İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 18 » Ayətullahül-üzma Behcətin həyatı
    5:32 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    Höccətül-islam Fehri ilə müsahibə
    Ayətullah Behcət haqqında xatirələrimdən bir-neçəsini burada sizin üçün nəql edirəm.
    Birinci əhvalat
    Nəcəf-Əşrəfdə olduğum vaxtlar Ayətullah Behcətin mə`nəvi məqamları barəsində çox eşitmişdim. Qum şəhərinə gələndə onu görmək arzusunda idim. Evləndikdən sonra təsadüfən onunla qonşu olduq. Bacardığım qədər onun camaat namazlarında iştirak etməyə çalışırdım.
    Günlərin birində "mehrab şəhidi” Ayətullah Dəstğeyb bizim Qum şəhərindəki evimizə gəlmişdi. Təsadüfən həmin gün Ayətullah Behcət də bizə gəldi. Behcətin başqalarıyla çox get-gəl etmədiyini bildiyimə görə, onun bu gəlişi məni çox təəccübləndirdi. Bu böyük şəxsiyyətin hər ikisi rəhmətlik Şeyx Kazim Şirazinin tələbələrindən olmuşlar. Səmimi salamlaşıb-görüşəndən sonra Behcət oturub zikr deməyə məşğul oldu. Şəhid Dəstğeyb onunla üz-üzə əyləşərək sükut ixtiyar etmişdi. Təqribən on dəqiqədən sonra Behcət sağollaşıb getdi.
    Şəhid Dəstğeyblə söhbət əsnasında onun mə`nəvi kamal və məqamları barəsində danışdıq. Ayətullah Dəstğeybdən soruşdum: Behcətin Nəcəfdə olduğu vaxtlarından hansı xatirə yadınızdadır? Ayətullah Dəstğeyb buyurdu: "Behcətin mə`nəvi məqamları barəsində danışmağa biz çox acizik. Amma Behcətlə öz haqqımda olan bir hekayəni sizin üçün nəql edərəm. Bir gün Nəcəfin tanınmış və böyük fəqihlərindən olan Şeyx Kazim Şirazinin dərsindən sonra Behcət ustada dedi: Dünən axşam bir yuxu görmüşəm. Əgər izin versəniz, sizin üçün bu yuxunu danışardım. Şirazi soruşdu: Yuxuda kimi görmüsən? "Dəstğeybi” – deyə Behcət cavab verdi. Ustad icazə verdikdə o, belə ərz etdi: Yuxu aləmində Dəstğeybin Nəcəfdən Şiraza getdiyini gördüm. Onun Şiraza gəlişi islam və şiənin daha da güclənməsinə səbəb olur. Şiraz əhalisi üzərində "La ilahə illəllah, Məhəmməd rəsuləllah, Əliyyən vəliyyullah” yazılmış plakatlarla onu qarşılamağa çıxmışdılar. Şirazda böyük müvəffəqiyyətlər qazanır və oranın alimləri onun camaat namazında iştirak edirlər. Camaat arasında bir günəş kimi nur saçan Ayətullah Dəstğeybin bərəkətli vücudundan hamı istifadə edir.
    Behcət yuxusunu danışıb qurtarandan sonra Şeyx Kazim Şirazi mənə xitab edərək dedi: "Ağa Dəstğeyb! Mən sizə elə günü bu gün Şiraza getməyi əmr edir və Nəcəfdə qalmağınızı haram bilirəm.”
    Bu elə bir vaxtda idi ki, mən Nəcəfə Həzrət Əlinin (ə) hərəminin kənarında həmişəlik qalmaq üçün getmişdim. Şiraza qayıtmaq fikrim belə yox idi. Hətta dünyadan köçərkən məni Nəcəfdə basdırmağı da vəsiyyət etmişdim. Amma şər`i hakimin hökmünə əməl etmək vacib olduğu üçün ailəmlə birlikdə Şiraza qayıtmağa hazırlaşdıq. Behcətin dediyi kimi, camaat bizim Şiraza gəlişimizi çox yaxşı qarşıladı. Namaz qılmaq üçün şəhərin "Came” məscidinə getdik. Şirazın alimləri məscidə yığılıb mənimlə birgə namaz qıldılar. Beləliklə, mən Şirazda qalıb öz dini-təbliğati fəaliyyətlərimi davam etdirdim.”
    Bəli! Böyük fəqih Şeyx Kazim Şirazi Ayətullah Behcətin yuxusunun sadiq olduğunu bilərək, elə buna əsasən, şər`i hökm vermişdir. Amma Dəstğeybə gəldikdə isə, Ayətullah Behcətin yuxuda gördüklərinin hamısı çin oldu. O, Şirazda elmilə böyük ad-san qazandı. Köməyə ehtiyacı olan insanlar onun yanından heç vaxt əli boş qayıtmazdılar.
    İkinci əhvalat
    İnqilabdan əvvəlki illərdə atam həmişə "Darüs-səlam” məscidində (Tehran) pişnamaz olardı. Bir gün atam zəng edib dedi ki, bir müddət onun yerinə məsciddə camaat namazı qılım. Mən üzürxahlıq edib dedim: Qumdan Tehrana gəlib bir-iki həftə qalmaq mənim üçün çox çətindir. Amma atam da Tehrana gəlməyimi tə`kid edirdi. Atam narazı olduğumu başa düşüb dedi: Əgər belədirsə, get Behcət istixarə etsin. Behcəti görmək üçün "Fatimiyyə” məscidinə getdim. Namaz qurtarandan sonra onunla salamlaşıb halını soruşdum. Mənim üçün istixarə etməsini xahiş etdim. Behcət istixarə etmədən dedi: Valideynin sözünə itaət etmək vacibdir.
    Mən təəccüblə dedim: Hər halda istixarə etməniz yaxşı olardı. Qur`anla istixarə edib dedi: "Elə mən deyəndir.”
    Heç kəsin bilmədiyi bu məsələdən onun xəbərdar olması mənim üçün çox təəccüblü idi. Bu əhvalatı atama nəql edərkən o dedi: Belə məsələlər Behcət üçün çox sadədir. Allah rizasına görə qırx-əlli il riyazət çəkən bir şəxs üçün belə şeyləri bilmək o qədər də çətin deyil.
    Üçüncü əhvalat
    İnqilabdan əvvəlki illərdə evimi dəyişmək qərarına gəlmişdim. Bu, Behcətlə Ayətullah Dəstğeybin qonaq gəldiyi həmin ev idi. İstixarə etmək üçün Behcətin mənzilinə getdim. O, dəstəmaz alırdı. Dəstəmaz alıb qurtarandan sonra elə həmin dəqiqə belə dedi: "Evi satmayın. Çünki Həzrət Məsumənin (ə) hərəminin yanında xüsusi bərəkət vardır. Oradan uzaqlaşdıqca həmin bərəkətdən də uzaq olacaqsan.”
    Sanki, mən istixarə üçün xahiş etməzdən əvvəl onun bu məsələdən xəbəri vardı. Mən Behcətə dedim: Elə bu məsələyə görə sizin yanınıza gəlmişəm. Bir nəfər mənim mənzilimi almaq istəyir. Xahiş edirəm buna görə bir isitixarə edəsiniz. Mənzil şərikli olduğundan, şərik öz payını (səhmini) satmaq istəyir və bir nəfər evi almağa hazırdı. Amma mən evi bu adama və yaxud başqasına satmaqda tərəddüd edirəm. Çünki onun pulunun halal olmadığı barədə bə`zi şeylər eşitmişəm. Behcət istixarə edib dedi: "Bu işi görməyin, çünki çox kərahəti var.”
    Elə buna görə də evi həmin şəxsə satmadım. Bir müddət keçəndən sonra möhtərəm bir şəxs evi almaq üçün gəldi. Borcumu ödəmək və şərikimin səhmini vermək üçün evi həmin şəxsə satdım.
    Dördüncü əhvalat
    E`timadlı dostlardan biri belə nəql edirdi: "Bir gün Behcətin həmişə namaz qıldığı məscidə tərəf gedəndə, onun məscid qapısından çölə çıxdığını gördüm. Onun salamatçılığına astadan salavat göndərdim. Behcətə yaxınlaşıb əlini öpmək istəyəndə, dedi: Sizə minnətdaram.”
    Sonda xülasə şəkildə ərz edirəm ki, Behcətin hədəfi dinə, şiəliyə, irfana və Əhli-beytə (ə) xidmətdir. Mən onu mə`sumlarımızın davamçısı hesab edirəm.("Nüktehaye nab əz Ayətullah Behcət”, Rza Baqirzadə, səh. 110-116)
    Məşhəd dini-elmi hövzəsinin böyük ustadlarından Məhəmmədi ilə müsahibə
    (Ağa Məhəmmədi hal-hazırda Məşhəd dini elmi hövzəsində fiqh və üsul dərslərini tədris edir və Məşhədin tanınmış xətib və vaizlərindən sayılır)
    Sual: Müsahibəyə razılıq verdiyiniz üçün sizə minnətdaram. Bildiyimizə görə siz uzun illər Behcətdən dərs almısınız. Xahiş edirik onun şəxsiyyəti barəsində xatirənizdə olan maraqlı hadisələri bəyan edəsiniz.
    Cavab: Bismillahir-rəhmanir-rəhim. Böyük alimlərin mə`nəvi məqamları haqqında (kitab) yazdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm. Behcət barəsində bir neçə mövzuda danışmaq olar:
    Xüsusiyyətləri
    Əhli-beytə saxlanılan rövzə məclislərinə Ayətullah Behcətin xüsusi rəğbəti vardı. Bu məclislərdə özü əvvəldən axıradək qalardı. Məşhədin rövzə məclisləri çox uzun çəkərdi. Bir gün Ağa Behcətə dedim: Sizin üçün çox çətindir. Çalışın məclislərə sonuna yaxın gəlin. Behcət buyurdu: "Yuxuda mənə dedilər ki, rövzə məclislərinə çox get.”
    Bir gün Behcətlə tək olanda dedim: İcazə verirsinizmi bir rövzə oxuyum? Dedi: "Bəli.”
    Rövzə qurtarandan sonra buyurdu: "Mirzə Məhəmməd Təqi Şirazinin həmişə həm ümumi, həm də xüsusi rövzə məclisi olardı. Xüsusi məclisdə bir nəfər təklikdə ancaq onun üçün rövzə oxuyardı.
    Behcətin hərəmə getməsi və orada oxuduğu dualar çox maraqlıdır. Evdən çıxıb hərəmə gedərkən "təqibatı” oxumağa başlayar və həmişə bu duanı zümzümə edərdi: "Allahummə inni əs`əlukə xəyrə umuri kulliha və əuzu bikə min xizyid-dunya və əzabil-axirə”
    Bu duadan sonra "Nas”, "Tövhid”, "Fələq”, "Kafirun” surələrini oxuyar, "Məfatih”dən günəşin çıxmasından əvvəl və sonrakı duaları zikr edərdi. Hərəmin həyətində dəfn olunan alimlər, o cümlədən rəhmətlik Valeh, Əbuturabi, Şeyx Bəhayi, Höccət və başqaları üçün fatihə oxuyar.
    "Darüz-zöhd”də İmam Rzanın (ə) məxsus ziyarətnamə və dualarını zikr etməyə məşğul olar, həmişə dua və zikr dediyi vaxtlarda gözlərini yumar, camaat da onun ətrafına toplaşıb tamaşa edərdi. Amma Behcətin uzun müddət bu halda qalmasından yorulub, oradan dağılışardılar. Sonra pak zərihin qarşısında gözlərini yumub dua zümzümə edərdi.
    Bir gün ondan bu halda (gözlərini yumub) dua oxuması barədə soruşanda belə cavab verdi: "Belə halda fikrimi daha yaxşı toplaya bilirəm.” (Əvvəllər bel və diz ağrıları olmayanda ayaq üstə saatlarla dua və zikr deməyə məşğul olardı. Onun yanında olanların çoxu, hətta cavanlar da yorulardı. Amma Behcət ayaq üstə yorulmaq bilmədən davam edərdi.)
    Rəhmətlik ustadları və dostları üçün "Əminəllah” ziyarətini oxuduqdan sonra Cə`fər Təyyar namazını qılar, namazdan sonra mərhum Məclisinin "Zadül-məad” kitabında çox tövsiyə olunmuş duanı və hərəmdən evə qayıdarkən həzrət Əlinin (ə) Səbah” duasını zikr edərdi.
    Bir gün yolda gedərkən iki dəfə ona sual verdim. Behcət buyurdu: "İki dəfə "Səbah” duasını oxumağa başladım, hər ikisində də duamı yarımçıq kəsdin.”
    Günlərin biri İmam Rzanın (ə) hərəmində bir tələbə ondan bir sual soruşur. Behcət tələbənin sualına cavab verir. Tələbə ikinci dəfə soruşanda o deyir: "Mən özüm İmamın qapısına dilənməyə gəlmişəm. Niyə qoymursunuz rahat dilənim?
    Behcətin dilindən
    1. Bir gün Ayətullah Mirvaridin mənzilində olduğumuz vaxt Ayətullah Behcət buyurdu: "Rəşt şəhərinin xətiblərindən biri belə nəql edirdi: Minbərə qalxarkən əvvəl İmam Hüseynə (ə) salam verirəm. Əgər salamımın cavabını versə, moizəmi davam edirəm. Amma cavab eşitməsəm, məclisdə olanlardan üzürxahlıq edib oranı tərk edirəm. Bir nəfər ondan (Ayətullah Mirvarid) bu məqama necə çatması barədə soruşanda, belə cavab verir: Bir dəfə bir məclisə moizə etmək üçün iki nəfər də`vət etmişdilər. Həmin iki nəfərdən biri də mən idim. O biri şəxs məndən əvvəl minbərə çıxıb moizə etməyə başladı. Öz-özümə dedim: Gərək elə söhbət edəm ki, onun danışdıqları heç ola. Amma mən öz nəfsimlə mübarizə aparıb qırx gün minbərə çıxmadım. Əvəzində isə Allah-təala mənə bu kəraməti bəxş etdi.
    2. Behcət buyurur: "Rəşt tacirlərindən biri Məşhəd sakini idi. Rəştdən Məşhədə gələn başqa bir tacir onun evində qalırdı. Bir gün ev sahibi pəncərəni açıb İmam Rzaya (ə) salam verəndə, qonağın yeniyetmə oğlu İmamın cavabını eşidir. Oğlan təəccüblə ev sahibinə deyir: Mən sizin salamınızın cavabını eşitdim. İmam sizin salamınıza cavab verir? Ev sahibi deyir: Bəli. Səndə onu eşitmək iste`dadı olduğu üçün İmamın cavabını eşitdin. Doğrusu İmam Rza (ə) hamının salamına cavab verir.”
    3. Behcət belə nəql edirdi: "Şeyx Əli Zahid olduqca imanlı və zahid bir şəxs idi. Çörəyini həmişə özü bişirərdi. Bir dəfə Kərbəla ziyarətinə gedən Şeyx Əli Zahid bir neçə gün orada qalmalı olur. Bir gün bir şəxs ona yaxınlaşıb çörək istəyir. Şeyx deyir: Əgər çörəyimi sizə versəm gərək tezliklə Kərbəlanı tərk edəm. (Çünki başqa çörəklərdən istifadə etməzdi.)”
    4. Ayətullah Behcət buyurur: "Ayətullah Şərəbyani böyük alimlərdən biri idi. Soyuq qış günlərinin birində bir dilənçi ondan kömək istəyib, deyir: Əgər kömək etməsən acından öləcəyəm. Amma Şərəbyani onun dediklərinə əhəmiyyət vermir. Dilənçi mənzilinin qapısına qədər onun dalınca gəlir. Şərəbyani evə girib qapını bağlayır. Onun fəqirə əhəmiyyət vermədiyinə görə evdəkilər də bir söz demir. Səhər dilənçinin qapının ağzında öldüyünü görürlər. Ayətullah Şərəbyani ona qüsl verməyi tapşırır. Paltarlarını çıxaranda, onun cibindən içi dolu pul kisəsi tapılır.”
    5. Bir nəfər Şeyx Cə`fər Şüştərinin yanına gedib deyir: Uşağımın gözləri kordur. Siz "Həmd” surəsini oxuyun, övladımın gözləri açılsın. Şeyx dedi: Atam olan yerdə mənim oxumağım yaxşı deyil. Get atamın yanına. Uşağı Şeyx Cə`fərin atasının yanına aparır. O əlini uşağın gözləri üstünə qoyub Həmd surəsini oxuyur. Elə bu vaxt uşaq deyir: (Barmaqların arasından) Görürəm. O, Həmd surəsini oxuyub qurtaranda, uşaq artıq görürdü.
    6. İsfahan alimlərindan Muniri rəhmətlik Mirzə Şiraziyə irad tutur və bu barədə məktub yazıb İsfahan alimlərindən də imza toplayır. Məktubu sahibinə (Mirzə Şirazi) çatdırmaq üçün Nəcəf-Əşrəfə yollanır. Əvvəlcə mərhum Molla Fəthəli Sultanabadinin görüşünə gedir. Rəhmətlik Sultanabadi ona cibindəki məktubun məzmunundan xəbər verəndə çox təəccüblənir. Özünü başqalarından üstün bilən bu şəxs təvazökarlıqla Molla Fəthəliyə deyir: Bizə bəhrələnmək üçün bir şey deyin. Sultanabadi buyurur: Siz özünüz böyük alimsiniz. O çox israr etdikdə, Molla deyir: Üç şeyə həmişə əməl et:
    1. Ayın əvvəlinin xüsusi namazını qıl.
    2. Hər gün "Aşura” ziyarətini oxu.
    3. Hər axşam iki rəkət Vəhşət namazı qılıb kimsəsiz mö`min bacı-qardaşların ruhuna hədiyyə et.”("Nüktehaye nab əz Ayətullah Behcət”, Rza Baqirzadə, səh. 138-148)
    Oğurlanmış gəlindən xəbər
    Toy günü bir ailə üçün bədbəxt hadisə baş vermişdi. Qız evi ilə düşmən olanlar gəlini oğurlamış və hara apardıqlarından heç kimin xəbəri yox idi. Gəlinin ata-anası və oğlan evi çox nigaran idilər. Yaxın qonşulardan biri bu iki ailənin narahatçılığını görüb Behcətin yanına gedir və baş verənlərin hamısını ona danışır. Behcət bir az fikirləşdikdən sonra çox adi tərzdə deyir: "Gedin hərəmə, bəlkə ora getmiş ola.” O, çox arxayın olduğundan gəlinin ailəsinə xəbər verir ki, hərəmə getsinlər. Hərəmə gələndə qızı Həzrət Mə`sumənin (ə) zərihinin yanında olduğunu görürlər. Gəlinin belə bir yerdə tapılacağı isə heç kimin ağlına da gəlməzdi.
    "Oğlunun adını Məhəmmədhəsən qoy”
    Dostlardan biri belə nəql edirdi: Mənim həyat yoldaşım hamilə idi. Ramazan ayından qabaq müsafirətə getmək istəyirdim. Ayətullah Behcətlə sağollaşmaq üçün onun mənzilinə getdim. O, mənim üçün dua edəndən sonra dedi: "Allah-təala bu ayda sizə bir oğlan uşağı nəsib edəcək. Adını Məhəmmədhəsən qoyarsınız.”
    Mən ona həyat yoldaşımın hamilə olması barədə heç bir şey deməmişdim. Ona görə də uşağın oğlan olacağından xəbər verməsi mənim üçün çox təəccüblü idi. İmam Həsənin (ə) təvəllüdü gecəsi– yə`ni ramazan ayının 15-də Allah-təala bizə bir oğlan uşağı əta etdi ki, Ayətullah Behcət qabaqcadan adını Məhəmmədhəsən qoymuşdu.
    Şeyx Mürtəza Taliqanini yad edərkən
    Ayətullah Behcətin bəhrə aldığı ustadlardan biri də Şeyx Mürtəza Taliqani olmuşdur. Burada bu böyük alimin həyatından qısa mə`lumat verməklə kifayətlənirik.
    İlahi arif Şeyx Mürtəza Taliqani Nəcəfi 1847-cü ildə Taliqan şəhərinin Dizan kəndində dünyaya göz açmışdır. Yazıb-oxumağı doğulduğu kənddə öyrəndikdən sonra "müqəddəmat” dərslərinin təhsilinə başlayır. Tehrana hicrət edəndən sonra "müqəddəmat və səth” dərslərini orada başa vurur. Əqli dərsləri–yə`ni fəlsəfəni Tehranda oxumağa başlayan Şeyx Taliqani bu elmlərə daha dərindən yiyələnmək üçün iki böyük alim, arif Axund Molla Məhəmməd Kaşi və Cahangirxan Qaşqayinin dərslərinə qatılır. O fiqh elmini öyrənmək üçün dövrünün böyük ustadlarından, o cümlədən Nəcəfi Məscidşahi İsfahani, Seyyid Məhəmməd Baqir Dərəçeyi, Əllamə Gəzi və Şeyx Mürtəza Dizi İsfahanidən dərs almışdır.
    1880-cı ildə Nəcəf-Əşrəfə hicrət edən Şeyx Mürtəza Taliqani, Mühəqqiq Xorasani, "Ürvətül-vüsqa” kitabının müəllifi və Nəcəfin digər böyük ustadlarından istifadə edərək "ictihad” məqamına çatır.
    İlahi arif Şeyx Mürtəza Taliqani zamanın böyük övliyalarından hesab olunurdu. O, nafilə və müstəhəb əməllərə çox dəqiq fikir verər və Allah zikrini yaddan çıxarmazdı. Bu böyük alim, adətən təkliyi sevər və başqalarıyla çox da get-gəl etməzdi. Nəcəfdə tədrislə məşğul olan Şeyx Taliqani Həzrət Əlinin (ə) hərəmi, mədrəsə və bə`zi zəruri yerlərdən başqa bir yerə getmirdi. Dərslərində ondan kömək istəyən hər bir tələbəyə öz köməyini əsirgəməz və ibtidadi dərslərdən tutmuş ali səthə qədər bütün səviyyələrdə tədris edərdi. Yazdığı məktubların sonunda vurduğu möhürun üzərinə bu cümlə həkk olunmuşdu: "Allahummə nəcci Murtəza minən-nar” (İlahi, Mürtazanı cəhənnəm atəşindən nicat ver.)("Əl-icazətul kəbirə”, Ayətullah Mər`əşi Nəcəfi, səh. 221-222)
    Şeyx Mürtəza Taliqanidən nəql olunan hekayə və əhvalatlar avtobioqrafi şərhdən çox onun ruhi mə`nəvi hallarını bəyan edir. Beləliklə, birneçəsini nəql edərək onun həyatı barəsindəki sözümüzü sona çatdırırıq.
    Hidayət nuru
    Ustad Əllamə Məhəmməd Təqi Cə`fəri şeyx Mürtəza Taliqaninin dilindən belə nəql edir: "Mən (Şeyx Taliqani) uzun müddət Taliqanda çobanlıq edirdim. Bir gün yenə qoyunları otararkən Qur`an səsi eşitdim. Bu səs, sanki məni yuxudan ayıltdı. Mən Allahla danışaraq dedim: İlahi, sən öz çağırışını bizim üçün yer üzünə göndərdin. Amma mən ömrümün sonuna qədər sənin bu çağırışına cavab verməməliyəmmi? Həmin vaxt kəndə qayıdıb qoyunları sahiblərinə qaytardım. İşlərimi səhmana salandan sonra təhsil almaq üçün İsfahana yollandım. Beş il İsfahanda təhsil alandan sonra Nəcəfə gedib Axund Xorasaninin dərslərinə qatıldım. Bir müddətdən sonra gördüm ki, bu dərslərdən heç bir fayda ala bilmirəm.("Tarixe hükəma və ürəfaye mütəəxxir bər Sədrül-mutəəllihin”, Mənuçehr Səduqi, səh. 92)
    Mürtəza, Mürtəza...?
    Alim və ariflərin şərhi-halını yazan mühəqqiqlərdən biri belə deyir: Mö`təbər nəqlə görə, böyük arif şeyx Mürtəza Taliqani bir məsələyə görə narahat olub, Nəcəf hövzə tələbələrindən birinə əsəbiləşmişdi. Amma sonradan səhv etdiyini başa düşən Şeyx Taliqani özünü məzəmmət edərək ağlaya-ağlaya deyirdi: "Mürtəza, Mürtəza, it oldun? Mürtəza, Mürtəza, it oldun?
    Axirət səfərinə hazırlıq
    Rəhmətlik həkim Əllamə Cə`fəri buyurur: "Şeyx Mürtəza Taliqaninin yanında "Əsfar” dərsi oxuduğum vaxtlar idi. Məhərrəm ayının başlanmasına hələ iki gün qalmışdı. Yenə dərs almaq üçün onun (Şeyx Taliqaninin) yanına getdim. Şeyx mənə dedi: "Durun gedin. Nə üçün gəlmisiniz?” Mən dərsə görə gəldiyimi ona bildirəndə, dedi: "Ağa dərs qurtardı!”
    Öz-özümə fikirləşdim ki, bəlkə Şeyx Məhərrəm ayına görə dərsləri tə`til edib. Ona görə də dedim: Dini-elmi hövzələrdə dərslər tə`til olmayıb. Axı məhərrəm ayının başlanmasına hələ iki gün qalır. Şeyx Mürtəza buyurdu: "Bilirəm. Amma mən müsafirəm, mən müsafirəm! Taliqaninin eşşəyi gedib, palanı qalıb. Ruh gedib, cəsədi qalıb. La ilahə illəllah.” Bunu deyəndə gözləri yaşardı.
    Mən bu sözlərin onun tezliklə rəhmətə gedəcəyindən xəbər verməsini başa düşdüm. Baxmayaraq ki, onun ruhi-cismi cəhətdən heç bir dərdi yox idi. Şeyx Mürtəza Taliqanidən mənim üçün nəsihətamiz bir söz deməsini xahiş etdim. O belə dedi: "Afərin, ağa! İndi başa düşdünüz.” Sonra bu şe`ri oxudu:
    Vaxt varikən belləyib çatdır başa
    Qocalıb bükülərkən döyərsən başa
    Yenə də La ilahə illəllah kəlməsini təkrar etdikdə, çöhrəsi daha da nurlandı.
    Biz iki gün sonra, yə`ni məhərrəm ayının əvvəlində Şeyx Mürtəza Taliqaninin vəfat etdiyini eşitdik.(Həmin mənbə, səh. 92-93)
    Əlidən (ə) kömək
    Hacı Hadixan Sənəmi Əbhəri belə nəql edirdi: Bir dəfə İraqa ziyarətgahlara getmişdim. Nəcəf-Əşrəfdə olduğum müddətdə hər gün İmam Əlinin (ə) ziyarətinə gedirdim. Bu müddət ərzində bir nəfər axtarırdım ki, onunla danışıb ürəyimi boşaldım.
    Bir gün yenə hərəmə gedib, bir xeyli orada əyləşdim. Amma faydası olmadı. Həzrət Əliyə (ə) ərz etdim: Ey Mövlam! Mən sizin qonağınızam. Nəcəfdə olduğum bu neçə gün ərzində danışmağa bir nəfər tapa bilməmişəm.
    Hərəmdən çıxıb ixtiyarsız olaraq "Huvəyş” bazarına tərəf yollandım. Oradan Mərhum Seyyid Məhəmməd Kazim Yəzdinin mədrəsəsinə daxil oldum. Mədrəsənin həyətində kiçik bir hücrənin qabağındakı daşın üzərində əyləşdim. Artıq zöhr azanının vaxtı idi. Yuxarı təbəqədəki otaqlardan birindən nurani simalı bir şeyx çıxıb, mədrəsənin damı üstündə azan deməyə başladı. Şeyx qayıdıb hücrəsinə girmək istəyəndə, bir anlıq gözüm onun nurlu çöhrəsinə sataşdı. Azan deməyin tə`sirindən onun yanaqları nur saçırdı. O hücrəsinə girib qapını örtdü.
    Mən ağlaya-ağlaya ərz elədim: Ey Əmirəl-mö`minin! Neçə gündən sonra bir nəfər tapdım ki, onunla danışım. Amma o da mənə e`tina etmədi. Elə bu vaxt həmin şəxs hücrə qapısını açıb, işarə ilə məni yuxarı çağırdı. Yerimdən qalxıb yuxarı təbəqəyə çıxdım. Hücrəyə daxil olanda hər ikimiz qucaqlaşıb bir müddət beləcə ağladıq. Sonra sakitcə oturub bir-birimizə tamaşa etdik. Mən sonra şeyxlə sağollaşıb getdim.
    Bu fazil şeyx rəhmətlik Şeyx Mürtəza Taliqani idi.("Məad şenasi”, Əllamə Tehrani, 1-ci cild, səh. 108-109)
    Bir gecə də qənimətdir.
    Arif Taliqani rəhmətə getməmişdən bir gün qabaq mədrəsənin tələbələrini öz hücrəsinə də`vət etmişdi. O, tələbələrlə deyib-gülür və zarafatlaşırdı. Tələbələr hər dəfə durub getmək istəyəndə şeyx deyirdi: "Bir gecə də qənimətdir.”
    Mədrəsənin xidmətçisi belə deyirdi: Şeyx rəhmətə getməmişdən qabaqkı gün axşam çağı mənimlə rastlaşanda dedi: "Səhər sübh namazına durub dəstəmaz alanda mənim rəhmətə getdiyimi eşidəcəksən.” Mən onun dediklərini başa düşməyib, zarafat kimi qə`bul etdim.
    Sübh azanında Şeyx mədrəsənin damına çıxıb azan dedi. Sonra qayıdıb öz hücrəsinə girdi. Şeyx həmişəki adəti üzrə hər gün sübh namazından sonra mədrəsənin həyətində gəzişərdi. Amma həmin gün onun hücrəsindən çıxmadığını görəndə, hamı narahat oldu. O, hücrəsində üzü qibləyə uzanıb canını Allaha tapşırmışdı. Tələbələr qışqırdılar: Şeyx Mürtəza öldü! Elə bu vaxt dəstəmaz alan mədrəsə xidmətçisi Şeyxin dünən dediklərinin zarafat deyil, həqiqət olduğunu başa düşdü.("Tarixe hükəma və ürəfaye mütəəxxir bər Sədrül-mutəəllihin”, səh. 93. "Məad şenasi”, c. 1, səh. 109-110)
    İlahi arif şeyx Mürtəza Taliqani 1942-ci il məhərrəm ayında vəfat edir və Həzrət Əlinin (ə) hərəminin həyətində dəfn olunur.
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 1202 | Added by: Islam_Kitabxanasi | Rating: 3.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024