İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 18 » Ayətullahül-üzma Behcətin həyatı
    5:08 AM
    Ayətullahül-üzma Behcətin həyatı
    "Peyğəmbərsayağı əxlaq.”
    Tehran alimlərindan biri belə nəql edirdi: Bir gün Ayətullah Behcətin mənzilinə getmişdim. Qapını çox sadə bir qoca kişi açdı. Dedim: Ayətullah Behcətlə işim var. Həmin yaşlı kişi dedi: "Buyurun.” Dedim ki, onun özü ilə işim var. Yenə cavab verdi: "Buyurun.” Mən o şəxsin Behcət olduğunu güman belə etməzdim. Öz-özümə fikirləşdim ki, yəqin onunla görüşməyə icazə vermirlər. Sözümü demədən geri qayıtdım. Bir dəfə onun camaat namazında iştirak etmək üçün məscidə gedəndə qapını açan şəxsin Ayətullah Behcət olduğu mənim üçün aşkar oldu. O zahirdə adi adamlardan heç seçilmir. Ağa Behcətin bu əməli Peyğəmbərə xas olan əxlaq və rəftarını mənim zehnimdə canlandırdı.("Cüzveyi nəzəri və qozəri bər zendeqaniye Ayətullah Behcət”)
    Ayətullah Behcətin dostlara diqqəti
    İmanlı tələbələrdən biri gördüyü sadiq röyanı (yuxu) belə danışır: Yuxuda Ərdəbildə bir şəxsin can verdiyini gördüm. Yuxu aləmində həmin şəxsi tanıdım. Elə bu vaxt Behcətin Qumda məsciddə oturub istixarə etdiyini gördüm. Birdən Behcət Ərdəbildə can verən şəxsin halından xəbərdar oldu. Dərhal özünü həmin şəxsə çatdırıb onu müalicə etməyə başladı. Can verən şəxsin yanındakılar Behcəti görmürdülər. Ustadımın(Bu şəxs Qumun əxlaq və mənəviyyat alimlərindən biridir.) yanına gedib gördüyüm yuxunu ona danışdım. O dedi: "Doğrudan da bu cürdür. Ayətullah Behcət kimi böyük şəxsiyyətlər onlara məhəbbəti olan adamlara xüsusi qayğı göstərirlər. Yuxuda gördüyün şəxsin ihtizar (can verən) halı, onun mə`nəvi cəhətdən zəifləməsi idi ki, Behcət ona köməyə getmişdir.”
    İmam Xomeynini xatırlarkən
    İmam Xomeyninin Ayətullah Behcətə xüsusi rəğbəti vardı. Behcətin Quma gəldiyi ilk vaxtdan İmam Xomeyni onunla get-gəl əlaqəsi yaradan birinci şəxs idi. İmam Xomeyninin Əllamə Qazi haqqında soruşduğu suallar əsnasında Behcət onun da "seyri-süluk” məqamında olduğunu dərk edir. Behcətin imamla rabitəsi o qədər yaxın idi ki, hətta müsafirətə getdiyi vaxt yanında olan əmanətləri İmam Xomeyniyə tapşırardı.
    İmam Xomeyni sürgündə olan vaxtı Qumda olduğu üç il müddətində məşğuliyyətinin çox olmasına baxmayaraq, vaxt tapan kimi Behcəti görməyə gedərdi. O bu müddət ərzində təqribən səkkiz dəfə onunla görüşmüşdü.
    Sadiq yuxu
    Ayətullah Behcətə xas sevgisi olan və onun dərslərindən bəhrələnən bir şəxs belə nəql edir:
    Ağa Behcətin İmam Xomeyni ilə necə əlaqə saxlaması sualı uzun müddət mənim zehnimdə həkk olmuşdu. İmam Xomeyninin çoxlarını məsləhət almaq üçün Behcətin yanına göndərdiyini eşitmişdim. Bir dəfə ramazan ayının onuncu gecəsi İmam Xomeynini yuxuda gördüm. Ondan Behcətlə olan rabitəsi barədə soruşanda belə cavab verdi: "Mən onunla qırx il bundan əvvəl, oğlum Mustafanın doğulduğu tarixdən bəri tanışam.” Dedim: Deyilənə görə siz Behcət haqqında belə bir söz demisiniz: "Gedin Behcətin namazında iştirak edin. Namaz halında ona ilahidən feyz inayət olur ki, siz də o feyzə şərik olun.” İmam dedi: "Eynilə bu cümləni yox, amma bu məzmunda bir şey demişəm.” Elə bu vaxt yuxudan ayıldım. Bir müddət sonra Behcətin yanına gedəndə İmam Xomeyni haqqında xəbər söylədi. Mən gördüyüm yuxunu Behcətə danışdım. O bunu təsdiq edib dedi: "Bəli, tamamilə doğrudur.”
    Bu şəxsə ehtiramı vacib bilirəm.
    İmam Xomeyninin şagirdlərindən olan Ayətullah Xaifi öz xatirələrinin birində belə nəql edir: "1958-ci ildə İmam Xomeyni zindandan azad olub Quma gəldi. Qum şəhərinin bütün məhəllələri İmamın gəlişini bayram edirdi. İmamın Qumdakı mənzili hər gün adamla dolu olardı. Hər gün İmam Xomeyninin görüşünə gələnlərdən biri də Behcət idi. O, hücrələrdən birinin qapısı ağzında ayaq üstə bir az dayandıqdan sonra qayıdıb gedərdi. Ona deyəndə ki, sizin kimi böyük bir şəxsiyyətin burada durması yaxşı deyil, heç olmasa keçib içəridə əyləşin. Behcət belə cavab verərdi: "Mən bu böyük şəxsiyyətə hörmət əlaməti olaraq hər gün bura gəlib onun hüzurunda bir-neçə dəqiqə ayaq üstə durmağı özümə borc bilirəm.”("Dine ma uləmaye ma”, Məhəmməd Mehdi Tac Ləngərudi (vaiz), səh. 108)
    Bil ki, sadə bir tələbə övladısan
    Ayətullah Behcətin oğlu belə bir əhvalat nəql edir: "Mənim kiçik uşağım hələ yazıb-oxumağı bilmədiyi vaxt, bə`zən mənim iş otağıma gələr, özü üçün dəftərində nə isə cızma-qara edərdi. Bir dəfə dəftərində çəkdiyi xətləri babasına (Behcət) göstərəndə, babası ondan soruşur ki, burada nə yazmısan? Uşaq deyir: "Bu sirri ancaq özüm bilirəm.” Atam deyir ki, indi yazdıqlarını mənim üçün oxu. Uşaq oxumağa başlayır və orada bu cümləni işlədir: "Həzrət Ayətullah-Üzma Behcət...” Atam bunu eşidəndə çox narahat olur, amma uşağa bir söz demir. Sonra məni otağına çağırıb çox narahat halda belə dedi: "Sən özünü nə hesab edirsən et, amma bunu bil ki, sadə bir tələbənin övladısan.” Dedim: Ağa, nə olub? Niyə narahatsınız? Buyurdu: "Bax gör övladın nə deyir? Bu nə ləqəblərdir ki, uşağa öyrətmisiniz?” Dedim: Mən ona heç bir şey öyrətməmişəm. Narahat halda dedi: "Sənin övladındır, tərbiyəsi ilə də sən maraqlanmalısan.”
    Xülasə, Ayətullah Behcət həmişə ad-sandan, şan-şöhrətdən qaçar və belə hallara qarşı çox həssasdır.
    İndoneziyalı qadının hidayət olunması
    Qum elmi hövzəsindəki xarici tələbələrin ustadlarından biri belə nəql edir:
    Xarici tələbələrdən biri indoneziyalı cavan bir qadın haqqında (indi tələbədir) mənim üçün belə danışdı: "O qadın deyir ki, İrana gəlməzdən əvvəl yuxuda Behcət adlı bir şəxsin mənimlə söhbət etdiyini gördüm. Bu nurani şəxsin söhbətləri mənə böyük tə`sir etdi. Gördüyüm bu yuxudan sonra İrana gedib həmin ilahi şəxsi görmək arzusunda idim. İrana gəldiyim vaxt birbaşa Qum şəhərinə yollandım. Behcəti görmək üçün həmişə camaat namazı qıldığı məscidə getdim. Onu (Behcət) görəndə yuxudakı şəxsin elə özü olduğu mənim üçün aydınlaşdı. Təhsil üçün Qum şəhərinə gələn bu indoneziyalı xanım namazdan sonra Behcətin yanına gedir. Behcət başqalarıyla çox az hallarda söhbət etməsinə baxmayaraq bu xanımla bir az söhbət edir.
    Allah-təala bu qəlbi nurlu şəxsin kölgəsini İslam ümmətinin başı üstündən əskik etməsin.
    Aza qane insan
    Behcət heç vaxt vücuhatdan (beytül mal) istifadə etmirdi. Ailəsinin xərcini İranın şimalındakı ata irsi olan əkin sahələrindən ödəyirdi. Şah zamanında torpaq islahatları aparılarkən bu preses onun torpaqlarına aid olmadı. Buna baxmayaraq bu islahatlar zamanı onun torpaqlarının bir qismi əldən çıxdı. Qalan torpaqları da başqa bəhanələrlə ondan aldılar. Maraqlısı budur ki, Behcət bu torpaqlar əldən çıxmazdan əvvəl bu haqda qabaqcadan xəbər vermişdi. O vaxtlar deyirdi: "Şah yalan deyir, bütün torpaqları alacaq.” Məhəmməd Əraqinin atası deyir: "Mən bu sözü eşidəndə gedib bütün torpaqlarımı satdım. Amma mənim üçün çox təəccüblü idi ki, o bunları qabaqcadan bilə-bilə özü üçün bir şey etmədi. Həmin vaxtlar onun ailəsi çox çətinlik çəkirdi.”
    Ağır maddi durumda olduğu günlərin birində bir şəxs Behcət üçün min tümən pul gətirdi. O şəxs başqa müctəhidin müqəllidi idi. Bu həmin pullara gözucu belə baxmadı. Bu macəranın şahidi olduğuma görə mənimlə əhd bağladı ki, əgər bu haqda bir söz deməsən sənə bir şey verəcəyəm. Mən onunla razılaşdım. Behcət bu pulları həmin şəxsin təqlid etdiyi mərcəi-təqlid üçün göndərdi. Bu əhvalatdan bir müddət keçəndən sonra Behcətə dedim: Ağa, mənə verdiyiniz söz nə oldu? O belə cavab verdi: "Məgər verdiyim söz üçün müəyyən vaxt tə`yin eləmişdim? Hələ ki, gecikməyib. Gəl o xalçanın kənarını qaldır.” Xalçanın altında tümən var idi. Mənə dedi: "O pulu götür.”(Ayətullah Behcətin dəftərində işləyənlərdən biri ilə müsahibədən)
    Ayətullah Behcətin oğlu belə nəql edir: Atamızdan bir şey istəyəndə, heç vaxt yox deməzdi. Amma xüsusi bir tərzdə bizim fikrimizi istədiyimiz şeydən yayındırardı. Yadımdadır, bir dəfə dondurma almaq üçün ondan pul istədim. Mənə dedi: "Yandırma istəmirsən?” Bir az keçəndən sonra yenə ondan pul istədim. Bu dəfə dedim: Eybi yox, pul ver gedib yandırma alım. Dedi: "Yandırmanı ki, satmırlar.” Nəhayət, çox hazırcavablıqla öz sözünü sona çatdırardı.
    Şəfaverici zəmzəm
    Höccətül-islam İsfəndiyaridən belə nəql olunur:
    Bizim yaxın qohumlarımızdan biri xərçəng xəstəliyinə tutulmuşdu. Həkimlər deyirdi ki, gərək tezliklə əməliyyat olunsun. Yoxsa xərçəng (şişi) bütün bədəninə yayılacaq və onu da müalicə etmək qeyri-mümkündür. Bu ağır şəraitdə xəstənin yaxın adamları nə edəcəklərini bilmirlər. Elə buna görə də Behcətin yanına gedib cərrahiyyə əməliyyatı olunması barədə istixarə etdirirlər. Behcət istixarə edib deyir: "Cərrahiyyə əməliyyat lazım deyil.” Sonra bir miqdar pul xəstənin yaxın adamlarına verir ki, onun (xəstə) adından sədəqə versinlər. Zəmzəm suyunu İmam Hüseynin (ə) türbəti ilə qarışdırıb hər gün müəyyən qədər xəstəyə vermələrini və yoxsullara yemək verməyi tapşırır. Həmçinin hər nə qədər bacarırlarsa, yoxsullara sədəqə verməyi və onlardan bu xəstəliyin sağalması üçün dua etmələrini istəmələrini tapşırır.
    Xəstənin qohumları vaxtı əldən vermədən onun tapşırıqlarını yerinə yetirməyə başlayırlar. Həmin xəstə qadını Əhli-beytə (ə) təvəssül etmək niyyətilə Məşhədə aparırlar. Bu xəstə qadın üç gün İmam Rzanın (ə) hərəmində ibadət və münacatla məşğul olduğu vaxt, onda bir çox mə`nəvi-ruhi hallar baş verir.
    Məşhəddən qayıdandan sonra, artıq xəstənin ağrıları yox idi. Biz olanları danışmaq üçün Behcətin evinə yollandıq. Onunla məsciddən evinə qayıdarkən yolda rastlaşdıq. Bizi görüb soruşdu: "Xəstənizin halı necədir?” Dedik: Əlhəmdülillah və bütün baş verənləri ona ərz etdik. Buyurdu: "Həmin taşırıqlara əməl edin və xəstəni müayinə olunması üçün həkimin yanına aparın.”
    Həkim xəstəni müayinə edib təəccüblə ondan soruşdu: Siz müalicə üçün harasa getmişdinizmi? Xəstə deyir: Necə məgər? Həkim deyir: Ay xanım, sizin xəstəliyiniz inanılmaz dərəcədə azalmış və cərrahiyyə əməliyyatına ehtiyac yoxdur. Bədəninizdə olan şiş o qədər kiçilmişdir ki, onu da dərmanla müalicə edərik.("Bərgi əz aftab”, Rza Baqirzadə, səh. 59-60, cüz`i dəyişikliklə.)
    Ayətullah Cavadi Amulinin Behcətə münasibəti
    1989-cu ildə Ayətullah Cavadi öz təfsir dərslərinin birində buyurdu: "Biz çox vaxt Əllamə Təbatəbaiyə deyərdik: "Bizə əxlaq dərsi de. O cavabında belə deyərdi: "Əxlaq deyiləsi yox, əməl ediləsidir və əxlaqa əməl etmək lazımdır. Sizin tanıdığınız bu Behcətin bütün həyatı, başqalarıyla get-gəli və onlara qarşı olan münasibəti bütünlüklə əxlaq dərsidir. Başqa fəqihlər kimi dərs deyər və digər pişnamazlar kimi camaat namazı qılar.”
    Behcətin mə`nəviyyatla dolu olan camaat namazını bə`zən onun həzin ağlamaq səsi bu mə`nəviyyatı birə on artırır. Hərdən Ayətullah Behcətin bu həzin səsi namaz qılanların ağlamaq səsilə qarışır. Onun namazında iştirak edənlərin ruhu qanad açır və gözlər yaşla dolur. Ürəklər dolmuş buluda bənzəyir və göz yaşları səccadələrə tökülür. Çox vaxt onun camaat namazı qıldığı məsciddə namaz qılmaq üçün çoxlarına yer olmur.
    Onun namazından feyz almaq üçün yaxından-uzaqdan gələnlərin çoxu məsciddə yer olmadığından oranı tərk etmək məcburiyyətində qalırlar.("Cüzveyi nəzəri və qozəri bər zendeqaniye Ayətullah Behcət.”)
    Günlər içərisində cümə axşamları onun namazı başqa gecələrdən çox fərqli olur. Behcət "xiftən” namazının birinci rəkətində "Cümə” və ikinci rəkətində isə "ə`la” surələrini oxuyur. "Onlara de ki, sizin qaçdığınız ölüm mütləq sizi haqlayacaq və sonra isə zahir və qeybdən xəbərdar olanın hüzuruna aparılacaqsınız. O vaxt sizə əməlləriniz barədə mə`lumat veriləcəkdir.” və "Sonra orada nə ölərlər, nə də dirilərlər.” ayələrinə çatanda, ürəyi Allah eşqilə yanan arifin ağlamaq səsi ucalır. Namaz qılanların da ağlamaq səsi onun səsinə qarışaraq məscidə ruhani bir aləm bəxş edir.
    Ayətullah Behcətin şagirdlərindən birinin dili ilə
    Bir dəfə Əllamə Təbatəbaidən soruşdum: Siz əxlaqi yöndən Behcəti necə görürsünüz? Əllamə dedi: "O zöhd, təqva və əməl sahibidir.”
    Əsas məsələ əməl etməkdir. Gərək həm şagird, həm də ustad əməl əhli olsun. Bir gün Əllamə Təbatəbaidən şagirdlərindən biri onun əxlaq dərsləri haqqında soruşanda belə cavab verdi: "Biri quru-quru danışır, ancaq əməl etmir və bunun heç bir tə`siri yoxdur. Eləsi də var ki, əməl sahibidir və insan gərək bu cür şəxsiyyətlərdən bəhrələnsin.”
    Mənim nəzərimcə "ustad tapa bilmirik”– deyənlər üçün heç bir bəhanə yeri yoxdur. Ustad nə qədər istəsək var. Əsas problem ustadın olmamağı deyil. Mühüm olan əməldir. Heç kim deyə bilməz ki, ay Allah mənim ustadım olmadığı üçün Ağa Mirzə Cavad Məliki, Əllamə Təbatəbai, Ayətullah Behcət, İmam Xomeyni kimi ola bilmədim.
    Behcəti tanıdığım bu uzun müddət ərzində bir neçə dəfə ona ərz etdim: Ağa, əgər mümkünsə bizi öz əxlaq şagirdlərinizin sırasına qəbul edin. Hər dəfə onun verdiyi cavabın mənə böyük köməyi və xeyiri oldu. Deyirdim: Ağa, sizin hüzurunuzdan bəhrələnmək üçün vaxtınız varmı? Həmişə verdiyi mühüm cavablardan biri də bu idi: "Nə halım var, nə vaxtım.” Bizi görmək istəyən hər kəs namaz və rövzə (Camaatın çoxu onunla görüşmək istəyirdi. Behcət həm onlarla görüşmək və həm də vaxtının hədər getməməsi üçün cümə günləri rozə məclisi qurardı. Əvvəllər bu məclis onun evində təşkil olar, amma mənzilinin kiçik və məclisə gələnlərin sayı çox olduğundan, rozə məclisini məsciddə keçirməyə məcbur oldular. Üləma və böyük şəxsiyyətlərin bir çoxu onun bu məclisində iştirak edər və bunu başqalarına da tövsiyə edərdilər.)məclisinə gəlsin. İnşallah, bir şeylər öyrənər.”
    Ayətullah Behcət "Nə halım var, nə vaxtım” deməsinə baxmayaraq bütün məsələləri bəyan və mənim üçün höccəti tamam etdi. Həm elmi, həm də əxlaqi bəhslərdə söyləmədiyi bir şey qalmadı, getmək istədiyim yolu tamamilə işıqlandırdı. O, bizi rəsmi surətdə şagirdliyə götürməməsinə baxmayaraq, mə`nəvi baxımdan ehtiyac duyduğum bütün məsələləri aydınlaşdırdı.
    Əllamə Təbatəbainin hüzuruna getdim və o, rəsmi olaraq məni əxlaq dərslərinə şagirdliyə qəbul etdi. Bunu da deyim ki, Behcətin elmindən və mə`nəviyyat xəzinəsindən aldığım bəhrələr Əllamə Təbatəbainin hüzurunda əldə etdiyim bəhrələrdən heç də az olmamışdır.
    Ayətullah Behcət vaxtı olmamasına baxmayaraq əməl sahibi olan hər bir kəsə–istər kiçik, istər böyüyün onun üçün heç fərqi olmadan yol göstərər və hidayət edərdi. Bə`zən ustadın bir dəqiqəlik moizəsi insanı bir ömür hidayət edib, qabağa aparır. Behcət elə bu cür halı və vaxtı olmaya-olmaya, sakit halda çoxlarını haqq yoluna hidayət edir.
    Ayətullah Behcət deyir: "Peyğəmbərin gözəl bir cümləsi var ki, buyurub: "Bu dünyanın üç şeyindən xoşum gəlir: Qadın, ətir və namaz. "Bu cümlədən mə`lum olur ki, namazın da ləzzəti var. Qadınla evlilikdə olan ləzzət namazda da var.”
    Tanıdığım doxsan yaşlı bir alim həmişə deyərdi: Mən yeməkdən ləzzət almıram. Çünki bir şey yemək boş kisəni doldurmaq kimi bir şeydir. Amma namazdan böyük ləzzət alıram.” Əsas me`yar namazdır.
    İbadətlər arasında ən üstün və ən şirin zikr namazdır. Bə`ziləri heç kəsin eşitmədiyi xüsusi zikrlər axtarırlar. Bir dəfə yayda İmam Rzanın (ə) ziyarətinə getmək istəyirdim. Əllamə Təbatəbainin hüzuruna gedib dedim: Məşhədə ziyarətə getmək istəyirəm. Gedəcəyim bu müqəddəs məkanda hansı əməli etsəm daha yaxşıdır. Əllamə dedi: "Ən yaxşısı namazdır.” Bəndənin Allaha daha yaxın olması üçün bu tapşırığa əməl etməyi tə`kid edir.
    Bir gün Behcətdən soruşdum: Sübh namazının tə`qibatları arasında hansı daha əfzəldir? Dedi: "Hamısı yaxşıdır.” Fikirləşəndə gördüm ki, doğrudan da bunların hər biri bir dərdin dərmanıdır.
    Ağa Behcət Bəhrul-Ülumun fiqhə aid mənzuməsini sanki bütünlükdə əzbər bilir. O bə`zən dərslərində bu şe`rlərdən bir neçə beyt oxuyar və me`rac haqqında olan bir beyti çox təkrarlayardı. Me`rac istəyənlər üçün ən yaxşısı namazdır. Əlbəttə bu namazı təkmilləşdirmək lazımdır. Behcətin dediyi kimi gərək namazı əməlli-başlı düzəldək. Həmçinin əlavə edərək deyir: "Salman Farsinin qıldığı namazı qılmağımıza hələ çox var.” İmam Xomeynidən şagirdlərindən ikisi onun həftədə bir gün və ya hər gün bir neçə dəqiqə əxlaq dərsi deməsini tə`kidlə istəyəndə İmam buyurdu: "Fəqih olmaq üçün otuz il zəhmət çəkdiyin kimi, adam olmaq üçün də neçə illər əziyyət çəkməlisən. Bir neçə dəqiqəlik əxlaq dərsi kafi deyil. Namazını əməlli-başlı düzəldən şəxs, demək adam olmuşdur. Behcət buyurmuşdur: "İnsanlığın ölçü daşı namazdır.”
    Mən həmişə Behcətin Həzrət Mə`sumənin (ə) hərəmində yarım saat, 45 dəqiqə ayaq üstə durub ziyarət oxumasının şahidi olmuşam. Bu cür namaz və ibadi əməllər onun sahibi olmasının aşkar nümunəsidir. Çox vaxt namazın qunutunda "Əbu Həmzə Sumali” duasını oxuyar. Onun beş yüz dəfə "tövhid” surəsi oxuduğu namazlarından mənim xəbərim var. Bu rəcəb ayının xüsusi namazlarındandır.”
    Bu ibadi proqramlar onun uzun illər əməl etdiyi gündəlik işlərdəndir. Mən başqa məsələləri deyil, bu proqramları onun kəraməti hesab edirəm.
    Məşhədin tanınmış şəxslərinin toplaşdığı bir məclisdə olduğum vaxt bir kəramət sahibindən söhbət gedirdi. Dostlardan biri dedi: "Hidayətdən üstün kəramət ola bilməz.”
    Qur`anda buyurulur: "Sizlərdən ən kəramətlisi təqvalı olan şəxsdir.”
    Bir dəfə bir şəxs Behcətdən moizə etməsini xahiş edəndə ona dedi: "Deyiləcək moizə həmin sözlərdir ki, böyüklərimiz buyurmuşlar.” Bə`zi vaxtlar ondan nəsihət istəyənlərə belə deyirdi: "İndiyə qədər eşitdiyin nəsihətlərə əməl etmisən?” Bə`ziləri Behcətin yanına gəlib soruşardılar: "Adam olmaq üçün nə etmək lazımdır, yolu nədir?” Behcət deyirdi: "Bizim gördüyümüz işləri siz də görün. Bəli, əgər həqiqətən də əməl sahibiyiksə, həqiqət sorağındayıqsa, yol budur: Camaat namazına əhəmiyyət vermək, sübh çağı yatmamaq, sübh azanından qabaq oyaq olmaq və sair.”
    Bir gün Ayətullah Behcətə dedim: Ağa, 20-30 il tələbəlikdən sonra nə elm, nə də əməl sahəsində heç bir irəliləyiş etməmişəm.” Buyurdu: "Məgər özünü ölçmüsənmi?” Bəli, bir cümlədə mənə cavab verdi. Sonralar bu haqda fikirləşəndə bu cümlənin nə qədər kamil olduğunu başa düşdüm. Əgər yüz il ömür sürsəm belə bu bir cümlə mənə kifayət edər. İnsan öz əməllərini ölçmək üçün namazına fikir verməlidir.
    Ayətullah Behcət bir dəfə buyurdu: "Mə`nəvi-əxlaqi cəhətdən çox-çox üstün olan bir ustad öz şagirdlərinə deyərdi: Allaha şükürlər olsun ki, indi biz qeybət etmədiyimizi bu məclisdə çox rahat deyə bilərik. Amma yalanı deyə bilmərəm.”
    Ayətullah Behcət boş yerə hər kəsi tə`rifləməz və onun mə`nəvi əxlaqına bu qədər tə`kid etməzdi. Amma bu ustadın kimliyi və neçə ildən sonra öz şagirdlərinə bu sözü deməsi bizim üçün naməlum qaldı. Bəlkə, bu ustad Ayətullah Qazi və şagirdlər isə Əllamə Təbatəbai və Behcət kimi şixsiyyətlər olmuşlar. Bu ustad iyirmi-otuz il nəfsilə cihad edəndən sonra bu sözü demişdir.
    Behcət həmişə deyərdi: "Güman etdiyin bir şeyi doğru-dəqiq kimi söyləməyin özü yalandır.” Əllamə Təbatəbai buyurardı: "Öz-özünlə hesab-kitab etməyənə qədər hansı günahlara mürtəkib olduğunu bilməzsən.” Beləliklə, insan özünə rəqib olmasa, yalanın mə`nasını dərk edə bilməz. Bütün bu yazılar Behcətin ömür sərmayəsidir. Bunları dəfələrlə oxuyub bu haqda təfəkkür etməyə dəyər.(Bu yazılar tapşırıqlar bölümündə daha ətraflı gələcək.)Behcət deyir: "İnsan xilqətinin hədəfini (mə`nasını) dərk etmək bir şəxs üçün yetmiş dəfə dirilib yenidən şəhid olmaqdan artıqdır.”(Fəryadgəre tövhid”)
    Category: Ayətullahül-üzma Behcətin həyatı | Views: 1041 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024