İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 25 » Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    2:27 PM
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    SƏKKİZİNCİ DƏRS
    SÖZLƏ ƏMƏLİN BİRLİYİ VƏ DİLİN QORUNMASI
    1. Söz və əməldə sədaqət və xəyanət;
    2. Ruzidən məhrum olmaqda günahın təsiri;
    3. Günah səbəblər halqasında;
    4. Dilin qorunması və bihudə işlərdən uzaqlaşmaq.
    SÖZ VƏ ƏMƏLDƏ SƏDAQƏT VƏ XƏYANƏT
    «Ey Əbuzər! Hər kəsin dediyi ilə etdiyi bir olsa, öz xoşbəxtlik payını almışdır və hər kəsin sözü ilə əməli bir-birinə zidd olarsa, mükafat verilən zaman özünü danlayacaqdır».
    Əksər insanlar danışıqda yaxşı işləri sadalayıb deyirlər: «Bu iş görülməlidir, filan işin dəyəri və əhəmiyyəti bu qədərdir, insan kamalına təsir qoyur» və s. Lakin icra olunma məhrələsinə yetişdikdə, rəftarları dedikləri ilə düz gəlmir. Çox az adamın bütün danışdıqları əməldə öz əksini tapır.
    Əgər bir adamın sözü ilə əməli arasındakı uyğunluğun onun imanının dərəcəsinə bağlı olduğunu desək, imanı kamil olanların daha sədaqətli olduqlarını görəcəyik. Onların söz və əməlləri daha çox üst-üstə düşür və həqiqətdə, gördükləri iş dediklərinə bir nümunədir.
    «Onlardır; sədaqətlilər və təqvalılar da elə onlardır»(«Bəqərə» surəsi, ayə 177.)ayəsinin təfsirində mərhum Əllamə Təbatəbai buyurur: «Sədaqət, elm və əməldə mövcud olan bütün fəzilətləri özündə toplayan bir sifətdir. Çünki sədaqət bütün əxlaqi fəzilət və dəyərlərlə, məsələn iffət, şücaət, hikmət və ədalət kimi sifətlərlə yanaşı olan bir xislətdir; onu insanın etiqadından, sözündən və əməlindən ayırmaq olmaz. İnsanın sədaqətli olması, onun əqidə, söz və əməlində bir olması deməkdir.
    İnsan fitrəti haqqı qəbul edib, daxilən ona təzim etmək istəyi ilə yoğrulmuşdur. Baxmayaraq ki, zahirdə düşündüyünün əksini deyir. Deməli, əgər haqqı etiraf edib ona sadiq qalırsa, etiqad etdiyi şeyi deyib dediyini əməldə də nümayiş etdirirsə, onun imanı xalisləşmişdir. Əxlaq və saleh əməlində tamamlayıcı mərhələyə çatmışdır».
    Həmçinin buyurmuşdur:
    «Allah-təalanın bəzilərini «siddiq» (həddən artıq sadiq) adlandırması ona görədir ki, onların rəftarı dediklərini əməldə təsdiq edir».
    Danışığı etiqadına uyğun olan adam da sadiqdir, lakin siddiq daha yüksək mərhələdə durur. Siddiq bütün məsələlərdə danışığı etiqadına müvafiq olmaqdan əlavə, əməlində də müvafiq olan şəxslərə deyilir. Peyğəmbər (s) buyurur:
    «Bir adamın danışığı ilə əməli uyğun olsa, səadətə çatar».
    Əgər insan etiqadının, danışığının, əməlinin uyğun olmasına səy edərsə, siddiqlər məqamına nail olar. Əksinə, sözünə əməl etməyən insan münafiq və yalançıdır. Necə ki, Qurani-kərim dildə Peyğəmbərin (s) peyğəmbərliyinə şəhadət verib, ürəklərində etiqadı olmayan münafiqləri yalançı sayır və buyurur:
    «Ey peyğəmbərimiz! Elə ki, münafiqlər sənin yanına gəlib dedilər: «Şəhadət veririk ki, sən Allahın elçisisən - aldanma! Allah bilir ki, sən Onun elçisisən və O şəhadət verir ki, münafiqlər yalan deyirlər»(«Münafiqun» surəsi, ayə 1.).
    Münafiqlərin sözlərinin yalan olmasına dəlil budur ki:
    «Dildə izhar etdikləri şeyin əksini ürəklərində gizlədərlər. Allah onların gizlətdiklərini onlardan daha yaxşı bilir…»(«Ali-imran» surəsi, ayə 167.).
    Peyğəmbər (s) buyurur: «Bir adam öz dediyinə əməl etmirsə, ancaq özünü qınayıb məzəmmət etsin. Çünki danışığından aydın olur ki, haqqı və vəzifəsini yaxşı bilir və höccət onun üçün tamamlanmışdır».
    Təbiidir ki, haqqı, doğru yolu tanıyıb, hətta başqalarını bu yola dəvət edən insan əməldə öz dediklərinə əməl etmirsə, ancaq özünü danlamalıdır.
    Peyğəmbərin (s) bu sözü daha çox elm əhlinə və minbərə çıxıb xalqa nəsihət edən din xadimlərinə aiddir. Xalqı haqqa dəvət edən kəslər əvvəl özləri dedikləri sözün üstündə durmalıdırlar. Həmçinin, əməlləri etiqad və söylədiklərinin həyatda bir cilvəsi olmalıdır.
    Allah Quranda bu dəstəni danlayaraq buyurur:
    «Siz camaatı yaxşı işlər görməyə əmr edirsiniz və (amma) özünüz onu yaddan çıxarırsınız! (Özü də) Allahın kitabını oxuyursunuz. Niyə düşünüb fikirləşmirsiniz?»(«Bəqərə» surəsi, ayə 44.).
    Burada «yaddan çıxarmaq» unutmaq mənasında deyil. Quranın çatdırmaq istədiyi məna budur ki, öz dediklərinizə əməl etmirsiniz. Çünki mümkündür, öz sözü yadında olsun, lakin ona əməl etməsin.
    Necə ola bilər ki, ürəyi yanan bir halda başqalarına «filan işi görün, filan işi tərk edin»-deyə nəsihət etsin, lakin özünü yadından çıxarsın! Başqalarına özündən çoxmu ürək yandırır? Belə şey inandırıcı deyil.
    Əli (ə) buyurur:
    «Allahdan qorxun! Allahdan qorxun! (Hətta) sizin üçün ən əziz adamlar barəsində olsa da belə»(Nəhcül-bəlağə» (Feyzül-islam), xütbə 156, səh. 494.).
    Həzrətin (s) yuxarıdakı sözü deməkdə məqsədi budur ki, siz özünüzü başqalarından daha çox sevirsiniz. Başqalarını da sevməyinizin səbəbi, onların sizin öz hədəfinizə çatmağınızdan ötrü bir vasitə olması, həyatdan zövq almanız, səadətə qovuşmanızdan ötrü sizin üçün yaratmalarıdır. Onlarla birlikdə oturub-durmanız, deyib-gülməyiniz sizin üçün xoşdur. Deməli, əsas siz özünüzsünüz və başqalarını da özünüzə görə sevirsiniz. İndi necə olur ki, başqalarına can yandırıb nəsihət edir, lakin özünüzü yaddan çıxarıb halınıza acımayasınız və dediklərinizə əməl etməyəsiniz?!
    Allah-təala buyurur:
    «Ey iman gətirənlər! Niyə bir şeyi söyləyib (sonra) əməl etmirsiniz. Deyilənə əməl etməmək Allah yanında çox pisdir»(«Səff» surəsi, ayə 2-3.).
    RUZİDƏN MƏHRUM OLMAQDA GÜNAHIN ROLU
    Peyğəmbər (s) hədisin davamında ruzidən məhrum olmaqda günahın göstərdiyi təsir barəsində buyurur:
    «Ey Əbuzər! Çox vaxt insan törətdiyi günah işə görə onun üçün nəzərdə tutulmuş ruzidən məhrum olur».
    Hədisin bu hissəsi diqqəti, günahın bu dünyada insana qoyduğu mənfi təsir və ondan doğan məhrumiyyətlərə yönəldir.
    Adətən, rəvayət və moizələrdə hər kəsin mərifətini nəzərə almaqla, onunla səviyyəsinə uyğun şəkildə danışılır. Məsələn, məhəbbət məqamında olan şəxsə bu tərzdə müraciət olunur: «Sən necə aşiqsən ki, öz məşuqunla müxalifətçilik edirsən? Aşiq adam həmişə çalışır ki, məşuqunun ondan nə istədiyini öyrənib, onu yerinə yetirsin və həmçinin, nədən acığı gəlirsə, onu tərk etsin. Necə ola bilər insanın məhbubu açıqcasına ona «Filan işi gör, filan işi tərk et» desin və o da müxalifətçilik etsin!». Bu, Allah-təalanın və Allah dostlarının məhəbbətindən bəhrəsi olan kəsləri günahdan çəkindirməyin ən yaxşı yoludur.
    Əhli-beyt dostlarının diqqətini bu məsələyə yönəltmək lazımdır ki, günah Əhli-beytin narahatçılığına səbəb olur. İmamların (ə) ən çox nifrət etdiyi şey, günah işlərdir. Günah, iylənmiş cəmdək kimidir. Bəsirət gözü açıq olanlar və səfalı batinə malik insanlar, onun iyrənc iyini uzaqdan dərk edirlər. Belə olan halda, Əhli-beytə yaxınlaşmaq istəyən dostlar özlərini onların nifrətinə səbəb olacaq işlərə necə aludə edə bilərlər?!
    Yaxın dostunun, məhbubunun görüşünə gedən şəxs öz üzərindən, bədənindən, ağzından gələn pis iyi dəf edir. Ətirlənib səliqə-səhmanla gedir ki, dostu ondan inciməsin. Günah bizim vücudumuzun üfunətinə səbəb olur. Biz Əhli-beyti seviriksə, onlarla bağlılıq yaratmağa çalışırıqsa, gərək ruhumuzu pisliklərdən paklayaq ki, onlar da bizimlə əlaqə qurmağa rəğbətli olsunlar. Deməli, Allahın və Əhli-beytin (ə) məhəbbətini qazanmış insanları günahdan çəkindirməyin ən yaxşı yolu, onlardakı məhəbbət hissinin oyadılmasıdır.
    Bunu da deyək ki, Allahın vacib buyurduğu işləri yerinə yetirib, haram buyurduqlarını tərk edən bütün kəslərin qəlbində Allah məhəbbətindən bir ilmə vurulmuşdu. Lakin onların məhəbbəti Allah barəsində olan bilik və mərifətlərinin dərəcəsinə görə bir-birindən fərqlənir. Bəzilərində bu məhəbbət şiddətli, bəzilərində orta səviyyədə, bəzilərində isə zəif olur. Hərdən məhəbbət o dərəcəyə çatır ki, məşuqa qovuşmaq üçün hər şeyə, hətta cənnətə belə göz yumurlar. O yerə qədər ki, deyir: «Deyək ki, cəhənnəm atəşinə səbir etdim, bəs sənin ayrılığına da səbir edə biləcəyəmmi?»(«Kumeyl» duası.).
    On beş münacatın doqquzuncusu olan «Məhəbbət yolçularının münacatı»nda oxuyuruq: «Allahım, hanı elə bir kəs ki, sənin məhəbbətinin şirinliyini dadsın, (lakin) səndən başqasına ürək bağlasın?».
    Allaha və imamlara olan eşqin insanı günahdan saxlayacaq bu həddinə nail ola bilməyənlərə, günahın törədə biləcəyi mənfi nəticələrini anlatmaq lazımdır. O cümlədən, günahın insana yetirdiyi zərərlərini sadalamaq olar. əzablarını, səadətdən məhrum etməyini, eləcə də dünya və axirət məhrumiyyətlərini məsələn, əzablarını, səadətdən məhrum etməyini, dünya və axirət məhrumiyyətlərini və s. İnsanı, hansısa mənfəətə çatdıracağı və ya hansısa zərərdən amanda saxlayacağı şərtilə, müəyyən bir işə vadar edən və hər hansı bir işdən çəkindirən şey «qorxu və ümiddir».
    İnsanın hidayəti üçün ən yaxın və yaxşı yol, onun diqqətini günahın dünya və axirətdə doğurduğu mənfi təsirlərə yönəltməkdir. Əgər bir nəfərin axirətə imanı zəif olarsa, bu halda onu günahdan çəkindirməyin ən yaxşı yolu, ona günahın bu dünyadakı təsirlərini xatırlatmaqdır. Necə ki, Peyğəmbər (s) hədisin bu bölümündə həmin üsulu tətbiq edir. Çünki bəziləri axirəti çox uzaq görürlər. Halbuki İslam dünyagörüşünə əsasən, axirət bizə yaxındır və onu əldə etmək özümüzdən asılıdır. Bu barədə Allah-təala buyurur: «Bu qafil və kafir camaat o günü (qiyaməti) uzaq bilirlər və biz (isə) onu yaxın görürük».
    Günahın dünyada insana vurduğu zərərlərdən biri də, ruzidən məhrum olmaqdır. İnsana məxsus olan ruzilərdən nümunə olaraq, yemək və geyimi qeyd etmək olar.
    Bir sıra rəvayətlərdə göstərilir ki, Allah-təala hər bir canlı üçün müəyyən ruzi təyin etmişdir. Nəzərdə tutulmuş bu təqdir bəzən mütləq, bəzən isə müəlləq və qeyri-dəqiqdir. Yəni insanın etdiyi əməllərin təsirindən asılı olaraq, az və ya çox olur. Bəzi xeyir əməllər ruzinin artmasına, bəzi şər əməllər isə onun azalmasına səbəb olur.
    Əgər biz müqəddər edilmiş ruzinin – hansı ki, bəzən bizim çalışmağımızla qazanılır və bəzən də Allah öz mərhəməti ilə onu bizə zəhmətsiz əta edir – günah üzündən əlimizdən çıxmasını bilsək, çox az hallarda günahın arxasınca düşərik.
    GÜNAH SƏBƏBLƏR HALQASINDA
    Günah formulları dəyişmək gücünə malik olub, zahiri səbəbləri təsirsiz edir. Quran bizə anladır ki, zahiri səbəblərdən başqa digər səbəblər də var ki, bu səbəblər həm onları doğuran səbəblərlə, həm də onlarla öz aralarında olan rabitələrlə birlikdə bizim üçün gizlidir. Quran buyurur:
    «Başınıza gələn hər müsibət və işgəncələr sizin öz pis əməllərinizin məhsuludur»(«Şura» surəsi, ayə 30.).
    Həqiqətdə, «illət və məlul» səbəb və nəticə sisteminin hakim olduğu bir dünyada, heç bir görüntünü səbəbsiz saymaq olmaz və başqa bir tərəfdən müsibətləri, şər və bədbəxtlikləri də xeyrin özü olan Allah-təalaya aid etmək olmaz. Deməli bu, insandır ki, müsibətləri özünə cəlb edir.
    «Nur» surəsinin 63-cü ayəsində buyurulur:
    «Allahın əmri ilə müxalifətçilik edənlər (o gündən) qorxsunlar ki, böyük bir fitnəyə və ya dərdli bir əzaba düçar olmasınlar».
    Quran belə bir həqiqəti bəyan etməkdədir ki, əksər bədbəxtlik və müsibətlərin mənbəyi günahdır. İnsanın savab və yaxşı əməlləri, bərəkətin onun başından yağmasına səbəb olur:
    «Ölkələrin əhalisi əgər iman gətirib, təqvaya bağlansaydılar, yerin və göyün bərəkət qapılarını onların üzünə açardıq»(«Əraf» surəsi, ayə 96.).
    Bəzi vaxtlarda günahın insana üz verən bədbəxtliklə olan bağlılığı az-çox dərk edilir. Məsələn, bəzi günahların özlərindən sonra müəyyən xəstəliklər törətməsi məlumdur. Ancaq bu əlaqə bütün hallarda hiss edilmir. Bəzən günahın insana vurduğu təsir müxtəlif mərhələləri keçib sonra özünü biruzə verir ki, bu da insan üçün dərkedilməzdir. Necə ki, yemək hazırlanıb süfrəyə verilərkən, içərisinə murdar bir şey düşür və yeməyi korlayır. Ruzi insan üçün hazırlanır və birdən gözlənilmədən insan ondan məhrum olur. İndi ruzini qida maddələrindən digər şeylərə də aid edin; çünki bütün nemətlər ruzidir. Ev, maşın və insanın istifadə etdiyi hər bir şey ruzidir. Əksər hallarda bunlardan məhrum qalmaq, günaha mürtəkib olmaq səbəbi ilədir.
    Mənəvi nemətləri də ruziyə əlavə etməklə, onu daha da genişləndirmək olar. Çünki bizim ruhi təkamülümüzə səbəb olacaq hər bir şey ruzidir. Elm və iman, eləcə də ibadətə qalxa bilməyin özü də ruzidir.
    Bəzən günaha bulaşmaq insanı hansısa ibadətdən məhrum edir. Rəvayətlərin birində insanın günahın təsiri nəticəsində gecə namazına dura bilməməsinin mümkünlüyü də qeyd olunmuşdur. Baxmayaraq ki, gecə namazı qılmaq istəyən şəxs səy edir və vaxtında yuxudan dura bilmək üçün əvvəlcədən hazırlıq işləri görür. Lakin ya yuxudan durur tənbəllik mane olur, ya da heç yuxudan belə ayılmır və yatıb qalır.
    Deməli, ibadətdəki müvəffəqiyyətsizlik də günahın doğurduğu bədbəxtçiliklərdəndir.
    Günahın qalmaqalla nəticələnən sonluğuna diqqət yetirmək bütün cəhətləri ilə insanı günahdan saxlaya biləcək amillərdən ola bilər. İnsan fikirləşməlidir ki, etdiyi günah onun iqtisadi səylərini təsirsiz edib, ruzidən məhrum qoyur.
    Günah və müsibətlər arasında olan bağlılığı dərk edən bəzi böyük alimlər, onlara bir müsibət üz verdikdə fikirləşirdilər ki, görəsən hansı günahları onları bu müsibətə düçar etmişdir. Nəql edirlər ki, böyük əxlaq ustadlarından biri Tehranın küçələrindən birində yol gedərkən, kənarından ötüb keçmək istədiyi at ona bir təpik atır. Həmin şəxs oradaca oturub fikrə dalır ki, mən nə iş tutdum ki, bu heyvanın əziyyətinə düçar oldum!
    DİLİN QORUNMASI VƏ BİHUDƏ İŞLƏRDƏN UZAQLAŞMAQ
    «Ey Əbuzər! Faydası olmayan şeyi tərk et və sənə faydası olmayan sözü danışma. Dilini, pulunu qorumağa çalışdığın kimi qoru».
    Hədisin bu hissəsində qeyd olunan məsələ əvvəlki mövzunun davamı olub, insanı günahdan çəkindirmək barədədir. Günahdan qorunmaq istəyən şəxs bunun üçün özünə müəyyən hədd, çərçivə təyin etməlidir: «Uçuruma tərəf hərəkətdə olan adam, bir gün oraya düşəcəyini də bilməlidir».
    Günahdan özünü gözləmək istəyən şəxs günah üçün zəmin və müqəddimə olacaq şeylərdən çəkinməli və bəzi mübah işləri tərk etməlidir ki, sonda günah uçurumuna yuvarlanmasın. Misal üçün əgər özünü naməhrəmə və ona haram olan şeylərə baxmaqdan gözləmək istəyir və bu işi tərk etməyə çalışırsa, özünün bəzi məhrəmlərinə baxmasın. Haram musiqiyə qulaq asmaq istəmir və bu adəti tərk etmək istəyirsə, bunun üçün əvvəldə halal musiqilərdən də uzaqlaşmalıdır. Əgər yalanı, qeybəti tərk etmək istəyirsə, qeybət və yalan ehtimal verdiyi söhbətlərə qatışmamalıdır. Əlbəttə, insanın onu günah işlərə sövq etməsi mümkün olan bütün mübah işlərdən özünü gözləməsi, xüsusən də bu yolda təzə qədəm götürmüş adam üçün çox çətin bir işdir. Amma təkamül mərhələsinə qədəm qoymuş kəslər, istəsələr də, istəməsələr də bu mərhələni keçməlidirlər.
    Peyğəmbər (s) Əbuzərə mənasız və bihudə şeylərdən uzaq olmağı tapşırır. Necə ki, Quran insanın nicatını bihudə işlərdən uzaqlaşmaqda görür:
    «Möminlər nicat tapdılar. O kəslər ki, namazlarında qüsursuzdurlar və o kəslər ki, mənasız və bihudə işlərdən uzaq gəzərlər»(«Muminun» surəsi, ayə 1-3.). Nicat tapmaq istəyən bir kəs mənasız və ona faydası olmayan işlərdən özünü gözləməlidir. Ona faydası olmayan sözü deməməli, öz güc və enerjisini faydalı və səmərəli işlərə sərf etməlidir.
    Peyğəmbərin (s) Əbuzərə başqa bir öyüdü, ona faydası olmayan söhbətlərdən pəhriz etməsidir. İnsan öz danışığına, dilinə diqqət etməli, ona nə xeyir, nə də zərəri olan adi söhbətlərdən çəkinməyə səy göstərməlidir. Çünki bəzən ağızdan çıxan bir söz, insanı dünya və axirətində ciddi problemlərlə üzləşdirir. Rəvayətlərdə insanın öz dilinə yiyələnməsi barədə edilən çoxlu sayda öyüd-nəsihətlər, lazımsız və ya heç bir aidiyyəti olmayan söhbətdən çəkinməyi insana tövsiyə etmək ona görədir ki, hərdən insan öz dilini idarə edə bilmir, yalan danışıb qeybət etməklə və ya başqalarını məsxərə etməklə, dilinin bəlasına düşür. Bu cəhəti nəzərə alaraq, bəzi alimlər səy göstərib, imkan daxilində sükut etməyə çalışmışlar.
    Peyğəmbər (s) buyurur: «Öz pulunu, cəvahiratını qorumağa çalışdığın kimi, dilini də qorumağı çalış».
    Öz pulunu sandığa qoyub ağzını möhkəm bağlayıb etibarlı bir yerdə necə saxlayırsansa, dəyəri qat-qat puldan artıq olan dilini də o cür saxla. Allah insanın dili üçün hasar və qoruyucu zireh təyin etmişdir. Belə olan surətdə səy et ki, onu azad buraxmayasan. Hətta faydası olmayan mübah sözdən belə uzaq ol. Çünki boş yerə öz enerjini xərcləmiş olursan və bu gedişlə yavaş-yavaş anlaşılmazlığa, məkruh işlərə və nəhayətdə, harama və kəbirə günahlara sürüklənirsən. Məgər, başqası haqqında söhbət etməklə, onun qeybətini etmək arasında nə qədər fasilə vardır?
    Mübah söhbətlə, Kəbə evində öz məhrəmi ilə yetmiş dəfə zinadan daha murdar iş olan qeybət arasında elə də fasilə yoxdur. Biz yavaş-yavaş bu fasiləni aradan qaldırır və kəbirə günaha mübtəla oluruq.
    Category: Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) | Views: 780 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024