İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 25 » Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    2:27 PM
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
    DOQQUZUNCU DƏRS
    NAMAZIN DƏYƏR VƏ ƏHƏMİYYƏTİ
    CƏNNƏT ƏHLİNİN DƏRƏCƏ FƏRQLƏRİ
    1. Peyğəmbərin (s) bəzi nəsihətlərinin bölgüsü;
    2. Abid və gecəni ibadətdə keçirənlərin məqamı;
    3. Cənnətin dərəcələri və cənnət əhli arasındakı fərq;
    4. Peyğəmbərin (s) namaza şiddətli bağlılığı;
    5. Namaz xoşbəxtlik açarıdır;
    6. İbadətin davamlılığının sirri, onun şirinliyinin dərkindədir.
    PEYĞƏMBƏRİN (S) BƏZİ NƏSİHƏTLƏRİNİN BÖLGÜSÜ
    Peyğəmbər (s) bura qədər təhlil edilən moizələri üç hissəyə bölür:
    Birinci bölüm: Bu bölüm insanın qəflətdən oyanması barəsində idi. Çünki insan heyvani təbiətinə əsasən, dünyəvi fəaliyyətlərə, maddi istəklərinin təminatına daha çox meyl edir. Buna görə də, ilkin aid olduğu yeri və axirəti yaddan çıxarır.
    Düzdür, bəziləri öz yaradılış səbəbi və hədəflərini dərk edirlər. Lakin insanların əksəriyyəti öz yaradılışlarının əsas hədəfindən xəbərsizdirlər. Nə üçün yaradıldıqlarını, sonda hara gedəcəklərini, hal-hazırda nə etməli olduqlarını bilmirlər. Buna görə də, onları ayıltmaq lazımdır. Peyğəmbərin (s) moizələrinin birinci hissəsi qəflət pərdəsini insanın gözü qarşısından götürməyə yönəlib, onu məsuliyyət daşımağa səsləyir və diqqətini ixtiyarında olan qiymətli sərvətlərdən bəhrələnməyə cəlb edir.
    İkinci bölüm: Bu bölüm isə insanın öz yaradılış hədəfini anlayıb yolunu təyin etdikdən sonra atacağı ikinci addım, agahlıq əldə etmək üçün elm öyrənməsi barəsində idi. Bu cəhətinə görə də, ikinci bölümdə elm öyrənmək və alimlərin vəzifələrinə işarə edildi. Həmçinin, qeyd olundu ki, ən zəruri bilinən elm, yaradılış hədəfini və ona aparan yolları öyrədən elmdir və bu elm ilahi maarifdən ibarətdir.
    Üçüncü bölüm: Bu bölümdə insanın öz elminə, vəzifələrinə əməl etməsinin lazımlı bir məsələ olması haqqında söhbət açıldı və əməllərin iki növ olmasına işarə edildi:
    1. Vacib və müsbət fəaliyyətlər, yəni görülməsi lazım olan işlər.
    2. Qadağan olunmuş fəaliyyətlər, yəni çəkinilməsi vacib olan haramlar işlər.
    Bu bölümün vurğuladığı əsas mətləb günahın və onun doğurduğu acı nəticələrin dərk olunmasının əhəmiyyəti idi.
    Bu üç bölümdən sonra Peyğəmbərin (s) moizə və nəsihətlərinin dördüncü bölümü barəsində bəhs edəcəyik.
    Dördüncü bölüm: İnsan ona vacib buyurulanları yerinə yetirmək və günahı tərk etməklə elə düşünməməlidir ki, artıq bütün vəzifələrini yerinə yetirmişdir.
    Düzdür, bu mərhələyə çatmağın əhəmiyyəti böyükdür. Lakin bu, hələ hədəfə aparan yolda atılan ilk addımdır. Aydındır ki, günahlardan çəkinmədən, vacib əməlləri yerinə yetirmədən, bir sözlə, ilk addımı atmadan insan sonrakı addımı da ata bilməz. Lakin bu mərhələ yerdə qalan mərhələlərlə müqayisədə qısa yoldur və bundan sonra insanı hələ qabaqda gediləsi uzun yol gözləyir. Bunun üçün insanı fəaliyyət göstərməyə daha çox təşviq etmək, onda vacib əməlləri yerinə yetirib, haramlardan çəkinməklə kifayətlənməmək hissini oyatmaq lazımdır.
    ABİD VƏ GECƏNİ İBADƏTDƏ KEÇİRƏNLƏRİN MƏQAMI
    «Ey Əbuzər! Allah bir dəstə insanı behiştə daxil edər və onlara o qədər nemət verər ki, yorularlar. Lakin cənnətin yuxarı dərəcəsində qərar tutmuş başqa bir dəstəyə baxanda onları tanıyıb deyərlər: «Pərvərdigara! Bunlar bizim qardaşlarımızdır. Dünyada (onlarla) birlikdə yaşayırdıq. Onları niyə bizdən üstün dərəcədə yerləşdirmisən? Cavabında buyurular: «Heyhat, heyhat… Siz tox olduğunuz vaxt onlar aclıq çəkirdilər və sizlər sirab olduğunuz vaxt, onların susuzluğundan ciyəri yanırdı (oruc tuturdular). Sizlər yuxuda ikən, onlar ayaq üstə (namaza məşğul) idilər. Sizlər evlərinizdə istirahətdə olanda, onlar Allaha görə çölə tələsirdilər».
    Bu cümlələrdə Həzrət (s) qiyamət səhnələrini ‒ insanın haramları tərk edib vacibləri yerinə yetirməklə, behiştə daxil olması səhnəsini təsvir edir. Onun üçün cəhənnəmdən danışmağın lüzumu yoxdur. Çünki o, artıq cəhənnəm təhlükəsindən qurtulub cənnətlik olmuşdur. Lakin cənnətin aşağı dərəcəsi ilə kifayətlənən bu şəxs, cənnətin ali dərəcələrinə nail olmaq üçün iri addımlar atmağa səy etməmişdir. İndi onun üçün bu səhnələr mücəssəm edilir və anladılır ki, doğrudur, sən vacibata əməl etməklə cənnətə yol tapmısan, lakin cənnətdə səndən də yuxarı məqamda olanlar var və səy et, sən də onların dərəcəsinə nail olasan. «Allah bir çox insanı cənnətə daxil edəcək və onlara saysız-hesabsız nemətlər əta edəcəkdir. Belə ki, bir müddət həmin nemətlərdən bəhrələnib ləzzət çəkməklə, başları qarışıq olacaq». Bunu söyləməklə Həzrət (s) bildirmək istəyir ki, nemətlərin çoxluğundan təngə gələrlər. Əlbəttə, bu el arasında deyilən təbirdir. Həqiqətdə isə, cənnətdə kimsə cana doymaz və yorulmaz. Allahın buyurduğu kimi:
    «Cənnətdə bizə əzab-əziyyət yetişməz və heç vaxt yorğunluq və zəiflik bilməyəcəyik»(«Fatir» surəsi, ayə 35.).
    Deməli, bunu söyləməkdə Həzrətin (s) məqsədi budur ki, istədikləri qədər onlara nemət verərlər.
    Həmin cənnət əhli baxıb, birdən öz dostlarını cənnətin ali məqamında görər və təəccüblə deyərlər: «Pərvərdigara! Bunlar ki, bizim dostlarımızdır. Biz ki, dünyada bir yerdəydik; bir sırada namaz qılardıq, bir səngərdə vuruşardıq. Necə oldu ki, onlara bizdən yuxarıda yer verdin? Onlara bizdən yüksək dərəcələr bəxş etdin?». Onlara cavab verilər: «Sizin onlarla fərqiniz çoxdur. Siz tox olanda, onlar ac, siz sirab olanda onlar susuz və siz halal nemətlərdən dadıb ləzzət apararkən, onlar oruc idilər. Hərçənd ki, siz günaha bulaşmamısınız, lakin onlar yayın istisində qarınlarını boş saxlayıb, yeyib-içməkdən gözlərini çəkərdilər. Siz öz vacib əməllərinizlə kifayətləndiniz və qalan vaxtınızı istirahətlə keçirdiniz. Lakin onlar yatmayıb Allahla dərdlərini bölüşər, ibadətə məşğul olardılar. Quranın buyurduğu kimi, onlar o kəslərdirlər ki, «Gecənin az bir hissəsini yatar və Allah dərgahından tövbə və bağışlanmaq diləyərlər»(«Zariyat» surəsi, ayə 17-18.).
    CƏNNƏT DƏRƏCƏLƏRİNDƏN BƏHRƏLƏNMƏKDƏ CƏNNƏT ƏHLİNİN FƏRQLƏRİ
    Bu cümlələrdə Rəsuləllah (s) cənnətin dərəcələrini xatırladır. Bir çox ayə və rəvayətlərdə cəhənnəmin qatlarına aydın şəkildə işarə edildiyi kimi, cənnətin də müxtəlif dərəcələrə malik olduğu bildirilir. Cənnətin ən aşağı dərəcəsi vacib əməllərinə əməl etmiş şəxslər üçün nəzərdə tutulmuşdur və ən yüksək dərəcəəsi «Rizvan məqamı» olub, Allahın xas övliyaları, ixlas sahibləri üçün təyin edilmişdir. Allah-təala buyurur:
    «Allah mömin və möminələri ağacları altından çaylar axan əbədi behiştə daxil edəcəyinə vədə vermişdir. (Orada onlara) Ədn cənnətlərində ‒ gözəl saraylarda yer verərlər. Bütün nemətlərdən daha böyük olan isə budur ki, Allah Öz riza və məmnunluq məqamını onlara əta edər. Həqiqətən, bu, böyük bir nicatdır»(«Tövbə» surəsi, ayə 72.).
    Bütün nemətlərdən daha böyük olan Allahın «riza və məmnunluq məqamı» cümləsi barədə rəhmətlik Əllamə Təbatəbai buyurardı: «İlahinin razılıq və rizvanı cənnət nemətlərinin hamısından üstün və məqam baxımından ən yüksəkdə olanıdır. Bu cəhətinə görə də, «rizvan» kəlməsi «qeyri-müəyyən» formada göstərilmişdir ki, onun üçün hansısa bir hədd, dərəcə nəzərdə tutulmur, ya da Allahın razılıq və rizvanı nə qədər az olsa belə, yenə də bütün nemətlərdən böyükdür. Ona görə yox ki, o nemətlər Allahın razılığı ilə vücuda gəlir. Hərçənd, Quranın nəzərindən Allaha həqiqi bəndəlik cənnət tamahı və cəhənnəm qorxusu ilə yox, məhəbbətlə Ona edilən ibadətdir. Aşiq və sevgili üçün ən böyük səadət və nicat odur ki, özünü razı salmaq üçün deyil, məhbubunun razılığını cəlb etməyə çalışsın»(Əl-Mizan», cild 9, səh. 354.).
    Eşq və məhəbbət üzündən olan bəndəlik əksər rəvayətlərdə də göstərildiyi kimi ən üstün bəndəlik olub, maddi bağlılıqlardan ruhunu azad etmiş azadruhlu, saleh insanlara məxsusdur. Buna görə də iddia edə bilərik ki, «Rizvan» məqamı cənnətin ən üstün məqamlarındandır və Allaha ibadətdə xalis olan saleh və hürriyyətli insanlara məxsusdur.
    Axirətin dərəcə və mərtəbələri ilə əlaqədar olaraq Allah-təala buyurur:
    «Bax gör camaatın bəzisini bəzisindən necə üstün və fəzilətli etmişik. Axirətdə isə (dünyadakından) daha yüksək dərəcə, daha böyük üstünlüklər vardır»(«İsra» surəsi, ayə 21.).
    Bu ayə insanlar arasındakı fərq və dərəcələrin onların əməl və çalışmaqlarına bağlı olduğunu göstərir. Əməli az olanla əməli çox olan adam heç vaxt bir dərəcədə tutulmur. Bundan başqa, axirətdəki dərəcə və mərtəbə fərqləri dünyadakı kimi onun imkanlarından bəhrələnməkdə deyil. Çünki axirət, dünyadan ağılasığmaz dərəcədə vüsətlidir.
    Dünya üstünlüyü onun malından, pulundan, cah-calalından nə dərəcədə bəhrələnməkdədir. Şübhəsiz ki, bu məhdud bir üstünlükdür. Lakin axirətdəki üstünlüyün səbəb və dərəcələri arasındakı fərq, insanların iman və ixlaslarının dərəcəsinə qayıdır. Bu, insan qəlbinin vəziyyətinə aiddir və şübhəsiz, dünyəvi dərəcə fərqləri ilə müqayisəyə gəlməz(«Əl-Mizan», cild 13, səh. 72.).
    İşarə edildiyi kimi, Peyğəmbər (s) hədisin bu bölümündə insanlara xatırlatmaq istəyir ki, ancaq və ancaq vacib əməlləri yerinə yetirib, haramdan çəkinməklə kifayətlənməsinlər. Əlbəttə, cənnətin aşağı dərəcəsi ilə razılaşan şəxs, həmin hədlə də kifayətlənə bilər. Lakin bir gün baxıb görəndə ki, dostları ondan yuxarı dərəcədə qərar tutmuşlar, onda həsrət çəkəcəkdir. Bizim də həmin mərtəbəyə çatmağımız üçün bir az istirahətimizdən, gəzib-əylənməyimizdən azaldıb ibadətə daha çox yer verməyimiz lazımdır.
    Bunu da deyək ki, istirahət zəruri həddində, öz yerində hökmən olmalıdır və hərdən vacib də olur. Çox vaxt istirahət vacib bir əməli yerinə yetirməkdən ötrü müqəddimə olur. Belə ki, əgər istirahət etməsə, namaz vaxtı yorğun və əzgin görünür, şövqü əldən gedir və ya istirahət etməsə, deyilən dərsi yaxşı qavramır. Sözün canı budur ki, yersiz və həddən ziyadə istirahət, insanın cəhənnəmə düşməsinə səbəb olmasa da, ən azı tərəqqidə insanı digərlərindən geridə qoyur.
    PEYĞƏMBƏRİN (S) NAMAZA HƏDSİZ DƏRƏCƏDƏ BAĞLILIĞI
    Hədisin davamında Peyğəmbər (s) namazı, ən ləyaqətli və ən yaxşı əməl ünvanı ilə tanıtdırır və tövsiyə edir ki, hər kəs asudə vaxtında ona üz tuta bilər:
    «Ey Əbuzər! İzzət və cəlal sahibi olan Allah namazı mənim gözümün işığı qərar vermişdir. Ac adam çörəyi, susuzluqdan yanğısı olan suyu istədiyi kimi, onu da mənə sevdirmişdir. Ac adam çörək yediyi zaman doyur, susuz adam su içdiyi zaman susuzluğu yatır, lakin mən heç vaxt namazdan doymuram».
    Peyğəmbərdən (s) öyüd götürmək istəyən, onu özünə nümunə seçmiş şəxs yaxşı olardı ki, Rəsuləllahın (s) həyat tərzi və keçdiyi haqq yoluna diqqət etsin. Bunun üçün də, o həzrət (s) özünü əməldə nümunəvi şəxs kimi tanıtdırır və bu, onun izində addımlamaq istəyən Peyğəmbər (s) aşiqləri üçün tərbiyənin ən gözəl üslubudur. Rəvayətlərin birində deyilir: «Sizin dünyanızda sevdiyim şey, gözəl qoxular və qadınlardır, lakin gözümün işığı namazdır». Həzrətin (s) «namaz mənim gözümün işığıdır» deməsi, insanın öz məhbubu və çox vurğunu olduğu şəxs haqqında deyə biləcəyi ən gözəl təbirdir. Quranda Allah-təala həzrət Musanı (ə) anasının gözünün işığı kimi tanıtdırır və buyurur:
    «Ey Musa! Anana vəhy etdik ki, körpəsini bir sandıqda yerləşdirib (sandığı) dəryaya atsın. O zaman dalğalar körpəni sahilə çatdırsınlar ki, Mənim və onun düşməni körpəni dəryadan götürsün. Mən öz lütfümlə sənə məhəbbət ilham etdim (sevimli olasan) ki, düşmən səni sevsin. (Bununla da) mənim gözümün qabağında (və mənim inayətimlə) (böyüyüb) boya-başa çatasan. Anadan ayrı düşdüyün zaman bacın səni axtarmağa başladı, nəhayət, Fironun yanında tapdı və dedi: «Bu körpəyə süd verə biləcək birisini sizə nişan verimmi? Və biz səni (yenidən) anana qaytardıq ki, gözləri aydın olsun və (ona dedik) qəm yemə»(«Taha» surəsi, ayə 38-40.).
    Biz insanlar yeyib-içməyə ehtiyaclıyıq. Əgər bir müddət yemək yeməsək, bərk acıyarıq və bu aclığı aradan aparan ən münasib vasitə yeməkdir. Eləcə də, susayanda su içməyə çox meyilli oluruq və bu anda heç bir şeyi bir içim su qədər arzulamırıq. Peyğəmbər (s) buyurur: «Mənim namaza olan istəyim acın yeməyə və susuzun suya olan istəyi kimidir. Fərq bundadır ki, ac adam yemək yeməklə doyur və susuz adamın su içməklə susuzluğu yatır, lakin mən heç vaxt namazdan doymuram». Bu bəyanla namazın əhəmiyyəti məlum olur. Əgər insanın vacib əməlləri yerinə yetirəndən sonra boş vaxtı olarsa, müstəhəb əməllər arasında görəcəyi ən yaxşı iş yenə də namazın özüdür. Necə ki, Peyğəmbər (s) və imamların (ə) yolu belə olmuşdur və biz deyilənlərə aydınlıq gətirmək üçün bir neçə rəvayəti qeyd edirik:
    İmam Sadiq (ə) buyurur: «Əli (ə) üçün əgər xoşagəlməz bir iş baş versəydi, tez namaza durar və deyərdi: «Allahdan səbir və namazla kömək istəyin»(«Müstədrakül-vəsail», cild 2, səh. 481.).
    İmam Səccad (ə) buyurur: «Əliyə (ə) bir müsibət baş versəydi, həmin günü min rükət namaz qılar, altmış fəqirə sədəqə verər və üç gün oruc tutardı»(«Biharul-ənvar», cild 10, səh. 40.).
    Peyğəmbərin (s) namaza diqqəti və təkidi barədə «Biharul-ənvar»da deyilir: «Peyğəmbər (s) on il namaz üçün ayaq üstə durdu. Nəhayət, (davamlı ibadətin şiddətindən) ayaqları şişib, üzü saraldı»(«Biharul-ənvar», cild 41, səh. 132.).
    «Ey Əbuzər! Əgər bir nəfər bir gecə-gündüzdə ona vacib buyurulmuş namazlardan əlavə on iki rükət namaz qılsa, onun Allah üçün sabit haqqı odur ki, cənnətdə ona bir mənzil bağışlasın».
    NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
    «Ey Əbuzər! İndi ki, namazda Cabbar padşahın evinin qapısını döyürsən, bil ki, hər kəs padşahın qapısını çox döysə, qapını onun üzünə açarlar».
    Bu, insanı namaza təşviq edən daha bir bəyandır. Peyğəmbər (s) buyurur: «Namaz qılan adam Allahın qapısını döyür. Allahla işi olan kəs gərək Onun evinə getsin və namaz «insanın Allah evinə yollanması»dır». Ola bilməz ki, bir nəfər israrla bir şəxsin qapısını döysün, amma qapını onun üzünə açmasınlar. O ki, qalsın Allahın qapısını. Əgər Allahın sizə nəzər yetirməsini, icabət və rəhmət qapılarının üzünüzə açılmasını istəyirsinizsə, onda o qapını çox döyün və davamlı namaz qılın. Mümkündür, ilk vaxtlarda – birinci, ikinci dəfədə insanın bulaşdığı günahlar səbəbi və ya ilahi hikmət üzündən qapı açılmasın, lakin nəhayət, bu qapılar insanın üzünə açılır. Şübhəsiz ki, ilahinin rəhmət qapıları həmişə insanların üzünə açıqdır. Çünki insanları bir tərəfdən özünə tərəf dəvət edib, başqa bir tərəfdən öz rəhmət qapılarını onların üzünə bağlamaq olmaz. Allahın rəhmət qapıları ancaq ilahi ayələri dananın və təkəbbür sahiblərinin üzünə bağlıdır ki, əlbəttə, onların da özləri rəhmət qapılarını öz üzlərinə bağlamışlar:
    «Göyün qapıları heç vaxt Allahın ayələrini dananın və təkəbbür üzündən ona boyun əyməyənlərin üzünə açılmaz»(«Əraf» surəsi, ayə 40.).
    Yeri gəlmişkən bunu da deyək ki, bəzi ayə və rəvayətlərdə «göylərin qapısı» və ya bu rəvayətin özündə insanın namaz halında Allahın qapısını döyməsi deyildikdə, mənəvi və metafizik məfhumlar bizim üçün anlaşılan olsun deyə, məqulu (ağıla sığan məfhumları) məhsus (beş hiss edilən üzvü vasitəsilə hiss olunan məfhumlar) vasitəsilə ifadə etmişlər. Həqiqətdə, bəndə ilə Allah arasında heç bir pərdə və maneə yoxdur. İnsanın pis əməlləri onun diqqətinin Allaha yönəlməsinə mane olur. İnsan günah etməklə, ilahi feyzdən məhrum olur. Allahın rəhmət qapısının açarı və pərdələri aradan qaldıracaq vasitə, ibadət və Allaha bəndəçilikdir. Namaz isə ibadətlərin ən üstünüdür. Peyğəmbər (s) hədisin davamında namaz qılan şəxsin əldə etdiyi bəhrə barəsində buyurur:
    «Ey Əbuzər! İmanlı insan namaz qılmağa başladığı zaman Allah-təalanın rəhməti ərşə qədər onu əhatə etmiş olur. Onun üçün bir mələk təyin edilir və (həmin) mələk nida edib deyir: «Ey Adəm övladı, əgər namazdan sənə nəsib olanı və kiminlə söhbət etdiyini bilsəydin, heç vaxt namazını dayandırmazdın».
    Mətndə verilən «tənasur» kəlməsi, ağacın yarpaqlarının və ya hər hansı bir şeyin topa halında yuxarıdan aşağıya tökülməsi mənasını daşıyır.
    Peyğəmbər (s) buyurur: «Namaz qılan adam təpədən ərşə qədər ilahi rəhmətə bürünür». Təbiidir ki, bu məqam və mövqeni arzulayan şəxs namazını uzatmağa çalışar. Bundan əlavə, Allah bir mələyi məmur edir ki, daim namaz qılan şəxsi bu sözlərlə səsləsin: «Ey Adəm övladı! Əgər kiminlə dərdləşdiyini, kiminlə söhbətə oturduğunu bilsəydin, namazdan əl çəkməzdin və heç vaxt «yoruldum» deməzdin». Kimin qarşısında dayandığına və kiminlə rabitəyə girdiyinə diqqət yetir ki, bunun əhəmiyyətini dərk etməklə namazına da əhəmiyyət verəsən. Namazın sənə nə kimi mənfəət, fəzilət, savab bəxş etdiyini bilsəydin, namazdan əl çəkməzdin.
    İBADƏTİN DAVAMLILIĞININ SİRRİ, ONUN ŞİRİNLİYİNİN DƏRKİNDƏDİR
    İbadətin davamlı olması üçün lazım olan mühüm şərtlərdən biri, insanın ondan ləzzət ala bilməsidir. İnsan hiss etməlidir ki, ibadətdən faydalanır. İnsan ləzzət ala bilmədiyi işdən tez bezir. İbadətin şirinliyi, insanın daha çox ona meyl salmasına səbəb olur, bu ləzzət və şirinlik, günahdan çəkinib onu tərk etməkdən başqa bir yolla hasil olmur. Günah ibadətin dadının insanın damağından getməsinə səbəb olur. Bəzi məsumların duasında oxuyuruq: «İlahi, öz ibadətinin şirinliyini bizə dadızdır».
    Mümkündür, xəstə üçün ən ləziz bir yemək hazırlasınlar, lakin o, xəstəliyi üzündən bu ləzzəti dada bilməsin. Lakin sağlam və ac bir insan, hətta bir tikə quru çörəyi yeyəndə də, ləzzət alır. Deməli, mühüm olan budur ki, insanda ehtiyac və ibadətdən ləzzət almaq hissi dirçəlsin.
    Əvvəlki cümlələrdə Peyğəmbərin (s) hədislərindən birinə işarə edildi ki, o həzrət buyurmuşdur: «Mənim namaza bağlılığım acın çörəyə, susuzun suya olan istəyindən daha çoxdur. Çünki onlar istəklərinə çatanda doyurlar, lakin mən namazdan doymuram».
    İmam Sadiq (ə) Allah bəndəçiliyinə vurğun adamın damağında olan ibadətin şirinliyi ilə əlaqədar buyurur: «Əgər Allaha bəndəçiliyin şirinliyini dada, onun bərəkətini görə və onun nuru ilə qəlbini işıqlandıra bilsən, səni tikə-tikə doğrasalar belə, bir an da olsun ondan əl çəkməzsən»(«Müstədrəkül-vəsail», cild 11, səh. 253.).
    Başqa bir rəvayətdə imam Sadiq (ə) buyurur: «İbadətin şirinliyini tələb etdim (soraqlaşdım, axtardım). nəhayət, onu günahın tərkində (günahdan çəkinməkdə) tapdım»(Həmin mənbə, cild 31, fəsil 101, səh. 173.).
    Category: Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 930 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024