İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:58 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZ İKİNCİ DƏRS
    Allahın ehtiram və cəlalının göstəriciləri
    –Peyğəmbər (s) və imamların gizli qalmış mənziləti.
    –Allaha itaət etməyin Peyğəmbərə (s) və Əhli-beytə olan itaətlə əlaqəsi.
    –Möminlərə ehtiram etməyin lüzumu.
    A–Yaşlı və ağsaqqal müsəlmanlara olan ehtiram.
    B–Quranı öyrənib və yaşadan məsəlmanlara olan ehtiram.
    V–Adil hakimlərə olan ehtiram.
    –Cəmiyyətdə hökümətin və qanunun zəruriliyi.
    –Saleh və ləyaqətli hakimin şəraiti (xüsusiyyətləri)
    –Vəliyyi-fəqih ən saleh və ən ləyaqətli şəxs.
    Allahın ehtiram və cəlalının göstəriciləri
    "Ey Əbuzər! Yaşlı müsəlmanlara, Quranı hifz edib onun buyruqlarına əməl edənlərə, ədalətli hakimlərə ehtiram etmək, Allah Təbarək və Təalaya təzim və ehtiram etməkdən sayılır. Ey Əbuzər! Xasiyyəti və rəftarı pis olan hər kəs həmişə Allahdan uzaq olar.”
    Hədisin bu bölümündə Peyğəmbər (s) xatırladır ki, Allahın bəzi bəndələrinə hörmət etmək, Allahın Özünə ehtiram göstərmək kimidir. Aqillər öz ağıllarının zövqü əsasında müəyyən bir hədəf üçün hərdən bir şeyi başqa bir şeylə bərabər tuturlar və ya bir işi başqa bir işin mənziləsində və ya bir şəxsi başqa bir şəxsin oxşarında təqdim edirlər. Belə ki, adi danışıqda da deyilir: - bu işi görmək, filan işi görməyə bərabərdir, bu adam lap filankəs kimidir və s. Bu oxşatma və bənzətmə iki şey və ya şəxs arasındakı müştərək, oxşar sifətlər əsasında ortaya çıxır. Bu oxşatmanın dəlili budur ki, bir şəxsdə və ya bir işdə elə bir gizli xüsusiyyət, sifət var ki, həmin xüsusiyyət və xislət başqa bir şəxsdə və ya işdə aşkar şəkildədir. Həmin gizli və örtülü xüsusiyyətin bir daha tanınması, üzə çıxması üçün, həmçinin başqalarının diqqətini ona cəlb etmək üçün həmin şəxsi və ya işi, həmin oxşar xüsusiyyəti daha ali şəkildə daşıyan digər şəxsin və ya işin mənziləsində (ona tay mərtəbədə, ona bərabər olacaq həddə) tanıtdırırlar. Daha çox dilimizdə, ədəbiyyatda işlədilən təşbihlərə (bənzətmə) baxsaq görərik ki, şücaətli birisini şirə bənzədirlər, halbuki şirin şücaət dərəcəsi həmin adamdan daha çoxdur, amma şirin ən çox tanınan, dildə gəzən xüsusiyyəti şücaət olduğu üçün həmin şəxsi şirə bənzədirlər ki, onun da şücaəti bilinib, bir daha tanınmış olsun. Yəni, onun şücaəti və cəsarəti başqaları üçün aşkar olsun və nəzərlər ona yönəlsin. Başqalarının diqqətini cəlb etməyin özü müxtəlif qərəzlər və hədəflər üçün ola bilər.
    Quran ayələrində və rəvayətlərdə Allah-Təala mənziləsində tanıtdırılan bəzi adamlar haqqında deyilmiş təbirlərə rast gəlinir, və ya bəziləri üçün görülən bir iş Allah üçün görülmüş işə bənzədilir. Necə ki, ehtiyacı olanlara borc vermək, sanki Allaha borc verirmiş kimi göstərilmişdir. O cümlədən bu ayədəki ki: "Kimdir o kəs ki, Allaha könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz artırsın? Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!”
    Əl-Ənfal - 42
    Halbuki, Allah-Təala bütün kamalatlara hədsiz dərəcədə - bəzi alimlərin dəqiq buyruqlarına əsasən bəlkə də hədsiz dərəcədən daha yüksək dərəcədə - malikdir. Allahı tanıyan, Ona iman gətirən kəs anlayır ki, Allah-Təala bütün kamallara ağılın vara biləcəyi ən yüksək səviyyədə malikdir.
    Peyğəmbər (s) və imamların (ə) gizli qalmış mənziləti
    Allah-Təaladan savayı, məxluqat arasında da, kamallarının məhdudluğuna baxmayaraq, bəzi kamallar və onların ölçüsü başqaları üçün məchul və tanınmazdır.
    O cümlədən, Allahın ən kamil məxluqlarından olan on dörd məsumun kamallarının qədəri və dərəcəsi başqaları üçün tanınmaz qalmışdır. Buna görə də adi insanlar onları digər insanların həddində görürdülər. Hətta Peyğəmbərə (s) iman gətirən bəzi adamlar belə təsəvvür edirdilər ki, Peyğəmbər (s) də başqaları kimi adi insandır, bu fərqlə ki, ona vəhy göndərilmişdir! Amma onun məqamının başqalarının məqamından qat-qat üstün olduğundan nə xəbərləri var idi, nə də onu dərk edə bilirdilər!
    Peyğəmbərin (s) məqamının yüksəkliyi ilə tanış olanlar üçün onun peyğəmbərlər arasında ən üstün, ən kamil peyğəmbər olduğuna və şəriətinin ən dolğun şəriət olduğuna şəkk-şübhə yeri qalmamışdır. Allah-Təala onu peyğəmbərliyə seçdi, ədalətlə hökm çıxartsın, Allahın əmrinə dəvət etsin, düz yola hidayət etsin deyə ona Kitab göndərdi. Peyğəmbərə (s) buyurdu ki, xalqı onların ağıllarına uyğun dəlil və kəlamlarla Allahla, dünyəvi və dini işlərlə tanış etsin, dinlərini kamil qılsın. Peyğəmbər (s) də Allahın əmrinə "ləbbeyk” deyib hər kəsin əqli həddində ona dəlil göstərdi, söz danışdı, ümmətin həqiqətdən xəbəri olsun deyə hər iddiasını dəlil və höccətlə irəli sürdü: ... həlak olan aşkar bir möcüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın (hidayət tapsın)...”
    Nəhcül-Bəlağə, (Feyzül-İslam), xütbə - 107, səh. 321
    Həzrət Əli (ə) Peyğəmbərin (s) şənində buyurur: "- Allah-Təala Məhəmmədi nəbilər soyundan, işıqlar saçan ən uca yerdən, Məkkənin göbəyindən, qaranlıqlı aydınladan nurlardan, hikmət qaynaqlarından seçmişdir...”
    Nəhcül-Bəlağə (Feyzül-İslam), xütbə - 94, səh. 283
    Başqa bir yerdə buyurur: " ...Onu (Peyğəmbəri) qərarlaşdırdığı yer, qərar yerlərinin ən xeyirlisidir. Bitdiyi yer, bitdiyi yerlərin ən şərəflisidir. Kəramət mədənlərində, səlamət beşiyində yetişmiş, yaxşıların qəlbləri ona yönəlmiş, inananların gözləri ona meyl etmişdir. Allah onunla əski kinləri yatırmış, könüllərdəki düşmənçilikləri söndürmüşdür. Onunla (inananların qəlblərini) birləşdirib qardaş etmiş, (inanmayan) yaxınlarını ayırmış, zəlilləri əziz, əzizləri də zəlil qılmışdır. Sözü bəyandır, susması lisandır.” 
    Biharul-ənvar, c. 23, səh. 133
    Allah-Təalanın sözlərinə və Peyğəmbər və imamlardan bizə gəlib çatmış rəvayətlərə əsasən icmali olaraq belə nəticəyə gəlirik ki, bütün insanlar ağıllarını bir yerə toplasalar belə on dörd pak və müqəddəs nurun malik olduqları məqamlardan birini dərk edə bilməzlər, o ki, qalmışdı o mərtəbələrə gedib çatsınlar. Bu mərifət və tanışlıq Allahın inayəti, Qurani-Kərimin ayələrinin və imamlardan gəlib çatmış rəvayətlərin bərəkətinin əsasında bizlərə müyəssər olmuşdur. Bu cəhətinə görə də Peyğəmbər (s) malik olduğu yüksək məqamı və mərtəbəsi ilə Allah yolunun ən yaxşı bələdçisidir. Bu əziz Peyğəmbər (s) özündən sonra iki böyük mirası – Allahın Kitabını və itrətini – bizlərə əmanət qoydu və ümmətinə tapşırdı ki, hər zaman bu iki əmanətə müraciət etsinlər, bu iki əmanətdən bərk yapışmaqla haqq yoldan azmasınlar. Necə ki, buyurdu: "- Mən iki qiymətli şeyi – Allah Kitabını və Əhli-beytimi sizin aranızda əmanət qoyuram. Necə ki, o (iki əmanət) sizinlədir, heç zaman haqq yoldan azmayacaqsınız. O ikisi, (Quran və Əhli-beyt) (axirətdə) Kövsər hovuzunun kənarında mənə qovuşacaq ana qədər bir-birindən ayrılmazlar.”
    Ən-Nisa - 80
    (O ikisinin ayrı düşə bilməyəcəyinin mənası budur ki, Əhli-beyt (ə) heç vaxt Allah Kitabının əksinə olan söz söyləməz, hərəkət etməzlər və bunu edə bilmələri üçün də onların hökmən ismətli olması gərəkdir.)
    Allaha itaət etməyin Peyğəmbərə (s) və Əhli-beytə (ə) olan itaətlə əlaqəsi
    Peyğəmbərin (s) yüksək məqamını aşkar edən ayələrdən biri də Allahın belə bir buyruğudur ki: "Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur...”
    Ən-Nisa - 59
    Bu ayədə Peyğəmbərə (s) itaət etməyin əhatə dairəsi, həddi bəyan edilməmişdir. Burdan anlamaq olur ki, Peyğəmbərin (s) göstərdiyi hər əmrə insan itaət etmiş olsa Allahın əmrini yerinə yetirmiş kimidir. Bu ayə Peyğəmbərin (s) müqəddəs vücudunun ismətə malik olduğuna dəlalət edən ayələrdən biri hesab olunur. Çünki bu və bu qəbildən olan ayələr sorğu-sualsız bizi Peyğəmbərə (s) itaət etməyə çağırır. Bu o deməkdir ki, Peyğəmbər (s) Allahın əmrinin xilafına əmr etmir. Əgər belə olmasaydı, onda Allah bir tərəfdən Özünə itaət etməyi əmr edərdi, başqa bir tərəfdən də Allahın buyruğunun əksinə əmr edən kəsə itaət etməyə əmr vermiş olardı ki, belə olan halda tənaqüz əmələ gələrdi.
    Peyğəmbər (s) üçün sabit olan üstünlük ondan sonra məsum imamlar üçün də sabit olunmuşdur. Onların yüksək məqamlarına görədir ki, Allah-Təala "Ulul-əmr” (ixtiyar sahibləri) ünvanını onlara aid etmişdir: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!...”
    Biharul-ənvar, c. 26, səh. 250
    Cabir ibn Abdullah Ənsari deyir: "- Bu ayə nazil olduqdan sonra Peyğəmbərə (s) dedim: "- Ey Allahın Rəsulu, Allahı və Peyğəmbərini (s) tanıyıram, amma "ixtiyar sahibləri” kimlərdir ki, Allah onlara itaət etməyi Özünə itaət etməklə yanaşı zikr etmişdir?” Peyğəmbər (s) cavabında buyurur: "- Cabir! Onlar mənim canişinlərim, məndən sonra müsəlmanların rəhbərləridirlər.”
    Sonra Peyğəmbər (s) bir-bir imamların adını sadalayır, elə ki, on ikinci imamın müqəddəs adına yetişir, buyurur: "- Onların on ikincisi mənim adımı, mənim künyəmi daşıyan, Allahın yer üzündəki höccəti, bəndələr arasında Allahın rəhməti Hüseyn bin Əlinin övladıdır. O həmin kəsdir ki, Allah-Təala onun əli ilə şərqdən tutmuş qərbə qədər bütün aləmi fəth edəcəkdir.”
    Biharul-ənvar, c. 43, səh. 23
    Peyğəmbərə (s) itaət etməklə, Allaha itaət etməyin bir olması imamlar və Fatimeyi-Zəhra (s) ilə əlaqədar da mövcuddur, çünki Peyğəmbərdə (s) olduğu kimi, bir məxluqda yaranması mümkün olan hər bir kamal, onlarda kamil həddə mövcuddur. Bu mətləbin daha yaxşı başa düşülməsi üçün yaxşı olardı bir qədər "Cameye kəbirə” ziyarətinə nəzər salaq və görək o böyük zatların məqamı və onlara itaət etmək barədə nə buyurmuşlar. Həmin şərif ziyarətdə oxuyuruq: "Sizə itaət edən kəs Allaha itaət etmişdir, sizin əmrinizdən çıxan şəxs Allahın əmrindən çıxmışdır, sizi sevən kəs (həqiqətdə) Allahı sevmişdir, hər kəs sizə ədavət bəsləsə (həqiqətdə) Allahla düşmənçilik etmişdir.”
    Bu məna kamil şəkildə Rəcəb ayının gündəlik dualarından birində göstərilmişdir: "Pərvərdigara, Səni and verirəm Sənin əmr sahiblərinin (dua etdikləri vaxt) Səni səslədikləri hər bir ada!”
    O yerə qədər ki, buyurur: "Səninlə onlar (ayələr) arasında elə bir fərq yoxdur, yalnız fərqləri budur ki, onlar Sənin bəndələrin və məxluqlarındırlar.”
    İlahi kamalın nümunəsi onlarda da vardır, fərqi bundadır ki, bütün o kamallar Allaha məxsusdur və onlara da bu kamalları Allah əta etmişdir. Əlbəttə, bu fərq nəhayətsiz dərəcədə yüksəkdir: Əhli-beytin (ə) bütün kamallara malik olmasına baxmayaraq, amma əslində o kamallar Allaha məxsusdur və Əhli-beytin (ə) özləri tərəfindən deyil, yəni onların əslində heç bir şeyləri yoxdur. Onlar Allahın başqa məxluqları ilə tərəziyə qoyulsalar, bütün məxluqatı dartıb yuxarıda saxlayarlar. Nəinki kimsə onlara bərabər ola bilməz, üstəlik onlarla başqaları arasında nəhayətsiz fərq mövcuddur. Amma Allahla ölçüyə gəlməli olsalar, baxıb görərik ki, Allahla onlar arasında heç bir nisbət yoxdur, çünki onlar məhzi (eyni, özü, mütləq şəkildə) fəqrdirlər və Allah – eyni, məhzi ğənidir. Hər kəsin hər bir şeyi Allahdandır.
    Hər cəhətdən götürsək Peyğəmbərin (s) və Əhli-beytin (ə) məqamlarının Allahın məqamlarına oxşadılması tamamilə düzgündür. Biz onların məqamını dərk etməkdə acizik və inancımız budur ki, onlara itaət etmək - Allaha itaət etmək kimidir, onlara məhəbbət – Allaha məhəbbətdir və onlarla düşmənçilik – Allahla düşmənçilik sayılır.
    Peyğəmbər (s) Fatimeyi-Zəhranın (s) şənində buyurur: "- Fatimə mənim ciyərparəmdir. Onu sevindirən kəs məni sevindirmişdir, onu incidən - məni incitmişdir. Fatimə insanların mənə ən əziz olanıdır.”
    Bəqərə -152
    Deyildi ki, Peyğəmbərin (s) və Əhli-beytin (ə) məqamı Allahın məqamı mənziləsində göstərilmişdir. Həmçinin bəziləri ilə əlaqədar görülən işlər bəzilərinin gördükləri işlərə bənzədilmişdir, necə ki, Əhli-beyti (ə) yad etmək Allahı yad etmək kimi səciyyələndirilmişdir. Allah-Təala Quranda buyurur: "Məni xatırlayın ki, Mən də sizi yada salım!”
    (Biharül-ənvar”, c. 75, səh. 468.)Şəkksiz Allah-Təala hamını yada salır, heç kim, heç nə Onun yadından çıxmır, amma ayədəki yada salmaq, inayətlə, ənamla, xüsusi təşrifatla olan xatırlamadır. Əgər kimsə Allahın onu yada salmasını istəyirsə, nemətini ondan əsirgəməməsini istəyirsə, gərək həmişə Allahı yad etsin. Belə isə biz görürük ki, rəvayətdə əhli-beyti yad etmək Allahı yad etməyə bənzədilmişdir. İmam Sadiq (ə) buyurur: "Bizi yad etmək, Allahı yad etməkdir, bizim düşmənimizi yad etmək şeytanı yad etməkdir.”
    Həmin mənbə. c, 26. səh. 158.
    Əhli-beyti yad etməyin Allahı yad etməyə bənzədilməsi ona görədir ki, onlar Allahın xəlifələridirlər və özlərinə Allahın bəndəliyindən başqa heç bir şan-şöhrəti qəbul etmirlər. Biz peyğəmbərin (s) və imamlardan birinin adını eşidəndə, onların Allahın nümayəndələri olmalarından başqa zehnimizə başqa bir şey gəlirmi? Deməli onların adlarını eşitmək, diqqətin Allaha yönəlməsidir; bu cəhətinə görə də onların yad edilməsi Onu yad etməkdir.
    Haq-təalanın məqam və cəbərutunun göstəricisi olaraq əhli-beyt və Peyğəmbər (s) tənzil mərtəbəsinin ən yüksək pilləsində qərar tutmuşlar. Onlar Allah üçün ən kamil nümunələrdir və hər cəhətdən haqqı özlərində əks etdirən bir aynadırlar. Şəksiz, ayna özündən bir şeyi əks etdirmir, aynanın özü onda əks olunan bir surəti cilvələndirmək üçün bir vasitədir ki, həmin surəti aydınlığı ilə nişan verir. Peyğəmbər (s) və Əhli-beytin də özlərinə qalanda heç bir şeyləri yoxdur, hər nəyləri varsa Allahdandır və bütün varlıqları ilə Allahın ayələri misalındadırlar. Pak imamların, haqqı bütünlükdə özlərində əks etdirən ayna misalında olmasına, sözün həqiqi mənasında rübubiyyət cəmalında məhv olmalarını nəzərdə tutaraq (o həddə qədər ki, öz vücudları ilə bütünlükdə Haqq-taalanın sifətlərinin göstəricisidirlər) İmam Sadiq (ə) buyurur: "Mənşəyini bu evdən götürməyən hər bir elm batildir. Həmçinin səhabələrindən birinə buyurdu: "Əgər doğru-düzgün bir elm axtarırsansa, onu Əhli-beytdən soruş. Bil ki, o elmi biz bəyan etmişik və (İlahi ayələrdə gizlənmiş) hikmətləri şərh etmək, qəza elmi, düzgün və ədalətli hökm vermək bizə tapşırılmışdır. Allah bizi seçdi və bizə verdiyini başqa bir kimsəyə vermədi.”
    Həmin mənbə, c,4. səh. 27.
    Möminlərə ehtiram etməyin lüzumu
    Məsumların məqamından əlavə, məqamı aşağı olan şəxslərə də diqqət yetirdikdə, əgər kimsə Allaha bəndəliyində daha çox xalis olarsa, xudbinlik sifətini özündən kənarlaşdırmış olarsa bənzətmə məqamında da daha yüksək mərtəbədə qərar tutacaqdır. Qısa sözlə desək insan nə qədər öz "özlüyünü” kənara qoyarsa, Allaha bəndə olmağa çalışarsa, nə qədər özünü müstəqil görməzsə, həmin qədər də Allahın mənziləsində tanınmağa ləyaqəti olacaqdır. O yerə qədər ki, İmam Sadiq (ə) mömini ziyarət etmək barədə buyurur:
    "Allah xatirinə mömin qardaşını ziyarət edən kəs haqqında Allah buyurmuşdur: Sən Məni ziyarət etmişsən; Əcrin də Mənimlədir. Mükafatın olaraq, Mən sənin üçün behiştdən aşağı bir mükafata razı ola bilmərəm.”
    Rəvayətlərin birində deyilir, əgər mömin bir şəxs Allah xatirinə, dünyəvi qərəz güdmədən mömin qardaşının evinə gedərsə, Allah-təala bir mələk yollayar ki, ondan soruşsun: Bura niyə gəlmişsən və nə işin var?
    Həmin mömin deyər: "Allah bəndələrindən olan bir bəndənin, iman qardaşlarımdan birinin yanına–ona baş çəkmək üçün gəlmişəm. Mələk soruşar: Ona bir iş tapşırmısan, bir ehtiyacın-filanın var? Deyər: Yox. Mələk soruşar: Yaxşı bəs onunla nə işin var? Mömin cavabında deyər: Onu Allah xatirinə sevirəm, buna görə də ziyarətinə gəlmişəm. Həmin mələk Allah tərəfindən onu müjdələyib deyər ki, xəbərdar ol ki, həqiqətdə Mənim görüşümə gəlmisən və Mənim qonağımsan, səni qarşılamaq da Mənim öhdəmə düşür.
    Bəli, mömin Allaha bəndəçilik etmək, xudbinliyini kənara qoymaq fikrinə düşsə, bu yolda elə bir məqama çatar ki, onun ziyarəti Allahın ziyarəti hesab edilər. Ayə və rəvayətlərə diqqət etdikdə mömin və onun ehtiramının Allahın ehtiramı və ziyarəti bərabərində olmasını göstərən çoxlu sayda məzmunlarla rastlaşırıq. O cümlədən bu rəvayətdə Peyğəmbər (s) Əbuzərə nəsihət edərkən, Allahın bəndələrindən üç dəsdəyə ehtiram göstərməyi Allaha ehtiram kimi tanıtdırır. Diqqət edin ki, əgər insan (nəuzubillah) Allahı görə bilsəydi və Ona ehtiram göstərə bilsəydi, dərəcəsi gör nə olardı. Əlbəttə bəndəlik məqamında, Allaha ibadət zamanı biz gərək qəlbin gözü ilə Allahı görək, sonra Ona ibadət edək. Necə ki, Əli (ə) buyurdu: "Mən görmədiyim Allaha ibadət etməmişəm.”
    "Fəth”, 29.
    Allaha ibadət və bəndəlik anında, hərdən xalis qəlblə ibadət edən insan Allaha ehtiram məqamına nail olur. Allahın da öz bəndələrindən üç dəstəyə ehtiram edən kəslərə ehtiram göstərməsinin bir mərtəbəsi buradan hasil olur:
    a)–Yaşlı və ağsaqqal müsəlmanlara olan ehtiram.
    Birinci dəstə: O kəslərdir ki, ömürlərini İslam və onun ilahi ehkamları yolunda keçirmişlər və saç-saqqallarını bu yolda ağartmışlar. Bu dəstəyə ehtiram göstərmək Allaha ehtiram göstərməkdir. Deməli biz ağsaqqal bir müsəlmanı görsək və ona müsəlman olduğuna görə ehtiram göstərsək, Allaha ehtiram göstərmiş oluruq.
    Yaxşı olardı baxıb görək ki, Allahın mömin bəndələrindən olan bu dəstə hansı xüsusiyyətə malikdir ki, onlara ehtiram göstərmək, Allaha ehtiram göstərmək kimi bir şərəfə layiq görülmüşdür. Ağsaqqal, yaşlı müsəlman barəsində olan bu bənzətmə bəlkə də ona görədir ki, insan ona baxdıqda çöhrəsində bir ömür bəndəliyin nişanələrini görür. Nurani qiyafəsi, ağ saqqalı, xüsusilə də alnında səcdənin qabarları görünərsə–hamısı Allaha bir ömür bəndəlikdən xəbər verir:
    "Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.”
    Murtəza Fərid. Əl-hədis. C-1, səh. 306.
    Bir ömür Allaha bəndəliyi görmək, bir ömür Allahın ayətlərini görməkdir. Yəni abid bir bəndəni görəndə ki ömrünü ibadətdə keçirmişdir, onda həmçinin bir ömür həkimanə tədbirin, hidayətin nişanələrini də görürk. Buna görə də deyilmişdir: Übudiyyət və rübubiyyət iki mütəzaif məfhumdurlar, yəni mütazaf məfhumun digər nümunələri kimi. Məsələn, ata və oğul misalında, insan ataya ondakı atalıq sifətini nəzərdə tutub baxanda, istər-istəməz oğul da yadına düşür. Eləcə də bir kəsi övlad olaraq təsəvvür edəndə, atanı da yada salır.
    İnsan ömrünü Allaha bəndəlikdə keçirmiş pak bir bəndəni gördüyündə bir ömür Allahın da Allahlıq etdiyini yada salır. Bu həmin ilahi rübubiyyət və ilahi übudiyyət arasında olan nisbət və əlaqədir. Bu cəhətinə görə də belə bir bənzətmə lap yerindədir ki, deyilsin: Ona ehtiram etdiyində, Allaha ehtiram edirsən; Sanki o öz qiyafəsi ilə, öz tutumu həddində ilahi rübubiyyəti nişan verir.
    Bənzətmə və müqayisənin meyarı, iki tərəf arasında olan oxşar cəhətlərin varlığıdır. Bundan yaxşı daha hansı oxşar cəhət ola bilər ki, biri digərinin aynası olsun, necə ki, bir şəkilə baxdığımızda yazımıza həmin şəkil sahibini salırıq. Yaşa dolmuş bu müsəlman bir ömür übudiyyət və bəndəliyi öz qiyafəsində əks etdirmişdir və siz onun bəndəlik nişanələrinə nəzər salanda Allahın rübubiyyətinə də nəzər salmış olursunuz.
    Yuxarıda deyilənlərə görə də yaşlılara ehtiram etmək islamda bu cür yüksək qiymətləndirilmişdir. Əlbəttə ağbirçək qadınlara da ehtiram eyni dərəcədə yüksək qiymətləndirilir. Amma adətən cəmiyyətdə insan daha çox yaşlı qocalarla rastlaşdığı üçün nümunə kimi onların adı göstərilmişdir, əslində ehtiram cəhətindən onların heç birinə fərq qoyulmur və umumi olaraq müsəlmanların yaşlılarına ehtiram etmək Allahı yad etmək mənziləsində göstərilmişdir.
    Yeri gəlmişkən onu da əlavə edək ki, İslam ölkələrində mötəbər olan bir sıra dəyərlər qeyri-müsəlman cəmiyyətlərində də möhtərəm sayılır, amma meyarlar fərqlidir. Böyüklərə hörmət göstərib, ehtiram qoymaq az-çox bütün cəmiyyətlərdə qəbul olunan insani bir dəyərdir. Amma bu dəyər ilahi və İslami baxışları olmayan cəmiyyətlərdə adət-ənənənin bir hissəsi kimi qəbul olunur və böyüklərə ehtiram göstərməyin sabit və düzgün bir dəyərini tapmaq olmur. Amma İslamın dəyər sistemində başqaları yanında mötəbər və möhtərəm olan bu qəbil dəyərlərin möhkəm və köklü əqli əsasları var. Yaşlılara hər yerdə hörmət göstərirlər. İslam sistemində yaşlı müsəlmana ehtiram etmək özünün xas xüsusiyyəti ilə səciyyələnir. Ona göstərilən ehtiram ona görədir ki, bir ömür Allah übudiyyətinin göstəricisidir. Bu xüsusiyyət başqa cəmiyyətlərdə tanınmamışdır. Buna görə də diqqət edilməlidir ki, əgər ayə və rəvayətlərdə söz açılan dəyərlərə digər dəyər sistemlərində də rast gəlinirsə, bu o demək deyil ki, İslamda tanınan həmin dəyər eyni meyarla da başqa sistemlərdə mötəbər sayılır. Mümkündür həmin dəyərin meyarı digər mədəniyyətlərin həmin dəyər üçün nəzərdə tutduqları meyarla fərq etsin. İslamın həmin dəyər üçün nəzərdə tutduğu meyar olduqca ali və lətifdir.
    Deyliənlərə əsasən aydın oldu ki, yaşlılara ehtiram qoymaq lazımdır. Hər bir kiçik yaşlı şəxs özündən yaşca böyük olana Allahın bəndəsi olduğu üçün, ömrünü bu yolda sərf etdiyi üçün ehtiram göstərməlidir. Amma müsəlmanın yaşlılarına ehtiram etməyin özünəməxsus xüsusiyyətləri vardır və Allaha ehtiram mənziləsində qərar tutur.
    Peyğəmbər (s) yaşlı müsəlmana ehtiram etməyin axirətdə verəcəyi müsbət nəticələrinə işarə edərək buyurur: "Yaşlı müsəlmana ehtiram göstərən kəsi, Allah-təala qiyamət gününün qorxusundan amanda saxlayar.”
    "Biharül-ənvar”, c.7, səh.202.
    İmam Sadiq (ə) müsəlmanlarla onların yaş dövrlərinə görə rəftar etmək barədə buyurur: "Sənə tapşırıram ki, müsəlmanların kiçiklərini övlad olaraq, ortayaşlılarını qardaş olaraq, böyüklərini ata olaraq görəsən və (evdə rəftar etdiyin kimi) müsəlmanın övladları ilə mehriban dolan, din qardaşlarına bağlan və dini atana yaxşılıq et.”
    Biharül-ənvar”, c. 16, səh. 84
    İslam dini, məhəbbət və sülh dini olduğu üçün, hər zaman öz tərəfdarlarını qardaşlığa, məhəbbətə dəvət edir və onları səmimiyyətin yaranması üçün kin-küdurəti qəlblərindən silib təmizləməyə çağırır. Müsəlmanlar mehriban sözlərlə ilahi rəhmətin kölgəsini hər zaman başlarının üstündə saxlamağa səy etməlidirlər. Peyğəmbər (s) buyurur: "Öz müsəlman qardaşını mehriban sözlərlə dindirib, onun qəm-qüssəsini dağıdan kəsin başının üstündən (ilahi rəhmətin kölgəsi), bu xislət onda oluncaya qədər əskik olmaz.”
    "Biharül-ənvar”, c. 87, səh. 138.
    Deməli ömürlərini İslamla yaşayıb, saç-saqqallarını bu yolda ağartmış böyüklərə ehtiram göstərmək lazımdır; hətta onların məlumatı bizim məlumatımız həddində olmasa belə. Çünki biz bilmirik onlar qədər ömür sürəcəyik ya yox, ya əgər onların yaşına çatsaq dinimizi qoruyub saxlamış olacağıq ya yox. O qədər cavanlar olub ki, orta yaşlarında hidayət nemətindən məhrum olub küfrlə dünyadan getmişlər. İndi ömürləri boyu dinlərini salamat saxlayıb, İslamı öz vücudlarında yaşatmış bu insanlar ehtiram edilməyə layiqdirlər; bu onların haqqlarıdır. Baxmayaraq ki, bir sıra elmi məfhumları bilmirlər, elmləri bizim elmimiz həddində deyil, amma bu dəstənin elə böyük şərafətləri, izzətləri olmuş ki, bir ömür İslamla yaşamaq ləyaqətini qazanmışlar.
    v) Quranı öyrənib və yaşadan müsəlmanlara olan ehtiram.
    İkinci dəstə Quranı öyrənib onun buyuruqlarına əməl edənlərdir. Birinci dərəcədə Quran hafizi olub, ona əməl edənlərə olan ehtiram Allaha ehtiram göstərməkdir. Bu dəstədən sonra Quran hafizi olmayıb, amma Quran elmlərini bilən və onlara əməl edən kəslərə ehtiram göstərmək də Allaha ehtiram göstərməkdir. Həmçinin əgər Qurana əməl etməsələr və ancaq onun elminin daşıyıcısı olsalar, yenə də müəyyən dərəcədə bu ehtirama layiq görülürlər. Rəvayətlərin birində göstərilir ki, Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin seçilib, sayılan adamları Quranın daşıyıcıları və gecə ibadətinə duranlardır.”
    Üsule-kafi. c. 4, səh. 41.
    Bu rəvayətdə Quran daşıyıcılarına olan xüsusi şərafət isbatlandı, amma Əbuzərə söylənilən hədisin bu bölümündə şərafətin əsaslarını bəyan və isbat etməkdən əlavə, bəyan edilir ki, onlara ehtiram göstərmək, Allaha ehtiram göstərmək kimidir. Əlbəttə bu şərtlə ki, eyni zamanda Quranın buyuruqlarına da əməl etmiş olsunlar, xüsusiyyəti də budur ki, həm zahirdə, həm batində, istər danışıqda, istərsə də rəftarda ilahi iradə və kəlamı biruzə versinlər; həm Quran kəlmələrini öyrənmişlər, həm də Quran məfhumları zehinlərinə hopmuşdur, necə deyərlər təxəyyül qüvvələri ləfzlərin surətlərini dərk etmişdir. Əqli qüvvələri Quranın həqiqətlərini əməldə cilvələndirə bilmişdir. Yəni vücudları başdan ayağa Quranla nəfəs alır, Qurana bürünmüşdür. Zehni yaddaşlarına nəzər salsan görərsən ki, Quranı hifz etmişlər, elmlərinə baxsan görərsən ki, Quran elmini sinələrində daşıyırlar,əməllərinə diqqət etsən, görərsən ki, Quran buyurduğu kimi əməl edirlər. Bu üzdən də vücudları Quranın aynasıdır, yəni vücudları Allah kamalının aynasıdır və Allah öz kəlamı ilə onların vücudunda cilvə etmişdir. Buna görə də onlara ehtiram, Allaha ehtiram kimidir.
    Quranın yüksək mərtəbəsi barədə Peyğəmbər (s) buyurur: "Quran azğınlıqdan doğru yola hidayət edir, korluqdan nicat verib aydınlığa çıxarır, uçurumdan salamat keçməyə, qaranlıqlardan nura çıxmağa bais olur, insanı hər cür həlakətdən qoruyur. Hər fitnə və azğınlığı açıb bəyan edir, insanı alçaq dünyadan axirət səadətinə çatdırır. Dininizin kamalı ondadır. Qurandan ayrı düşən hər kəs cəhənnəmə üz tutacaqdır.”
    Üsule-kafi. müqəddimə. Səh. 7.
    Və ya Qurana diqqətli olub, onu tanımağın lüzumu, Quranı səadət bəxş edici kitab olaraq seçmək barədə hədislərin birində deyilir: "Dinini Allahın kitabından və Peyğəmbərin (s) yolundan öyrənən hər kəs dağlardan daha möhkəmdir. Dinini camaatın ağzından öyrənən kəsi, elə həmin camaat da dinindən çıxarar.”
    Üsule-kafi. c, 4. səh. 400.
    Başqa bir yerdə Peyğəmbər (s) Quran və Əhli-beytlə əlaqədar buyurur: "Mən ilk kəs olacağam ki, qiyamət günü Quran və Əhli-beytimlə Əziz Allahın hüzuruna gedəcəyəm. Sonra mənim ümmətim daxil olacaqlar. (Belə olduqda) onlardan soruşacağam: "Allahın Kitabı və Əhli-beytimlə necə rəftar etdiniz?”
    "Əl-Mizan”, c. 3, səh. 144
    Zikr olununlar ona görə idi ki, biz anlayaq ki, Quran həm maddi, həm də mənəvi cəhətdən çoxlu bərəkətə malikdir. İnsan bu kitaba nə qədər çox yaxınlaşsa, nə qədər çox onunla munis ola bilsə, onun fəzilətindən və bərəkətindən daha çox bəhrələnəcəkdir. Quranın fəziləti o həddə çoxdur ki, belə bir məzmunda rəvayət edilir ki, bir nəfər məsumlardan birindən sual etdi: "Sizin fəzilət cəhətindən başqalarından üstün olmağınızın səbəbi nədir?” Məsum cavabında deyir: «Bizim üstün imtiyazımız bundan ibarətdir ki, Quran elmi bizim yanımızdadır.»
    Buna görə də hər zaman Quranı əziz və müqəddəs tutmalıyıq. Qurana başqa kitablar kimi baxmaq olmaz. Quranın başqa kitablardan üstünlüyünü ancaq qəlbi etiqada görməməliyik. Quranla rəftarımız digər kitablara olan rəftarımızdan fərqlənməlidir, yəni Qurana qəlbdə ehtiram göstərməkdən əlavə, zahirdə də ehtiram qoymalıyıq. Bizim zahiri rəftarımız Qurana olan qəlbi ehtiramımızdan xəbər verməlidir. Şəkksiz Qurana qarşı olan ehtiramlı rəftarımız bizim imanımızı artıracaqdır.
    Bəzi böyük şəxsiyyətlər Quran olan otaqda yatmırdılar və hətta həmin otaqda Qurana ehtiram olaraq ayaqlarını uzatmırdılar. Əllamə Təbatəbai və şəhid Müttəhəri mərhum şeyx Muhəmməd Təqi Amulidən belə bir hekayət nəql edirlər ki, bir axşam mərhum Amuli yorğunluğun şiddətindən Quran oxuduğu anda balışa söykənir. Sabahısı günü o, ustadı Mirzə Əli Ağayi Qazinin yanına gəlir. Ustad müqəddiməsiz buyurur: "Quran tilavət edən zaman insanın balışa söykənməyi yaxşı deyil!”
    Bəli, Qurana dəyər verə bilməyimiz, cəmiyyətdə Quran mədəniyyətinin genişlənməsinə zəminə yaratmaq üçün Quran elminin daşıyıcalarına ehtiram göstərməliyik. Əgər biz özümüz də Qurani biliklərin yiyəsi olsaq, başqaları da bizə ehtiram edəcək və elə düşünməməliyik ki, biz Quran hafiziyiksə, başqa Quran hafizlərinə ehtiram qoymamalıyıq. Bildiyimiz kimi seyyidlərə ehtiram etmək hər kəsə vacibdir. İnsan bir nəfər seyyidi gördüyündə, Peyğəmbər (s) yadına düşür, buna görə də ona ehtiram göstərməlidir, hətta əgər özü seyyid olsa da.
    Böyük üləmalardan biri haqqında ki, həmdə seyyid idi–nəql olunur ki, bir gün məclislərdən birindən çıxarkən oğlu tez qabağa keçib qapının ağzında ayaqqablarını cütləyir. həmin alimin keyfi pozulur və buyurur: "Fatiməyi Zəhranın zürriyəsi mənim ayaqqablarımı cütləməməlidir.!”
    Deməli seyyid olan kəsin özü də başqa seyyidlərə ehtiram göstərməlidir, ya əgər alimdirsə başqa alimlərə də hörmət etməlidir. Alimin başqa dini alimlərə ehtiramı ona görə lazımdır ki, din alimləri Quran elminin daşıyıcılarıdırlar və həqiqətdə onun bu rəftarı Qurana hörmət göstərmək mənasındadır.
    v)–Adil hakimlərə olan ehtiram.
    Üçüncü dəstə–Ehtiram göstərilməsi Allaha ehtirama bənzədilən üçüncü dəstə adil hakimlərdir. Biz adil hakimə ehtiramın lüzumu haqqında danışmazdan əvvəl, cəmiyyətdə hökumətin və qanunun zəruriliyi və müsəlmanların hökumətini öhdəsinə götürmüş şəxsin xüsusiyyətləri barədə danışacağıq.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 806 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024