İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 20 » Allaha doğru
    8:03 PM
    Allaha doğru
    SƏKİZİNCİ DƏRS:
    QƏFLƏTDƏN QURTULUŞ
    ÖTƏN MÖVZULARA BİR NƏZƏR
    Qeyd olunduğu kimi bütün fəsadların, azğınlıqların əsası insanın qəflətidir. Bu Quran ayələri ilə sübut olundu. Aydın oldu ki, söhbətimizin mövzusu olan qəflət mütləq qəflət deyil. İslam dinində qəflət dedikdə insanlığın həqiqətinə e’tinasız yanaşmaq insani şəxsiyyətdən xəbərsizlik nəzərdə tutulur. İnsan maddi, fizioloji cəhətdən digər canlılardan fərqlənmir və onun təbii ehtiyacları heyvanlarla üst-üstə düşür. İnsan öz maddi yönümünə çox diqqət yetirir. Acıyan dərhal yeyir, yorulan dərhal yatır və s. Amma insan öz ruhani yönümünə, xoşbəxtliyini təmin edəcək zərurətlərə maraq daşımır. Halbuki, onun əsl şəxsiyyət kimi formalaşmağı, ən mühümü isə axirət səadəti məhz bundan asılıdır.
    İnsanlığın həqiqətini aydınlaşdırmaq bir qədər çətindir. Amma əksəriyyətimiz bilirik ki, daxilimizdəki insani şəxsiyyət, heysiyyət bizi kamilliyə sövq edir. Belə bir şəxsiyyət hissi bütün yaranmışlar arasında yalnız insana məxsusdur. İnsan qədər ucalmaq mümkün olmadığı kimi, insan qədər alçalmaq da mümkün deyil. İnsan o qədər alçala bilər ki, hətta cəhənnəm oduna daxil olar. Amma digər canlılar cəhənnəmə aparacaq qədər alçaqlığa qadir deyillər.
    İnsanlıqdan qafil olan şəxs, heç şübhəsiz ki, heyvani istəklər ardınca gedəcəkdir. Fikri-zikri yeyib-yatmaq olan insanın heyvandan heç bir üstünlüyü yoxdur.
    İnsanın maddi yönümü, başqa sözlə, heyvani istəkləri onu kamilliyə aparan vasitə olmalıdır. Amma müasir dünyamızda müşahidə edirik ki, insanların böyük əksəriyyəti öz insanlığını özünün heyvani yönümü üçün, əqlini nəfsi, ruhunu cismi üçün vasitə qərar vermişdir. Ruhlar cismlərə hakim olmaqdan onun nəfsani istəklərinin əsarətinə altına düşmüşdür.
    Belə bir qəflətdən qurtulmaq üçün insani şəxsiyyətimizə diqqət etməli, ondan agah olmalıyıq. Qeyd edildi ki, agahlıq əldə etmək üçün üç məsələyə diqqət yetirilməlidir: haradan gəlmişəm? (tövhid), haraya gedirəm? (məad), qurtuluş üçün nə etməliyəm? (nübüvvət). Tövhid bütün varlıq aləmi və bəşəriyyətin Allahdan olmağını, məad insanın öz əqidəsi və əməli müqabilində əbədi cənnət ya cəhənnəmlə qarşı-laşacağını, nübüvvət isə peyğəmbərliyin həqiqəti və bunun vasitəsilə insana təqdim olunmuş yaşayış proqramını anlayıb dərk etməkdən ibarətdir. Bu üç şeydən birindən qəflətdə olan insan tənəzzülə doğru gedir. Allah, Onun göstərişləri və Onun sorğu günündən xəbərsizlik insanı əzaba düçar edir.
    QƏFLƏTDƏN AYILMAQ ÜÇÜN İLK ADDIM
    Hər hansı bir məsələdən qəflət etməkdən qurtarıb həmin məsələ barəsində mə’lumat əldə edib ondan agah olmaqdan ötrü əvvəlcə diqqəti həmin məsələnin surətinə yönəltmək lazımdır. İnsan təsəvvürü olmayan bir şey haqqında sual verə bilmir. Məsələn, müxtəlif elm sahələrinə aid bir çox məsələlərdən tamamilə xəbərsizik. Amma insan deyirsə ki, filan məsələni bilmirəm, demək, məsələnin surətindən xəbərdardır. Elə məsələlər də var ki, insan həmin məsələlərin varlığından xəbərsizdir. Bu hal məsələnin surətindən xəbərsizlikdir.
    İnsan uşaqlıq dövründən çıxanadək hətta bir sıra məsələləri təsəvvür də edə bilmir. Məsələn, üç yaşlı körpə tətbiqi riyaziyyatın anlayışlarından qəflətdədir. Körpə həmin anlayışları yalnız əqli inkişaf etdikdən sonra qavraya bilər.
    İslamda dini etiqadın üç əsasını təsəvvür etmək üçün müəyyən yetkinlik həddinə çatmaq lazımdır. Bu yaşa çatmayanlar həmin məsələlərdən tam qəflətdədirlər. Yalnız yetkinlik həddinə çatdıqdan sonra insan bu üç məsələni təsəvvür edə bilər və həmin mövzu barəsində onun zehnində müəyyən suallar yaranar.
    MƏSƏLƏNİN SURƏT BARƏDƏ TƏSƏVVÜR ƏLDƏ ETMƏK YOLU
    İnsan zehnində məsələnin surətinni yaranması üçün əsas üç amil təsirlidir:
    1.Fitri qavrayış;
    2.Problemlər, çətinliklər;
    3.Müəllimlər və peyğəmbərlər.
    Bəzi insanlarda "haradan gəlmişəm və hara gedirəm” sualı müəyyən zehni inkişaf həddinə çatdıqdan sonra fitri şəkildə yaranır. Elə insanlar da var ki, həmin sual onların zehnində yalnız çətinliklərlə qarşılaşdıqları zaman əmələ gəlir. Amma başqa bir qrup insan yalnız müəllimin təsiri ilə uyğun sual ətrafında düşünürlər. Qurani-kərimdə hər üç hala uyğun nümunələr vardır.
    Həzrət İbrahim (ə) birinci qrup şəxslərdəndir və bu məsələyə fitri surətdə üz tutmuşdur. O, səmaya nəzər salarkən varlıq aləminin yaradanı barədə düşünərdi. Həzrət (ə) düşünərdi ki, gün, ay, ulduz dünyanı necə yarada bilər? Həmin hal bəzən körpə uşaqlarda da müşahidə olunur. Bəzən körpələrdən "dünyanı kim yaradıb?” kimi suallar eşidirik.
    Bəzi insanlar yalnız çətinliklə üzləşdikləri zaman yaranış barəsində fikirləşirlər. "Ənkəbut” surəsinin 65-ci ayəsində buyurulur: "Onlar gəmiyə mindikləri zaman səmimi qəlblə Allahı çağırır, elə ki, quruya çıxdılar, yenidən Allaha şərik qoşurlar.”
    Qurani-kərimdə iki yerdə vurğulanır ki, peyğəmbərlər göndərilən zaman xalq çətinliyə salındı. Bu çətinlikdə məqsəd onların diqqətini Allaha yönəltmək idi. "Ənam” surəsinin 42-ci ayəsində buyurulur: "Səndən qabaqkı ümmətlərə peyğəmbərlər göndərdiyimiz zaman o ümmətləri çətinliyə saldıq ki, bəlkə yalvarıb-yaxaralar.”"Əraf” surəsinin 94-cü ayəsində oxuyuruq: "Biz hansı ölkəyə peyğəmbər göndər-diksə, onun əhalisini sıxıntıya saldıq ki, bəlkə yalvarıb-yaxaralar.” Çətinlik insanın yatmış fitrətini oyadır. Sıxıntıya düşmüş insan yardım axtardığı zaman Allah haqqında düşünməyə başlayır. Ətrafındakılardan ümidi üzülmüş insanın diqqəti Allaha yönəlir.
    Nə fitri yolla, nə də çətinliklər vasitəsi ilə diqqəti ilahi həqiqətlərə yönəlməyən şəxs müəllim və peyğəmbərlərə ehtiyaclıdır. "Nəhcül-bəlağə”də peyğəmbərlərin göndərilməsinin səbəbi insanların yatmış fitrəti olması qeyd olunur: "Allah Öz peyğəmbərini onlara göndərdi ki, Allaha verdikləri fitri vədi tələb etsin və unudulmuş nemətləri xatırlatsın.” Hər bir insanın Allahla fitri bir əhdi vardır. İnsan bu əhdi unutduğundan xatırlatmağa ehtiyacı var. Quran buyurur ki, peyğəmbərlərin işi "təzəkkür”, yəni xatırlatmaqdır. "Təlaq” surəsində İslam peyğəmbəri haqqında buyurulur:"Həqiqətən Allah sizin üçün xatırladan kəs göndərmişdir.” Həmin ayədə "rəsul” kəlməsi "zikr” sözü ilə ifadə olunmuşdur. Bəzi ayələrdə Quranın özü də zikr adlandırılır: "Həqiqətən, Allah sizə zikri nazil etmişir.” ("Təlaq” surəsi, ayə: 10)Bəzən digər səmavi kitablar da zikr hesab olunur. Hər halda, peyğəmbərlər və səmavi kitablar ona görə zikr adlandırılır ki, onların işi insanların fitri yaddaşlarını oyatmaqla onları qəflətdən qurta-rıb agah etməkdir.
    Deməli, insanın təkamül hərəkətinə başlaması üçün onun qəflətdən çıxması lazımdır. Qəflət-dən çıxmaq üçünsə zehndə növbəti suallar yaranmalıdır: Sənin yaradanın yoxdurmu? Qiyamət olmayacaqmı? Sorğu-sual yoxdurmu? Beləcə, Quran və peyğəmbər zehnlərdə müəyyən suallar doğururlar: "Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və Bizim hüzurumuza qayıtmaya-caqsınız?” ("Möminun” surəsi, ayə: 115.) Özünə bu cür suallar verməyənlər tamamilə Allah, peyğəmbər və axirətdən qəflətdə-dirlər. Bəli, özünü yalnız cismdən və bu cismə qulluq etməkdən ibarət bilənlər var. Onları dünya həyatından başqa heç nə düşündürmür. Bu insanları qəflət yuxusundan oyatmaq üçün onlara agahlıq verilməlidir. Peyğəmbərlər zehnlərdə suallar doğurur və bu suallara cavab verirlər.
    SONRAKI ADDIMLAR
    Qeyd etdik ki, ilk növbədə zehndə müəyyən suallar yaranmalıdır. Lakin suallar yarandıqdan sonra bu suallara müxtəlif münasibətlər müşahidə edilir. Bəziləri bu suallara ciddi yanaşıb cavab axta-rır, bəziləri isə "hələ ki, bundan da vacib işlərimiz var” deyərək bu məsələyə laqeyd yanaşırlar.
    İlahi mərhəmətə nail olmaq üçün bu tip suallara ciddi münasibət göstərmək mühüm şərtdir. Allah-təala onun nemətlərinə ciddi yanaşanlar üçün bu nemətləri artırır. Bu, ilahi qanundur. "İbrahim” surəsinin 7-ci ayəsində buyurulur: "Əgər şükr etsəniz, hökmən nemətlərimi artıraram.” Peyğəmbərlərin göndərilməsi, onların zəruri suallar doğurması, eləcə də, həmin suallara cavab verməsi ilahi nemətlərdəndir. Bu nemətlərə ciddi yanaşanları Allah doğru yola hidayət edir. Amma bu ilahi nemətə e’tinasızlıq göstərənlərin haqqı ilahi əzabdır. E’tinasızlıq göstərənlər arasında da fərqlər var. Bəziləri məsələnin ciddiliyini anlayaraq diqqətsizlik göstərirlərsə, başqa biriləri məsələnin nə dərəcədə ciddi olduğunu anlamırlar. "Saffat” surəsinin 13-cü ayəsində buyurulur: "Onlara nəsihət verildiyi zaman ibrət alırlar.”
    Hər hansı bir məsələyə məs’uliyyətlə yanaşıb onun barəsində dəqiq mə’lumat əldə etməyin də müxtəlif mərhələləri var: məsələnin surətinə diqqət, məsələyə ciddi yanaşaraq onu aydınlaş-dırma, yaranmış suallara cavabların qəbul edilməsi. Bəziləri bu yolda səhlənkarlıq ucbatından qənaətbəxş cavab tapmır, digərləri qənaətbəxş cavab tapdıqları halda tərslik göstərərək bunu izhar etmir, bir başqaları isə tapdıqları yanlış cavaba təslim olaraq azırlar. Üçüncü qism insanlara "mürəkkəb cahil” deyilir. Belə insanda iki cür cəhl var: biri məsələdən xəbərsizlik, digəri öz nadanlığından xəbərsiz-lik. "Bəsit cahil” isə bilmədiyindən xəbərdar olan şəxsə deyilir.
    DİQQƏT!
    Məlum oldu ki, hər bir kəsin Allah, qiyamət və nübüvvət məsələlərinə qarşı bəslədiyi münasibə-tində bir sıra xətərlər mövcuddur. İnsanın bu mövzulardan tam xəbərsizliyi və ya bu mövzulara ciddi yanaşmaması, bəzən də həqiqəti bilərəkdən inkar etməsi onun aqibəti üçün çox qorxuludur. "Zumər” surəsinin 45-ci ayəsində oxuyuruq:"Allahın adı zikr olunarkən axirətə inan-mayanların qəlbi sıxılar.” Bəli, Allahın adından narahat olanlar da var. Maraqlıdır ki, bu narahatlıq insanların axirətə imansızlığından irəli gəlir. Görəsən, Allahla axirət inancı arasında hansı bağlılıq mövcuddur? Müasir dünyamızda özünü müsəlman, ziyalı, millətçi, hətta İslam mücahidi adlandırdığı halda sözünü Allahın adı ilə başlamaqdan çəkinənlər var. Cildlərlə kitab yazan müsəlman alimlərinə nədənsə öz kitablarını "Bismillahir-rəhmanir-rəhim”lə başlamaq ağır gəlir. Hətta bəziləri onlardan ötrü xoşagəlməz olan bu işə şəri don geyindirmək üçün öz yazılarını "bismillah”sız başlamış "Tövbə” surəsi ilə müqayisə edirlər. Belə insanların azğınlığını Allah daha da artırır. Bu barədə Qur’anda belə buyurulur: "Onlar üz döndərdikdə Allah da onların qəlblərini döndərdi. Allah fasiq qövmü hidayət etməz. Açıq-aşkar dəlilləri gördükləri halda inad göstərənlərin qəlbi möhürlənər”("Səff” surəsi, ayə: 5.); "Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə pərdə çəkmişdir.” ("Bəqərə” surəsi, ayə: 7.) Bu insanlar öz nəfslərinə itaət edənlərdirlər. Onlar Allaha pərəstiş etmək əvəzinə özlərinə pərəstiş edirlər. Qəlbi möhürlənmiş insanı isə kimsə hidayət edə bilməz; "Allahın azdırdığı kəsə bələdçi yoxdur.” ("Rəd” surəsi, ayə: 33.)
    Allahın hidayət etmək istəmədiyi insanlar da olur. "Kəhf” surəsinin 28-ci ayəsində buyurulur: "Qəlbini bizi yad etməkdən qəflətdə saxladığımız, nəfsinin istək-lərinə uyan və işində ifrata uğrayan kəslərə itaət etmə.” Bu sayaq qəlbi möhürlənənlər öz şəkk-şübhələri ilə fəxr edir. Hətta başqalarını da şəkkə salırlar. Onların nəzərində həqiqətə şübhə etmək nöqsan yox, hünərdir. Bəli, insan Allahın adını eşitməyə təhəmmül etməyəcək qədər alçala bilər. Bundan da böyük bədbəxtçilik ola bilərmi?! Bəzən nahaq qanlar axıtmış daş ürəkli cinayətkar mühakimə zamanı üzünü hakimə və salondakılara tutub "mən sizin hamınıza nifrət edirəm” deyir. Bu, həqiqətə nifrətin bir misalıdır. Unutmayaq ki, bu günkü mövqeyimizdən asılı olmayaraq nəfsimizi özbaşına buraxsaq. Həmin təhlükə ilə üzləşə bilərik. Bəs özümüzü necə qoruyaq? Axı biz nəinki məsələnin surətini anlamışıq, bəlkə doğru cavab əldə edib bu cavaba iman da gətirmişik. Hansı amil bizi yenidən heyvan səviyyəsinə endirə bilər? Məgər Allaha, axirətə iman gətirmək insanlıq mərhələsinə çatmaq deyilmi? Bilməliyik ki, gözümüzü əbədi olaraq yumanadək bu günkü əqidədə qalacağımıza heç bir zəmanət yoxdur. Yeganə çıxış yolu bizi azdıra biləcək amilləri tanıyıb, bu amillərin qarşısını almaqdır.
    Category: Allaha doğru | Views: 945 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024