İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 23 » Əbədi öyüd (ikinci cild)
    8:29 AM
    Əbədi öyüd (ikinci cild)
    OTUZ BEŞINCI DƏRS
    DOSTLUQ QAYDALARI (2)
    «Bağlandıqdan sonra qırılmaq, qardaşlıqdan sonra cəfa, dostluqdan sonra düşmənçilik, sənə arxayın olana xəyanət və sənə etimad edənə hiylə gəlmək necə də pisdir. Qardaşından qırılmaq (uzaqlaşmaq) istəyəndə (geriyə dönməyə) yer qoy ki, əgər bir gün həqiqət aşkar olsa, (dostluğa) geri dönmək mümkün olsun. Sənə olan xoş gümanı (əməl ilə) təsdiq et. Qardaşının haqqını ona olan dostluğa görə zay etmə. Haqqını zay edəcəyin kəs sənə dost deyil. Məbada, əhlin sənin yanında ən bədbəxt adamlar olsunlar».(«Nəhcül-bəlağə».)
    Vəsiyyətnamənin bu hissəsində Əmirəl-möminin Əli (ə) ictimai əxlaq və ünsiyyət qaydaları mövzusunda danışır. Əvvəllər qeyd olunduğu kimi, Həzrət (ə) öz tövsiyyələrini ali əxlaqi xüsusiyyətlərə malik olan imam Həsənə (ə) ünvanlamışdır. Əslində Həzrət (ə) ictimai həyatda müvəffəq olmaq istəyən bütün insanlara müraciət edir. Onun buyuruğu insani dəyərlərə əməl etmək istəyən bütün insanlara aiddir. Ona görə də deyilmiş sözlər təkcə möminlərə və Allaha etiqadı olanlara ünvanlanmır. Buyuruqların faydası daha geniş kütlələr üçün nəzərdə tutulur. İstənilən bir şəxs bu tövsiyyələrdən istifadə edərək onun faydalarını əldə edə bilər. İstər imanlı, istərsə də imansız şəxs bu tövsiyyələrə əməl etməklə bir çox faydalara çata bilər. Əlbəttə ki, bu nəsihətlərə Allaha yaxınlaşmaq məqsədi ilə əməl edən imanlı insanlar bütün həyatlarına ibadət rəngi vermiş olurlar. Onlar ali məqsədə doğru irəliləyir və hər bir əməlləri ilə Allaha yaxınlaşmaq istəyirlər. İmandan məhrum insanlar isə bu tövsiyyələrdən yalnız dünya həyatında faydalana bilərlər. Onlar imanlı insanlar kimi böyük nəticələr əldə edə bilməsələr də, ideal dünya həyatına müvəffəq olurlar. Bir sözlə, söhbətin mövzusu, ünsiyyət qaydaları, ictimai yaşayış ayinləri və başqaları ilə davranış tərzidir.
    ÇİRKİNDƏN DƏ ÇİRKİN
    Ötən bəhslərdə dostlarla ünsiyyət, əməli hikmətlər haqqında danışıldı. Eləcə də, başqaları ilə ünsiyyətin necəliyi, dost seçimi tərzi, dostla davranış, səmimiyyətin yaranması və meyarı kimi məsələlər bəyan oldu. Həmçinin, dostların qarşılıqlı vəzifələri haqqında tövsiyyələr verildi. İndi isə Həzrət (ə) dostluq qaydaları və ayinləri haqqında öyüdlərini verir.
    İctimai həyata ilk qədəmlərini atan insan bir sıra dəyərlərə əməl etməli, yaxşı dostlar seçməyə çalışmalı, ətrafdakılarla mehriban olmalı, ehsan etməli və xeyirxahlıq göstərməlidir. Amma ictimai həyata daxil olduqdan, dost seçdikdən, ictimai mövqe qazandıqdan sonra əvvəlki vəzifələrlə kifayətlənmək olmaz və daha ciddi vəzifələr barədə düşünmək lazımdır.
    İctimai həyata ilk qədəmlərini atdıqda insana çoxları nəsihət edir ki, dost seçimində diqqətli olsun və yaxşı dostlar seçsin. Bəli, ictimai həyatda özünə elə şəriklər və dostlar seçməlisən ki, çatmaq istədiyin məqsədlərdə sənə köməkçi olsunlar. İkinci mərhələyə qədəm qoymuş insan isə artıq cəmiyyətin qayda-qanunları ilə tanış olmuşdur. Artıq o dost seçmiş, bir çox insanlarla ictimai əlaqələr qurumuş, hansısa bir mövqe tutmuşdur. Kimlərsə ona arxayındır və onu etibarlı hesab edir. Sözsüz ki, bu mərhələdə insanın vəzifələri daha ağırdır.
    İlkin mərhələdə insan dost seçimində diqqətli olmasa, şübhəsiz ki, məzəmmət olunacaq və bir çox zərərlərlə üzləşəcəkdir. Amma yaxşı dostu tapdıqdan sonra onu itirmək daha çox məzəmmətə səbəb olur. İnsan bəzən müsbət işlər görmədiyi üçün, bəzən isə əldə etdiyi faydaları əldən verdiyi üçün məzəmmət olunur. Aydındır ki, ikinci əməlin məzəmməti daha ağır olur.
    Bu hissədə Əmirəl-mömininin (ə) buyuruğu insanın yaxşı dostlar seçməsi məsələsini əhatə edir. Yaxşı dostlar tapdıqdan sonra onların qədrini bilməyib itirənlərə, başqalarının inamı müqabilində xəyanət edənlərə müraciət olunur. Əlbəttə ki, əvvəlcədən yaxşı bir dost seçilməməsi bu dostu itirməkdən daha yaxşıdır. «Bağlandıqdan sonra qırılmaq, qardaşlıqdan sonra cəfa necə də pisdir». Dostsuz və ictimai dayaqlarsız bir həyat tərzi, sözsüz ki, yanlış bir yoldur. Bundan da pis odur ki, dostu seçdikdən sonra dostluq əhdini sındırıb, dostluq rabitələrini qırasan.
    «Qardaşlıqdan sonra cəfa necə də pisdir». İnsan dostu seçib, qardaşlıq əlaqələri qurduqdan sonra həmin dosta cəfa edirsə, qardaşlıq hüquqlarını pozursa, bu iş əvvəlcədən dostsuz qalmaqdan daha pisdir. Dost sərmayəsi də başqa sərmayələr kimi qorunmalı və möhtərəm sayılmalıdır. Belə bir sərmayəni qazanmamaq pis, onu itirmək isə daha pisdir. Necə ki, dostluqdan sonra düşmənçilik birbaşa düşmənçilikdən daha çirkindir.
    «Sənə arxayın olana xəyanət necə də pisdir». Şübhəsiz ki, istənilən bir şəxsə xəyanət çirkin işdir. Amma sizi etibarlı sayan adama qarşı xəyanət daha pis və daha çirkindir. Xəyanət də növbənöv olur. Bəzən başqalarının hüquqları pozulur, bəzən isə xalqın malı qəsb olunur. İnsan ictimai mövqe qazandığı vaxt xalq ona etimad göstərir və bəzi işlərdə ona müraciət edərək öz var-dövlətini, ləyaqətini ona tapşırır. Əgər belə bir şəxs xəyanət etsə, bu xəyanət adi bir insanın, yəni hələ ki ictimai mövqe qazanmamış şəxsin xəyanətindən qat-qat pisdir.
    Söhbətin əvvəlində qeyd olunduğu kimi, Həzrətin (ə) nəsihətlərinin ünvanı bütün cəmiyyətdir və bu nəsihətlər hamı üçün xeyirlidir. Amma mömin şəxs Allaha yaxınlıq məqsədi ilə bu buyuruqlara əməl etsə, dünyəvi faydalardan başqa, axirət savabları da qazanar. İmanlı şəxs bu tövsiyyələrə əməl edərək dünya həyatında tərəqqi etməklə yanaşı, axirət səadətini də əldə edir. Amma Allaha və qiyamət gününə inanmayan insan bu göstərişlərə dünya səadəti xatirinə əməl edə bilər və bu yolla öz dünya həyatını sahmana salar.
    DOSTLUĞUN SƏRHƏDDİ VƏ SƏMİMİYYƏT ÖLÇÜSÜ
    Bu nəsihətlərin məqsədlərindən biri də bizi qəflət yuxusundan oyatmaqdır. Çünki bir çox hallarda biz bu işlərdən qəflətdə qalırıq. Amma çoxları bu məsələlərdən xəbərdardır. Bu nəsihətlərin əksəriyyətinin qayəsi düzgün təsəvvür olunsa, hər kəs anlayar ki, məsələ Əmirəl-mömininin (ə) buyurduğu kimidir və heç bir dəlilə ehtiyac qalmaz. İnsanlar gözəl bilirlər ki, əmanətə xəyanət etmək olmaz. Əmanətə xəyanət çirkin bir işdir və bu həqiqəti hamı başa düşür. Demək, bu nəsihətlərdə əsas məqsəd bizim bu məsələlərə çox vaxt diqqətsiz olmağımız və ya onlara münasibətdə ifrata və təfritə varmağımızdır. Məsələn, Həzrət (ə) buyurur ki, dostun varlığı insan üçün bir zərurətdir. İnsan özünə dostlar seçməli və onlarda həm dünyəvi, həm də dini işlərində istifadə etməlidir. Bu dostlarla səmimi olmaq lazımdır. Bəziləri bu məsələyə münasibətdə ifrata düçar olurlar, bəziləri isə təfrit yolunu gedir, dostluq məsələlərinə bir o qədər də ciddi yanaşmırlar. Bəziləri dostluqda sərhəd tanımır, bütün sirlərini açır. Onların dostluq rabitələri bir o qədər də möhkəm olmadığından daim qorxu hiss edirlər.
    Çox vaxt hansısa hadisələr ucbatından bu dostluqlar puça çıxıb gedir. Dostluğun düşmənçiliyə çevrildiyi hallar da olur. Belə hallarda dosta açılmış sirlər onun əlində vasitəyə çevrilir. Demək, sirrini açan şəxs uyğun dostluğun möhkəmliyini və səmimiliyini düzgün qiymətləndirməmişdir, ağlına gəlməmişdir ki, bir gün bu dostluq düşmənçiliyə çevrilə bilər. Bəli, dostluq düşmənçiliyə çevrilən vaxt tərəflər bir-birlərinin sirrindən silah kimi istifadə edə bilərlər. Ona görə də dost seçimində diqqətli olmaq tapşırılır, hətta buyurulur ki, bəzi sirlərinizi dosta da açmayın. İnsan ehtiyatlı olmalı, sirlərini hər adama etibar etməməlidir. Uzun müddət dostluqdan, dosta inandıqdan, onun vəfadarlığına əmin olduqdan sonra yalnız bəzi sirləri ona açmaq olar. Hansı ki, çoxları dostluğun başlanğıcında hələ qarşı tərəfin səmimiyyətinə əmin olmamış öz sirlərini açır. Bu məsələ olduqca incə bir nöqtədir. Təəssüf ki, çox vaxt bu məsələdən qəflətdə qalırıq. Yalnız onun mənfi nəticələri ilə qarşılaşdıqdan sonra peşimançılıq çəkirik. Bir şəxslə dost olan zaman bu dostluğun şirinliyinə xatir bütün sirləri faş etmək yanlış addımdır. Elə bilməyin ki, sirlərin açılması dostluğun şərtlərindəndir. Belə bir təsəvvür əqlə ziddir. Uzaqgörən insan heç vaxt belə bir hərəkətə yol verə bilməz. Eləcə də, dostluğu bildirmək üçün düzgün meyar seçmək lazımdır. Məhəbbət və dostluq həmin meyarlara görə qiymətləndirilməlidir. Hətta məhəbbəti bildirməyin də həddi, ölçüsü var. Əgər məhəbbəti ölçü-biçisiz açıqlamaq düzgün deyilsə, demək, sirlərin açılması kökündən yanlışdır və bu addım insanın həyatını puça çıxara bilər.
    Aydındır ki, bu qaydalara riayət olunması düşmənçilik zamanı da zəruridir. Düşmənçiliyi bildirərkən insan qəlbindəki bütün kin-küdurəti açıqlamamalı, hansısa bir hədd gözləməlidir. Çünki bu halda qarşı tərəfin düşmənçiliyi elə güclənə bilər ki, təkrar dostluq üçün zərrəcə imkan qalmaz.
    Bir sözlə, heç vaxt dosta məhəbbəti və düşmənə nifrəti ölçü-biçisiz açıqlamamalıyıq. İnsan həmişə öz məhəbbətinin və nifrətinin bir hissəsini qəlbində saxlamalıdır ki, gözlənilməz vəziyyət, peşimanlıq yarandıqda tutduğu mövqedən geri çəkilə bilsin. İstənilən bir dəlillə düşmənçiliyə başladığınız vaxt ifrata varmayın ki, təkrar dostluğa yer qalsın. Bütün hallarda ehtiyatlı olmaq lazımdır. Dostla elə rəftar etməyin ki, bir gün bu münasibətlər pozulsa, o sizin sirlərinizdən istifadə edib, zərər vura bilsin. Demək, istər dostluğa, istər düşmənçiliyə münasibətdə hədd gözlənilməli və münasibətlər dəyişəcəyi təqdirdə yeni mərəhələyə keçmək üçün hazırlıqlı olmalıyıq.
    Əmirəl-möminin (ə) buyurur: "Qardaşından qırılmaq, uzaqlaşmaq istəyəndə geriyə dönməyə yer qoy ki, bir gün həqiqət aşkar olsa, dostluğa qayıtmaq mümkün olsun.”
    Təsəvvür edin ki, bir şəxslə uzun müddətdir dostsunuz. Amma elə bir məqam gəlib çatıb ki, onun təqvasız olduğu üzə çıxıb, artıq bu şəxslə dostluğu davam etdirmək fikrində deyilsiniz. Beləcə, qəlbinizdən dostluq hisslərini çıxarır və dostluq rabitələrini qırırsınız. Bəzən də iki nəfərin dostluğu yalnız dünya işləri üzərində qurulur. Ona görə də onlar maddi zərər qorxusu olduqda bu dostluğu dərhal pozurlar. Həzrət Əli (ə) buyurur ki, dostunuzdan ayrılmaq istədiyiniz vaxt elə rəftar etməyin ki, yenidən dostlaşmaq mümkünsüz olsun. Geriyə dönüb dostluğu bərpa etmək üçün yol qoymaq lazımdır. Dostdan ayrılarkən dostluq körpülərini uçurmayın. Olsun ki, bir gün bu körpülərlə əvvəlki dostluğa qayıtmaq istəyəsiniz. Az olmur ki, insan pozulmuş dostluğu bərpa etmək istəyir. Ona görə də bütün dostluq və məhəbbət yollarını birdəfəlik bağlamayın.
    İTTİHAM MÖVQEYİNDƏN ÇƏKİNMƏK
    İctimai həyatda mühüm məsələlərdən, ünsiyyət qaydalarından biri də ittihamçılıqdan çəkinməkdir. İnsan ictimai həyatda və başqaları ilə münasibətdə pis fikir doğura biləcək şəkildə rəftar etməməlidir. Ölçü-biçisiz hərəkətlər çox vaxt ətrafdakıların ittihamına səbəb olur. İnsan yalnız Allahın razılığını düşünməklə yanaşı, başqalarında şübhə yaradacaq hərəkətlərə də yol verməməlidir. Diqqətli olmalıyıq ki, «xalqın mühakiməsi» ilə «xalqın razılığı» məfhumları arasındakı fərqi görə bilək. Pis fikir, bədbinlik, sui-zənn xalqın mühakiməsi nümunələridir. İnsan başqalarının yersiz mühakimə yürütməsinə şərait yaratmamalıdır. Bununla yanaşı, başqalarının razılığı üçün çalışmamalıyıq. Yalnız Allahın razılığını qazanmaq istəyənlər düzgün yoldadırlar. Bəzən insanların istəyi Allahın istəyindən fərqlənir. İnsanlar bəzən yersiz mühakimələr yürüdür, nahaq tərif və nahaq ittihama cəhd edirlər. Demək, insan öz əməlləri ilə xalqın diqqətini cəlb etməyə çalışmamalı, eyni zamanda, ehtiyatlı olmalıdır ki, xalq ona münasibətdə bədbin olmasın. Yəni xalqın razılığı üçün çalışmamaq ayrı bir məsələdir, bədbinliyə şərait yaratmamaq isə başqa bir məsələ. Allahın razılığını qazanmaq bütün hallarda zəruridir. İnsan daim düşünməlidir ki, onun hərəkətləri Allahın razılığına uyğundur, yoxsa yox? Bu mövzunu açıqlayan rəvayətlər çoxdur və ilkin söhbətlərimizdə bu barədə danışmışdıq. Olsun ki, bu rəvayətlərin arasında diqqəti ən çox cəlb edən imam Baqirin (ə) Cabir ibn Yəzid Cöfiyə buyuruğudur. Bu rəvayəti əvvəlki söhbətlərimizdə xatırlamışdıq. Əməl və rəftarlarımızı dəyərləndirmə ölçüsü xalqın münasibət yox, Allah-təalanın mühakiməsidir. Xalqın rəyi dəyər ölçüsü olmamalıdır. İnsan öncə Allah-təalanın, sonra isə Peyğəmbər (s) və Əhli-beytin (ə) buyuruqlarını rəhbər tutmalı və bu göstərişlər əsasında öz əməllərini qiymətləndirməlidir.
    Xalqın razılığı ardınca qaçmağa dəyməz. Əslində belə bir əməl bir növ şirkdir. Şirk Allaha şərik qoşulmasıdır. Bizə tapşırılan isə xalqın sözünü əsas götürmək yox, xalqın yersiz ittihamları üçün şərait yaratmamaqdır. İnsan öz həmnövlərinin tərif və təşəkkürünü qazanmaq fikrində olmamalıdır. Mömin və müvəhhid şəxs hər zaman öz işlərində Allahın razılığı intizarında olmalıdır. Əgər bir şəxs Allahın razılığını qazana bilsə, insanların qəlbini ondan razı salmaq Allah üçün çətin deyil. Qurani-kərimdə oxuyuruq: «Həqiqətən, iman gətirib, yaxşı işlər görənlər üçün Allah-təala qəlblərdə bir sevgi yaradacaqdır».(Məryəm surəsi, ayə 96) Mömin insan öz işlərində xalqın razılığını gözləməməli, daim Allahın razılığı intizarında olmalıdır. Allah-təala qəlblərə hakimdir və lazım bildiyi vaxt bir bəndəsinin məhəbbətini başqalarının qəlbində yerləşdirir. Eləcə də, mömin öz ölçü-biçisiz rəftarları ilə özünə qarşı bədbinlik yaratmamalıdır. İttihamlar, sui-zənnlər, bədbinliklər üçün şərait yaradılmaması xalqın razılığını düşünmək deyil.
    Həzrətin (ə) bu kəlamının dərinliyindən, eləcə də, əlaqədar ayələrin əsil mahiyyətindən xəbərsiz olanlarda yanlış təsəvvür yaranır. Onların nəzərincə, nəfslə mübarizə başqalarının qınacağına səbəb olan bir işdir. «Məlamətiyyə» adlanan bu sünni qrup güman edir ki, nəfs ilə mübarizə yolu xalq tərəfindən bəyənilməmək və pis tanınmaqdır. Onların fikrincə, belə bir iş Allaha yaxınlaşma səbəbidir. Nəfsin bu sayaq islah yolunu ilahi yol saymaq olmaz. Allah-təala öz mömin bəndəsinin cəmiyyət tərəfindən ittiham olunmasını istəməmişdir. İnsanların bir-birlərinə qarşı xoş münasibətdə olması ictimai həyatın zərurətlərindən və müsəlmanlıq ləyaqətlərindəndir. İlahi təlimlər və səmavi bildirişlər mömin şəxsə icazə vermir ki, özü öz əli ilə şəxsiyyətini alçaltsın, başqalarının bədbinliyinə səbəb olsun.
    HÖRMƏTİN QORUNMASI ZƏRURƏTİ
    Allah-təala icazə vermir ki, mömin şəxs özünü abırdan sala və ya başqalarına ehtiramsızlıq göstərə. Mömin şəxsin hörməti gözlənilməlidir. Başqalarına səni hörmətdən salmaq icazəsi verilmədiyi kimi, sən də öz hörmətini və digər möminlərin hörmətini qorumalı, sui-zənn və yersiz ittihamlara yol açmamalısan. Mömin şəxs ittiham üçün şərait yaratmamalıdır. Eləcə də, başqaları ittiham olunmamalıdır. Əlbəttə ki, bu iki qaydaya əməl etmək çox çətindir. Bir tərəfdən xalqın razılığını güdməməli, digər tərəfdən onların bədbin olması üçün şərait yaratmamalıyıq. Bu sərhədləri dəqiq qorumaq asan deyil. İnsan öz eyb və günahlarını gizlətməlidir. Xalqdan gizli qalmış eyblərimizi açıqlamağa ixtiyarımız yoxdur. Bu qaydaya riayət edilsə, insana qarşı müsbət fikir yaranar. Bu, ilahi bir nemətdir və bu nemətin qədrini bilmək lazımdır. Xalqın etimadı adlı nemətdən maddi və mənəvi fəaliyyətlərdə bəhrələnmək lazımdır. Dostların və müsbət fikirli xalqın varlığı ilahi hədəflərə çatmaqda yardımçı ola bilər.
    Əgər haqqınızda ictimai rəy müsbət olarsa, xalq sizə inanarsa, bu inam sizi yaxşılığa vadar edər və çalışarsınız ki, insanların rəyini doğruldasınız. Əgər sizə aid edilən kamillik və gözəl xasiyyətlər sizdə yoxdursa, bu sifətləri əldə etməyə çalışın. Əgər xalq düşünürsə ki, siz ibadət və təqva əhlisiniz, bu rəyləri həqiqətə çevirməyə səy göstərin. Əgər sizi doğruçu hesab edirlərsə, çalışın ki, yalan danışmayıb, dilinizi əsassız sözlərdən qoruyasınız. Bir sözlə, xalqın müsbət rəyi nemətini əldən çıxarmayın. Xüsusi ilə, ictimai mövqeyə malik insanlar üçün xalqın müsbət fikri olduqca əhəmiyyətli sərmayədir. Ona görə də xalqın xoş gümanını qoruyun, xalqın arzuladığı və Allahın razı qalacağı rəftar sahibi olun.
    Sözsüz ki, mömin, müvəhhid, kamil imana malik insanlara belə tövsiyyələr verməyə ehtiyac yoxdur. İmam Həsən (ə) isə bu kamil sifətlərin nümunəsidir. Pak insana «xalqın arzuladığı kimi ol» demək yersizdir. Çünki bu insan Allaha xatir özünü çirkinliklərdən pak etmiş və xalqın müsbət rəyini əvvəlcədən qazanmışdır. Əvvəldə qeyd etdiyimiz kimi, vəsiyyətnamədəki bu tövsiyyələr bütün xalqa ünvanlanmışdır. Çünki adi insanlara büdrəmələr, xətalar labüddür və başqaları bu nöqsanlardan xəbərsiz ola bilərlər. Yalnız belə insanların xalqın arzusuna uyğun rəftara çalışması məntiqi olar.
    DOSTLUĞUN BƏLASI
    Dostluq dünyasının dəqiq və incə nöqtələrindən biri həyatın bütün eniş-yoxuşlarında dostluq hüquqlarına riayət etməkdir. İnsan biri ilə dost olduğu vaxt bəzən bu dostluq sayəsində öz dostunun hüquqlarına diqqətsiz olur. Belə olduqda dost dostun hüquqlarını dəqiq yerinə yetirmir. Mömin dostun hüquqlarından biri budur ki, başqalarının hüzurunda onun hörməti qorunsun. Ehsan edilərkən hamıdan əvvəl dost nəzərə alınmalıdır. Dost möhtacdırsa, təcili surətdə onun ehtiyacı ödənməlidir. Təəssüf ki, bəzən dostluqda səmimiyyət elə bir həddə çatır ki, insan dostluq vəzifələrini unudur. Hətta bəzən dostun özü də unudulur.
    Belə bir münasibəti doğuran həddi aşmış səmimiyyətdir. Çünki çox səmimi olan insanlar bir-birlərinə qarşı o qədər də diqqətli olmurlar. Beləcə, bir çox qarşılıqlı hüquqlar kölgədə qalır. Məsələn, səmimi münasibətdə olan insanlar bir-birlərinə «sən» deyə müraciət edirlər. Bu sayaq rəftara adət edənlər başqaları ilə ünsiyyətdə olarkən eyni cür müraciət edirlər. Unutmamalıyıq ki, belə bir rəftar insanların bir-birlərinə qarşı diqqətsizliyi ilə sonuclanır. Aydındır ki, insanlar arasındakı səmimiyyət hüquqların pozulması ilə müşayiət olunmamalıdır. İnsan insana qiymət verməli və hədlərə riayət etməlidir. Səmimiyyəti hörmətsizliyə, ictimai hüquqların pozulmasına çevirmək olmaz. İctimai həyatda hər bir insanın öz mövqeyi və hüquqları vardır. Uyğun hüquqlar və ictimai mövqe gözlənilməlidir.
    Bu qaydaya, mühüm əxlaqi nöqtəyə hətta ailə daxilində də əməl olunmalıdır. Ərlə arvadın səmimiyyəti təbii bir gerçəklikdir. Amma bu səmimiyyət ailə daxilində hüquqların pozulması ilə nəticələnməməlidir. İctimai ehtiram zərurətinə görə insan başqalarının yanında öz həyat yoldaşına hörmətlə yanaşmalı, onunla nəzakətli davranmalıdır. Ərlə arvad ikilikdə olduqda bir-birlərinə istədikləri kimi müraciət edirlərsə, bu o demək deyil ki, xalqın gözü qarşısında da eyni münasibətdə olmalıdırlar. Övladların, qohum-əqrəbanın yanında ərlə-arvad bir-birlərinə nəzakətlə müraciət etməli, hörmətlə davranmalıdırlar.
    Unutmayaq ki, bütün məqamlarda sərhədlər mövcuddur və bu sərhədlər qorunmalıdır. İki nəfər arasındakı səmimiyyət onlara icazə vermir ki, bir-birlərinə hörmətsizlik göstərsinlər. Sərhədlərin pozulması münasibətlərin pozulması ilə nəticələnə bilər. Məsələn, dostluğu bəhanə edərək dostun haqqını yerinə yetirməsək, az sonra bu dostluqdan əsər-əlamət qalmaz. Həzrət (ə) buyurur: «Qardaşının haqqını ona olan dostluğa görə zay etmə». Yəni aranızdakı səmimiyyətə arxalanaraq, onun hüquqlarını pozmamalısınız. Şəksiz ki, dostun da öz hüquqları var və bu hüquqlara riayət olunmalıdır. Səmimiyyətin öz yeri, hüquqlarınsa öz yeri var. Əgər dostunun hüquqlarına əməl etməsən, şübhəsiz ki, bu dostluğa zərbə vurmuş olacaqsan. Filankəs mənim dostumdur deyə onun hüquqlarını tapdamaq tamamilə məntiqsiz bir hərəkətdir. Əgər bir şəxslə dostsansa, onun hüquqlarına hökmən riayət et. Vəsiyyətnamədə oxuyuruq: «Haqqını zay edəcəyin kəs sənə dost deyil».
    MƏSULİYYƏTLƏRƏ MÜNASİBƏTDƏ ORTA HƏDD-«ETİDAL»
    Bu məqamda digər bir əhəmiyyətli, həssas məsələ vəzifələrin icrasında və hüquqların qorunmasında «etidalın», yəni orta həddin gözlənilməsidir. İnqilabdan sonra bir çox məsullar məhz bu əhəmiyyətli nöqtəyə diqqət yetirmədiklərindən problemlərlə üzləşdilər. Öhdəsinə ağır məsuliyyət düşən fərdlərin bir çoxu öz işinə ifrat aludə olduğundan öz yaxınlarına, ailə-övladlarına münasibətdə etidalı gözləyə bilmədilər. Çoxları məşğulluq səbəbindən sübh evdən çıxıb, evə gecəyarı qayıtdıqlarından öz övladlarının haqqını yerinə yetirə bilmədilər. Fədakar şəhidlərdən biri buyururdu ki, səhər uşaqlar yuxuda ikən evdən çıxar, gecə onlar şirin yuxuda olarkən evə qayıdardım. İşin çoxluğu səbəbindən insan öz ailə-övladlarının hüquqlarından xəbərsiz qalır, ailəyə aid vəzifələrini yerinə yetirə bilmir. Ağır ictimai vəzifələri öhdəsinə almış insan, ailəsi, övladları, valideynləri qarşısındakı vəzifələrini yerinə yetirməkdə aciz olur. Bəli, insan, adətən, bir işə məşğul olarkən ikinci vəzifəsinə bir o qədər də diqqət yetirə bilmir, ya da bu vəzifəni tamamilə unudur. İctimai məsələlər onun başını elə qatır ki, öz ailə problemlərinin həllinə vaxt ayıra bilmir. Bu nöqtəni daim xatırlamağa ehtiyac duyulur. Ona görə də Əmirəl-möminin (ə) buyurur: «Məbada, əhlin sənin yanında ən bədbəxt adamlar olsunlar». Hər birimizin ailə qarşısında vəzifələri vardır. Məbada, bu vəzifələri yerinə yetirməməklə öz ailə-övladımızı təhlükəyə ataq. Onların da hüquqları var və bu hüquqlara riayət olunmalıdır. Heç olmaya, başqalarına diqqət yetirdiyiniz qədər öz övladlarınıza da vaxt ayırın. Onlar da insandır və sizin öhdənizdə haqları var. Məbada, məşğul olduğumuz işlər bizi ailəyə münasibətdə biganəliyə sövq etsin. Bu məsələyə tələbələr, təhsil sahəsində çalışanlar xüsusi diqqət yetirməlidirlər. Bu təbəqə cəmiyyət qarşısında özünü daha məsuliyyətli hiss edir. Onlar təhsili cihad və digər ictimai məsuliyyətlər kimi vacib sayırlar. Onlar gecə-gündüz oxuyur və oxuduqları ilə kifayətlənmirlər. Zəruri həddə istirahət edir, bütün vaxtlarını elmi araşdırmalara sərf edirlər. Bu ağır məşğulluq valideynlərin, ailə övladların hüquqlarını ikinci plana keçirir. Valideynə və həyat yoldaşına münasibətdə belə diqqətsizlik göz qabağındadır.
    Təhsil məqsədi ilə başqa şəhərlərə üz tutanlar uyğun problemlə daha tez-tez üzləşirlər. Belələri, adətən, valideynlərdən və həyat yoldaşından uzaq düşürlər. Onların həyat yoldaşları kimsə ilə ünsiyyətdə olmur və tənhalıqda oturub yol gözləyirlər. Bu qəbildən olan insanlar təhsilə o qədər aludə olurlar ki, ailəyə lazımınca diqqət yetirə bilmirlər. Bəzən isə hətta valideynlərin və həyat yoldaşının halından xəbər tutmağı unudurlar. Bu insanlar üçün sanki həyatda kitab-dəftərdən başqa heç nə yoxdur. Hətta evlərinə qayıtdıqdan sonra qoca valideynə, xəstə övlada diqqət yetirmir, öz elmi araşdırmalarına məşğul olurlar. Bu insanlar valideynə, ailə-övlada və digər yaxınlara münasibətdə vəzifələrinə diqqətsiz olur, hətta onlara qismən də vaxt ayırmırlar.
    Aydındır ki, bu dövrdə təhsil cihad və digər ictimai fəaliyyətlər kimi vacibdir. Amma bilməliyik ki, haqqı boynumuzda olanlara lazımınca diqqət ayırmasaq, təhsilin də davamı faydasız olasıdır. Valideynə, ailə-övlada diqqətsizlik onlarda əsəb və digər xəstəliklər yarada bilər, müalicə isə xeyli vaxt aparar. Ən pis nəticələrdən biri isə həmin şəxslərin övladlarının islama münasibətə biganə tərbiyə olunmasıdır. Bu halda özünüz və cəmiyyətiniz üçün bəla olası bir övlad yetişdirmiş olarsınız. Məbada, ailəniz sizin yersiz hərəkətləriniz səbəbindən ən bədbəxt insanlar olsunlar. Sizin ölçü-biçisiz rəftarlarınız onları ən bədbəxt adamlara çevirə bilər. Özünüz öz əlinizlə ailə-övladınızı bədbəxt etməyin. Belə bir rəftar, şübhəsiz ki, müttəqilər imamı Əlinin (ə) tövsiyyələrinə ziddir.
    Category: Əbədi öyüd (ikinci cild) | Views: 926 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024