İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 24 » Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    4:38 PM
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    OTUZ DOQQUZUNCU DƏRS
    Allah-təala nəzərindən dəyərliliyin meyarı
    İman və əməli salehlik insanın ən yüksək meyarıdır
    İslam nəzərindən faydalı və dəyərli iş!
    Mədəni və məzhəbi proqramlarda ixlasın əhəmiyyəti
    Niyyət və daxili meyllərin yeri
    Düşüncə və niyyətin sağlamlaşdırılması yolları
    Allah-təala nəzərindən dəyərliliyin meyarı
    Diqqət etdiyimiz kimi ötən bəhslərin əsas məzmunu təqva idi. Qeyd olunmuş bəhslərdə təqvanın əhəmiyyəti və onun insan həyatına göstərdiyi təsir, habelə onun axirət səmərələri zikr olundu. Bəzi şəxslərin təqvanı düzgün başa düşmələri və zahiri təqva ilə həqiqi təqvanı biri-birindən ayırmaları üçün bu bəhsdə əməllər və davranışların dəyərləndirmə meyarı barədə məlumat veriləcək.
    İnsanların əksəriyyəti bir şəxsin zahirinə baxaraq qərar çıxarmağa adət ediblər. Əgər bir şəxs çoxlu sayda adətlər öyrənərsə, zikr edib, Quran oxuyub, namazını vaxtında qılarsa onu təqvalı şəxs kimi tanıyarlar. Yaxud təharət məsələlərini böyük diqqətlə yerinə yetirən şəxsləri təqvalı və layiq insan kimi qəbul edirlər. Bu kimi baxışlar səthi və səhvdir. Dəyərlilik meyarının tanınması üçün əxlaq alimləri yaxşılıq və pislik meyarları barəsində nəzəri və əsaslı bəhslər qeyd ediblər. Biz burada həmin məsələyə işarə edəcəyik.
    İman və əməli salehlik insanın ən yüksək meyarıdır
    Qurani-Kərim nəzərindən insanın dəyəri, imanı və əməli salehliliyindən ibarətdir. Quranın olduqca az səhifəsində bu iki məsələnin qeyd olunmamasının şahidi ola bilərik:
    "İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!”(Qəmər-55)
    Başqa bir yerdə buyurur: "Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm, haqsızlıq görmədən Cənnətə daxil olacaqlar.”(Əraf-179)
    İnsanlar iki dərəcəyə malikdirlər: Biri təqva əhli və fəzilət sahibləridir. Təqva əhli və fəzilət sahibləri peyğəmbərlər, salehlər, övliyalar, siddiqlər və şəhidlərdir. Elə bu səbəbdən də Adəmə (ə) məlaikələr səcdə etdilər. İnsan elə bir dərəcəyə çatdı ki, onun vəsfi barədə buyruldu: "Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan haqq məclisində, qadir hökmdar Allahın hüzurunda olacaqlar!”(Bəqərə-264)
    Onun müqabilindəki nöqtə, enmə və Allahdan uzaqlaşma nöqtəsidir. Hər hansı bir şəxs öz insani rolunu həyata keçirməkdən boyun qaçırarsa enmə yolunda irəliləmiş olur və sonda heyvanlardan da aşağı səviyyəyə enir.
    "Onlar heyvan kimidirlər, bəlkə də ondan daha çox zəlalətlidirlər.”(Bəqərə-25)
    Deməli insanın dəyəri ürəyindən yer almış ilahi hiss və düşüncələrindən asılıdır. İnsanın ürəyindən qopan bu hiss sonra digər orqanlara tökülür. Dilin Allahı yad etməkdə, gözün Qurani-kərim ayələrini oxumaqda, qulağın haqq sözü eşitməkdə, əl və ayağın Allah yolunda addım atmaqda müəyyən bir payı var. Deməli Qurani-kərimdə Allahın bu qədər zikr olunmasının və yaxud beş vaxt namaz qılmaq kimi insan üzərinə qoyulmuş vəzifələrin xüsusi bir mənası var. Bu da odur ki, həyat Allah-təalanı zikr etmədən dəyər tapmır və ancaq bu yolla Allaha yaxın dərəcələrə çatmaq olar.
    İslam və bütün ilahi dinlər insan üçün sonsuz müsbət və mənfi dəyərlərə malikdirlər. Bu məsələni bəşəriyyətin adi meyyarları ilə dərk etmək olmaz və ancaq ilahi meyarlarla qəbul etmək mümkündür. Bundan əlavə İslam dini bütün insan ömründən başqa, onun ömrünün hər saatları üçün belə yüksək dəyər verir. Yəni İslam dini deyir: "İnsan bir saat ərzində belə öz vücudi dəyərini sonsuz dərəcədə yüksəldə bilər və əksinə olaraq elə həmin müddət ərzində özünü bədbəxtliyin ən aşağı dərəcəsinədək endirə bilər.”
    Deməli İslam dininin dəyərləndirmə meyarı hər bir şəxsin özündən asılıdır. İslam dini nəzərindən bir şəxsin ictimaiyyətin mənafei uğrunda gördüyü iş onun dəyərləndirmə meyarı ola bilməz. Ola bilsin İslam dini ictimaiyyətin bir şəxs üçün nəzərdə tutduğu dəyəri qəbul etməsin, hətta onu mənfi dəyərləndirsin. Çünki o şəxs daxildən pozğundur və onun aldadıcı zahiri arxasında pislik gizlənir.
    Məsələn hər hansı bir alim dini elmləri xalqa öyrədir. Xalq onun bu elmindən və öyrətdiklərindən istifadə edərək səadətə çatır, özü isə elminə əməl etmədiyinə görə cəhənnəmə vasil olur. İnsanın vücuduna və onun əməllərinə dəyər verən başlıca məsələ, onun əbədiyyət və sonsuz aləmlə olan əlaqəsindən asılıdır. Bu ürək yolu ilə əldə olunan əlaqədir və qəlbin Allah-təalaya yaxınlaşması ilə əldə edilir.
    Əgər gördüyün iş Allah yolundadırsa, zahiri cəhətdən böyük və yaxud kiçik olmasından asılı olmayaraq sonsuz dərəcədə dəyərlidir. Sözsüz ki, insanın Allaha qarşı olan mərifəti çox olarsa və işlərini daha artıq xalisliklə yerinə yetirərsə, dəyəri bir o qədər yüksələr. Bunun müqabilində insanın xalisliyi nə qədər azalarsa və gördüyü iş haqq-təala üçün deyil, xeyr, şöhrət üçün olarsa onun dəyəri azalar. Belə bir nəticə alırıq ki, insan həyatının ən böyük dəyəri onun Allaha olan bağlılığıdır.
    İslam nəzərindən faydalı və dəyərli iş!
    İnsanların əksəriyyətinin nəzərincə ictimaiyyət üçün faydalı olan işin böyük mənəvi dəyəri var və bu insanın mənəvi tərəqqisinə güclü təsir göstərir. Onların nəzərincə insanlara yardım sahəsində görülmüş hər bir iş Allah-təala yolunda görülmüş iş mənasını daşıyır. Elə bu səbəbdən də işin həcminə daha çox fikir verirlər. Deyirlər ki, "Filankəs külli miqdarda pul xərcləyərək xəstəxana və yaxud məscid tikdi. Bu çox səthi baxışdır. Düzdür, yaxşı işin meyarlarından biri də onun insanlar üçün faydalı olmasıdır. Amma hər bir işin öz icraçısını kamala çatdıracağını düşünmək sadəlövlük olardı. İşi görən şəxsin niyyətinin sağlam olması və bu işi Allah yolunda görməsi olduqca mühümdür. İslam nəzərindən hər bir işin insanın kamilləşməsinə təsir göstərməsi üçün bu işin insanlara faydalı olmasından əlavə Allah yolunda görülməsi olduqca əhəmiyyətlidir.
    Allah yolunda olmaq, sonra Allah-təalanın dərgahında başa çatacaq yolda irəliləmək mənasını daşıyır. Hər bir işin Allah yolunda olması üçün iş görən şəxs həmin işi gördüyü zaman bütünlüklə Allaha tapınmalıdır. Bu iş yalnız Allahı tanıyan şəxslər üçün mümkündür.
    Qurani-kərim ayələrinə diqqət yetirsək bizim nəzərimizdən yaxşı dəyərləndirilən bir çox işlərin Qurani-kərim nəzərindən pislənilməsinin şahidi olarıq. Biz başqalarına əl tutmağı yaxşı iş kimi dəyərləndiririk, halbuki pak niyyətə malik olmadan başqalarına əl tutanlar Qurani-kərimdə pislənilib. Qurani-kərim nəzərindən bu şəxslər qiyamət günü peşiman olacaqlar və öz mallarını başqalarının diqqətini özlərinə cəlb etmək üçün xərcləmələrinə görə həsrət çəkəcəklər. Ola bilər həmin şəxs dünyada çox tanınsın, bütün dünya onu tanısın və yaxşı insan kimi qəbul etsin, amma Qurani-kərim bu şəxslər barədə belə buyurur: Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla özünü xalqa göstərmək üçün sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Əgər xalqa göstərilən yardım riyakarlıq üzündən olarsa və Allaha iman olmadan edilərsə heç bir dəyərə malik olmaz. Bu riyakar şəxsin işi, hər hansı bir insanın toxumu məhsuldar torpaqda becərməyin əvəzinə daşın üzərinə qoyaraq üzərinə torpaq tökməsinə və sonra da məhsulunu gözləməsinə bənzəyir. Elə bu səbəbdən də belə əliaçıqlıqlar etmiş insanlar öz zəhmətləri müqabilində heç nə əldə etmirlər. Çünki onların bu əməlləri Allaha və axirətə iman prinsiplərinə əsaslanmayıb.(Bəqərə-82)
    Bu qəbil insanlar özlərini nümayiş etdirmək, başqaları ilə rəqabət aparmaq və adlarının dillər əzbəri olması üçün ictimaiyyətə xidmət göstərirlər. Bu riyakar əliaçıqlığın Allah-təala dərgahında bir zərrə qədər də dəyəri yoxdur. Deməli insana axirət səadəti bəxş edən yaxşı işin meyarı budur ki, bu iş imandan mənşə alsın. Elə bu səbəbdən də Allah-təala Qurani-kərimdə imanla əməli salehliyi bir-birinin ayrılmaz hissəsi kimi qeyd edir.
    "Ya Peyğəmbər! İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver: onlar üçün ağacları altından çaylar axan cənnətlər vardır.”(Nəhl)
    "İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.”(Leyl-18-20)
    Allah-təala başqa bir yerdə buyurur: «Mömin olub yaxşı işlər görən Allaha itaət edən kişi və qadına dünyada və axirətdə xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik.»(İnsan-8)
    Elə bu səbəbdən də imanla əməl arasındakı əlaqə qorunub saxlanılmalıdır, çünki yalnız Allaha olan imandan mənşə alan əməl insanı Allaha tərəf yönəldə bilər.
    «O kimsə ki malını Allah yolunda verib günahlardan təmizlənər, o şəxsin boynunda heç kəsin bir minnəti yoxdur ki, onun əvəzi verilsin etdiyi yaxşılıq ona əvəz olsun və ya o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz. O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.»("Biharul-Ənvar" c.70, səh.243)
    O, xalqa xidmət göstərir, zəkat verir, amma xalqın təşəkkürünü eşitmək əvəzinə onların nəzərini özünə cəlb etməyə çalışır. Xalq ona nalayiq sözlər desə belə öz işindən əl çəkməyəcək, çünki Allah ona "xalqa xidmət göstər”– dediyinə görə bu işi görür:
    "Onlar öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda, yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.”("Kafi" c1, səh.19)
    Və yuxarıdakı ayənin ardınca buyurur: "Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən bu ehsan müqabilində nə bir mükafat, nə də təşəkkür istəyirik.”
    Deməli bizim əməllərimiz imandan mənşə alaraq və yaxud Allah yolunda olarsa salih olmuş olur, amma qeyri ilahi niyyətlərlə həyata keçirilərsə ruhsuz bədənə bənzəyəcək. Sözsüz ki, ruhsuz bədən çürüyür və yox olub gedir. Deməli ruhsuz əməl tərəqqi etməməkdən əlavə fəsad da yaradır.
    Qeyd etdiyimiz bu məsələ ancaq adi insanlara aid deyil. Belə ki, bəzi təhsil almış insanlar da əməlin ləyaqət və yaxşılıq meyarını onun zahiri ədalətində və xalqın mənafeyi ilə üst-üstə düşməsində görməyə çalışırlar. Halbuki, əməlin yaxşılıq meyarı və onun insanın səadətə çatması sahəsindəki təsiri tamamilə başqa məsələdir.
    Həmişə məsələnin zahirinə diqqət göstərən şəxs işin həcmini və onun ictimai təsirini bir meyar kimi öz əllərində saxlayır. Amma bu ilahi iş deyil və Allah işin həcminə baxmır. İbadət zamanı da hər bir şəxs bir zərrə qədər də olsa qeyri-ilahi niyyətə malik olarsa və bu əməl zamanı kimisə Allaha şərik qoşarsa, bu əməl çürük və mənasız sayılır. İnsan ibadət zamanı özünü Allah-təala üçün xalisləşdirməlidir. Əgər insan ibadəti özünü başqalarına nümayiş etdirmək üçün və namazı insanların nəzərini özünə cəlb etdirmək məqsədilə qılarsa, onun əməli mənasız olmasından əlavə haram olmuş olur. Hətta Allah-təala üçün görülmüş bu əməlin bir hissəsi də qəbul olunmur. Çünki Allah-təala buyurub: "Mən şəriklərin ən yaxşısıyam, öz əməli zamanı məni başqası ilə şərik edən şəxsin əməlini qəbul etmirəm və ancaq xalis əməlini qəbul edirəm.”("Həcc" 37)
    Deməli hər bir insan ibadət zamanı başqa bir şeyi Allaha şərik edərsə, Allah-təala öz payını şərikinə bağışlayır. İnsanın əməli isə xalis olmaması səbəbindən hədər olur. İnsan bir ömür səydən sonra bədbəxt olur, çünki həmin şəxs düşüncəsində Allah yolunda elm öyrənməsi barədə fikirləşməsinə baxmayaraq, onun niyyətini araşdırdıqda bu elmi vəzifə sahibi olmaqda, yaxud ictimai mövqeyə çatmaq yolunda öyrənməsinin şahidi olarıq. Əgər belə bir şəxs "Xalqa xidmət göstərmişəm, bir çox yoxsulu aclıqdan qurtarmışam, bir çox xəstələrin müalicəsi üçün lazımi şərait yaratmışam, məktəb və xəstəxana tikdirmişəm” sözlərini deyərsə, Allah-təala buyurar: "Bunların heç birisinin sənin üçün faydası yoxdur. Sənin bu işlərdən əldə etdiyin əcr, xalqın alqışları, fotoşəkillərinin hər yerdə dərc olunması və camaatın səni xeyirxah insan kimi tanımalarıdır.
    Deməli əməlin yaxşı və yaxud pis olmasının meyarı ürəkdən asılıdır. Biz bu işlərin haradan mənşə aldığını bilməliyik və əməllərin dünya və yaxud Allah sevgisindən mənşə alması barədə əmin olmalıyıq. Əgər əməl Allah yolunda həyata keçirilibsə insanın kamalat yolundakı tərəqqisinə yardım göstərir və belə olmadıqda insanı daha aşağı dərəcələrə endirir. Deməli hər bir işin dəyəri onun cəmiyyətə, – istər İslam və istər qeyri İslam cəmiyyətinə – olan faydasından asılı deyil. Hətta işin dəyərli olub olmaması, həmin işin din və dindarlar üçün görülüb-görülməməsindən də asılı deyil.
    İslam tarixinə nəzər salsaq görərik ki, bir çox insanlar dinin yolunda faydalı işlər görərək din anlayışının yayılması və genişlənməsi sahəsində güclü işlər görmüşlər, amma bu işlərində Allaha yaxınlaşma qəsdləri olmadıqları üçün onlara heç bir faydası olmadı. Həmin şəxslərin əsas niyyətləri ölkə fəth etmək, şöhrət qazanmaq və insanlar arasındakı imiclərini artırmaq idi. Sadaladığımız bu xüsusiyyətlərdən heç birisi insanın kamala çatması üçün faydalı deyil. Bir rəvayətdə belə buyurulub:
    "Allah-təala bəzən öz dinini fasiq insanla təsdiq edir.”("Ali-İmran" 92)
    Zalım və pozğun şahların öz şəxsi düşüncələrinə, öz ərazilərini genişləndirmək xatirinə başqa ölkələri fəth edərək İslam dinini yaymaları mümkündür. Bu işin İslam və din üçün faydalı olmasına baxmayaraq, həmin şəxslərin özlərinə heç bir faydası olmayıb. Elə bu səbəbdən də biz daxili niyyətlərimizi tapmalıyıq və ilahi düşüncələrin işə dəyər verməsini bilməliyik. Bəzi əməllər ilk baxışda insan üçün kiçik görünsə də xalis niyyətlə həyata keçirildiyi üçün müqəddəsdir.
    Mədəni və məzhəbi proqramlarda ixlasın əhəmiyyəti
    Din təbliğatçıları təbliğ, dini proqramların həyata keçirilməsi, məzhəbi mərkəzlərin təsisi və digər məsələlər zamanı niyyətlərini paklaşdırmalıdırlar. Onlar öz təbliğləri ilə başqalarını düz yola gətirir, onları mədəni və dini məsələlərə cəlb edir, məzhəbi mərkəzlər təsis etməklə cəmiyyətin mədəni tərəqqisi üçün münasib şərait yaradırlar. Amma onlar elə düşünməsinlər ki, bu fəaliyyətlərin ancaq onların özlərinə faydası var. Belə ki, bu fəaliyyətlərin onların axirət azuqələrinə də faydası tükənməzdir. Bu fəaliyyətlər Allah yolunda həyata keçirildiyi təqdirdə bizim üçün xeyirli ola bilər. Bütün səylərimiz ancaq dinin yayılması üçün olmalıdır və heç bir şəxsi mənfəət güdməməliyik. Deməli biz gördüyümüz işlərin nəticələrinin müsbət olduğu təqdirdə bizim üçün faydalı olduğunu düşünməməliyik və öz niyyətimizi araşdırmalıyıq. Belə olduğu halda biz məğrur olmarıq və əksinə niyyətlərimizin pak olmamasından utanarıq. İslam Peyğəmbəri (s) bu məsələ barəsində belə buyurub: "Ey Əbuzər! Allah-təala buyurur: Alimin dilindəki sözlərini qəbul etmirəm, onun ürəyində olanları qəbul edirəm, çünki onun məqsədi və amalı odur. Əgər onun iradəsi mənim razılıq verdiyim işlərə sərf olunarsa, onun sükutunu öz zikrim kimi qəbul edəcəm. Əgər həmin şəxs danışmasa belə.”
    Hikmətli sözlər öyrənmiş və bunları xalqa danışan şəxslərə xalq tərəfindən sitayiş edilir və onlara böyük ehtiram qoyulur. Sözsüz ki başqalarına qarşı hüsnü-zənn etmək insanın vəzifəsidir, amma danışan şəxs öz işinə nə dərəcədə inandığına baxmalıdır və diqqət yetirməlidir. "Görəsən mənim yaxşı sözlərim Allah tərəfindən qəbul edilirmi və Allaha yaxınlaşırammı, yaxud əksinə haqdan uzaqlaşıram?” – barədə düşünməlidir. Bu sözün cavabını Allah-təala verib: «Mən hikmətli sözlərə baxmıram, əksinə bu sözlərin arxasında hansı düşüncə və niyyətlər gizlədiyinə baxıram. Mən insanların meyillərinə yox, bu sözləri vurğuladığı zaman ürəklərində tutduqları niyyətlərə baxıram. Mən onların heç bir çətinliyə baxmadan, öz öhdəliklərinə sadiq qalaraq vəzifələrini həyata keçirmələrinə diqqət yetirirəm.»
    Deməli əgər o mənim haqq bildiyim yolla, yəni Allah-təala yolunda hərəkət edirsə, öz sükutu ilə də məni zikr etmiş olur. Həmin şəxsin ürəyi mənə bağlı olduğuna görə, məni sevindirə biləcək işlər görməyə çalışır. Sükutda mənim razı qaldığımı gördüyü üçün sükut edir və elə buna görə də onun sükutu ibadətdir. Bütün işi və ürəyi xalq yolunda olan şəxslər heç bir savab qazanmırlar. Onun savabı xalqın söylədiyi təriflərdir. Çünki onun əməlləri Allah yolunda deyil və buna görə də heç bir savab qazanmır.
    Qeyd etdiyimiz sözlərə diqqət yetirsək, öz vəzifəsini heç bir çətinliyə baxmadan həyata keçirən şəxsin İlahi təfəkkürə malik olmasının şahidi olarıq. Amma insanları nəzərə alaraq Allahın razılıq verdiyi sözləri vurğulamaqdan çəkinən şəxsin düşüncələri İlahi deyil.
    Niyyət və daxili meyllərin yeri
    "Ey Əbuzər! Allah-təala sizin üzünüzə, sözünüzə və var-dövlətinizə baxmır, sizin ürəyinizlə əməllərinə baxır.”
    Allah-təala insanın zahirinə, qabar bağlamış alnına və təntənəli geyiminə baxmır, Allah-təala nəzərində mühüm olan məsələ insanların pak ürəkləri və əməlləridir. Belə olmadıqda Allah-təala onlara savab vermək əvəzinə onları münafiqlər sıralarına daxil edir. Hədisin bu hissəsi olduqca əhəmiyyətlidir və bu əhəmiyyətlilik daxilində olan xəbərdarlığa diqqət yetirilməlidir. Belə olduğu təqdirdə özümüz barədə çıxardığımız qərarların çoxu dəyişiləcək. İnsan öz niyyətlərini araşdırsa onların çoxunun ilahi olmamasını görə bilər. Heç olmasa onların niyyətlərinin bir hissəsi qeyri-ilahidir və başqalarını Allahla şərik edir. Allah-təala da buyurur ki, "Hər kim başqasını mənimlə şərik edərsə bütün öz payımı da şərikimə verərəm.”
    Biz danışdığımız sözün, gördüyümüz işin, oxuduğumuz dərsin və qıldığımız camaat namazlarının hansı niyyətlər əsasında həyata keçirilməsi barədə düşünməliyik. Görəsən Allah-təalanı sevdiyimiz üçün camaat namazına gedirik, yaxud bu sahədə başqa düşüncələrimiz var. Əgər bizim ibadətlərimiz qeyri-ilahi düşüncələrlə dolu olarsa, bizim başqa işlərimizdəki niyyətlərimiz də xalis ola bilməz. Riyakarlıq və maddi düşüncələri ibadətə daxil etmək kimi çatışmamazlıqlar xalqın hidayətini öz üzərinə götürmüş şəxslər üçün başqalarından daha çox olur. Camaatın imamət vəzifəsini daşıyan, xalqa dini elmlər öyrədən və başqalarını hidayət edən şəxslər üçün riya və bu tipli məsələlər daha ciddidir.
    Peyğəmbər (s) zahiri əməllərinin təqvaya dəlalət etmədiyini və təqvanın insanın ürəyində yerləşdiyini təsdiq etmək üçün öz sinəsinə işarə edərək buyurur:
    "Ey Əbuzər! Təqva buradadır, təqva buradadır.” Hər bir şəxsin zahirdə yaxşı işlər görməsi, çoxlu namaz qılması və zikr əhli olması həmin şəxsin təqvalı olmasını sübut etmir. İnsan öz niyyətini təmizləməlidir. Belə ki, insanı Allah üçün xalisləşdiyi zaman təqvalı adlandırmaq olar. Bundan öncə vacibatı yerinə yetirməyə, haramlardan uzaqlaşmağa, əmələ, ləyaqətli və saleh əməllərin mənşə aldığı anlama təqva deyildiyini vurğulamışdıq. Bizim əməllərimiz, ibadətlərimiz və faydalı işlərimizin mənşəyi Allah sevgisi olduğu halda təqva adlandırıla bilər. Elə bu səbəbdən də biz öz niyyətlərimizə və əməllərimizin mənşəyinə diqqət yetirməliyik, çünki heç bir iş niyyətsiz həyata keçirilə bilməz. İnsanın ixtiyarı əməlləri niyyətdən mənşə alır və o niyyət insanda iş görmək şövqü yaradır. İnsanın hər hansı bir işi görmək üçün özünü hazırlaması, amma nədənsə bu işin ilkin mərhələlərinin aradan getməsilə qeyd olunmuş işi həyata keçirməməsi mümkündür. Belə olduqda işin mənəvi təsiri ürəkdə qalır. Baş vermədiyi üçün xaricdə onun heç bir əsərinin qalmamasına baxmayaraq ürəkdə təsiri qalır. O mənəvi əsər və əlamət daxili niyyətdən qalıb və rəvayətdə o "həmin” kimi qeyd olunub.
    Peyğəmbər (s) buyurur: Əməllərin haradan mənşə almasına və daxili meylinin hansı səmtə yönəlməsinə diqqət yetir. Bax gör bu işinlə Allaha diqqət yetirirsən, yaxud xalqa və dünya mənfəətlərinə diqqət yetirirsən? Belə ki, əməllərinin yaxşı olmasına baxmayaraq İlahi əsər-əlamətə malik olmadığı üçün insanı səadətə aparmır. Allah-təala əməllərin batininə diqqət yetirir və zahirinə laqeyiddir:
    «Onların nə əti, nə də qanı, əlbət Allah-təalaya çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. səmimi-qəlbdən etdiyiniz ibadətdir.»("Nəhcül-Bəlağə" xütbə:3, səh.52)
    Düşüncə və niyyətin sağlamlaşdırılması yolları
    Deməli əməlin cinayətinin Allahla heç bir əlaqəsi yoxdur, xalq və təbiətlə əlaqəsi var. Əməli Allahla əlaqələndirən insanın ürəyi və niyyətidir. Peyğəmbərin (s) buyurduqlarına əsasən biz hansı niyyətlə bu işi görməyimizə diqqət yetirməliyik və niyyətlərimizin xalis olmadığı təqdirdə, onu paklaşdırmağa çalışmalıyıq.
    Hər hansı bir insanın niyyətinin xalis olmadığı təqdirdə niyyətini paklaşdırmaq əvəzinə onu tərk etməsi də mümkündür. Bu da insanı yaxşı işlərdən çəkindirən şeytanın yeni tələsidir. Məsələn Məhərrəm ayının ilk on günlüyyündə insan təbliğ işləri görmək qərarına gəlir və öz niyyətini araşdırdıqda onun pak olmadığını anlayır, elə bu səbəbdən də təbliğə getməkdən boyun qaçırır. Həmin şəxs öz-özlüyündə deyir: "Niyyətimin pak olmamasına görə təbliğə getmirəm.” Bu şeytanın istədiyi işdir. Çünki təbliğə gedərək xalqı hidayət etmək bizim borcumuzdur. Şeytanın vəsvəsəsi ilə öz vəzifəmizə göz yumuruqsa, Şeytana başqalarını düzgün yoldan döndərmək sahəsində yardımçı oluruq. Ona görə də niyyətlərimizin pak olmadığını gördükdə vəzifəmizi yerinə yetirməməyin əvəzinə niyyətimizi paklaşdırmağa çalışmalıyıq.
    Təbliğ fəaliyyətlərimizin müqabilində pul təklif edirlərsə ya götürməməliyik, ya da az götürməli və onu lazımı yerlərdə xərcləməli və özümüzdən möhtac insanlara verməliyik. Bu qəbil işlər qeyri insani düşüncələrin zəifləməsinə və paklaşmasına gətirib çıxarır.
    Dostlarımdan biri belə nəql edirdi: Dini elmlər tədris mərkəzində təhsil aldığım dövrlərdə Tehranın ətrafındakı şəhərlərdən birinə getdim. Orada çox böyük hörmətə malik ruhani var idi və böyük nüfuza malik idi. Bizi o şəhərin ətrafındakı kəndlərdən birinə göndərdilər. Mənim ilk təbliğ ilim və təcrübəsiz olduğuma görə minbər çıxışlarımız xalq tərəfindən yaxşı qarşılanmadı. Sonra bizə az pul verdilər. Öz təbliğat işlərimizdən sonra sağollaşmaq üçün həmin ruhaninin yanına getdik. O ruhani bizi böyük təvazökarlıqla qarşıladı və aramızdakı söhbətlərdən sonra zarafatyana dedi: "Dostlar gəlin bu müddət ərzində yığdığımız pulları bir yerə yığaraq bərabər şəkildə aramızda bölək. Həmin şəxsin tanınmış ruhani olduğuna görə minbər çıxışlarına çox adam toplaşdığı məlum idi. Elə bu səbəbdən də o çoxlu pul qazanmışdı. Həmin ruhani bizim çox da pul qazanmadığımızı bilirdi və ona görə də bizə belə bir təklif verdi. Biz də böyük məmnuniyyətlə bu təklifi qəbul etdik. Gözlərimizi yumaraq bütün pullarımızı üst-üstə tökdük və pulları böldükdən sonra hər birimizə bir neçə dəfə daha artıq pulun düşməsinin şahidi olduq.”
    Sözsüz ki, insan öz həyatında çətinliklərlə üzləşir və bu çətinliklər, xüsusən bahalıq və inflyasiya zamanında insanın maddi maraqlarını daha çox oyadır. Belə düşüncələrin və maraqların həddini aşmaması üçün diqqətli olmalıyıq və bizim əlimizə gələn payın bir hissəsini ehtiyaclı şəxslərə verməliyik. Çünki ehtiyaclı şəxslərin sayı çoxdur. Biz əldə etdiyimiz gəlirin bir hissəsini ehtiyaclı şəxslər üçün nəzərdə saxlamalıyıq və yaxşı əməl sahibi adı ilə tanınmalıyıq.
    "Sevdiyiniz şeylərdən haqq yolunda sərf etməyincə savaba çatmazsınız.”("Nəhcül-Bəlağə" xütbə:32, səh.108)
    Əli açıqlıq edirsinizsə çalışın yeni pulları verəsiniz və köhnə pulları özünüz üçün saxlayasınız. Bu hərəkət sizin mənəvi dərəcənizi gücləndirib dünyaya olan bağlılıqlarınızı azaldacaq. Öncə vurğuladığım kimi gəlirlərinizin bir hissəsini ehtiyaclı şəxslərə verin. Ehtiyac duymadığımız pulu ətrafımızda olan borclu şəxslərə verək və onu borcunu verə bilməmək xəcalətindən qurtaraq.
    Borcu qaytarmaq vacib işlərdən biridir. Əgər təbliğə gedərək buradan əldə etdiyi pulla öz borcunu qaytarmaq istəyirsə bunun şəriyyətlə heç bir ziddiyyəti yoxdur. Baxmayaraq ki, bu yolla nəfsin kamal dərəcəsinə çata bilməyəcək. Əlbəttə bu işdə də ixlas qəsdinə malik olmaq olar.
    Nə cür olursa olsun dünya təmayüllərimizi azaltmağa çalışmalıyıq, dünya ziynətlərinə etinasızlıqla yanaşmalıyıq. Biz dünyaya laqeyid olmaq üçün İmam Əlidən (ə) örnək götürməliyik. O həzrət buyurub:
    "Tumu parçalamış və canı yaratmış Allaha and olsun, əgər beyət edənlər olmasaydılar, onların mövcudluğu ilə hüccət mənim üçün tamamlanmasaydı, Allah-təala alimlərin öhdəsinə zalimlərin acgözlüyü qarşısında dayanmaq və məzlumun ac qalmasına razı olmamağı qoymasaydı xilafətin yüyənini və kəndirini kənara atar, axırını əvvəlinə qoşardım. (Bundan öncə olduğu kimi bu iş üçün heç bir səy göstərmədiyim kimi, indi də xilafəti atıb gedərdim.)
    Bu sözlərin davamında buyurur:
    "Başa düşərdiniz ki bu dünya mənim üçün keçi asqırığından belə həqirdir.” 
    Başqa bir yerdə buyurur: Nəhcül-bəlağə, hikmətli sözlər 228, səh: 1192
    "Allaha and olsun ki, sizin bu dünyanız mənim gözümdə qotur xəstəliyinə düçar olmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən belə həqir və pisdir.”
    Cüzam və qotur xəstəliyinə tutulmuş şəxsin üzü o qədər çirkli olur ki, heç kim onun əlindən bir şey almaq istəmir və xəstəliyin ona da yoluxması qorxusundan ona yaxınlaşmağa belə icazə vermir. Belə bir şəxs əlində donuz sümüyü tutarsa kim bu sümüyü almaq üçün ona yaxınlaşar? Dünya və onun paltar, maşın, ev və xalça kimi ziynətləri Həzrət Əli (ə) nəzərindən cüzama düçar olmuş şəxsin əlindəki donuz sümüyündən belə həqir və pisdir.
    O Həzrət başqa yerdə buyurub:
    "Deməli dünya sizin gözünüzdə Səlm ağacının yarpağının qopmuş hissəsindən (Səlm səhralarda bitən ağacdır. Bu ağacın pis iyli yarpaqlarından dabbağlıqda istifadə olunur.) və qayçıdan tökülən xırdalardan (qoyun qırxarkən qayçının ağzından tökülən xırda yunlar) daha kiçikdir. Gələcəkdəkilərin sizlərin əhvalınızdan örnək götürməsindən öncə, qədimdə yaşayanlardan və onların əhvalatından nəsihət alın və həqir dünyanı özünüzdən uzaqlaşdırın, çünki dünya sizdən öncə yaşamış və onu sevənə də vəfa etməyibdir.” 
    Qeyd etmək lazımdır ki, insan üzərinə düşən vəzifəni həyata keçirmək üçün bütün şəri qanunlara riayət etməklə mübah gəlir əldə edə bilər. Amma insanın bütün pis yollardan istifadə edərək, başqalarına xəyanət edərək, İslama və dinə xəyanət göstərərək dünya malını artırmaq istəməsi ən pis xüsusiyyətlərdəndir. Həzrət Əlinin (ə) bu barədə vurğuladığı sözləri həmişə bizim yadımızda olmalıdır. Əgər dünyaya qarşı rəğbətimiz azalarsa təqvamız güclənər. Həzrət Əli (ə) nəzərindən cüzam xəstəliyinə düçar olmuş insanın əlindəki donuz sümüyündən daha dəyərsiz olan dünyaya ürək bağlamış insanın ürəyində Allah, Əli və Hüseyn (ə) sevgisi ola bilməz.
    Category: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 844 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024