar da olur ki, kiminçünsə qeybdən ilahi bir süfrə nazil olur. Amma bu istisna hal Allah-təalanın məsləhəti və hikməti əsasında gerçəkləşir.
    Amma maraqlıdır ki, nə üçün Allah-təala bu dünyada insanın çalışıb tər tökərək ruzi qazanmasını istəmişdir? Şübhəsiz ki, bu əməlin də hikmətləri mövcuddur. Bu məsələnin qanun şəkli olmasında bir çox səbəblər vardır. İnsan o zaman imtahana çəkilmiş olur ki, hansısa bir işdə çalışmalı olsun. Yəni insan çalışmaqla imtahan olunur. İki yol ayrıcında durmuş şəxs doğru yolu yanlış yoldan, düzgün işi səhv işdən və savabı günahdan fərqləndirməlidir. Bu seçimdə meyar Allahın razılığıdır və Allahın razılığı olmayan bir işdən çəkinmək lazımdır. Həyatın zəhmətlərinə qatlaşmayan insan talehinə yazılmış hadisələrlə rastlaşmır. İnsan öz inkişafını səy və təlaşda axtarmalıdır. Başqa sözlə, dünya bütün bu çətinliklərlə ona görə qol-boyun yaranmışdır ki, insan iki yol ayrıcında düşünərək seçim etsin və öz kamalına üz tutsun. Qurani-kərimdə oxuyuruq: «Hansınızın daha gözəl əməl sahibi olacağını bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur».(Hud surəsi, ayə 6) Həyat burulğanlarına atılmayan insan üçün imtahan şəraiti yaranmır. İmtahan olunmayan insanın təkamülü mümkünsüzdür. Cəmiyyətdən uzaqlaşan, problemlərdən qaçan insan əslində həyat hadisələrinin misilsiz bəhrələrindən məhrum olur.
    İnsan öz ruzisini əldə etmək üçün çalışdığı vaxt yaxşını pisdən, gözəli çirkindən seçməli olur, bu yolla xoşbəxtliyini və bədbəxtliyini tanıya bilir. Əlbəttə ki, ruzi dedikdə təkcə çörək və su nəzərdə tutulmamalıdır. İnsanın bu dünyada könlündən keçən hər şey-elm, bilik, məqam, övlad, ailə, ev-eşik hər biri Allahın ruzilərindəndir. Bütün bunlara çatmaq üçün isə çalışmaq lazımdır. Allah-təala hansısa hikmət səbəbindən kimlərəsə xüsusi bir yolla elm əta etsə də, Onun qanunu budur ki, insan bütün nemətləri, o cümlədən elm və biliyi, vəzifə və var-dövləti, könlündən keçən digər şeyləri zəhmət yolu ilə əldə etsin.
    TƏLAŞ VƏ TƏVƏKKÜL ORTA YOL, «ETİDAL» YOLUDUR
    Unutmamalıyıq ki, insanlar bəzən həyat yolunda ifrat və təfritə düçar olurlar. Bəziləri elə çalışırlar ki, sanki Allahın bu işlərdə heç bir rolu yoxdur. Onlar bütün güclərini bir tikə çörək qazanmaq üçün sərf edirlər. Elə ki o bir tikəni qazandılar, nəfsləri bir az da itiləşir və daha böyük qazanclar dalınca qaçırlar. Əksinə, elələri də vardır ki, tənbəllik və süstlük ucbatından yerlərində oturub, göydən ruzi düşməsini gözləyirlər. Hətta bəhanə gətirərək deyirlər ki, qismətimiz nədirsə, onu da alacağıq. Şübhəsiz ki, hər iki baxış yanlışdır. İnsan ruzisinin Allah tərəfindən verildiyinə inanmalı, Ondan ruzi istəməli, bununla yanaşı çalışmalı, öz vəzifəsini yerinə yetirməlidir. Əlbəttə ki, insanın nə qədər çalışmalı olduğunu və Allaha hansı həddə bel bağlamasının zəruriliyini təyin etmək çətindir. Amma ifrat və təfrit arasındakı orta («etidal») hədd ideal hesab olunur. İnsan nə ifrata varıb hərislik göstərməli, nə tənbəllik edərək yerində oturub qalmalıdır.
    Bu misilsiz kəlamda təqvalılar imamı Əli (ə) buyurur: «Ruzi üçün çalış, həqiqətən, təyin olunmuş ruzi sənə çatasıdır». Əksər insanlar var-dövlət əldə etmək üçün həddən ziyadə çalışırlar. Amma bu çalışanlar arasında təsadüf insanlar istəyinə nail olur. Bir çoxları bu yolda hətta əlindəki sərmayəni də itirir, bəziləri isə olduqca az qazanc əldə edirlər. Elələri də var ki, dünya malının ardınca qaça-qaça nəhayətdə acından ölürlər. Qızılını balta kəsməyən elə varlılar da var ki, xəstəlik və ya digər bir səbəbdən qazancının bir tikəsini də rahat yeyə bilmir. Belə təsadüflər də olur ki, yaranmış şərait kimlərəsə böyük var-dövlət verir. Bütün bunlar sübut edir ki, əslində dünya nemətlərinin qədəri bizim çox çalışmağımızdan asılı deyil. Demək, orta bir yol tutulmalıdır. İnsan nə öz zəhmətinə güvənməli, nə də tənbəllik göstərib oturmalıdır. Ən əsası, insan öz vəzifəsinə əməl etməlidir. Nəticə isə Allahdan asılıdır. Allah nə istəyirsə, o da olasıdır. Bu qayda bütün ruzilərə şamildir. İstər yemək və geyim, istərsə də elm və bilik nemətləri yalnız və yalnız Allahın əlindədir. İnsan çalışıb zəhmət çəkməli, vəzifəsini icra etməlidir. Ruzini verən isə Allah-təaladır. Bəziləri heç bir zəhmət çəkmədən var-dövlət qazanır, elə bir məqama çatırlar ki, ağıllarına belə gəlməzdi. Allahın Rəsulu (s) buyurur: «Bəzən Allah-təala sizin üçün əlverişli fürsətlər yaradır».(«Biharul-ənvar» 71-ci cild, səh.321.)Yəni elə fürsətlər yarana bilər ki, insan ağlına gəlməyən nemətlər əldə edər. Belə də olur ki, bəziləri zəhmət çəkmədən çox üstün bir ruhi hal tapırlar. Amma elələri də var ki, gecə ibadətini yerinə yetirmək üçün çalışmalarına baxmayaraq, bu işdə müvəffəq ola bilmirlər.
    Əlbəttə ki, istənilən nəticənin əldə olunmaması o demək deyil ki, biz vəzifəmizdən əl çəkməliyik. Məsələn, bir şəxs desə ki, mən ibadətdə hal tapa bilmədiyim üçün ibadət etmirəm, onun bu mövqeyi heç vəchlə qəbul oluna bilməz. Çalışıb müəyyən işləri görmək insanın vəzifəsidir və bu vəzifələr icra olunmalıdır. Nəticənin əldə edilməsi isə bir o qədər də mühüm deyil. Əsas məsələ Allahın razılığını qazanmaqdır. Öz qəlb istəyinin əksinə gedərək ibadət edən insan Allahın razılığını öz nəfsinin razılığından üstün tutur. Bu isə olduqca böyük müvəffəqiyyətdir.
    TƏHLÜKƏNİN AĞILA UYĞUN QƏBULU
    Əmirəl-möminin Əlinin (ə) vəsiyyətinin sonrakı hissəsində iki gözəl təbir bəyan olunmuşdur. Bu təbirlər zahirən bir-birinə uyğun deyil. Həzrət (ə) buyurur: «Daha çoxa çatmaq ümidi ilə özünü böyük təhlükəyə atma». Digər bir tərəfdən isə qeyd olunur ki, tacir özünü təhlükəyə atmışdır. Bəli, bəzən ticarət zamanı sərmayə də əldən çıxa bilər. Daha çox qazanmaq istəyən adam əlindəki mayanı da itirər.
    Mümkün şübhələri aradan qaldırmaq üçün, təfsirçilərin bildirdiyi kimi, hər iki kəlamı ayrı-ayrı vəziyyətlər üçün nəzərdə tutmalıyıq. Yəni birinci buyuruq bir şəraitə, ikinci buyuruq isə başqa bir şəraitə aiddir. Birinci buyuruqdan belə bir nəticə alınır ki, düzgün hesabat aparmamış, xam xəyallara qapılaraq, əldəki işi buraxıb, daha böyük qazanc ardınca qaçmamalıyıq. Həzrət (ə) diqqətimizə çatdırır ki, məbada, tamahkarlıq ucbatından hesab-kitabsız xülyalara qapılaq. Bu halda insan əlində olan sərmayədən də məhrum olur. «Tacir özünü təhlükəyə atmışdır» buyuruğunda isə qəflət ucbatından nəzərdən qaçırılmış təhlükələrdən söhbət gedir. İstənilən bir məqsədə doğru hərəkət edən yolçu üçün təhlükələr mövcuddur. Sadəcə, bu təhlükələr iki qrupa bölünür. Hesab-kitablı tacir gözəl anlayır ki, onun işində müəyyən itkilər ola bilər. Amma bu itkilər onu yolundan döndərmir. Çünki bütün işlərdə müvəffəqiyyətsizlik mümkündür. İkinci mərhələdə bəyan olunur ki, bütün dünya işlərinin, eləcə də ticarətin təbii itkiləri mövcuddur. Məsələn, əkinçi torbasındakı buğda dənəsini torpağa səpməsə, məhsul götürə bilərmi?! Sözsüz ki, yox! Bu dənələrin göyərməyəcəyi ehtimal olunsa da, iş dayandırılmamalıdır. Əgər toxumun göyərməyəcəyi ehtimalını nəzərə alaraq bütün əkinçilər işlərini dayandırsalar çoxsaylı problemlərlə üzləşərik. Belə vəziyyət ticarətdə də mövcuddur. Ticarətə başlayan şəxs ehtimal verir ki, sərmayəsi əlindən çıxa bilər. Bununla belə, işə başlayır. Ticarətdə zərər ola bilər deyə, kimsə ticarətlə məşğul olmasa, cəmiyyətin bir sıra ehtiyacları təmin olunmamış qalar. Əgər ticarət, alış-veriş olmasa, insanlar bu işdəki faydalardan məhrum qalarlar. Bu işdəki zərər ağıla uyğundur. Çünki bu zərər işin təbiətindədir və dəqiq hesabatlara əsasən qəbul olunur. Amma heç bir dəqiq hesabat aparmadan yalnız xam xəyallar əsasında hərisliklə təhlükələrə qucaq açmaq qəbul edilmir və məzəmmət olunur. Çünki belə hallarda nəinki qazanc olmur, hətta bəzən sərmayə də əldən çıxır. Beləcə, ağıla əsaslanaraq təhlükələri qəbul etmək yaxşı, xam xəyallar əsasında təhlükələrə qucaq açmaq isə pisdir.

    Category: Əbədi öyüd (ikinci cild) | Views: 797 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024