İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 5 » Ariflərdən
    5:36 PM
    Ariflərdən
    OTUZ İL ƏLLAMƏ TƏBATƏBAİNİN HÜZURUNDA
    Cənab hacı Şeyx Əli Ağa Əllamə Təbatəbainin hüzurunda ciddi təlaşlar göstərmiş, onun tövhid maarifi nurundan bəhrələnmişdir. Ustad hacı ağa Eydi Xürrəmabadi Səadətpərvərin dilindən belə nəql edir: "Otuz il Əllamənin hüzurunda oldum. İki dəfə dərsində iştirak edə bilmədim. Bir dəfə qızlarımdan birinin toyu idi, bir dəfə də dərsə gedərkən yolda evinin üstünü təmizləyən seyidə kömək etmək qərarım mane oldu. Həmin vaxt düşündüm ki, ustad bu qocaya kömək etməyimi dərsdən üstün tutar.
    AYƏTULLAH HACI ŞEYX ƏLİ ƏKBƏR BÜRHAN
    Allah-taalanın lütf əli öz övliyalarının üzərinə kölgə salır. Bu diqqət sayəsində insanlar tərbiyələnir. Allahın diqqəti hacı Əli Ağa Pəhləvaninin həyatında da özünü göstərirdi. Bu böyük insan Tehranın ən üstün və pak şəxsiyyətlərindən bəhrələnmişdi.
    Söhbətin bu məqamında ustadın özündən və şagirdlərindən eşitdiyim bəzi nöqtələri qeyd edirəm.
    Ustadın hörmətlə yada saldığı şəxslərdən biri mərhum hacı Şeyx Əli Əkbər Bürhan idi. Ustad bu şəxslə görüşü ilahi tövfiq sayırdı. Hicri-qəməri 1374-cü ildə xidmətində olduğumuz vaxt mərhum Bürhanın adı çəkildi. Həmin vaxt ustad buyurdu: "Həqiqətən, o bizim ikinci ustadımız sayılır. Əllamə Təbatəbaidən sonra onun zəhmət və haqqı birincidir.”
    1374-cü ildəki görüşlərdən birində belə buyurdu: "Tehranda Bürhan adlı bir şəxs vardı. O pak alimlərdən, ilahi insanlardan, Əllamə Qazinin şagirdlərindən idi. O, Tehranın məqama çatmış insanlarından idi və şagirdlərini də mənzilə yönəldə bilirdi. Hər il İraqa məsumların ziyarətinə və Əllamə Qazinin görüşünə gedirdi. Kəbə ziyarətinə getdiyi vaxt dünyasını dəyişdi və həmin müqəddəs məkanda dəfn olundu. Tehrandakı Lorzadə məscidi onun zəhməti ilə tikilib.
    MİRSEYYİDƏLİ MÜFƏSSİR
    Cənab ustadın faydalandığı nurani şəxsiyyətlərdən biri də Ayətullah Mirseyyidəli Müfəssirdir. 1379-cu ilə təsadüf edən məclislərdən birində buyurdu: "Mirseyyidəli Müfəssir insan tərbiyə etmiş alimlərdən idi. Onun tərbiyə etdiyi şəxslər cəmiyyətin salehlərindən idi. Gənclik yaşlarımda onun xidmətində olmuşdum.”
    Mərhum Şeyx Məhəmməd Hüseyn Zahid onun şagirdlərindən olub. Mirseyyidəli Müfəssir bəzən ağır ictimai durumdan, xalqın ağır vəziyyətdə olmasından təsirlənib bu şeri oxuyardı:
    Elə ki, hökm olur məstlər tutula,
    Tutulur hər kim ki, küçədə ola.
    ONA DE Kİ, HƏMİN MAŞINLA GƏLMƏSİN.
    Cənab Şeyx Əli Ağa Səadətpərvər Pəhləvani elə bir insan idi ki, onu tanımaq üçün illər uzunu hüzurunda əyləşməli idin. Onun ilahi nəfəsi insanlar üçün böyük bərəkətə malik idi. Kimsəni incitməz, istənilən bir şəkildə insanlara xidmət etməyə çalışardı.
    Birbaşa kömək etmək imkanında olmadığı şəxslərə mənəvi baxımdan xeyir verməyə səy göstərərdi.
    Ustadın şagirdlərindən biri belə nəql edirdi: Ustadın ömrünün son ilində təbliğ üçün məntəqələrdən birinə getmişdim. Ramazan ayı tamam oldu. Geri qayıdarkən bir maşın tapıldı və Quma gəlmək üçün müəyyən adamlar toplaşdı. Yola çıxmaq istəyərkən dostlardan biri cib telefonuma zəng vurub dedi: "Yuxuda qoca bir kişi gördüm. Söylədi ki, həmin maşınla yola çıxmasın. Çox məcbur olsa istixarə etsin.” İstixarə etdim, pis gəldi. Nəzir etdim ki, Şiraza çatan kimi Yeddi tən qəbrinin kənarında həzrət Əbülfəzl rövzəsi oxuyacağam. Bundan sonra istixarə etdim, yaxşı gəldi. Biz maşına minib sağ-salamat Quma çatdıq.
    Bir neçə ay sonra ustad dünyasını dəyişdi. Mənə zəng vurub yuxusunu danışan şəxs ustadın şəkilini görüb söylədi: "Bu həmin yuxuda gördüyüm şəxsdir. Məlum oldu ki, ustad bizi nə qədər sevirmiş.”
    Bir dəfə Məşhədə getmək istəyirdik. Ağa buyurdu ki, nəzərdə tutduğunuz maşınla getməyin. Biz də ona qulaq asıb getmədik. Sonradan bildik ki, Məşhədə yola düşən həmin maşın qəzaya uğrayıb və bütün müsafirlər Quma qayıdıblar.
    ƏŞHƏDÜ ƏNNƏ ƏLİYYƏN VƏLİYULLAH KƏLMƏLƏRİNİN TƏSİRİ
    Hicri-şəmsi 1374-cü ilin aban ayında ustadın şagirdlərindən birinin xidmətində idim. Hacı Şeyx Ağa Əli Pəhləvanidən söz düşdü. Ustadın şagirdi buyurdu: "Ustad öz müşahidələrindən biri haqqında belə danışırdı: "Bir gün azançı azan verərkən "Əşhədü ənnə Əliyyən vəliyyullah” kəlmələrini deyəndə halım dəyişdi, özümü Kərbəlada gördüm. Seyyüdüş-şühədanın (ə) qəbri öncə bir çökəkdə yerləşirdi və pillələri vardı. Mən yuxarıdan baxırdım. Qəbir olan yerdən bir nur qalxdı. Bir biganə də gəlib boylandı. Qəfildən nur arasından bir od çıxıb onu kənara atdı. Həmin müşahidəm zamanı mənə tövhid maarifi əta olunmuşdu. Orada gördüklərim adi həyatda bir ay çəkərdi. Özümə gələndə hələ azançı "Əşhədu ənnə Əliyyən vəliyyullah" kəlmələrini bitirməmişdi.”
    XANIM FATİMƏDƏN BİR MÜŞAHİDƏ
    Hicri-qəməri 1425-ci ilin ramazan ayı ötmüşdü. Şeyx buyurdu: "Ramazan ayının iyirmi dördüncü gecəsi yarıdan ötmüş gözümə xanım Fatimə (s) göründü. Əyninə sarı libas geyinmişdi. Bəzi nöqtələri açıqladı. Anladım ki, onun övladlarına qarşı hörmətsizlik özünə qarşı hörmətsizlik kimidir. Əgər bir şəxs bir seyyidə xanımı vurarsa, xanım Fatiməyə (ə) əl qaldırmış kimidir. Həmin haldan sonra bir saat özümə gələ bilmədim. Dayanmadan ağlayırdım." Ustad bu sözləri danışanda ağlayırdı. O buyurdu: "Bilmirəm xanım bu sözləri mənə nə üçün dedi? Olsun ki, dostlarım arasında elə birisi var ki, seyyidə xanımını və ya seyyid övladlarını incidir. Bu işdən uzaq olun. Anası seyid olan da seyyid hökmündədir. Onlara da hörmətsizlik etməyin, onları da vurmayın.” Ustad bütün bu sözləri deyərkən ağlayır, həyəcanlanırdı.
    Arif hacı Şeyx Əli Ağa Pəhləvani buyururdu: "İmam Xomeyninin (r) ustadı Ayətullah Şahabadi övladlarına deyirdi: "Oğlum, gecələr yatan vaxt Ayətəl-kürsi oxu, sonra yat.” Oğlan da Ayətəl-kürsinin birinci ayəsini oxuyub yatarmış. Bir gecə yuxuda xanım Fatiməni görür. Xanım ona buyurur: "Oğlum, Ayətəl-kürsi "fi ha xalidun” ifadəsinə qədər üç ayədir.” Oğlan yuxudan oyanıb yuxusunu atasına danışır. Atası buyurur: "İki çətinliyim həll oldu. Biri Ayətəl-kürsinin üç ayə olması, ikinci anası seyid olanın seyid olması.” Ayətullah Şahabadinin xanımı seyyidə idi. Alim xanım Fatimənin (ə) onun övladına "oğlum” deməsindən belə bir qənaətə gəlmişdi.
    SABAH HESAB GÜNÜDÜR
    Höccətül-İslam hacı Seyid Mustafa Hərəndi buyururdu: "Bir gün hacı Şeyx Əli Ağa Pəhləvaninin hüzurunda idim. O buyurdu: "Nəql olunur ki, Əmirəl-möminin (ə) buyurmuşdur: "Bu gün əməl günüdür və hesab yoxdur. Sabah hesab günüdür, əməl yoxdur.” Bu hədisdən sonra buyurardı: "Səhhətim imkan verdiyi vaxtlar və cümə axşamları qəbiristanlığa gedərdim. Bir gün orada halım dəyişdi, qəbirlərin açıldığını gördüm. Qəbirdəkilər çox yorğun vəziyyətdə, həyəcan içində idilər. Anladım ki, bu dünyadan köçəndən sonra əməlin faydası yoxdur. Əməl yeri bu dünyadır və hesab yoxdur. Sabah isə hesab olacaq, əməl olmayacaq."
    XƏRABAT
    Ustadın şagirdlərindən biri belə nəql edir: Bir müddət belə qənaətə gəlmişdim ki, ustadın hüzurundan lazımınca istifadə edə bilmirəm. Bu xəyallarla onun maarif dərsinə getməmək qərarına gəldim. Bir gün sübh namazından sonra Əllamə Təbatəbai gözümə göründü. Belə bir şer oxudu:
    Əlin əlindəsə, buraxma gəl sən,
    Əlin çıxsa özün çıxarsan əldən.
    Bu əhvalatı hacı ağa Səadətpərvərə danışdım. Buyurdu: "Əllamənin bizə tövsiyələri olub. Amma haradadır eşidən qulaq?!" Ərz etdim ki, bu şer kimdəndir? Buyurdular: "Xərabatdan.”
    RƏCƏBİYYƏ GÖRÜNTÜLƏRİ
    Hicri-qəməri 1385-ci ilin xordad ayında hacı ağa Mücahidi ilə söhbət zamanı eşitdim ki, arif Şeyx məclislərindən birində buyurub: "Rəcəb ayının son gecələrindən birində gecə yarı məni oyatdılar. Hiss etdim ki, kimsə qapını döyür. Durub qapını açdım. Kimsə yox idi. Anladım ki, burada bir məqsəd var. Dəstəmaz alıb ibadətə başladım. Həmin gecə mənə lütf olundu.” Cənab ustad buyurur: "Mənə "Həyy” və "qəyyum” adlarını dərk etdirdilər. Bu rəcəb ayının hədiyyəsi idi. Allah-taalanın "Həyy” və "qəyyum” adları özündə bir çox sifətləri toplayan adlardandır. Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, Ayətəl-kürsi ayələrin seyididir. Bunun səbəbi həmin ayələrdəki "Həyy” və "qəyyum” adları ola bilər. Allah-taala buyurur: "Allahu la ilahə illa huvəl həyyul qəyyum...” 
    HURUL-EYİNLƏR ARASINDA
    Ustadın qədim şagirdlərindən biri nəql edir ki, məclislərdən birində buyurmuşdur: "Bir gecə yuxuda hurul-eynlər gördüm. Məni əhatəyə almışdılar. Gözəllikdə misilləri yox idi. Mən dünya həyatındakı adətimə uyğun olaraq başımı aşağı salıb onlara baxmaq istəmədim. Amma onlar məni buraxmırdılar. Bu vaxt onlardan biri gözəl səslə dedi: "Bizi tanımırsan? Biz sənin dünən gecəki əməllərinik.” Yuxudan oyandıqdan sonra nə qədər düşündümsə hansı əməllərimdən söhbət getdiyini anlamadım. Bəli, gözəl əməl bu sayağı cazibəli cilvələnir. Bəzən qəflət yuxusundan oyanmağımız üçün belə görüntülər olur.” 
    SEVDİYİNİZ ŞEYLƏRİ BURAYA GƏTİRMƏYİN!
    Ustad bir gecə məclisdə buyurdu: "Kəşf aləmində (ruhani aləmdə) gördüm ki, hamınız ayaqqabılarınızı otağın içindəki taxçaya düzmüsünüz və onlar par-par parıldayır. Ağalar, bunlar sizin sevdiyiniz şeylərdir, onları özünüzlə buraya gətirməyin.”
    USTADIN HÜZURU
    Hacı Şeyx Əli Ağanın hüzuru mələklərin və ilahi insanların toplandığı nurani bir hüzur idi. Ustadın hüzurunun başqa bir dadı, başqa bir zövqü vardı. Ustadın və onun şagirdlərinin simasında iman və mərifət nuru bərq vururdu. Bu məclislərdə Allahın övliyaları yada salınır, onların ilahi səciyyələri zikr olunurdu. Həmin məclislərə zinət verən bəzi nöqtələri yada salaq.
    MİRZƏ ƏLİ AĞA ŞİRAZİ
    Ustad hacı Şeyx Məhəmməd Əli Mücahidi Nəcəfabadi hicri-qəməri 1426-cı il, Qurban bayramı günü Nəcəfabadda söhbəti zamanı buyurdu: "Bir cümə günü hacı Mirzə Əli Ağa Şirazi qoltuğunda hamam boxçası sürətlə gedirdi. Ömrünün axır günlərində beli bükülmüşdü. Amma inqilabi bir əhval-ruhiyyədə idi. Daim gözləri yaşlı olardı. Özümü ona çatdırıb boxçasını aldım və hamamadək ötürdüm.”
    TƏBLİĞ, YOXSA TƏRBİYƏ?
    Hicri-şəmsi 1376-cı ilin mehr ayında onun hüzurunda olduğum vaxt təbliğdən söz düşdü. Ustad buyurdu: "Bir müddət təbliğə gedəndən sonra vəzifəmlə bağlı tərəddüdə düşdüm. Mənə elə gəldi ki, vəzifəm hövzədə qalıb tələbələrin əxlaqı ilə məşğul olmaqdır. Buna görə də bir daha təbliğə getmədim. Otuz beş ildir ki, tələbələrlə məşğulam. Təlaş göstərin. Bu şərait həmişə olası deyil. Bir vaxt bu çıraq sönər və həsrət çəkərsiniz.”
    MOLLA ƏLİ KƏNİNİN BUYURUĞUNUN TƏSİRİ
    Hicri-şəmsi 1376-cı il məclislərin birində sözünün sonunda buyurdu: "İnsan olun, özünüzü islah edin ki, sizi eşitsinlər, xidmət edə biləsiz.” Sonra buyurdu: "Qacar sarayında xidmət göstərənlərdən biri nəql edirdi ki, bir gün taxçaları təmizləyəndə bir kağız tapdım. Kağızda bir dükançının əhvalatı yazılmışdı. Tehranda yol genişləndirilərkən bu kişinin dükanını sökmək lazım gəlir. Fəthəli Şah Qacar molla Əli Kənidən soruşur ki, bu işi görə bilər, yoxsa yox? Qacara cavab olaraq molla Əli Kəni yalnız bir cümlə yazır: "Ələm tərə kəyfə fəələ Rəbbukə bi əshabil-fil.” Ustad bu ayəni Qacarın nəzərinə çatdırmaqla dükanı sökməyin zülm olduğunu bildirir. Fəthəli Şah Qacar molla Əli Kəninin sözü ilə fikirindən daşınır.” Ustad həmin dükanın ünvanını da söylədi.
    YAZILARIN SUYA ATILMASI
    Hicri-qəməri 1427-ci ilin şəban ayında onun görüşündə idim. Buyurdu ki, bir dəfə bütün yazılarını çaya atıb. Əllamə Təbatəbainin də Nəcəfdən qayıtdığı vaxt bütün yazılarını çaya atdığı söylənilir.
    Category: Ariflərdən | Views: 1100 | Added by: Islam_Kitabxanasi | Rating: 2.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024