İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:45 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZ ALTINCI DƏRS
    Peyğəmbərin nəzərində helm, müdara və təvəkkül
    –Helmin uca məqamı
    –Helm - Allah övliyalarının zinəti.
    –Müdara və onun yaltaqlıq və təslimçiliklə fərqi.
    –Müşriklərin qarşısında peyğəmbərin sərtliyi
    –Təvəkkül və maddi, mənəvi amillərdən istifadə.
    –Təqvanın təvəkkül ilə əlaqəsi.
    Peyğəmbərin nəzərində helm, müdara və təvəkkül
    Öncəki dərsdə araşdırılan bölmənin mehvəri təqva və vərə idi. Bu bölümdə də peyğəmbər (s) vərəni yad etməkdən əlavə helm və təvəkkül məqamına da toxunur: "Ey Əbuzər! Qiyamət günü üç şeyi olmayan kəs ziyan görəcəkdir. Əbuzər dedi: "Atam-anam sənə qurban, o üç şey nədir?
    Peyğəmbər (s) cavabında dedi: "1. Onu günahdan çəkindirəcək vərə. 2. Səfehlərin nadanlığı qarşısında helm. 3. Xalqla müdara edəcək gözəl əxlaq.”
    İnsanda olmadığı surətdə qiyamət günü onu zərərə salacaq ilk xüsusiyyət vərədir. Əvvəlki dərsdə dedik ki, vərə adətən mələkə halını almış təqvaya aid edilir. Nəfsin günahdan çəkinməsinə vərə demirlər. Peyğəmbərin (s) bu bölümdəki təbiri həmin təfsiri təsdiqləyir və aydın şəkildə göstərir ki, vərə insanın günaha əl uzatmasına mane olan nəfsani
    ("Nəhcül-bəlağə”, hikmət-109, səh-1139.)mələkəyə deyilir. Deməli vərənin xasiyyəti insanı günahdan saxlamaqdır. Təbii olaraq bu xüsusiyyəti daşımayan kəs günaha aludə olacaq və nəticədə ziyan görəcəkdir.
    Helmin uca məqamı
    İnsanda olduğu halda Qiyamət günü onu ziyandan qoruyacaq ikinci xüsusiyyət helmdir. Lüğətdə deyilir helm, qəzəb qüvvəsinin qalxmasının qarşısını almaq üçün nəfsin kontrol edilməsidir. Şübhəsiz helm bəyənilən və dəyərli sifətlərdən olub əqlin dəstəsindən hesab olunur. Helmin müqabilində duran qəzəb isə cəhlin qoşunundan sayılır. Xalq arasında da məşhur bir söz var, deyərlər insan əsəbi halda nə hökm versin, nə tənbih etsin, nə də bir iş üçün addım atsın, çünki sonrası peşimançılıq olacaqdır. Həmin sadalanan üç yerdə insanın əsəbi halda hərəkətə keçməsi mənfi sonluqla nəticələnir. Çünki o anda əqlin kontrolundan çıxırlar. Həmin anda insanın ağlı düzgün işləmir. Hədislərin birində deyilir ki, Qənbər bir nəfər nadan tərəfindən təhqir olunur. Qənbər bu təhqirdən narahat olub istəyir onun cavabını versin. Həzrət Əli (ə) deyir: "Qənbər! Yavaş (tələsmə). Sənə yaman deyəni boşla getsin ki, bununla həm Rəhman olan Allahı sevindirib, Şeytanı isə qəzəbləndirmiş olarsan, həm də düşmənini öz layiqli cəzasına çatdırarsan. (Çünki ona qarşı etinasızlıqdan böyük cəza yoxdur.) And olsun toxumu yaran və insanı yaradan Allaha ki, mömin üçün helm qədər Allahını razı salacaq ikinci bir şey yoxdur. Qəzəbi udmaq qədər Şeytanı qəzəbləndirəcək ikinci başqa bir əməl yoxdur. Sükut qədər axmağı cəzalandıracaq ikinci bir tənbih yoxdur.”
    "Bihar”, c. 2, səh-46.
    Başqa bir yerdə İmam Əli (ə) buyurur: "Heç bir şərəf bilik qədər olmaz, heç bir dəyər helm qədər ucalmaz.”
    Həmin mənbə, c. 97, səh-368.
    Helm sifətinin ucalığını və cəmiyyətdə düzgün əlaqələrin qorunmasındakı dəyərli rolunu nəzərə alaraq cəmiyyətin hər bir fərdinin bu sifətə yiyələnməsi zəruridir. Xüsusi ilə də cəmiyyətdə tərbiyəvi rol ifadə edən üləmalar bu sifətə yiyələnməlidirlər. Yol göstərən, tərbiyə verən bir alim cahillərin ləyaqətsiz hərəkətləri qarşısında onlar kimi rəftar etsə onun islahedici proqramları təsirsiz olacaqdır. Buna görə də alimin elmi ilə yanaşı helmi də olmalıdır. Beləliklə insan din həqiqətlərinin bəyanında və təbliğində hövsələli olmalıdır. Helmsiz elmin və tərbiyənin müsbət nəticə verməyəcəyinə işarə edərək Peyğəmbər (s) buyurur: "And olsun o Allaha ki canım Onun əlindədir, helm və elm qədər bir-birinə peyvənd olan (cəm olub bir araya gələn) ikinci bir şey yoxdur.”
    Həmin mənbə, c. 21, səh-109.
    Bəli, helm elmdən sonra ən yüksək nəfsani kamallar sırasında durur. Deyildiyi kimi helmsiz elmin xeyri yoxdur. Buna görə də bəzi yerlərdə elmi tərifləyəndə helmi də onunla yanaşı zikr edirlər. həqiqətdə helm və elm bir-birini tamamlayan iki dəyərli ünsür kimi yad edilir. Bu səbəbdən peyğəmbər buyurur: "İlahi məni elmin vasitəsilə qəni et, mənə helmlə ziynət vur.”
    "Yusif”, 33.
    Aydındır ki, helmin özünü ziynəti etmiş kəs kin və ədavət atəşinin şölələndiyi bir vaxtda ən münasib və rəhmani üsulu seçməklə ədavət odunu alovlanmağa qoymur, öz ixtiyarını nəfsin əlinə vermir. Helmli insan özünün qəzəb alovunu yatırtmaqdan əlavə başqalarını da bu işə vadar edir. Tarixə nəzər salanda görürük ki, müşriklərin Peyğəmbərə (s) və səhabələrinə olmazın əziyyətlər verməsinə baxmayaraq, Peyğəmbər (s) Məkkənin fəthi zamanı olduqca helmli davranır, əfv və mərhəmət yolunu tutur. Həmin vaxtı düşmənlər elə güman edirlər ki, Peyğəmbər (s) qılıncı əlinə alıb qan seli axıdacaq. Hətta islam qoşununun bəzi öndərləri intiqam fikrində idilər, Əbu Süfyana deyirdilər ki, bu gün çətin bir döyüş və intiqam günüdür. Amma Peyğəmbər (s) onların intiqam hayqıran şüarlarını məhəbbət süzülən bir şüarla əvəzlədi: "Bu gün rəhmət günüdür. Bu gün Allah Qüreyşi izzətli etdi.”
    "Yusif”, 89.
    İnsanın yaşadığı həyatda başqaları ilə rabitədə olması qaçılmazdır. Allah onu elə yaratmışdır ki, ictimai həyata qatılmaq məcburiyyətindədir. Əgər cəmiyyətdən uzaq gəzib tək yaşamaq istəsə, bu aləmin əksər bərəkətlərindən məhrum olacaqdır. Cəmiyyətdən qıraq gəzən adam öz təkamülündə problemlərlə üzləşir və ola bilsin həyatını sona qədər davam etdirə bilməsin. Deməli insan öz tərəqqisi, həyatının davamı üçün cəmiyyətə qatılmaq zorundadır. Başqa bir tərəfdən insanlar ruhiyə, əxlaq və mərifət baxımından bir-birindən fərqlənirlər. Bu üzdən insan istər-istəməz axmaq və nadan adamlarla da üzləşməli olur. Hərdən elə adamlarla qarşılaşırsan ki, ağına, bozuna baxmadan ağızlarına gələni danışıb qarşı tərəfi təhqir edirlər.
    Mərifət və kamal baxımından bütün insanlar kamalın son həddinə çatmamışlar. Bəzi insanların onları ədəbli davranmağa vadar edəcək yetərli ağılları yoxdur. Bu üzdən insanın qarşılaşdığı şəxs və ya iş yoldaşı çox vaxt mərifət və kamalın naqisliyi üzündən, bəzən də həyatda rastlaşdığı çətinliklərə, onu sıxan problemlərə görə ölçülməmiş hərəkətlərə yol verir.
    Təbii olaraq, əgər insan bu cür insanların rəftarları qarşısında oxşar mövqedən çıxış edib uyğun cavabı vermək istəsə – tez əsəbləşsə, dava-dalaş yolunu tutsa – ixtilaf bir az da dərinləşəcəkdir. Adətən belə hallarda insanın vaxtı hədər gedir, rahatlığı, keyfi pozulur. Bundan sonra əsəbləri korlanır, beynində taxılıb qalmış bu ədavət, onu öz həyat armanlarına çatmağa qoymur. Əgər insan cəmiyyətdən layiqincə faydalanmaq istəyirsə, onun bəlalarından amanda qalmağı arzulayırsa, onda gərək özündə helm və dözümlülük ruhiyyəsi yaratsın.
    İnsan onu günahdan saxlayan vərəyə malik olmaqdan əlavə, öz ictimai həyatından bəhrələnə bilməsi üçün helmli olmalıdır ki, ziyan görməsin. Çünki insan cəmiyyətdən uzaqlaşdığı zaman onun mənafeyindən məhrum olur. Əgər insan ictimai mənafedən öz axirət dünyası üçün faydalanmaq istəyirsə, davakar, əqli kəm adamlarla qarşılaşdığında salamat qalmağı düşünürsə, gərək helmli olsun. Helmli olmağı üçün də gərək məşq etsin. Təhqiramiz, ağır sözləri eşitməməzliyə vursun. Rəvayətdə deyildiyi kimi "nadanların cəhlini ondan uzaqlaşdıran helmə sahib olsun.”
    Bizim təsəvvürümüzün əksinə olaraq cəhl təkcə elmin yoxluğu mənasında olmayıb, həm də ağılsızlıq anlamını daşıyır. Necə ki, səfehlik, axmaqlıq ağlın müqabilində durur, eləcə də cəhl həmin mövqedə qərar tutur. Deməli, cəhl cahilanə, ağılsızlıqla edilmiş rəftar mənasındadır. Qurani-Kərimin əksər ayələrində cəhl kəlməsi bu mənada işlənmişdir; məsələn, Allah-təala Həzrət Yusifin (ə) dilindən deyir: "...Əgər bu qadınların hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram.”
    "Bəqərə”, 67.
    Həzrət Yusifin (ə) demək istədiyi budur ki, əgər qadınların hiyləsini məndən dəf etməsən nalayiq, səfeh bir iş görə bilərəm. Bu tipli ayələrdə cəhli elmsizlik mənasına yükləmək səhvdir. Çünki əksər yerdərdə elmin olmaması üzr sayılır. Amma öncəki ayədə bir növ məzəmmət və üzrün olmaması məqamında gəlmişdir. Buna bənzər başqa bir yerdə,–Yusifin qardaşlarını məzəmmət edərkən–Allah-təala buyurur: "Yusif onlardan: "Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?– deyə soruşdu.”
    "Üsuli-kafi”, c. 3, səh-174.
    Aydın məsələdir ki, Yusifin qardaşları öz əməllərindən xəbərsiz deyildirlər. Onlar Yusifi tanıyırdılar və bunu da bilirdilər ki, tutduqları iş ləyaqətsiz bir işdir. Bununla belə cahil idilər; işləri cahilanə, yəni ağlın xilafına idi.
    Həmçinin Musa (ə) öz xalqına deyəndə ki, Allah sizə bir inək kəsmənizi əmr edir, Musaya (ə) dedilər: "Bizi ələ salmısan?” Musa cavablarında buyurdu: "Allah Özü məni cahil olmaqdan saxlasın.”
    "Fussilət”, 34-36. 
    Bu ayədə də cəhl səfehlik mənasında verilmişdir. Həzrət Musa (ə) elmsizliyə görə Allaha pənah aparmırdı. "Üsuli-kafi” kitabında xüsusi olaraq bir bölüm "elm”ə ayrılmış, başqa bir bölümdə isə "əql və cəhl”ə yer verilmişdir. Çünki sonuncuda cəhl əqlin müqabilində gəlir, ona görə də həmin bölüm "cəhl və elm” yox, məhz "cəhl və əql” deyə adlandırılmışdır. İşarə etdiyimiz kimi, əksər hallarda nadanlığa və ağılsız rəftara cəhl deyirlər. Bu mənada cəhl elmin yox, əqlin qarşısında dayanır.
    Helm Allah övliyalarının zinəti
    Peyğəmbər (s) öz öyüdlərində insanın nadan adamlarla üzləşdiyini, onların cahilanə rəftarlarına tuş gəldiyini söyləyir və eşitdirir ki, belə anlarda onun görəcəyi ən yaxşı iş helmli olmağıdır. Belə etdikdə insan həm cəmiyyətin mənafeyindən bəhrələnir, həm də özünü nadanların şərrindən qorumuş olur. Hədislərin birində Peyğəmbər (s) buyurur: "Allah həyalı, helmli, iffətli şəxsi sevir.”
    "Ali-İmran”, 159.
    Qurani-Kərim nadan düşmənlərlə mübarizəni belə bəyan edir: "Yaxşılıqla pislik eyni ola bilməz! Ey mömin kəs! Sən pisliyi yaxşılıqla dəf et! Qəzəbə səbirlə, cəhalətə ağılla, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu xislət yalnız dünyada məşəqqətlərə səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! Əgər Şeytandan sənə bir vəsvəsə gəlsə, fəsad toxunsa, Allaha sığın. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir!
    "Furqan”, 63.
    Nadanlar və dikbaş insanlar qarşısında Quranın təqdim etdiyi bu metod ən zərif, eyni zamanda ən dolğun tərbiyə üsuludur. Çünki pislik edən hər kəs müqabilə qanununun hökmünə görə öz rəftarının oxşar variantını gözləyir, yəni qarşı tərəfin də ona eyni tərzdə cavab verəcəyini fikirləşir. Deyir, indi o da mənə pislik edəcək. Amma gözlədiyinin əksinə olaraq sağlam rəftar görəndə, bir anlığa çaşır və qəlbində bir tufan baş qaldırır. Vicdanın təzyiqi altında qəflətdən ayılır, özündə həqarət hiss edib əvvəlki xəstə rəftarını düzəltməyə çalışır. Məhz bu cəhətinə görə idi ki, Peyğəmbərin (s) ətrafına xeyli adam toplaşırdı. Allahın buyurduğuna əsasən onların Peyğəmbərin (s) başına cəm olmalarının əsas səbəblərindən biri, Peyğəmbərin (s) öz rəftarında onlarla helmli, rəhmət sifəti ilə davranması idi: "Ya Rəsulum! Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər...”
    Nəhcül-bəlağə”, (Feyzül-islam) Hikmət-197, səh-1179.
    Həmçinin, Quran Allahın saleh bəndələrinin məntiqli rəftarı barədə buyurur: "Rəhmanın əsl bəndələri o kəslərdir ki onlar yer üzündə təmkinlə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onları incitməmək üçün salam deyərlər. Onlarla xoş üzlə davranarlar.
    "Üsuli-kafi”, (tərcümə) c. 3, səh-179.
    Deyirlər həkimlərdən (filosof) birinin dostu evinə qonaq gəlir. Həkim qonağın qabağına yemək gətirib qoyur. Arvadı gəlib yeməyi qonağın qabağından götürür və həkimə də bir-iki yaman söz deyib çıxıb gedir. Həkimin dostu bu hadisədən narahat olub evi tərk edir. Həkim onun ardınca çölə çıxır, onu yolda saxlayıb deyir: yadındadır, bir gün mən sizə qonaq gəlmişdim. Nahar vaxtı, yemək yediyimiz vaxt haradansa bir quş gəlib süfrənin üstünə qondu və yeməkləri dağıtdı. Amma bizim heç birimiz bu işə görə narahat olmadıq. İndi də sən mənim bədxasiyyətli arvadımı həmin quşun yerində fikirləş!
    Həkimin bu sözündən sonra qonağın hirsi soyuyur və deyir: Həkim düz deyir. Helm və dözümlülük hər dərdin dərmanıdır.
    İmam Həsənin başına gələn əhvalatda deyilir: Bir gün Şamdan bir nəfər Mədinəyə, İmam Həsənin (ə) qaldığı yerə gəlir. Şamda Müaviyə uzun zaman əhli-beytin əleyhinə təbliğat apardığı üçün şamlıların əksəriyyəti fitnəyə uyub əhli-beytə ədavət bəsləyirdilər. Həmin şamlı şəxsin də qəlbində əhli-beytə qarşı kin-küdurət var idi. Küçədə gedərkən İmam Həsənə (ə) rast gəlir və başlayır Həzrətə (ə) təhqiramiz sözlər deməyə. Həzrət Həsən (ə) təmkinlə sükut edib, şamlı söyüşünü saxlayandan sonra deyir: "Belə görürəm ki, sən bu şəhərdə qəribsən. Mənim haqqımda eşitdiklərin böhtandan başqa bir şey deyil. Əgər evin yoxsa, mənim mənzilim sənin evindir, gəlib qala bilərsən. Əgər borcun varsa, mən sənin borcunu ödəyərəm, əgər acsansa, sənə yemək verərik.
    Həzrətin bu rəftarı o şəxs üçün gözlənilməz olur. Tez bir zamanda qəlbində inqilab baş qaldırır. Həzrətə nifrəti məhəbbətlə əvəz olur, deyir: "Ey Allah Rəsulunun övladı! Əgər bu görüşümüzdən qabaq məndən soruşsaydılar ki, yer üzünün ən pis adamı kimdir, səni və atan Əlini (ə) göstərərdim, amma indi yer üzündə sizdən yaxşı bir adam tanımıram.
    Bəli, Allaha bəndəlik mərhələsinin ən yüksək həddinə çatmış kamil bir insan üçün bundan başqa rəftar da gözləmək olmaz. Əgər, insanlığın ən yüksək zirvəsində qərar tutmuş bu şəxslər cahillərlə belə rəftar etməsəydilər, Allahın yer üzündəki xilafətinə layiq görülməzdilər.
    Xacə Nəsirəddin Tusi haqqında deyirlər ki, bir şəxs Xacənin yanına gəlib ona bir məktub verir. Xacə məktubu açıb görür ki, təhqiramiz sözlər yazılıb. Məktub müəllifi söyüş dolu sözlərlə Xacəni "kəlb bin kəlb” (it oğlu it) deyə adlandırmışdı. Xacə onun ağır və təhqiramiz məktubuna məntiqli və şəfqətli cavab verib deyir: Məni it adlandırmısansa, bu düzgün deyil. Çünki it dördayaqlı heyvanlar sırasında yer tutur, hav-hav edir, dərisi qalın və sıx tüklərlə örtülmüşdür, dırnaqları uzundur. Bu xüsusiyyətlərin heç biri məndə yoxdur. Mənim qamətim düzdür, bədənim sıx tüklə örtülməmişdir, dırnaqlarım qısa və enlidir, danışır və gülürəm. Məndə olan xüsusiyyətlər itdə yoxdur və məktub müəllifinin iddiası ilə düz gəlmir.
    Əli (ə) helmin ictimai bəhrələri haqqında buyurur: "Helmli şəxsin helmdən qazanacağı ilk bəhrəsi bu olur ki, cahillərlə qarşılaşdığında, xalq onun köməyinə gəlir.”
    "Bihar”, c. 75. səh-53.
    Müdara, onun yaltaqlıq və təslimçiliklə fərqi
    İnsanı qiyamət gününün ziyanından saxlayacaq üçüncü xüsusiyyət, onun camaatla yumuşaq tərzdə davranıb müdara etməsidir. "Mudara” məna baxımından "rifq” kəlməsinə yaxındır. Çünki müdara rəftarda mülayim olmaq, camaatla yola getmək, onların xoşagəlməz rəftarları qarşısında dözümlülük mənasındadır. Dini qaynaqlarda müdaranın dünyəvi və axirəvi faydalarını açıqlayan rəvayətlər çoxdur. O cümlədən Peyğəmbərin (s) buyurduğu bu rəvayət ki, deyir: "Müdara imanın yarısıdır.”
    Həmçinin deyir: "Üç şey var ki, əgər bir kəsdə olmasa, o adamın əməli tamam olmaz:
    1. Onu günahdan saxlayacaq vərə.
    2. Xalqla müdaraya səbəb olacaq əxlaq.
    3. Nadanların cəhalətini dəf edəcək helm.
    "Nəhcül-bəlağə”, xütbə-24, səh-87.
    Başqa bir yerdə xalqla müdara ilə dolanmağı vacib əməllərin sırasında göstərir: "Biz peyğəmbərlər vacib əməlləri yerinə yetirməyə əmr olunduğumuz kimi, eləcə də xalqla müdara ilə rəftar etməyə əmr olunmuşuq.
    "Qərərul-hikəm”, (tərcümə) səh-479.
    İnsan həmişə müxtəlif niyyətli şəxslərlə üzləşməli olur. Bu şəxslər arasında niyyətləri qərəzli adamlar da olur. Ona görə də onların özlərinə xas rəftarları olur. Hərdən həsəd və ya hər hansı başqa rəzil sifət onları başqaları ilə rəftarlarında kobud olmağa vadar edir. Sözümüz budur ki, belə insanlarla üzləşdikdə hansı yolu tutmalıyıq? Əgər mənimlə düşmənçilik edən və ya haqqımda əskikliyə yol verən, ədəbsizlik edən bir kəsin müqabilində onun özü kimi rəftar etsəm, iş qarşıdurmaya, dava-dalaşa aparıb çıxaracaqdır. Bu həmin mərhələdir ki, insan nadanlarla üzləşəndə bu problem qarşıya çıxır. Belə vəziyyətdə insan qarşı tərəfin nalayiq hərəkətini takrarlamamalıdır, əksinə müdara yolunu tutmalıdır. Bunun üçün qarşı tərəfin eyiblərinə göz yummağı, günahkarın günahından keçməyi məşq etməklə belə insanlarla müdara etməlidir. Tez özündən çıxıb qarşı tərəfin rəftarına oxşar reaksiya vermək düzgün deyil. Bəzi yerlərdə, lazım gəlsə özünü görməməzliyə vurmalıdır. Hətta onun haqqında düşmənçilik edənə, pisliyin əvəzində yaxşılıq etməklə cavab verməlidir. İnsan öz həyatında bu əxlaqa yiyələnə bilsə, başqalarının əzab-əziyyəti qarşısında müdara ilə dolansa boynunda olan ilahi yükü mənzilbaşına çatdıra biləcəkdir. Amma, əgər onunla düşmənçilik edən kəsin qarşısında o da düşmənçilik etmək istəsə, söyüşə söyüşlə, yumruğa yumruqla cavab vermək istəsə, bununla həm vaxtını tələf edəcək, həm də kefini korlayacaqdır. Qəlbində kök salan kin-küdurətlər həyatının şirinliyini acı zəhrimara döndərəcəkdir. Buna görə də belə hallarla qarşılaşdıqda ən yaxşı yol, onlarla müdara ilə davranmaqdır. Çünki müdara, mülayim rəftar aqillərin üsulu, düzgünlüyün açarıdır: "Sənə müdara ilə rəftar etməyi tapşırıram. Çünki o, düzgünlüyün açarı və aqillərin yoludur.”
    Həmin xütbə-224, səh-729.
    Bir məsələyə də işarə etmək pis olmazdı: hərdən "müdara” "müdahinə”ilə səhv salınır. Müdahinə haqq müxalifləri və yolunu azmışlarla saziş mənasındadır. Yəni insan haqq dinin, həqiqətlərin təbliğində süstlük edir, başqalarının yolunu azdığını görəndə sakit durub etiraz etmir. Əli (ə) buyurur: "Öz canıma and olsun Haqla müxalifətə qalxmış, azğın yola qədəm qoymuş kəslə müharibədə güzəştə getməz və süstlük etmərəm.”
    "Qələm”, 9.
    Başqa bir yerdə öz zamanının süst ünsürlərinə haqqı söyləmədiklərinə görə şikayət dili ilə xitab edərək deyir: "Allah günahınızdan keçsin, xəbəriniz olsun, elə bir zamanda yaşayırsınız ki, haqqı deyən kəslər azalmış, doğrunu söyləməkdə dillər kütləşmiş və Haqqı axtaranlar tənələrə məruz qalmışdır. Camaat itaətsizlik göstərməyə hazır olmuş, bu yöndə bir-biri ilə saziş bağlamışlar.”
    "Maidə”, 49.
    Gördüyünüz kimi, həzrət (ə) Haqqa müxalif olan şəxslərlə sazişdə olmağı məzəmmət edir, müdahinəni alçaq bir xislət kimi göstərir. Həzrətə (ə) görə müdahinə cəmiyyəti məhvə sürükləyən, onun izzət və dayaqlarının çökməsinə aparıb çıxaran əsas amillərdəndir. Buna görə də müdahinəni, Allahın dinini, ictimai mənafeni nəzərə alıb öz şəxsi mənafeyindən keçməklə düşmən qarşısında müdara göstərmək mənasında başa düşməməliyik. Müdara qurucu, müdahinə isə əksinə, dağıdıcı xislətə malikdir.
    Cəmiyyətdə, ətrafında baş verən hadisələrə biganə münasibət bəsləyən insanlar da olur. Bu insanlar xalqın problemlərinə, dini-mədəni sahədə özlərinin və ya başqalarının qarşılaşdığı problemlərə münasibətdə etinasız görünürlər. Belə insanların əksəriyyəti xarakter baxımından donuq, süst, tənbəl və xudpəsənd olurlar. Əgər onlardan mübarizəyə, cihada qatılmaq tələb olunsa, bir bəhanə ilə özlərini kənara çəkib canlarını qurtarmağa çalışarlar. Təbii olaraq bu cür insanlar öz əməllərini yozmağa söz də tapırlar. Çünki heç kim özünə pis deməz. Əksinə öz işlərinə ağıllı nəzərə çarpan, zahiri xoş olan don da biçirlər. Adətən onların bəhanələri belə olur: Düşməni yola vermək lazımdır; nəyə lazımdır kəskin, kobud sözlər? Sərt rəftar həmişə nəticəsiz qalır.
    Hərdən belə bir şeri də misal çəkirlər:
    İki dünya səadəti iki sözdə cəm olub
    Dostlarına sadiq ol, düşmənləri yola ver.
    Bəzən hədislərə də əl atır, səadətə çatmağın əsas amilini başqaları ilə yumuşaq davranmaqda görürlər. Əgər cəmiyyəti bu ruhiyyə ilə tərbiyə etmək istəsək, bilin ki, heç vaxt mübarizə baş tutmayacaq, heç bir hərəkata rəvac verilməyəcək, cihad yolu bağlanacaqdır. Dediyimiz kimi Haqqın qarşısında göstərilən bu süstlük, yumuşaqlıq müdahinədir. Məsuliyyətdən yaxa qurtarmaq üçün eqoist insanlar bu cür sözləri əldə şüar edir, ictimai qınağa tuş gəlməmək üçün, lazım gələndə bəhanələrinə şəri don da geyindirirlər. Bu yol olduqca bəyənilməz olub sonda acı nəticələr verir. Quran açıq şəkildə bu üsulu məzəmmət edir.
    Müşriklər qarşısında Peyğəmbərin (s) sərtliyi
    İslamın ilk illərində müşriklər dəfələrlə Peyğəmbəri (s) kompromisə dəvət edir, onun yumuşaq mövqe tutduğu təqdirdə özlərinin də yumuşaq davranacaqlarını bildirdilər. Həqiqətdə onlar Peyğəmbərə (s) müəyyən imtiyazlar təklif etməklə, qarşılıqlı olaraq ondan bəzi imtiyazlar əldə etməyi umurdular. Peyğəmbərdən (s) digər dünya hökmdarları kimi öz hədəfindən ən çəkməsini tələb edir, müxalifləri ilə sazişə getməsini istəyirdilər.
    Allah müşriklərin istəyi barədə belə buyurur: "(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər!”
    (İbni Abbasın dediyi rəvayətə əsasən İsra surəsinin bu ayəsi ilə 73-cü ayəsi o vaxt nazil olur ki, Əmyət bin Xələf və Əbu Cəhl Qüreyşin digər tanınmış şəxsiyyətləri ilə birlikdə Peyğəmbərin (s) yanına gəlib deyirlər: "Əvvəl sən bizim kimi, bizim Allahlara əl çək, üzünü sürt, ondan sonra biz sənin dinini qəbul edərik. Həmin vaxtlar qövmündən ayrı düşməyi Peyğəmbəri (s) sıxırdı. Peyğəmbər (s) qövmünün islama gəlməsini çox istəyirdi. "Əl-mizan”, c. 15, səh-177.)
    Aydın məsələdir ki, düşmən qarşısında yumşaqlıq göstərmək, Allah ehkamının icrasında süstlüyə yol vermək müdara yox, müdahinədir. Bu cəhətinə görə də Allah şiddətlə Peyğəmbəri (s) o işdən çəkindirir və peyğəmbərdən tələb edir ki, Allah ehkamlarını şiddətlə icra etsin: "O halda onların arasında Allahın nazil etdiyi kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyini (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir...”
    "İsra”, 74.
    Hər növ saziş və yumşaqlıq müdara demək deyildir. Müdara səhih əqli qərəzin (istək) olduğu yerdədir. İnsan həmin əqli istəklərinə nail olmaq üçün başqalarının onun üçün yaratdığı problemlərə göz yumur və bəzi şeylərdən keçir. Bu o demək deyil ki, insan hər kəsin, hər rəftarın qarşısında müdara adı ilə yumşaq davranıb sazişə getsin və lazımi sərt mövqe nümayiş etdirməsin. Müdara və müdahinəni bir-birinə qarışdırmamalıyıq. Bilməliyik ki, islami hədəflər, islami məsələlər qarşısında güzəştə getmək olmaz. Fikri əsaslarda əskikliyə yol verilməməlidir. İnsan ilahi vəzifəni üzərinə götürdüyü zaman tam qətiyyətlə onu yerinə yetirməlidir. Bu işdə hər növ səhlənkarlığa, boşluğa yer vermək olmaz.
    İnsanın hər zaman üzüyumşaq kimi görünməsi yaxşı hal deyil. İnsan canını fəda etməli olsa belə ilahi hədəflərin həyata keçməsində axıra qədər dayanmalı, müqavimət göstərməlidir. Düşmənlərin tribunasından səslənən sözlərə nəzər salsaq, diqqəti çəkən məsələlərdən biri də onların bizə fundamentalist ünvanı ilə müraciət etmələridir. Əlbəttə, onların bizi bu adla adlandırmaqda əsas məqsədləri millətimizi zəiflətmək və onu rəhimsiz, kobud kimi qələmə verməkdir. Amma həmin ada diqqətlə yanaşdıqda, bu adın olduqca yerində deyilmiş və münasib bir ləqəb olduğunu görürük. Bu adı biz qəbul edirik. Bəli, biz fundamentalistik və hər zaman da dinimizin əsaslarını qoruyacağıq. Bizim etiqadımıza görə köklü hədəflərdə, armanlarda güzəştə getmək olmaz. Bəli, hərdən qısa müddətli, taktiki güzəştlər edilə bilər. Elə də həyati, köklü olmayan məsələlərdə güzəştə getmək mümkündür, amma əqidənin əsasları üzərində müamilə etmək olmaz.
    Məkkə çətin günlərini yaşadığı zamanlarda Peyğəmbər (s) Qüreyşin ağır təzyiqləri ilə üzləşməli olur. İstər peyğəmbər özü, istərsə də silahdaşları müşriklər tərəfindən mənəvi və fiziki işkəncələrə məruz qalırdılar. İş o yerə çatır ki, islamın təbliği, risalətin çatdırılması yolunda ciddi maneələr yaranır. Ara-sıra Peyğəmbərin (s) ardıcılları öz hədəfləri yolunda canlarını qurban verməli olurlar. Tabii olaraq, işgəncələr altında əzilən məzlum müsəlmanların ən böyük istəyi bu əzab-əziyyətlərdən qurtulmaq və onlara Qüreyşin müqabilində kömək edəcək kəslərin himayəsini cəlb etmək idi. Tarixyazarlar deyirlər, həmin həssas günlərdə Taif əhli Peyğəmbərə (s) öz köməyini təklif edir. Onlar müşriklərlə müharibədə müsəlmanlarla birgə olacaqlarını və öz canları, malları ilə onları müdafiə edəcəklərini bildirirlər. Ancaq bir şərt kəsirlər: Biz namaz qılmağa borclu deyilik. Çünki onlar torpağa düşməyi, torpağa baş qoyub səcdə etməyi özlərinə sığışdırmırdılar. Həqiqətdə mədəniyyətləri bu əməli qəbul etmirdi. Taiflilərin bu təklifi Peyğəmbərə (s) çatdırılanda, müsəlmanlar ən ağır günlərini yaşayırdılar. Əgər Peyğəmbər (s) digər ictimai hökmdarlar kimi düşünsəydi, təbii olaraq bu təklifi qəbul etməli, fürsəti qənimət bilməliydi. Adi halda fikirləşəndə, Peyğəmbər (s) tez müqavilə bağlayıb onların imkanlarından istifadə etməli, sonra yavaş-yavaş onları namaza, ibadətə dəvət edərdi. Yəni əqidə, mədəniyyətlə bağlı işləri sonra da görmək olardı. Bəzi təfsirçilərin söylədiklərinə görə bu məsələ ilə əlaqədar bu ayə
    ("Bihar”, c. 21, s. 153.)nazil olur: "Əgər biz sənə səbat verməsəydik, yəqin ki, azacıq da olsa, onlara uyacaqdın!”
    "Hucurat”, 13.
    Allah müsəlmanlara xəbərdarlıq edir, deyir: Olmaya müsəlmanlar müşriklərin istəklərinə meyl göstərib dinlərində müamilə etməyi düşünürlər?
    Bütün proqramlar, mübarizələr dinə görədir. İslam ona görə çalışır, vuruşur ki, camaat Allaha sitayiş etsin, doğru yola yönəlsin. Belə olan surətdə düşmənlə necə bir araya gələsən? Onların Allahdan üz döndərmələrini şərt olaraq necə qəbul edəsən?! Peyğəmbər (s) Taif əhlinin təklifinə belə cavab verir: "Rükusu, səcdəsi olmayan dinin faydası yoxdur.”
    "Bihar”, c. 17, s. 138.
    Onlar Peyğəmbərin (s) yumşaqlıq göstərib öz dini əsaslarından dönəcəyini düşünürdülər, amma nə Allah belə bir icazəni verərdi, nə də Peyğəmbər (s) belə bir müamiləyə gedərdi. Ona görə də Peyğəmbər (s) Taif əhlinə deyir: "Mən namazı olmayacaq dinə görə sizinlə müamilə etmirəm və sizin himayənizi də qəbul etmirəm. Bilmək istəsəniz, xəbəriniz olsun ki, mənim dinim namaza söykəndiyi üçün ayaqda durur. Dinin və mənim risalətimin əsas hədəfi ilahi pərəstişi xalq arasında hakim etməkdir.
    Köklü üsulları qorumaq zərurəti bütün hallarda sabit olmuşdur. O cümlədən cəmiyyətin rəhbərlik işlərində bu üsulu gözləmək zəruridir. Rəhbər olan şəxs əsas üsulları, hədəfləri qorumaqda qətiyyətli olmalı, güzəştə yol verməməlidir. Amma kökə zərbə vurmayacaq məsələlərdə, zəruri olduğu surətdə güzəştə gedə bilər. Çünki gökü qorumaq üçün gövdə qurumasın deyə, bəzən ağacın budaqlarını budamaq lazım gəlir. Cəmiyyətin rəhbərləri də hərdən tələb olunan yerdə qətiyyətli olmalı, hərdən də yumşaq davranmalıdırlar.
    Bütün bunları ona görə aydınlaşdırırıq ki, müdahinəni müdara ilə dəyişik salmayaq, onlar arasındakı həddi təyin edə bilək. Əlbəttə, bəyənilmiş müdara ilə məzəmmət olunan müdahinə arasındakı sərhəddi təyin etmək olduqca müşkül bir işdir. İnsan harada müdara edib, harada müdara etməyəcəyinə həddən artıq diqqət yetirməlidir. Sazişin harada müdaranın meyarı, harada müdahinənin meyarı olacağını təyin etmək elə də asan iş deyil. Müdara ilə müdahinəni bir-birindən ayırmağın yollarından biri də budur ki, əgər bizim bir məsələyə göz yummağımız, yumşaqlıq göstərməyimiz əsas və mühüm məsələnin kənarda qalmasına səbəb olacaqsa, onda bilməliyik ki, bu müdahinədir. Amma yüksək hədəflər uğrunda hansısa şəxsi mənafeyimiz təhlükə ilə üzləşirsə, belə yerdə həmin mənafedən keçməyimiz müdara sayıla bilər. Əlbəttə bəzi yerlərdə oxşarlıq o qədər yaxın olur ki, müdaranı müdahinədən ayırmaq xüsusi diqqət tələb edir.
    "Ey Əbuzər! İnsanların ən güclüsü olmaq istəyirsənsə, Allaha təvəkkül et, əgər xalq arasında ən əziz adam olmaq istəyirsənsə, təqvalı ol, əgər insanların ən varlısı olmaq istəyirsənsə, əlində olandan daha çox Allahın yanında olana güvən.”
    Bu bölümdə də söz təqvadan düşdü... Göründüyü kimi təqvanın əlaqəsi öncəki mətləblərlə kəsilməmişdir. Peyğəmbər (s) öz sözündə üç nöqtəni vurğulayır:
    1. Əgər insanların ən güclüsü olmaq istəyirsənsə, Allaha təvəkkül et.
    2. Xalq arasında hörmətli, izzətli olmaq istərsənsə, təqva əldə etməyə çalış.
    Necə ki, Allah Quranda buyurur: "...Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır...”
    "Ali-İmran”, 122.
    3. İnsanlar arasında ən varlı adam olmaq istəyirsənsə, kimsəyə möhtac olmaq istəmirsənsə, özündə olandan daha çox Allah yanında olana etimad et.
    Hər kəsin müəyyən miqdarda malı, pulu olur. Bəzilərinin pulu, malı başqalarına əl açmayacaq qədərdir, ya da belə deyək, başqalarına möhtac olmayacaq həddə bir tikə çörəyə çatır. Nisbi də olsa bu vəziyyətin özü insanı başqasına möhtac etmir. Amma biz nə qədər ixtiyarımızda olan mala, sərvətə güvənə bilərik? İnsan pulunu itirə bilər və ya mümkündür oğru gəlib insanın var-dövlətini oğurlasın, ya hər hansı hadisə üzündən pulu, mülkü əlindən çıxsın. Bəzən lazım olan anda insan malından istifadə edə bilmir, hansısa səbəb üzündən malı, pulu bada gedir. Amma Allah yanında olanlar heç vaxt zavala uğramır. Allahın bütün əşya və mövcudat üzərindəki əhatəsini, malikiyyətini nəzərə alaraq, insan Allah yanında olana öz ixtiyarında olandan daha çox etibar etməlidir. Çünki ehtiyacımız olduğu vaxt, ola bilsin əlimizdə olan mal-dövlətdən istifadə edə bilməyək. Hər hansı bir hadisə üzündən biz var-dövlətimizdən məhrum ola bilərik. Əgər biz, bütün zahiri və batini güclərin Allahın əlində olduğunu dərk etsək, hətta insanın tədbirinin də Allahın qüdrəti əhatəsində olduğuna inansaq, belə olan surətdə Allaha olan etimadımız güclənəcəkdir.
    Təbii ki, Allahın qüdrətinə etimad edən kəs dünyanın ən güclü insanıdır. Çünki Allahın iradəsi yenilməzdir, heç bir şey Onun qüdrəti dairəsindən xaric deyildir.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 860 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024