İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 5 » Ariflərdən
    5:35 PM
    Ariflərdən
    YUXUNUN BİZƏ ÇATMAMIŞ ZİKİRLƏRİ VAR
    Hicri-şəmsi 1375-ci ildə ustadın xidmətində olduğum vaxt Allahın "həyy” sifətindən söz düşdü. Ustad buyurdu: "Allahın "həyy” sifətində bir çox adlar toplanmışdır. Allahı "həyy” adı ilə çağırmaq Onun bir çox adlarını dilə gətirməkdir. Bir dəfə mənə yuxuda dedilər ki, axund Hüseynqulu Həmədani kitablarda yazılmış göstərişlərdən əlavə göstəriş və zikirlər bilir. Mən yuxumu yazıb Əllamə Təbatəbainin yanına gəldim. Həmin məktub uzun müddət onun yanında qaldı və sonda itdi. Mərhum Təbatəbai məktub əhvalatını qardaşına danışmışdı. Bir gün mənzilində onunla görüşdüm. Qardaşı ağa seyid Məhəmməd Həsən İlahi Təbrizi orada idi. Ustad ağa İlahiyə dedi ki, haqqında danışılan məktub ona aiddir və Allahın adlarından bildiklərini söyləsin. Ağa seyyid Məhəmməd Həsən İlahi buyurdu: "Qoy "ya həyy” desin." Mərhum Əllamə buyurdu: "Ya” hissəsinə ehtiyac yoxdur, qoy "Həyy” söyləsin” Bəli, mənim ustadım o idi, halımı daha yaxşı bilirdi. Bir sözlə, ağa seyid Məhəmməd Həsən İlahi də inanırdı ki, "həyy” adında bir çox adlar toplanıb. Mərhum ağa Əllamənin təfsirinin birinci cildində və "Vəsaili-səbə”də yazılanlardan da məlum olur ki, "həyy” sifətində bir çox vəsflər var.
    TANINMAMIŞ QALSAM DAHA YAXŞIDIR
    Hicri-şəmsi 1375-ci ildə ustadın son təhsil yığıncağı idi. Dostlardan biri Şeyx Əli Ağaya ərz etdi ki, sizinlə birlikdə şəkil çəkdirmək istəyirik. Ustad buyurdu: "Mənim üçün tanınmamaq daha yaxşıdır. Əllamə Təbatəbai nəql edirdi ki, mərhum Qazi şəkil çəkdirməyi bir təsvir nümunəsi kimi haram sayırdı. Bu səbəbdən də heç vaxt şəkil çəkdirməzmiş. Bir gün ağa pula ehtiyacı olduğundan torpağını satmaq istəyir. Ona deyirlər ki, bu işin həyata keçməsi üçün vəsiqənizdə şəkliniz olmalıdır. Bir sözlə, ustad şəkil çəkdirməyə məcbur olur. Onun müşayiət edən dostlardan biri şəkilçiyə deyir ki, ustadın gözəl bir şəkilini çək, istəyən çoxdur. Belə ki, ustad bir neçə şəkil çəkdirir. Şagirdlər şəkili bir-birlərinin əlindən alır, şuluğ salırlar. Ağa buyurur: "Sizin ağlınız yoxdur. Mən özüm burada oturmuşam, siz mənim şəkilimə görə dava edirsiniz.” Əllamə Təbatəbai buyurur ki, həmin məclisdə şəkil almaq istəyənlərin biri də mən idim.
    HƏZRƏT SALMANIN MƏZARINDAKI İBRƏTAMİZ YAZI
    Bir dəfə məclisin sonunda ustad ölümü yada salmağın əhəmiyyətindən və o biri dünyanın çətinliklərindən danışdı. Onun bu mövzuya müraciəti bir növ əsas dərsin tamamlanması idi. Ustad buyurdu: "Cənab Salman dünyasını dəyişəndə onu Əmirəl-möminin (ə) dəfn etdi. Qəbrinin üzərinə su səpib barmağı ilə qəbirin üzərinə Salmanın dilindən iki beyt şer yazdı. Şerdə yalnız xeyir əməl və pak qəlbin axirət azuqəsi olduğu bildirilirdi. Bəli, Əmirəl-möminin həzrət Salmanın məqamından xəbərdar idi. Bu səbəbdən də şeri Salmanın dilindən yazmışdı. Kamillik və səadət yolunun çətinlikləri var və insan bu istiqamətdə çox çalışmalıdır. Salmanın qəbri üzərində yazılmış sözlər bir ibrətdir.
    ƏLLAMƏ TƏBATƏBAİNİN ADINI DƏYİŞMƏSİ
    Ustad məclislərindən birində buyurdu: "Mərhum Əllamə Təbatəbai Qazi adı ilə tanınırdı. Ona yazılmış məktub səhvən Ayətullah Seyid Hüseyn Qaziyə getdiyindən mərhum Əllamə bu adı dəyişib Təbatəbai adını götürmüşdür. Qardaşı Ayətullah Seyid Məhəmməd Həsən İlahi də səhv düşməsin deyə İlahi soyadını götürmüşdür.
    HƏYAT YOLDAŞINA TƏŞƏKKÜR
    Ustad hacı ağa Pəhləvani həyat yoldaşına ehtiramla bağlı buyururdu: "Onlara təşəkkür edin. Bişirdikləri yemək şor və ya pis olsa belə onlara "sağ ol" deyin. Siz yeməkdən razılıq etdikdə həyat yoldaşlarınız xoşhal olur. Onların xoşhallığı sizin mənəvi təkamülünüzə səbəb olur. Bir dəfə gənclik vaxtımda ailəmlə sərt davrandım. Məna aləmində mənə dedilər: "İyirmi illik əməllərin hədər oldu.”
    Məclislərində təkrar-təkrar buyurardı: "Mənəvi və ictimai məsələlərdə özünüzə qarşı ciddi olun. Amma ailənizlə xoş davranın. Öz əqidənizi həyat yoldaşınıza məcburi olaraq qəbul etdirməyin. Əgər onlar televizora baxmaq istəyirlərsə, mane olmayın. Televizorun pisliyi sizə məlumdursa, özünüz baxmayın.
    VƏHDƏT KİRMANŞAHİNİN ŞERLƏRİ
    Bir gün hacı Şeyx Əli Ağa Pəhləvaninin xidmətində olduğumuz vaxt ariflərdən söz düşdü. Vəhdət Kirmanşahinin şerləri oxundu. Ustad bu şerləri təriflədi, onun tövhidi şerlərini xüsusi qeyd etdi. Böyük şövqlə həmin şerlərdən oxudu. Ustad şiə ürfanı ilə bağlı şerləri, xüsusi ilə axund molla Hüseynqulu Həmədani haqqındakı şerləri fərəhlə oxuyurdu. Şerləri oxuyub qurtardıqdan sonra buyurdu: "Vəhdət necə də gözəl şer yazır!”
    İSTƏYİRƏM İMAM HÜSEYNƏ AĞLAYA – AĞLAYA YUXULAYAM
    Bir gün Ayətullah hacı Şeyx Abbas Tehranidən söz düşdü. Ustad bu arif insanı Höccətiyyə mədrəsəsinə gətirdi və "Nüdbə” duası oxundu. Sonradan ustad danışırdı ki, mərhum Şeyx Abbas Tehrani hacı Seyid Sadiq Şəmsdən rövzə istəyib demişdi: "İstəyirəm yatanda dinləyim və Hüseynə ağlaya-ağlaya yuxulayım.”
    AYƏTULLAH BEHCƏTİN NAMAZINA XÜSUSİ DİQQƏT
    Ustad hacı Şeyx Əli Ağa Pəhləvani Ayətullah-üzma Behcətin namazına çox diqqət göstərirdi. Şagirdlərinə tapşırırdı ki, bu böyük arifin məscidinə gedib namazında iştirak etsinlər. Ustad həmin namazın ilahi ab-havasını duyurdu.
    İman dostlarından biri belə deyirdi: "Hicri-qəməri 1424-ci ilin zil-hiccə ayında ustadla görüşdüm. Ustad buyurdu: "Bu gün Ayətullah Behcətin namazında olmusanmı?” Ərz etdim ki, xeyr. Ustad buyurdu: "Çox şey itirmisən. Bu məsciddə namazda iştirak etsək yaxşıdır.”
    Bir dəfə də ustadın hüzurunda olduğumuz vaxt həzrət Ayətullah Behcətin namazından söz düşdü. Ustad buyurdu: "Bu şəxsin namazında iştirak edin. O, Rəbbani alimlərdəndir. Onun namazında bərəkət var, bu bərəkəti əldən buraxmayın.”
    Ustadın şagirdlərindən biri belə xatırlayır: "Ustadın tərbiyə etdiyi şagirdlər Ayətullah Behcətin namazında olurdular. Onlar bu böyük arifin mənəvi xəzinəsindən faydalanırdılar.”
    İSFAHAN BÖYÜKLƏRİNDƏN BİRİ İLƏ GÖRÜŞ
    Hicri-qəməri 1426-cı ilin cəmadiüs-sani ayının on birində günortadan sonra İsfahan böyüklərindən birinin görüşündə olduq və onun hüzurundan feyz aldıq. Bu görüşdə çox dəyərli nöqtələr açıqlandı. Biz ilahi yol aşiqlərinə ibrət, Əhli-beyt maarifinə bağlı insanlara bəhrə olsun deyə həmin nöqtələrdən bəzilərini zikr edirik. Bu böyük insan bizimlə şərt kəsdi və buyurdu ki, əgər nəsə yazacaqsınızsa şərtim budur ki, ad çəkilməsin. Dedi ki, qorxuram adımı çəkəsiniz, xalq elə düşünə ki, "Əliabad da bir kənddir." Onun bu şərtinə əməl edib adını çəkmirik. Sizdən buna görə üzr istəyirik.
    SEYYİD BƏHRÜL-ÜLUMUN RUHİ TƏLATÜMİ
    Bəzi nöqtələr üzbəüz söhbətdə açıqlanmışdır. Həzrət Ayətullah Behcət buyurur: "Seyyid Bəhrül-ülum kimya elmini öyrənmək üçün ağa Məhəmməd Beydəbadinin yanına gedir. Həmin vaxt kimya elmi çox rövnəqlənmişdi və dəyərli sayılırdı. Mərhum ağa Məhəmməd Beydəbadi onu çay kənarına gətirmişdi. Seyid Bəhrül-ülum çaya baxıb onun başdan-başa qızıl, ləl-cəvahirat olduğunu görmüşdü. Bu görüntü onda ruhi bir inqilab yaratmışdı.
    ƏGƏR BƏYƏNMİRSƏNSƏ, QƏZA-QƏDƏRİ DƏYİŞ!
    Bir qrup rəzil insan mərhum ağa Məhəmməd Beydəbadini incitmək fikirinə düşür. Onu tovlayaraq evlərinə gətirirlər və hüzurunda eyş-işrətə məşğul olub bir ağızdan təkrarlayırlar: " Əgər bəyənmirsənsə qəza-qədəri dəyiş.” Mərhum arif bu əhvalatdan çox narahat olur və buyurur: "Dəyişdik!” Bir anda məclisdəkilərin əhvalı dəyişir, onlarda inqilabi ruh yaranır. Hamılıqla tövbə edib arifdən üzr istəyirlər.
    AĞA MƏHƏMMƏD CAVAD BEYDƏBADİ HAQQINDA
    Mərhum hacı Məhəmməd Cavad Beydəbadi dünya malına rəğbətsiz idi. Amma müşkülünün həll olması üçün yanına gələn imkanlı insanlardan yüz on riyal tələb edərdi. Xidmətçisi belə deyir: "Həmin pulları döşəyinin altına qoyar və axşama qədər kömək istəyənlərə əl tutardı."
    Arif adətən pul verdiyi adamlara tövsiyə edərdi ki, həmin pulu kisədibi etsinlər. Kim belə edirdisə, işi yoluna düşürdü, həmin pul hesabına bərəkətə çatırdı.
    Yaxınlardan biri belə nəql edir: Atam hacı Məhəmməd Cavad Beydəbadi ilə tanış idi. Ağır maddi çətinliyə düşdüyü bir vaxt Ağa Məhəmməd Cavad Beydəbadinin yanına gedib vəziyyətini danışır. Ağa atamın sözlərini dinləyib buyurur: "Neçə nəfərsiniz?” Atam bildirir ki, ailə yeddi nəfərdən ibarətdir. Arif yeddi tikə quru çörək götürüb atama verir və buyurur: "Bu çörəkləri süfrənizə qoyun, amma yeməyin.” Atam onun əmrini yerinə yetirir. Həmin vaxtdan İsfahanın ən varlı insanları ehtiyaca düşsə də, bizim ailə möhtaclıqdan qurtarır! Mərhum Şeyx paklığa çox diqqət yetirirdi. Cünub halda yatmaq məkruh olduğundan hamamçıdan hamamın açarını almışdı. Gecə ehtiyac olan kimi hamama gedirdi. Heç vaxt sübhədək cənabət halında qalmırdı.
    Qəlbin səfası üçün tövsiyə edirdi ki, iki iş görülməlidir: namazı vaxtında qılmaq, tülu və qürubdan öncə "Məfatihul-cinan”dakı bir zikri on dəfə təkrarlamaq: "La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyyun la yəmutu biyədihil-xəyru və huvə əla kulli şəyin qədir.” Hətta bəzi rəvayətlərdə bu zikrin qəzasını yerinə yetirmək tövsiyə olunur.
    Mərhum Şeyx onun görüşünə gələnlərin əksərinə belə tövsiyə edirdi: "Öncə, bütün hallarda paklıq; ikincisi, namazı vaxtında qılmaq; üçüncüsü, cümə qüslünü yerinə yetirmək; dördüncüsü, sübh vaxtı oyaq qalmaq; beşincisi, özünü daim imam Mehdinin (ə) hüzurunda bilmək.
    Onun ilahi təkamül yolunda kimə şagird olduğunu bilmirəm. Amma yadıma gəlir ki, mərhum molla Fəthəli Sultanabadi ilə birlikdə səfərdə olublar.
    ƏHLİ – BEYTLƏ MÜQAYİSƏDƏ HEÇİK
    Bəndə (mən) iki dəfə hacı Şeyx Həsənəli Noxudəkinin görüşündə olmuşam. Görüşdən məqsəd qarşılaşdığım müşkülün həlli olub. Yaxınlardan biri xəstələnmişdi və mən Məşhəddə ağanın xidmətinə getdim. Ondan kömək istədim və müşkülüm həll oldu.
    Mərhum Seyid Abdullah Fatimi hövzəyə gəldiyi vaxtlarda belə buyururdu: "Bir gün gözətçi mədrəsəyə gəlib hacı Şeyx Həsənəli Noxudəki ilə görüşdü. Onun zövcəsinin halı çox pis idi, Şeyxdən kömək istəyirdi. Şeyx ona bir neçə ədəd əncir verdi. Dedi ki, bunları yesin, inşallah sağalar. Həmin şəxs ağaya belə dedi: "Zövcəmin boğazından su da keçmir!” Mərhum Şeyx buyurdu: "Eybi yox, özün yeyərsən, inşallah zövcən sağalar.” Seyid Abdullah Fatimi deyir ki, mən bu işə təəccüb etdim. Düşündüm ki, necə ola bilər ki, başqa biri nəsə yeyə və xəstə sağala? Bu barədə Şeyx Həsənəlidən soruşdum. O buyurdu: "Biz xəstəyə bir şey veririk ki, onların diqqətini özümüzdən yayındıraq. Yoxsa onların müşküllərinin həlli üçün dua etməyimiz bəs edər.”
    ELMDƏN ƏMƏLƏDƏK
    Dostlardan biri soruşdu ki, sizdən bir şəxs göstəriş istəyəndə ona nə tapşırırsınız? Şeyx buyurdu: "Mərhum hacı Şeyx Rəcəbəli Xəyyatdan nəql olunur ki, belə buyurub: "Əgər usta fəhlədən aldığı kərpici divara qoymasa işin nəticəsi olmaz. Siz yalnız soruşursunuz, amma əməl etmirsiniz.”
    ŞEYTANIN HİYLƏLƏRİNƏ DİQQƏT
    Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Ənsari Həmədani belə nəql edirdi: Bir şəxs can verirdi. Görür ki, mələklər bir tərəfdə, şeytanlar o biri tərəfdə dayanıb. O dərhal şeytanlarla dava-dalaşa başlayır. Mələklər onu nə qədər çağırırsa, eşitmir. Nəhayət, mələklər ağlamağa başlayır. Can verən şəxs mələklərə üz tutub deyir: "Mən onlarla vuruşurdum, onlara heç bir meylim yoxdur.” Mələklər deyir: "Onlar sənin diqqətini yayındırmaq istəyirlər. Sən düşünürsən ki, onlarla dalaşırsan. Amma onların bir hiyləsi də baş qatmaqdır.”
    CƏNAB USTAD HACI AĞA MƏRVİ İLƏ MÜSAHİBƏ
    Hicri-qəməri 1427-ci il, səfər ayının on altısında həzrət Musa ibn Cəfərin (ə) mövlud gecəsi hacı ağa Mərvi ilə görüş nəsibimiz oldu. Ustad Bircənə səfərində yolüstü Nəcəfabada təşrif gətirmişdi. Qısa bir müddət onunla görüşdən feyz aldıq. Nəcəfabad hövzəsinin bir qrup alimi ilə görüşdə Allah övliyalarının mənəvi halından söz düşdü. Həmin görüşdən bəzi dəyərli nöqtələri xatırlamaq faydalı olar.
    ALLAH ÖVLİYALARININ KƏRAMƏTİ
    Mərhum Ayətullah hacı Seyid Abdullah Fatimi Şirazda yaşayan övliyalardan idi. Onun həyat yoldaşı vəfat edəndə hacı Şeyx Əsədullah Şiraza gəlir və Seyid Abdullah Fatimiyə xidmət üçün Şirazda qalır. On ilə yaxın ustada xidmət göstərir. O belə nəql edir: Bir gün Seyid Abdullah Fatiminin xidmətində olduğumuz vaxt qonşunun evindən səs-küy qalxdı. Bu səs çox narahatedici idi. Bir qədər keçəndən sonra on altı-on yeddi yaşlarında bir gənc gəlib özünü ustadın ayaqlarına atdı və dedi: "Mən atamı sizdən istəyirəm.” Anladıq ki, qonşu dünyasını dəyişdiyindən orada səs-küy qalxıb. Gənc yalnız bir söz təkrarlayırdı: "Mən atamı sizdən istəyirəm.” Ustad buyurdu: "Atana nə olub? Məgər sağ deyil? Onu məndən istəyirsiniz?” Ağanın sözləri başa çatmamış qonşuda səs-küy kəsildi. Gənc qalxıb qonşu həyətə keçdi. Çox keçməmiş geri qayıdıb göz yaşları içində ağaya təşəkkür etdi. Oraya gedib nə baş verməsi ilə maraqlandıq; qonşu həyətə keçdik. Bir nəfər yataqda idi. Hamı başına yığışmışdı. Yaxınlaşıb soruşduq: "Ağa sənə nə olub?” Dedi: "İki mələk qollarımdan yapışıb sürətlə aparırdı. Ağa Seyid Abdullah Fatimi gəlib məni tutdu və həmin iki mələkdən alıb geri qaytardı.”
    YADINDAN ÇIXANI YADINA SALDIM
    Şeyx Əsədullah nəql edir: Ayətullah Seyid Abdullah Fatimi nə vaxt Şirazdan Quma gəlirdisə bizim mənzildə qalırdı. Bir gün sübh azanından öncə xanım Məsumənin hərəminə getdik. Hərəmdə olduğumuz vaxt mərhum ustad hərəmdəki bir kişini çağırıb qulağına nəsə pıçıldadı. Kişi dərhal hərəmdən çıxdı. Mən ağadan həmin şəxsin kimliyini və ona nə dediyini soruşdum. Ağa buyurdu: "Bu ağa cənabətli vəziyyətdə idi, amma yadından çıxmışdı. Mən onun yadına saldım ki, cənabət qüslü verməlidir. O da dərhal hərəmi tərk etdi!”
    AYƏTULLAH SEYİD ƏBDÜLKƏRİM KƏŞMİRİNİN XƏSTƏLİKLƏRİ
    Mərhum Şeyx Əsədullah cənab Kəşmiri ilə də tanış idi. Amma Seyid Abdullah Fatimi ilə daha yaxın idi. Şeyx Əsədullah çox mehriban bir insan idi. Bir gün Ayətullah Kəşmirinin görüşünə getdik. Yeməyə balıq bişirilmişdi. Ayətullah Kəşmirinin əlləri əsdiyindən rahat hərəkət edə bilmirdi. Mərhum Əsədullah Ayətullah Kəşmirini yedirtdi. Balığın sümüklərini çıxarır və ağaya verirdi. Ona dedik ki, özün də bir şey ye. Buyurdu: "Siz yeyəndə mən də doyuram.” Ayətullah Seyid Əbdülkərim Kəşmiri ömrünün son vaxtlarında İsfahanda Ayətullah Nasirinin evində olduğu vaxt halı pisləşdi. Həmin vaxt Şeyx Əsədullah da orada olmuşdu. O belə nəql edir: Bir vaxt Ayətullah Nasirinin kürəkəni Malikinin bacısı dünyasını dəyişmişdi. Əzadarlıq məclisi qurulmuşdu. Mənə minbərə qalxmağı təklif etdilər. Bir neçə dəqiqə idi danışırdım. Mənə bir məktub verdilər ki, Kəşmiri ağanın vəziyyəti ağırlaşıb. Mən söhbəti tez başa vurub onun yanına gəldim. Rəngi ağarmışdı. Ayətullah hacı Şeyx Həsən Safinin oğlu cənab Safiyə xəbər göndərdik. İsfahanda kimsəni tanımırdıq. O bir həkim gətirdi. Həkim dedi ki, xəstəyə ağrıkəsici iynə vurulmalıdır. Ağrıkəsici o qədər güclü oldu ki, ağa sübh namazına qalxa bilmədi. Mən onu oyatdım, namazını qıldı. Sonra başımı ayağının yanına qoyub yatdım ki, oyansa xəbərim olsun.
    Sübh saat yeddi olardı. Artıq bir saat idi ki, günəş qalxmışdı. Gördüm ki, cənab Kəşmiri ayağa qalxıb. Məndən Mərvini soruşdu. Dedim ki, elə mən Mərviyəm. Buyurdu ki, əgər dünyamı dəyişərəmsə, məni xanım Məsumənin başı üstə dəfn edin. Başı üstə yer olmasa, fərqi yoxdur, harada olur olsun!
    Vəsiyyət ciddi məsələ olduğundan ağanı dinləməkdə davam etdim. Buyurdu: "Başqa heç bir ehtiyacım və vəsiyyətim yoxdur.” Sonra halı bir qədər yaxşılaşdı. Biz yola düşdük. Yolda ağanın vəziyyəti iki dəfə pisləşdi. Ayətullah Nasirinin oğlu da yanımızda idi. O bir qədər ananas suyu gətirib ağaya verdi. Ağanın halı bir qədər yaxşılaşdı. Az sonra vəziyyəti yenə də ağırlaşdı. Ailəsi Tehranda olsa da yolumuzu davam etdirə bilmədik. Ondan soruşduq ki, Gülpayiqaninin xəstəxanasında qalmağa razıdırmı? O buyurdu: "Yox, məni Tehrana aparın.” Düşündük ki, əvvəlcə həkimlərin rəyini öyrənək. Onu Ayətullah Gülpayiqaninin xəstəxanasına apardıq. Vüsuqi adlı bir həkim ağanı müayinə etdi. Bildirdi ki, ağır infarkt keçirib və yola çıxa bilməz. Beləcə, ağanı Qum xəstəxanasında yatırtdıq. Vüsuqi məni tanıyırdı. Astaca dedi: "Siz gedin Tehrana. Tehran xəstəxanasındakı kürəkənizlə danışın. Qoy bir otaq hazırlasın və təcili yardım maşını göndərsin." Bir qədər sonra ustadı Tehrana apardıq.
    Tehrana gəlib həyat yoldaşı və oğlu ilə görüşdük. Onlar çox nigaran idilər. Quma gəlib ağanı görmək istəyirdilər. Həyat yoldaşı və oğlu ilə Quma gəldik. Ağa israr edirdi ki, onu Tehrana aparaq. Dedim ki, həkim icazə vermir. Biz Tehrana getdik, səhəri gün Ayətullah Kəşmirini də gətirdik. Həmd olsun Allaha, sağaldı.
    Category: Ariflərdən | Views: 1260 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024