İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 20 » Allaha doğru
    7:59 PM
    Allaha doğru
    ON İKİNCİ DƏRS:
    QƏLB ZİKRİNƏ APARAN YOL
    HƏR ŞEY İLAHİ ZİKR ÜÇÜN ƏSASDIR
    Qeyd etdik ki, təkamül ağıl və iradə ilə gerçəkləşə bilər. Düşüncə, iradə, agahlıqla əlaqəsi olmayan yüksəliş insani kamillik deyil. Kamillik agahlıqdan asılı olduğu üçün bu yolda ən böyük maneə qəflətdir. Ona görə də təkamül yolunda hərəkətə başlamaq üçün qəflətdən çıxmaq lazımdır. Qəflətdən çıxmaq üçün bir neçə şeyə diqqət etmək zəruridir: Hər şeyin əvvəli olan Allaha, qiyamətə və yaşanılan ömrə diqqət. Deyildi ki, bu üç əsas arasında mehvər Allaha diqqətdir. Qeyd olundu ki, Allahı xatırlamağın, zikrin mərtəbələri var və ən birinci mərtəbə dil zikridir. Dil zikrini təsirli edən amil onun mənalarına edilən diqqətdir.
    Dil zikrindən sonra qəlb zikri gəlir. Onun da mərtəbələri var və o həqiqi bir zikrdir. İnsan qəlb zikrinə nail olmaq üçün çox çalışmalıdır.
    Zikrin son hədəfi qəlb zikri olsa da adi insanlar əvvəlcə dil zikrinə nail olmalıdırlar. Dil zikrinin əsasını təşkil edən Allahın adları və sifətləri tədricən qəlb zikrinə aparan amillərdir.
    Qəlb zikrinə çatmağın yollarından biri insanın rastlaşdığı hər bir şeyin Allahla dərəcədə əlaqəli olmağı barədə düşünməkdir. Əqli və təcrübi dəlillər vasitəsi ilə sübut olunmuşdur ki, bütün varlıq aləmi Allahın məxluqudur. İnsan gözəl rəsm əsəri ilə üzbəüz dayandığı vaxt onu çəkənin mahir bir rəssam olduğunu anladığı kimi, hər bir mövcuda baxdıqda da onun yaradanı haqqında düşünə bilər. Yalnız belə bir vərdiş ələ gətirməklə qəflətdən qurtulmaq olar. İnsanı bir şeydən qəflətdə saxlayan amil onun digər bir şeyə diqqət yetirməsidir. İnsan öz yaradanından da o zaman qafil olur ki, diqqəti hansısa digər mövcudlara yönəlir. Amma hər bir mövcuda Allahın məxluqu nəzəri ilə baxdıqda Allah onunla birgə yad olunur. Hər hansı sənət əsərinin gözəlliyinə heyran olmuş insan sənətkarın ünvanına afərin söyləyir. Əgər varlıq aləminə də lazımı diqqət yetirə bilsək Yaradana həmd oxumağı özümüzə borc bilərik. Axı bütün gördüklərimiz Allahın əzəmət, qüdrət, elm və hikmətinin əlamətidir.
    Əlbəttə ki, Allahın övliyaları elə bir məqama çatmışlar ki, yalnız yaradanı görürlər. Onlar heç bir mövcuda müstəqil varlıq kimi baxmırlar. Amma adi insanlar əsərə diqqət edərkən onun yaradıcısını xatırlamağa çalışmalı və bu yolla qəflətdən xilas olmalıdırlar.
    İLAHİ AYƏTLƏR BARƏDƏ TƏFƏKKÜR
    Quranda və rəvayətlərdə istər ilahi nişanələr (ayətlər), istərsə də bu ayətlər barədə təfəkkürə geniş yer verilir. Söhbət əsəri görərkən diqqəti onun yaradıcısına yönəltməkdən gedir. Qurani-kərimdə "ayə”, "ayətullah” kəlmələri ilə tez-tez rastlaşmaq olar. Biz, adətən, "ayə” dedikdə Quran ayələrini nəzərdə tutsaq da, bu sözün lüğət mənası "nişanə” deməkdir. Quran insanı ilahi nişanələr barədə düşünməyə dəvət edir. "Nəhl” surəsinin 10-11-ci ayələrində oxuyuruq: "Göydən sizin üçün su endirən Odur. O sudan siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar və otlar da içər. Allah onunla sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün meyvələrdən bitirir. Doğrudan da, bütün bunlarda düşünən qövm üçün böyük bir nişanələr (ayətlər) vardır.” "Ali-İmran” surəsinin 190-cı ayəsində isə belə buyurulur: "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə-gündüzün bir-birinin ardınca gəlib-getməsində ağıl sahibləri üçün mütləq dəlillər vardır.” "Rum” surəsinin 23-cü ayəsində oxuyuruq: "Gecə və gündüz, sizin yuxunuz onun nişanələrindəndir.” "Ənbiya” surəsinin 32-ci ayəsində oxuyuruq: "Göyü qorunub-saxlanılan tavan etdik. Amma onlar bu nişanələrdən üz döndərirlər.”
    Hər birimiz özümüzdən soruşmalıyıq ki, Allahın əzəmətli nişanələri haqqında lazımınca düşünürükmü? Görən, kiçik bir toxum yoğun gövdəli ağaca necə çevrilir? Yağışın necə yağmasından, onun faydalarından xəbərdarıqmı? Əgər yalnız gündüz, ya da ki, hər zaman gecə olsaydı vəziyyət necə olardı? Bir gün yatmayanda olmazın əziyyətini çəkən insan yuxunun necə bir nemət olduğunu fikirləşirmi? Sonu olmayan göy aləmi və ondakı möcüzələr diqqətimizi cəlb edibmi? Quranda buyurulur ki, yer, göy, dağlar, dənizlər, günəş, ay, ulduzlar hər biri Allahın nişanəsidir. Bütün bunlar gözü qarşısında olduğu halda insan necə olur ki, Allahdan qəflətdə qalır?! Bu, ona oxşayır ki, bir şəxs ömür boyu yanında oturmuş insanın divardan asılmış şəklinə baxıb şəkil sahibindən qəflətdə olsun.
    ZAMAN VƏ MƏKAN
    İnsana Allahı xatırladacaq ünsürlər arasında "zaman” və "məkan” xüsusi əhəmiyyətə malikdir. Həm zaman, həm də məkan Allah tərəfindən yaradılsa da bəzən hər hansı müəyyən bir zaman və ya müəyyən bir məkan fəzilət və şərafət baxımından üstünlük təşkil edir. Bütün yer üzünü Allah yaratsa da Kəbənin şərafəti daha çoxdur. "Maidə” surəsinin 97-ci ayəsində oxuyuruq: "Allah Kəbənin ziyarətini insanların dirçəlişi üçün vasitə qərar vermişdir.”Bütün zamanlar Allaha məxsus olsa da, müəyyən olunmuş bə’zi zamanlar daha fəzilətli və daha şərafətlidir. "İbrahim” surəsinin 5-ci ayəsində oxuyuruq: "Allahın günlərini onlara xatırlat.” Bəs hansı günlər Allah yanında "Allah günləri” hesab olunur? Bu suala "Qədr” surəsinin 3-cü ayəsi cavab verir: "Qədr gecəsi min aydan xeyirlidir.” Amma qədr kecəsindən başqa da şərafətli vaxtlar var. Məsələn, "Qədir-xum” günü Quranda qeyd olunmuş əhəmiyyətli günlərdəndir: "Bu gün sizin dininizi kamil edib, Öz nemətimi sizə tamamladım.” ("Maidə” surəsi, ayə: 3.)Demək, günəş, ay, ulduzlar kimi xüsusi zaman və məkanlar da insana Allahı xatırlada bilər. O cümlədən məscid, məscidin minarələrinin insana Allahı xatırlatması salması mümkündür. Hər hansı bir ziyarətgahı, onun günbəzini uzaqdan seyr etməklə Allahı xatırlamaq olar. Beləcə, bütün dini nişanələr Allahdan danışır. "Həcc” surəsinin 32-ci ayəsində buyurulur: "Allahın nişanələrini bir şəxs uca tutursa, həqiqətən, bu, qəlbin paklığından irəli gəlir.”Məhərrəm ayında dini mərasimlər insanların zehnində Allah və Onun övliyalarının xatirəsini canlandırır. Qurani-kərimdə həcc ziyarətində yerinə yetirilən dini ayinlər də Allahın nişanələri kimi təqdim olunur. Hacıların Səfa və Mərvə arasındakı səyləri (gedişi) də bu nişanələrdəndir. "Bəqərə” surəsinin 158-ci ayəsində oxuyuruq: "Həqiqətən, Səfa və Mərvə ilahi nişanələrdəndir.” Cəmiyyətdə ilahi nişanələrin genişlənib uca tutulmasına çalışanlar əslində insanlara Allahı xatırlatmağa çalışırlar.
    İLAHİ NİŞANƏLƏR
    İlahi nişanələrdədn biri də ruhani libasıdır. Bu libas onu geyinən şəxs üçün böyük iftixardır. Çünki, insan geydiyi ruhani libasla ətrafdakılara Allahı xatırladır. Sözsüz ki, xüsusi bir zəhmət çəkmədən yalnız öz libasıyla Allahı yada salmaq insana olunan ilahi bir lütfdür. Ruhani libasını görən insanın zehnində ani olaraq məscid, Quran, dua və sair dini əlamətlər canlanır. Hətta ruhanilərə mənfi münasibətdə olanlar onlarla rastlaşarkən əvvəlcə Allahı xatırlayırlar. Şübhəsiz ki, Allahın nişanəsini daşıyan insan öz mənəviyyatı ilə seçilməlidir. Ləyaqətsiz insanın ruhani libası geyməsi bu libas, eləcə də, din haqqında mənfi fikirlər doğurur. Ruhani libası geymək iftixardırsa, onun şəninə layiq olmamaq böyük günahdır.
    İLAHİ NİŞANƏLƏRƏ MÜNASİBƏT
    Diri qəlbli insanın mə’nəviyyatı dini nişanələrlə rastlaşdığı vaxt güclənir, Allaha diqqəti daha da artır. Bu nişanələrlə rastlaşarkən qəlbində biganəlik, mənfi münasibət hiss edən insan anlamalıdır ki, tənəz-zülə doğru gedir. Dini ayətlərin müşahidəsindən duyulan sevinc hissi isə insanın təkamül yolunda olmasının əlamətidir və bu sevincə görə insan Allaha şükr etməlidir.
    Amma bu nişanələrə nifrət edənlər də var. "Zumər” surəsinin 45-ci ayəsində oxuyuruq: "Allah tək olaraq xatırlandığı zaman axirətə iman gətirməyənlərin qəlbləri sıxılar. Allahdan qeyrisi yad edildikdə isə onlar sevinərlər.” Bəli, Allahın adını eşitməklə qəzəblənəcək qədər alçalmaq olarmış. Belələri Allahın adı çəkilərkən belələri narahat olur. Quranda belə bir hal axirətə imansızlığın əlaməti kimi göstərilir.
    BİGANƏLİK NÜMUNƏLƏRİ
    Bu günün özündə də elə insanlarla rastlaşırıq ki, millət və adət-ənənədən dəm vurur, keçirdiyi mərasimlərə dini büdcədən (beytul-maldan) pul xərcləyir, amma Allahdan və dindən söhbət düşəndə narahat olur. Onlar yalnız öz nəfsani istəklərinə çatmaq üçün özlərini dinə yaxın adam kimi göstərirlər. Belələri dinə zidd mərasimlərə pul xərcləyir, növbə məscidə çatdıqda "qoy, məscid əhli özü çalışsın” deyir. Acı da olsa, aramızda hətta şəhid adından narahat olanlar da var. Bu insanlar dini və mənəvi dəyərlər üçün çalışanlara təşəkkür etmək əvəzinə onlara mane olurlar. "Kəhf” surəsinin 57-ci ayəsində buyuru-lur: "Allahın ayələri ilə nəsihət edildiyi zaman üz çevirən və etdiyi əməlləri unudan kəsdən daha zalım kim ola bilər?” Belələri susuzluqdan dodaqları çat-çat olduğu halda təklif edilən suyu dağıdan xəstəyə oxşayırlar.
    "Əraf” surəsinin 179-cu ayəsində oxuyuruq: "Onların qəlbləri varkən anlamaz, gözləri varkən görməz, qulaqları varkən eşitməzlər.” Belə xəstələr üçün ən gözəl dərman Allahın zikridir. Amma onlar öz dəvasından üz döndərir, zəlalətlərini artırırlar. Onların fikrincə artıq dindarlıq zamanı başa çatmış, insan "modernizə” olunmuşdur. Guya, kamilləşmə, həqiqət yolunda fədakarlıq, bəndənin yaradan qarşısında ibadəti köhnənin qalığıdır. Guya, bəşər tarixində quldarlıq dövrü başa çatmış və insan azad olmuşdur! Sual olunur: Yalnız Allaha itaət edən kəs azaddır, yoxsa nəfsinə və dövrün iyrənc əxlaqsızlığına qul olan kəs? Əsl Allah bəndəsi həqiqət yolunda canından keçir, amma zülmə baş əymir. Nəfsini özünə tanrı edənlər isə gündə min bir boyaya girərək insani şəxsiyyətini satır. Kimdir azad? Bu qəbil insanlar Allaha inanmır və bu inamsızlıq səbəbindən də din, mənəviyyat mövzusundakı söhbətlərdən narahat olurlar. Onlar hər vasitə ilə dini mərasimləri aradan qaldırmaq, insanların düşüncəsini musiqi, rəqs, əxlaqsız filmlərlə məşğul etmək istəyirlər. Hətta etiqadlı insanları aldatmaq məqsədi ilə öz proqramlarında tez-tez "Allah” kəlməsini işlədirlər. Hətta bəziləri çox cazibədar səslə Quran oxuyub, əməldə Qurana zidd hərəkət edirlər. Məgər Quran yalnız gözəl səslə oxunmaq üçünmü nazil olub? Mənasını anlayıb əməl etmədən Quran oxumağın faydası nədir?! Bütün bunlar şeytan fitnəsindən başqa bir şey deyil.
    İnsanlara dini təbliğ edən şəxs dinə biganə olmamalıdır. Xalqı Allah zikrinə çağıran ruhaninin əməli sözü ilə uyğun gəlməlidir. Ruhaniliyə peşə kimi baxmaq əsla düz deyil.
    Bir sözlə, insan hər bir əsərə baxanda onun yaradıcısını xatırlamalıdır. Sudan ləzzət alan insan bu neməti bəxş etmiş Allahı unutma-malıdır. "Vaqiə” surəsinin 68-70-ci ayələrində buyurulur: «Buludlardan suyu endirən sizsiniz, yoxsa biz? Əgər istəsək onu acı edərik. Bəs nə üçün şükr etmirsiniz?» İnsan hər bir məxluqa baxdıqda onun xaliqini düşünməklə qəflətdən qurtula bilər.
    Category: Allaha doğru | Views: 867 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024