İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 20 » Allaha doğru
    9:09 AM
    Allaha doğru
    OTUZUNCU DƏRS:
    NAMAZDA XÜŞU ƏLDƏ ETMƏYİN YOLU (1)
    "XÜŞU”, "XOF”, "XƏŞİYYƏT”
    "Xüşu”nun nə demək olduğu aydınlaşdırıldı. "Xof” və "xəşiyyət” isə "qorxu” kimi tərcümə olunur. Qeyd edildi ki, yalnız xüşu, yəni mütiliklə qılınan namaz həqiqi namazdır.("Muminun” surəsi, ayə: 1-2.) Ayə və rəvayətlərdə əsasən xüşu "xof” və "xəşiyyət”, yəni qorxu ilə müşayiət olunur. Ona görə də qorxu haqqında bir qədər geniş danışmaq lazım gəlir.
    "Həşr” surəsinin 21-ci ayəsində buyurulur: "Əgər Quran bir dağa nazil edilsəydi, onun Allah qorxusundan xüşu edib, parça–parça olduğunu görərdin”. Göründüyü kimi, bu ayədə qorxu və xüşu kələmələri yanaşı işlədilmişdir. "Xəşiyyət” kəlməsinin mənası bir qədər genişdir. Adətən, bu söz "qorxu” kimi tərcümə olunsa da, "heybət” kimi mənaları da ifadə edir. "Heybət” əzəmət qarşısında yaranmış bir haldır. Dəqiq vəsfə gəlməyən bu halı insan özü dərk etməlidir. Bəzən fikrimizi belə ifadə edirik: "Filankəsin heybətindən dilim tutuldu”. Əslində "heybət” həmin şəxsin xüsusiyyəti yox, bizim keçirdiyimiz haldır.
    Bəzən insan hər hansı bir şəxslə zidd gedir və sonradan anlayır ki, həmin şəxs çox əzəmətli insan imiş. Əzəmət qarşısında yaranmış heybətin ardınca xüşu, yəni mütilik, sınıqlıq gəlir. Əgər insan əmin olsa ki, göstərdiyi müxalifətçiliyə görə onu şiddətli əzab gözləyir, heybət və xüşudan sonra qorxu hissi keçirməyə başlayır. Xəşiyyət və xüşu əzab qorxusundan yaranmır. Bu hisslər əzəmətin dərkindən doğur. Zikr olunmuş ayəyə bir daha nəzər salsaq, görərik ki, xəşiyyət və xüşu əzab qorxusundan qaynaq-lanmır. Dağ günah etmir ki, əzabdan da qorxa və xüşu halına gələ. Dağı xüşu halına salan yalnız və yalnız əzəmətdir. Dağ yalnız əzəmətin təsirindən parçalanır. Əlbəttə ki, dağın hansı yolla ilahi əzəməti dərk etməsi bizim üçün aydın deyil. İnsan düşüncəsi bəzi məsələləri dərk etməkdə acizdir. Məsələn, "Bəqərə” surəsinin 84-cü ayəsinə əsasən bəzi daşlar Allah qorxusundan yuvarlanırlar. Daşda xəşiyyət halının yaranması insan düşüncəsi üçün qaranlıqdır. Mümkündür ki, bu ifadələr məcazi mənada işlənmişdir. "İsra” surəsinin 44-cü ayəsində oxuyuruq: "Allahı təqdis edib ona həmd oxumayan bir varlıq yoxdur. Lakin siz onların təqdis və təsbihini anlamazsınız”. Ayədən göründüyü kimi bütün varlıq aləmi Allaha elə bir halda sitayişdədir ki, adi hiss üzvləri bunu dərk etmir. "Nur” surəsinin 41-ci ayəsində buyurulur:"Bilmirsənmi ki, göylərdə və yerdə olanlar, qanadlarını açıb duran quşlar Allaha təsbih deyirlər?! Hər biri öz dua və təsbihini bilir...” Aydın olur ki, hər bir mövcudun Allah qarşısında özünəməxsus ibadət forması vardır.
    Dənizin torpağın gülün dilini
    Eşidir hal əhli, bilir hal əhli.
    Deyirlər, dilimiz, gözlərimiz var,
    De gəl, bunu duymaz qilü-qal əhli.
    Bəli, belə bir hal mövcuddur və bütün varlıq aləmi ilahi əzəmət qarşısında təslimdir.
    Bir daha qeyd edək ki, xəşiyyət qorxudan fərqlənir. Bizə heç bir zərər toxundurmayacağına əmin olduğumuz əzəmət qarşısındakı özünüitirmə qorxu yox, xəşiyyətdir. Qorxu hissi o zaman yaranır ki, insan günaha yol verir və bu günah müqabilində cəzadan qorxur. Rəvayətə görə İmam Həsən (ə) dəstəmaz alarkən bədəni titrəyərdi. Həzrət Fatimə (s) namaz zamanı yarpaq tək əsərmiş. Allah-taala bu səhnələrə işarə ilə mələklərə buyurmuşdur: "Ey mənim yaxın mələklərim! Baxın mənim xəşiyyətimdən titrəyən bədənlərimə! Şahid olun ki, onların dostlarına şəfaət verəcəyəm!” ("Biharul-ənvar”, 28–ci cild.) Bir sözlə xəşiyyət qorxudan fərqlənir. Xəşiyyət əzabdan doğan qorxu ilə ilahi əzəmətin dərk olunmasından doğan qorxunun cəmidir. Bəzi istisnalar da var "Rəd” surəsinin 13-cü ayəsində oxuyuruq:"Şimşəklər Ona həmd edər, mələklər Onun qorxusundan təsbih deyərlər”. Nəzərə alsaq ki, mələklər günah etmir, bu qənaətə gələ bilərik ki, günah olmayan yerdə də qorxu ola bilər.
    Deyilənlərdən məlum oldu ki, xüşunun müxtəlif səbəbləri ola bilər: ilahi əzəmətin dərki, günahlara görə duyulan xəcalət, əzab qorxusu və s. Cinayətləri açılmış və edam ediləcəyinə heç bir şübhəsi olmayan insanın daxilən sınması təbiidir.
    ALLAHIN BÖYÜKLÜYÜNƏ DİQQƏT
    Namazda xüşu halına nail olmaq üçün Allahın əzəməti və bu əzəmət qarşısında insanın kiçikliyi barədə düşünmək lazımdır. Namaz özü məhz bu məsələyə işarə ilə başlayır. Namaza duran insan "Allahu əkbər”deməklə ilk əvvəl Allahın böyüklüyünü etiraf edir. Bu zikr namaz boyu, hətta namazdan sonra namazın təqibatında dəfələrlə təkrar olunur. İnsanı xəlq edib ona namazı vacib edən kəs hamıdan yaxşı bilir ki, insanı necə tərbiyə etmək lazımdır.
    Bəli, ilahi əzəmətin dərki insanda xüşu yara-dır. Bəs belə bir dərketməyə necə nail olaq?
    İLAHİ ƏZƏMƏTİN MƏNASI
    Zehnimizdə bu mövzuya uyğun hansı təsəvvürlər var? "Huvəl-əliyyul-əzim” deyərkən təsəvvürümüzdə nə canlanır. İnsan maddi varlıq olduğundan belə mənaları çətin dərk edir. Ona görə də öz mərifətimizi gücləndirməliyik.
    Hər halda, ilahi əzəmət haqqında təhlilə maddi məfhumlardan başlamalıyıq. Bizim nəzərimizdə böyüklük kəmiyyət göstəricisidir və o şeyi böyük hesab edirik ki, onun həcmi böyük olsun. Amma elə şeylər də var ki, cism olmasa da, onu böyük sayırıq. Məsələn, deyirik ki, filankəsin ruhu çox böyükdür. Özümüz də gözəl bilirik ki, ruh cism deyil. Amma ruhun əhəmiyyətini göstərmək üçün, başqa söz tapa bilmirik. Ona görə də Allah haqqında danışarkən də uyğun ifadələrdən istifadə edirik. Bir növ, hər varlıq aləminə "öz pəncərəsindən” baxır. Fil öz xortumunu, zürafə öz boyunu, maral öz buynuzlarını daha dəyərli keyfiyyət hesab edir. Allahın ucalığı haqqında düşünərkən insan ani olaraq səmaya nəzər salır. Çünki onun fikirincə, ucalan yalnız səmaya ucala bilər. Amma çalışmalıyıq ki, maddi keyfiyyət-lərdən daha üstün olan mənəvi keyfiyyətləri təsəvvürümüzdə canlandıraq. Mərifətimiz art-dıqca təsəvvürlərimiz maddi ünsürlərdən təmizlənməlidir. Demək, Allah haqqında düşünər-kən ilk addımda maddi təsəvvürlərdən istifadə edib, pillə-pillə mənəvi təsəvvürlərə nail olmalıyıq. Allahın əzəmətini dərk etmək üçün də bu yoldan istifadə etmək olar. Əgər Həzrət Əli (ə) kimi Allahı qəlb gözü ilə görə bilmiriksə, bəs nə edək?
    PEYĞƏMBƏR (S) İLAHİ ƏZƏMƏTİ ƏTTAR ZEYNƏBƏ NECƏ ANLADIRDI
    Haqqında danışacağımız hədis "Kafi” kitabında nəql olunmuşdur. Hədisə görə Mədinə-də Zeynəb adlı bir ətir satan (əttarə) qadın var idi. Bu qadın tez–tez Peyğəmbərin (s) evinə gələr, Peyğəmbər (s) və onun arvadları Zeynəbdən ətir alardılar. Bir gün Peyğəmbər (s) otağa daxil olarkən güclü ətir qoxusu duydu. Anladı ki, Zeynəb onlara qonaqdır. Zeynəb Həzrəti Peyğəmbəri (s) görüb salamlaşdıqdan sonra belə ərz etdi: "Ey Allahın Rəsulu bu gün ətir satmağa yox sual verməyə gəlmişəm. Allahın əzəmətini necə dərk edim?” Həzrət Peyğəmbər (s) buyurdu: "Allahın əzəmətini dərk etmək üçün Onun yaratdıqlarının əzəməti barədə düşün”.
    Bəli, hədisdən göründüyü kimi İslam Peyğəmbəri (s) mənəvi keyfiyyətin dərki üçün maddi məfhumlardan istifadə etməyə çağırır. Zeynəb mərifət yolunda ilk addımlarını atır və hələ ki, qəlb gözü ilə görməkdə acizdir. Bu qadını zehnində yalnız maddi məfhumlar mövcuddur. Ona görə də bu qəbildən olan insanlar yalnız maddi məfhumlardan istifadə etməklə ilahi əzəməti təsəvvür edə bilərlər. Bəzilərimiz hətta maddi əzəməti də lazımınca dərk edə bilmirik məsələn, bir dağın böyüklüyünü təsəvvür etmək üçün təyyarədən baxmaq lazım gəlir. Bu baxışda da nöqsan var. Çünki bir şeydən uzaqlaşdıqca həmin şey insanın nəzərində kiçilir. Ümumiyyətlə hər hansı bir şeyi həqiqi ölçüsündə görmək mümkün deyil. İnsan bir şeyi tam görmək üçün kənara çəkilir. Kənara çəkildikdə isə ölçülər kiçilir.
    Hiss və xəyal yolu ilə dərketmədən sonra növbə əql yolu ilə dərketməyə çatır. Hiss və xəyala sığmayan böyük şeylər əqlin ixtiyarında qalır. Məhz bu məqamda meydan müqayisəyə verilir. Məsələn, təsəvvürə sığmayan bir şeyi bəyan etmək üçün onu təsəvvürümüzdəki məfhumla müqayisə edir və deyirik: "Filan şey filan şeydən min dəfə böyükdür”. Amma bu yol da məsələni tam həll etmir. Çünki müqayisə zamanı elə bir rəqəm alına bilər ki, bu rəqəm təsəvvürümüzə sığmaz. Demək, insan hətta maddi əzəmətləri olduğu kimi dərk edə bilmir. Bununla belə, mənəvi əzəmətləri dərk etmək üçün maddi məfhumlardan istifadə etməkdən başqa çıxış yolu yoxdur. Elə buna görə də İslam Peyğəmbəri (s) Zeynəbin diqqətini Allahın yaratdıqlarına yönəldir. Əgər sizdən soruşsalar ki, bir damala su ilə okean arasında nə qədər fərq var, əlbəttə ki, dəqiq cavab verə bilməzsiniz. Amma deyə bilərsiniz ki, okean damladan çox–çox böyükdür. Həzrət Peyğəmbər (s) ilahi əzəməti Zeynəbə anlatmaq üçün belə buyurur: "Bu yer kürəsi nə qədər böyük olsa da, onu əhatə edən aləmlə müqayisə də səhraya düşmüş üzük qədər kiçikdir”. Sonra Həzrət (s) belə buyurur: "Yer kürəsi onu əhatə edən aləmlə birlikdə birinci səmadan, birinci səma ikinci səmadan, bu qayda ilə altıncı səma yeddinci səmadan eyni qədər (səhrada itmiş üzük qədər) kiçikdir”.
    SONSUZ BÖYÜKLÜK
    Qədim dövrlərdə insanlara ilahi əzəməti elmi yolla anlatmaq çətin məsələ idi. Amma hal–hazırda astronomiyanın kainat haqqında əldə etdiyi rəqəmlərdən adi insanlar da xəbərdardır. İndi əksər insan yerin günəşdən çox–çox kiçik olduğunu bilir. Hamı bilir ki, günəşlə yer arasındakı fərq portağalla onun üzərindəki nöqtənin fərqindən daha böyükdür. Eləcə də günəş sistemi kəhkaşanla müqayisədə olduqca cılızdır. İşıq hər saniyədə 300 min km yol gedir. Belə bir sürətlə işıq günəşdən yerə 8 dəqiqəyə çatırsa, günəşlə yer arasındakı məsafənin böyüklüyünü özünüz təsəvvür edin. Amma bu fəzanın böyüklüyü kəhkəşanın böyüklüyü ilə müqayisədə sıfırı xatırladır. Astronomlar bildirirlər ki, gördüyümüz "ağ yol” kəhkəşanı mövcud sonsuz kəhkəşanlardan biridir. İki kəhkəşan arasında-kı məsafə on milyard işıq ilindən çoxdur. Yəni saniyədə əgər üç yüz min km sürətlə bir kəhkəşandan o birinə doğru hərəkət etsək on milyard il yol getməliyik. İndi özünüz təsəvvür edin ki, bizim yer kürəsi kainatla müqayisədə nə qədər kiçikdir! Bu əzəməti dərk edən insan öz cılızlığını anlayıb başını dik tutmaz. Əgər Allahın yaratdığı kainat bu qədər əzəmətlidirsə Allahın əzəməti təsəvvürə sığası deyil.
    Amma bu əzəməti azca da olsa dərk etmək üçün Həzrət Peyğəmbərin (s) Zeynəbə buyurduğu kimi, varlıq aləminin əzəməti haqqında düşünməliyik. Ümid edirik ki, müəyyən mütaliələrdən sonra bu düşüncəyə nail olacağıq. Bu həqiqəti dərk edən insan Allah qarşısında xüşu halına gələcək, xəcalətdən əriyib muma dönəcəkdir. İnsan bu əzəməti dərk etməklə yanaşı, günahları və intizarında olan cəzalar barədə fikirləşərsə, xüşu halı da güclənər!
    Category: Allaha doğru | Views: 1051 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024