İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » November » 27 » Əbədi öyüd (birinci cild)
    2:52 AM
    Əbədi öyüd (birinci cild)
    YEDDINCI DƏRS
    ELM YOLU ILƏ CIHAD
    Allah yolunda lazımınca cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma, haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir, dini yaxşı öyrən, özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, səbr çox gözəl xasiyyətdir.”("Nəhcül-bəlağə”.)
    Vəsiyyətnamənin nəzərdən keçirdiyimiz hissəsində tövsiyyə olundu ki, həyat boyu ehtiyatlı olmaq, boş yerə danışmamaq, bilmədiyin mövzulara girişməmək, nahaqdan başqalarının işinə müdaxilə etməmək, nadanlıqdan həzər qılmaq, yalnız xeyir məqsədlə söz demək, şübhəli mövzulara toxunmamaq lazımdır. Deyilən sözlər "insan yalnız özü üçün yaşamalıdır” kimi yanlış təsəvvürlər yaratmasın deyə, Həzrət (ə) sözünün davamında bildirir ki, yaxşı işləri əmr, pis işləri qadağan etmək, həm əl, həm də dil vasitəsi ilə xalqı pislikdən çəkindirmək lazımdır. Həzrət (ə) ictimai məsuliyyətlərimizi xatırladır və məsuliyyətlərin insanın özünə faydasını önə çəkir.
    İCTIMAI VƏZIFƏLƏRIN YERI
    Hər şeydən qabaq bu nöqtəyə diqqət yetirmək zəruridir ki, ictimai vəzifə cəmiyyət və fərdə fərdi vəzifədən daha təsirlidir. İstər fərd, istərsə də cəmiyyət ictimai vəzifələrin yerinə yetirilməsindən faydalanır. Hər bir şəxs cəmiyyət üçün yerinə yetirdiyi vəzifədən ilkin olaraq özü bəhrələnir. İctimai vəzifənin savabı həmin şəxsə çatır. İctimai vəzifə tərk olunarsa, hamıdan qabaq onu tərk edən şəxs zərər görür. İctimai vəzifəni tərk edən şəxs həmin vəzifənin müsbət təsirindən məhrum olmaqla yanaşı, onu tərk etdiyi üçün cəzalanır.
    Maraqlıdır ki, bəzən bir ictimai vəzifə o qədər əhəmiyyətli olur ki, onu yüz ibadətlə əvəz etmək olmur. Fərdi ibadətin savabı ictimai vəzifəni təkr etməyin cəzası ilə bərabər deyil. Çünki bəzi ictimai vəzifələr, o cümlədən, əmr be mərufun bəzi mərtəbələri və Allah yolunda cihad o qədər əhəmiyyətlidir ki, onların tərk olunmasının zərəri hər hansı müstəhəb ibadətin faydası ilə müqayisə oluna bilməz. İnsanın cəmiyyət qarşısındakı vəzifəsi onun özü üçün fərdi bir vəzifədir və bu vəzifənin nəticəsi hamıdan qabaq onun özü üçün mühümdür.
    Ona görə də fərdi vəzifə kimi ictimai vəzifəyə də əhəmiyyət verilməlidir. İctimai vəzifələr sırasında əmr be məruf birinci yerdə dayanır. Bu vəzifənin heç vaxt öhdədən götürülməməsi bir daha onun əhəmiyyətini göstərir. Bu vəzifə bəzən küskünlük, bəzən moizə, bəzən başqa yollarla yerinə yetirilir. Bəzən isə bu yolda fiziki qüvvə işlədilməli, hətta insan canından keçməlidir. Əmr be mərufun ictimai mübarizə mərtəbəsi də vardır. Seyyidüşşühəda imam Hüseyn (ə) öz qiyamının məqsədini belə açıqlayır: "Həqiqətən, cəddimin ümmətinin islahı üçün qiyam etdim, istəyim əmr be məruf və nəhy əz münkərdir.”("Kələmati-imam Hüseyn (ə)”, səh. 291)Bəli, Həzrət (ə) öz qiyamının əsas səbəbi kimi əmr be məruf və nəhy əz münkəri göstərir. Bu vəzifənin özünəməxsus şəraitə malik mərtəbələri vardır.
    ÜSTÜN CIHAD
    İctimai vəzifələrin əhəmiyyətini qeyd etdikdən sonra onların bəziləri haqqında ətraflı danışmağımız yaxşı olardı. Şübhəsiz ki, namaz kimi əhəmiyyətli ictimai vəzifələrdən biri Allah yolunda cihaddır. Bu cihada kafirlərlə vuruşu misal göstərə bilərik. Amma bu cihad təkcə vuruşdan ibarət deyil. Cihadın müxtəlif şəraitlərə uyğun nümunələri vardır. Silahlı mübarizə cihadın növlərindən biridir. Cihadın elmi, mədəni, iqtisadi, siyasi növləri də var və bizim cəmiyyət bütün bu cihadlara ehtiyaclıdır. Təəssüf ki, cihadın bu növləri dərindən araşdırılmamışdır. Ayə və rəvayətlərdə geniş yer almış cihadlardan biri nəfslə cihaddır. Həzrət Peyğəmbər (s) nəfslə cihad haqqında buyurur: "Xoş o cəmiyyətin halına ki, kiçik cihadı yerinə yetirmişdir və böyük cihad qarşısındadır... Böyük cihad həmin nəfslə cihaddır.”("Kafi”, c.: 5, kitabul-cihad.)
    "Cihad”, "mücahidə” dedikdə qarşıda durmuş maneəyə müqavimət göstərilməsi nəzərdə tutulur. Cihad kəlməsini eşidərkən təsəvvürdə cəbhə və döyüş canlanır. Amma bəzən düşmən gözlə görünmür. Daha təhlükəli olan bu yağı insanın daxilində gizlənir. Həzrət Peyğəmbər (s) buyurur: "Ən yağı düşmən sənin daxilindəki nəfsdir.”("Biharul-ənvar”, c.: 70, səh. 64, rəv. 7)
    "Böyük cihad” ("cihadi-əkbər”) dedikdə nəfs istəklərinə qarşı mübarizə nəzərdə tutulur. İnsan öz nəfs istəklərinə nəzarət etməli, onların tüğyanını susdurmalıdır. Nəfslə cihad da düşmənə müqavimət göstərməkdir. Bu düşmən daxili olduğundan onunla mübarizə daha da çətindir.
    İmam rahilin cihadi-əkbər barəsində dəyərli söhbətləri vardır. Böyük inqilab rəhbəri işə öz nəfsi ilə cihaddan başlamışdır. Yalnız bu cihadda qalib gəldikdən sonra islami cəmiyyəti süqutdan xilas etmək üçün ayağa qalxmışdır. Onun buyuruqları xoşbəxtlik yolunda bizim üçün mayakdır. Həqiqi İslamı diriltmiş o ilahi insanın buyuruqlarını, kitablarını yaddan çıxarmamalıyıq. Həmin nəsihətlər daim qulağımızda sırğa olmalıdır. Hər şeydən qabaq nəfsimizlə cihada, özünü tərbiyəyə başlamalıyıq ki, siyasi, iqtisadi, hərbi, elmi və s. mübarizə meydanlarında qalib gələ bilək.
    Hövzə və universitetin məsul olduğu cihad növü "elm yolu ilə cihaddır”. Bu iş hövzə və universitet könüllülərinin, səfərbərlərinin öhdəsindədir. Yəni bu məsuliyyət özünü "İmam Zaman (ə) əsgəri” adlandıranlara aiddir. Bizlər İmam Zaman (ə) süfrəsinin ətrafından dolananlarıq. İnanırıq ki, ilahi rəhmətə qovuşmaq üçün məsum imamlar bir vasitədir. "Camee kəbirə” ziyarətində deyirik: "Yağış sizin (məsumların) pak nurunuz bərəkətindən yağır.”("Məfatihul-cinan”, ziyarəti-camiəyi-kəbirə)Bu baxımdan tələbələrin vəzifəsi çox ağırdır. Onların peşəsi, məlumatı, elmi imkanları bu yolda öndə getmələri üçün şərait yaradır. Universitet tələbələri və digər gənclər bu işdə onlara yardımçı olmalıdırlar. Bəli, elmi yolla cihad hamıdan çox ruhanilərə aid olan vəzifədir.
    ELMI MÜBARIZƏ ŞƏRAITI
    1. DÜŞMƏNI TANIMAQ
    Elmi mübarizənin şərtləri ilə tanış olaq. Əvvəla, elm və mədəniyyət baxımından düşməni tanımaq zəruridir. Düşmənin cəmiyyətə nüfuz yolları müəyyənləşdirilməlidir. Bundan sonra düşmənə qarşı münasib silah hazırlanmalıdır. Hərbi meydanda modern silahlara ehtiyac olduğu kimi, mədəniyyət hücumlarını dəf etmək üçün də xüsusi metodlara ehtiyac vardır. Bu iş elm adamlarının dini vəzifəsidir. Hazırda uyğun cəbhədə kifayət qədər qüvvəmiz olmadığından mütəxəssislərin işi çox ağırdır. Hərbi meydanda istənilən bir şəxs iştirak edə bildiyi halda elmi mübarizə meydanında yalnız təhsilli müsəlmanlar fəaliyyət göstərə bilir. Bu cihad ilk öncə dini elmi mərkəz alimlərinin öhdəsindədir. Bilməliyik ki, mədəni təcavüz Amerikanın bir ölkəyə atom bombası atmasından daha təhlükəlidir. Çünki mədəni təcavüz müsəlman gənclərin imanını, mənəviyyatını hədəfə almışdır. Təəssüf ki, bu hücumlar nəticəsində İslami dəyərlərə bir çox zərbələr yetirilmişdir. Düşmən, xalqın imanına həmlə edir, onları öz dininə, vətəninə, taleyinə biganələşdirir. Xalqı bu təhlükələrdən xəbərdar etmək, islami mədəniyyəti tanıtdırmaq iman keşikçilərinin vəzifəsidir.
    2. NIYYƏT VƏ AMIL
    Elmi, mədəni cihadın digər bir şərti ilahi niyyətdir. Uyğun vəzifə bu cəhətdən başqa vəzifələrdən fərqlənmir. İnsanın mərifəti artdıqca niyyəti xalisləşir. İşin nəticəsi iman mərtəbəsi, mərifət və xalis niyyətdən asılıdır. İnsanın cəmiyyət üçün yerinə yetirdiyi dini vəzifə yalnız o vaxt onun özü üçün faydalı olur ki, niyyət ilahi, xalis olsun. Bir şəxs var-dövlətini el yolunda xərcləyərkən niyyəti ilahi olmasa, gördüyü işdən zərrəcə xeyir götürməz. Məsələn, imkanlı bir adam yalnız ad-san, "əhsən” xatirinə xəstəxana tikərsə, həmin xəstəxanada yüzlərlə adam şəfa tapsa da, xəstəxananı tikənə faydası olmaz.
    Savaş meydanında böyük şücaətlər göstərib, şəhadətə yetişən şəxs dininə, vətəninə fayda verdiyi halda, özü öz fədakarlığından faydalanmaya da bilər. Əgər onun niyyəti ad-san olmuşsa, savabdan söhbət belə gedə bilməz. Bu barədə maraqlı bir rəvayət nəql olunmuşdur:
    Kafirlərlə döyüşlərdən birində müsəlman döyüşçü böyük şücaətlər göstərir. Həzrət peyğəmbərin (s) yanında durmuş səhabələrdən biri soruşur ki, bu döyüşçünün məqamı nədir? Həzrət (ə) "heç nə” deyə ona cavab verir. Sual verən şəxs elə düşünür ki, peyğəmbər (ə) həmin döyüşçünün fədakarlığını görməyib. Bir daha həzrətin (ə) diqqətini ona yönəldir. Həzrət (ə) buyurur: "Bəli, həmin şəxsi deyirəm. Bu cəngavərliyin onun üçün heç bir faydası yoxdur. O, camaatın tənəsindən qurtulmaq üçün cəbhəyə gəlib. O, qorxub ki, Mədinə küçələrindən keçərkən qadınların məzəmmətinə tuş gələ. Bax, həmin sözlərə görə cəbhəyə gəlib, indi isə məqsədi ad-san qazanmaqdır. Şöhrət naminə meydana girdiyindən o, heç bir savab qazanmayacaq.”
    Siyasi, iqtisadi, elmi cihadda da eyni şərtlər zəruridir. Moizə edən şəxs yalnız niyyəti xalis olduqda savab qazanır, amma moizə edənin məqsədi "əhsən” qazanmaqdırsa, bu şəxs heç bir savab əldə edə bilmir. Başqaları onun moizəsindən faydalanıb, elmi məqama çatsalar da, vaizin özü üçün heç bir savab yoxdur.
    3. ELMI FƏALIYYƏTLƏRIN EHTIYACLARA UYĞUNLUĞU
    Deyilənlərdən əlavə, elm və mədəniyyət mübarizəsində könül istəyi yox, vəzifəyə əməl etmək lazımdır. Din təhlükədə olduğu vaxt məscid divarlarının naxışına görə narahat olmamalıyıq. Dinin sütunları uçulursa, onun zahirinə görə narahat olmağa dəyməz. Əgər həqiqətən Allaha xatir elm öyrəniriksə, əvvəlcə cəmiyyətin hansı elmə ehtiyaclı olduğunu müəyyənləşdirməliyik. O elmi öyrənmək lazımdır ki, həmin elm olmasa xalqın imanı üçün təhlükə yaranar. Görən təhsilimiz və işimiz Allaha görədirmi? Yarımçıq qalmış işləri tamamlamağın şəri əsası varmı? Bəli, elm və mədəniyyət mübarizəsində əvvəlcə ilahilik nəzərdə tutulmalı, sonra işə başlanılmalıdır. Yəni elə iş və elə dərs seçilməlidir ki, cəmiyyətin ehtiyacları ödənsin.
    MƏDƏNIYYƏT CIHADININ BƏLALARI
    1.DÜŞÜNCƏ XƏTALARI
    Elmi və mədəni fəaliyyətlərin böyük bəlalarından biri vəzifə müəyyən olunduqdan sonra insanın mənfi təsir altına düşüb süstləşməsidir. Məsələn, insan bir qədər yubanıb, öz məqsədini araşdırsa, elə bir nəticəyə gələ bilər ki, bu nəticə onu razı salmaz. "İnşaəllah, qəbul olar,” deyib, aldığı nəticəyə göz yumar. Hansı ki, nəticələr göstərmişdi ki, məqsəd düzgün seçilməmişdir. Bir sözlə, insan həqiqətdən uzaq düşməmək üçün bütün istəklərini yaxşıca götür-qoy etməlidir.
    2. ƏMƏL XƏTALARI
    İnsanın seçiminə ictimai rəy böyük təsir göstərir. Onun qərarında xalqın münasibəti mühüm rol oynayır. Məsələn, bəzən insan yalnız başqalarının diqqətini cəlb etmək, "əhsən” qazanmaq üçün meydana atılır. Afərinlər onun gördüyü işə daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün müəyyən işlər tərk olunur. Bəs həqiqət haradadır? İnsan hansı yolu seçməlidir? İnsan vəzifəsini, yoxsa xalqın bəyəndiyi işi yerinə yetirməlidir? Bəzən insan agah şəkildə hər hansı bir işi özü üçün vəzifə seçir. Amma ailə üzvləri bu işi bəyənmir, müqavimət göstərirlər. Bu halda vəzifə nədir? İnsan hansı həddə müqavimət göstərməlidir? Qurani-kərimdə bu məsələ ilə bağlı buyurulur: "Ey iman gətirənlər, hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərlə mülayim, kafirlərlə sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar...”("Maidə”, ayə 54) Uyğun təbirlə həzrət Əmirəl-mömininin (ə) vəsiyyətnaməsində də rastlaşırıq: "Allah yolunda lazımınca cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma...” Allah yolunda cihad vəzifəsini kamil şəkildə yerinə yetirin. Vəzifənizin icrası yolunda malınızı, canınızı, hörmətinizi əsirgəməyin. İnsan o vaxt vəzifəsinin ardınca gedir ki, yersiz məzəmmətləri qulaqardına vursun.
    Bu böyük bəla həm fərd, həm də cəmiyyətə öz mənfi təsirini göstərir. Bəzən düşünüb-daşınmış, dəlillərə əsaslanaraq qərara gəlmiş insan ətrafdakıların mənfi münasibəti səbəbindən süstləşərək vəzifəsini tərk edir. Bu səbəbdən də Əmirəl-möminin (ə) oğlu Həsəni (ə) həmin təhlükədən xəbərdar edir. Onu yersiz məzəmmətlərə göz yummağa çağırır.
    HƏQIQI ŞIƏ
    Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər əhəmiyyətlidir ki, məsum imamlar (ə) bu xüsusiyyəti şiəlik meyarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn Yəzid Cöfiyə buyurur: "Ey Cabir! Əgər bizim şiələrdən olmaq istəyirsənsə, elə olmalısan ki, əgər bütün şəhər əhli toplaşıb "Cabir pis adamdır, kafirdir, ona ölüm olsun” şüarını verərsə, sənin qəlbinə zərrəcə təsir edib, qorxutmasın. Hamı bir ağızdan "Cabirə əhsən” deyərsə, şad olmamalısan...”.("Tuhəful-üqul”) Sözsüz ki, belə bir ruhiyyə asan əldə olunmur. Əgər bir nəfərin məzəmməti insanı süstləşdirirsə, təbii ki, xalqın məzəmməti onun qəddini sındırasıdır.
    Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar öz ilahi vəzifəsini yerinə yetirmək üçün canını, malını, hörmətini əsirgəməsin. Əhli-beyt (ə) aşiqləri bu isar (ehtiyacı olan şeydən keçmək) ruhiyyəsini elm və mədəniyyət mübarizəsində də qoruyurlar. Onlar bütün ömürlərini İslami dəyərlərin hifzi yolunda sərf edirlər. Bu işə görə məzəmmət olunduqları vaxt süstləşmir, peşiman olmurlar. İlahi niyyətlə dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz işindən soyumur. Ona deyiləndə ki, başqa işdə qazancın çox olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən süstləşmir. Bəli, Həzrətin (ə) buyurduğu kimi, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər salmalı, Allahın razılığından kənar işlərini bir daha nəzərdən keçirməlidir. Vəzifəni müəyyənləşdirdikdən sonra heç bir tərəddüdə, süstlüyə yol vermək olmaz. Ətrafdakıların məzəmmətinə görə dini vəzifəsini tərk edən insanın şiəliyi şübhəlidir. Şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir. Rəvayətdə buyurulur: "Özünü Quranla qiymətləndir. Əgər yolun Quran yolu, zöhdün Quranın istədiyidirsə, Quranın dəvətinə rəğbətli və qadağasından çəkinənsənsə, möhkəm ol. Sənə müjdə olsun ki, haqqında dediklərindən zərər görməzsən. Əgər özünü Quranla qiymətləndirərkən Qurana zidd olduğunu görsən, düşün ki, səni məğrur edən nədir?”("Biharul-ənvar”, c.: 78, b. 22, səh. 162, rəv. 1) Bəli, Quranın nəyi yaxşı, nəyi pis qiymətləndirdiyini müəyyənləşdirərək, onun buyuruqlarına itaət etməliyik.
    İnsan özünü elə tərbiyə etməlidir ki, başqalarının məzəmmətindən qurtulmaq naminə dini vəzifəsini tərk etməsin. Sözsüz ki, dini vəzifənin müəyyənləşdirilməsində səhlənkarlıq etmək olmaz. Həzrət Əli (ə) buyurur: "Dinini yaxşı öyrən”. Vəzifəsinə əməl etmək istəyən şəxs əvvəlcə vəzifəsini tanımalıdır. Dini həqiqətlərlə tanış olmadan, İslam maarifinə yiyələnmədən vəzifəni bilmək müyəssər olmur. Ona görə də insan hər şeydən əvvəl dinində bəsirətli olmalı, bu məsələyə agahlıqla yanaşmalıdır. Bu biliklər əsasında vəzifəyə əməl olunmalı, heç bir zəhərli ittiham insanın qarşısını kəsməməlidir.
    Category: Əbədi öyüd (birinci cild) | Views: 744 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024