İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    5:05 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    İYİRMİ DÖRDÜNCÜ DƏRS
    Mühasibənin, əməllərin ölçülməsinin və Allahdan həya etməyin əhəmiyyəti
    - Mühasibə - qaçılmaz zərurət
    - Müşaritə, müraqibə və mühasibə
    A - Müşaritə
    B - Müraqibə
    C - Mühasibə
    - Nəfsin mühasibəsinin faydası
    - Çirkin əməlin doğurduğu xəcalət
    - Xəcalət və həyanın məfhumu
    - Qələt adət - ənənələrin yayılmasının amilləri
    Mühasibənin - əməllərin ölçülməsinin və Allahdan həya etməyin əhəmiyyəti
    Peyğəmbərin (s) bu bölümdəki nəsihətləri mühasibə və ilahi həya ilə əlaqədardır. Rəvayətlərdə, xüsusilə də "Nəhcül-bəlağə”də "Nəfsin müsahibəsi” məsələsinə çoxlu təkidlər edilmişdir. Əxlaq ustadları haqq yolda hərəkətin ilk qədəmini, nəfsin paklanmasının ilk mərhələlərindən birini "mühasibə”də görürlər.
    "Ey Əbuzər! Səni (sorğu-suala çəkib) mühasibə etməmiş, öz hesabına yetiş ki, sabah səni mühasibə etsələr çətinə düşməyəsən.”
    Bu məzmunun eynisi, başqa rəvayətlərdə də dəfələrlə yad edilmişdir: "Sizi mühasibə etməmiş, siz özünüzü mühasibə edin.”
    Bu rəvayəti başqa rəvayətlərdən fərqləndirən, ona əlavə bir nöqtənin artırılmasıdır. Həmin nöqtə budur ki, insanın bu dünyada özünü sorğu-suala çəkib mühasibə etməsi Qiyamət günü ondan hesabat alınmasını asan edəcəkdir.
    Mühasibə, qaçılmaz zərurət
    Mühasibənin əsli və əməllərin yoxlanılması qaçılmaz bir işdir və hamı da bunu dərk edir. Hər kəsin özünə görə həyatda hesabatı olur. Xüsusilə də ticarət sahəsində çalışanlar, işləri sərmayə yatırıb, pul alıb – pul verənlər üçün hesabat aparmaq, xeyrini, zərərini araşdırmaq böyük əhəmiyyət daşıyır. Bazarda çalışan, işləri alış-veriş olanlar adətən ildə bir dəfə öz gəlir-çıxarlarını nəzərdən keçirir, hesab-kitab aparırlar. Amma bununla yanaşı günün axırında, həftədə və ayda da öz hesablarını yoxlayırlar ki, ilin axırında hesabatları asan olsun. Əgər həmin tacir gündəlik, ya həftəlik və aylıq hesabına baxmasa, hesabların hamısı üst-üstə yığılıb qalsa, iş onun üçün çətin olar. Bəzən belə diqqətsizliyin, işləri boşuna buraxmağın nəticəsində bağışlanılmaz səhvlər baş verir.
    Söz ondadır ki, necə ki tacir diqqətlə öz ziyanını, xeyrini gözdən keçirib yoxlayır və bir qəpiyinin də o yan – bu yan olmasına yol vermir, eləcə də mömin özü ilə Allahı arasında olan haqq – hesabını yoxlamalı, hər bir əməlini çötkəyə vurmalıdır. Bu işində nəfsin məkrindən çəkinməli, nəfsinin onu aldatmasından qaçmalıdır ki, nəfs, onun günahlarını təmizə çıxarmaqla, öz əməlləri üzərində diqqətlə hesab aparmasına mane olmasın. Öz nəfsindən etdikləri barədə qənaətbəxş cavab tələb etməlidir. Qiyamətdə ilahi məmurlar ondan necə hesab tələb edəcəklərsə, o da özü ilə həmin şəkildə hesabat aparmalıdır.
    Qaydası üzrə günahların hesabı əgər vaxtında tutularsa, bir-birinin üstünə yığılıb qalmazsa, daha dəqiq aparılmış olur və insan da düzgün nəticə əldə edir. Bu məsələnin bir tərəfi...
    Başqa bir tərəfdən əgər günahların hesabını təxirə salsaq, getdikcə hansı günaha mürtəkib olduğumuzu və nə qədər günahın üst-üstə yığılıb qaldığını unudarıq. Bundan başqa öz günahlarımıza nəzarət etməyəndə onun çarəsi barədə götür-qoy da etmirik və həmçinin etdiyimiz günahların həcminə inanmağımız gəlmir. Əgər məndən soruşsalar ömründə, indiyə qədər nə qədər günah etmisən, çox insafım olsa deyərəm, min günah. Amma, əgər dəqiqliklə gündəlik, həftəlik və ya aylıq günahlarımı qeydə alsaydım, hesab – kitab tutsaydım, onda məlum olardı ki, gündə, həftədə və ya ayda bəlkə də mindən artıq günaha batmışam! Bütün günahlar üst-üstə yığılıb qalanda astronomik bir rəqəmə çevrilirlər. Biz qəflətdə oluruq, elə bilirik ki, əgər adam öldürməmişiksə, oğurluq etməmişiksə, deməli əsas işlər öz qaydasındadır, yerdə qalan günahlar o qədər də mühüm deyildir. Bəlkə də kimsə bizə "günahkar” desə, etiraz edib deyərik: -"Məgər biz nə günah etmişik ki?” Unutqanlıq insan nəfsinin xasiyyətidir, xüsusilə də dildə deyilənlərdə.
    Psixologiyada diqqət yetirilən məsələlərdən biri budur ki, insanın etdiyi səhvlərini, günahlarını yada salması, onların yenidən açılıb ağardılması, onu xəcalətli, başıaşağı edir. İnsan həmin məsələlərə yenidən qayıdılmasını istəmir, onları unutmağa çalışır.
    Bu günlər psixoloqlar unutqanlığın və yaddaşa ötürmənin yaranma mexanizminin öyrənilməsində çoxlu işlər görmüşlər. Yəni insanın bir şeyi necə unutmasını, hansı amillərin unutqanlıqda rol oynadığını və həmçinin hansı amillərin yaddaşa ötürmə mexanizmini əmələ gətirdiyini öyrənməyə çalışmışlar. Təəssüflər olsun ki, araşdırılması həm dinimizə və həm dünyamıza fayda verəcək bu mühüm məsələ barəsində biz çox az iş görmüşük.
    Deməli, insan sevmədiyi şeyin özünə nisbət verilməsini istəmir. Psixoloqların araşdırmaları göstərir ki, insan hər bir günahdan və cinayətdən sonra özünə haqq qazandırmağa, əməllərini təmizə çıxarmağa cəhd edir. O vicdan əzabından yaxa qurtarmaq, gördüyü əməlin ona verdiyi əzabı yüngülləşdirmək üçün həmin günahı öz vücudundan uzaqlaşdırmağa çalışır, başqa təbirlə desək özünü günahsız göstərməyə səy edir; çalışır ya günahı yaddan çıxarsın, ya da onu başqa birisinə - mühitə, şeytana, dünyaya, ictimai quruluşa və ya hər hansı digər amilə - nisbət versin. Bu yolla özünü müdafiəyə üz tutur. Əgər "müdafiə mexanizmi”nə yönəlmə meyli insanda güclənərsə və hər günahına bəraət qazandırmağa çalışarsa, özü haqqında insaflı hökmdən yayınarsa, bu hiss onun daha böyük cinayətlər törətməsinə zəminələr yaradır. Çünki o özünün bu işi ilə özünü günahın qamçısından kənarlaşdırmış olur və onu günahın aqibətindən qorxudub çəkindirəcək heç bir narahatlığı, əziyyəti qalmır. Belə olur ki, günahın üzrü günahın özündən daha xətərli olur.
    Çünki insanda özünə məhəbbət hissi var. Camaat yanında hörmətinin olmasını istəməsindən başqa həm də öz yanında başıuca olmasını istəyir; öz vicdanı qarşısında xəcalətli olmaq istəmir, özünü naqis görməyi sevmir. Buna görə də onda boşluq, naqislik yaranmasına səbəb olan şeyləri xatirəsindən silməyə çalışır. Çünki onların xatırlanması insanın öz gözündə özünü həqir və yüngül görməsinə səbəb olur və bu da insanın təbii meylinin əksinədir. Bu nöqtəyə diqqət yetirməklə, əgər bu arada insanın nöqsanlarını, səhv işlərini onun yadına salacaq amillər olmazsa, bu gedişlə onu böyük təhlükə gözləyir və yaxın gələcəkdə qarşısıalınmaz xəsarətlərlə üz-üzə dayanacaqdır. Bu cəhətinə görə rəvayətdə insanın öz pis əməllərini yada salıb onların islahı üçün tədarük görməsinin ən yaxşı üsulları seçilmişdir. Əxlaq ustadları həmin rəvayətləri nəzərdə tutaraq "Meracus –sadə”, "Cameus – səadət” və "İhyau-ulum” kimi kitablarda, nəfsinin paklaşmasını və cilovlanmasını, seyri-süluk yoluna qədəm qoymaq istəyənlərə üç mərhələni – "müşaritə”, "müraqibə” və "mühasibə” – keçməyi tövsiyə edirlər.
    Müşaritə, müraqibə və mühasibə
    a - Müşaritə
    (Əz-Zumər, 42)
    Səhər tezdən insan yuxudan duranda diqqət etməlidir ki, onun ixtiyarına yeni bir sərmayə qoyulmuşdur. Əgər biz yuxudan qalxmasaydıq və ruhumuz bədənimizdən həmişəlik ayrılsaydı, bizim ömrümüz birdəfəlik başa çatmayacaqdımı?
    (Xacə Nəsirəddin Tusi deyir: Mühasibə - bir kəslə hesablaşmaq və müraqibə -(gözdə-qulaqda) olub kimi isə saxlamaq, qorumaqdır. (Nəsirəddin Tusi, "Osaful-Əşraf, səh. 88 – 90) Ariflər yanında "müraqibət” istilahi kəlmə olub qəlbi (nəfsi) pis işlərdən qorumağa, gözləməyə deyilir. Bəziləri deyirlər: -"Müraqibət budur ki, Allahı hər şeyə qadir biləsən”. Bəziləri deyirlər: -"Müraqibətin həqiqəti haqqa ibadətdir”. Bəziləri deyirlər: -"Ümumun müraqibəti (Allahdan) qorxmaqdır, xüsusun müraqibəti (Allaha) ümid etməkdir”. Və həmçinin demişlər : -"Müraqibətin əlaməti fədakarlıqdır”. (mütərcimdən))
    "Allah (əcəli çatan kimsələrin) canlarını onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilər.) Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də, bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, Qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!”
    Deməli, biz yuxuda ölümün bir mərhələsini keçirik və sanki ölmüş kimi oluruq. İndi, əgər yuxudan yenidən ayılmış olsaq bizə yeni həyat bağışlanmış olur və ixtiyarımıza təzə bir sərmayə verilir. Belə olan surətdə bizə verilən ikinci təzə bir həyata görə Allaha şükür etməliyik, üzümüzü nəfsimizə yönəldib ona belə deməliyik: - Ey nəfs! Allah-təala bu dəyərli sərmayəni sənin ixtiyarında qoydu ki, onunla axirət səadətini təmin edəsən. Əgər yolunu azsan, sərmayəni uduzmusan, ziyan görəcəksən. Öz nəfsimizlə şərt kəsək və onunla əhd-peyman bağlayaq ki, bir daha günahın ətrafında dolaşmasın və Allahın qəzəbinə səbəb olacaq işlərdən uzaq olsun. Nəfsimizdən söz alaq ki, bu qiymətli sərmayəni Allahın razı qalacağı və insanı səadətə çatdıracağı yerlərdə işlətsin. Çünki Allahın razılığını qazanmaqla insan səadətə yetişir. Allah razı olmayınca insan səadətə çata bilməz. Öz nəfsimizlə şərt kəsək ki, vacib əməllərin və ilahi təkliflərin yerinə yetirilməsində əyər- əskikliyə yol verməsin və əlindən gələn hər bir xeyir işi tərk etməsin.
    Yaxşı olardı bu müşaritəni (öz nəfsi ilə şərtləşməsi) insan sübh namazından və namazın ardınca oxunan duadan sonra aparsın. İnsan öz nəfsinə xitab edərək desin: - "Ey nəfs! Mənim bu bir-iki günlük ömürdən başqa əlimdə heç bir sərmayəm yoxdur, əgər əlimdən çıxsa bütün sərmayəm bada gedəcək.
    Ey nəfs! Rəhman Allah bu bir günü də mənə möhlət verdi. Əgər bu gün ölmüş olsaydım, arzu edərdim ki, yenidən Allah məni bu dünyaya qaytarsın, bəlkə axirətimə bir azuqə toplaya bilim. İndi, ey nəfs, elə təsəvvür et ki, ölmüşdün və bu dünyaya qayıtmağı arzu edirdin və sənin də arzunu qəbul edib yenidən bu dünyaya qaytardılar. İndi nə fikirləşirsən? Yoxsa bu bir günü də zay etmək istəyirsən? Çünki çəkdiyin hər nəfəs qiymətli bir gövhərdir ki, onunla axirət asayişini təmin edəcək əbədi xəzinə toplamaq olar.”
    b - Müraqibə
    (Kafi, c. 8, səh. 149)
    "Müşaritə” mərhələsindən sonra "müraqibə” mərhələsi gəlir. İnsan bu mərhələdə, gün ərzində nəfsi ilə bağladığı şərtlərə riayət etməsinə göz qoyur. Yəni, hər an diqqətli olur ki, məbadə birdən yadından çıxar, günah iş görər. Baxıb görməlidir ki, yolu düz gedir, ya əyri. Başqa təbirlə desək, müraqibət həmin təqvadır. Çünki təqva ilahi dəyərlərin siyanəti və əməllərin nəzarətdə saxlanılmasıdır. Rəvayətlərin birində göstərilir ki, təqva ona oxşayır ki, insan qaranlıq gecədə əqrəb və ilanla dolu biyabanda yol gedir və hər an mümkündür ayağını ilanın üstünə bassın və ilan da onu çalmaqla həyatına son qoysun. Necə ki həmin adam əqrəb və ilanla üzləşməmək üçün bütün diqqətini toplayır və hər addımını ehtiyatla götürüb qoyur, eləcə də insan gərək həyatda şeytanın xətərindən amanda olması və cəhənnəm əzabına düçar olmaması üçün hər işində diqqətli və ehtiyatlı olsun. Məlum olur ki, təqva insanın öz işlərində diqqətli olması və öz əməllərinin aqibətini düşünməsidir.
    İmam Sadiq (ə) buyurur: "Bir nəfər kişi Peyğəmbərin (s) xidmətinə gəlib ərz edir: - "Ey Allahın Rəsulu, mənə bir öyüd-nəsihət, tapşırıq verə bilərsinizmi?” Peyğəmbər üç dəfə ona buyurur: - "Əgər sənə nəsihət etsəm, onu qəbul edərsənmi?” Hər dəfəsində də həmin adam deyir: - "Bəli, ey Allahın Rəsulu.” Sonra Peyğəmbər (s) deyir: - "Mənim sənə nəsihətim budur ki, hər bir işi görmək istədikdə, əvvəlcə həmin işin aqibəti, sonrası barədə yaxşıca düşün, götür-qoy et, sonra əgər gördün həmin işin axırı, nəticəsi yaxşıdırsa o işi gör, yox, əgər gördün axırı yaxşı görsənmir, o işdən uzaqlaş.”
    (Usuli-kafi, c. 4, səh. 191)
    Nəfsin müraqibəti Allahı tanımağın nəticəsində hasil olur. Bu tanımağın nəticəsində insan yəqin edir ki, Allah-təala insanın gizli sirlərinə agahdır və heç bir şey Onun nəzərindən qaçmır. Bu baxımdan elə bir əməl yoxdur ki, insan onu gördüyündə müraqibətə ehtiyacı olmasın. Çünki, bəndə ya Allaha itaətlə məşğuldur, ya günah əməllərlə, ya da mübah sayılan işlərlə. Onun bəndəlik halında müraqibətdə olması əməlini kamala çatdırmasında göstərdiyi ixlasdan və səydən, ədəb normalarına riayət etməsindən və əməli nöqsanlardan qorunmasından ibarətdir. Bəndənin günah işlərkən müraqibətdə olması onun tövbə etməsi, peşmançılığı, əməlindən utanması və səhvini düzəltməsinə səy etməsidir. Mübah işlərdə bəndənin müraqibət etməsi budur ki, qayda-qanuna riayət etsin və nemətlərdən istifadə etdikdə həmişə nemət sahibini nəzərdə tutsun və o nemətlərə görə şükr etsin və bəlalara səbirli olsun.
    c - Mühasibə
    Nəfsin paklaşması üçün əxlaq ustadlarının tövsiyə etdiyi üçüncü mərhələ mühasibədir. Mühasibə - yəni insan günün axırında özünün bir günlük rəftarını araşdırmağa başlayır. Yoxlayır ki, görsün öhdəsində olan ilahi vəzifələrə, vaciblərə əməl edib, ya yox. Yoxlamadan sonra əgər görsə ki, ilahi vəzifələri yerinə yetirmişdir və onun gün ərzində bütün rəftarı şəri qaydalara uyğun olmuşdur Allaha şükr etməlidir ki, ona bu vəzifələri yerinə yetirmək tovfiqini inayət edibdir. Çünki vəzifələrin əncamı ilahi tovfiqin sayəsində həyata keçir. Bu tovfiqi bizə inayət etdiyi üçün qədirdanlıq olaraq şükr etməliyik. Həmçinin səy etsin başqa günlərdə də həmin sağlam və düzgün yolu davam etdirsin. Amma əgər ilahi vəzifələrə əməl etməmiş olsa və ya əməllərində qüsura yol vermiş olsa və ayağı büdrəyib yolundan çıxmış olsa, onda müstəhəbbi əməlləri, xüsusilə də nafilə namazlarını həyata keçirməklə işində olan nöqsanları düzəltməyə çalışmalıdır və ilahi vəzifələri tərk edib günah işlədiyi üçün özünü danlamalıdır və tövbə etməlidir ki, bununla Allah-təala onun günahlarından keçsin. Həmçinin yaxşı və xeyirli əməllərlə günahlarının tədarükünə məşğul olmalıdır. Belə olan surətdə yatdığı zaman bütün hesabları təmizlənmiş olur və üzərində heç bir günah qalmır. Bu həmin o mühasibədir ki, Əhli-beyt (ə) öz səhabələrinə tövsiyə etmişlər və əxlaq ustadları da pak imamlarımızın buyurduqlarının əsasında onu başqalarına tapşırırlar.
    Mühasibənin nəfsin paklaşmasında olan rolunu və əhəmiyyətini nəzərə alaraq İmam Kazim (ə) buyurur: - "Hər gün, gün ərzində nəfsinin hesabını aparmayan kəs bizdən deyil. Əgər yoxlayıb görsə ki, yaxşı əməllər etmişdir, Allahdan onun yaxşı əməllərini bir az da artırmasını istəsin, əgər görsə ki, pis əməllərə mürtəkib olmuşdur, Allahdan bağışlanmaq diləsin və Ona tərəf qayıtsın.”
    Biharul-ənvar, c. 70, səh. 69
    Peyğəmbəri-Əkrəm (s) səhabələrinə buyurur: - "Sizə insanların ən zirəkinin və ən nadanının kim olduğunu deyimmi?” Əshab deyir: - "Bəli, ey Allahın Rəsulu.” Həzrət buyurur: - "İnsanların ən zirəki o kəsdir ki, öz nəfsinin hesabını aparsın və ölümdən sonrakı həyatı üçün iş görsün. İnsanların ən axmağı o adamdır ki, öz nəfsinin istəklərinə tabe olur və həmişə Allahdan onun arzularını yerinə yetirməsini tələb edir.”
    Usuli-kafi (tərc.), c. 3, səh. 373
    Nəfsin mühasibəsinin faydası
    Nəfsin mühasibəsinin faydalarından biri də budur ki, insan öz səhvlərini görəndə tez onları düzəltməyə çalışır, günahın təsirinin ruhunda yer tutmasına imkan vermir. İnsan özü ilə hesabat aparmasa, nə qədər günah etdiyini də bilməyəcəkdir. Əgər bizdən soruşsalar ki, səhərdən axşama qədər neçə yaxşı, neçə pis, nalayiq iş görmüsünüz, harada çaşmış, harada düz olmusunuz – bilməyəcəyik. Amma onda ki, nəfsimizlə hesabat aparırıq, görürük ki, əməllərimizin neçəsi düz olmuşdur, neçəsi əyri.
    İnsan öz günahlarına diqqət yetirməyəndə o günahlar onun ruhuna hopur və daim ona mənfi təsir göstərirlər. Hər görülən günah onun qəlbində qara bir xal əmələ gətirir, günahlar artdıqca qaranlıq və zülmət də onun ürəyini bürüməyə başlayır, iş o yerə çatır ki, ürəyində nurdan əsər-əlamət qalmır. Bu nöqtə bəzi rəvayətlərin məzmunudur. O cümlədən İmam Sadiq (ə) rəvayətlərin birində buyurur: -
    "Bir adam günah etdiyində onun ürəyində qara xal yaranır, əgər tövbə etsə, xal məhv olub gedir, yox, əgər o günahın üstünə başqa günah da gəlsə, o xal artıb çoxalmağa başlayır və bu minvalla onun ürəyini qara örtük bürüyür ki, bundan sonra o adam heç vaxt doğru yola qayıtmaz.”
    Əl-Kəhf, 103-104
    Hərdən insanın xəbəri olmur, xəbər tutanda görür ki, günah artıq ürəyini əhatə edibdir. Əgər bugünkü halını bir il qabaqkı halı ilə müqayisə etsə görəcək ki, ruhunda gözəçarpacaq dərəcədə dəyişiklik baş vermişdir. Bir müddət elm öyrənən bəzi adamlar, öz ruhiyyələrində, əxlaqlarında müşahidə etdikləri zəiflikləri barədə öz-özlərinə deyirlər: - "Təhsilə başladığım ilk vaxtlarda mənim vəziyyətim belə deyildi; yüksək ruhiyyədə idim, ürəyim, zehnim saf idi. Nə oldu ki, birdən-birə ruhiyyəm zəifləməyə başladı?” Bəziləri bu tənəzzülün, süqutun səbəbini dərsdə görürlər; elə təsəvvür edirlər ki, dərs oxumaq onların qəlbini qaraltmışdır. Mənəvi ruhiyyələrinin aşağı düşməsinə günahlarının səbəb olduğuna inanmaq istəmirlər. Aydındır ki, insanın yaxşı və dəyərli işlərindən biri də onun dərs oxumasıdır. Hərçənd bəzən insanın bu kimi yaxşı işlərində çoxlu eyiblər müşahidə olunur ki, səbəbi də insanın diqqətsizliyindən irəli gəlir. Elə ki, insan dərs oxumaqdan yorulur və ya dərs oxumaqla bir yerə çıxacağına ümidini itirir və ya onu öz nəfsani istəklərinə uyğun görmür, bütün eyibləri dərsdə axtarmağa başlayır və bir növ özünü aldadıb deyir: - "Mənim ürəyimi qaraldan dərs oxumaq oldu, bundan qabaq, dərs ilinin əvvəlində ürəyim, ruhum pak idi!” Düzdür ki, dərs ilinin əvvəlində ürək pak idi və indi qaralmışdır, amma onun səbəbi dərs oxumaq deyil, əksinə, səbəbi dərs oxumamaqdır. Səbəbi günahlar və nəfsi tərbiyə olmadan dərs oxumaqdadır.
    Bəli, insan mühasibə etməyəndə günahın həqiqi və təkvini təsiri öz qüvvəsində qalır, nəticədə insanın ürəyini qaraldır.Qafil adamın isə bundan xəbəri olmur. Sanki bir adam ağ paltar geyinir və arası kəsilmədən bu paltarın üstünə ləkələr düşür. Amma o gözlərini yumub paltarının çirkləndiyinə baxmaq belə istəmir. Aydındır ki, ləkələr üst-üstə yığılıb paltarı iyrənc bir vəziyyətə salacaqdır və ona hər baxanın ürəyini bulandıracaqdır. Amma o adamın özünün bu vəziyyətdən xəbəri yoxdur, çünki gözlərini bərk-bərk yummuşdur!
    Nəfsin mühasibəsindən uzaqlaşmağın ən böyük eybi və ziyanı budur ki, günahın təsiri ruhda qalır və günbəgün artıb ürəyi zülmətə bürüyür və insanı Allahdan bir az da uzaqlaşdırır. İnsanın özündən xəbəri olmur, çox vaxt elə bilir ki yaxşı, hörmətli adamdır; lovğalanır ki mən eləyəm, beləyəm. Halbuki, hər gün uçurumun ağzına sürüklənir və nəticədə bir gün bədbəxtlik çalasına düşəcəkdir:
    "(Ya Məhəmməd!) De ki: "Sizə əməlləri baxımından (axirətdə) ən çox ziyana uğrayanlar barədə xəbər verimmi? O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirlər.”
    Əl-Mizan, c. 3, səh. 430
    Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: -"Xeyir əldə etmək məqsədilə olan alış-verişdə ziyan o zaman baş verir ki, insan məqsədinə nail olmasın və ya sərmayəsində əskiklik üzə çıxsın və ya insanın zəhməti hədər getsin. Mübarək ayədə zəhmətin hədərə getməsi zəhmətin itirilməsi, puça çıxması təbiri ilə verilmişdir. Məsələn, bir nəfər yolu itirir və gedəcəyi yerə çatmır.
    Hərdən insanın ticarətdə zərər görməsi işində naşı olması ilə əlaqədar olur və ya işin yolunu bilməməsi ilə və ya gözlənilməz, insanın özündən asılı olmayan amillərin nəticəsində olur. Bu ziyanların aradan qalxmasına ümid etmək olar. Çünki ümid edilir ziyankar ayılsın, işini yenidən başlasın və əlindən çıxan zəhmətini geri qaytarsın. Amma bəzən də insan ziyan görür, elə bilir ki, xeyir görür! Zərərə düşür, amma xeyirdən başqa bir şey qazanmadığına inanır. Bu ziyanların ən pisidir ki, düzəlməsinə ümid yoxdur.
    İnsanın bu dünyadakı vəzifəsi ancaq səadəti üçün çalışmasıdır. Bundan başqa onun heç bir istəyi olmamalıdır. Əgər haqq yola düşsə və hədəfə çatsa, həqiqi səadətə çatmış olacaqdır. Amma əgər yolunu azsa və öz səhvinə vaqif olmasa zəhməti hədər gedəcəkdir. Lakin onun nicat tapmasına ümid var. Amma haqq yoldan çıxıb qeyri haqqa üz tutarsa və öz bildiyində israr edərsə, belə ki, haqq nuru onun üçün zahir olanda nəfsi onu pərdələyib dikbaşlığa və cəhalət təəssübünə giriftar edərsə,belə insan əməlində və zəhmətində ziyan görmüşlərin ən pisi olacaqdır. Çünki, onun ziyanlarını aradan qaldıra biləcəyinə ümid yoxdur və səadətə çatacağı da gözlənilmir. Bu həmin nöqtədir ki, Allah-təala mübarək ayədə bəyan edir.”
    Əl-Əraf, 8
    Bundan qabaq deyildiyi kimi nəfsin mühasibəsinin faydalarından biri budur ki, insan öz səhvlərini görür və onları yoluna qoymağa çalışır. Günahın təkvini təsirinin ruhunda qalmasına və onu uçuruma sürükləməsinə yol vermir. Peyğəmbər (s) bu həqiqəti biri digərinə lazım olan iki təbirlə bəyan edir. Əvvəl deyir "Səndən hesabat istəməmiş nəfsini mühasibə et” və sonra buyurur "Bu mühasibə sənin sabahkı (Qiyamətdəki) hesabını asan edər.” Çünki özün öz əməllərini yoxlasan üzə çıxan səhvlərini, günahlarını düzəltməyə səy edər və nəticədə Qiyamət günü hesab-kitabın asan olar. Amma əgər belə etməsən, günahlar bir-birinin üstünə qalanıb qalar, Qiyamət günü sənə problem yaradar. Dünyada öz günahlarından xəbərsiz olursan və bilmirsən nə qədər süqut etmişsən, amma Qiyamətdə öz əməl dəftərinlə qarşılaşırsan və saysız-hesabsız günahlarını görürsən. Onların səndə yaratdığı həsrət sənə cəhənnəm əzabından daha artıq əziyyət verəcəkdir.
    Hədisin davamında Peyğəmbər (s) buyurur: - "Qiyamət günü səni Allah dərgahında sorğu-suala çəkmək üçün əməllərini tərəzidə çəkməmiş indidən özün öz əməllərini tərəziyə vur. Hazır ol (və bil) ki, heç bir şey Allahdan gizli deyil.”
    Qiyamət günündə əməllərin ölçülməsi barədə Allah buyurur:
    "O gün (Qiyamət günü) əməllərin (tərəzidə) çəkilməsi haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!”
    Əl-Kəhf, 49
    Əməllərin ölçülməsi bizim etiqad etdiyimiz inanclardandır. Əməllərin ölçülməsi onların müqayisə olunması və azlığının, çoxluğunun müəyyən edilməsidir. İndi əgər biz özümüz öz əməllərimizi tərəzidə çəkməyə başlasaq və görsək ki, günahlarımız ağırlaşmışdır, yükümüzü azaltmağa çalışacağıq. Amma əgər öz əməllərimizin ölçülməsinə fikir verməsəydik, günahlarımızı çəkməsəydik və onların ruhumuza qoyduğu təsirdən xəbərimiz olmasaydı, bir gün ilahi tərəzi qarşısında durmalı olanda rüsvay olub həsrət çəkəcəkdik. Deməli, öz əməllərinin mühasibəsinə, ölçülməsinə diqqət yetirən adamın sabah Allahın qarşısında, onun gizli və aşkar əməllərinin ölçüləcəyi gündə yükü az olacaq. Çünki o, öz günahlarını, əxlaqi əyər-əskiklərini düzəltmişdir.
    Qiyamət gününün həsrətinə mübtəla olmaq istəmirsinizsə indidən düşünün, əməllərinizi gözünüzün önündə canlandırmağa çalışın. Təsəvvür edin ki, ömrünüz başa çatmışdır – çünki heç kim sabaha sağ qalacağına əmin deyil – və Allah qarşısında əməllərinizi yoxlayırlar. İndi baxın görün Allahın qarşısına nə çıxaracaqsınız və Onun bərabərində nə hala düşəcəksiniz. Bir halda ki, məsum imamlar öz münacatlarında əməllərin Allah dərgahına verildiyi günün qorxusundan Allaha pənah aparırlar, bizlər niyə oturmuşuq? Biz də öldürücü əzabların ən dəhşətlisi olan o Günün həsrətinə mübtəla olmamaq üçün hər gün əməlimizi hesaba vurmalıyıq ki, əgər pis bir əməlimiz olmuşsa tez düzəldək ki, əməl dəftərimizdən silinsin.
    Çirkin əməlin doğurduğu xəcalət
    Məlumdur ki, söz əməllərin Allah qarşısına çıxarılmasından gedəndə, Allahdan həya və utanmaq məsələsi də ortaya çıxır. İnsan pis bir iş görüb və ya bir xəyanət edib sonra onu unutsa təfavütsüz olur və onun ruhiyyəsində heç bir dəyişiklik əmələ gəlmir. Biz, zəif olduğumuza və həqiqətləri düzgün dərk etmədiyimizə görə və həmçinin həqiqətin dərkinə tədricən yaxınlaşaq deyə, hiss oluna bilən işlərdən misal çəkirik:
    Fərz edin iki nəfər neçə ildir bir-biri ilə dostluq edir və aralarında əhd ediblər ki, bir-birinə xəyanət etməsinlər. İndi əgər onlardan biri digərinə xəyanət etsə və dostunun da bu xəyanətdən xəbəri olmasa və ya onu unutmuş olsa rəfiqi ilə üz-üzə gələndə rəftarı çox adi olacaqdır. Amma əgər dostu onun xəyanətini gizli video lentə alsa və ya fotosunu çəksə və bir müddətdən sonra ona göstərsə və desə: -"Sən mənimlə əhd bağlamışdın ki, mənə xəyanət etməyəsən, ağız dolusu dostluqdan dəm vururdun, bəs nə oldu? Niyə mənə xəyanət etdin?” Burdadır ki, xəyanətkar üçün xəcalət hissi baş qaldırır və utanıb qızarmağa başlayır. Bu cür xəcalət hissi hər əzabdan daha çətindir. Xəyanət etmiş adama öz xəyanətini unudandan sonra dostu gətirib etdiyi xəyanətin video lentini ona göstərsə, görən o nə hala düşəcəkdir? Onun heç ağlına gəlmirdi ki, dostunun bu xəyanətdən xəbəri ola bilər.
    Mən bu dünyada əməllərin üzə çıxmasına misal kimi xəyanətin lentə alınmasını, təsvirə götürülməsini açıqladım, amma Qiyamətdə əməlin özü hazır olur. Baxmayaraq ki, bizim əqlimiz əməllərin canlı olaraq hüzurunu, zahir olmasını dərk etmir, amma bizim məzhəbi etiqadımıza görə əməllərin təcəssümü sabit olmuşdur: "...Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər...”
    Ali-İmran, 30
    Bu ayədə açıq şəkildə Allah eyni əməlin özünün hazır olacağını bəyan edir. Ayəni başqa cür təfsir etmək olmur. Bu ayədən başqa digər ayələrdə də əməllərin təcəssümü bəyan edilir, o cümlədən: "O gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır...”
    Biharul-ənvar, c.16, səh. 230 
    Hətta, əgər Qiyamətdə insanın əməllərinin şəklini, təsvirini ona göstərsələr, yenə də inkar edə bilməz. Əgər onun əməllərini olduğu kimi ona göstərib desələr: - filan gündə, filan saatda və ya filan gecədə sən bu işi görmüsən, o anda Allahla üz-üzə dayansa onun çəkdiyi xəcalət hər əzabdan daha şiddətli olacaqdır.
    İnsan Məhşər gününü, əməllərinin Allah qarşısına necə çıxacağını yadına salması üçün yaxşı olardı bütün bu səhnələri öz xəyalında canlandırsın. Hətta əgər bu dünyada rüsvayçılığı olubsa onu da bir anlığa yadına salsın: - məsələn, bir vaxt gizlində pis bir iş görürdü və birdən haradansa bir uşaq gəlib çıxır və onun gördüyü işin şahidi olur. Yəqin belə bir iş hamının başına gəlmiş olar; ətrafa diqqət etmədən pis bir iş gördüyü zaman, birdən başını qaldırıb görür ki, kimsə ona göz qoyurmuş. Belə vəziyyətdə insan utandığından az qalır yerə girsin. O ki qalmışdı həmin adam uşaq yox, kifayət qədər şüuru, ağlı olan bir şəxs olsun, vay o gündən insanın boynunda haqqı olan birisi olsun və gördüyü gizli iş də ona xəyanətdən ibarət olsun.
    Şəksiz, bizim hər nəyimiz varsa Allah bizə vermişdir və atdığımız hər səhv addım Ona xəyanətdir. İnsan əgər düzgün fikirləşsə görəcəkdir ki, onun günahı Haqq sahibinin hüzurunda və Ona xəyanət olmuşdur. Görəcəkdir ki, o kəsə qarşı günah edir ki, onun özünün varlığı və etdiyi günahın gücü elə Onun tərəfindəndir. O, bu nemətləri və gücü bizə ona görə veribdir ki, onunla özümüzü təkamülə çatdıraq və Ona yaxınlaşmaq üçün istifadə edək. Belə olan vəziyyətdə çox utandırıcı olar ki, Allahın nemətlərini Ona qarşı günah etməkdə, Ona xəyanət işlərdə, Ondan uzaqlaşmaq üçün işlədək!
    Deyilənləri nəzərdə tutaraq, əgər insan axşamları bir neçə dəqiqə öz nəfsi ilə mühasibə etsə, əməllərini gözü önündə canlandırsa yəqin ki, bu mühasibə, Allah qarşısında günahkar olduğunu görmək, onun günahlarının azalmasına səbəb olacaqdır. Hətta bütün günahların yuyulmasına səbəb olan xalis tövbəyə gətirib çıxarmasa da həmin xəcalət hissi onun günah yükünü yüngülləşdirmiş olur və günahın təsirinin artmasının qarşısını alır. Bundan sonra insan asanlıqla günaha qurşana bilmir. İndi əgər Allahın hüzurunda olduğunu diqqətində hər zaman saxlaya bilsə, adətə çevirsə, daha heç vaxt günah etməz.
    Xəcalət və həyanın məfhumu
    Əməllərin Allah qarşısına gətirilməsini və xəcalət haqqında deyilənləri nəzərdə tutaraq, rəvayətin digər bölümündə Peyğəmbər (s) həya məsələsini önə çəkir: - "Ey Əbuzər! Allahdan həya et! And olsun o Allaha ki, canım Onun ixtiyarındadır, mən hər dəfə su başına çıxanda başımı, üzümü örtürəm, mənimlə olan iki mələkdən həya edirəm.”
    Həya və xəcalət məsələsi olduqca böyük əhəmiyyət daşıyır. Amma təəssüflər olsun ki, bu məsələ ilə bağlı yanlış fikirlər səslənir. Yabançı mədəniyyətlərin aramıza nüfuz etməsi ilə həya və utancaqlıq kimi məsələlərlə bağlı bir sıra fikri problemlər qarşıya çıxmışdır. Buna görə də bu məsələ ətrafında araşdırma aparılması yerinə düşərdi. Baxmayaraq ki, bu qısa fürsətdə ancaq moizələri zikr etməklə kifayətlənmək istəyirdim; çünki mümkündür məclisin bu bəhsi dinləməyə hazırlığı olmasın, amma bu məsələnin bünövrəsini, alt yapısını təşkil edən fikirlərə işarə edilməsini lazım bilirəm.
    Hamımız bilirik ki, İslam mədəniyyətinə görə həya və utancaqlıq yaxşı və dəyərli hesab edilir və bunun müqabilində üzlülük, həyasızlıq mentalitetimizə zidd dəyərlər sırasında yer tutur. Əvvəllər bir adamı söymək istəyəndə ona deyərdilər: "üzlü”, "həyasız”, çünki "üzlü” və "sırtıq” kimi kəlmələr söyüş və yamanlamaq sayılırdı. Əgər bir az da qəliz söyüş söymək istəsəydilər, deyərdilər: "həyasız”. "Həyasız” sözü çox pis söyüş sayılırdı. Bu bizim mədəniyyətimiz... Amma bu günlər Qərb mədəniyyətində, küfr dünyasında həya, utanmaq eyb hesab edilir. Psixologiyada, əxlaq fəlsəfəsində və təlim-tərbiyədə yer tutan məsələlər sırasında həya və həyasızlıq məsələsi xüsusi yer tutur. Görən psixologiya elmi, əxlaq və tərbiyə üsulu baxımından insan həyalı olmalıdır, yoxsa həyasız? Əlbəttə, İslam mədəniyyətinin əksinə olaraq qərb mədəniyyətində həyasızlıq təşviq edilir deyəndə, bu o demək deyil ki, bizim həya barəsində nəzərimiz və onunla bağlı rəftarımız kamil olaraq düzgündür. Buna görə də bu məfhumun bəhsə, araşdırmaya ehtiyacı var və mətləbin aydınlaşması üçün insanda həyanın və utancaqlığın köklərinə işarə edirik:
    İnsanda mövcud olan fitri xüsusiyyətə əsasən, əgər insan pis bildiyi, cəmiyyət tərəfindən bəyənilməyən bir işə mürtəkib olanda onun daxilində həya adlı xüsusi bir əksül-əməl baş qaldırır. Əlbəttə, bu ruhi əksül-əməlin üzə çıxması iki əmrə əsaslanır: biri insanın gördüyü işi pis bilməsidir, ikincisi fitrətinin nisbətən sağlam olmasıdır. Yəni əzilmiş, ölmüş olmasın. Çünki insanın çoxlu fitri halətləri var, amma fitrətini ayaqlar altına atanda, o fitri halətlər zəifləyib öləziyir və yavaş-yavaş yox olurlar. Deməli, pis işlər qarşısında həya hissi fitri bir xüsusiyyətdir, amma pisi və çirkinliyi ayırd etmək hərdən əql vasitəsilə təyin edilir. Bəzi yerlərdə mühitin ona aşıladığı təsir nəticəsində yaxşını və pisi qavrayır. İlk vaxtlarda uşağa nəyin yaxşı və nəyin pis olduğunu təlqin edən valideyn olur. Əgər bu təlqin düzgün həyata keçirilsə, uşaq pis bir işi görəndə və xəbər tutanda ki, başqası ona qıraqdan göz qoyur, öz fitri xüsusiyyəti əsasında xəcalət çəkir və başını aşağı salır, bəzən tər də tökür. Bu fitri əksül-əməl uşaqda baş qaldıran təbii bir hissdir və deyildiyi kimi yaxşını və pisi təlim vasitəsilə qavrayır.
    Qələt adət - ənənələrin yayılmasının amilləri
    İslami və əxlaqi dəyərlərdən başqa bizdə mühitin, cəmiyyətin və ya milli və irqi amillərin təsiri nəticəsində yer almış bir sıra adət və ənənələr vardır ki, onların əsasında bəzi şeyləri yaxşı, bəzilərini isə pis hesab edirik. Bu baxışın şəriətə heç bir aidiyyəti yoxdur və mümkündür şəriətin ziddinə də olsun. Məsələn, uşağın özündən böyüklərin qarşısında danışmağını pis bilirik. Elə ki, uşaq ağzını açır bir söz desin, tez deyirik: - Sakit ol, ayıbdır. O uşaq yaxşını və pisi valideynlərindən, ətrafındakı adamlardan öyrəndiyi üçün elə təsəvvür edir ki, yaxşı və pis olanlar onların dediklərindən ibarətdir. Elə ki, başqalarının onun işinə mənfi reaksiyalarını, qaş-qabaq salladıqlarını görür, başa düşür ki, gördüyü iş yaxşı iş deyilmiş və həmin işi gördüyü üçün xəcalət hissi keçirir. Buna görə də böyüyün yanında danışmağa cürət etmir, sinifdə müəllimdən sual soruşmağa xəcalət çəkir. Bu hal get-gedə onda adətə çevrilir və böyüyəndən sonra da danışmaq istəyəndə xəcalət hissi, utancaqlıq onu tutur və danışmasına maneçilik törədir. Camaat içində, bir məclisdə danışmaq, sual vermək istəyəndə qəlbi döyünməyə başlayır, rəngi qızarır.
    Məlum məsələdir ki, şəriət insanın sərbəst danışa bilməməsini bəyənmir.İnsanın öz fikrini, haqq sözü deyə bilməməsini şəriət mənfi qarşılayır. Buna oxşar qələt anlayışlar qadının həya məsələsində də var. Bizim mədəniyyətimizdə qadının ən böyük sərvəti onun həyasıdır. Amma dəyərli olan bu məfhumun həyatda tətbiqi ilə bağlı bizim cəmiyyətimiz yersiz, ifrat təəssübkeşlik göstərir. İffətli qızı elə tərbiyə edirlər ki, naməhrəm adamın qarşısında söz danışa bilmir. Onu qandırmağa çalışırlar ki, bu həyanın əlamətidir! İslam baxımından bir qadın başqaları qarşısında öz sözünü deməyi bacarmalıdır, amma çox yerində deyilmiş və bəyənilən fikir budur ki, danışılmayacaq yerdə danışmasın və ya başqalarını təhrik edəcək qədər səsini naziltməsin. Amma bu o demək deyil ki, tamamilə danışmasın, onu o qədər də sıxışdırmamalısan ki, qarşıdakı heç səsini eşitməsin. Həqiqətdə biz müxtəlif məsələləri, yönləri bir-birindən ayırd edə bilməmişik.
    Əgər qadının başqalarının qarşısında danışmağı eyb olsaydı, Həzrəti Zəhra (ə) Mədinə məscidində o möhtəşəm nitqini necə söyləyəcəkdi? Ya Zeynəbi Kübra ibn Ziyadın məclisində xütbəsini deyə bilərdimi? Bəli, şəriət deyir elə danışmamalısan ki, səsin başqalarını təhrikə gətirsin və yolundan çıxarsın. Danışığın tərzi şəhvəti yerindən oynatmamalıdır. Bu deyilənlərdən qıraqda qadının danışmasına irad tutulmur, kimsə demir qadının ağzına möhür vurulsun.
    Bir sıra məsələlərdə yol verdiyimiz – xüsusi ilə də əxlaqi və tərbiyyəvi məsələlərdə - ifrat və təfritlər mənfi nəticələrə gətirib çıxarmışdır. Qərblilər bu mənfi nəticələri mülahizə edəndə belə qərara gəlirlər ki, onun qarşısını alsınlar, amma təfritə düçar olub həmin dəyərləri öz əslindən uzaqlaşdırdılar. Biz uşaqları həddindən artıq utancaq böyütdük, belə ki, başqalarının qarşısında öz sözlərini deməyə xəcalət çəkdilər, elə ki onlar bu işin səhv olduğunu gördülər, dedilər: - "Uşaq hər işdə azad olmalıdır, qadın azad olmalıdır və heç nədən çəkinib həya etməməlidir; hətta kişilərin qarşısında çılpaq olsa belə. Həya və xəcalət məsələsində etdikləri xətanın qərbdə nəticəsi bu oldu ki, tamamən bütün qeyd-şərtləri, həddi-hüdudu kənara qoydular: nadan ya ifrat edər, ya təfrit. Nə biz İslamı düzgün tanıdıq, nə də onlar doğru yolu tutdular; nə biz islami dəyərləri düzgün tətbiq edə bildik, nə də onlar ilahi dəyərlərə fikir verdilər. Əlbəttə, onlardan bizim təvəqqemiz olmamalıdır, çünki fikirlərinin bünövrəsi fasiddir. Allaha etiqad bəslədikləri məlum deyil. Qərbdə hətta kilsəyə gedən etiqadlı məsihilər məlum deyil dinə həqiqətən inanırlar, ya yox. Ancaq dildə dinə və dini dəyərlərə qiymət qoyurlar, həqiqətdə dinə heç bir meyilləri yoxdur. Buna görə də onlardan nə isə gözləmək olmaz. Söz bundadır ki, biz niyə İslam həqiqətlərini tanımadıq və onlara düzgün əməl etmədik. Biz onlardan niyə düzgün istifadə edə bilmədik ki, başqalarının da danlağına çevrilək, bunlara görə bizə töhmət vursunlar?
    Deyilənləri nəzərdə tutaraq həya məfhumunun əhatə dairəsini, məna genişliyini aydınlaşdırmağı zəruri bilirəm. Belə ki, aydın olsun həyanın məfhumu nədir, harada həyalı olmaq, xəcalət çəkmək bəyənilmir, məzəmmət edilir. Aydındır ki, bütün hallarda xəcalətli olmaq bəyənilmir və həmçinin utancaqlıqdan doğan zəiflik də yaxşı deyil. Yaxşını və pisi tanımaq lazımdır və hər biri möhkəm dəlillərlə yanaşı öyrənilməlidir. Uşağa niyə deməliyik ki, böyüklərin qarşısında danışmaq pisdir? Bu Allahın, Peyğəmbərin (s) sözüdür? İmamların yolu bu olmuşdur? Məlum məsələdir ki, yox. Bəli, qışqırmaq, fəryad etmək heç kimin xoşuna gəlmir. Əlbəttə, uşaq tədriclə və böyüklərin səhih təlimi ilə başa düşür ki, elə danışmaq lazımdır ki, qarşıdakı tərəf eşitsin və həddindən artıq səsin tonunu qaldırmaq lazım deyil. Amma belə deyil ki, heç danışmasın. Kim deyir ki, qadının başqasının qarşısında danışmağa haqqı olmamalıdır? Belə olsa, əgər məhkəmədə haqqını tələb etməli olsa və ya bir yerdə nəhy-əz-munkər etməli olsa bunu necə edəcəkdir? Deməli, yaxşını və pisi islami əsasların paralelində tanımalıyıq, anlamalıyıq ki, İslamın nəzərində yaxşı və pis hansıdır. Bundan sonra həqiqi pisin qarşısında həya etmək bəyənilir. Yoxsa hansısa cəmiyyətin, millətin, məntəqənin düzüb-qoşduğu adət-ənənələr əsasında həya etməyin mənası yoxdur ki!
    Bu cür həya və utancaqlıq əxlaqi və mənəvi dəyərlərdən yox, adət-ənənələrdən doğur. Adət-ənənələrin özü də əgər islami dəyərlər çərçivəsində olarsa möhtərəmdirlər, yox, əgər ilahi dəyərlərin və haqqın xilafına olarsa, onda insani dəyərlərlə ziddiyyət təşkil edəcək. Buna əsasən, əgər İslamın qanunlarına düzgün əməl etmək istəyiriksə əvvəlcə gərək həqiqi olan yaxşı və pisi tanıyaq ki, bununla da hansı rəftarın qarşısında həya edəcəyimizi bilək.
    Deyildi ki, yaxşı və pisi tanıyandan sonra insan öz fitrəti əsasında pis bir iş gördüyündə həya hissi keçirir. İndi əgər bu fitri hissin qarşısında müqavimət göstərsə və onunla mücadiləyə qalxsa, tədriclə onda fitrətdən gələn həya hissi zəifləməyə başlayacaq və bir müddətdən sonra həyasızlıq xisləti ona sirayət edəcəkdir.
    Bu işin həya və utancaqlığa dəxli yoxdur, məsələ insanın fitri meyli qarşlısında müqavimət göstərməsidir. Zəifləşən və təsirini itirən həmin fitri xüsusiyyətdir. Günaha mürtəkib olub onun aqibətinə etinasızlıq edən adamlarda get-gedə üsyan halı güclənməyə başlayır və ən pisi də budur ki, adət halına keçir. Bundan sonra hətta Allahın hüzurunda günah etdiklərini yadlarına salsalar da çəkinib həya etmirlər, çünki fitrətləri əzilmişdir.
    Bəli, nəfsi mühasibəyə çəkməyin nəticəsində və get-gedə artan günahların təsirindən insanın fitrəti yavaş-yavaş öləziməyə başlayır və nəticədə insan heç bir günah işdən çəkinmir və öz vicdanı qarşısında cavab verməkdən boyun qaçırır. Əlbəttə, insanda həya hissini aradan aparan digər amillər də mövcuddur və rəvayətlərdə onlara işarə edilmişdir. Amma həyasızlığa səbəb olan ümdə amil fitrətdən gələn həya hissinə qarşı müqavimət göstərib, ona etina etməməkdir. Bunun müqabilində həmin fitri hissi gücləndirmək üçün bəzi məsələlərə riayət etmək lazımdır. Həmin nöqtələrdən birinə bu rəvayətdə işarə edilmişdir. Peyğəmbər (s) Əbuzərə Allahdan həya etməsini tapşırır və sonra buyurur: -"...Mən subaşına getdiyim vaxt başımı, gözümü bağlayıram və həmişə mənimlə olan iki mələkdən həya edirəm.” Bu fitri olan həya hissini gücləndirmək üçündür.
    Əbu Səid Xidri Peyğəmbərin (s) həddən artıq həyalı olması ilə bağlı deyir: - "Peyğəmbər (s) gəlin köçən bakirə qızdan daha həyalı idi. Bir şeydən narahat olanda (narahatlığını dilinə gətirməzdi) çöhrəsindən anlayardıq."
    Ən-Nisa, 118-119
    Salmanın dediyi bu söz çox məşhurdur: - "Mən ömrüm boyu ayıb yerimə baxmamışam!” Salman uzunömürlü bir adam olub. Məlumdur ki, bu ruhiyyədə olan heç vaxt zina etməz. Amma əgər insan etinasız olsa, yaxşı və pisə fərq qoymasa, get-gedə onda fitri həya öləcək və onun yerini günah meyilləri tutacaqdır. O, həmişə uçurumun kənarında durubdur, gözləyir balaca bir külək əssin, onu vurub bədbəxtlik girdabına salsın. Amma əvvəldən öz rəftarına diqqət yetirsə, fitri hisslərini gücləndirsə, onda həya hissi güclənmiş olar və özünü günaha aludə etməz.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 943 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024