İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 27 » Əbədi öyüd (birinci cild)
    2:44 AM
    Əbədi öyüd (birinci cild)
    ON YEDDINCI DƏRS
    ALLAHLA ƏLAQƏ (1)
    Bil ki, yer və göy xəzinələri əlində olan kəs sənə dua izni vermiş və duanı eşidəcəyinə (icabət edəcəyinə) zamin durmuşdur. Sənə buyurmuş ki, ondan istəyəsən və o da əta etsin. O, bağışlayan və böyükdür. Səninlə özü arasında səni ondan ayıracaq kəs qoymayıb. Səni məcbur etməmiş ki, onun yanına şəfaətçi, vasitəçi aparasan. Günah etdiyin halda sənə tövbəni qadağan etməmiş, geri dönəcəyinə görə qınamamış, cəzalandırmaq üçün tələsməmiş, rüsvayçılığa layiq olduğun halda rüsvay etməmiş, günahlarını hesaba almamış, səni öz bəxşişindən ümidsiz etməmiş, tövbənin qəbulunu çətinləşdirməmiş, tövbəni günahdan çəkinməyin kimi yazmış, hər günahına bir cəza, hər yaxşı işinə on savab vermişdir. Qayıdış, şadlıq qapısı açmış, istədiyin vaxt səsini eşitmiş, qəlbinin sirrini dinləmişdir. Demək, istəyini ona çatdırır, qəlbinin sirrini ona açır, öz qüssəsindən ona şikayətlənir, işlərində ondan yardım diləyir. Sonra icazə verdiyi xəzinələrin açarını sənin əlinə vermişdir ki, istədiyin vaxt onun xəzinələrinin qapısını dua açarı ilə açasan! ("Nəhcül-bəlağə”.)
    Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) duadan, insanın Allahla əlaqəsindən, tövbədən, istəklərdən söz açır, bəşəriyyətə qiymətli incilər, təqdim edir. Deyilənlərdən lazımınca istifadə etmək məqsədi ilə əvvəlcə bir neçə nöqtəyə toxunaq.
    SAYSIZ-HESABSIZ NEMƏTLƏRDƏN BIXƏBƏRLIK
    Bir neməti tanımaq üçün, lazımınca dərk etmək üçün müxtəlif yollar var. Bu yollardan biri həmin nemətə malik olduğumuz dövrlə ondan məhrum olduğumuz dövrü müqayisə etməkdir. Bu üsulla həmin nemətin nə dərəcədə dəyərli olması üzə çıxır. Dünyanın bütün maddi və mənəvi nemətlərini bu yolla qiymətləndirmək olar. Məşhur bir məsəldə deyilir ki, nemətin qədrini bir gün ondan məhrum olan bilər. Allah-təalanın ən böyük nemətlərindən biri bizim nemət saymadığımız dünya həyatıdır. Bəli, ömür çox böyük bir nemətdir. Yalnız ölüm astanasında dayanan insan bu nemətin qədrini bilir. Həyatla vidalaşdığımız vaxt onun nə dərəcədə qiymətli olduğunu anlayırıq.
    Digər dəyərli nemət sağlamlıqdır. İnsan göz, əl, ayaq kimi zahirən görünən və ürək, beyin, cigər kimi görünməyən orqanların əhəmiyyətinə çox diqqətsizdir. Yalnız bir orqan ağrıdıqda, sağlamlıq təhlükə altına düşdükdə bu nemətlərin həqiqi dəyəri məlum olur. Görmə qabiliyyətini itirən insan bilir ki, göz necə qiymətli nemətdir. Digər nemətlərin də beləcə, əldən çıxdıqda dəyəri aşkar olur. Bəs mənəvi nemətlər nə vaxt diqqəti cəlb edir? Mənəvi nemətlərdən məhrumluq dərmansız bir dərddir. Bu dərdin müalicəsi çox vaxt mümkünsüz olur. İbtidai mənəvi nemətlərdən biri hafizə, yaddaşdır. Yaddaşını itirmiş insan hətta öz valideynlərini, ailəsini tanıya bilmir. Belə insanlar evdən bayıra çıxmağa belə cürət etmirlər. Çünki onlar bayıra çıxdıqda haraya qayıtmalı olduqlarını, hətta, ümumiyyətlə, qayıtmalı olduqlarını xatırlaya bilmirlər. Ağıl da belədir. Ağılı itirən insan üçün ölüm həyatdan daha şirin olur. Bir heyvan qədər sayılmadığını görən belə insanlar üçün yaşamaq çox ağır gəlir.
    ALLAHI TANIMA VƏ ONA IMAN NEMƏTI
    Sanki insanın vücudu və zehni elə qurulmuşdur ki, yalnız nemətləri əldən verdikdən sonra onların qədrini bilir. İnsan bütün ilahi nemətlərə qarşı belədir.
    Bütün nemətlər sırasında Allahı tanıma neməti birinci yerdə dayanır. Bu neməti dərk etmək çox çətindir. İmanımız zəifdir və bunu hamımız etiraf edirik. İnsan şəkk-şübhəyə düşdükdə bu zəif imanın qədrini bilir. Zəif iman işığı söndükdə insan anlayır ki, artıq heç bir çıxış yolu yoxdur. Qəlbində son iman işartısı sönən, qüdrətli bir varlıqla son bağları qırılan insan üçün bədbəxtlikdən savay bir bəhrə qalmamışdır. Hikmət əhli "Allahsızlıq çəkən bilir bu nə dərddir” buyurmuşdur. İmanını itirənlərin halından xəbərsiz olan bizlər zəif imanımızın dəyərini bilmirik. Axirət həyatı ilə yanaşı dünya həyatında imanın nə dərəcədə əhəmiyyətli olduğu diqqətimizdən yayınır.
    ALLAHLA ƏLAQƏ NEMƏTI
    Allahı tanıma və ona iman nemətindən sonra ən üstün nemət Allahla əlaqə nemətidir. Bu həqiqəti daha yaxşı anlamaq üçün bir müqayisə aparaq. Vəzifəli bir şəxsin qəbuluna düşmək istəyən insan bir çox çətinlikləri adlamalı olur. Bəzən isə bu görüş heç vəchlə baş tutmur. Hətta həmin şəxs çox qanunpərəst və ədalətli olsa da, bəzən qəbula düşmək istəyənlər çox olduğundan sizə növbə çatmır. Çünki həmin vəzifəli şəxs insandır və onun vaxtı məhduddur. Bəşər övladı eyni vaxtda iki nəfəri dinləmək, onların istəyini ani yerinə yetirmək imkanına malik deyil. Amma göylərin və yerin malikinin imkanları nəhayətsizdir. Nəhayətsiz əzəmətə və qüdrətə malik olan varlıq üçün bütün bəşəriyyətin ehtiyacını bir anda ödəmək çətin deyil. Belə bir varlıqla hər yerdə, hər vaxt, hər halda əlaqə saxlamaq asandır. Amma belə bir əlaqənin yaranması üçün qəlbin diqqətindən ibarət olan düymə basılmalıdır. Nə adı katibə qeyd etdirmək, nə də növbəyə dayanmaq lazım gəlir. Belə bir görüşün asanlığını o şəxs nemət sayır ki, hansısa vəzifəlinin qapısında uzun müddət boynunu büküb dayanıb. Yalnız uyğun əziyyəti çəkənlər Allahla asan əlaqəni nemət sayırlar. Əgər digər ilahi nemətlər olmasaydı da, bu nemət xoşbəxtlik üçün kifayət edərdi. Əfsus ki, başdan ayağa nemət içində olan bizlər ağlımızın fövqündə durmuş nemətlərin dəyərini dərk etmirik.
    Digər maraqlı nöqtə budur ki, Allah-təala onun görüşünə gələnlərin heç birini rədd etmir. Amma başqaları belə deyil. Axı Allahdan başqa hansı varlıq minlərin, milyonların, milyardların ehtiyacını ödəyə bilər?! Şübhəsiz ki, yer üzündə mövcud olan ən böyük xəzinə də müəyyən həddə faydalı ola bilər. Tükənməz xəzinə isə yalnız Allahın ixtiyarındadır. Həzrətin (ə) buyuruğuna əsasən, Allah-təala bütün insanlara istədikləri qədər versə, yenə də mərhəməti tükənməz. Altı milyard insanın təmənnası nə qədər ola bilər? Allah-təala bu altı milyardın hər birinin bir o qədər istəyini versə, xəzinəsi bir iynə ucu qədər də tükənməz. Belə bir sonsuz mərhəmət və rahat əlaqə harada görünüb?! Başqa sözlə, onun rəhmət qapısı həmişə açıqdır və bu qapıdan daxil olmağımızı israrla təkid edir. Əfsus ki, bizlər bu həqiqət qarşısında mərifətsiz və naşükürük. Axı heç nəyi olmayan bəndə nə üçün naz satmalıdır?! Elə bir məqam bizi dəvət etdiyi halda götür-qoy edirik. Bu bizim böyük bəlamızdır. Tükənməz xəzinənin açıq qapıları qarşısında donub qalmışıq. Sonsuz qüdrət sahibi bizi duaya, özü ilə görüşə çağırsa da naşükürlük edirik. Həzrət (ə) buyurur: "Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua izni vermiş və duanı eşidəcəyinə zamin durmuşdur. Sənə buyurmuş ki, ondan istəyəsən və o da əta etsin.” Allah-təala özü ilə bəndəsi arasında heç bir vasitə qoymamış, qabaqcadan şərt kəsməmiş, vaxt təyin etməmişdir. Çağırdığımız an eşidəcəyinə zamin durmuşdur. Biz isə özümüzü bu feyz çeşməsindən məhrum etmişik. Bu nemətin əzəməti haqqında düşünməyin, onun dəyərini təsəvvür etməyin yeri var.
    SONSUZ NEMƏT
    Əvvəlcə də xatırlatdıq ki, Allah-təala buyurmuşdur: "Çağırın məni, yerinə yetirim.”("Ğafir”, 60) Allah bu çağırışa gələnləri qapıda saxlamır, başqasının üstünə gördərmir, get-gələ salmır. Bu əlaqə bilavasitə, birbaşa Allahın özü ilə əlaqədir. Maraqlıdır ki, bu nemət tükənməzdir. Hətta günaha batanlar da bu qapıdan qovulmur. Peşmanlığını bildirib, tövbə edən bütün günahkarlar üçün qayıdış, bağışlanma yolu qoyulmuşdur. Demək, uyğun vasitə ilə təkcə gələcək təyin olunmur, eləcə də qaranlıq keçmişin üzərindən xətt çəkilir. Bir ömür Allaha arxa çevirmiş, öz başına minlərlə bəlalar gətirmiş, fitrətini eybəcərləşdirmiş insan öz keçmişindən peşman olarsa, ona qayıdış yolu göstərilmişdir. Yəni Allahla əlaqə yaratmaq üçün dua qapısı açılmasından əlavə, keçmiş nöqsanları da aradan qaldırmağın da çarəsi bəyan olunmuşdur. Bütün nemətlərin fövqündə dayanan bu neməti "sonsuz qüvvə ilə sonsuz nemət” adlandırmaq olar. Bir şəxs 70 il küfr və üsyandan sonra ağıla gəlib, Allahın qapısında dayanarsa, gələcəyi haqqında dua etməklə yanaşı, keçmiş günahlarının bağışlanması üçün də çarə tapa bilər. Allah-təala buyurur: "Allah (tövbə edib, yaxşı iş görənlərin) onların pis əməllərini yaxşı əməllərə çevirər.”("Furqan”, 70) Əgər asilik edib pis iş görmüsünüzsə, tövbə qapısı üzünüzə açıqdır. İnsanlar bir-birlərinin səhvini bağışlasalar da, bağışlamazdan əvvəl səhvə yol vermiş şəxsi danlayırlar. Amma həqiqi tövbə edən şəxsi Allah heç vaxt məzəmmət etmir. Ondan nə üçün günah etdiyini də soruşulmur. İmam Sadiq (ə) bu barədə buyurur: "Günah edən şəxsə yeddi saat möhlət verilir. Əgər üç dəfə tövbə edib "əstəğfirullahəl-ləzi la ilahə illa huvəl-həyyul-qəyyum” desə, həmin günah qeydə alınmır.”(Kafi”, c. 2, səh. 437) Nəinki insan günaha görə dərhal cəzalandırılmaz, hətta ona tövbə üçün möhlət də verilər. Bəli, pis iş görüb, özünü rüsvay edən insan üçün qurtuluş yolu var. Allah-təala tövbə edən şəxsin günahlarını gizləməklə onun hörmətini qoruyur. Həzrət (ə) imam Həsənə (ə) buyurur: "(Allah) qayıdış, şadlıq qapısı açmış, istədiyin vaxt səsini eşitmiş, qəlbinin sirrini dinləmişdir...”

    Category: Əbədi öyüd (birinci cild) | Views: 752 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024