İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 20 » Allaha doğru
    9:08 AM
    Allaha doğru
    OTUZ BİRİNCİ DƏRS:
    NAMAZDA XÜŞU ƏLDƏ ETMƏYİN YOLU (2)
    ALLAHDAN QORXU
    Namaz və namazda xüşu haqqında danışdıq. İslamda namaza çox böyük əhəmiyyət verilmişdir. Namazın azan və iqaməsində namaz ən xeyirli əməl olduğu bildirilir. Namazın müqəddiməsində on iki dəfə namaza tələsmək tapşırılır. Bütün bunlar namazın böyük dəyərindən danışır.
    Amma yalnız xüşu ilə qılınmış namazlar ən xeyirli əməl ola bilər.("Muminun” surəsi, ayə: 1-2.) Xüşunun, yəni Allah qarşısında sınmağın amilləri haqqında danış-dıq. Yenə də bu mövzunu davam etdiririk.
    Xüşu yaradan amillərdən biri də Allah qorxusu-dur. Ayə və rəvayətlərdən görünür ki, mömin şəxs Allahdan qorxmalıdır.("Ali–İmran” surəsi, ayə: 175.)"Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: "Allah qarşısında durarkən qorxan və nəfsini cilovlayan kəsin yeri behiştdir”. Harada təqvadan söhbət gedirsə, həmin məqamda Allah qorxusu da xatırlanır.
    Bu mövzu ilə bağlı Əhli–beyt rəvayətləri daha çoxdur. Məsum İmamların (ə) dua və münacatlarında daim Allah qorxusu yad edilir. Hətta İmam Səccadın (ə) bir minacatı "Minacatul–xaifin”, yəni "Qorxanların münacatı” adlanır. Peyğəmbər (s) və imamların (ə) bütün hərəkətlərində Allah qorxusu müşahidə edilir. Hətta belə məlumatlar da var ki, bəzi övliyalar Allah qorxusundan huşlarını itirirmişlər. Özü kimi insanlar qarşısında qorxudan tir–tir əsən bəzi insanların Allah qorxusunu yersiz bilməsi əslində etiqadsızlıqdan doğur.
    ALLAHDAN NƏ ÜÇÜN QORXMALIYIQ?
    Allahdan qorxmaq nə deməkdir? İnsan qorxduğu mövcudu sevə bilərmi? Qorxudan qılınan namazdan necə ləzzət almaq olar?
    Qeyd etdik ki, ayə və rəvayətlər Allah qorxusunu müsbət hal kimi tanıtdırırlar. Amma bu məsələyə şübhə ilə yanaşanlar da var. Bəziləri iddia edirlər ki, Allah mərhəmətlidir və Ondan qorxmağa dəyməz. Əslində isə Allahdan qorxan öz əməllərinə görə qorxmalıdır. Allah–təalanın varlıq aləmində hökm sürən qanunlarına görə günah cəza ilə nəticələnir. Qiyamət günü insan Allahın yox, öz günahlarının cəzasına çatır. Təsəvvür edin ki, bir şəxs öz bağına çəkdiyi dəmir hasara cərəyan buraxıb və xəbərdarlıq işarəsi qoyub. Əgər bir kəs xəbərdarlığa məhəl qoymayıb, hasara toxunaraq ölərsə bu hadisənin səbəbkarı bağ sahibi deyil.
    Bu qorxu insanda xüşu halı yaradır və onu müxtəlif günahlardan çəkindirir. Amma qəlbində Allah qorxusu olmayanlar min bir cinayətə əl ataraq, nəhayətdə cəhənnəm əzabına düçar olurlar. Demək, Allah qorxusu insan üçün çox faydalıdır və hər bir insan özündə bu halı yaratmağa çalışmalıdır.
    ALLAH QORXUSUNUN DƏRƏCƏLƏRİ
    Allah qorxusunun dərəcəsi insanın iman mərtəbəsindən asılıdır. Adi insanlarla övliya-ların qorxusu arasında çox fərq var. Övliyalar üçün dünya təhlükələri heç bir qorxu törətmir. "Yunis” surəsinin 62–ci ayəsində oxuyuruq: "Bilin ki, Allahın dostları üçün heç bir qorxu yoxdur və onlar kədərlənməzlər”. Övliyalar zalım rəhbərdən, qaçaq quldurdan və digər dünyəvi təhlükələrdən yox, yalnız və yalnız Allahdan qorxarlar.
    Əhli–beytdən (ə) nəql olunmuş dualara nəzər salsaq faydalı qorxunu tanıya bilərik. "Kumeyl” duasında Həzrət Əli (ə) Allaha müraciətlə belə ərz edir: "Tutaq ki, əzabına səbr edə bildim, bəs səndən uzaqlığa necə dözəcəyəm?!” Bu kəlamdan aydın olur ki, övliyaların qorxusu biz düşündüyü-müz qorxu deyil. Onlar Allahın əzabını bizdən çox dərk etsələr də, bu əzabdan yox, Allahın narazılığından qorxurlar. Gəlin etiraf edək ki, bu hissləri anlamaq bir o qədər də asan deyil. Deyilənləri anlamaq üçün məhəbbət bağlılığına nəzər salaq. Aşiqin ən böyük ehtiyacı məşuqun diqqətini cəlb edib ona qovuşmaqdır. Vüsalın ziddi fəraqdır. Aşiq öz məşuqunun fəraqından nalə çəkir. Allahın fərağından nalə çəkənlər də var. Əgər ilahi eşqi dərk etmiriksə, bunun səbəbi mərifətimizin azlığıdır. İlahi eşqdə də vüsal var. Əgər Həzrət Əli (ə) şirin vüsalı dadmasaydı, acı fəraqdan qorxmazdı. Vüsalın şirinliyi məhəbbətin mərtəbəsindən asılıdır. Övliyaların duyduğu ləzzət misilsizdir və bu halla tanış olmaq üçün münacatları mütaliə etmək lazımdır. Bu mütaliələrdən sonra məsum İmamların (ə) ilahi məhəbbətinə heyran qalmamaq olmur.
    Hər halda, ilahi məhəbbəti dadanlar üçün ikinci ləzzətli şey yoxdur. İmam Səccad (ə) "Minacatul–muhibbin” duasında Allaha belə müraciət edir: "Pərvərdigara Sənin məhəbbətinin şirinliyini dadan Səndən üz döndərərmi?!” Bu şirinliyi dadanlar üçün ən böyük qorxu vüsaldan məhrum olmaqdır. Bəli, Allah qorxusunun belə bir mərtəbəsi var.
    ALLAHIN NƏZƏRİNDƏN MƏHRUMLUQ QORXUSU
    Qorxunun digər bir dərəcəsi axirət nemətlərindən məhrum olmaq qorxusudur. İlahi nemətlər isə iki qismdir: maddi nemətlər və mənəvi nemətlər. Kamil mərifət sahibləri üçün mənəvi nemətlər hər şeydən üstündür və onlar bu nemətləri itirməkdən qorxurlar. Quran ayələrin-dən məlum olur ki, ən böyük cəza mənəvi cəzadır: "Allahla bağladıqları əhdləri ucuz qiymətə satan şəxslər üçün axirətdə heç bir pay yoxdur. Allah qiyamət günü onları dindirməz, onlara baxmaz...” ("Ali–İmran” surəsi, ayə: 77.)Bəli, bəzilərinin insanlıq şəxsiyyəti o qədər alçalar ki, Allahın nəzərindən məhrum olarlar. Məhəbbət haqqında təsəvvürü olanlar gözəl anlayırlar ki, məhbubun baxışından məhrum olmaq necə böyük dərddir. Körpə üçün ən böyük narahatlıq ananın nəzərindən məhrum olmaqdır. Mərifət əhli üçünsə ən böyük əzab Allahın onlardan üz döndərməsidir. Körpəsindən incimiş ana ondan üz çevirdikdə uşaq ananın ətəyindən yapışır, özünü çox narahat hiss edir. Allah kafirlərə və günahkarlara bu sayaq biganəlik göstərir. Ona görə də bir çox imanlı insanlar Allahın nəzərindən məhrum olmaqdan qorxurlar. Avam insanlar isə elə başa düşürlər ki, Allah onları sevir və onlardan razıdır.
    Mərifət əhli üçün ən dəyərli nemət Allahın diqqətidir. Onlar öz "ya Allah” çağırışlarına Allahdan cavab gözləyir və bəzən də buna nail olurlar. Məsum İmamların (ə) münacatlarında Allahdan cavab eşitmək arzusu önəmli yer tutur. "Biharul-ənvar”ın 90-cı cildində belə bir münacat bəyan olunur: "Pərvərdigara! Səni çağırdığım zaman səsimi eşit, dua edərkən məndən üz çevirmə!” "Bəqərə” surəsinin 115-ci ayəsini xatırlayaq: "Üzünüzü hara tutsanız, Allaha tərəfsiniz”. Demək, Allahın insandan üz çevirməsi daha dərin mənaya malikdir. Əgər Allah hər şeyi eşidəndirsə, necə ola bilər ki, kiminsə çağırışını eşitməsin? Demək, "nəzər salmaq”, "eşitmək” tamam başqa mənadadır.
    İnsan bəzən belə sözlər işlədir: "Filankəs, mənə baxmırsan”, "filankəs məni eşitmədi”. Bu cümlələr sözün həqiqi mənasında işlədilməmişdir. Əgər bir rəhbər haqqında deyilərsə ki, "bu rəhbər xalqını eşitmir” və ya "bu rəhbər xalqına baxmır”, aydın məsələdir ki, söhbət adi eşitməkdən, baxmaqdan getmir. Sadəcə, qulaqla eşitmək, gözlə baxmaq ayrı, məhəbbət və mərhəmətlə baxıb-eşitməksə ayrıdır. Məsum İmamlar (ə) Allahdan mərhəmət dolu baxış və sevgi dolu dinləmə arzulamışlar.
    Demək, e’tinasız münasibət möminlərdə qorxu yaradır. Onlar bu münasibəti cəhənnəm əzabından da ağır bilirlər.
    Cəhənnəm odunda yanmağa nə var,
    Dərd odur qəhr etsin sevgili nigar!
    GÜNAH QORXUSU
    Adi insanlar, adətən, günahlarına görə qorxurlar. Təbii ki, hər bir günah xoşagəlməz sonluqla nəticələnə bilər. Əgər insan günahla-rından qorxmaqla Allaha yaxınlaşa bilirsə, bu müsbət bir haldır. Təəssüf ki, mərifət və imanı zəif insan nə qədər günah etsə də narahat olmur. Qurani–kərimdə yüzlərlə ayə cəhənnəm əzabından danışır. Göstərilir ki, bu əzabın çox böyük və dözülməz olması qeyd olunur. Oxuduğumuz bu ayələr bizə təsir edirmi? Bir şəxs bu ayələri gözəl səslə oxuduğu zaman deyilən sözlərdən xoflanmaq əvəzinə, səsin gözəlliyindən ləzzət alırıq. Hansı ki, cəhənnəm ayələrini eşidən insan divanəlik həddinə çatmalıdır.
    Günahın cəzasından əlavə onun çirkinliyinə, Allaha qarşı qiyam olmasına diqqət yetirmək lazımdır. Necə ola bilər ki, Allahın verdiyi nemətlər müqabilində Ona təşəkkür etmək əvəzində günaha yol verək?
    Allah-təala buyurur ki, mənim göstərişlərimdən çıxan insan özünün və mənim düşmənimi şad edər. Amma biz bilə-bilə Allahın düşmənini sevindiririk. Allahla müxalifət etmək şeytana itaət deməkdir. "Yusuf” surəsinin 5-ci ayəsində oxuyuruq: "Həqiqətən şeytan insanın açıq–aşkar düşmənidir”. Yaxın dostunun düşməni ilə əməkdaşlıq etmək dosta xəyanət etmək deyilmi?! Halbuki, Allah insanı xəlq etmiş, onu bolluca nemətlərlə faydalandırmış və onun aqibətini də Özü təyin edəcəkdir. Allahı özünə bir dost saymayan insanı imanlı hesab etmək olarmı?!
    Hər bir günah şeytana itaətdir. Allah insanı bəlalardan qurtarmaq üçün ona yol göstərir. İnsan isə Allahın məhəbbətini rədd edib, onun düşməni qarşısında əyilir. Necə də çirkin hərəkət! Əslində bircə dəfə günah edən insan Allahın mərhəmətindən məhrum edilməlidir. Allahın haqqı var ki, bir dəfə naməhrəmə baxan gözü kor etsin. Çünki bu göz günah yox, savab üçün xəlq edilmişdir.
    İmam Səccad (ə) belə dua edir: "Pərvərdigara əgər kirpiklərim tökülənədək ağlasam da, xəcalətdən daim başıaşağı qalsam da bir günahı belə yuya bilmərəm”.("Səhifeyi–səccadiyyə”, 16-cı dua.) Məsum İmam (ə) belə narahat olduğu halda, biz günahkarlar rahatca oturmuşuq.
    Əgər yaxşılıq etdiyiniz adam sizə qarşı çıxsa ona yenədə yaxşılıq edərsinizmi? Sözsüz ki, qəzəblənib, həmin şəxsdən üz döndərərsiniz. Bəs nə üçün insan Allahı qəzəbləndirməkdən qorxmur? Məsumlar isə Allaha belə yalvarır: "Pərvər-digara Səni qəzəbləndirməkdən qorxur, Sənə sığınıram”. İnsan yol verdiyi günahların mahiyyətini anlaya bilsə qorxudan tir–tir əsər. O, etdiyi günahların müqabilində qucaq açmış əzablardan xəbərdar olsa, mum tək əriyər.
    Qarşısında günah etdiyin şəxs nə qədər böyükdürsə, günahın çirkinliyi və cəzası da bir o qədər böyükdür. İslam dinində istənilən bir günahı kiçik saymaq böyük günahdır. Günahı kiçik saymaq Allahı saymamaqdır.
    Bütün deyilənlərin yaxşıca götür–qoy edən insan Allah qarşısında xaşe, müti olur. İnsanı çirkin işlərdən uzaqlaşdıran da məhz xüşulu namazdır. Rəvayətlərdə buyurulur ki, Allah qorxusundan ağlayan gözə əzab yoxdur. Demək, Allah qorxusu insanın xoşbəxtliyində mühüm əhəmiyyət kəsb edir. Allah qarşısında qorxu, mütilik, göz yaşı zəiflik, eqoizm üzərində çalınmış qələbə-dir. Zəiflik insanın özü kimi insan qarşısında əyilməsidir. Allah qarşısında əyilənlərsə insan qarşısında əyilməz.
    Allaha əyilməyi, Allahdan qorxmağı qəbahət sayanlar isə, çox güman ki, Allaha etiqadsız olanlardır. Həzrət Əli (ə) kimi əzəmətli bir şəxsiyyət görün necə sızıldayır: "Aman azuqənin azlığı və səfərin uzaqlığından”. Əgər məsum İmam (ə) narahatdırsa, biz günahkarlar necə narahat ola bilərik?! Gəlin, çox incəliklər anlamadığımızı etiraf edib, anlamağa çalışaq.
    Bəli, namazda xüşulu olmaq üçün günahlarımızın nəticəsi barədə düşünməliyik. Bu işdə imamların (ə) dualarından istifadə etmək faydalıdır. Əgər günahlar barədə düşünməyə vərdiş versək çox çətinliklər aradan qalxar. Bu xüsusiyyətə malik olanlar namaza durduqda, məsci-də qədəm qoyduqda halları dəyişir.
    Pərvərdigara Əhli–beyt (ə) dərslərindən fayda-lanmaqda bizə kömək ol!
    Category: Allaha doğru | Views: 908 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024