İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 26 » Ailə səadətinə necə nail olaq?
    9:24 AM
    Ailə səadətinə necə nail olaq?
    BEŞİNCİ FƏSİL
    ACI DİLLİLİK VƏ ONUN ÖVLADDAKI TƏSİRİ
    Əvvəldə işarə olunduğu kimi, ailə mühiti kiçik bir məmləkətə bənzəyir ki, daim istini qoruyub saxlamaq lazımdır. Quran nəzərindən evin böyüklüyü kişinin öhdəsinə olduğuna görə kişi elə rəftar etməlidir ki, ailədə sözünün gücünün olması ilə yanaşı ailə üzvlərinin də ürəyinə nüfuz tapsın.
    MƏSULİYYƏTİ ŞÖVQLƏ YERİNƏ YETİRMƏK
    Ailə üzvləri, xüsusilə də qadın, öz başına olmamalıdır və qadın kişinin sözünü qəbul edib, ikrah və məcburiyyət üzündən deyil, ürəklə sözünə baxmalıdır. Çünki insanın nəsl və məsuliyyətinin özülü ixtiyar əsasında qurulub möhkəmlənir. Qadın öz vəzifəsini tanımazsa və təkcə ərinin məcbur etməsi üzündən ev işlərinə yetişsə ailə münasibətlərinin isti və möhkəmliyinə ümidvar olmaq mümkün deyildir. Kişinin evdən çıxması ilə qadın öz vəzifələrini yerinə yetirməyəcəkdir.
    Qadının evdə, kişinin isə eşikdə öz vəzifəsini yerinə yetirərək söz deyib söz eşitməsi ürəkdən olmalıdır. Qadın ərinin sözünü nəzərə almaqla ev işlərini qəlbinin meyli ilə görməlidir. Məhz belə olan bir surətdə istər ev mühitində, istərsə də ölkənin hər hansı yerində müvəffəqiyyət, zəfər, səfa və səmimiyyət hakim olacaqdır.
    Kişinin evin rəisi, yaxud hökm edən olmasına baxmayaraq bilməlidir ki, rəyasət və böyüklüyündə yalnız o zaman müvəffəqiyyət qazana bilər ki, ailə üzvlərinin qəlbinə nüfuz edərək onların ürəyində özünə qarşı məhəbbət və inam yaratsın.
    QADIN VƏ UŞAQLAR İTAƏTKARDIRLAR
    Arvad və uşaq atanın əmrinə itaət etməlidirlər, amma bu itaət quru və gücə əsaslanan qanunlara arxalanmamalıdır. Ayənin tərcüməsində
    işarə olunduğu ki, evin böyüklüyü və başçılığı kişinin öhdəsinədir. Kişilər öz qadınlarının mühafizəçisi olub, onlar üzərində haqqa malikdirlər. Evin maddi və mənəvi işlərinin idarəsi onların öhdəsindədir. Çünki, kişidəki huş və dərrakə ailənin başqa üzvlərinə nisbətən daha çoxdur və ev xərclərini o təmin edir.
    QADINLAR KİŞİLƏRİN ƏMANƏTDARIDIR
    Ləyaqətli qadınlar ərlərindən ayrılıqda belə, onların hüquqlarını, habelə Allahın qorunmasını əmr etdiyi haqları qorumalıdırlar.("Biharül-ənvar”, 103-cü cild, səh.237)Yəni istər evdə, istərsə də sair yerlərdə öz iffətlərini qorumalıdırlar. Əgər bir qadın iffətini qorumazsa, öz ərinə xəyanət etmişdir. Çünki, qadının iffəti kişinin haqqıdır. Özlərini başqalarına nümayiş etdirib göstərən qadınlar xəyanətkardırlar. Çünki qadın iffətsizliyi təkcə əxlaqsız əməllər etməklə deyildir. Hicaba riayət etməkdə süstlük edən qadınlar naməhrəmlərin nəzərini özlərinə cəlb edərək pozğunçuluq törədirlər.
    Qadının iffəti kişiyə bağlıdır, amma qadının ixtiyarındadır. Həqiqətdə qadınlar öz ərlərinin əmanətçisi sayılır və bu əmanəti saxlamaqda var qüvvəsi ilə çalışmalıdırlar.
    Qadının öz iffətini qorumasından əlavə, təvazökar, ərinin qarşısında həyalı və başıaşağı olması da gərəkdir. Hər bir itaətkarın öz əmr edəni qarşısında təvazökar və başıaşağı olması kimi. Əgər bir qadın dili uzun, günahkar və ailə mühitinin soyuqluğuna səbəb ola biləcək işlər görsə bir növ özbaşınalığa əl atmışdır. Kişinin özbaşınalığı bəyənilməz olduğu kimi, qadın özbaşınalığı kişininkindən daha da pisdir.
    Elə bu səbəbə görə iki mühüm məsələyə artıq diqqət yetirmək lazımdır.
    BİRİNCİ MƏSƏLƏ: ƏXLAQSIZLIQ
    Əgər kişi evdə əxlaqsızlıq edərsə və öz yersiz və hədsiz tələblərini ailə üzvlərinə zorla qəbul etdirərsə, zorakı və zalımdır. Çox çəkməz ki, bu dünyada İslam qanunları vasitəsilə ədəblənər ki, qəbir əzabı da onun yolunu gözləyir.
    QƏBRİN UZUN ƏZABI
    Əlbəttə, gözəl bilirsiniz ki, qəbir və Qiyamətin sorğu-sualı bu dünyanın sorğu-sualından çox çətindir. Oradakı əzab o qədər güclü və şiddətlidir ki, bir dəqiqəsi belə dünyanın minlərlə ilinə bərabərdir. Elə buna görə də Cəhənnəm əhli üçün bir dəqiqə qəbirdə olmaq bu dünyada min il əzab çəkməyə bərabərdir.
    HƏZRƏT İSADAN (əleyhissalam) BİR HƏDİS
    Rəvayətdə vardır ki, Həzrət İsa (əleyhissalam) Allahın izni ilə ölmüş bir cavanı dəfnindən neçə an ötdükdən sonra dirildir. Ölmüş cavan dirildikdə qocalmış, tam əldən düşmüş, solğun, qaralmış və qəmli görünür.
    Bu zaman ondan soruşurlar: Neçə vaxtdır ölmüsən? Deyir: On min ildən artıqdır. (halbuki ölümündən bir neçə dəqiqədən artıq keçməmişdi)
    Yenə də soruşurlar: Qəbir aləmindən nə deyə bilərsən? Deyir: Elə ki, qəbrin üstünü örtdülər, Allah məmurları sual-cavab üçün yanıma gəldilər. Suallarına cavab verə bilmədikdə mənə elə bir taziyanə vurdular ki, qəbrimi od bürüdü. İndi neçə min illər idi ki, bu taziyanənin odunda yanmaqdaydım.
    BAŞQA BİR HƏDİS
    Başqa bir hədisdə deyilir ki, Həzrət İsa (əleyhissalam) bir qoca kişini ölümündən uzun illər ötdükdən və qəbrindən bir əsər-əlamət qalmadıqdan sonra, Allahın izni ilə onu dirildir. Qoca dirildiyi vaxt çox şad və xoşhal görünür. Ona sual verirlər ki, neçə vaxtdır ölmüsən? Deyir: Bir neçə dəqiqə olar. Qəbir aləmindən soruşduqda "Qəbrimin üstünü örtən kimi qarşımda başdan-başa yaşıl və geniş bir bağ göründü ki, yubanmadan ora tələsdim və məni orada huriləri qarşıladı” söylədi.
    XƏBƏRDARLIQ
    Əxlaqsızlığı pis və acı dillik və nalayiq sözlər danışmaqla qarışdırmamalıyıq. Qeyd olunan məsələ nəinki söyüş söyməyin, həm də əxlaqsızlığın cəzasıdır. Pis danışmaq, söyüş söymək bəyənilməyib, xoşagəlməz sifətlərdəndir. Bu iş bir müsəlmandan hətta öz düşmənləri qarşısında belə gözlənilməməlidir. Əmirəl-Möminin (əleyhissalam) "Siffeyn” döyüşündə səhabələrindən bir dəstəsini düşmənə acı söz dediyini gördükdə buyurdu:
    "Sizin nalayiq söyən və pis danışan olmağınızı xoşlamıram.”
    Müsəlman gərək düşmənlərini də yaxşı dua etsin və Allahdan onların hidayət olunmalarını diləsin.
    ACI DİLLİYƏ AİD BİR HEKAYƏ
    İmam Sadiq (əleyhissalam)-dan bir hədisdə oxuyuruq ki, bir gün həzrətin dostlarından biri İmamla birgə yol gedirmiş. O geriyə qalmış nökərini səsləyir, amma nökər cavab vermir, ikinci dəfə də onu çağırır, lakin bir cavab eşitmir, üçüncü dəfə yenə onu səsləyir, amma nökərdən cavab gəlmədikdə onu bu sözlərlə söyüb deyir ki, ey haramzadə, səni çağırıram!
    İmam Sadiq əleyhissəlam bu nalayiq sözü eşitcək dayanır, əlini belinə qoyub buyurur: "Nə dedin”? Yoldaşı cavab verir: "Yəbnə Rəsulullah, mən ki, sadəcə ona "vələdəzina” dedim, çünki onun ata-anası müsəlman deyil, Hindistan əhlindəndir.
    Həzrət buyurur: Mənim onun ata-anası ilə işim yoxdur, nə üçün söyüş söyürsən?”
    Sonra o həzrət sözünə davam edərək buyurur: Bundan sonra mənimlə yoldaşlıq etməyə haqqın yoxdur.
    Deyirlər, nə qədər ki, İmam Sadiq (əleyhissalam) sağ idi, nə o səhabəni hüzuruna qəbul edirdi, nə də onunla yola çıxırdı.
    DİGƏR BİR HƏDİS
    Başqa bir hədisdə gəlmişdir ki, bir gün yəhudilər İslam peyğəmbərinə (səlləllahu əleyhi və alih) acı, nalayiq sözlər demək üçün hiylə qururlar. Bir-bir həzrətin hüzuruna daxil olub ona salam əvəzi olaraq belə deyirlər: "Əssamu əleykum”. Yəni sizin üçün ölüm diləyirik. Həzrət isə mətanətlə onların cavabında təkcə "ələykum” (yəni sizə olsun) buyurur.
    Ayişə yəhudilərin bu ədəbsizliyindən əsəbiləşib onları söyməyə başlayır, "ölüm olsun sizə, ey donuz və meymun balaları!”-deyir.
    Amma, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Ayişəni söyüş söyməkdən saxlayıb, buyurur:
    "Əgər söyüş söyməyin həqiqəti təcəssüm etsə (cism surətinə düşsə) onlar ən çirkin surətlərə malik olarlar.”
    NƏTİCƏ
    Yuxarıdakı hədislərdən belə nəticə alırıq ki, müsəlmanlar ədəbli, mərifətli olub dillərini nalayiq və boş-boş danışıqdan, eləcə də söyüş söyməkdən saxlamalıdırlar.
    Əgər qadın müqəssir olarsa, onun təqsiri sizin nalayiq, bihudə danışmağınıza dəlil olmamalıdır. Sizin haqqınız aradan getmiş olarsa, həyat yoldaşınızı, yaxud başqa bir kəsi söyməyə haqqınız yoxdur, əks halda qəbir əzabına düçar olacaq, qiyamət günü söydüyünüz söyüşlərə layiq, müvafiq sifətlərlə məhşur olacaqsınız.
    İKİNCİ MƏSƏLƏ: UŞAQLARA OLAN TƏSİR
    Diqqət edilməli ikinci məsələ uşaqların ata-ananın rəftar, əməl və sözlərindən təsirlənməsidir. Bu əsasa görə gərək valideynlər nalayiq, boş-boş sözlər işlətməkdən çəkinsinlər. Ev mühitində, övladların gözü qarşısında baş verən bütün hadisələr, onların beyninə yazılaraq rəftarlarında mütləq öz əksini tapacaqdır. Bu barədə hədislərdən oxuyuruq: "Uşaq olan otaqda qadın və kişi yaxınlıq etməməlidir. Çünki övladlar ata-ananın hərəkətindən birbaşa təsirlənirlər.”
    İBRƏTAMİZ HEKAYƏT
    Bəziləri deyir ki, qadın əri ilə ixtilafa düşən zaman, uşaqlarını anası evinə aparır ki, ata-anasının soyuq münasibət və ixtilaflarını görüb ondan pis təsirlənməsinlər.
    İnsafən bu yaxşı əməldir. Ailə mühitinin bir saat soyuqluğu belə övladın şəxsiyyətinin yaranmasına mənfi təsir göstərir.
    Category: Ailə səadətinə necə nail olaq? | Views: 909 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024