İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 20 » Allaha doğru
    9:11 AM
    Allaha doğru
    İYİRMİ SƏKKİZİNCİ DƏRS:
    NAMAZ RUHIYYƏSI AXTARIŞINDA (2)
    ÖTƏN MÖVZULARA BAXIŞ
    Qeyd etdik ki, namaz zahirən düzgün olmaqla yanaşı ruha da malik olmalıdır və namazın həqiqi dəyəri onun ruhundadır. Namazdan götürüləcək fayda onun ruhundan asılıdır. Əlbəttə ki, namaz haqqında fiqhi hökmlərə riayət etmək zəruridir. Amma ruhsuz namaz insanı yalnız cəzadan qurtara bilər. Amma bilməliyik ki, namaz vasitəsi ilə insan merac edib, "Allahın görüşünə” nail ola bilər. Bu ali məqama çatmaq üçün mühüm şərtlərdən biri namazda qəlbin iştirakıdır. Əlbəttə ki, namazda niyyətin də böyük təsiri var.
    Problem bundadır ki, namaz haqqında bildiklərimizi həyata keçirə bilmirik. Olsa–olsa, namazı əvvəl vaxtında qılmaqla kifayətlənirik. Amma namazın ruhu tamam başqa şeydədir. Əgər insan namaz vaxtı dünya işləri, hətta günah haqqında düşünərsə, bu namazda ruhdan əsər-əlamət yoxdur. Unutmaq olmaz ki, namazın söz və hərəkətlərini ilk əvvəl qəlb yaşamalıdır.
    NAMAZLAR ARASINDA FƏRQ
    Namazın ruhunu dirçəltmək üçün ən təsirli vasitələrdən biri diqqətli olmağın faydaları barədə düşünməkdir. Əgər insan bir işin faydalı olduğuna inansa, bu işi yerinə yetirməyə çalışar. Bir daha qeyd edək ki, söhbət bilmək yox inanmaqdan gedir. Əgər inam yoxdursa insan öz elmindən bəhrələnə bilməz. Yaxşı olar ki, insan namazdan qabaq namazın ruhu barədə düşünsün. İnsan diqqətlə qılınmış namazla diqqətsiz qılınmış namaz arasındakı fərqlərdən agah olmalıdır. Bu fərq əlli ilə yüz rəqəmələri arasındakı fərqə oxşamır. Bu fərq ölçüyə gəlmir. İnsan bu günkü namazının vəziyyətini müəyyənləş-dirib nələr itirdiyini anlamalıdır.
    Təsəvvür edin ki, bir tacir müəyyən bir sərmayə ilə iki işdən birini görə bilər. Tacir bir alverdən milyon manat, digərindən milyard manat qazanc gələcəyini ehtimal verir. Əgər o birinci alveri seçsə doğru addım atmış olarmı? Əgər bu iki alverin qazancı arasındakı fərq ölçüyə gəlirsə, diqqətli namazla diqqətsiz namaz arasındakı fərq sonsuzdur. Bəs necə ola bilər ki, bu fərqə inanan insan namazını diqqətsiz qılsın?! Necə ola bilər ki, qıldığı namazda diqqətə görə, məsələn, həm qiymətli brilyant, həm də dəyərsiz bir şüşə parçası almaq imkanında olan insan şüşə parçasını seçə?! Namaza durmuş insan ilk əvvəl bu mövzuda düşünməlidir. Əgər insan həqiqi namazın dəyərinə inansa, namaz boyu diqqəti əldən verməz. Əlbəttə ki, bu məqsədə birdən-birə yox, tədricən nail olmaq mümkündür. Hər namazda itirdiyimizi bu gün anlamasaq da, nə zamansa peşman olacağıq. Qurani-kərimdə həmin gün "həsrət günü” adlandırılmışdır. "Məryəm” surəsinin 39-cu ayəsində buyurulur: "Onları həsrət günü ilə qorxud”. Demək, namazda qəlbin iştirakına nail olmaq üçün namazdan əvvəl bir neçə dəqiqə, namazda diqqət haqqında düşünmək faydalıdır.
    ƏN SON NAMAZ
    Rəvayətlərə əsasən namazda qəlbin iştirakına nail olmaq üçün təsirli amillərdən biri qıldığı namazı ömrünün son namazı hesab etməkdir. Həzrət Peyğəmbər (s) Əbu Əyyub Xalid ibn Zeyd adlı səhabəsinə belə buyurur: "Namazı elə qıl ki, sanki son namazını qılırsan və bu sənin vida namazındır”.("Biharul-ənvar” 73–cü cild.)
    Əslində kimsə əmin deyil ki, qıldığı namazdan sonra ölüm onu haqlamayacaq. Hətta qıldığımız namazı sona çatdıra biləcəyimizə əmin deyilik. Əgər insan ehtimal versə ki, qısa bir müddətdən sonra Allah hüzurunda sorğuya çəkiləcək, namazı-nı tamam başqa ruhiyyə ilə qılar. Əgər ölümlə aramızdakı məsafədən xəbərsiziksə, gəlin, hər namazımızı son namaz kimi tövbə və dua halında yerinə yetirək.
    Əgər insan bir neçə dəqiqə namazdan qabaq düşünsə ki, son namazını qılır namazda daha diqqətli olar. Qorxulu səfərə çıxan insan öz əzizlərindən çox çətinliklə ayrılır. O, anlayır ki, bu səfərdən qayıtmaya da bilər. Ümumiyyətlə, müharibəyə gedənlərin görüşü başqa görüşlərdən çox fərqlənir. Çünki bu görüşün sonuncu görüş olması ehtimalı var. Əcəl də gələndə kimsəyə xəbərdarlıq etmir. Demək, onu hər an gözləmək lazımdır. Allah qarşısında son dəfə səcdə etdiyini düşünən insanın, təbii ki, qəlbi döyünəcək və gözlərindən yaş axacaqdır. Müharibə zamanı təhlükəli əməliyyata gedən möminlərin qıldığı namaz, adətən, həqiqi namaz olur. Çünki bu namaz sonuncu da ola bilər.
    ƏN BÖYÜK VARLIQLA GÖRÜŞ
    İnsanı namazda diqqətli edən digər bir amil budur ki, namaz qılan şəxs kimin qarşısında durduğunu unutmasın. İnsan namaz zamanı onun düşüncə və əməllərindən xəbərdar olan ən böyük varlığın hüzurunu hiss etməlidir. Bu hiss diqqəti, qorxunu, təvazönü gücləndirir. Allahın böyüklüyünü düşünərək "Allahu əkbər” deyən şəxsin dünya işləri yadına düşmür. Düşüncə və qəlbinə Allahın nəzarətinə inanan insan diqqətsizliyə cürət etmir. Əlbəttə bu sahədə əsaslı çalışmalara ehtiyac var.
    İnsan inanmalıdır ki, Allah daim və hər yeri görür. Bütün varlıq aləmində ondan gizli iş yoxdur. İnsan özündə bu inamı yaratmaq üçün videokameradan istifadə edə bilər. Kamera işə salınan kimi insan öz hərəkətlərinə nəzarət etməyə başlayır. Görün, cansız bir kameranın nəzarəti insanı nə qədər dəyişir!
    Namazda da bu ruhiyyəni yaratmaq lazımdır. Əgər namaz əsnasında qismən də olsa Allahın bizim üzərimizdə olan nəzərini hiss etsək halımızda dəyişiklik baş verər. Əsl namazda isə insan Allahın hüzurunu lazımı həddə və olduğu kimi hiss edir. Allahı, heç olmasa, adi bir insanca saymırıqsa namazda hansı ruhiyyədə ola bilərik? İnsan inanarsa ki, Allah onu eşidir, qəlbindən və zehnindən keçənləri bilir, hökmən, diqqətini artırar.
    "SANKİ ONU GÖRÜRSƏN!”
    Rəvayətə görə Əbuzər Həzrət Peyğəmbərdən (s) ehsan haqqında soruşur. Həzrət (s) buyurur: "Ehsan odur ki, Allaha Onu görürmüş kimi ibadət edəsən. Əgər sən Onu görmürsənsə, bil ki, O, səni görür”.("Biharul-ənvar”, 70–ci cild.) İnsan namazda müraciət halında olmalı, qiyabi də olsa, kiminləsə söhbət etdiyini təsəvvüründə canlandırmalıdır. Allahın hüzuru bütün vücudla dərk edilməlidir. "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik” deyərkən insan Allahın qarşısında durduğunu unutmamalıdır. İslam Peyğəmbəri (s) Əbuzərin nəzərinə çatdırır ki, əgər Allahı görürmüş kimi ibadət edə bilmirsənsə, heç olmasa, Onun səni gördüyünü təsəvvür et. Sözsüz ki, Həzrət Peyğəmbər (s) və Məsum İmamlar (ə) "sanki” təbirindən daha yüksək halda Allahı "görə bilmişlər”.
    Bir rəvayətdə nəql olunur ki, İmam Sadiq (ə) müstəhəb namaz qılarkən bir ayəni təkrar–təkrar dedi və haldan çıxdı. Ondan soruşulanda ki, bu hala düşməyinizin səbəbi nədir, Həzrət (ə) buyurdu: "Bu ayəni o qədər təkrar etdim ki, sanki onu nazil edənin dilindən eşitdim”.("Miftahul–fəlah” səh.372)Əhli–beyt məktəbinin həqiqi davamçıları buna oxşar hala nail ola bilərlər. Məsumların yolunu davam etdirənlər arasında həmin halı yaşayanlar az olmayıb.
    Əlbəttə, adi insanlar ilk addımda namaz zamanı Allahın nəzərlərini hiss etməyə çalışmalıdır-lar. İnsanın "sanki Allahı görürmüş kimi ibadət” məqamına çatması çox çətindir. Həzrət Peyğəmbər (s) Əbuzərə tövsiyəsində məhz bu incə nöqtəyə işarə edir. Ali mərtəbəyə çatmaq üçün bir çox hazırlıq mərhələlərindən keçmək lazımdır və təkcə istəməklə bu məqama çatmaq olmaz. Bu hazırlıqlardan biri namazdan bir neçə dəqiqə qabaq uyğun mövzular barədə düşünməkdir. İnsan öz nəfsinin cilovunu əlinə almaq üçün çox çalışmalıdır. Unutmaq olmaz ki, Allahın hüzurundayıq və O, bizim bütün istəklərimizdən xəbərdardır. "Bəqərə” surəsinin 115-ci ayəsini xatırlayaq: "Hara dönsəniz üzünüz Allaha tərəfdir”. Əsas məsələ qəlbimizi Allaha yönəlt-məkdir. Kiminləsə danışarkən ona arxa çevirmək olarmı? Dil Allahla danışarkən qəlbin dünyaya meyl etməsi həmsöhbətə arxa çevirmək kimidir. Bu olduqca çirkin və ədəbsiz bir işdir. Namaz zamanı Allahı unudub dünya haqqında düşünən kəs insan surətindən çıxarılmağa layiqdir. Həmsöhbətə arxa çevirmək heyvana məxsus xüsusiyyətdir. Yalnız heyvan eşitdiyi sözlərə məhəl qoymayıb, axura boylanır.
    Əgər bütün deyilənlər haqqında ətraflı düşünə bilsək, dilimizlə qəlbimiz arasında yaxınlıq yaranar. Bu işdə Allahdan yardım istəyək.
    Category: Allaha doğru | Views: 934 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024