İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 20 » Allaha doğru
    8:00 PM
    Allaha doğru
    ON BİRİNCİ DƏRS:
    DİLİN ZİKRİ İLƏ QƏLBİN ZİKRİ
    ÖTƏN MÖVZULARA BAXIŞ
    Ötən bəhslərdən məlum oldu ki, ayə və rəvayətlərə, əqli və təcrübi dəlillərə əsasən, insanın süqutunun əsl səbəbi onun öz şəxsiyyətindən qafil olmasından ibarətdir. İnsani şəxsiyyətdən qəflət isə səbəb olur ki, insan digər üç şeydən qafil olur: O, hardan gəlib? hardadır? və haraya gedir? İnsaniyyətin həqiqətindən qəflət insanı süquta uğratdığı kimi, bunun ziddi olan özünüdərk və özünüqiymətləndirmə isə insanı kamilləşdirən amillərdir. İnsanın yuxarıda qeyd olunan üç suala diqqət yetirməsi elə onun özünədiqqəti və özünütanımasıdır.
    Bütün diqqətlərin mərkəzində isə Allaha diqqət dayanır. İnsan özünü tanımaq üçün Allahla bağlılığını dərk etməlidir. Bu bağlılıqdan xəbərsiz insan özünü tanımaqda acizdir. Özünü və Allahla bağlılığını dərk edən insan Allahın "feli” olduğunu anlayır. Allah hikmət sahibi olduğu üçün Onun felində, yaratdığında da hikmət olmalıdır. Allahın dünya və insanı yaratmaqda məqsədini araşdırmaqla məad bəhsinə çatırıq. Bizi son məqsədə çatdıracaq yol nübüvvət bəhsini öyrənməklə daha da aydınlaşır.
    Bütün deyilənlərdən bu nəticəyə gəlirik ki, insanı xoşbəxt edəcək ən əsas şərt Alahın zikridir. İnsanın "la ilahə illəllah” deməsinə Allahın heç bir ehtiyacı yoxdur. Sadəcə olaraq kamala çatmaq üçün Allaha qarşı daim diqqətli olmaqdan başqa bir yol yoxdur.
    QƏLB, YOXSA DİL ZİKRİ
    Sual oluna bilər ki, zikrin sözləri insanın diqqətini Allaha yönəldə bilərmi? Yoxsa həqiqi zikr dil yox, qəlb zikridir? İlk nəzərdən belə görünə bilər ki, əsl zikr qəlb zikridir və dil zikri qəlb zikrinə yol tapmaq üçün bir vasitədir. Amma bu müxtəsər cavab qənaətbəxş deyil. Əgər dil zikri faydasızdırsa, bu məsələyə təkid edən ayə və hədislərdə məqsəd nədir? Daim Allahı xatırlayan insanın dil zikrinə ehtiyacı yoxdurmu?
    Sufilər arasında istər qəlb, istərsə də dil zikrində ifrata varma halları müşahidə edilir. Onlar dairəvi əyləşərək "zikr dairəsi” deyilən mərasim keçirirlər. Xüsusi avaz və hərəkətlərlə, uca səslə bir neçə saat ardıcıl eyni zikri təkrarlayırlar. Onlar bu zikri aşkar zikr adlandırırlar. Digər bir sufi firqəsi yalnız qəlb zikri ilə kifayətlənir. Namazın əvvəlindən axırınadək azca da olsa dillərini tərpətmirlər. Onlar iddia edirlər ki, dil zikri qəlb zikrini oyatmaq üçündür və insan qəlbən zikr edirsə, dil zikrinə ehtiyacı yoxdur.
    Əhli-beyt maarifi nəzərindən yuxarıda qeyd olunmuş hər iki nəzəriyyə yanlışdır. Çünki ayə və rəvayətlərdə xüsusi zikrlər buyurulmuşdur. Bu zikrləri artırıb-əskiltmədən demək lazımdır. Mərhum Əllamə Məclisi "Bihar” kitabında imam Sadiqdən (ə) belə bir rəvayət nəql edir: "Tezliklə elə günlər (gecələr) gələr ki, aranızda sizi hidayət edəcək imam olmaz. Əgər "ğəriq” duası oxumasanız, o günlərin qaranlığından qurtul-mazsınız.
    Əbdullah ibni Sinan imamdan soruşur ki, bu hansı duadır? Həzrət buyurur: Dua belədir: Ya Əllahu, ya rəhmanu ya rəhimu ya muqəllibəl-qulubi səbbit qəlbi əla dinik.
    Əbdullah ibni Sinan deyir ki, mən duanı təkrar edərkən "ya muqəllibəl-qulubi vəl-əbsar” dedim. İmam məni saxlayıb "necə dedimsə, elə də təkrar et” buyurdu.”
    Hədisdən aydın olur ki, xüsusi dualarda bir kəlmə də olsun belə yerbəyer etmək olmaz. Namazda həmd və surəni dillə demək də dini zərurətlərdəndir. Namazda yalnız qəlb zikrini kafi bilmək yanlış düşüncədir. Cəmiyyətdə geniş yayılmış cahil bir fikir var: "Təki qəlb pak olsun, namaz əsas deyil.” Hicaba münasibətdə də həmin cahil ideya ilə üzləşirik. Bir çox xanımlar "hicab əsas deyil, təki qəlb düz olsun” deyirlər. Bu nadanları bir sualla oyatmaq istərdik: Ey dini əmrlərə qarşı çıxanlar! Doğrudanmı siz özünüzü qadir Allahdan elmli sayırsınız?!
    İnsan! Sənin özündən din ixtira etmək haqqın yoxdur. Biz Quran və rəvayətlərə müraciət edərək əməl yolunu öyrənməliyik. Eləcə də Allahı xatırlama, zikr mövzusunda adı gedən mənbələr-dən göstəriş almalıyıq. İmam Sadiq (ə) buyurur: "Atam çox zikr edərdi. Yolda getdiyi zaman, hətta camaatla ünsiyyətdə olduğu vaxt mən onun daim "la ilahə illəllah” dediyini eşidirdim.” Məgər bütün rəvayətləri qulaqardına vurmaq olarmı?! Əgər o böyük şəxsiyyətlər dildə zikr etmişlərsə, dil zikrini faydasız adlandırmaq olarmı?! Unutmayaq ki, xeyrli aqibətə çatmaq üçün Əhli-beytə iqtidadan savayı yolumuz yoxdur.
    DİL ZİKRİNİN BƏZİ FAYDALARI
    Dil zikrinin bəzi faydalarına nəzər salaq:
    Əvvəla ibadətdən bədənin hər bir üzvü faydalanmalıdır. Gözün ibadəti Quran ayələrinə baxmaqda, Kəbə evinə nəzər salmaqdadır. Qulağın ibadəti Quran ayələrini dinləməkdir. Əgər qəlb ilahi məhəbbətlə dolarsa, bu, onun üçün ibadət hesab olunar. Beləcə, dil üçün də ibadət nəzərdə tutulmuşdur və bu ibadət Allahın zikridir.
    Dil zikrinin tərbiyəvi əhəmiyyəti də vardır. İnsan Allaha diqqətini artırmaq üçün dil zikrinə nail olmaq daha asandır. Dünya bər-bəzəyi ilə üz-üzə dayanıb, daim qəlb zikrinə məşğul olmaq olduqca çətindir. İnsan mütaliə etməli, qazanc ardınca düşməli, din qardaşlarına yardım göstərməli, qohumlara baş çəkməli və sair gündəlik vəzifələrini yerinə yetirməlidir. Bu işləri yerinə yetirərkən daim düşünən insanın ardıcıl şəkildə Allahı xatırlaması müşkül məsələdir. Çoxları hətta namaz zamanı da gündəlik işlər barədə düşünürlər. Bir sözlə, adi insanlar üçün dil zikri daha rahatdır. Dil zikrinə adət verən insan tədricən qəlb zikrinə də nail ola bilər. Demək, dil zikri diqqəti toplamaq üçün ən yaxşı vasitələrdəndir.
    QƏLB ZİKRİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ
    Qəlb zikrinin müstəsna faydaları hamıya mə’lumdur. İnsanın mənəvi yüksəlişi, təkamülü-nün əsası Allahın qəlbən xatırlanmasıdır. Həcc zamanı Kəbə evini təvaf edən (dolanan) insan üçün bu müqəddəs məkanı qəlbən təvaf etmək çox mühümdür. Əgər Kəbə evini təvaf edən şəxsin fikri dünya işlərində, alverdə qalarsa bu ziyarətin dəyərindən danışmağa dəyməz. Ayə və rəvayətlərdə bir çox ibadətlərin qəbulu üçün qəlbin iştirakı zəruri şərt hesab olunur. "Biharul-ənvar”da gecə ibadətlərinə işarə ilə buyurulmuş belə bir hədis var: "Nə çoxdur gecəni oyaq qalıb oyaqlıqdan başqa bəhrə görməyənlər.”(87-ci cild.) Həmin kitabın 96-cı cildində buyurulur: "Nə çoxdur oruc tutub, aclıq və susuzluqdan başqa bəhrə görməyənlər.”
    Qəlb zikri haqqında birinci onu qeyd etməliyik ki, o, təkamül üçün əsas şərtdir. Qəlbinin iştirakı olmadan bir ömür dil zikri edən insan heç vəchlə kamala çata bilməz.
    Qəlb zikrini dil zikrindən üstün edən xüsusiyyətlərdən biri onda riyanın olmamasıdır. Riyakarlıq insanın bütün zəhmətlərini puça çıxarmağa qadirdir. Zahirən görünməyən ibadət-lərdə riya mümkün deyil. Məsələn, insan qeyri ilahi niyyətlərlə, kiminsə xoşuna gəlmək üçün dilində zikr deyib, namaz qıla bilər. Amma qəlb zikri, oruc kimi ibadətlərdə riyakarlıq qeyri-mümkündür. Nə oruc, nə də qəlb zikri gözə görünmədiyindən bu ibadətlər vasitəsi ilə yalnız Allahı razı salmaq olar. Məsələn, ulduzlu səmanı seyr etməklə qəlbində Allaha həmd oxuyan insanın bu böyük ibadətini kim hiss edə bilər?! Bəli, qəlb zikri bu sayaq ilahi səmimiyyətə malikdir.
    Allah-təala bütün qəlbləri Özünə sarı yönəltməkdədir. Hər kəs səmimi qəlblə ibadət yolunda bir addım atarsa Allah ona qat-qat yardım göstərər. Sadiq bəndələrə qəflət üz verdikdə, Allah Özü bir səbəblə bu qəfləti aradan qaldırır. Bəzən belə bəndələr Allahın lütfü ilə başqalarını görmədiklərini görər və günahdan çəkinərlər. Bəli, məhbub həqiqi aşiqi qəflətdən oyadıb onun diqqətini özünə cəlb edər!
    QƏLB ZİKRİNİN NÖVLƏRİ VƏ DƏRƏCƏLƏRİ
    Dil zikri üçün konkret zaman, məkan və miqdar təyin olunmamışdır. Bu baxımdan xüsusi şəraitə malik dualar dua kitablarında nəql olunmuşdur. İnsan istədiyi vaxt istədiyi qədər zikr edə bilər. Həmçinin, xüsusi dualara müraciət edə bilər.
    Amma qəlb zikri haqqında dərin mütaliə və araşdırmalara ehtiyac var. Bu sahədə övliyaların məsləhətləri çox faydalıdır. Bəzi sufilər qəlb zikri sahəsində bir sıra ixtiralar etsələr də, bu ixtiralar şəriətlə uzlaşmır. Ona görə də ayə və rəvayətlərdən istifadə etməyi lazım bilirik.
    Qəlb zikrinin üç mərhələsi vardır. Onun birinci mərhələsi vacibləri yerinə yetirib, haramları tərk etməklə gerçəkləşir. "Üsuli-kafi”nin 2-ci cildində belə bir hədis nəql olunur: "Allahı daim zikr etmək ardıcıl olaraq"Sübhanəllah”, "Əlhəmdulillah” sözlərini dilə gətirmək demək deyil. Məqsəd Allahın təyin etdiyi vacib və haramlara riayət etməkdir.” Qəlb zikrinin ikinci mərhələsi şübhəli və xoşagəlməz (məkruh) işləri tərk etməkdir. Demək, zikrin bu mərtəbəsində insan çalışmalıdır ki, Allahın iradəsinə zidd hərəkət etməsin. Əslində zikrin bu mərtəbəsi elə təqvadır. Yada salaq ki, təqva Allahı narazı salacaq işlərdən çəkinməkdir. Təbii ki, hər bir işdə Allahın razılığını düşünmək elə onu xatırlamaqdır. Allahdan qəflətdə olan insan dini vəzifələrə lazımınca riayət etməkdə acizdir. Vacibə əməl edib haramdan çəkinmək ilahi zikrin başlanğıc mərhələsidir.
    Qəlb zikrinin ikinci və üçüncü mərhələləri cənab Əbuzərin Həzrət peyğəmbərdən nəql etdiyi bir hədisdə bəyan olunur. Bu hədis həm şiə, həm də sünnü mənbələrində nəql edilmişdir. Bu hədisdə Əbuzər Həzrət Peyğəmbərdən ehsan haqqında soruşur. Sualı doğuran isə "Maidə” surəsinin 93-cü ayəsi olur: "İman gətirib saleh əməl edənlərə təqvalı olub, iman gətirərək saleh işlər görsələr, yenə təqvalı ikən iman gətirsələr və təqvalı ikən yaxşılıq etdikləri təqdirdər daddıqları (yeyib içdikləri) şeylərdən ötrü heç bir günah yoxdur. Allah yaxşı iş görənləri dost tutar.” Ayənin zahiri mənasından belə məlum olur ki, xeyirxahlar (möhsinlər) cərgəsinə qoşulmaq üçün əvvəlcə təqvalı olmaq lazımdır. Ayəni eşidən Əbuzər anladı ki, möhsinlik müttəqilikdən üstündür. Ona görə də Peyğəmbərdən (s) insanın möhsinlik sifəti olan ehsan haqqında soruşdu. Həzrət Peyğəmbər (s) buyurdu: "Ehsan odur ki, insan Allah xatirinə elə əməl etsin ki, sanki Onu görür. Sən Onu görmürsənsə də, O səni görür.”("Biharul-ənvar”, 59-cu cild.)
    Hədisdən aydın olur ki, qəlb zikrinin digər bir mərtəbəsi Allahın hüzurunda olduğunu daim nəzərdə tutmaqdır. Bu mərhələyə çatmış insan özü üzərində daim Allahın nəzərini hiss edir. Elə şüşələr var ki, bir tərəfindən o biri tərəf görünsə də, o biri tərəfindən əks tərəf görünmür. İnsan özünü belə bir şüşə qarşısında hiss etməlidir; o, Allahı görməsə də, Allah onu görür. Həyatda belə bir şüşə qarşısında dayanmış insan hər bir an onu görə bilərlər deyə öz hərəkətlərinə nəzarət edir.
    Qəlb zikrinin üçüncü mərtəbəsinə çatmış insan sanki Allahı görür. Bu hal insanda tez-tez təkrarlanarsa xarakter xüsusiyyətə çevrilər. Həzrət Əli (ə) "görmədiyimə ibadət edərəmmi” buyurur. Aydındır ki, söhbət bəsirət gözü ilə görməkdən gedir. Həzrət öz buyurduğuna əlavə edir: "Gözlər Onu aşkar görməz, amma qəlblər Onu iman nuru ilə dərk edər.” ("Nəhcül-bəlağə”)
    Demək, qəlb zkrinin üç mərhələsi mə’lum oldu: Əməldə Allahı xatırlamaq, özünü daim Allahın hüzurunda hiss etmək, bəsirət gözü ilə Allahı görmək.
    SONSUZLUĞA DOĞRU
    Əgər insan doğru yoldan azmasa, onun təkamülü üçün hər bir şərait yaradılmışdır. Şeytanın hiyləsinə uymayan insan həm dünya, həm də axirət səadətinə nail ola bilər. Təkamül və mənəvi yüksəlişin hədd-hüdudu yoxdur. İnsan üçün son təkamül nöqtəsi müəyyənləşdirilməmişdir. Məq-səd Allaha yaxınlaşmaqdır. Təkamül yolu sonsuzdur.
    Elə bəndələr vardır ki, Allaha yaxınlığın ləzzətindən dünyanı unudurlar. Belə insanların nəzərində adi insanların həyatı uşaq oyununu xatırladır. Uşaqlar gün uzunu sevdikləri plastik oyuncaqlarla başlarını qatır, bəzən bu oyuncaqlara görə dalaşırlar. Adi insanların dünya həyatı, dostluğu, düşmənçiliyi, sevgisi və nifrəti uşaq oyununu xatırladır. Bütün həyatını doktor, professor, ayətullah adını almaq üçün sərf edənlər necə də gülünc vəziyyətdədirlər. Bir başqa qrup həyatının mənasını var-dövlət toplamaqda, dünyada qoyub gedilən qəsrlər ucaltmaqda görür. Bu sayaq həyat tərzinə dəyər verənlər insaniyyətin həqiqətindən qafildirlər. Allaha yaxınlığın ləzzətini dadan insan üçün bu ucuz şirinliklərin heç bir qiyməti yoxdur. Bu ləzzəti dadan məsum imamlar, o cümlədən imam Səccad (ə) belə dua edir: "Ey mənim ağam! qəlbim Səni xatırlamaqla dirilir.” İmamların (ə) dilindən qopmuş duaları oxumaq və düşünməklə insan bir çox həqiqətlərə nail olar və anlayar ki, bu dünyada maddi ləzzətlərdən qat-qat üstün olan ilahi ləzzətlər də mövcuddur.
    Ya Rəbb! Qəlbimizdən qəflət pərdələrini qaldır, zikr xələtini boynumuza sal, görüşünü bizə nəsib et!
    Category: Allaha doğru | Views: 987 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024