İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 20 » Allaha doğru
    6:12 AM
    Allaha doğru
    OTUZ İKİNCİ DƏRS:
    NAMAZDA XÜŞU ƏLDƏ ETMƏYİN YOLU (3)
    ÖTƏN MÖVZULARA BİR BAXIŞ
    Namazda qəlbin iştirakı, xüşu haqqında danışdıq. İnsanın nicat tapmasından ötrü mühüm şərt olan xüşu insan qəlbində Allaha qarşı yaranmış müti olma halıdır. Bu hal Allahın sifətlərinə diqqətyetirmə və bu barədə təfəkkür nəticəsində yaranır. Əlbəttə ki, Allaha qarşı insanların mərifət dərəcələri müxtəlifdir. Buna görə də insanlarda olan məhəbbət və diqqət də fərqlidir. Mərifəti çox olanın məhəbbəti də böyükdür. Lakin günahkar insanların qəlbi dünya istəkləri ilə dolduğundan onlar ilahi mərifətdən məhrum olarlar. Quran belə insanların qəlbini daşa bənzədir.("Bəqərə” surəsi, ayə: 74.)Belələrinə moizə və nəsihətin heç bir təsiri yoxdur.
    Namazda xüşu əldə etmək olmaq üçün qəlbi yumşaltmaq yolları mövcuddur. Əvvəla, insan Allahın əzəmətinə və öz kiçikliyinə diqqət yetirməlidir. İkincisi, Allahın paklığı qarşısında insan öz çirkin işlərindən xəcalət çəkməlidir. Üçüncüsü, insan unutmamalıdır ki, o, öz yaradanı, ona nemət verən varlıq qarşısında günah edir. Təşəkkür əvəzində günah etmək rəvadırmı? Öz Rəbbinin düşmənini sevindirmək xəyanət deyilmi?
    XÜŞUNUN DÖRDÜNCÜ AMİLİ
    Dördüncü təsirli amil Allahın "camal sifətlərinə” diqqət yetirməkdir. Bu eşq və məhəb-bət yoludur. Allahın camal sifətləri haqqında düşünən insan Onun qarşısında itaətkarlığı özünə borc bilir. İnsan anlayır ki, yalnız Allah həqiqi məhəbbətə layiqdir və Ona yaxınlaşmaq üçün səy göstərir. İlahi məhəbbəti qazanmaq Allahın camal sifətlərini dərk etmədən mümkün deyil. Bu məhəbbəti dadan insan vüsala can atır və namaza öz məhbubu ilə görüş kimi baxır. Bu görüşə həvəs Allaha məhəbbətin dərəcəsindən asılıdır. Məhəbbət isə öz növbəsində camal sifətlərini tanıma dərəcəsindən asılıdır. İnsan namazda öz məhbubunu zahir gözü ilə görməsə də, bütün vücudunu eşq alovu bürüyür.
    Məhəbbət və onun mərifətdən asılılığı çox geniş mövzudur. Biz bir neçə nöqtəyə toxunmaqla kifayətlənirik.
    MƏHƏBBƏTLƏ XÜŞUNUN ƏLAQƏSİ
    Məhbubundan uzaq düşmüş insan daim nigarandır. Bu nigarançılıq o zaman zirvə həd-dinə çatır ki, məhbubunu görə bilməyən insan bu məhbubun onu gördüyünü hiss edir. Buna oxşar halla "Nüdbə” duasında rastlaşa bilərik. Orada İmam Zamana (ə) müraciətlə belə deyilir: "Hamını görüb, Səni görə bilməməyim mənə çətin gəlir”. İmam Zaman (ə) elə məhbubdur ki, aşiqləri onu görə bilməsə də, o Həzrət (ə) öz aşiqlərini daim görür və eşidir. Bütün həftəni dünya işlərinə məşğul olub, yalnız cümə günü səhər çağı "Nüdbə” duası ilə İmam Zamana (ə) müraciət edən kəs öz həmsöhbətinə qarşı böyük sevgi duyur. "Ərəfə” duasında Həzrət Hüseyn (ə) öz Allahına belə ərz edir: "Kor olsun o gözlər ki, Səni qarşısında görmür!”
    İnsanın namazda Allaha diqqət yetirmək olmaq imkanı var. İnsan ən üstün, ən gözəl dost qarşısında durduğunu unutmamalıdır.
    Biz İmam Zamanı (ə) nə üçün sevirik? Cavab sadədir: çünki Həzrət (ə) əsl bəndə, əsl kamil insandır. İstər İmam Zaman (ə), istərsə də digər övliyalar, hər biri Allahın müqəddəs zatının camalından bir cilvədir. Onların hər biri o qədər sevimlidir ki, insan bir an görüş üçün canını belə fəda etməyə hazırdır. Əgər övliyalar bu qədər sevimlidirlərsə, görün onların yaradanı necə olar?! Əgər övliyaların məhəbbəti insanı bir belə təlatümə gətirirsə, görün yaradanın məhəbbətində hansı təsirlər var?!
    Əvvəlcə, Allahı yaxşı tanıyıb, Ona münasibət-də mərifətimizi artırmalıyıq. Allahı daha yax-şı tanıdıqca Ona olan məhəbbət də güclənəsidir. Qəlbində ilahi məhəbbət möhkəmlənmiş insan Onunla görüşə can atır. Belə möminlər namaza durduqda qəlbləri xaşe, müti olur. Bəs bu halı necə əldə edək?
    İLAHİ MƏHƏBBƏTƏ NAİL OLMAQ YOLU
    Allah-taala adi insanlara ilahi məhəbbətin yolunu özü göstərir. "Hədisi-qüdsi”də Allah Həzrət Musaya (ə) belə buyurur: "Ya Musa, Məni yaratdıqlarıma sevdir, yaratdıqlarımı Mənə məhbub et”. Musa (ə) soruşur ki, pərvərdigara bu işi necə görüm? Allaha təala buyurur: "Məni sevmələri onlara olan nemətlərini onlara xatırlat”.
    İnsanda belə bir fitri xüsusiyyət var ki, ona yaxşılıq edənə qəlbində sevgi yaranar. Əgər insan Allahın etdiyi yaxşılıqları dərk etsə, Onu sevməyə bilməz. İlahi nemətlər gözləri qarşısında cərgələnən insanın qəlbində öz Rəbbinə qarşı mütləq məhəbbət oyanacaqdır.
    NEMƏTLƏR AĞUŞUNDA QƏFLƏT
    İlahi məhəbbətə aparan ən sadə yol göstərildi. Sözsüz ki, övliyaların getdiyi yol daha incə və daha mürəkkəbdir. Adi insanlar üçünsə ən sadə yol Allahın nemətlərini tanıyıb, bu nemətlər haqqında düşünməkdir.
    Allah-taala öz bəndələrini saysız-hesabsız nemətlər içində qərq etmişdir. Çox olur ki, çətinliyə düşmüş insan üçün bütün qapılar üzünə bağlandığı vaxt qəfildən Allahın lütfü nazil olur və çətinlik ağıla gəlməyən bir yolla aradan qalxır. Bu zaman insan ixtiyarsız olaraq Allah qarşısında xəcalət çəkir və pıçıldayır: "Pərvərdigara, axı mən bu yaxşılığa layiq deyildim”.
    Mütilik, xüşu təkcə əzab qorxusundan yaranmır. Bəzən bu hal şövqdən də qaynaqlana bilər. "Maidə” surəsinin 83-cü ayəsində buyurulur: "(Bəzi nəsranilər) Peyğəmbərə nazil olanı eşitdik-ləri zaman haqqı tanıdıqları üçün onların gözlərinin dolduğunu görərsən”.
    Gözlənilməyən nemət insanın qəlbini riqqətə gətirir, onda şövq yaradır. İnsan sonralar da bu lütfü xatırladıqda eyni şövqü duyur. Hər dəfə belə lütflər xatırlandıqda Allaha məhəbbət daha da artır. Hətta bu duyğu xasiyyətə də çevrilə bilər.
    İlahi nemətlər təkcə gözümüz qarşısında olan nemətlərlə məhdudlaşmır. Varlıq aləmi bütövlükdə bir nemətdir. İmam Hüseyn (ə) ərəfə günü günəşin yandırıcı istisi altında durub, gözlərindən yağış yağırmış kimi ağlayar və bu əziyyətli şəraitdə Allahın nemətlərini sadalayardı: "Hansı nemətlərini sayım, hansı nemətlərini xatırlayım? Hansı nemətinə görə təşəkkür edim? Bu nemətlər saya biləcəyimizdən daha çoxdur. Ey mənim məbudum, şahidəm həqiqi imanımla, gözümün nuruyla, alnımın qırışları ilə, dövr etməkdə olan qanımla, burnumun yuxa pərləri ilə, qulağımın pərdələri ilə, toxunan dodaqlarımla, dilimin söz yaradan hərəkətləri ilə...” İmam Hüseyn (ə) yandırıcı günəş şüaları altında hələ də sadalayır! Bütün bu nemətlər bizə əta olunmasaydı çətinlik çəkməzdikmi?! Gəlin, mənəvi nemətləri də unutmayaq. İmam Səccad (ə) belə dua edir: "Pərvərdigara, Sənin zikrin, Səni çağırmaq üçün verdiyin icazə ən böyük nemətlərindəndir”. Bəli, öz kiçik vücudumuzla əzəmətli Allah qarşısında dayanıb, söz deyə biliriksə, bu özü böyük nemətdir. Əlbəttə ki, Allah qarşısında hamının danışmaq ləyaqəti yoxdur. Allah-taala yalnız öz lütfü ilə bu işə icazə vermişdir.
    Aşiqindən çox–çox üstün olan məşuqu nəzərinizdə canlandırın. Əgər onlar arasındakı fərq sultanla qul arasındakı fərq qədər olarsa aşiq məşuqun görüşünə həsrət qalacaqdır. Miskinlik içində ümidi üzülmüş aşiqi məşuq qəfildən görüşə çağırsa, aşiq sevincindən ağlayar. Diqqət edin! Əzəmətli Allah öz ləyaqətsiz bəndəsini görüşə - namaza çağırır! Bəli, bütün günahlarımıza baxmayaraq, Allah bizə mərhəmət göstərir.
    MƏNƏVİ NEMƏTLƏRİN MADDİ NEMƏTLƏRDƏN ÜSTÜNLÜYÜ
    İnsan Allaha olan məhəbbətini artırmaq üçün Onun verdiyi nemətlər barədə düşünməlidir. Çoxları darda olduğu zaman Allahın gözlənilməz yardımından faydalanmışlar. Bu yardımlarla bərabər, hər birinin öz yeri olan digər nemətləri də unutmaq olmaz. Bədənin hər bir üzvü insan üçün böyük nemətdir. Biz bunu yalnız xəstələndiyimiz zaman anlayırıq.
    Maddi nemətlərlə yanaşı mənəvi nemətləri də xatırlamalıyıq. Məsələn, qonaq getdiyimiz evdə xoş münasibət gözəl zövqlə bəzədilmiş süfrədən daha qiymətlidir. Mərifətli insanlar üçün mənəvi nemətlər maddi nemətlərdə qat–qat üstündür. Allaha yaxın insanlar mənəvi nemət-lərdən daha çox ləzzət alırlar.
    Bəli, Allah-taala öz bəndələrinə mehribandır və onlarla mərhəmətlə rəftar edir. O, öz bəndələrinə peyğəmbərlər vasitəsi ilə hətta Allahla necə danışmağı da öyrədir. Namazda xəyalımız kənara uçarkən bu xəyalı geri qaytaran da Odur.
    Qəflətdən qurtulub, Allaha qarşı diqqətli olmaq üçün müxtəlif yollar var. Amma bütün bu yollar mərifətə, həqiqətin kəşfinə aparır. Namazda müti olmaq istəyiriksə, yenə də ilahi mərifətdən faydalanmalıyıq.
    Pərvərdigara, sonsuz lütfünə sığınıb, bizi qəflətdən oyatmağını istəyirik! Qəlbimizi özünə qarşı müti buyur! Namazlarımızı "Sənə xüşu ilə ibadət edənlərin namazlarından qərar ver! Amin!
    QƏRBDƏ İQTİSADİ İNKİŞAFIN SƏBƏBİ
    Dini iqtisadi inkişafa əngəl bilənlərin nəzərinə digər bir mühüm nöqtəni çatdırmaq lazım gəlir. Bir çox qərb alimləri Avropanın XVI-XVII əsrlərindən başlayaraq iqtisadi dir-çəlişinin səbəbini protestanlıq əxlaqından görürlər. Protestanlıq üç məsihi məzhəbindən biridir. Bünövrəsi XVI əsrdə qoyulmuş bu məzhəb öz ardıcıllarını pərhizkarlığa və dünyaya bağlanmamağa çağırır. Məşhur alman alimi Maks Veber «Protestant əxlaqı və kapitalizm ruhu» kitabında iddia edir ki, qərb cəmiyyətindəki iqtisadi inkişaf protestanlıq məzhəbindən doğmuşdur. O, yalnız protestant məzhəbli Avropa ölkələrinin əsaslı inkişafını öz müddəasına sübut gətirir. Onun nəzərincə, insanları dünyapərəstlik və israfçılıqdan çəkindirən bu məzhəb həqiqi inkişaf üçün şərait yaratmışdır. Bu məzhəbin ardıcılları qənaətcil olur və kapital toplamağa çalışırlar. Bu kiçik kapitallar, hansısa mərhələdə, bankların və böyük müəssisələrin yaranmasına səbəb olur.
    Biz Maks Veberin dedikləri ilə tam şərik olmasaq da, onun haqqında danışmaqla nəzərinizə çatdırmaq istəyirik ki, hətta dini e’tiqadı olmayanlar da qənaəti iqtisadi inkişaf üçün amil bilirlər. Demək, qənaət etməyi bacaran millətlə-rin iqtisadi qüdrətə çatmasında təəccüblü bir şey yoxdur. Digər bir tərəfdən, fikri-zikri dünya ləzzətləri dalınca qaçmaq olan insanlar öz israfçılıqları ilə bütün cəmiyyət üçün problem yaradırlar. Əyyaşların tə’birincə, «yaxşı kef etmək üçün» böyük pullara ehtiyac var. Böyük pullar isə, adətən, oğurluq, rüşvət, sələmçilik, bir sözlə, cinayət yolu ilə ələ gəlir. Varlı bir əyyaş il ərzində ölkənin milli gəlirinə bərabər pulu eyş-işrətə xərcləməkdən çəkinmir. Əgər qərbin inkişafla paralel əxlaqi inkişaf olsaydı, məsələn, SPİD və qorxulu zöhrəvi xəstəliklər həmin ölkələri bürüməzdi. Demək, əxlaqsızlığa və onun acı nəticələrinə külli miqdarda pul xərcləyən iqtisadiyyatın əxlaq və qənaətlə heç bir əlaqəsi ola bilməz.
    Dini göstərişlərə əməl edən insanları dünya və axirət səadəti gözləyir. Pərhizkarlığı, qənaə-ti, zöhdü, təqvanı tənbəllik kimi başa düşmək olmaz. İnsanları kamillik zirvəsinə səsləyən bir din heç vəchlə tənbəlliyə səs verə bilməz. İslam tənbəlliyə deyil, pərhizkarlığa, qənaətə, Allaha təvəkkül etməyə çağırır. Bir-birinə zidd bu iki məsələni qatışdırmaq insanların nöqsanıdır. Bizim nöqsanlı qavrayışımız səbəbində inkişa-fa çağıran də’vətlər geriliyə çağırış kimi yozulub.
    İslamın şüarı budur: «Allah kafirlərə əsla mö’minlərin əleyhinə olan bir yol qərar verməmişdir»(«Nisa» surəsi, ayə: 141. ). Bu göstəriş hazırkı dövrdə elm və sənət sahələrində qüvvədədir. «Munafiqun» surəsinin 8-ci ayəsində buyurulur:«İzzət, Allaha, Onun rəsuluna və mö’minlərə məxsusdur».
    Bu gün iqtisadi cəhətdən geri qalmış müsəlmanları izzətli hesab etmək olarmı? Yuxarıdakı iki ayədən belə nəticə çıxarmaq olar ki, müsəlmanlar gecə-gündüz çalışıb kafirlərə möhtac olmadan qurtardıqdan sonra izzətə çata bilərlər. Əgər bir şəxs bu iki ayəni həyata keçirmək üçün elm və iqtisadiyyatda bir addım irəli atarsa, bu iş həmin şəxs üçün ibadət sayılar. «Biharül-ənvar» kitabında belə bir rəvayət nəql olunur: «İbadət ondur onun doqquzu halal ruzi qazanmaqdır». İnsanları bu cür tə’limlərə çağıran dini tənbəlliyə çağırışda ittiham etmək olarmı? İslam, ailəsinin ehtiyaclarını ödəmək üçün zəhmət çəkib, tər tökən insanı alqışlayır. Əngəl dində yox, bizim qavrayışımızda və tərzi-təfəkkürümüzdədir. İslamı düzgün analayıb, onun göstərişlərinə əməl edən insanı yalnız səadət gözləyir.
    Category: Allaha doğru | Views: 1069 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024