İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:44 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    Təvəkkül məqamı
    Göründüyü kimi Allahın rəsulu (s) Allaha təvəkkül etməyi möminin güc mənbəyi hesab edir. Təvəkkülün insan həyatındakı əhəmiyyətli rolunu, təvəkkül haqqında yanlış fikirlərin ortaya çıxdığını nəzərə alaraq, bu barədə söz açmağı lazım bilirik.
    Təvəkkül "vəkalət” sözündən götürülmüşdür. İslam ensiklopediyasında təvəkkül, insanın Allahı özünə güvəncli bir arxa qərar verməsinə deyilir. Yəni insan Allahı vəkil tutaraq bütün işlərini Ona tapşırır. Rəvayətlərin birində göstərilir ki, Peyğəmbər (s) Cəbrayıldan (ə) Allaha təvəkkül barəsində soruşdu, Cəbrayıl cavabında dedi: "Təvəkkül, insanın, yaradılmışın insana bir ziyan və xeyir yetirməməsinə, bir şey bağışlayıb, ondan bir şeyi almamasına olan elmidir. Həmçinin, təvəkkül insanın xəlqdən (yardılmışdan) məyus olub əlini üzməsidir. Elə ki, bəndə bunu dərk etdi, Allahdan qeyrisi üçün iş görməz, Ondan qeyrisinə bel bağlamaz, Ondan özgəsinə əl açmaz. Bu Allaha təvəkkülün mənasıdır.”
    "Nəhcül-bəlağə”, xütbə-218, s. 719.
    Qurani-kərimdə təvəkkül haqqında çoxlu ayələr mövcuddur, o cümlədən bu ayə ki, buyurur:
    "...Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!”
    Müstədrəkül-vəsail”, c. 11, səh. 217.
    Bu ayədə Allah təvəkkülü imanın ayrılmaz bir hissəsi kimi təqdim edir.
    İnsan müsbət nəticələr əldə etsin deyə dünyəvi işlərində özünə vəkil seçdiyi kimi, əksər işlərini onun ixtiyarına verdiyi kimi, yaxşı olardı bir Allah bəndəsi olaraq bütün işlərində Allaha söykənib, öz işinə Onu vəkil tutardı. Bununla o, onu sıxan, darıxdıran əksər iztirablardan yaxa qurtarmış olardı. Başqa sözlə desək, öz ehtiyaclarını təmin etmək istəyən kəsin qarşısında üç yol vardır:
    1.Öz gücünə etimad etmək.
    2. Başqalarına güvənmək, onların köməyinə göz dikmək.
    3.Allaha arxalanıb, Ondan qeyrisinin köməyinə göz yummaq.
    Burada insanın Allaha təvəkkülü, Allahın rübubiyyətini dərk etməsindən qaynaqlanır. Çünki, insan Allahı tam ixtiyar sahibi olaraq tanıyarsa, artıq başqasının qapısına getməyə, Allahdan qeyrisinə əl açmağa ehtiyac görmür. Əli (ə) dualarının birində deyir: "İlahi! Sən dostlarına başqalarından daha yaxınsan. Sənə təvəkkül edənlərin işlərini yoluna qoymaq üçün onların özündən daha çox hüzura maliksən. Onların sirlərindən xəbərdarsan, fikirlərindən keçənlərə agahsan, baxışlarının hüdudlarını bilirsən.”
    Davamında buyurur: "Dostlarının qəlblərində gəzdirdikləri sirləri Sənin yanında aşkardır, Səni görmək həsrəti ilə qəlbləri qandır. Əgər tənhalıq onları sıxsa, dəhşətə gəlsələr, Səni yad etməklə təskinlik tapar, əgər müsibətlərə tuş gəlsələr sənə pənah gətirər, dərgahına üz tutarlar. Onlar bilirlər ki, bütün işlərin ixtiyarı Sənin əlindədir.”
    "Müstədrəkül-vəsail”, c. 11, s. 217.
    İmam Baqir (ə) Allaha təvəkkül etməyin faydası haqqında buyurur: "Allaha təvəkkül edən kəs məğlub olmaz, Ona pənah aparan şəxs yenilməz.”
    Molla Mehdi Nəraqi. Camius-səadət, c. 3, s. 228-229
    Allaha iman və təvəkkül əksər peyğəmbərlərin dəvətinin sərlövhəsində yer almışdır. Bu üzdən Allaha imanın nişanələrindən biri Ona təvəkkül etməkdir.
    Təvəkkül və maddi, mənəvi amillərdən istifadə
    Təvəkkül xarici rəftar olmayıb qəlbi işlərdən hesab olunur. Buna görə də təvəkkülü işdən-gücdən əl çəkib tənhalığa qapılmaq, səhərdən axşama kimi ibadət edəcəyim təqdirdə Allah da mənim ruzimi yetirəcək deyib işdən boyun qaçırmaq kimi başa düşməməliyik. Şübhəsiz bu fikir kökündən yanlışdır. Bu yolu tutub gedənlər səhv istiqamətdə hərəkət edirlər. Rəvayətlərin birində deyilir: "Peyğəmbər bir dəstə camaatı bekar oturan gördü. Onlara dedi: "Siz kimsiniz?” Dedilər: "Biz təvəkkül edənlərik.” Həzrət (s) cavablarında buyurdu: "Yox, elə deyil. Siz başqalarına artıq yüklərsiniz.”
    "Bihar”, c. 1, s. 225.
    İslam maarifindən yetərincə xəbəri olmayanlar elə bilirlər ki, təvəkkül maddi imkanlardan imtina etməkdir. Onların fikrincə, əgər kimsə maddi imkanlardan istifadə edirsə, deməli onun Allaha təvəkkülü yoxdur. Əslində təvəkküllün yoxluğu nə maddi nemətlərdən istifadə edən kəslə bağlıdır, nə də təvəkkülə malik olmaq bir kəsin maddi nemətlərdən imtina etməsi ilə əlaqədardır. Elə tənbəl insanlar var ki, "ver yeyim, ört yatım, gözlə canım çıxmasın” deyib, gözlərini bir tikə çörəyə dikərək yerlərindən tərpənmirlər. Belələrinin iş görməyə halları da olmur. Onlardan soruşanda ki, niyə işləmirsən, deyirlər: "Biz Allaha təvəkkül edirik. Ruzi Onun əlindədir, Allah Özü ruzimizi yetirəcək!”
    Həqiqətdə bu söz, onların tənbəlliklərini pərdələdikləri zahiri bir örtükdür. Əslində Allaha bir qıram da olsa təvəkkülləri yoxdur, yalan deyirlər. Əlbəttə, təvəkkülü olan insanlar da olur.
    İşarə etdiyimiz kimi təvəkkül qəlbi bir işdir və Allaha söykənmək mənasındadır. Yəni insan qəlbində Allaha söykənir. Bu baxımdan, ola bilsin insan təvəkkülün ən ali dərəcəsinə çatsın və eyni halda Allahın buyruğuna əsaslanaraq maddi nemətlərdən də istifadə etsin. Mümkündür ki, bir kəs hamıdın çox işləsin, işə hər kəsdən daha ciddi yanaşsın, amma bununla belə öz işindən daha çox Allaha etimad etsin. Ümumiyyətlə Allahın tənbəl, bekar insandan xoşu gəlmir. Allah insana vəzifəsi olaraq zəhmət çəkməyi, işlə məşğul olmağı buyurmuşdur. Çünki ilahi hikmət bu dünyanın işlərinin səbəblər silsiləsi ilə hərəkət etməsini vacib edir. Allahı tanıyan kəs bilir ki, dünya işləri ilahi hikmətin tələbinə müvafiq olaraq səbəblər vasitəsilə həyata keçir. İnsanın təkamülü həmin sistemin dərkinə bağlıdır. Məhz həmin sistemin vasitəsilə insan imtahana çəkilir. Belə olmazsa insan təkamüldən qalar. İnsanın təkamülü bəndəlik vəzifələrinin yerinə yetirilməsi ilə müəyyənləşir. Bəndəliyin özü də insanlıq əlaqələri ilə səciyyələnir. Nəhayət, insanlıq əlaqələri də öz növbəsində səbəblər sistemində dərc edilmişdir.
    Beləliklə, əgər insan tənhalığa çəkilsə, ancaq ibadətlə məşğul olub gündəlik həyatında bir işdən yapışmasa, deməli ilahi hikmətin əksinə əməl etmişdir. Belə olan surətdə, onun Allahdan ruzi gözləməsi əbəsdir. Mövlana demişkən:
    Gər təvəkkül edəcəksən iş gör, qalx erkən
    Əvvəl ək, becər, sonra Cabbara söykən.
    Buna görə də ilahi hikmət insanın öz istəklərinə çatması, ehtiyaclarını təmin etməsi üçün Allahın xəlq etdiyi vasitələrdən yararlanmasını zəruri edir. Əgər Allahdan quru xahiş etməklə insanın ruzisi yetişsəydi, onda kimsə ruzi dalınca getməz və insanlar imtahan olunmazdı. Deyəndə ki, hədəfinə çatmaq üçün Allahın qərar verdiyi vasitələrdən istifadə et, bu, o demək deyil ki, sənin ruzi verənin torpaqdır, ya işdir və ya digər səbəblərdir. Bunların hamısı Allah tərəfindən verilmişdir. Ruzinin özü də Allahın əlindədir. Sənin vəzifən səbəblərin dalınca getməkdir. Bununla ilahi hədəflər dünya sistemində həyata keçmiş olur.
    Deməli təvəkkül edən işdən, zəhmətdən yayınmamalıdır. Təvəkkül etməyənlər tənbəlliyə qurşanırlar. Bu iki dəstənin fərqi, onların qəlbi bağlılıqlarındadır. Təvəkkül edən, Allaha itaət niyyətilə, Allaha söykənib ümid edərək iş görür, amma əqidəsiz, təvəkkül etməyən kəs öz ruzisini işdə çalışmaqda və ya başqasının əlində axtarır. Mömin Allahdan başqa heç kimə ümid etmir. O bütün olanları Allahdan bilir. Əgər əli bütün səbəblərdən üzülsə, onun Allaha olan ümid çırağı zəifləmir. Çünki Allah tərəfindən bəndəyə çatan hər bir işin hikmətə əsaslandığını, onun xeyrinə olduğunu dərk edir. Allah heç vaxt Öz bəndəsini onun xeyrinə olan işdən məhrum etməz.
    Deməli bir tərəfdən dünya mexanizmi səbəblər sisteminin əsasında formalaşır və həmin sistemin zəncirvari bağlılığında insan da onun bir halqası olaraq öz istəklərinə çatması üçün iş görməlidir. Başqa bir tərəfdən iş görmək, başqaları ilə ünsiyətdə olmaq insanın imtahana çəkilməsinə şərait yaradır. Çünki insan imtahan olunmasa təkamülə üz tutmaz. İnsan cəmiyyətə qatılıb müxtəlif şəraitlərə düşməklə bərkdən-boşdan çıxır, insanlarla ünsiyyətdə qarşılıqlı hüquqlara riayət etməklə öz təkamülünə zəminə yaradır.
    Deyirlər bir gün həzrəti Musa (ə) xəstələnir. Bəni-İsrailin böyükləri ona baş çəkməyə gedirlər və deyirlər: "Əgər filan otu dəmləyib suyunu içsən sağalacaqsan. Həzrəti Musa (ə) deyir: "Müalicəyə ehtiyac görmürəm, Allah Özü mənə şəfa verəcəkdir!” Həzrəti Musa (ə) bir müddət bu halla yaşayır, amma özündə yaxşılığa doğru bir irəliləyiş hiss etmir. Axırı Allah ona vəhy göndərir ki, izzət və cəlalıma and olsun, sənə deyilən otla özünü müalicə etməyənə qədər, sənə şəfa verən deyiləm.
    Həzrəti Musa (ə) həmin otdan istifadə edəndən sonra sağalır, amma Bəni-İsrailə dediyi sözə görə qorxuya düşür. Yenə də Allahdan ona xitab gəlir: "Ey Musa, sən öz yanlış təvəkkülünlə bizim hikmətimizi batil etmək istəyirdin? Otların kökündə şəfabəxş təsirləri, min bir dərdə dərman olan faydalı xüsusiyyətləri qoyan kimdir?
    Həmçinin hədislərin birində deyilir ki, zahidlərdən biri şəhərdən çıxıb dağların qoynunda özünə məskən salır və deyir: "Mən heç kimə ağız açmayacağam, Allah mənim ruzimi yetirməyincə kimsənin qapsını döyməyəcəyəm!” Bu minvalla yeddi gün gəlib keçir, amma zahidə yemək-içmək gəlib çıxmır. Ölümcül hala düşmüş zahid inildəyib ərz edir: "Pərvərdigara! Ya mənim ruzimi yetir, ya da tez canımı al ki, bundan artıq əziyyətə düşməyim!” Allahdan xitab olur: "İzzət və cəlalıma and olsun, camaata qaynayıb-qarışmayana qədər sənə ruzi verən deyiləm.” Zahid dağdan enib şəhərə daxil olur. Camaatın arasına daxil olanda, onun zəifləmiş vücudunu görənlər, ona su, yemək verirlər. Bu zaman Allah zahidə xitab edir: "Ey Zahid, sən öz zöhdünlə Mənim hikmətimi batil etmək istəyirdin, məgər bilmirsən ki, bəndəmin ruzisini ona bəndələrimin əli ilə yetirmək Mənim üçün səbəblərsiz (silsilə səbəblər bağlantısı olmadan) yetirməkdən daha əzizdir!”
    "Nəhcül-bəlağə”, xütbə 11, s. 62.
    Ruzi təkcə maddiyata aid olmur. Mənəvi qazanclar, o cümlədən elm də ruzidir. Bu baxımdan ola bilsin kimsə tənbəllik üzündən elm öyrənməyin arxasınca getməsin. Bəzən də deyirlər, mən Allaha təvəkkül edəcəm, O Özü elmi mənə mərhəmət edəcək. Bu fikirlərinə qüvvət olaraq məsumlardan deyilmiş bu rəvayəti də bəhanə gətirirlər: "Elm, oxuyub-öyrənməklə hasil olmur. Elm ilə bir nurdur ki, Allah onu istədiyi kimsənin qəlbinə yerləşdirir.”
    "Talaq”, 2, 3.
    Bəli, elm Allahdan gəlir və Onu istədiyi kəsə verir, amma bizim öhdəmizə düşən vəzifə dərs oxumağımızdır. Bir həddə qədər zəhmət çəkmək, ciddi şəkildə işdən yapışmaq bizim borcumuzdur. Biz bütün mümkün fürsətlərdən istifadə etməliyik. Kimsə yanlış anlamamalıdır ki, zəhmətsiz, tər tökmədən alim ola bilər. Zəhmətə qatlaşmadan dünya nemətlərinə çatmaq olmaz.
    İnsanın əldə etmək istədiyi bütün nemətlər Allahın ixtiyarındadır. Səbəblər toplusunün özü əsas təyinedici amil deyil, onlar nemətlərin əldə edilməsi üçün Allahın qərar verdiyi vasitələrdir. Çünki Allah həmin vasitələr və vəsaitlər yolu ilə ruzimizin əldə edilməsini istəyir. Əlbəttə, ola bilsin bir iş görmədən və ya vasitə və vəsait olmadığı üçün Allah Öz lütfü ilə bizə təsəvvür etmədiyimiz nemətləri versin. Bunun əksinə olaraq, mümkündür uzun zəhmətdən sonra, kifayət qədər səbəblərə əl atdığımıza baxmayaraq sonda öz istəyimizə çatmayaq. Bu onu göstərir ki, səbəblər var deyə arxayın olmaq olmaz. İnsan ancaq Allaha etimad etməlidir. Yəni Allaha ümid bağlayaraq səbəblərdən yapışmalıdır. Deyilənləri nəzərə alsaq, hədisin bu bölümündə Peyğəmbər (s) əsas bunu vurğulamaq istəyir: Əgər dünyanın ən güclü insanı olmaq istəyirsənsə, onda Allaha təvəkkül et və Onunla qəlbi bağlılığı möhkəmlət. Düşmənlə mübarizə meydanında insanın qollarına qüvvət verən Allahdır. Düşmən qüvvələrini mömin insanın qarşısında quru yarpaq kimi sovrub yerə tökən Odur.
    Bəli, həmin etimadın nəticəsi idi ki, müttəqilərin mövlası Əli (ə)– Allaha bəndəlik məqamında, ibadət zamanı əsim-əsim əsən o kamil insan– Allahın qorxusundan bihuş olub torpağa düşürdü. Amma düşmənlə üz-üzə dayandığı zaman canında qorxu deyilən şey olmazdı, düşmən onun heybətindən çəyirtkə kimi pərən-pərən olardı. Çünki o, gücünü Allahdan alırdı. Elə bir kəsə arxalanırdı ki, zəiflik və süstlük Ona yol tapmaz, bütün işlər Onun iradəsi ilə həyata keçərdi. Cəməl müharibəsində bayrağı oğlu Məhəmməd Hənəfiyyəyə verəndə ona deyir: "Dağlar yerindən tərpənsə də sən yerindən tərpənmə. Dişlərini bir-birinə möhkəm sıx, başını Allaha tapşır, ayaqlarını mıx kimi yerə pərçimlə, gözünü düşmənin axır sıralarına dik. Bil ki, qələbə Sübhan Allahdandır.”
    "İsra”, 23, 24.
    Allaha təvəkkül etməyən insanın qəlbi daim iztirab içində olar. Onun nə rahatlığı olar, nə də xoş güzəranı. Çünki, ona arxa olacaq həqiqi dostdan qafil olub yalançı və süst söykənəcəklərə etimad edir. Buna görə də güclü olmağımız üçün Allaha təvəkkül etməliyik.
    Təqvanın təvəkkül ilə əlaqəsi
    Hədisin davamında Həzrət (s) buyurur: "Ey Əbuzər! Əgər bütün insanlar bircə bu ayəyə əməl etsəydilər, onlara kifayət edərdi: "..Kim Allahdan qorxsa (təqvalı olsa) Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.”
    "Bihar”, c. 2, s. 42.
    Şərif ayədə təqva və təvəkkül – hər ikisi zikr olunmuşdur. Bunun özü təqva və təvəkkül arasında dərin bağlılığın olduğunu göstərir və aydın olur ki, bu ikisini bir-birindən ayırmaq mümkün deyil. Təqvanın öndə zikr edilməsi bəlkə də ona görədir ki, təqvanın əldə edilməsi təvəkkülə çatmağın müqəddiməsidir. İnsan təqvalı olmayınca həqiqi təvəkkülün nə olduğunu dərk etmir.
    Şəksiz Yerin, Göyün bütün işləri Allahın əlindədir. Allahın gücü qarşısında heç bir başqa qüdrət yoxdur. Yaradılış dünyasını öz iradəsi ilə idarə edən Odur. Belə olan surətdə biz ancaq Ona etimad etməliyik, kömək diləyən əlimizi Ona sarı uzatmalıyıq. Başqalarına hörmət göstərməyi, onların yaxşılıqları müqabilində təşəkkür etməyi Allah bizə tapşırdığı üçün, ilahi vəzifəyə əsaslanaraq onlara hörmət etməliyik. Bununla yanaşı yersiz təriflərdən, qarşı tərəfdən bir şey umduğumuz üçün onun şəninə yalançı təriflər söyləməkdən çəkinməliyik.
    Allaha təvəkkül və etimad edən kəs ruzini Allahdan gözləyir. Bunun üçün də başqalarına yaltaqlanmağa ehtiyac duymur, ona kömək edəcəklər deyə yersiz olaraq onların qarşısında kiçilmir. Onun, bunun qarşısında yaltaqlanmaq, əyilmək insanın izzət-nəfsi ilə bir araya sığmır.
    Bəli, Allah-təala, övliyalar, ata, ana, müəllim kimi boynumuzda böyük haqları olan kəslərin qarşısında təvazökar olmağı buyurmuşlar. Həmçinin nəsəbləri Peyğəmbərə (s) çatdığı üçün seyyidlərin, peyğəmbər zürriyyələrinin önündə Allaha itaət, Peyğəmbərə (s) hörmət məqsədilə təvazökar davranmağı tövsiyə etmişlər. Allah-təala Ata-anaya yaxşılıq etməyi, onlara ehtiram qoymağı Özünə ibadət və bəndəlik mərtəbəsindən sonra zikr edir: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et”– de.”
    "Zumər”, 36.
    İmam Səccad müəllimin haqqı barədə buyurur: "Sənə elm öyrədən kəsin sənin boynunda olan haqqı odur ki, onun qarşısında təzim edəsən. (təvazökar davranasan). Onun olduğu məclisi böyük tutub sözlərinə gözəl şəkildə qulaq asasan, yanında hündürdən danışmayasan, üzünü ona sarı tutasan. Əgər kimsə ondan sual soruşsa, cavab verməkdə onu qabaqlama. Onun oturduğu məclisdə başqası ilə söhbət etmə, başqasının qeybətini danışma.”
    Nisa”, 65.
    Dünya tamahı ilə başqasının qarşısında təvazökarlıq edən kəs, əslində yaltaqlıq etmişdir. Onun işinin batini şirkdir və həqiqətdə Allahı gücsüz bildiyi üçün başqasına üz tutmuşdur. Allahı tanıyan, Ona olan mərifəti kamala yetmiş və təvəkkül məqamını kəsb etmiş şəxs heç vaxt başqasına ümid bağlamaz. Allahın buyurduğu bu ayəyə: "Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!”
    "Bihar”, c. 82, səh-36. – Cani-dildən iman gətirən şəxs heç vaxt başqasına əl açmaz.
    İmam Xomeyni dəfələrlə buyurmuşdur: Bizim vəzifəmiz mübarizə aparmaqdır. Amma, qələbəyə nail olacağıqmı, olmayacağıqmı, artıq bu bizim işimiz deyil, Allahın əlindədir. O nə istəsə, nəyi məsləhət bilsə o da olacaqdır.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 1067 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024