İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:46 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)

    Müttəqilərin hesabdarlıq və başqa neçə xüsusiyyətləri
    Bəhs ediləsi məsələlərdən biri də mütəqilərin xüsusiyyətləridir. Təqvanın dəyərini biləndən sonra yaxşı olardı müttəqilərin sifətlərini və əlamətlərini də tanıyaq ki, bununla təqvanın əldə edilməsi qaydalarından agah olaq.
    Bununla bağlı peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Bir şəxs, özünü ticarətdəki şərikini mühasibəyə çəkdiyi kimi mühasibə etməzsə, təqvalı sayılmaz. Müttəqi bir şəxs mühasibə aparıb bilməlidir ki yeməyi, içməyi, geyməyi hansı yolla təmin edilir, halaldır, yoxsa haram?”
    Peyğəmbər (s) hesabdarlıq xüsusiyyətini müttəqilərin sifətlərindən biri kimi göstərir və buyurur: "Təqvalı şəxs öz işlərinə etinasız olmamalı, özünü hər zaman hesab-kitaba çəkməlidir. Əgər yemək alırsa, baxmalıdır o yemək halal yolla hazırlanmışdır, yoxsa haram? Əgər libas alırsa, baxmalıdır pulu hansı yolla əldə edilib.
    Eləcə də ev alanda evin pulunun hansı yolla qazanıldığına diqqət yetirməlidir. Həmçinin ev alanda onun niyyəti bu olmalıdır ki, ailəsinə, özünə daha yaxşı şərait yaratmaqla Allaha daha yaxşı bəndəlik etsin, uşaqlarına daha yaxşı tərbiyə verə bilsin. Bəzən adamlar evi ehtiyac üzündən deyil, onun-bunun acığına, kiməsə özünü göstərmək üçün alırlar.
    İnsan pulunu xərcləyəndə baxıb görməlidir Allah bu işdən razıdırmı, bəlkə xərclənməsi gərəkən bundan daha vacib iş var?
    Hər halda hər tərəfli ölçü götürüb hesab aparsın. Elə olmasın ki, başını aşağı salıb hansı yolla gəldi pul qazansın və harada gəldi sərf etsin. Diqqət etsin, görsün əlinə düşən imkanlar halal yolla ona çatıb, yoxsa haram? Əgər görsə haram yolla qazanılmışdır, öz yerinə qaytarmalı, özünü problemə salmamalıdır.
    Hərdən insan dünyaya elə aludə olur, özünü bu dünya işlərinə elə əsir edir ki, artıq bu zəncirləri qıra bilmir. Çoxlu borc alır, abır-həyasını xərcləməli olur, hətta başqalarını da dolayısı ilə də olsa öz məsələsinə giriftar edir.
    Buna görə də qurtuluş yolu tapa bilmir, fikrində olan ancaq budur ki, çoxlu pul əldə etsin; indi hansı yolla istəyir olsun, istər halal olsun, istərsə də haram!
    Əgər bizi məkruh işlərdən çəkindirəcək təqvanın yüksək mərhələsinə çatmasaq da, heç olmasa halalı-haramı gözləyək. Məbada əldə etdiyimiz malda bir kəsin haqqı ola. Hər mömin öz həyatında həddi-hüduda riayət etməlidir, onlardan qırağa çıxmamalıdır: Tacir olan bir şəkildə şəri ehkamlara riayət etməlidir, idarə işçisi başqa bir şəkildə riayət etməlidir; baxıb görməlidir, aldığı maaşın müqabilində iş görür, yoxsa vaxtını öldürür? İş vaxtı deyib-gülməklə məşğuldur, yoxsa iş görməklə?
    Bəzi möminlər gözəl ibadət əhli olurlar, görürsən nafiləni də yerinə yetirirlər, amma iş stolunun arxasına keçəndə hər şeyi unudub vəzifə borclarını layiqincə yerinə yetirmirlər. Elə bilirlər ki, iş stolunun arxasında əyləşiblərsə deməli hər şey öz qaydasındadır, onlar iş başında sayılırlar!
    Dövlət işçisi və ya özəl sektorun işçisinin iş vaxtı, iş sahibinə məxsusdur. Həmin vaxt ərzində işçinin öz şəxsi işləri ilə məşğul olmağa haqqı yoxdur. Hətta şəxsi işinə görə telefonla danışması onun işinə mane olur, bu işə görə işçi məsuliyyət daşıyır. Biz bu cür kiçik məsələlərə diqqət yetirmirik. Həmçinin ümumi dövlət büdcəsindən istifadə edəndə də, ancaq qanunla nəzərdə tutulan yerlərə istifadə olunmalıdır. Buna görə də məsuliyyət daşıdığımız iş saatında həmin vaxtı başqa işlərə sərf etməyə haqqımız yoxdur. Hətta iş saatı hesab edilən vaxtda namaz qılmağa haqqımız yoxdur. Bu, bir şərtlə ola bilər ki, əvvəlcədən iş sahibi ilə şərt kəsək ki, işin arasında bizə namaz qılmağa icazə versin.
    Beytülmalla əlaqədar halala-harama riayət etmək çox çətin bir işdir. Xoşbəxtlikdən bizim qarşımıza belə məsələlər çox az çıxır. Amma biz (ruhanilər) də başqa məsələlərlə üzləşirik: Dinin təbliği üçün bir yerə gedəndə, əvvəlcə çalışıb təbliğin yollarını öyrənməliyik. Elə yolu tutmalıyıq ki, gördüyümüz işlər başqalarının əqidəsinin zəifləməsinə səbəb olmasın. Səy etməliyik təbliğ zamanı başqalarını təhqir etməyək. Məqsəd dinin təbliği olmalıdır, özümüzü göstərmək yox! Hərdən təbliğ üçün bir yerə gedəndə, görürsən səndən qabaq ora başqa bir ruhani gəlibdir və camaat onu tərifləyib deyir: "Filankəs maşaallah yaxşı məclis aparır, ağzından qızıl tökülür.”
    Bir sözlə, həmin ruhani camaat arasında özünə hörmət qazanıbdır. Bu anda mümkündür biz də o şəxsi tərifləyək, amma söz arası, işarə ilə–hətta səsin tonunu dəyişməklə–camaata çatdıraq ki, onun biliyi mənim biliyimdən azdır! Zahirdə bunu dilimizə gətirməsək də, batində bir yolla camaata başa salmağa can atırıq ki, mən ondan yaxşıyam. Yəni ey camaat, gələn dəfə məclisinizə məni çağırarsınız! Məsələn, deyirik mən neçə il filan müctəhiddən dərs almışam, filan alimlə tələbə yoldaşı olmuşam, amma onun (tələbə yoldaşımın) problemi çıxdı, təhsilini yarımçıq qoymalı oldu, mən isə axıra qədər dərsi başa vurdum. Yəni bir yolla demək istəyirik ki, biz qabağa getdik, o dala qaldı!
    Başqalarını gözdən salmaq və ya öz şəxsi qərəzlərimizə yetişmək üçün şeytan qılığımıza girib hansı yollara əl atmır?! Şeytan elə incəliklə, elə ustalıqla bunları işləyib hazırlayır ki, zahirdə heç kim özündə bir eyib görmür. Bəzən insan söhbətinin çirkin niyyətini ayırd edə bilmir. Həqiqətən şeytanın öz yaradıcılığında şedevr işləri olur.
    Peyğəmbər (s) Əbuzərə nəsihətinin davamında buyurur: "Ey Əbuzər! qazancının hansı yolla əldə edilməsinə diqqət yetirməyən kəsin cəhənnəmə hansı yolla girməsinə də Allah diqqət yetirməz!”
    İnsan qazancına fikir verməlidir, düşünməlidir ki, pulu hansı yolla qazanır. Olmaya onu-bunu tərifləməklə, kimlərinsə qabağında əyilib-qalxmaqla, yaltaqlanmaqla bu pulları qazanır? Bəlkə onun üçün halal və haram qazancın fərqi yoxdur, işinin şəri cəhətdən düzgün olub olmamasının bir o qədər də əhəmiyyəti yoxdur? Onda yəqin onun üçün cənnətə və cəhənnəmə düşəcəyinin də fərqi olmaz. Əgər belə olarsa Allah-təala buyurur: "Onun cəhənnəmə düşüb-düşməyəcəyinə diqqət yetirmərəm. Yəni onu başlı-başına buraxaram, Öz nəzərimi onun üstündən götürərəm.
    "Ey Əbuzər! Kim xalq arasında hörmətli, izzətli olmaq istəyirsə, təqavlı olsun!”
    "Ey Əbuzər! Allahın yanında ən sevimli olanınız, Onu ən çox yad edəniniz, ən əziziniz isə ən təqvalı olanınızdır. Allahın əzabından ən uzaq olanınız o kəsdir ki, Ondan daha çox qorxsun.”
    (Öndə işarə etdiyimiz kimi xof təqvanın əsaslarındandır. Xof olmasa təqva yaranmır.)
    "Ey Əbuzər! Təqvalılar o kəslərdir ki, çəkinməli olmayan şeydən də (ehtiyat edib) çəkinərlər ki, şübhəyə düşməsinlər.”
    Ərz olundu ki, təqvanın mərtəbələri var. Bəziləri qəti şəkildə haram edilmiş şeylərdən çəkinərlər, bəziləri isə bir az da yuxarı qədəm qoyub, hətta şübhəli görünən şeylərdən də çəkinərlər. Elələri də var ki, mübah işə də ciddi yanaşar, şübhəyə düşməsinlər deyə ondan da çəkinərlər.
    Sonra Peyğəmbər (s) təqvanın ali mərtəbəsi və Allahdan itaət haqqında deyir: "Ey Əbuzər! Allaha itaət edən kəs onu yad etmişdir, hətta namazı, orucu, Quran oxumağı az olsa belə.”
    Vərə və zöhd peyğəmbərin kəlamında
    Sonra vərə barəsində buyurur: "Ey Əbuzər! Dinin əsli vərədir və vərənin başı isə Allaha itaət etməkdir. "Ey Əbuzər! Nəfsini günahlardan çəkindir ki, insanların ən abidi olasan. Dinimizin ən xeyirli hissəsi vərədir.”
    Vərə sözünün əsil mənası nəfsi haram şeylərdən saxlamaqdır. Sonralar bu kəlmə mütləq şəkildə çəkindirmək mənasında işlədildi. Vərə ilə təqvanın məfhumu bir-birinə çox yaxındır, amma vərə dedikdə əksər mələkə halını
    (Bihar”, c. 70, səh-297.) almış pərhizkarlıq–qəlbi bir halət nəzərdə tutulur. Təqva həm əməlin əslinə, həm layiq əməlin özünə, həm də qəlbi mələkəyə şamil olur.
    Həzrət Əli (ə) vərənin insanı günahdan saxlamasındakı rolu barədə buyurur: "İslamdan böyük şərəf yoxdur, təqvadan daha dəyərli izzət yoxdur, vərədən daha möhkəm özünü günahdan qoruyacaq pənah yeri yoxdur.”
    Həmin mənbə, səh-298.
    İmam Sadiq (ə) buyurur: "Allahdan qorxun (təqvalı olun), vərə ilə dininizi qoruyun.”
    Həmin mənbə, səh-298.
    Özünü haramdan qorumaq səadətə, ali mənəvi dərəcəyə çatmağın və ölüm girdabına düşməkdən qorunmağın ən böyük amillərindəndir.
    Həqiqətdə vərə, özünü günahdan və şübhəli şeylərdən çəkindirmək Allaha bəndəliyin ən çətin mərhələlərindəndir. Bu üzdən İmam Baqir (ə) buyurur: "Vərə ən çətin ibadətdir.”
    "Bihar”, c. 73, səh-148.
    Yenə də Əli (ə) ibadətin əslini qorumaqda vərənin rolu barədə buyurur: "Vərə ilə yanaşı olmayan ibadətin faydası yoxdur.”
    "Qəsəs”, 77.
    Həmçinin Peyğəmbər (s) vərə ilə yanaşı olan ibadət haqqında buyurur: "Ey Əbuzər! Elmin fəziləti ibadətin fəzilətindən çoxdur. Bil ki, namaz qılmaqdan əyilib kamana dönsəniz də, oruc tutmaqdan əriyib çöpə dönsəniz də, vərə olmadan nə namazınızın, nə də orucunuzun sizə xeyri olmayacaqdır.”
    Həmçinin deyir: "Ey Əbuzər! Bu dünyada vərə və zöhd əhli olanlar Allahın həqq övliyalarıdırlar.”
    "Zöhd” və "zəhadə” lüğətdə rəğbətsizlik, meyilsizlik mənasını verir. Bu rəğbətsizlik dünyaya rəğbətin müqabilindədir, yəni inan dünyaya meyl göstərməyib ancaq sadə həyata qane olsun. Qeyd edək ki, islamda bəyənilən zöhd budur ki, insan öz üzərinə düşən məsuliyyətləri daha yaxşı yerinə yetirmək yolunda sadə yaşamağa üstünlük verib həyatın zahiri bər-bəzəyinə etinasız olsun. Aydındır ki, dünyaya münasibətdə bu cür tərzi-təfəkkürə sahib olmaq, dünyanı və ona aid olan şeyləri alçaq hesab etmək, dünya və axirətin təzad təşkil etdiyini düşünmək və həmçinin ictimai məsuliyyətlərdən kənara çəkilmək deyil, əksinə fərdi və ictimai məsuliyyətlərin daha yaxşı yerinə yetirilməsi, ifrat meyillərin qarşısını almaq üçündür. Bununla insan ifrata vardığı surətdə sonu pis nəticələr verən dünya vurğunluğunu, həyatın zahirinə ifrat bağlılığını kontrol edir, özünü dünyanın aldadıcı istəklərinə əsir olmaqdan qoruyur.
    Buna əsasən də islamda zöhdün pullu olmaqla, vəzifədə olmaqla heç bir ziddiyyəti yoxdur. Həqiqətdə zahid o kəsdir ki, dünya həyatını Allahdan çox istəmir, ilahi hədəfləri dünya hədəflərinə qurban vermir. Əsil zahid əsas axirəti götürüb dünyanı onun bir müqəddiməsi, vasitəsi ünvanı ilə qəbul edir.
    Yuxarıda deyilənləri nəzərdə tutaraq məsihiyyətdə və buddizmdə sözü gedən rəhbaniyyətlə zöhdün arasındakı fərq aydınlaşmış olur. Çünki rəhbaniyyət tərki-dünyalıq mənasındadır; məsuliyyətlərdən, cəmiyyətdən qaçmaq deməkdir. Bu təfəkkür islam ruhu ilə uzlaşmır. İslam baxımından dünyada olan hər bir şey–mal, övlad, vəzifə və qeyriləri–təkamül vasitəsi və Allahın nemətidir. Onlardan düzgün istifadə edib tarazlığı gözləməklə insan təkcə bu dünyasını yox, axirətini də abadlaşdıra bilər. Düzgün istifadə belədir ki, insan dünyanı əsas götürməsin, yəni ancaq var olan dünyadır deyib onda batıb qalmasın. Dünyanı və nemətlərini kamala, əbədi səadətə çatmaq üçün bir vasitə bilsin. Necə ki, buyurmuşlar: "Dünya axirətin əkin yeridir.”
    "Nəhcül-fəsahə”, səh-358, hədis-1712.
    Həmçinin Allah-təala buyurur: "Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma...”
    "Nəhcül-bəlağə”, xütbə-80, səh-180. (Feyz)
    İslam baxımından bu dünyada varlıq libasını geyinmiş hər bir şey yaxşıdır. Allah pis heç nə yaratmamışdır. Deməli nə dünya və onda var olanlar pisdir, nə də insanın təbii meylindən doğan dünyaya həvəs göstərmək.
    Peyğəmbər (s) buyurur: "Dünyada zahidlik etmək o demək deyil ki, (Allahın buyurduğu) halalı özünə haram edəsən, ya malını tələf edəsən. Zöhd o deməkdir ki, əlində olana Allahın əlində olandan daha çox etimad etməyəsən. (güvənməyəsən.)
    "Hədid”, 27.
    Həmçinin Əli buyurur: Ey camaat, zöhd arzuları qısaltmaq, nemət yetişən zaman şükür etmək və haramdan çəkinməkdir.”
    Bihar”, c. 22, səh-264.
    Yuxarıda deyilənlərdən əlavə Qurani-məcid rahibliyi məzəmmət edir, onu rahiblərin səhv düşüncələri əsasında məsihiyyətdə icad etdikləri bidət bilir. Quran "Biz İsanı göndərdik, ona İncil verdik, onun ardıcıllarının qəlbində şəfqət və mərhəmət oyatdıq...” deyəndən sonra–buyurur: "...Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər...”
    Hüseyni. Seyyid Nemətullah. "Mərdani elm dər meydani əməl”, səh-127,129.)
    (
    Bir gün Osman bin Məzunun arvadı şikayət üçün peyğəmbərin (s) yanına gəlib dedi: "Ey Allahın rəsulu! Osman bin Məzun gündüzləri oruc tutur, gecələri ibadətlə başa vurur. (Yəni arvad-uşağını unudub.) Peyğəmbər (s) bu sözləri eşidib narahat halda Osmanın sorağına getdi, gördü Osman namaz qılır. Osman peyğəmbəri (s) görəndə namazını saxladı. Peyğəmbər (s) ona dedi: "Ey Osman, Allah məni çətin bir dinlə tərki-dünyalıq üçün göndərməyib, əksinə asan və mötədil olan bir dinlə göndərib. Mən oruc tuturam, namaz qılıram və arvadımla təmasda oluram...”
    (Nəfs kəlməsi işlənmə yerinə görə müxtəlif mənalarda işlənir: 1. Hər kəsin və ya hər bir şeyin zatı. 2. Ruh, zehin. 3. Öz. Hər bir şəxsin özü. 4. Qədim fəlsəfədə təbii cisimdə (maddə) həyatı və hərəkəti yaradan müstəqil cövhər. Burada daha çox ikinci mənası, yəni ruhi (psixoloji) və zehni cəhəti nəzərdə tutulur. (Mütərcim))
    Müdərris Qummi haqqında nəql edirlər ki, bir gün Qumşə vilayətinin tanınmış torpaq sahiblərindən biri Müdərrisin yanına gəlib ixtiyarında olan torpaq sahəsindən bir parçasını ona bağışlamaq istədiyini bildirir. Müdərris son dərəcə kasıb olmasına, sıxıntıda yaşamasına baxmayaraq həmin şəxsə deyir: "Məgər sənin nəslində kasıb, möhtac adam yoxdurmu? Torpaq sahibi deyir: "Niyə ki, var. Amma mən bu torpağı sizə bağışlamaq istəyirəm. Müdərris deyir: "Yaxşı olardı ki, o torpağı öz qohum-əqrabandan olan kasıblara bağışlayasan.”
    Həmçinin nəql edirlər: "Müdərris yayı, qışı əynində olan bir dəst libasla keçirirdi və deyirdi: Əlin, ayağın dərisi, eləcə də bədənin başqa yerləri üzün dərisindən lətif deyil ki. Bədəni necə öyrətsək, o cür də gedəcək!
    O, yun corab, yun şalvar, köynək geyinməzdi, deyərdi: "Bunlara pul lazımdır, pul nökərçilik tələb edir, Müdərris isə nökər olmaq istəmir.” (Şəhadətə yetəndə bütün varı-yoxu, cəmisi 24 tümən idi.)
    Müdərris atasından nəql edib deyirdi ki, atam bizə dedi: Gecə-gündüz bir vədə yemək yeməyə öyrənin, geyiminizi təmiz saxlayın ki, yeni paltar almaq zəhmətindən azad olasınız.” O, əcdadımızı misal çəkib deyərdi: "Səbri, helmi əcdadımız peyğəmbərdən (s) öyrənin, qənaəti, şəhadəti cəddimiz Əlidən (ə), güc və sitəm qarşısında əyilməzliyi şəhid babamız İmam Hüseyndən (ə) öyrənin.”
    "Bihar”, c. 71, səh-424.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 923 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024