İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:42 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZ YEDDİNCİ DƏRS
    İlahi tədbir və təqdirlər, doğru etaqad və inamın rolu
    –Haqq qarşısında təslim, nigarançılıqların aradan qaldırılmasının amili.
    –Qəzavü-qədərə bir baxış
    –Yəqinin məqam və mərtəbələri
    –Övliyalar və ilahi təqdirə razı olmaq.
    –Səbr məqamına bir baxış və onun əhəmiyyəti.
    –Allahın istəyini öz istəyindən irəli salmağın rolu.
    İlahi tədbir və təqdirlər, doğru etiqad və inamın rolu
    Bu bir neçə məclisdə bəhsimizin mehvəri təqva idi və o da bəyan edildi. Təqvası olan kəs öz ruzisinə görə nigəran olmamalıdır. Çünki Allah-təala belə adamın qarşısına problemlərini həll edə biləcək çoxlu yollar çıxarır. Elə ki, çıxılmaz vəziyyətə düşdü, hər yerdən qapılar üzünə bağlandı, Allah-təala onun üçün qurtuluş qapısı açır, güman etmədiyi yerdən onun ruzisini yetirir.
    Keçən bölümlərdə peyğəmbərin (s) Əbuzərə nəsihətləri təqva ilə ruzinin bağlılığı barədə idi. Çünki insan halal, pak və bolluca ruzi istəyindədir. İndi, əgər bilsə ki, təqva ruzinin artmasına və bolluğuna səbəb olur, onda təqva əldə etməyə meyl meydana çıxır.
    Haqq qarşısında təslim, nigarançılıqların aradan qaldırılmasının amili
    Qarşıya belə bir sual çıxır ki, görən mömin öz ruzisinə görə nə qədər nigaran olmalıdır, öz güzəranının yaxşılaşdırmaq, məişət imkanlarını genişləndirmək üçün hansı həddə qədər düşünüb-daşınmalı, çalışıb-vuruşmalıdır? Ruzisini haradan və necə əldə edəcəyi barədə nə qədər düşünməli, götür-qoy etməlidir?
    Şəksiz, hər insanın həyatda özünə görə ehtiyacları olur ki, əgər onlar ödənilməsə, yaşamaq onun üçün qeyri-mümkün olur. Həyatın davamı üçün lazım olan, zəruri şeylərdən biri də ruzidir. Təbii olaraq həyatını sevən hər bir kəs, ruzisinin də nigarançılığını çəkir. Əvvəldə də dediyimiz kimi, ruzi ancaq yemək-içməyə şamil olmur. Allah-təalanın bu dünyada insana verdiyi bütün maddi və mənəvi nemətlər ruzidir. Geyim, ev, həyat yoldaşı, müəllim və elm də ruzidirlər. Ruzini bu cür geniş miqyasda götürəndə və həmçinin hər kəsin naçar ruzi əldə etməsinə yəqinlik hasil edəndə, təbiidir ki, hər kəs öz ruzisi üçün nigaran olmalıdır; amma insanların nigarançılıqlarının mizanı, onların iman və mərifət dərəcələrinə bağlıdır. İnsanların iman və mərifətləri eyni həddə olmadığı kimi, onların nigarançılıqları da eyni həddə deyil. İnsanların iman və mərifətləri nə qədər artırsa, bir o qədər də nigarançılıqları azalmağa üz qoyur. O həddə qədər ki, bəzi övliyaların təbiri ilə desək–Allah övliyaları mərifətin elə dərəcəsinə çatırlar ki, –hətta özlərini belə düşünmürlər. Quranda zikr olunan təslim məqamı da o dərəcəyə işarə edir. Allah buyurur: "Amma xeyir! Ya Rəsulum Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, həqiqi surətdə təslim olmazlar.”
    Camiis-səadət, c. 3, səh-211-212.
    İnsan təslim məqamında elə bir mərhələyə yetişir ki, kamil surətdə Allaha təslim olur. Belə insan özü üçün heç bir şey istəmir, öz istəklərini tamamilə unudur, diqqətini yalnız Allah istəyən şeylərə yönəldir. Əgər insan bu mərhələyə çatsa, birdəfəlik nigarançılıqlardan yaxa qurtarar və hər iş ona asan olar: "Allah-təala həzrəti Davuda vəhy etdi ki, ey Davud, sən bir şey istəyirsən, Mən də bir şey istəyirəm, amma hər zaman Mən istəyən şey olur. Belə olan surətdə, əgər Mən istəyənlərə təslim olsan, istədiyinə çatacaqsan, əgər Mən istəyənə təslim olmasan, istədiyin şeyə çatmaqda səni əzab-əziyyətə düçar edəcəyəm və axırda da istədiyinə qovuşmayacaqsan, yenə də axırda Mən istəyən olacaqdır.”
    "Bəqərə”, 208.
    Bəziləri təslim məqamını riza məqamından üstün sayırlar. Çünki, etiqadlarına görə riza məqamında insan Allahın gördüyü işləri öz istəyinə müvafiq şəkildə qəbul edir; buna görə də öz istəklərinə fikir verir. Amma təslim məqamında öz iradəsini, ona müvafiq və müxalif olan hər şeyi Allahın öhdəsinə buraxır. Həmçinin bu məqamı təvəkkül məqamından da üstün bilirlər.
    Çünki təvəkkül dünya işlərində Allaha etimad etməkdən ibarətdir. Təvəkkül məqamında bəndə Allahı öz işlərində vəkil kimi tutur, ona görə də hələlik gördüyü işlər özünə aiddir. Amma təslim məqamında özünə adi olan bütün işlərdən əl çəkir və hamısını Allaha tapşırır.
    "Əl-mizan”, c. 2, səh-123.
    Allah möminləri təslim məqamına dəvət edərək buyurur: "Ey iman gətirənlər! Hamınız bir yerdə Allahın qarşısında təslim olun. Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq-aşkar düşməninizdir!”
    "Bihar”, c. 2, səh-204.
    Rəhmətlik Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: "Səlim” (سلیم), "İslam” (اسلام) "Təslim” (تسلیم) kəlmələri– hər üçü bir mənadadır. "Kafə” (کافه) kəlməsi "cəmiən” (خمیعاً) kəlməsi kimi təkidi ifadə edir. Ayədə möminlərə xitab edildiyi üçün və onlara "sələm”ə daxil olmaları tapşırıldığı üçün, nəticədə ayədəki əmr cəmiyyətin hamısına, eləcə də onun təklikdə hər bir fərdinə aid olur. Deməli həm ayrılıqda hər bir fərd, həm də toplu halında bir cəm Allahın dinində oyan-buyan etmədən Allahın və Onun rəsulunun əmrlərinə təslim olmalıdırlar. Həmçinin xüsusi olaraq möminlərə xitab edildiyi üçün, möminlərin dəvət olunduğu həmin "səlim” Allah və Onun rəsulu qarşısında təslim olmaq mənasındadır. Deməli dəvət olunduqları "səlim” Allaha iman gətirdikdən sonra, Onun qarşısında təslim olmaqdan ibarətdir. Buna görə də möminlərə Allah qarşısında təslim olmaları vacibdir. Möminlərə vacibdir ki, Allahın istəyini öz istəklərindən üstün tutsunlar, Allahın və rəsulunun bəyan etdikləri yoldan başqa yolu seçməsinlər. Bilsinlər ki, həlak olmuş bütün qövmlərin həlak olmalarının ancaq bir səbəbi olmuşdur; onlar Allahın yolunu buraxıb həvayi-nəfsin yolunu tutdular; elə bir yolu ki, Allah tərəfindən həmin yolu tutmalarına dair heç bir dəlilləri yox idi.
    (Qəzavü-qədər– Cəbr və qədər, cəbr və ixtiyar, el dilində alın yazısı da deyilir. Əzəl gündən son günə qədər mövcudatın halına şamil olan ilahi hökm nəzərdə tutulur. Qədim fəlsəfədə qəzanı yaradılış üçün Allahın ilk iradəsi, qədəri isə Allahın ilkin iradəsinə uyğun yaradılış bilirdilər. Qəzaya görə bütün baş verənlər Allahın iradəsi ilə olur və Allaha nisbət verilir; insan gördüyü işlərdə müstəqil iradə və ixtiyar sahibi deyil. Qədərə görə insanın bütün əməlləri onun öz ixtiyarı və qüdrəti ilə olur. Qədimdən bu məsələ filosoflar və kəlamçılar arasında uzun mübahisələrə səbəb olmuşdur. Bəziləri ifrata vararaq birinci nəzəriyyəyə üstünlük vermiş, bəziləri təfritə gedərək ikinci nəzəriyyəni əsas tutmuşlar. Şiə məzhəbi bu məsələdə hər iki ifrat tərəfdən fərqli olan orta həddi qəbul edir. (mütərcimdən)
    Bəli, təslim məqamına yetişən kəslərin öz istəkləri olmur; onların istəkləri Allahın istəyidir. Belə adamlar artıq ruzi haqqında baş sındırmırlar ki, görən ruzimiz necə olacaq, haradan gələcək. Onların fikri-zikri budur ki, Allaha necə bəndəlik etsinlər ki, daha artıq razı olsun. (Aydındır ki, bu dəstə qurtuluşa və səadətə çatır. Necə ki, İmam Sadiq (ə) buyurur: "Allahın möhkəm ipindən yapışan nicat tapmışdır.”
    İmamdan soruşanda ki, Allahın möhkəm ipindən yapışmaq nə deməkdir, mənası nədir, buyurur: "O, Allah qarşısında təslim olmaqdır.
    "Bihar”, c. 5, səh-87.
    Şübhəsiz, təslim məqamının təsəvvürü bizim üçün çətindir. Biz belə bir mənanın dərkində acizik. Yəni, necə ola bilər ki, insan mərifətin, idrakın elə bir mərhələsinə yetişir ki, özünü unudub ancaq Allahın istəkləri barədə düşünsün? Amma bu məqamı inkar da edə bilmərik; yəqin olaraq bilirik ki, Allahın xas bəndələri, təslim və təfviz məqamı olan bu mərhələyə yetişmişlər.
    Qəzavü-qədərə bir baxış
    Təslim məqamına çatmışlardan əlavə insanlar arasında elə bir dəstə də vardır ki, təslim məqamından aşağı mərtəbələrə çatırlar. Həmin mərtəbələrdən biri də "Elmül-yəqin” dərəcəsidir. Bu mərtəbəyə çatanlar, bu aləmin kiçikdən böyüyə tutmuş bütün hadisələrinin Allah tərəfindən müəyyənləşdirilmiş bir sabit sistemə malik olduğunu bilirlər. Bu sistemin müəyyənləşməsi bir tərəfə, hətta qəti qəza mərtəbəsinə də çatmışdır. Yəni Allah tərəfindən təqdir möhrü vurulmaqdan əlavə, bütün işlər qəti qəza mərhələsinə də çatmışlar ki, onlarda heç bir dəyişiklik baş vermir.
    Qəza hökm, qət və başa vurmaq, həll etmək mənasındadır. Qədər ölçü və həddin təyini mənasındadır. Dünya hadisələri baş vermələri baxımından Allahın elmində qətiyyət tapdıqları üçün ilahi qəzada müqəddər olmuşlar. Hüdudları, ölçüləri, zaman və məkan baxımında mövqeləri müəyyən olunduğuna görə ilahi təqdirdə müqəddər olmuşdur.
    "Tohidi Səduq, səh-369. Bunu da xatırladaq ki, hərdən qəzavü-qədər məsələsini düzgün və aydın təfsir etmirlər; məsələdə bir çox qaranlıq yerlər qalır və çoxları elə güman edir ki, qəzavü-qədər cəbrlə birdir. İcmali olaraq ərz edim ki, cəbr məsələsinin qəzavü-qədərə heç bir aidiyyəti yoxdur. Qəzavü-qədərə etiqadı olmaq o demək deyil ki, insan işini-gücünü buraxıb desin ki, hər şey əvvəlcədən müəyyən edilmişdir, ona görə də artıq onun təklifi yoxdur. Bizim etiqadımıza görə illiyyət qanunu, silsilə səbəblər sistemi dünyaya hakim olub bütün hadisələr üzərində cərəyan edir. Hər baş verən hadisə öz zərurətini, vücubunu, vücudunun qətiliyini və eləcə də formasını, zamana, məkana görə daşıdığı xüsusiyyətlərini və digər xüsusiyyətlərini öz illətlərindən kəsb edir. Bu illətlərdən, səbəblərdən biri də şəxsin öz iradəsidir. Qəza və qədər o zaman cəbrə gətirib çıxarar ki, insanı və iradəsini baş verənlərdə dəxil bilməyək; qəzavü-qədəri bəşər qüvvəsinin, iradəsinin canişini bilək. Həqiqətdə, yəni ilahi qəzavü-qədər Allahın iradə və elmindən qaynaqlanan dünyəvi səbəblər sistemindən başqa bir şey deyil. Əlbəttə, bu silsilə səbəblər sistemində zəncirin halqalarından biri də insanın iradəsidir. Buna görə də qəzavü-qədərə etiqad bəsləməyin insanın ilahi mükəlləfiyyət daşıması ilə ziddiyyəti yoxdur.
    Allahın rəsulundan (s) soruşurlar ki, şəfa məqsədi ilə istifadə edilən qoruyucu dualar (herzlər) nə dərəcədə ilahi qədərin qarşısını ala bilər? Həzrət (s) cavablarında buyurur: "Bunların özü də ilahi qədərdəndir.”
    "Səfinətül-bihar”, c. 1, səh-446. (dua kəlməsi) (Yəni xəstəliklərin qarşısını almaqda duaların göstərdiyi təsirin özü də ilahi qəzavü-qədərlər silsiləsinin halqalarından biridir.)
    Həzrət Əli (ə) əyri bir divarın kölgəsində əyləşmişdi. Sonra oradan qalxıb başqa bir divarın kölgəsində oturdu. Yanında oturanlardan biri ona dedi: "Ey Əli, Allahın qəzasındanmı qaçırsan? Həzrət (ə) cavabında buyurdu: "Allahın qəzasından qədərinə pənah aparıram.”
    "Ənfal”, 44.
    Yəni qəzavü-qədərin bir növündən başqa bir növ qəzavü-qədərə pənah aparıram: Əgər əyri divarın dibində otursam və divar başıma uçub tökülsə, ilahi qəzavü-qədərə məhkum olunmuşam. Buna görə də səbəblər cərəyanında, əgər insan dağılmaq təhlükəsi olan divarın altında otursa, həmin divar başına aşacaq və insan xəsarət görəcəkdir. Amma, əgər özünü kənara çəksə, xətərdən amanda qalacaqdır; bu da ilahi qəzavü-qədərdir.
    Diqqət yetiriləsi mətləblərdən biri də budur ki, səbəblər və illətlər ancaq maddi və adi səbəblərlə məhdudlanmır. Baş verən hadisələrdə bizim tanıdığımız, bildiyimiz silsilə səbəblərdən başqa mənəvi və qeyri maddi səbəblər də mövcuddur. O cümlədən dua, bu dünyanın illətlərindən biri olub insanın taleyində mühüm rol oynayır. Başqa ibarətlə, dua, qəzavü-qədər zəncirinin halqalarından biri olub hadisələrin formalaşmasına təsir göstərə bilər və ya qəzavü-qədərin qarşısını ala bilər. Bu üzdən buyurmuşlar: "Qəza nə qədər möhkəm yer tutsa da, dua onu qaytarır.”
    "Üsuli-kafi”, c. 3, səh-87.
     Bu cür hədislər onu göstərir ki, dünyanın külli sistemi maddi və mənəvi səbəblər toplusundan təşəkkül tapmışdır. Bu hədisdən anlaşılır ki, mənəvi səbəblər maddi illətləri və səbəbləri öz şüası altında saxlayır. Ancaq maddi və hiss olunan səbəbləri görən şəxs elə güman edir ki, səbəblər ancaq onun gördüklərindən ibarətdir; daha bilmir ki, mümkündür işin içində Allahın qəzavü-qədərinin hökmü ilə minlərlə başqa səbəblər də olsun. Bir işin gedişatına bu cür səbəblər daxil olanda maddi illətləri öz şüası altına alır və təsirsiz edir: "Düşmənlə üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə sayca az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. Zəfər də, məğlubiyyət də sayın çoxluğu ilə deyil, Allahın iradəsi ilədir.”
    "Vaqiə”, 95.
    Dediyimiz kimi mərifət və yəqinin müəyyən bir mərhələsinə çatmış elə insanlar var ki, aləmin dəqiq sistemi əsasında Allah tərəfindən idarə edildiyini, hər hadisənin ilahi qəzavü-qədər əsasında baş verdiyini bilirlər. Belə insan bilir ki, hər bir şey, o cümlədən də ruzi Allah tərəfindən müqəddər olmuşdur. Allahın qədərini təyin etdiyi bir şeydən insan məhrum ola bilməz. İnsan necə olur-olsun həmin şeyə çatmalıdır. Bunun əksinə, ilahi qəzavü-qədərdə yer almayan bir şey baş vermir, bir şeyin müqəddəratı təyin edilməyibsə həmin şey həyata keçmir və insan ona çatmır.
    Əlbəttə, deyildiyi kimi bu cür dəqiq və həkimanə sistemə etiqad bəsləməyin təkliflə bağlı əqidəylə, etiqadla heç bir ziddiyyəti yoxdur.
    İnsan cəbriliyə və ya tənbəlliyə mübtəla olmadan qəzavü-qədərə və əfali-tövhidə etiqad bəsləyə bilər. Qəzavü-qədərə inanmaq o demək deyil ki, insan əlini əlinin üstünə qoyub səhərdən axşama kimi evdə otursun və desin ki, indi ki, hər şey Alah tərəfindən müqəddər olur, onda mənim görəcəyim bir iş yoxdur. Bu yanlış fikirdir. İlahi maarifə əsasən qəzavü-qədərə inanmağın çalışmaqla, ictimai və fərdi sahədə fəaliyyət göstərməklə, maddi və mənəvi qazanc əldə etməklə tərs mütənasibliyi yoxdur. Hər halda, əgər bir nəfər mərifətin və yəqinin bu həddinə çatsa artıq onun nigarançılığı olmayacaqdır.
    Yəqin məqamı və onun mərtəbələri
    İndi ki söz yəqin məqamından düşdü, yaxşı olardı ki, ötəri də olsa yəqin məqamına və onun mərtəbələrinə işarə edək:
    Yəqin zavala uğramayacaq sabit, həqiqətə uyğun bir etiqad olub insanın rahatlığının mayasını təşkil edir.
    Şübhəsiz, yəqin, adi mərifət və inamdan üstün olub çox az insanın çatdığı ən şərəfli, ən dəyərli insani fəzilətdir. Həmçinin elə böyük bir sərmayədir ki, ona çatan hər kəs böyük bir səadətə nail olmuşdur. Yəqin məqamına çatmış şəxs Allahdan qeyrisinə diqqət yetirmir, ancaq Allaha təvəkkül edir, Ondan başqasını təsir mənşəyi hesab etmir. Həqiqətdə, yəqin islam, iman və təqvadan sonra hasil olur; necə ki, İmam Rza (ə) buyurur: "İman islamdan bir pillə yuxarıdır, təqva imandan bir dərəcə yüksəkdir, yəqin də bir pillə təqvadan yuxarıdır. Allah bəndələri arasında yəqindən daha az bir şey bölünməmişdir. (bölünüb paylanmamışdır.)
    "Təkasur”, 5-7.
    İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) sübh namazını camaatla qılıb qurtardıqdan sonra, gözü məscidin bir kənarında oturub mürgüləyən cavan bir oğlana sataşdı. Oğlanın rəngi saralmış, gözləri arıqlıqdan çuxura düşmüşdü. Peyğəmbər (s) yaxına gedib cavana dedi: "Ey cavan, səhərə necə çıxdın?”
    Cavan dedi: "Ey Allahın rəsulu, yəqinə çatmış bir halda!”
    Peyğəmbər (s) onun sözlərindən təəccüblənib buyurdu: "Hər yəqinin bir həqiqəti var, sənin yəqininin həqiqəti nədir?”
    Ərz etdi: "Ya peyğəmbər! Yəqinimin həqiqəti məni qəmgin etdi, gecələri ibadət üçün oyaq saxladı, gündüzləri oruc üçün susuzluğa vadar etdi, həyatın mətahına rəğbətsiz olmuşam. Sanki, Allahın ərşi hesab-kitab üçün hazır durmuş, camaat sorğu-suala məhşər ayağına çəkilirlər və mən də onların arasındayam. Gözlərim önündə nemətlərə qərq olmuş behişt əhlini görürəm: Onlar bir-biri ilə hal-əhval tutur, taxtlara söykənərək dövrə vurub oturmuşlar.
    Əzab çəkən cəhənnəm əhlini də görürəm:
    Onlar əzabın şiddətindən nalə edir, kömək istəyirlər. Sanki qulaqlarımda cəhənnəmin tükürpədici səsi əks-səda verir.”
    Peyğəmbər (s) üzünü əshabına tutub dedi: "Allah bu bəndənin qəlbini imanla işıqlandırmışdır.”
    Sonra o cavana dedi: "Bu halında sabit ol və onu əldən vermə.”
    Cavan dedi: "Ey Allahın rəsulu! Allaha dua et ki, mənə Öz yolunda, sənin kənarında şəhadətə yetməyi nəsib etsin.”
    Peyğəmbər (s) ona dua edir. Çox keçmir ki, müharibələrin birində peyğəmbərin yanında döyüşməli olur və doqquz nəfərdən sonra şəhadətə yetir. O, onuncu şəhid idi.”
    "Üsuli-kafi”, c. 3, səh-89.
    Yəqinin üç mərtəbəsi var:
    1. Elmül-yəqin.
    2. Eynül-yəqin.
    3. Həqqül-yəqin.
    Quranda yəqinin hər üç mərtəbəsinə işarə edilmişdir: "Xeyr, əgər qiyamət günü sizə nə ediləcəyini tam yəqinliklə bilsəydiniz fani dünya malına üymazdınız! Ey müşriklər! qiyamət günü siz o Cəhənnəmi mütləq görəcəksiniz. Bəli, siz Cəhənnəmə vasil olduqdan sonra onu mütləq öz gözünüzlə görəcəksiniz!”
    "Camius-səadət”, c. 1, səh-124.
    "Şübhəsiz ki, bu, cəhənnəm vədəsi təkzibolunmaz həqiqətdir!”
    "Fussilət”, 53.
    1. Elmül-yəqin sabit etiqad və həqiqətə uyğun yəqindən ibarət olub lazım bilinən vəsaitlərin dəlili yolu ilə hasil olur. Məsələn, alovun tüstüsünü görməklə onun vücuduna yəqin hasil etmək kimi. Yəni biz tüstünü müşahidə etməklə atəşin də olduğunu təsdiqləyir və yəqin olaraq onun var olduğunu deyirik.
    "Tohidi Səduq”, 109
    Allah-təala Quranda buyurur: "Onun Quranın haqq olduğu onlara müşriklərə bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində göstərəcəyik. Ya Peyğəmbər! Məgər Rəbbinin hər işə sahib olması sənin dediklərinin doğruluğuna kifayət deyilmi?!”
    "Camius-səadət”, c. 1, səh-124.
    Bu ayədə afaqi və ənfusi nişanələr yolu ilə Allahın varlığına dəlil gətirilmişdir.
    2. Eynül-yəqin: Görmək, müşahidə etmək (bəsirət gözü ilə) yolu ilə əldə edilən etiqaddır. Bu cür görüş (görmək) adi gözlə aydın və təmiz mühitdə görməkdən daha güclüdür.
    Yəqinin bu mərtəbəsinə işarə olaraq Səduqun tohidində deyilir: "Kitab əhlindən bir nəfər alim Əli (ə)-ın yanına gəlib dedi: "Ey Əmirəlmöminin, heç ibadət vaxtı Allahınızı gördünüzmü?” Cavabında dedi: "Vay olsun sənə! Mən görmədiyim Allaha ibadət etmirəm.” Həmin alim dedi: "Allahı necə gördünüz?” Əli (ə) buyurdu: "Vay olsun sənə! Gözlər öz müşahidəsi ilə Onu dərk etməzlər (Allah zahiri gözlə görünməz) Onu ancaq həqiqi və sarsılmaz imanla dolu qəlblər bəsirət gözü ilə görə bilər!”
    "Üsuli-kafi”, c. 3, səh- 54.
    3. Həqqül-yəqin: Nəzərdə tutulan bir şeyin özünə varıb, onunla həqiqi əlaqə yaratmaqla əldə edilən qəti ediqaddır. Bu şəkildə ki, yəqin sahibi öz bəsirət gözü ilə Onun tərəfindən gələn nuru (fuyuzat) müşahidə edir. Yəqinin bu mərtəbəsinə çatmağın nəticəsi fəna-fillahdır; yəni Allahda əriyib məhv olmaq, Onun eşqində yoğrulmaqdır. Bu dərəcəyə çatan insan özündə bir istiqlal görmür; bu mərhələyə qədəm qoymaq atəşə girib odda yanmaqdır.
    "Üsuli-kafi”, c. 3, səh-97.
    Qüdsi hədisdə deyilir: "Bəndələrimdən heç kim ona vacib etdiyim şeydən başqa daha sevimli olacaq bir şeylə mənə yaxınlaşa bilməz. Onun nafilə ilə Mənə yaxınlaşmağının nəticəsi, sonra onu sevməyim olar. Elə ki, onu sevdim, onun eşidən qulağı, görən gözü, danışan ağzı, tutan əli olaram.”
    "Üsuli-kafi”, c. 3, səh-102.
    İmam Səccad (ə) Əbu Həmzə Somali adlı duada buyurur: "İlahi, qəlbimə hopacaq bir iman istəyirəm Səndən. Məni elə bir sadiq yəqinə vardır ki, bilim ki, Sənin mənim üçün yazdığın (qismət olacaq) şeydən başqa heç nə mənə yetişmir. Mənə nəsib etdiyin şeylərə (bu həyata) görə məni Özündən razı et, ey rəhimlilərin ən rəhimlisi!”
    İman, Allahdan həqiqi, sabit, yəqin dərəcəsinə çatmış bir iman istəyir. Həqiqətdə imanın son həddini tələb edir. Çünki onun ardınca bu ifadəni işlədir: "Sadiq yəqin”; imamın Allahdan istədiyi sadiq yəqin ilahi inayətlərin ən üstünü və mühümüdür. Sadiq yəqin və Həqqül-yəqinin sayəsində insan elə bir qəlbi etiqad əldə edir ki, Allahdan başqa heç bir qüdrət və qüvvət sahibini aləmdə hökmran bilmir, bütün işlərin Allahın müqəddəs zatına söykəndiyini görür, özünü hər zaman Allahın hüzurunda hiss edir, çalışır, özünə göz qoyur ki, Allahın meylinin xilafına bir iş tutmasın.
    Rəvayətlərdə yəqin mərtəbəsi Allahın ən böyük nemətlərindən biri kimi yad edilmişdir. Öndə işarə etdiyimiz kimi İmam Rza (ə) deyir ki, insanlar arasında heç bir şey yəqin qədər az bölünməmişdir, yəni yəqin mərtəbəsinə çatanlar çox azdır.
    Həzrət Əli (ə) buyurur: "Heç bir bəndə ona çatmalı olacaq şeyin heç vaxt ondan yan keçməyəcəyini, ondan yan keçəcək şeyin isə ona çatmayacağını, ziyan verib, xeyir yetirən kəsin ancaq Allah olduğunu dərk etməyincə imanın məzəsini dadmaz.”
    ("Bihar”, c. 103, səh-25.)
    Əgər insan yəqinin bu həddinə çatsa, bilsə ki, ona üz vermiş hər müsibət, giriftarçılıq, xeyir gərək olaydı, mümkün deyildi olmasın və həmçinin ona yetişməyən şeylər də ona çatası şeylər deyilmiş, istəsəydi də çatmayacaqdı, öz qəlbində qəribə bir rahatlıq hiss edir və imanın şirinliyini bu anda dadır. Mərifətin bu həddinə çatmış kəs maddi və mənəvi ləzzətlər istəməsinə baxmayaraq hər şeyin bir hesab-kitabı olduğunu da bilir; bilir ki ona çatacaq bir şey müəyyən sistemə əsaslanır. Belə deyil ki, o nə istəyirsə ona da çatmalıdır və nəyi istəmirsə o şey olmamalıdır. İnsanın istədiyi əksər şeylər Allahın məsləhəti əsasında onun üçün müqəddər olmuşdur və əksinə, elə də olur ki, biz bir şeyi istəyirik; amma ilahi məsləhət onu həyata keçməyə qoymur, nə qədər çalışsaq da ona çatmırıq.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 833 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024