İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 26 » Ailə səadətinə necə nail olaq?
    2:25 PM
    Ailə səadətinə necə nail olaq?
    GİRİŞ
    Allah-Taalaya edilən həmd və şükür, Onun elçisinə, haqq İmamlara və İslam şəhidlərinin parlaq ruhlarına salamdan sonra xatırlatmaq yerinə düşərdi ki, əlinizdəki kitab Ayətullah Hüseyn Məzahirinin 19 əxlaq məclisində toplandıqdan sonra böyük ustadın nəzarəti altında çapa hazırlanmışdır.
    Kitabda çox mühüm və əsas məsələlərdən biri sayılan "İslamda ailə əxlaqı” mövzusunda qısa və yığcam surətdə toxunulmuş, şərif ayə və hədislərdən yerindəcə istifadə olunaraq ibrətamiz söhbət və hekayələr şirin və aydın bir dillə qələmə alınmışdır.
    Eləcə də ailə məsuliyyətlərinin növü, kişi və qadın fərqinin fəlsəfəsi, ər-arvad və övladın qarşılıqlı vəzifəsi, dostluq və mehribanlığın ailədəki müsbət təsiri, övlad tərbiyəsində nəvazişin rolu, ləyaqətli qadın xüsusiyyətlərinin Quran və Məsum İmamların tərəfindən qiymətləndirilməsi, qadını nəsihət etməyin və ailə ixtilaflarının həll olunma qaydaları, problemlərin yaranma səbəbləri, amilləri, müqəddəs İslam şəriəti baxımından ailə qurmağın əhəmiyyəti, valideynin uşaqlara təsiri, ailə mühitində maddi və mənəvi işlərin yüngül tutulması, kişi və qadının bir-birini əfv edib bağışlaması, övlad tərbiyəsi, gələcəkdə övladın şəxsiyyətinə təsir edəcək maddi və mənəvi amillərin səbəbi və s. kimi bir çox faydalı mövzularla qarşılaşacaqsınız.
    BÜTÜN ALƏM ZƏRRƏCİKLƏRİ MƏSULİYYƏTƏ MALİKDİR
    Qəlb (bəsirət) gözü ilə varlıq dünyasına nəzər salsaq maddi və qeyri-maddi (mücərrəd) əşyaların ayrı-ayrılıqda müxtəlif vəzifə daşıdıqlarının şahidi olarıq. Dünyada məsuliyyət yükünü çiyninə almamış və ixtiyarına vəzifə qoyulmamış bir şey tapmaq qeyri-mümkündür. Məsələn, elektronun proton ətrafındakı hərəkəti müəyyən nəzm və sürət üzrə olmalıdır.
    Yerin Günəş ətrafına fırlanması məxsus keyfiyyət və kəmiyyətlə olmalı və bu vəzifəni müəyyən nəzm və sürətlə yerinə yetirməlidir ki, bu nizamdan heç vaxt (belə ki, 160 növ məsuliyyət (hərəkət) onun üçün sübut olmuşdur) kənara çıxmasın. Neçə illər bundan qabaq sabit və hərəkətsiz hesab olunan Günəş "Veqa” adlı bir ulduzun ardınca (bizə naməlum olan) müəyyən məqsədə doğru hərəkətdədir. Quran dili ilə desək,
    "Günəş öz müəyyən oxu ətrafında (maneəsiz) hərəkətdədir, bu alim olan Allahın qüdrətinə dəlildir.”("Yasin” surəsi, ayə:38)
    Günəşin hərəkəti o qədər tez və sürətlidir ki, hesab elmi belə onun qarşısında acizdir. Günəşin hər saatda neçə milyon kilometr yol qət etməsi ilə yanaşı, eləcə də bu sistemin kürələri, o cümlədən Yer, onun ardınca bizim üçün naməlum olan məqsədə doğru hərəkət etməkdədir.
    Əgər kainat aləmindən olanlardan biri bir anlıq olsa belə, öz vəzifəsinə əməl etməzsə bütün nizam və sistem pozular, bir çox mövcudatın məhvinə səbəb olar.
    Mücərrəd aləmdə də vəziyyət bu cürdür. Yəni mələklərin hər biri özünə məxsus vəzifə daşıyaraq maddi aləmin hərəkətində və ilahi ibadətlərin yerinə yetirilməsində məsuliyyət sahibidirlər ki, əgər bir an öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırsalar, məhv olarlar. Məsələn, merac gecəsində Həzrəti Cəbrail Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in ardınca gələrək elə bir yerə yetişir ki, artıq irəliyə getməyə icazəsi olmur. Peyğəmbər (səlləllahu əleyhi və alih) ondan irəli gedərək Cəbrailə buyurur:-İrəli gəl. Amma Cəbrail cavab verir:-Artıq ora gələ bilmərəm. Əgər bir az da yaxınlaşsam yanaram.
    İNSANIN MƏSULİYYƏTİ İXTİYARİDİR
    İnsanın məsuliyyətinin ixtiyari olmasına əsasən bütün mövcud zərrəciklər məsuliyyətə malikdirlər. Məxluqatın ən şərəflisi, əşrəfi sayılan insan yaranış aləminin hədəfidir və öhdəsində ən ağır məsuliyyət vardır.
    Sair mövcudatın məsuliyyətlərinin (cansız, bitki, heyvan, göy cisimləri və başqa) insanla olan fərqi onların məsuliyyətinin cəbri (məcburi) və yaranış aləminin hesabına olmasıdır. Hətta mücərrəd mövcudatlar belə (mələklər kimi) bir növ cəbridirlər, lakin insanın məsuliyyəti ixtiyari olmaqla heç bir məcburi vəzifə daşımır.
    "Biz (haqq və batil) yolu ona (insana) göstərdik. Əgər istər hidayəti qəbul edər (və öz məsuliyyətini yerinə yetirər), ya da istər küfri nemət (nankorluq) edər.”("İnsan” surəsi, ayə:3)
    İnsan üç növ məsuliyyət daşıyır ki, bunun müqabilində olan vəzifəsi bir neçə cürdür:
    1) İbadi məsuliyyət; bu məsuliyyət insan ilə Allah arasında olan məsuliyyətdir. Əgər bu vəzifənin yerinə yetirilməsində süstlüyə yol versə, insan Allaha bəndəlikdən xaric olar.
    2) Fərdi məsuliyyət; bu məsuliyyət də iki qismdir:
    a) insanın öz bədən üzvləri müqabilindəki vəzifəsi.
    İnsan bədəni bir minik vasitəsinə bənzəyir ki, onun uca və əlyetməz aləmlərə yüksəlməsi üçün lazım olan vasitədir. Elə buna görə də onun öz cismi qarşısında olan məsuliyyəti böyükdür və onların da yerinə yetirilməsində süstlüyə yol verilərsə bu onun mənəvi xüsusiyyətlərində nöqsanın yaranmasına səbəb, insanın xətakar olmasına bir növ zəminə yaradır. Məhz bu səbəblər üzündən insanın öz bədənini daim nəzarət altında saxlaması, onu daima qoruması vacibdir.
    b) İnsanın ruhi və mənəvi cəhəti qarşısında olan vəzifəsi.
    Belə ki, bu vəzifə çox ağır və önəmli sayılaraq onun yerinə yetirilməsində süstlük, yaxud nöqsan baş verərsə, ruh xəstəliyə düçar olub insanın bütün işlərini öz mənfi təsiri altına alacaqdır. Nəticədə ruh və mənəviyyat bu xəstəlik üzündən aradan gedərsə, həmin şəxs Quranın şərif ayəsinin belə bir adam haqqında buyurduğunun bariz nümunəsi olacaqdır:
    "Həqiqətən, Allah dərgahında ən alçaq canlılar mənəviyyatları məhv olub və haqq söz qarşısında kar və lal olanlardır ki, onlar əql qüvvəsini işə sala bilmirlər.”("Ənfal” surəsi, ayə:22)
    Zalım və cinayətkarların vücuda gəlməsinə səbəb mənəvi ruhiyyənin olmamasıdır.
    3) İctimai məsuliyyət: bu vəzifənin mənşəyi insanın ictimai təbiəti sayılaraq onun təkamülü bu xüsusiyyətə borcludur. Belə ki, əgər insan ictimaiyyətdə, cəmiyyət arasında yaşamazsa təkamül mərhələlərini qət etmək onun üçün mümkün olmayacaqdır. İslam bu məsuliyyətə işarə edərək buyurur:
    "İslamda rahiblik və tərki-dünyalıq yoxdur.”("Səfinətül-bihar”, 1-ci cild, səh.540)İnsan boynunda olan ictimai məsuliyyətlər isə iki dəstəyə bölünür:
    a) ailəyə aid olan vəzifələr (onların "evin idarə olunması və tədarükü” adlandırılması da mümkündür).
    b) insanların bir-birinə qarşı olan ümumi vəzifələri. Əgər bu və yuxarıda adı çəkilən məsuliyyətlərin (ibadi və fərdi) yerinə yetirilməsində süstlüyə yol verilərsə, insan günahkar hesab olunaraq insani vəzifələrdən məhrum olacaqdır.
    AİLƏ MƏSULİYYƏTİ
    Bu məsuliyyət sadalanan məsuliyyətlərin ən ağırıdır. Bu vəzifənin müxtəlif cəhət və proqramları ilə yaxından tanış olaraq, onların yerinə yetirilməsində Allah hökmlərinə, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) və Məsum İmamların (əleyhimussalam) şəriət–yaşayış qaydalarına əsaslanaraq geniş surətdə diqqət edib çalışmaq gərəkdir.
    İslam dininin yarandığı ilk vaxtlardan Cəhənnəm əhlinin əzabı barəsində bir ayə nazil olmuşdur. Belə ki bu cür əzaba düçar olmalarının qorxusundan bir neçə cavan öz adi yaşayışlarından əl çəkərək səhraya üz tutdular. Onlardan biri, bir daha öz həyat yoldaşı ilə birlikdə yatmayacağına, qadınla təmas tutmayacağına söz verdi. İkincisi camaatla əlaqəni birdəfəlik kəsəcəyinə, üçüncüsü isə heç vaxt ləzzətli yeməklər yeməməyi qərara alır.
    Bu üç nəfərin həyat yoldaşları, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gələrək öz ərlərinin vəziyyətlərini ona danışdılar. Həzrət bu macəranı eşitdikdə narahat olub, tez məscidə tələsir. Evdən elə təcili halda çıxır ki, əbası yerlə sürünür. Məhz elə bu halətdə "qeyri-adi vəziyyəti” aydınlaşdırmaq üçün camaatı məscidə yığaraq belə buyurur: "Mən sizin peyğəmbəriniz olmaqla bərabər həm evlənmiş, həm yemək yeyir, həm də bədənimin qayğısına qalıram. Günümü camaat arasında keçirməklə sizinlə ünsiyyətdəyəm. Hər kim mənim yaşayış tərzimdən üz döndərsə məndən deyil.”("Sünənün-Nəbi” (mərhum Əllamə Təbatəbai), səh.147; "Biharul-ənvar”, (Əllamə Məclisi) 22-ci cild, səh.124.)
    Müqəddəs Quran da bu barədə buyurur:
    "Dul qadınlar, arvadsız kişilər, ləyaqətli və xoşrəftar kənizlərinizi, bir-birinizlə evləndirin! Əgər onlar yoxsul olsalar Allah Öz rəhmət və fəzli sayəsində onları ehtiyacsız edər. Allah çox əta edən və (geniş rəhmət və fəzilət sahibi, bəndələrinin halından) agahdır.”("Nur” surəsi, ayə:32)
    Məlum olur ki, yoxsulluq Peyğəmbər şəriətindən uzaqlaşmaqla nəticələnməməlidir, əksinə evlənib ailə qurmağın özü ruzinin artması səbəblərindən biridir. Bütün bunlarla yanaşı ailə məsuliyyəti çox ağır və həssasdır. Ailə saxlamaq və uşaq təlim-tərbiyəsi xüsusi qayda-qanuna malik olub, ailə böyüklərinin hər birinin öhdəsində öz vəzifələri vardır. Ailə üzvlərinin mehriban olmasının yeganə yolu bu vəzifələri düzgün yerinə yetirməkdən ibarətdir.("Təhrim” surəsi, ayə:6)
    "Ey iman gətirənlər, (Allah hökmlərinə tabe olmaqla) özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan (Cəhənnəm odundan) qoruyun!”("Zümər” surəsi ayə:15)
    "Həqiqətən ən çox zərər görmüş şəxslər onlardır ki, həm özləri, həm də ailələrini (pis, düzgün olmayan tərbiyə, yaxud təlim-tərbiyədə süstlük səbəbinə əsasən) Qiyamət günü ziyana saldılar. Agah olun! Aşkar ziyankarlıq elə budur!”(Zümər” surəsi, ayə:15)
    Bu kitabda ailə saxlamağın müxtəlif vəzifə və qayda-qanunundan geniş surətdə söhbət açacağıq. Arvadın ər, ərin arvad, övladın ata-ana, onların da övlad qarşısındakı vəzifələrini hərtərəfli araşdırmaqla yanaşı, eləcə də ailə mühitinin mənəvi dəyərlərini lazımınca saxlamağı öyrənəcəyik. Ailənin ruhdan düşərək mənəvi şəraitin soyuması uşaq, qadın və kişinin həyatında ən böyük dərddir. Övladlarımızın pis mühitdə böyüməsi, ürək sıxıntısı, ruhi xəstəliklərə və başqa müxtəlif narahatlıqlara düçar olmasının qarşısını almaq hamımızın ümdə vəzifələrindən biridir. Övladlarımız ailənin bu çatışmazlıqları ilə gərək ictimaiyyətə qədəm qoymasınlar, çünki bu addım insan cəmiyyətinin faciəsi və məhvinin başlanğıcıdır.
    "Allahın nişanələrindən biri budur ki, sizin üçün özünüzdən həyat yoldaşı yaratdı ki, onunla birlikdə rahatlıq tapasınız və sizin aranızda mehr-məhəbbət və rəhmət qərar verdi. Bu iş üzərində fikirləşənlər üçün (hikmət və) nişanələr vardır.” ("Rum” surəsi, ayə:21)
    Category: Ailə səadətinə necə nail olaq? | Views: 1067 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024