İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 18 » Allahın elçisi
    6:01 AM
    Allahın elçisi
    RƏSULULLAH (S) AĞIL NURU VƏ GÜZƏŞTƏ GETMƏ
    Qeyd olundu ki, böyük məsuliyyətlərə dözmək üçün insanda böyük dözüm, tutum lazımdır. Rəsulullah (s) məsuliyyəti isə ən çətin ictimai, siyasi və icrai məsuliyyət idi. Çünki bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun öhdəsində idi. Həzrət (s) uyğun məsuliyyətə dözə biləcək bir tutuma malik olmalı idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Ona görə də cəmiyyətə rəhbərlik məsuliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala onun tutumu və ağıl nuru haqqında belə buyurur: «Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Quran kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı üçün nümunə olası dəyərləri rəhbər tutdu.
    Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir. «Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur. O, istədiyinə əzab verir, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir» («Maidə» 40).
    Peyğəmbərin (s) həyatı həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir dərsdir. Peyğəmbər (s) ilahi göstəriş əsasında bağışlamağı əsas götürmüşdü: «Əfv və bağışlamağı əsas götürür və yaxşı işlərə rəğbətləndirir» («Əraf» 199). «Onların səhvlərini bağışla, xoş üzlü və dözümlü ol ki, Allah bağışlayan və xeyirxah insanları dost tutur» («Maidə» 13). Peyğəmbər onun haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi. «O, kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri bağışlayardı» («Bihar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər idi və ona qarşı çoxlu səhvlər buraxılırdı. O, müxtəlif fikirli insanların – müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə lazım gələndə bağışlayardı.
    əbu Süfyan bir ömür peyğəmbərlə düşmənlik etmiş, onun əleyhinə Ühüd, əzhab kimi döyüşlərə rəhbərlik etmişdi. Hətta Mədinədə də müsəlmanlara qarşı fitnələr qurmuşdu. Düz iyirmi il islamla düşmənçilik etmişdi. Hicri səkkizinci ildə Məkkə fəth edildi və bütpərəstlər süquta uğradı. Küfr başçıları peyğəmbərin hakimiyyəti altına düşdülər. Onların hər biri peyğəmbərin onlara qarşı necə rəftar edəcəyini gözləyirdilər. Bir dəstə insan «Bu gün döyüş və intiqam günüdür» şüarını verəndə peyğəmbər tərəfindən «Bu gün rəhmət günüdür» buyuruğu ilə ümumi əfv elan olundu. Düşmənlərə «gedin hamınız azadsız» deyildi. Bu ümumi əfv elan olunanda artıq əbu Süfyandan bir qorxu yox idi. Bu bağışlama çoxlarının qəlblərini yumşaltdı və ilahi dəyərlərə rəğbətləndirdi. Bu bağışlama məqamını seçmək rəhbərdən böyük düşüncə tələb edir. «Əfv daim insanın izzətinə səbəb olur»(«Üsuli-kafi» 1-ci cild). Əlbəttə ki, bu bağışlama yersiz deyildi.
    Peyğəmbər (s) əmisi Həmzənin qatili Vəhşini Məkkənin fəthindən bir müddət sonra bağışladı. Ona buyurdu:«Mənim gözümə görünmə». Aydındır ki, Vəhşi çox böyük cinayət etmişdi və onu bağışlamaq həzrət üçün çox çətin idi. Həzrət (s) Taif döyüşü əsirlərindən altı min nəfərini bir dəfəyə bağışladı. Bütün bu güzəştlər insanların qəlbinə təsir edirdi və daim onun əzəmətini ucaldırdı. Siyasi və ictimai rəhbərlikdə ondan nümunə götürülməlidir.
    AĞIL NURUNUN SƏMƏRƏSİ
    Doğru bir müdiriyyət və rəhbərlik yaratmaq üçün insanın tutumu, ağıl nuru mühüm rol oynayır və xeyli səmərəlidir. Ağıl nuru müxaliflərin və biganələrin haqqa yaxınlaşmasına, fikir oyanışına səbəb olur. Ağıl nuru və müdrik baxış başqalarını dəyərləri qiymətləndirməyə, quruculuğa həvəsləndirir. Rəhbərin ağıl nuru onu səmərəsiz fəaliyyətlərdən çəkindirir, ictimai qüvvələrin təşkilinə səbəb olur. Bu xüsusiyyətlərə görə insanların büdrəmələri bağışlanır. Nəhayət, ağıl nuru təxribatın və qüvvə itkisinin qarşısını alır, qüvvələri mütəşəkkil formada hədəfə doğru yönəldir.
    RƏSULULLAH (S) MÖHKƏMLİK VƏ QƏTİYYƏT
    Qeyd olundu ki, gözəl əxlaqın ölçüsü ilahi sifətlərdir! «O insan gözəl əxlaq və nümunəvi həyata malikdir ki, ilahi sifətlərlə bəzənsin». Peyğəmbər (s) bir nümunəvi insan, ilahi sifətlərin ifadəsi idi. Allah-taala bağışlayan və mərhəmətli olmaqla yanaşı, həm də böyük əzab sahibidir: «Bəndələrimə xəbər ver ki, Mən, həqiqətən bağışlayan və rəhm edənəm! Eyni zamanda əzabım da çox şiddətlidir» («Hicr» 49-50).
    Peyğəmbər (s) ilahi sifətlərin, «kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətli» ayəsinin ifadəsidir. O, lazım gələndə mərhəmətli bir insan olduğu kimi, bəzən də aşkar qətiyyət göstərirdi. Əgər həzrət (s) əbu Süfyanı bağışlayırdısa, demək, artıq əbu Süfyan qorxulu deyildi. Hansı ki, onun bağışlanması bir çox müşriklərin islama qayıtmasına səbəb oldu. Amma elə ki, qətiyyət göstərilməsi daha səmərəli olur, bu vaxt həzrət (s) tərəddüd etmədən qətiyyət göstərir.
    əgər dində qılınc vardırsa, uyuğun şəraitdə işləməlidir. Bu qılınc insan öldürmək üçün deyil. Din qılıncı cərrah bıçağı tək paklana bilməyən və başqalarını da paklanmağa qoymayan çirkinlikləri kəsib atır. «Əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, onların başçıları ilə vuruşun»(«Tövbə» 12). «Ey Peyğəmbər, kafirlər və münafiqlərlə cihad et, onlarla tünd rəftar et» («Təhrim» 9). Bu qətiyyət və tündlük küfr və nifaqa qarşıdır. Rəsulullah (s) zərurət zamanı bu göstərişlərdən istifadə edir və küfr başçıları ilə sərt rəftar edərdi.
    Rəsulullah (s) Məkkənin fəthi zamanı Əbdüllah ibni Səd, Əbdüllah ibni Xətl, Fərtəna, Qərəynə, Həvirəs ibni Nəqid, əkrəmə, Həmzənin qatili Vəhşi kimi fitnəkarların qətlin göstəriş verdi. Eyni zamanda ümumi əfv elan olunmuşdu. Tarixə əsasən Bəni-qərizə döyüşündə düşmədən altı və ya yeddi yüzünü şəhər meydanında boynu vuruldu. Hansı ki, Peyğəmbər (s) altı min əsiri birdəfəyə azad etmişdi.
    Hicaz yayının şiddətli istisində, eləcə də iqtisadi çətinlik şəraitində Peyğəmbər (s) öz ümmətini rumlularla Təbuk döyüşünə hazırladığı bir vaxtda bir dəstə münafiq müxtəlif bəhanələrlə xalqı döyüşdən çəkindirir. «Deyirlər ki, yayın bu istisində cəbhəyə getməyin. De ki, cəhənnəmin istisi daha yandırıcıdır»(«Tövbə» 81). Bir dəstə münafiq bir yəhudinin evində toplanaraq müsəlmanları döyüşdürməkdən çəkindirmək üçün yol axtarırdılar. Həzrət (s) bu qurğudan xəbər tutur. Təlhə ibni Übeydullahı bir dəstə adamla göndərir ki, həmin evi oda çəksinlər.
    Döyüşə hazırlıq getdiyi bir vaxtda münafiqlər təfriqə salmaq üçün məscid tikməyə başlayırlar. Məscid tikiləndən sonra onun açılışı üçün Peyğəmbəri dəvət edirlər. Həzrət (s) döyüşə hazırlıq görüdüyü üçün üzürlü olduğunu söyləyir. Təbuq səfərindən sonra yolda ikən Allah-taala Peyğəmbəri agah edir ki, həmin adamların məqsədi məscidi tikmək yox, təfriqə mərkəzi yaratmaqdır. «Müsəlmanlar arasında təfriqə salmaq, Allah və Peyğəmbərlə vuruşmaq üçün məscidi seçənlər and içirlər ki, məscidi tikməkdə xoş məqsədimiz var. Allah and içir ki, onlar yalan deyirlər» («Tövbə» 107).
    Özünüz fikirləşin, münafiqlər dini mərkəzi hansı məqsədlə tikirdilər və Allah-taala hansı səbəbləri göstərir – küfr, təfriqə mərkəzi və Allaha, Peyğəmbərə qarşı müharibə ocağı. Hətta xalqı aldatmaq üçün açılış mərasiminə həzrəti də dəvət edirdilər. Həqiqətən Peyğəmbər özü onların işini bəyənir. O zaman ki, onların alçaq niyyətindən xəbər tutur, göstəriş verir ki, məscid sökülsün.
    Bütün bunlar Peyğəmbərin kafirlər və münafiqlərə qarşı qətiyyətini göstərir. Məscid adı ilə fitnə mərkəzi tikənlərin kökünü kəsir. Peyğəmbərin kafirlərlə belə rəftarı böyük dərsdir. İslami ümmət üçün, xüsusi ilə islami rəhbərlər üçün deyilənlər nümunədir. Bu üsul islam ümmətini birləşdirir yeni rəhbərlik üsulu ortaya çıxardır. Peyğəmbərin (s) bu qətiyyətinin təsiri ilə müsəlman ümmət birləşir və tam qüdrətlə dünya kafirləri ilə üz-üzə gəlir. Həzrət bir çox rəhbərlərə məktub göndərərək onları həqiqətin qəbuluna çağırır. Hətta o dövrün zorluları olan Rum və İran imperatorlarına yazır ki, ya haqqı qəbul edib islama gəlin, ya da sizinlə vuruşacağıq. Bu nümunələrdən aydın görünür ki, islam rəhmət dini olsada, heç vaxt fəsada qarşı yumşaqlıq göstərmir. İmkan verilir ki, münafiqlər müsəlmanlara hakim olub, onların azadlığını hədələsinlər.
    RƏSULULLAH (S) VƏ ƏDALƏTİN MÖHKƏMLƏNMƏSİ
    Peyğəmbərin həyatında aydın görünən ictimai əsaslardan biri insanların hüquqlarına riayyət və ədalətin gerçəkləşməsidir. O, çox səy göstərirdi ki, ilahi quruluş çərçivəsində, ictimai münasibətlərdə kimsənin ən kiçik hüququ belə pozulmasın. Haqların qorunması ilə ədalətin möhkəmləndirir. Çünki ədalətin əsil mənası insan haqlarının qorunmasıdır. Ədalət bu deyil ki, hamı eyni imkana malik olsun. Bir insan imtiyaza malik olduğu üçün daha artıq hüquqa malik ola bilər. Bu halda bərabərlik yaratmaq özü də zülmdür. Məsələn, sinifdə müxtəlif şagirdlər iştirak edir. Əgər müəllim şagirdləri müxtəlif hazırlıqlarına görə fərqli qiymətləndirirsə bu özü ədalətdir. Amma fərq qoymadan hamını eyni cür qiymətləndirmək zülümdür. Mümkündür ki, imtiyaz olmadıqda bərabərlik ədalət ölçüsü olsun. bu hala Peyğəmbərin həyatında da təsadüf edilir. Həzrət məclisdəkilərə baxarkən öz nəzərlərini bərabər bölərdi.
    «Rəsulullah (s) öz vaxtını əshab arasında bərabər bölər və hamıya eyni cür baxardı». Lakin ləyaqət və xidmət baxımından həzrət bu keyfiyyətləri ədalət ölçüsü götürərdi. Həzrətin xidmətinə təam gətiriləndə onu bütün süfrədə oturanalara bərabər bölərdi. Lakin bu təam hamıya çatmayacağı təqdirdə onu daha çox ehtiyacı olanlara verər və başqalarından üzr istəyib, buyurardı: «Daha çox ehtiyaclı olduqları üçün onlara verdim» («Bihar» 16). O, öz risalətinin icrasında çalışar, ögey münasibət göstərməz, kimsənin hüququn pozmazdı. Müsəlmanların işləri, beytül-mal onun ixtiyarında idi və bu büdcə təyinatı üzrə sərf olunmalı idi. Həzrət (s) çalışırdı ki, ehtiyaclı insanlar varkən pul yerdə qalmasın.
    Həzrət (s) hansısa bir ehtiyaclını ona müraciət etməsini gözləməzdi. Özü belələrini arayıb-axtarardı.«Hara xərclənməsi bilinməyən bir pul olanda və gecə düşəndə həzrət (s) ehtiyaclı bir adam tapmayınca evə qayıtmazdı». Hüquqların təmini üçün həzrətin bu qədər çalışması öyrədir ki, cəmiyyətə rəhbərlik edən şəxsin öhdəsinə necə böyük bir məsuliyyət düşür. Həzrət (s) xalqa tapşırardı ki, fəryad çəkməyə gücü olmayanların istəklərini ona çatdırsınlar. «Öz ehtiyaclarını bildirməyə qadir olmayanların istəklərini mənə çatdırın» («Bihar» 16).
    Bu elə bir meyarın təcəllisidir ki, heç bir məramda yoxdur. Bu elə bir məramdır ki, başqalarına laqeyil olanları dindən kənar elan edir. «Müsəlmanların işlərini qaydaya salmaq barədə düşünməyən kəs müsəlman deyil» («Üsule-kafi» 2-ci cild). Həzrət (s) beytül-mala elə nəzarət edirdi ki, oradan bir iynə də itməsin. Hüneyn döyüşündə müsəlmanlar xeyli qənimət ələ keçirdilər. (İyirimi dörd min dəvə, qırx min qoyun və s.). Əqil ibni Əbu Talib icazəsiz olaraq bir iynə götürmüşdü. Birdən nida olundu ki, hər kəs qənimət nə götürübsə, geri qaytarsın, hətta iynə də olmuş olsa. Əqil iynəni həzrətə verdi o, da alıb qənimətin üstünə atdı. Həzrət yanındakı dəvənin tükündən qoparıb, xalqa göstərərək buyurdu: «Mənim qənimətdən, hətta bu tükdən payım beşdən birdir». Həzrət ümumi büdcəyə belə məsuliyyətlər yanaşardı.
    Həzrət (s) vəfatı ilə nəticələnən xəstəlik zamanı xəbər tutur ki, ixtiyarında bölüşdürülməmiş bir neçə dirhəm qalır. Adam göndərdi pulu gətirtdi. Lazımı şəkildə böləndən sonra özünə müraciətlə buyurdu: «Əgər bu pullar öhdəndə qala-qala Allahın görüşünə getsəydin, nə olardı!»
    Həmin xəstəlik halında dəfələrlə məsciddə söhbət etmiş, xalqdan hallıq istəməşdi. Onlara buyurmuşdu ki, «hər kəsin məndən bir tələbi varsa qoy bu dünyada tələb etsin. dünyadakı qisas axirətdəkindən asandır». Bu vxat Səvadə ibni Qeys qalxıb deyir ki, Taif döyüşündən qayıdarkən dəvəyə vurduğun çubuq mənə dəydi. Həzrət (s) bu şəxs haqlı olmasa da (çubuq bilərəkdən dəyməmişdi) qisas üçün hazır olduğunu bildirdi.
    HƏDİYYƏLƏR
    əlbəttə ki, Peyğəmbərin (s) beytül-malı bölməsi və bəzilərini islama həvəsləndirmək üçün hədiyyələr verməsi uyğun əsasa nöqsan gətirmir. Çünki beytül-malın ixtiyarı müsəlmanların rəhbərinin əlindədir. Bu rəhbər müsəlmanların xeyri və dini yayılması üçün pul sərf edə bilər. Bu qərarların ədalətə zidd olmayan meyarı vardır. Hüneyn döyüşündə ələ keçən qənimətin bölünməsində həmin fərq aydın görünür. Necə ki, götürülümüş iynə beytül-mala qaytarıldığı bir zamanda əbu Süfyan, Müaviyə, Hikəm ibni Hizamın hər birinə yüz dəvə bağışlanır. Hətta bəzi qənimətlər yalnız mühacirlər arasında bölüşdürülür. Ənsara ayrılmaması etiraza səbəb olur. Necə olur ki, qılıncından qan çilənənlərə pay ayrılmır? Həzrət buyurur: «Gözünüzü qoyuna, dəvəyə dikmişsiniz? Sizin üçün bəs deyilmi ki, hamı evinə qoyunla, dəvəylə qayıtdığı halda, siz evinizə Rəsulullahla (s) qayıdırsınız?!» («Sireyi ibni Hişam» 5).
    Bəzi acıdil münafiqlər bu bölgüyə görə həzrəti ədalətsizlikdə günahlandırdılar. Həzrət (s) narahatlıqla bildirdi ki, məndən ədalət yoxdursa, bəs kimdə var?! Rəhbər öz məsləhətinə uyğun beytül-malı islam və müsəlmanların xeyriən sərf edirsə, etiraz üçün yer qalmır. Beləcə, Rəsulullah (s) hökumətində risalətin digər mühüm hədəfi olan xalqın ədaləti gözləməsi kamil surətdə gerçəkləşdi.
    RƏSULULLAH (S) VƏ İNSANPƏRVƏRLİK
    İnsanın daxilində iki meyl mövcuddur – fitrətin nura doğru meyli və insan təbiətinin hakimliyə, düşmənçiliyə meyli. İnsana daxildən və xaricdən bu iki meyl yol göstərir. Daxildən ağıl və xaricdən Allah-taala və peyğəmbərlər onu fəzilətə səsləyir. Beləcə, daxildən nəfs və xaricdən ins-cinn şeytanlar onda vəsvəsə yaradır. «Şəms» surəsində buyurulur: «Günah və təqvanı tanıma insanın daxilində qoyulmuşdu.
    İnsanlar arasında düşmənçilik toxumu səpən insanın özünəpərəstiş təbiətidir. Əksər təfriqələrin səbəbi həmin bu səbəbdir. Bəşəri ixtilafların iki səbəbi vardır: Birincisi əqidələr, ikincisi hüquqlar arasındakı fərqlərdir. Hər iki yönümdə insanın özünəpərəstişi mühüm rol oynayır. Bu ixtilaflarda hakim peyğəmbərlərdir. Peyğəmbərlər meyllərin tarazlığına müvəffəq olduqları üçün cəmiyyəti qurmaq iqtidarındadırlar. Onlar özünsevər bir cəmiyyətdən insanpərvər cəmiyyət tərbiyə edirlər. Peyğəmbərlər özbaşnalığı cilovlamaqla fitrəti çiçəkləndirdilər. Fitrətin bərəkətindən cəmiyyətdə təravət və səmimiyyət yaranır. İxtilaflar ardan qalxır, hətta müəyyən hallarda ziddiyyətlər yaransa da, peyğəmbərlərin həqiqi hakimliyi ilə ortadan götürülür. Ona görə də peyğəmbərlərin cəmiyyəti fəzilət, sədaqət, əmanətçilik, insanpərvərliyin əks olunduğu bir cəmiyyətdir.
    Bu həqiqəti Rəsulullah (s) ən gözəl şəkildə əks etdirdi. Düşmənçilik və qarətçiliklə fəxr edən mədəniyyətsiz, cahil və cəmiyyətdən mütəşəkkil, insanpərvər, səmimi bir ümmət təşkil edildi. İlk ildən alovlanan müharibələr alovu söndürüldü.
    Peyğəmbər (s) vəhy göstərişləri əsasında qurduğu mütəşəkkil cəmiyyətin misli bəşər tarixində görünmür. Bu elə bir tarixdir ki, dirsəyədək qana batan düşmənlər əl-ələ verib dost olurlar. Müqavilə bağlanır ki, qardaşcasına dini müdafiə etsinlər.
    Peyğəmbər (s) insanları tərkidünyalıq və özünəpərəstişdən həyata və insanpərvərliyə çağırdı. «Hamınız birlikdə Allahın ipindən yapışın, təfriqə yaratmayın» («Ali-imran» 103).
    Peyğəmbərin (s) qurduğu cəmiyyət qeyri-müsəlmanlara hörmət qoymaqla yanaşı müsəlmanları birliyə, qardaşlığa çağırırdı. «Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-imran» 200). Mənsəbpərəst bir cəmiyyətdən isarlı, mərhəmətli bir cəmiyyət yarandı. «Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar» («Həşr» 9). Müsəlmanlar bir ailənin üzvü bildirilir və buyurulur ki, «möminlər bir-birləri ilə qardaşdırlar» («Hücərat» 10).
    Möminlərin cəmiyyəti bir ruhun hakim olduğu bədən üzvləri kimi tanıtdırılır. Birlik, insanpərvərlik, müsəlmanlara qayğı dini bir vəzifə kimi bəyan olundu.
    Peyğəmbər (s) islami ümməti parçalaya biləcək təfriqələr haqqında xəbərdarlıq etdi. Buyurdu ki, hər kəs təfriqə yaradarsa, iman vədəsini yerə salmışdır. («Bihar» 27).
    Rəsulullah (s) bütün mühacirlər və ənsar arasında rəsmi şəkildə qardaşlıq müqaviləsi bərqərar oldu. dini göstərişlərin yardımıyla dini cəmiyyət daxilindəki düşmənçilikləri ortadan qaldırdı. Sözsüz ki, müsəlmanların daxilində olan düşmənçiliyi aradan qaldırmağa hünər lazımdır. «Sən pisliyi yaxşılıqla dəf et. Belə olsa, aranızda düşmənçilik edən şəxsi yaxın bir dost kimi görərsən». («Fussilət» 34).
    Həzrətin (s) təşkil etdiyi cəmiyyət sayca az olsa da, elə mükəmməl təşkil olunmuşdur ki, onların arasına heç bir təfriqə yol tapa bilməzdi. Yalnız belə həmdil bir ümmət böyük döyüşlərdən qələbə ilə çıxa bilər, öz ehtiyaclarını ödəyərdi. O dövrün qüdrətləri ilə üzbəüz dayanmaq həmin bu birliyin səmərəsi idi. Məhz həmin həqiqətdən bu günkü islam ümməti qəflətdədir və bu qəflətin acısını daim dadır. Olsun ki, həzrət Peyğəmbərdən (s) nümunə götürməklə birlik və insanpərvərliyimizə qayıda bildik.
    RƏSULULLAH (S) VƏ AZADLIQ
    Category: Allahın elçisi | Views: 805 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024