İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:40 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZ SƏKKİZİNCİ DƏRS
    Allahı və Onun həkimanə sistemini tanımaq
    –İnsan və Allahla rabitə.
    –Çətinliklərdə Allaha diqqətin lüzumu.
    –Allahdan kömək istəməyin lüzumu.
    –Allahın həkimanə tədbirini tanımağın və ona yəqini olmağın əks-təsiri.
    –İnsanın tərəqqisi və kamilliyi yolunda çətinliklərin rolu.
    –Qənaət və ehtiyacsızlıq.
    Allah və Onun həkimanə sistemini tanımaq
    İnsan və Allahla rabitə
    Peyğəmbərin (s) bu bölümdəki öyüdləri Allahla əlaqəli olub çətinliklərdə, sıxıntılarda Ondan kömək diləməyə, Ona üz tutmağa həsr olunmuşdur.
    Əvvəl bir məsələyə diqqət yetirmək lazımdır: İnsan Allaha yaxınlaşmaq üçün yaradılmışdır. Buna görə də onun bütün fəaliyyətləri Allahla əlaqəni qoruyub saxlamağa yönəlməlidir. İnsan əgər öz qüvvəsini digər işlərə sərf etsə, yəni Haqq yolundan qeyri işlərə bel bağlasa, ömrünü hədərə vermişdir. Bütün batini və zahiri qüvvələr, bütün nemətlər Allahla bağlılığa istifadə olunmalıdır. Sanki bütün bu cəhətlər, bizim ruhumuzun müxtəlif cəhətlərinə aid olan olduqca geniş və müxtəlif şəkilli yollardır. Çünki Allah-təala bizim ruhumuzu müxtəlif çöhrələrə, yönlərə malik qərar vermiş, bununla belə bir səmtə istiqamətləndirmişdir. Yəni müxtəlif yönlərə malik olmasına rəğmən ruhumuz bir cəhətə sarı hərəkət edir. Ola bilməz bizim vücudumuzun bir yönü Allahla bağlı olsun, amma başqa yönləri bu cür olmasın.
    İnsanın vücudi yönlərini bölmələrə ayırmışlar. Məsələn, deyilir insan vücudunun bir yönü Allahla əlaqə yaratmaq, digər yönü özü ilə rabitə yaratmaq, başqa bir yönü digər insanlarla, o biri yönü isə sair məxluqatla bağlılıq yaratmaq üçündür. Bu bölmələr insanın üzləşdiyi ehkamlar baxımından düz sayıla bilər: İnsana özü ilə olan rabitəsi yönündən, ona hansı şeylərin xeyir, hansının zərərli olduğu bəyan edilir. Məsələn, deyilir filan şey halaldır, filan şey haram. Ehkamın bəzisi insanın Allahla əlaqəsini təyin edir; məsələn, namaz və oruc kimi. Ehkamın bəzisi insanın xalqla rabitəsini müəyyənləşdirir, məsələn ata, ana, qohumlar və dostlarla rəftar qaydaları kimi.
    Bu bölgü qəbul ediləndir, amma bu o demək deyil ki, Allahın yolundan başqa, Ona sarı istiqamətlənən hərəkətdən başqa bizim başqa hədəfimiz də var. Əksinə, bilməliyik ki, bizim vücudumuzun bütün yönləri, onlarda olan qəribə təzadlara rəğmən, hamısı bir nöqtəyə istiqamətlənmişdir. Yəni insanın digər insanlarla olan bağlılığı da Allaha xatir olmalıdır.
    Bizim işlərimizin zahiri şəkli fərqli görsənir: Biri namaz şəklindədir, biri dərs oxumaq və ya dərs demək, digəri hər hansı bir gündəlik iş şəklində. Amma bunların hamısı Allaha xatir olduğu təqdirdə bizə faydalı olacaq. Bunun üçün də insanın bütün işləri, hətta düşüncəsi də Allaha görə olmalıdır.
    Bilməliyik ki, insanı insan edən Allaha olan bağlılıqdır, çünki insan kamalının son nöqtəsi Allahla bağlılıqdadır. Bu bağlılıq mərifət və əməllə əldə edilir. Bundan qeyri surətdə insan başqa heyvanlarla bir sırada, bəlkə də onlardan daha aşağı mərtəbədə yer alır: "...Onlar heyvan kimidirlər, bəlkə də, ondan daha çox zəlalətdədirlər...”(Hədid-4)
    Bu arada peyğəmbərlərin, övliyaların vücudu, onlarda zahir olan elm, qüdrət, hikmət nişanələri, onların Allahla olan bağlılıqlarının əlamətidir. Əlbəttə, deməliyik ki, hər bir mövcudun vücudu əqli təhlil baxımından eyni Yaradanla olan bağlılığı bəyan edir və yaradılmışın öz Yaradanı ilə bağlılıqda olmaması qeyri-mümkündür. Amma bu təkvini bağlılıq olub varlıq sisteminin toplusunda var olur və bu sistemdən kənarda qalması olacaq iş deyil. Allahla təkvini bağlılıqda heç bir mövcud kənarda qala bilməz. Bununla yanaşı insan başqa bir imtiyaza da malikdir. Bu imtiyaz Allah-təalanın insana əta etdiyi əqldən ibarətdir. Əqlin, şüurun köməkliyi ilə insan bu bağlılığı dərk edə bilər və onun dəyəri bu bağlılığı daha dərindən dərk etməsindədir.
    Adətən dərkin və Allahla bağlılığın başlanğıcı hüsuli elmlərlə(Ənkəbut-65) əldə edilir. Yəni fikrimizi, əqli dəlillərimizi işə salmaqla buna nail oluruq. Amma bu dərk insanlıq kamalının sonu deyildir. Bununla insan son məqsədə çatmır və onda möhkəm etiqada səbəb olmur. Kamil dərk, hüzuri dərkdir. Yəni insan elə bir məqama çatır ki, bütün vücudu ilə Allahla bağlılığı dərk edir. Bu məqamda o nəinki bilir, bəlkə Allahla bağlılığın eyni olur. Həzrət Əlidən (ə) nəql edirlər ki, buyurur: "Elə bir şey görmədim ki, ondan qabaq və sonra və onunla Allahı görməmiş olum.”
    Kamala çatmaq yolunda çalışmasına rəğmən bu dünyada həmin mərifəti kamil şəkildə əldə edə bilməyən şəxs nigaran olmamalı, o biri aləmdə kamil bağlılığı tapa bilməsi üçün bu dünyada zəminələri hazır etməlidir. Bu cəhətinə görə əhli-beytdən bizə çatan bəzi xəbərlərdə Allahla bağlılıq məsələsinə toxunarkən, həmin məsələni "Allahı görmək” təbiri ilə qeyd etmişlər. Rəvayətlərdə deyilir ki, behişt əhlinin ən üstün neməti, onların öz kamal dərəcələrinə uyğun ilahi nuru müşahidə etmələridir. Ən yüksək məqama çatmış insanlar ilahi nuru həmişə müşahidə edirlər. Məqamları nisbətən aşağı olanlar üçün ilahi nurun təcəllisi az miqdarda özünü göstərir.
    Nəql edirlər ki, Tehranın iman əhli olan alimlərindən biri xərçəng xəstəliyi nəticəsində bu dünyadan köçür. Mərhumun ona həddən artıq bağlılığı olan yaxınlarından biri onu yuxuda görür və yuxusunun sadiq olduğunu yəqin edir. O öz yuxusunu Qumun üləmalarından birinə bu şəkildə danışırdı: "Həmin alimi yuxuda görəndə, ondan soruşdum ki, o biri dünyada imamları, məsələn İmam Hüseyni ziyarət edirsinizmi?” Cavabımda dedi: "Nə danışırsan? Bu aləmdə bizimlə İmam Hüseyn (ə) arasında otuz min illik fasilə var. Onun ziyarətinə nail olmaq üçün gərək otuz min il gözləyək!”
    Bəli, baxıb görmək lazımdır insan ürəyini nəyə tapşırıbdır. İnsanın dəyəri, ürəyini verdiyi şeyin dəyəri qədərdir. İnsan ürəyini Allaha bağlayarsa, onun dəyəri nəhayətsiz olacaqdır.
    "Ey Əbuzər! İstəyirsənmi sənə elə sözlər öyrədim ki, onunla Allah sənə xeyir əta etsin?” Dedim: "Bəli, ey Allahın rəsulu.” Buyurdu: "Allahla əlaqəni qoru, Allah da səni qorusun.”
    Bura qədər deyilmiş bütün öyüdlər faydalı və dəyərli idilər. Deməli belə məlum olur ki, Peyğəmbər (s) Əbuzərə –"sənə elə sözlər öyrədim ki, onunla Allah sənə xeyir əta etsin”– deməklə, öndə deyilmiş mətləblərin cəmindən "bir dəstə gül” bağlamaq istəmişdir. Bununla peyğəmbər deyilən sözün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. Buna görə də Həzrət (s) Əbuzərin diqqətini bu mətləbə cəlb edir, ona eşitdirir ki, Allah Özü ilə sənin aranda təkvini olaraq bağlılıq yaratmışdır, çalış bu bağ qırılmasın; bu bağı qoruya biləsən, Allah da səni qoruyacaq.
    Bəlkə də bəziləri üçün bu məsələ anlaşılmaz görünsün, desinlər mənimlə Allah arasında necə, hansı rabitə var ki, onu da qoruyum; Yer üzündə yaşayan mən insanla Allah-təala, ilahi ərş arasında nə rabitə ola bilər?!
    Bu anlaşılmazlığın aradan qaldırılması üçün həzrət (s) buyurdu: "Allahla əlaqəni qırma ki, İstədiyin vaxt Onu çağırmaq istəyəndə Onu qarşında görə biləsən”
    Yəni Allahla sənin aranda fasilə yoxdur, O həmişə sənin yanındadır və səndən ayrılmazdır: "...Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!”(Əraf-205)
    Beləliklə, əgər insan Allah-təalanın onu bəlalardan, şeytanın şərindən qorumasını istəyirsə (peyğəmbərin kəlamında "qorumaq” sözü mütləq formadadır və bu insanı hər cür maddi və mənəvi bəlalardan qorumağa şamil olur.) Allahla rabitəsini qoruyub saxlamalı, onu zəifləməyə qoymamalıdır.
    Çətinliklərdə Allaha diqqətin lüzumu
    Sonra Peyğəmbər (s) buyurur: "Xoş halında (yaxşı günündə) özünü Allaha tanıtdır ki, dar günündə səni tanısın.”
    Dünya sistemində baş verən hər bir şey sonsuz qüdrət sahibi olan Allahın iradəsi ilə həyata keçdiyi üçün heç bir şey Onun iradə dairəsindən xaric deyil. Hər bir halda insan Allahı yad etməlidir. Əgər darda qalsa, nəzərini ancaq Allaha dikməlidir, qurtuluş yolunu Ondan diləməlidir. Həmçinin, xoş günə çıxanda da nəzərini Allahdan üzməməlidir, çünki rahatlıq nemətini ona Allah vermişdir.
    Təbii ki, insan çətinliyə düçar olanda, xoşagəlməz hadisə ilə üzləşəndə Allaha sarı üz tutur, necə ki, Allah müşriklər barəsində buyurur: "(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini yalnız Ona məxsus edərək (ixlasla Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.”(Nur-36)
    Dara düşəndə, bəla dalğaları hər tərəfdən insanı əhatə edəndə Allaha üz tutmaq bir hünər deyil. Əlbəttə elə adamlar olur ki, Allahın dərgahından dəfələrlə qovulduqları üçün, hətta bəla ilə üzləşəndə də Allahın sorağına getmirlər. Amma ürəyində zərrə qədər imanı olan adam ən azı çətinliyə, çıxılmaz vəziyyətə düşəndə Allahı soraqlayır. Peyğəmbər (s) deyir: Əgər hər dəfə Allahın sorağına gedəndə sənə cavab verməsini istəyirsənsə, xoş günündə Allahla əlaqəni üzmə, Onunla rabitədə ol.
    Bizim hamımız az-çox həyatda çətinliklərlə üzləşir, az sonra həmin çətinliklərdən azad oluruq. Amma onları tez unudur, sıxıntılardan sonra Allahın bizə verdiyi həmin nemətlər, yəni rahatlıq haqqında düşünmürük. Halbuki insanın düşdüyü bəlalar, üzləşdiyi problemlər onun qəflət yuxusundan oyanması üçündür.
    Əgər – Allah eləməmiş – bizlərdən birimiz çətin xəstəliyə tutulsaq, ya da yaxın adamlarımızdan biri ağır xəstəliyə mübtəla olsa və əlimiz hər yerdən üzülsə, bütün ümidsizliklərə baxmayaraq biri bizə kömək etsə, məsələn bir nəfər təcrübəli həkim peyda olub dərdimizə əlac eləsə və düşdüyümüz bəladan sağ-salamat qurtulsaq, sizcə biz bu hadisədən nə nəticə çıxartmalıyıq? Deməliyik ki, bütün bunlar bir təsadüf idi və təsadüf nəticəsində bu cür oldu? Belə deyil, bütün bunlar Allahın lütfüdür. Onun inayətinin nəticəsində bu cür oldu? Belə deyil, bütün bunlar Allahın lütfüdür. Onun inayətinin nəticəsində xətər bizdən sovuşdu.
    Yaradılış sistemində baş verən hər bir şey Allahın iradəsi dairəsindədir. Heç bir şey Onun istəyi olmadan həyata keçmir. Əgər insana bir nemət yetişirsə və ya ondan bir bəla dəf olursa, – hamısı Allahın iradəsi ilə olur. Bütün zəminələri, səbəbləri, şəraiti hazırlayan Odur. İstər həmin səbəblər adi olsun, istər qeyri-adi, istər biz bilək, ya bilməyək, insana ruzini yetirən Allahdır.
    Allaha diqqət yetirməkdə insanları bir bölgü ilə üç dəstəyə ayırmaq olar: Birinci dəstə bütün hallarda – istər yaxşı günündə, istərsə də ağır günlərində diqqətini Allaha yönəldir. Quranın təbiri ilə desək, hər səhər-axşam Onu yad edir: "Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!”(Fussilət-51)
    "Həmin taxça və çıraq Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir o məscidlərdədir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər.”(Ənam-43)
    Bu dəstənin bütün hallarda Allahı yad etmələrinin sirri ondadır ki, Allahın onlara əta etdiyi bütün nemətlərə baxmayaraq, onlar yenə də özlərini Allaha möhtac bilirlər, ən azı onlara verilən nemətlərin davamlı olması üçün özlərini Allahdan asılı görürlər. Çünki özlərinin məqam fərqlərini nəzərə alıb Allaha olan ehtiyaclarını dərk edirlər. Onlar üçün nemət və bəlanın təfavütü yoxdur. Onlar layiqli bəndələr olub həmişə Allahı yad edirlər və Allahın də nəzəri onların üstündən əskik olmur.
    İkinci dəstə. Möminlərin əksəriyyəti bu dəstədəndirlər. Bu dəstəyə şamil olanlar xoş günlərində, nemət və firavanlıq içində olanda qəflətə düşürlər, amma elə ki, problemlə üzləşdilər, ayılırlar və Allaha möhtac olduqlarını izhar edilər. Bu dəstə nisbətən yaxşı bəndələr olur, amma Allah onlardan gileylənir ki, niyə nemət verdiyim günlərdə Məni unudurlar, neməti onlardan alan kimi Mənə üz tuturlar?
    "İnsana nemət bəxş etdiyimiz zaman haqdan üz döndərər, uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə Rəbbinə uzun-uzadı dua edər.”(Bəqərə-74)
    Üçüncü dəstə o kəslərdir ki, heç bir halda, hətta çətin problemlə üzləşəndə belə Allaha üz tutmurlar. Bu dəstədən bir hissəsi bəzi bəlaların Alah tərəfindən olduğuna inanırlar. Buna görə də onlara həmin bəlalar nazil olanda duaya əl qaldırırlar. Çünki həmin bəlaların qeyri-təbii bir qüvvə tərəfindən göndərildiyini, Allahın qəzəb nişanəsi olduğunu bilirlər. Eyni ilə Yunus qövmü kimi... Yunus qövmünə gələcək bəlanın vaxtı yaxınlaşanda, onu ilahi qəzəbin nişanəsi hesab etdikləri üçün özlərinə gəlib istiğfar etməyə başladılar. Allah da onları bağışlayıb müqəddər olmuş bəladan nicat verdi. Bu dəstədən olanlar Allah tərəfindən nə kimi bəlaların nazil ola biləcəyini təsəvvürlərinə gətirmədikləri üçün Allaha diqqət etmirlər. Allah da bu dəstəni məzəmmət edərək buyurur: "Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin inadları üzündən qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.”("Üsuli-kafi" c.3, səh.219)
    "Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan uca yerlərdən, dağdan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!”(Hədid-22)
    Allahdan kömək istəməyin lüzumu
    Sonra, həzrət (s) insanın ancaq Allahdan kömək istəməsinə işarə edərək buyurur: "Bir şey istəməli olsan, Allahdan istə. Bir kəsdən kömək diləyəcək olsan, Allahdan kömək dilə. Çünki, qələm qiyamət gününə qədər olacaq bütün şeyləri yazmışdır.”
    Təbii olaraq insanın bir sıra ehtiyacları olur və o özü bütün ehtiyaclarını təmin edə bilmir. Belə olanda istər-istəməz ona kömək edə biləcək adamı soraqlayır. Peyğəmbər (s) Əbuzərə deyir ki, əgər bir kəsdən bir şey istəyəcək olsan, həmin şeyi Allahdan istə. Gördün ki, ehtiyacın var, özün onu əldə edə bilmirsən, başqasından kömək almağa məcbursan, həmin şeyi Allahdan istə. Çünki heç kim Allah qədər sənin ehtiyaclarını dəqiqliyi ilə bilmir və heç kim Onun qədər sinin ehtiyaclarını təmin edəcək gücdə deyil. Çünki bütün varlıq aləmi Onun mülküdür, Onun qüdrəti hər şeyi əhatə etmişdir. Bir işin həyata keçməsi Onun iradəsi ilə olur. Əlavə, Allah-təala hər kəsdən daha çox öz bəndəsinin qayğısına qalır və onun xeyrini istəyir. Buna görə də bəndəsinə göstəriş verir ki, hər bir çətinlikdə Onu çağırıb, Ondan kömək istəsinlər. İftitah duasında oxuyuruq: "İlahi, Səni çağırmağa və Səndən istəməyə mənə icazə verdin.”
    Aydın məsələdir ki, Allah dua qapısını insanın üzünə açanda, duanı qəbul etmək, çağrışa cavab vermək üçün açmışdır. Bundan başqa, Allah hər zaman insana Öz nemətlərini əta etməklə onun boynuna haqq qoymuş olur. Şəksiz, Allahın nemətlərindən biri də insana düşdüyü bəladan nicat verməsidir. Bu nemət də Allah vasitəsilə insana əta olunur. İnsanın başına bir hadisə gələndə Allah xətəri ondan sovuşdurur. Hərdən də bəla gəlməzdən qabaq həmin bəlanı ondan dəf edir. Bu cəhətdən insan həmişə Allahın lütf və məhəbbəti ilə əhatə olunmuşdur. İftitah duasının başqa bir bəndində oxuyuruq: "Pərvərdigara, çox bəlaları məndən Sən dəf etdin, çox qəmləri, dərdləri Sən məndən uzaqlaşdırdın, bir çox günahlarımı bağışladın, geniş rəhmət qapılarını üzümə açdın, açılmaz bəla düyünlərini Sən çözdün.”
    İmam Sadiq (ə) buyurur: "Nə zaman sizlərdən biriniz Allahdan bir şey istəsəniz ki, onu sizə əta etsin, gərək Allahdan başqa hər kəsdən ümidinizi kəsəsiniz və ancaq Allahın yanında olana ümid bağlayasınız. Belə olan surətdə Allah onun qəlbinə baxar və istədiyi hər bir şeyi ona əta edər.”(Hədid-23)
    Bizlərdən hər birimiz gündə, ən azı on dəfə "İyyakə nəstəin” deyirik, amma əməldə belə deyil. Bizim əksəriyyətimizin əməli onu göstərir ki, ancaq Allahdan kömək istəmirik; Allahdan kömək istəyə-istəyə, başqasından da kömək umuruq. Əlbəttə, sözlərində sadiq olan kəslər də vardır. Onlar "iyyakə nəbudu və iyyakə nəstəin” deyəndə sidq ürəklə deyirlər və həqiqətdə də ancaq Allaha ibadət edir, ancaq Ondan kömək istəyirlər. Amma bizim çoxumuz bu sözləri sidq-ürəkdən demirik. Dar günlərdə Allahdan çox ataya, anaya, bacıya, qardaşa, dostlarımıza ümid bağlayırıq, daha çox onlardan kömək gözləyirik.
    Peyğəmbər (s) tapşırır ki, ancaq Allahdan kömək istəmək lazımdır. Bu sözlərdən sonra Əbuzərin diqqətini qəzavü-qədərə çəkir. Bundan qabaqkı bəhslərdə qəzavü-qədər haqqında danışılır. Qəzavü-qədərə inanmağın faydalarından biri də budur ki, insan xoş günündə sərməst olub özünü itirmir və ya xoşagəlməz hadisə ilə üzləşəndə o qədər də narahat olub xiffət çəkmir. Çünki baş verənlərin ilahi təqdir əsasında olduğunu bilir: "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır.”(Qəsəs-78)
    Tarix boyu Allahın Öz saysız bəndələrinin hər biri üçün onunla əlaqədar baş verəcək hadisələri löhvi-məhfuzda qələmə alması ilk baxışda ağlasığmaz görünür. Amma bu, Allah üçün olduqca asan bir işdir. Çünki Allah bütün məlumatların yanında olmasını iradə edəndə, həmin məlumatlar eyni zamanda lövhi-məhfuzda da yazılır. Sonrakı ayədə həmin mətləbin dəlilini belə zikr edir: "Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”(Yusuf-21)
    İlahi təqdirə etiqad bəsləməyin faydalarından biri də budur ki, insanın gözü həmişə Allahın əlində olur. Çünki, Allahın müqəddər etdiyi şeyi istədiyi zaman dəyişə biləcəyini dərk edir. Bilir ki, başqasının bu arada görə biləcəyi bir iş yoxdur. Ona görə də Allahdan başqasına bel bağlamır. Əgər xoşagəlməz bir hadisəyə düçar olsa, bu hadisədə Allahın bir hikməti olduğunu düşünür. Əgər əlindən bir şeyi çıxsa, bilir ki, bu olacaq iş lövhi-məhfuzda belə yazılmışdır. Buna görə də bizə bir nemət yetişəndə, həmin nemətə görə havalanıb məğrur olmamalıyıq, özümüzü itirib Allahı yaddan çıxarmamalıyıq. Əksinə, həmin vaxtda Allaha diqqətimizi bir az da artırmalıyıq. Allahın bizə əta etdiyi istənilən neməti qarşısında şükür etmək lazımdır. Qarun kimi bizə əta olunmuş nemətləri öz səyimizin məhsulu bilmək düzgün deyil. Qarun əldə etdiyi mal-dövləti öz zəhmətinin nəticəsi bilirdi: "Qarun dedi: "Bunları məndə olan elm sayəsində əldə etmişəm.” Məgər bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdə ondan daha güclü və daha varlılarını məhv etmişdir?...”(Ənam-17)
    Beləliklə, əgər sizə bir nemət verilsə, elə təsəvvür etməyin ki, onu öz zirəkliyiniz ilə əldə etmişsiniz. Bilməlisiniz ki, həmin nemət ilahi təqdirin, Allahın həkimanə tədbirinin səbəbilə sizə gəlib yetişmişdir. Həmçinin, həmin nemətin sizə verilməsi bir növ sizi imtahan etmək üçündür. Peyğəmbər (s) Əbuzərə Allahdan kömək istəməyi tapşırandan sonra, onun diqqətini ilahi təqdirə yönəldir: "Çünki, qələm qiyamət gününə qədər olacaq şeyləri yazmışdır.”
    Əvvəldə dedik, indi də təkid edib deyirik ki, qəzavü-qədər məsələsindən sui-istifadə edilməməlidir. Bu məsələnin batinində yatan hikmətlərdən qafil olub elə düşünməməliyik ki, hər nə yazılıbsa, o da olacaq, bu arada biz heç kimik. Yazılan şey olacaq deyib özümüzü kənara çəkək və bütün məsuliyyəti çiynimizdən ataq! Bilməliyik ki, bizim çalışmağımız və hərəkətimiz də ilahi təqdir zümrəsindəndir. Bunun üçün də çox çalışmalı, öz vəzifələrimizə əməl etməkdə səy göstərməliyik. İlahi qəzavü-qədəri bəhanə edib tənbəllik etmək olmaz. Bu şeytanın vəsvəsəsidir.
    Hədisin davamında Peyğəmbər (s) əvvəlki sözünə təkid olaraq buyurur: "Əgər Allahın sənə yazmadığı bir xeyri bütün camaat çalışıb sənə çatdırmaq istəsə, bil ki, bunu bacarmayacaqdır, eləcədə əgər, Allahın sənə yazmadığı bir zərəri bütün camaat səy edib sənə vurmaq istəsə, buna gücü çatmayacaqdır.”
    Əgər Allahın iradəsi bir işə aidiyyət tapsa, bütün dünyanın zahirdə güclü görünən qüvvələri onun qarşısını ala bilməz: "Allah Öz işində qalibdir, lakin insanların çoxu bilmirlər.”(İnşiraq-5-6)
    Başqa bir ayədə buyurur: "Əgər Allah sənə bir zərər yetirsə, Ondan başqa heç kəs onu səndən sovuşdura bilməz. Əgər sənə bir xeyir yetirsə bil ki, O, hər şeyə qadirdir.”(Bələd-4)
    Buna əsasən də son qərar və qəti iradə Allahındır. Belə olan surətdə, əgər bir kəsdən bir şey istəyəcəksənsə, onu belə bir iradəsi və qüdrəti olan kəsdən istə. Sənin kimi başqasına möhtac olan kəsə əl açmaq düzgün deyil. Bil ki, Allah istəməsə heç kim sənə kömək edə bilməz.
    Allahın həkimanə tədbirini tanımağın və ona yəqini olmağın əks-təsiri
    Peyğəmbər (s) Əbuzərin mərifətinin yəqin həddinə çatması üçün nəsihətin son bəndi olaraq ona deyir, əgər dediklərimə əməl etsən sənə çoxlu faydası olacaqdır. Deyir ki, Allahın müqəddər etdiyi hər bir şey hökmən həyata keçəcək, müqəddər etmədiyi heç bir şey baş verməyəcəkdir. Müqəddər olan bir şey boş və mənasız ola bilməz, diqqət edilsə hər bir hadisə həkimanə tədbir əsasında baş verir. Bu mərifətlə, mömin baş verən hadisənin onun məsləhətinin xeyrinə olduğunu dərk edir. Çünki, Allah Öz bəndəsinin zərərə düşməsini istəməz, xüsusilə də işlərini Allahın öhdəsinə qoymuş bəndəsinə ziyan yetirməz. Mömin bəndə xatircəmliklə öz işlərini görməyə çalışır. Onun, bütün hadisələrin Allahın həkimanə tədbiri əsasında baş verdiyinə yəqini olur.
    Əlbəttə, bu yəqin, yüksək iman asanlıqla əldə edilmir. Hər kəs asanlıqla belə imanı öz qəlbində yarada bilməz, hər kəsin belə məqama çatmağa ləyaqəti olmur. Bu məqama çatmaq istəyən insan nəfsin paklaşdırılması yolunda çoxlu zəhmət çəkməlidir. Günahdan qubar bağlamış qəlbini çirkablardan təmizləməklə elə bir mərhələyə çatmalıdır ki, həmin mərhələdə nəfsin cilovunu əqlə tapşırmaqla, ilahi göstərişlərə əməl etməklə, Allah övliyalarının yolunu getməklə insanlığın ən ali mərtəbəsinə nail ola bilsin. Bu yola qədəm qoymuş şəxs həmişə Allahın istəyini öz istəyindən qabağa salmalıdır. Təbii ki, bu məqama çatmaq hər kəsin işi deyil. Peyğəmbər (s) tapşırır ki, əgər bir kəs yəqin dərəcəsinə çata bilməsə, yəni baş verən hadisələrin onun məsləhətinin xeyrinə olduğunu dərk edə bilməsə, heç olmasa baş verən xoşagəlməz və acı hadisələrin qarşısında səbir etsin. Bilsin ki, müqəddər olmuş hadisələrin müqabilində səbirsizlik göstərib iztirab çəkməyin insana heç bir xeyri olmur. Nə qədər həyəcan keçirsə, əl-ayağa düşsə də, sonra Allahın istədiyi şey olacaqdır. Onun qarşısını almağa bizim əlimizdən heç bir iş gəlməz.
    Əgər başına bir müsibət gəlsə, xəstəliyə, kasıbçılığa düçar olsa, ümumiyyətlə başına nə iş gəlsə, hansı xoşagəlməz hadisə ilə üzləşsə səbir etsin ki, belə olan surətdə Allahın inayəti ilə qarşılaşacaqdır. Əlbəttə, bir hadisəni qabaqcadan təxmin etmək mümkündürsə, tədbir və düşüncə ilə onun qarşısını almaq olarsa, insan o hadisənin qarşısını almalıdır. Amma çox vaxt ən inkişaf etmiş ölkələr belə ixtiyarlarında son model texniki təchizatın olmasına baxmayaraq, qarşısını ala bilməyəcəkləri gözlənilməz bəla ilə üzləşməli olurlar. Bildiyiniz kimi Yaponiya zəlzələnin çox baş verdiyi ölkələrdəndir. Bu səbəbdən də orada zəlzələyə qarşı davamlı binalar tikilir; ehtimal olunan hər hansı zəlzələyə qarşı öncədən lazımi avadanlıqlar quraşdırırlar. Bu sahədə kifayət qədər təcrübələri olduqlarına görə, binaların təhlükəsizlik tədbirləri üçün lazım olan sərmayə yatırmağa gücləri çatır. Bununla belə dünyanın ən dəhşətli və dağıdıcı zəlzələləri Yaponiyada baş vermişdir.
    Deməli hadisələr müqədər olmuşdur və vaxtı çatanda baş verirlər. Həmin hadisələrin əmri, aləmi Öz tədbiri ilə idarə edən kəsin əlindədir. Mümkündür, Allah eləməmiş, bizim də başımıza bir müsibət gəlsin. İndi, əgər Allahın həkimanə tədbirinə, kamil sisteminə yəqinimiz və mərifətimiz olsa, narahat olmayacağıq. Çünki, Allahın tədbirinə hüsnü-zənnimiz var və baş verən hər bir hadisəni öz xeyrimizə bilirik. Bir işdə əskiklik və zəiflik görəndə narahat oluruq, amma həmin işin yüz faiz bizim xeyrimizə olduğunu biləndə nə narahat oluruq, nə də qəmini çəkirik. Mümkündür kimsə hansısa xəstəlikdən əzab-əziyyət çəksin, amma görəndə ki, həmin xəstəlik onun xeyrinə qurtaracaq, istər-istəməz rahatlıq tapır. Eyni ilə dişi xarab olmuş şəxs dişini çəkdirəndə əldə etdiyi rahatlıq kimi. O öz dişinin çəkilməsinə razı olur, üstəlik bu işə görə pul da verir. Çünki, bu işi öz xeyrinə bilir. Heç vaxt narahat olub demir ki, niyə dişimi çəkdirdim. Bilir ki, xarab diş onun sağlamlığı üçün zərərlidir və onu hökmən çəkdirmək və ya əziyyətli də olsa müalicə etdirmək lazımdır. Hərdən insan üzləşdiyi ağır xəstəliyin müalicəsi üçün xarici ölkəyə getməyə məcbur olur. Bu yolda milyonlarla pul da xərcləyir və ya sağlamlığı xatirinə məcbur olur öz bədən üzvülərindən birini kəsdirsin. O buna məcburiyyət üzündən razılıq verir. Amma bu o demək deyil ki, bu şəxs riza məqamına çatmışdır. Yəni qəlbən baş vermiş hadisəyə razılıq verir və buna görə giley-güzar etmir. Mümkündür başına gələn işə görə gileylənsin, hətta ağzını açıb Allahdan da şikayət etsin. Necə ki, imanı zəif olanlar onlara bir hadisə baş verəndə taqətlərini əldən verib Allahdan da gileylənirlər. Bu məsələni diqqətdə saxlayaraq Peyğəmbər (s) buyurur: "Əgər Allaha görə bir işi razılıq və yəqinlə görə biləcəksənsə, gör, əgər bacarmayacaqsansa, heç olmasa xoşagəlməz hadisəyə səbir et ki, bunda sənin üçün çoxlu xeyir var. Qələbə səbirlə yanaşıdır. Açılış (işlərin yoluna düşməsi) qəm-kədərlə yanaşıdır. Həqiqətən də hər çətinlikdə bir asanlıq da vardır.”
    Riza məqamı yəqin məqamının sayəsində kəsb edilir. Bu iki məqamın bir-biri ilə yaxın bağlılığı var. Bir kəs yəqin məqamına çatmayınca ilahi təqdirlərə razı ola bilməz. Əgər riza məqamına çata bilsən, xoş sənin halına. Bil ki, ən üstün insanlıq dərəcəsinə çatmışsan. Çünki, insanın ən yüksək məqamı ilahi hökmə razı olmasıdır. Belə olan təqdirdə çalış rəftarın riza və yəqinin əsasında olsun. Belə olarsa ruzigarın acı və şirin hadisələri sənə asan gələr və bu hadisələrdən narahat olub şikayət etməzsən. Əgər bu dərəcəyə çata bilməsən, çalış çətinliklər qarşısında səbirli olasan, özündən çıxıb hay-küy salmayasan. Əgər acı hadisələrə qəlbən razı ola bilmirsənsə, bil ki, sənin riza məqamına çatmamağının səbəbi mərifətinin yetkin olmaması üzündəndir. Heç olmasa təşviş keçirmə, faydasız yerə hövsələdən çıxma, öz imanını, əqlini qoru.
    İnsanın tərəqqisi və kamilliyi yolunda çətinliklərin rolu
    ...Sonra öz sözünə təkid olaraq buyurur: "Qələbə səbirin girovundadır. Hər qəmdən, kədərdən sonra bir şadlıq da gəlir, hər çətinliklə yanaşı bir asanlıq da var. Quranda Allah-təala buyurur: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir yüngüllük gələr!
    Bəli, hər çətinlikdən sonra bir yüngüllük gələr!”("Bəqərə-155-156)
    Qurani-kərimdə çox az mətləb təkid hərfi olan "innə” ilə zikr olunmuşdur. Bu həmin mətləbə Allahın diqət və inayətinin göstəricisidir. Yuxarıdakı ayədə Allah buyurur hər çətinlikdən sonra bir yüngüllük gələr. Sanki yüngüllük və asanlıq çətinliyin içərisində gizlənmişdir. "İnşirah” surəsində Allah lütfükar bir xitabla sanki Peyğəmbərə (s) bir təsəlli verir. Həqiqətdə çətinliklərin və problemlərin insan kamalının müqəddiməsi olduğuna işarə edir. Göstərir ki, bu çətinliklər insanın güc toplamasına səbəb olur. Bu baxımdan müsibətlər və çətinliklər insanın təkamülü üçün zəruridir: "Biz insanı məşəqqətdə yaratdıq! İnsan doğulduğu gündən qəbr evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayar, həyatı boyu müxtəlif çətinliklərlə üzləşər. Bu ilahi bir hikmətdir, həyatın qanunudur!("Üsuli-kafi" c.3, səh.354)
    Bu ayə insanın təkamülü yolunda məşəqqətlərin mühüm rol oynadığını göstərir. Əgər belə olmasaydı, rəhmət və məhəbbət çeşməsi olan, bəndəsinin səadətini arzulayan Allah onu heç vaxt zəhmətə, əzab-əziyyətə düçar etməzdi.
    Deyilənlərə əlavə olaraq, Allah hər zaman bəndələrini imtahana çəkməkdədir. Bununla Allah ləyaqətli bəndələrinin bir daha tanınmasını istəyir, insanların tərbiyəsi və mənəvi inkişafı üçün onların yolunda iki proqramı – təşrii ibadət və təkvini problemlər məcmusunu təyin edir. Bu yolda, ilahi buyruqları layiqincə yerinə yetirən və problemlərə sinə gərən kəslərin üzünə ilahi rəhmət və mərifət qapıları açılmış olur: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can övlad və məhsul qıtlığı ilə imtahan edərik. Ya Məhəmməd! Belə imtahanlara səbir edən şəxslərə müjdə ver!
    O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman "Biz Allahın bəndələriyik və öləndən sonra Ona tərəf Onun dərgahına qayıdacağıq” – deyirlər.”(Talaq-7)
    Müsəlmanlardan biri peyğəmbəri öz evinə dəvət edir. Peyğəmbər (s) həyətə girəndə görür ki, toyuq divarın (darvazanın) üstündə yumurta qoyub və yumurta divara çalınmış bir mıxa ilişdiyi üçün yerə düşməyib. Peyğəmbər (s) bu işdən təəccüblənir. Ev yiyəsi deyir: "Siz buna təəccüb edirsiniz? Sizi peyğəmbərliyə seçmiş Allaha and olsun ki, mənə indiyə qədər bir ziyan toxunmayıb, nə bir xəstəliyə mübtəla olmuşam, nə də bir müsibətə düşmüşəm!” Peyğəmbər (s) bu sözləri eşidən kimi yerindən qalxıb yemək yemədən həmin adamın evini tərk edir. Gedəndə deyir: "İndiyə qədər bir müsibət görməmiş şəxs Allahın lütfündən uzaq düşmüşdür!”
    Buna əsasən, əgər bəlalara düzgün qiymət verilsə, anlayarıq ki, çətinliklər tərbiyəvi rola malikdirlər. Çətinliklər yatmış insanı qəflət yuxusundan oyadır, onun iradəsini möhkəmləndirirlər. Dünya həyatının xasiyyəti belədir ki, problemlər içərisində insanın müqavimətini artırır, onun təkamülünü gücləndirir. Bu gedişlə, yavaş-yavaş insanın yatmış istedadı çiçəklənməyə başlayır.
    İmam Baqir (ə) buyurur: "Bir insan səfərdən qayıtdığı zaman öz ailəsinə hədiyyə gətirdiyi kimi Allah da öz bəndəsinə hədiyyə olaraq bəla göndərir.”("Bihar" c.17, səh.185)
    Allah-təala buyurur: "...Allah hər çətinlikdən sonra asanlıq yoxsulluqdan sonra dövlət əta edər.”("Nəhcül-Bəlağə" hikmət:33, səh.1103)
    Bu ayə diqqətimizi tutumu az olan insanlara yönəldir. Belələri çətinliklə üzləşdiklərində ümidsizliyə qapılırlar, elə bilirlər bununla hər şey bitmişdir. Hətta təvəssül etməyə, Allahdan kömək diləməyə də qalxmırlar. Bütün qapıların üzlərinə qapandığını düşünürlər. Mömin çətinliklərdə özünü sındırmamalıdır, əksinə, öz soyuqqanlılığını gözləməli, baş vermiş hadisəyə əqli gözlə baxmalıdır.
    Qənaət və ehtiyacsızlıq
    Hədisin bu bölümünün sonunda Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Allah verənə qane ol ki, Allah səni qəni qılsın.”
    Peyğəmbərin bu sözündən belə anlaşılır ki, Əbuzərə Peyğəmbərin (s) sözləri tam aydınlaşmamışdır. Çünki, aydın məsələdir ki, qəniliyə çatan hər kəs özünü ehtiyacsız bilir və başqasına əl açmır. Bu üzdən, ona "özünü ehtiyacsız hesab et”– deməyin mənası yoxdur. Deməli, nəsə, Peyğəmbərin (s) sözündə bir sirr var. Bu səbəbdən Peyğəmbərin (s) bu sözləri deməkdə məqsədinin nə olduğunu soruşanda Həzrət ona belə cavab verir: "İlahi qəniliklə özünü qəni tut deməkdə məqsəd) səhər, günorta və axşam yeməyidir. Hər kəs Allahın ona əta etdiyinə qane olsa, insanların ən qənisi sayılar.”
    Həzrət buyurur, bu gün üçün çörəyin sənə çatıbsa, artıq başqasının sorağına getmə. Bu fikirlə özünü yorma ki, görən sabah nə olacaq. Hələlik bu gün əlində olan yeməyə qane ol. Həmin yeməklə özünü ehtiyacsız hesab et və ürəyində başqasının qapısını döymək hissinin baş qaldırmasına yol vermə. Əgər özündə möhtaclıq fikri hiss etsən, sabahkı günün fikrində olsan, bil ki, özünü başqalarına möhtac etmişsən. Bu fikirlə, sabahın asayişini əldə etmək üçün başqalarına əl açmağa məcbur olacaqsan. Başqasına möhtac olmaq isə səni zəlil edəcəkdir. Beləliklə, əgər xalq arasında başıuca olmaq istəyirsənsə, Allahın sənə qismət etdiyinə razı ol. Əgər insan tamah və hərisliyə düçar olsa, öz rifahı üçün nə qədər mal-dövlət əldə etsə də, yenə də zehnində daha artıq mal toplamaq fikri onu rahat buraxmayacaqdır. O bu fikirlə həmişə özünü başqalarına möhtac görəcək, öz mənəviyyatı, kamilliyi yolunda təfəkkür etməyə fürsət tapmayacaqdır. Ömrü boyu tamah torunda çabalayaraq nə üçün yaradıldığı, aqibətinin, axirətinin nə olacağı barədə düşünə bilməyəcəkdir. Belə adamın nə rahatlığı olur, nə də könül xoşluğu. Axırda da azuqəsiz, əliboş axirət dünyasına yollanacaq.
    İnsan bu günkü ruzisinə qane olsa, başqalarına əl açmasa, çox rahatlıqla vaxtını öz kamilliyinə sərf edə bilər.
    İmam Səccad (ə) buyurur: "Başqasından ümidsizlik hissini özündə zahir et. Həqiqətən də bu ehtiyacsızlıqdan, qənilikdən doğan bir hisdir.”("Bihar" c.103, səh.20)
    Əli (ə) buyurur: "Ən üstün ehtiyacsızlıq uzun arzulardan qaçmaqdır.”(Kəhf-88)
    İnsanın Allaha olan ümidi, başqasına bağladığı ümiddən daha çox olmalıdır. Bu xislət Allaha güvən və təvəkkül olmadan hasil olmur. İnsan ziyanın və xeyrin Allahdan olduğunu biləndən sonra onda başqalarına möhtacsızlıq hissi yaranır. Hətta əlində dünya malından bir şey olmasa belə özünü qüdrətli, ehtiyacsız görür.
    Necə ki peyğəmbər buyurur: "İmkanlı olmaq və qənilik malın çoxluğunda deyil, güc və qənilik, qəni nəfsə malik olmaqdadır.”(Məryəm-60)
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 1004 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024